Ardını oxu...
ABŞ-dan Ermənistana göndərilən bağlamada dəyəri 500 min dollardan çox olan kokain aşkar edilib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, narkotik vasitələr paltar və ayaqqabı arasında gizlədilib: “Həmçinin şübhəlilərin evlərində axtarış aparılıb. Evlərdən də kokain tapılıb. Hadisə ilə bağlı iki vətəndaş həbs edilib”.
 
Ardını oxu...
İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya işgüzar səfər edib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Slovakiyanın Baş naziri Robert Fitso iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib, həmçinin Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova, Slovakiya Milli Şurasının sədr müavini, sədrin vəzifələrini icra edən Peter Jiqa ilə görüşlər keçirilib.

Slovakiya rəsmiləri ilə aparılan müzakirələrdə iki ölkə arasında əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər, aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsində önəm kəsb edir. Slovakiya ilə ticarət, enerji, investisiya, sənaye, Ələt Azad İqtisadi Zonası, humanitar və digər istiqamətlər üzrə səmərəli işbirliyi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi üçün təşəbbüslərin, o cümlədən qarşılıqlı ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsinin önəmi qeyd olunub. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələri tərəfdaş ölkələrin enerji təminatına töhfə verir və bu kontekstdə enerji əməkdaşlığı Slovakiya ilə münasibətlərdə prioritetlərdəndir.

Görüşlərdə ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan fürsətlər, birgə layihələrin reallaşdırılması potensialı haqqında məlumat verilib.

Tərəflər enerji, ticarət və investisiya əməkdaşlığının təşviqi və birgə layihələrin reallaşdırılması, sənaye, kənd təsərrüfatı, turizm, innovasiyalar sahələrində təşəbbüslərin dəstəklənməsi, “yaşıl” enerjiyə keçid istiqamətində birgə fəaliyyət, həmçinin Slovakiyanın ölkəmizin iştirakçısı olduğu enerji layihələrinə qoşulması imkanlarını nəzərdən keçiriblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bildirib ki, Rusiya prezidenti Vladimir Putin ötən ay keçirdiyi görüşdə Rusiya Federasiyasının bu regionu həmişə dəstəkləyəcəyinə inandırıb.

32gun.az bildirir ki, muxtariyyətin rəhnəri bu barədə RİA Novosti-yə müsahibəsində danışıb.

“Xoşbəxtlikdən Vladimir Vladimiroviç Putin elə reaksiya verdi ki, o, bizə imkan verdi və Rusiya Federasiyasının hər zaman qaqauz xalqının yanında olacağını və hər zaman dəstəkləyəcəyini anladıq”, - deyə o söyləyib.

Qutsulun sözlərinə görə, Moldova hakimiyyətinin muxtariyyətə necə “qarşı çıxmasından” asılı olmayaraq, Rusiya Qaqauziyanı iqtisadi və sosial cəhətdən dəstəkləyəcək.

O, həmçinin qeyd edib ki, Rusiya prezidenti ilə görüşdən çox məmnundur. Siyasətçi bu görüşün sonuncu olmadığına ümid etdiyini bildirib.

Qeyd edək ki, Aprelin 9 - da Hutsul Moskvaya işgüzar səfərə gəlib . Mart ayında o, Putinlə görüşmək üçün artıq Rusiyaya gəlmişdi .

Keçən həftə Hutsul Moldova hakimiyyəti Rumıniya ilə birləşməyə qərar verərsə, Qaqauz muxtariyyətinin Moldovadan ayrılma prosesinə təkan verəcəyi barədə xəbərdarlıq edib .
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) erməniəsilli nümayəndəsi Mikael Aqasandyanı tutduğu vəzifədən azad edib.

"Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, Vladimir Putin erməni etnik qrupunun nümayəndəsini Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Viktor Vasilyevlə əvəz edib.

Mütəxəssislər bunu Moskvanın ermənilərə etimad etməməsi kimi də dəyərləndiriblər.

Qeyd edək ki, Ermənistan hökuməti KTMT-də fəaliyyətini dondurduğunu bildirib.
 
 
 
Ardını oxu...
Fransa Afrika ölkələrində diplomatik uğursuzluqları fonunda yeni koloniya axtarışını davam etdirir. Bu fonda ən uğurlu namizəd də Ermənistan ola bilər. Onun İrəvanla bağlı siyasəti bu qənaəti gücləndirir. Belə ki, Yelisey sarayı Rusiya ilə gərginlik və rəqabəti sürətlə Cənubi Qafqaza gətirir.

Ermənistan bütün mənada Fransanın regionda müstəmləkəsi olmaq üçün ideal namizəddir. İrəvanı silahlandırıb revanşizmə sürükləyən Paris çirkin və riyakar oyun oynayır, onu ölümcül silahlarla təchiz edir. Məsələn, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, Fransa Ermənistana başqa ölkələr üçün əlçatmaz olan hərbi texnika tədarük edir. Səfir paylaşımına Fransanın “Thales” şirkətinin istehsal etdiyi radarları, o cümlədən üç ədədi Ermənistana təhvil verilmiş “Ground Master 200” sistemləri haqqında məqalənin linkini əlavə edib. Bu, Fransanın Ermənistanı fəal şəkildə silahlandırmaqda davam etdiyini bir daha nümayiş etdirir. Bu da öz növbəsində Cənubi Qafqazda uzunmüddətli sülhün əldə olunması imkanlarına mənfi təsir göstərir.

Hər halda Fransa unutsa da, Ermənistan fransız silahının dəmir parçası olduğunu yaddan çıxarmamalıdır. Bu, 44 günlük müharibənin ilk günlərində də təsdiqini tapdı. Ermənilərin bəh-bəhlə təbliğ etdikləri "Ohanyan xətti"ni yada salaq. Bu "xətt"in qurulmasında fransız şirkətləri mühüm rol oynamışdılar. Səfirin də indi durub Ermənistanı yeni silahlarla təchiz edəcəklərini bəyan etməsi avantüradan başqa bir şey deyil.

Fransanın Ermənistanla müdafiə və hərbi texnologiyalar sahəsində əməkdaşlığı başqa nədən xəbər verir?

Birincisi, Makron hakimiyyəti erməniləri yeni hərbi gərginliyə ruhlandırır, bununla da onları sülh planının reallaşmasından uzaqlaşdırır.

İkincisi, səfir bu açıqlaması ilə demək istəyir ki, ölkəsi İrəvanı tək buraxmaq niyyətində deyil. İddia edir ki, Ermənistanın təhlükəsizliyi naminə onu silahlandırır.

Üçüncüsü, Fransa NATO daxilində ilk ölkədir ki, qadağaların üstündən xətt çəkərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvünü silahla təchiz edir. Dekotini də bunu xüsusi tonla səsləndirir.

Ermənistan çox gözəl anlayır ki, 2020-ci ildə biabırçı məğlubiyyət zərbəsi aldığı Azərbaycan onu dizüstə çökdürüb, döyüş qabiliyyətini darmadağın edib. Sadəcə, bunu etiraf etməyə cürət etmir. Fransa da İrəvanı aldatmağa və təxribata, avatüraya çəkməyə çalışır. Məgər sınmış Ermənistan ordusu döyüş qabiliyyətinə malikdir? Əlbəttə ki yox! Sadəcə, Paris mümkün olmayanı mümkünə çevirməyə ümid edir. Məhz bu səbəbdən də gələcək müstəmləkəsini yeni və təhlükəli gərginliyə sürükləyir.

Avantüradan söz düşmüşkən, Fransanın Cənubi Qafqaz planının ən avantürist hissəsi casus şəbəkəsi ilə bağlıdır. Artıq bəlli olur ki, Paris casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın atası oğlunun görüşdüyü iki "diplomat"ın Fransa xüsusi xidmət orqanlarının agentləri olduğunu təsdiqləyib. Fransa Prezidenti Emmanuel Makrona yanvarın 23-də göndərdiyi məktubda atası Riçard Rayan yazıb ki, Martin başqalarının oyunlarının qurbanı olub.

“Qeyd edək ki, dekabrın 4-də “Merkorama” MMC-nin Baş direktoru Martin Rayan Bakıda casusluq ittihamı ilə həbs edilib. Özlərini Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları kimi təqdim etsələr də, əslində isə xarici kəşfiyyat agentləri olublar. Martini də casusluğa onlar sövq ediblər. Həmin iki agent sonradan Bakıdan qovulublar. Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə bağlı məsələlər aparıcı fransız mətbuat səhifələrinin geniş müzakirə mövzusuna çevrilib, hətta həbsdə olan Martin Ryanın atası məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni kəskin ittiham edən müsahibələrlə çıxış edib". Bu barədə "Observer Online" yazıb.

Bu il aprelin 6-da yayımlanmış məqalədə qeyd edilir: “Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş üzrə həbs edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik heyətinə yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb. Azərbaycanda Fransanın casus şəbəkəsinin ifşası prezident Emmanuel Makron üçün dərs olmayıb. Ölkəsini aşağılamaqda davam edir, beynəlxalq aləmin gözündə gülünc vəziyyətə salmaqdadır.

Yeri gəlmişkən, bəlli olan odur ki, fransız xüsusi xidmət orqanlarının casus şəbəkəsi Mərkəzi Asiyaya qədər uzanır. DGSE-nin tək Qafqazda deyil, Mərkəzi Asiya da aktiv fəaliyyət göstərdiyi üzə çıxıb. Yayılan məlumatlara görə, Qırğızıstanın Milli Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları sifarişli qətl törətmək üçün Bişkekə gedən və ölkənin paytaxtında saxlanılan 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil veriblər. Bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat mərkəzi məlumat yayıb. Mediada yer alan xəbərlərə görə, bu şəxslər fransız kəşfiyyatı üçün məlumatlar toplayıblar. Fransanın "Europe 1" radiosu iddia edir ki, fransız xüsusi xidmət orqanlarının Mərkəzi Asiyada operativ tədbirləri yayda keçiriləcək Olimpiya Oyunları zamanı terror hücumlarının qarşısını almağa yönəlib. Lakin bu da inandırıcı görünmür. Sadəcə, hədəf bölgəni nəzarətə almaqdır.

Beləliklə, görünən odur ki, Makron Fransası Cənubi Qafqaz daxil olmaqla Mərkəzi Asiyaya qədər çirkin və məkrli planın reallaşmasına çalışır.
Ardını oxu...
5 aprel Brüssel toplantısı ilə Qərb öz tərəfini açıq şəkildə bəyan etdi. Təbii olaraq görüş və nəticələri ilk növbədə Azərbaycan və Türkiyənin diqqətində idi.

Bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Diplomat qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyi tədbiri sərt şəkildə qınayaraq Azərbaycanın təcrid olunması ilə keçirilən görüşün sülhə töhfə vermək yerinə bölgəni rəqabət meydanına çevirəcəyini vurğuladı:

“Eyni zamanda bölgədən kənar dövlətlərə müəyyən addımlar atarkən mövcud vəziyyəti nəzərə almaq və tərəfsiz olmaq tövsiyəsi verildi. Cənab İlham Əliyev də öz növbəsində Mövlud Çavuşoğlunu qəbul edərkən görüşün Azərbaycanı təcrid etmək məqsədi daşıdığını və bölgədə yeni təhlükə mənbəyi yaradacağını vurğuladı. Aydındır ki, Azərbaycanın olmadığı bir Cənubi Qafqaz toplantısı xoş niyyətə, sülh və əmin-amanlığa xidmət etmir. Blinken ilə Leyenin görüşdən əvvəl İlham Əliyevə zəngi isə Azərbaycan Prezidentinin nüfuzundan xəbər verir. Çünki cənab Əliyev hər zaman şəffaf və ədalətli xarici siyasətin tərəfində olub”.

Kılıç İran və Gürcüstanın da bu prosesə etiraz etməli olduğunu bildirib:

“Bölgədə yeni bir münaqişə ocağının təməlləri atılır. Amma təəssüf ki, biz Gürcüstan və İrandan heç bir şərt reaksiya görmürük. Son illərdə rəsmi İrəvan antirusiya siyasəti izləyir. Ukrayna müharibəsi başlayandan sonra isə Paşinyan hökuməti Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açma planlarına alət olur. 30 ildən artıq müddətdə Ermənistanı bəsləyən, Zəngəzur dəhlizi reallaşmasın deyə tələm-tələsik Qafanda konsulluq açan İran ağzının içinə Qərbin hərbçi göndərməsinə imkan verir. ABŞ hərbçiləri gözlərinin önündə təlim keçirlər, amma İrandan səs çıxan yoxdur. Azərbaycan bir addım atan kimi “qırmızı xət”dən danışırlar. O “xətti” artıq qardaşları Ermənistan neçənci dəfədir ki, keçir. Bəs niyə səsləri çıxmır? İllərdir ki, Türkiyə və Azərbaycan Gürcüstanı hərtərəfli şəkildə dəstəkləyir. Fikrimcə, rəsmi Tiflis də eyni tələyə düşməməli və öz mövqeyini orta qoymalıdır”.

Keçmiş səfir Türkiyə və Azərbaycanın birlikdə Qərbin yeni müharibə planlarını puç edəcəyinə əminliyini bildirib:

“Cənubi Qafqazda mürəkkəb və çirkli oyunlar gedir. Oyun içində oyun var desək, yanılmarıq. Amma biz bu oyunları çox yaxşı görür və analiz edirik. Kirli planlar quranlar və onlara uyan Ermənistan çox yaxşı dərk etməlidir ki, heç kim bizim ağlımızla oynaya, gözümüzə kül üfürə bilməz. Brüsseldə toplantı keçirilən gün keçmiş xarici işlər nazirimiz, ölkəmizin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanda idi. Eyni zamanda bütün müdafiə sənayesi şirkətlərimizin rəhbərləri də həmin gün Azərbaycanda idi. Yəni Türkiyə dövləti cənab Çavuşoğlunun Azərbaycana səfəri ilə bütün dünyaya qəti şəkildə öz mesajını verdi. Yəni bütün şərait və hallarda Türkiyə Azərbaycanın yanında olacaq. Paşinyanın arxasında dayanıb “qorxma-qorxma” deyənlər Ermənistanı fəlakətə sürükləyir. Cənab İlham Əliyevin də vurğuladığı kimi, əgər ehtiyac yaransa, Türkiyə və Azərbaycan tək yumruq olacaq. Heç kim qardaşlığımıza zərbə vura bilməz. Bir də vurğulamaq istəyirəm ki, bizim səbrimizi sınamaq heç kimə fayda gətirməyəcək. Azərbaycanın ayağına dəyən daşı biz ürəyimizə dəymiş kimi qəbul edərik. Hər kəs bunu belə bilməli və anlamalıdır”.
 
Ardını oxu...
“Əgər eskalasiya təhlükəsi yoxdursa, o zaman Paşinyan hakimiyyəti niyə xalqı müharibə ilə qorxudur?”.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində “Ermənistan” blokundan olan deputat Armen Rüstəmyan deyib.

Onun sözlərinə görə, Paşinyanın dedikləri proqramlaşdırılmış bir prosesdir:

"Görünür, erməni tərəfinin başqa yolu yoxdur, təslim olmalıdır".

Xatırladaq ki, Nikol Paşinyan "eskalasiya təhlükəsi" ilə bağlı fikrini Qazaxla sərhəddə yerləşən Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşündə səsləndirmişdi. O, həmin vaxt işğalda olan 4 kəndin Ermənistana məxsus olmadığını, Azərbaycana qaytarmağın zəruriliyini, əks halda müharibə olacağını bildirmişdi.
 
Ardını oxu...
“Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun qəbul olunarsa, sənədə veto qoyacaq”.

Gununsesi.info xəbər verir ki, bu barədə onun parlament katibi Georgi Msxiladze məlumat verib.

Bu gün o, qanun layihəsinə baxılan Büro iclasında iştirak edib. Gürcüstan parlamentinin Bürosu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təsdiqləyib. İndi sənədə Məhkəmə-Hüquq Komitəsinin 12 aprel iclasında baxılacaq.

Qeyd edək ki, Gürcüstandakı xarici diplomatik korpusun nümayəndələri qanun layihəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər və bunun Gürcüstanın Avropaya inteqrasiyasını təhlükə altına qoyduğunu bildiriblər.
 
Ardını oxu...
Belarus İnformasiya Nazirliyi Latviya, Litva və Estoniyada ölkənin bəzi KİV-lərinin fəaliyyətinə qadağa qoyulmasına cavab olaraq müvafiq addım atıb, sözügedən dövlətlərin KİV-lərinə çıxışı məhdudlaşdırılıb.

Xəbər verilir ki, qərar bu gün qəbul edilib.

Bundan əvvəl Baltikyanı üç ölkə Belarus və Rusiyanın radio və televiziya proqramlarının yayımına, həmçinin internetdə yayıma qadağalar tətbiq edib. Martın ortalarında Latviyada Belarusun ONT telekanalının yayımı qadağan edilib və “SB.Belarus Today” nəşrinin resurslarına giriş bağlanıb.
 
Ardını oxu...
“Rusiya ilə iki ildən artıq davam edən amansız müharibədən sonra Ukrayna hələ də öz demokratiyasını və ərazisini müdafiə etməyə hazır və qadirdir, lakin Amerikanın hərbi yardımı olmadan bunu edə bilməz”.

Bu barədə “The New York Times”da dərc olunan məqalədə bildirilir.
Qeyd olunur ki, əksər amerikalılar bunu başa düşür və hesab edirlər ki, Putinin revanşist arzularını cilovlamaq Amerikanın Ukrayna və Amerika təhlükəsizliyi qarşısında borcudur.

Nəşrin yazdığına görə, Qlobal Məsələlər üzrə Çikaqo Şurası və “İpsos” tərəfindən keçirilən sorğu nəticəsində məlum olub ki, amerikalıların 58%-i Ukraynaya iqtisadi yardım göstərilməsinin və Ukrayna hökumətinə daha çox silah və hərbi texnikanın göndərilməsinin tərəfdarıdır. Respondentlərin 60%-i isə bildirib ki, Ukrayna ilə münasibətlər Amerikanın milli təhlükəsizliyini zəiflətməkdən daha çox gücləndirir. Bundan əlavə, Konqresin bir çox Respublikaçı üzvlərinin də davamlı hərbi yardımı dəstəklədiyi göstərilir.

Qeyd olunur ki, ABŞ silahları və artilleriyası Ukraynanın Rusiya ordusunu saxlaması, həmçinin hərbi əməliyyatlara son qoymaq üçün danışıqlar aparmaq bacarığı üçün vacibdir.
 

Dünyapress TV

Xəbər lenti