Ardını oxu...
“Rosneft”in rəhbəri İqor Seçinin 35 yaşlı oğlu İvanın qəfil ölümündən artıq 1 ay keçsə də, bu hadisə ətrafında müəmmalar davam edir. İqor Seçin son olaraq Putinin Federal Məclisə müraciətində görünüb, amma telekameralar onu yalnız bir dəfə ekranda göstəriblər. Əslində, Seçinin ölümünün təfərrüatları haqda da heç bir rəsmi bilgi yayımlanmayıb.

İlkin məlumatlara görə, “Rosneft” rəhbərinin yeganə oğlu öz evində vəfat edib. İvanın Moskva yaxınlığındakı Krasnoqorsk elit “Europa-1” qəsəbəsindəki malikanəsində vəfat edib.
Ardını oxu...
O, məclisdə özünü pis hiss etdiyini, boğulduğunu deyib, bundan sonra huşunu itirib. Kiçik Seçin ətrafı ilkin tibbi yardım göstərməyə çalışıb, mühafizəçi təcili tibbi yardım çağırıb, lakin qeyri-dəqiq ünvan göstərib. Mühafizəçi təcili yardım həkimlərini Yevgeni Anatolyeviç Paninin adına çağırıb. Bildirilir ki, “Rosneft” rəhbərinin yeganə oğlunun ölümü əvvəlcə bu adla qeydə alınıb. Seçinin yeganə oğlu təhlükəsizlik səbəbindən Panin təxəllüsündən istifadə edirmiş... Təsadüfi deyil ki, İvan Seçinin runetdə yalnız bir fotosu var.

Yaxınları həkimlərə İvanın hipertoniya xəstəsi olduğunu deyiblər. Sağlamlığını qorumaq üçün həkimin yazdığı dərmanları qəbul edib. Amma son günlkər özümü yaxşı hiss edirmiş...

Ardını oxu...
İvan Seçin 1989-cu ildə anadan olub. O, İqor Seçinin ilk evliliyindən iki övladından biridir. Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib, “Qazprombank”da analitik işləyib, sonra 2012-cü ildə “Rosneft”ə işə gedib.

Putinə ən yaxın üç adam sırasında olan Seçin “Kremlin boz kardinalı”da adlandırırlar. “Forbes” ə görə “Rosneft” rəhbərinin 800 milyon dollara sahibdir. İqor Seçinin əsas aktivləri dünyanın ən bahalı iki yaxtasıdır. Birinci, 136 metrlik “Crescent” 511 milyon dollara başa gəlib. İkinci superyaxta isə 85 metrlik “Amore Vero”dur. Hovuzlu helikopter meydançasına çevrilən gəmi 134 milyon dollar dəyərində qiymətləndirilir. 2022-ci ilin mart ayında hər iki yaxtaya İspaniyada həbs qoyulub. İvanın anası Marina Vladimirovna da uğurlu iş qadınıdır. 90-cı illərdə ata Seçinin xanımı Sankt-Peterburqun daşınmaz əmlak bazarının görkəmli oyunçusu idi və hazırda RK-Telecom, Exect Partners Group və OHL Rus Private Limited şirkətlərində səhmlərə sahibdir.

Seçinin oğlunun qəfil ölümü Putinin martdakı prezident seçkisindən sonra əlində ciddi kapital olan məmur-oliqarxların varislərinə vəzifə verə biləcəyi haqda iddiaların fonunda baş verməsi diqqət çəkir.
 
Ardını oxu...
İtaliyanın baş naziri Corcia Meloni Ukraynanın Rusiyanın dondurulmuş aktivləri hesabına bərpasını fəlsəfi nöqteyi-nəzərdən ədalətli hesab edir. Bununla belə, o, pul köçürməsində hüquqi çətinliklər olduğunu etiraf edib.

Qaynarinfo xəbər verir ki, Meloni bu barədə Torontoda keçirdiyi brifinqdə bildirib.

"Ukraynanın bərpasına zəmanət vermək üçün Rusiya Federasiyasının suveren fondlarından istifadə fəlsəfi nöqteyi-nəzərdən dürüstdür, lakin hüquqi və iqtisadi nöqteyi-nəzərdən bu, müəyyən çətinliklər yaradır", deyə baş nazir qeyd edib.

İtaliyanın baş naziri Ukraynanın bərpası üçün dondurulmuş aktivlərdən əldə edilən gəlirdən faizlərin istifadə edilməsi qərarını olduqca yaxşı hesab edir. Onun fikrincə, bu məsələ G7-nin müzakirəsinə çıxarıla bilər. Xanım Meloni həmçinin Rusiya vəsaitlərinin kredit zəmanəti altında istifadəsinin tərəfdarı olduğunu bildirib, lakin bunun obyektiv hüquqi və iqtisadi çətinlikləri var.

Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Qərbdə müzakirə olunur. Fevralın əvvəlində Avropa Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı Avropa Komissiyasının təklifini təsdiqləyib. KİV-in məlumatına görə, Birləşmiş Ştatlar və müttəfiqləri bloklanmış vəsaitləri Ukraynaya göndərməkdə qərarlıdır, lakin Avropa Mərkəzi Bankı, Almaniya və Fransa bu məsələdə ən çox ehtiyatlı davranırlar. Onların Rusiyanın qisas alacağından qorxduğu bildirilir. İtaliya Maliyyə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə yollarını tapmaq çətin olacaq.

"Bloomberg"in məlumatına görə, ABŞ prezidenti Co Bayden iyunda keçiriləcək G7 sammitinə qədər bloklanmış vəsaitlərin istifadəsi planının hazır olmasını istəyir. Rusiya hakimiyyəti dəfələrlə Qərbin belə bir qərarı olacağı təqdirdə cavab tədbirləri görəcəyinə söz verib.
 

Ardını oxu...
“Azərbaycan müstəqil bir ölkədir, öz siyasətini sərbəst şəkildə idarə edir. Həmçinin qalib ölkədir. Lakin Avropa İttifaqı Azərbaycanın əldə etdiyi nailiyyətlərlə qürurlana bilmir. Çünki onlar qalib deyillər, onlar müstəqil və sərbəst ölkələr sayılmırlar. Avropa Şurasına daxil olan ölkələr ABŞ-a tabedirlər və ABŞ-ın maraqları çərçivəsində siyasət həyata keçirirlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

“Məhz paxıllıqları səbəbindən...”

Politoloq Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borelin Bakıya qarşı qərəzli açıqlamalarını, Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqaz planlarını şərh edərkən, sözügedən siyasətçilərin müstəqil dövlətlərə qarşı aqresiyalarının başadüşülən olduğunu deyib:

“Bu paxıllıqlar səbəbindən bəzi avropalıların, Borel və Makron kimilərinin ağzından bir sıra xoşa gəlməyən ifadələr çıxır. Həmçinin başqa bir səbəb də var. Məlum olduğu kimi, Fransada erməni lobbi qrupları çox aktiv işləyirlər. Orada böyük erməni icması var. Onlar prezident Makron və bir sıra siyasətçiləri maliyyələləşdirirlər. Buna görə də, o, Azərbaycana qarşı belə çıxışlar edir. Çünki belə açıqlamalar lobbiçi qrupların xoşuna gəlir.

Biz bilirik ki, nə Fransa, nə Avropa İttifaqı öz millətinin, xalqının maraqları haqqında düşünmür. Onlar ancaq özlərinin geosiyasi hökmünü göstərmək istəyirlər. Ancaq anti-Azərbaycan çıxışları, bəyanatlar boşu-boşunadır və heç bir nəticəsi yoxdur. Azərbaycan xalqı öz sözünü tutan liderini prezident seçib və buna görə də, məncə Avropanın, Fransanın bu istiqamətdə nə isə etməsi əbəsdir. Çünki onlar prezident Əliyevə paxıllıq edirlər”, - deyə politoloq qeyd edib.

“Fransa Ermənistanı özünün koloniyası etməyə çalışır”

Hazırda Fransanın və Aİ-nin yalnız Azərbaycana qarşı deyil, Rusiyaya qarşı da siyasət yürütdüyünü deyən Qrevtsova, Moskvanın Fransaya layiqli cavab verəcəyini bildirib:

“Moskva Paşinyanın Rusiyaya qarşı kritik çıxışlarından, sözsüz ki, narazıdır. Burada prinsipcə Moskva üçün yeni heçnə yoxdur. Paşinyan daha əvvəl də aktiv olaraq Qərblə tərəfdaşlıq etmək istəyirdi. Biz isə çox gözəl bilirik ki, Qərb, əsasən də Fransa Ermənistanı Moskvadan qopararaq, onu özünün koloniyası etmək istəyir. Hansı ki, bu, neokolonizmin yeni bir növüdür.

Məlum olduğu kimi Fransa Afrikada süquta uğradı. Buna görə də, Fransa Moskvanı Cənubi Qafqazdan çıxararaq öz heyfini almaq istəyir. Fransanın belə tez zamanda Ermənistanla yaxınlaşmasının məqsədi Rusiyanın reputasiyasını Ermənistanda aşağı salmaq və erməni icmasını Rusiyaya qarşı yönəltməkdən ibarətdir. Paşinyan isə öz xalqının maraqları haqda düşünmür. O ancaq Fransanın verdiyi tapşırıqları yerinə yetirir. Ümid edir ki, belə etməklə Fransa ona hər tərəfli kömək edəcək”, - deyə politoloq bildirib.

Müsahibimiz qeyd edib ki, Azərbaycana qarşı şərti sərhəddə törədilən təxribatların arxasında Fransa dayanır:

“Yaxın zamanlarda ermənilərin törətdiyi təxribatlar da bir növ Fransanın buyruğu ilə həyata keçirilib. Fransaya xüsusən Ermənistanın sərhədyanı bölgələrində “monitorinq” aparanların sayını artırmaq vacib idi. Fransanın hazırda əsas məqsədi Ermənistan xalqına, erməni elitasına təzyiq etməyə və onları aktiv olaraq Rusiyaya qarşı olmağa yönəlib. Hansı ki, Paşinyan açıq-aşkar bununla məşğuldur.

Ancaq biz görürük ki, Fransanın Ermənistana xoş sözlər deməkdən başqa hansısa hərəkəti yoxdur. Fransanın bu cür addımların regionda sülhün bərqərar olmasına qarşıdır”, - deyə Qrevtsova əlavə edib.
 
Ardını oxu...
Şimali Kipr Azərbaycanla münasibətlərə xüsusi önəm verir.

“Report”un yerli bürosunun xəbərinə görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstel arasında III Antalya Diplomatiya Forumu çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşündə deyib.

T.Budaqov xalqlarımız arasında ortaq dəyərlərə və tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb. O, Azərbaycan ilə ŞKTC arasında sıx təmasların olduğunu, müxtəlif sahələri əhatə edən çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

T.Budaqov beynəlxalq münasibətlər sisteminin hazırkı reallıqlarının Türk dünyası üçün də yeni çağırışlar yaratdığını söyləyib. Qeyd edib ki, mövcud gerçəkliklər fonunda xalqlarımızın həmrəyliyi və Türk dünyasında səmərəli işbirliyinin həyata keçirilməsi başlıca prioritetlərdəndir.

YAP Sədrinin müavini Azərbaycan və ŞKTC-nin hakim partiyaları arasında işbirliyinin genişləndirilməsinin də xüsusi diqqət mərkəzində olduğunu nəzərə çatdırıb.

Ü.Üstel qeyd edib ki, iki ölkənin xalqlarını ortaq dəyərlər birləşdirir və bizim gücümüz birlikdədir. Baş nazir birgə təşəbbüslər əsasında hazırda Türk dünyasının yüksələn gücə çevrildiyini vurğulayıb. O, TDT-nin IX Zirvə Görüşündə ŞKTC-nin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının əhəmiyyətindən bəhs edərək Azərbaycanın qardaş dəstəyinin Kıbrıs Türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini və heç zaman unudulmayacağını bildirib.

“Türkiyə, Azərbaycan və Şimali Kiprin iqtidar partiyalarının ötən il imzaladıqları Anlaşma Memorandumu işbirliyinin əsas istiqamətlərini müəyyənləşdirən “yol xəritəsi” kimi böyük əhəmiyyət daşıyır. Memorandumun yüksək səviyyədə icrası bizə əhəmiyyətli uğurlar qazandıracaq”, - hakim partiyalar arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu diqqətə çatdıran Ünal Üstel vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən iki ölkə arasında təhsil və turizm sahələrində əməkdaşlıq barədə də müzakirələr aparılıb.
 
Ardını oxu...
Litva Rusiya qeydiyyat nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq.

Bu barədə Referans.az yerli KİV-ə istinadla xəbər verir.

Respublikanın gömrüyü 2024-cü il martın 11-dək Rusiya dövlət nömrə nişanlı bütün avtomobillərin ölkəni və Avropa İttifaqının bütün ərazisini tərk etməsini tələb edir.

"Litva gömrüyünə görə, Litvada hələ də Rusiyada qeydiyyatda olan maşın sürən insanlar var. Martın 11-dək onlar ya nəqliyyat vasitələrini Litvada qeydiyyatdan keçirməlidirlər, ya da Aİ-ni tərk etməlidirlər”, - deyə məlumatda bildirilir.

Avtomobilinin dövlət nömrə nişanı Rusiyada qeydiyyatda olan şəxslər İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsi ilə cəzalandırılacaq. Maddə cərimə və avtomobilin müsadirə edilməsini nəzərdə tutur.

Qadağa Kalininqrad vilayətinə və oradan tranzitlə hərəkət edən avtomobillərdən yan keçəcək. Belə avtomobillər ölkəyə yalnız sahibləri ilə buraxılacaq və onlar ölkədə yalnız 24 saat qala biləcəklər.
Ardını oxu...
İlk xəbər 18:23-də verilib, sonuncu abzas xəbərə əlavə olunub.

Fransa hökuməti Korsikada gözlənilən aksiyadan narahat olaraq, xüsusi statusu olan adaya əlavə qüvvələr göndərir.

Sabah Korsikada Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçiriləcək.

Təqdim edilən foto Parisdə "Şarl de Qoll" hava limanında çəkilib. Fotodan göründüyü kimi, xüsusi xidmət orqanlarının əməkdaşları təcili Korsikaya göndərilir.

Baş verənlərdən belə nəticə çıxarmaq olar ki, Fransa hökuməti təlaşa düşüb və Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir.

Qeyd edək ki, sabah "Nazione" hərəkatının liderlərindən birinin bir neçə il öncə həbsdə ona olan hücum nəticəsində ölümünün ildönümünə həsr edilən iclas keçiriləcək, ardınca isə etiraz aksiyası gözlənilir.

Əldə etdiyimiz məlumata görə, Korsikada hava limanında pasport yoxlanışı tətbiq edilir. Qeyd edək ki, əvvəl belə yoxlanışlar olmayıb. \\Report.Az
 
Ardını oxu...
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Rusiya prezidenti Vladimir Putinin yeni nüvə təhdidlərini şərh edərkən, bütün tərəfləri təmkinli olmağa çağırıb və "nüvə müharibəsi aparılmasının və belə müharibədə qalib qəlməyin mümkün olmadığı” bildirib.

Qaynarinfo xəbər verir ki, Mao Nin bu barədə cümə günü, martın 1-də mətbuat konfransı zamanı bildirib.

"2022-ci ilin yanvarında beş nüvə dövlətinin liderləri nüvə müharibəsində qalib gəlmək və ya belə müharibənin aparılmasının mümkün olmadığını qeyd edən birgə bəyanat veriblər. Çin ardıcıl olaraq bütün nüvə silahına malik dövlətlərin ümumi təhlükəsizlik konsepsiyasını dəstəkləməsi və qlobal strateji tarazlığı və sabitliyi qorumağı müdafiə edir. Mövcud şəraitdə bütün tərəflər gərginliyin azaldılmasına kömək etmək və strateji riskləri azaltmaq üçün birgə işləməlidir”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Mao Nin həmçinin bütün tərəfləri "sakitliyi və təmkinliyi qorumağa və dialoq və məsləhətləşmələr vasitəsilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasını inkişaf etdirməyə” çağırıb.

Qeyd edək ki, fevralın 29-da Vladimir Putin Federal Məclisə müraciəti zamanı Qərb ölkələrini nüvə zərbələriylə hədələməyə başlayıb. Onun sözlərinə görə, Rusiyanın lazımi silahları var və onun strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir.

Bundan əlavə, o, NATO qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə Alyansın "faciəli nəticələrlə” üzləşəcəyi ilə hədələyib.
 
Ardını oxu...
Kaluqa Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Alan Tskaev tibb müəssisəsinin problemlərindən danışaraq Rusiya prezidenti Vladimir Putinə müraciət edən tibb bacısını məhkəməyə verib.

32gun.az Rusiya KOV-nə istinadən xəbər verir ki, iddia Kaluqa Rayon Məhkəməsi tərəfindən qeydə alınıb.

Kaluqa Rayon Məhkəməsinin məlumatına görə, Tskaev fevralın 13-də “Şərəf, ləyaqət, işgüzar nüfuzun qorunması haqqında” iddia qaldırıb.

2024-cü ilin yanvarında regional xəstəxananın tibb bacısı Elmira Zaydulina müəssisənin problemlərindən Putinə şikayət edib. O, müraciətində dərman, sarğı qıtlığı, həkimlərin ixtisarı və maaşları barədə ətraflı danışıb. Qadın 2019-cu ildə xəstəxananın baş həkimi Alan Tskaevin 9 milyon rubl mükafat aldığını qeyd edib.

Qeyd edilib ki, 2021-ci ilə qədər Tskaev Kaluqa vilayətinin səhiyyə naziri vəzifəsində çalışıb . Bölgənin qubernatoru Vladislav Şapşa qalmaqaldan sonra Tskaevin istefa verdiyini açıqlayıb . Daha sonra sosial şəbəkələrdə məlumat yayılmağa başladı ki, Tskaev Kaluqa Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi kimi 2019-cu ildə 9 milyon 38 min rubl mükafat alıb ki, bu da regionda baş həkimin standart mükafatından 170 dəfə çoxdur.
 
Ardını oxu...
Rusiyanın məşhur “Novaya qazeta” qəzetinin baş redaktoru Sergey Sokolov həbs edilib.

“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Sokolov “Rusiya ordusunu diskreditasiya” maddəsi ilə ittiham olunaraq, polis şöbəsinə aparılıb.

Xəbərdə deyilir ki, jurnalistə qarşı qaldırılan iş "Novaya qazeta"da gedən yazılıardan birilə bağlıdır. İnzibati işə Moskvanın Perovski Məhkəməsində baxılacaq.

Xatırladaq ki, Sokolov bu vəzifədə Nobel mükafatı laureatı Dmitri Muratovu əvəz edir. O, 90-cı illərdən "Novaya qazeta"da işləyir, nəşrin yaradıcılarından biridir.

Müharibə başlayandan sonra qəzetin redaksiya heyəti iki yerə bölünüb - jurnalistlərin bir hissəsi Rusiyada qalıb. Digərləri xaricə gedərək, Rusiya hakimiyyətinin “arzuolunmaz təşkilat” elan etdiyi "Novaya qazeta Avropa”-nı təsis edib. Qəzetin Rusiyadakı redaksiyası hərbi senzuranın tələblərini nəzərə alaraq işləməyə məcburdur.
 
Ardını oxu...
Avropa Parlamenti Azərbaycana qarşı təcili sanksiyaların tətbiq edilməsini tələb edən Avropa Birliyinin (AB) xarici, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki,

Hər iki bədnam qətnamədə AB-yə Azərbaycana qarşı sanksiyalara çağırış var:

“Dərhal Azərbaycana qarşı sanksiyalar tətbiq edin və Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumunu dayandırın.

Azərbaycanın Ermənistana qarşı hər hansı hərbi təcavüzü (böhtan – red.) halında Azərbaycanın siyasi-hərbi rəhbərliyinə qarşı məqsədyönlü və fərdi sanksiyalar tətbiq etməyə, neft və qaz idxalını dayandırmağa hazır olun.

AB-nin Ermənistandakı missiyasının mandatını gücləndirin, missiyasını artırın, müddətini uzadın və Türkiyə ilə sərhəddə müşahidəçilər yerləşdirin.

Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar dayandırılsın”.
 

Dünyapress TV

Xəbər lenti