"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" -
"Aprelin 16-da general-mayor Apti Alaudinov Putinin fərmanı ilə Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini təyin edilib, bu, onun gələcək möhtəşəm karyerasında tramplindir..."

Kreml, ehtimal ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun varisini müəyyən edib. Bu, "Ahmat" çeçen xüsusi təyinatlılarının komandiri Apti Alaudinov olacaq.

Moderator.az xəbər verir ki, bunu "Novaya qazeta Yevropa" nəşrinin apardığı geniş araşdırmanın nəticələri göstərib.

Dekabrın 18-də Moskvada "Vahid Rusiya" partiyasının 21-ci qurultayı keçirilib və qurultay nümayəndələri Vladimir Putinin beşinci prezidentlik müddətinə namizədliyinə dəstək verib.

"Bu tədbir əvvəlkilərindən bir məqamdan başqa heç nə ilə fərqlənməyib. Az qala ilk dəfə olaraq qurultayın mərkəzi spikerlərindən biri milliyyətcə çeçen olub.

Bu, Ramzan Kadırov deyil,
çeçen xüsusi təyinatlılarının "Ahmat" könüllü birliyinin komandiri, Ukrayna səngərlərində hərbi rütbə və Rusiya Qəhrəmanı ulduzunu alan general-mayor Apti Alaudinov olub", - nəşr qeyd edir.

Yanvar ayında Alaudinovun Putinin prezident seçkilərində etibarlı şəxsi olacağı barədə xəbər yayılıb. Mart ayında Alaudinov "Vaqner qrupu" özəl hərbi şirkətinin 3 min döyüşçüsünün özünün rəhbərlik etdiyi "Ahmat" xüsusi bölməsinə keçməsi barədə danışıqları uğurla başa çatdırıb.

Aprelin 16-da Putin Alaudinovun Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi barədə fərman imzalayıb. Nəşrin tədqiqatçıları bu təyinatı "Apti Alaudinovun gələcək möhtəşəm karyerasında" tramplin adlandırıb.

Redaksiya güman edir ki, ötən ilin sentyabr ayından Rusiya prezidenti administrasiyasında Çeçenistanda məcburi hakimiyyət dəyişikliyi üçün ssenari işləyib hazırlanmağa başlanılıb.

Bu arada isə nəşrin iddiasına görə Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir, həkimlər ona mədəaltı vəzin nekrozu diaqnozu qoyub.

Həmçinin məlumat verilir ki, 2023-cü ildə Kadırov güclü ağrılar və yuxusuzluq üçün qəbul etdiyi trankvilizatorun artıq dozası səbəbindən medikamentoz komaya salınıb.

Nəşrin mənbələri iddia edir ki, o zaman həkimlər Kadırovun vəziyyətini sabitləşdirməyə nail olub, lakin onun beyninin müayinəsinin nəticələri "Kadırovun yaxınlarını məyus edib".

Pankreonekroz cərrahi patologiyadır, kəskin pankreatitin fəsadıdır, bu zaman mədəaltı vəzin toxumaları məhv olur, bu da həyatı əhəmiyyətli orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır.

Nəticədə pasiyentin vəziyyəti tez bir zamanda və xeyli dərəcədə pisləşir, həyatı üçün təhlükə yaranır və təxirəsalınmaz intensiv terapiya, sonradan cərrahi müdaxilə tələb olunur.

Rusiyada Çeçenistan rəhbərinin sağlamlığı ilə bağlı problemlər barədə məlumat rəsmən təsdiq edilməyib.

Bölmənin digər xəbərləri

12 May 2024 Mişustin yeni hökuməti təqdim etdi
12 May 2024 Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir
12 May 2024 Gürcüstanda genişmiqyaslı aksiya keçirilir: nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
12 May 2024 Əfqanıstanda DƏHŞƏT: Yüzlərlə insan həlak olub
12 May 2024 "Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
11 May 2024 İrəvanda etiraz mitinqi başa çatdı: Aksiyaların davam edəcəyi bildirildi - VİDEO
11 May 2024 Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb? - DETALLAR
11 May 2024 “Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
11 May 2024 Köçəryandan Baqrata etiraz: - “Tavuşda başqa söz deyirdin, İrəvanda tamam ayrı”
10 May 2024 Şahzadələrin davası bitmir! “Qardaşını xəstə arvadının yaxınına buraxmır”
10 May 2024 Erməni müxalifətinin lideri Paşinyana istefaya getməsi üçün bir saat vaxt verib
10 May 2024 Gürcüstana getmək istəyənlərdən bu tələb olunacaq
09 May 2024 “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır” - Ərdoğan
09 May 2024 “Ukrayna NATO silahları ilə belə Rusiyaya qalib gəlməyəcək” - Siyarto
09 May 2024 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
09 May 2024 Yüzlərlə cinayətkar Ermənistana axışır: "Ölkəni aksiyalar bürüyə bilər" - Açıqlama
09 May 2024 Rusiya-NATO qarşıdurması kəskinləşir: Kreml nüvə silahından istifadə edəcəkmi?
08 May 2024 Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
08 May 2024 Azərbaycanlı professor, iş adamı Putinin andiçmə mərasimində ön sırada - FOTO/VİDEO
08 May 2024 Rusiya Krım körpüsündən istifadəni dayandırıb: Cəbhə xəttini hansı yolla təchiz edir?

Dünyapress TV

Xəbər lenti