Ardını oxu...
Dövlət borcu ən çox olan ölkə ABŞ-dır.

İndex.az xəbər verir ki, ABŞ-ın dövlət borcu 34,6 trilyon dollar olduğu halda, iqtisadiyyatının həcmi 27,6 trilyon dollardır.

TEREF ölkələrin dövlət borcları və iqtisadiyyatlarının həcmini sizə təqdim edir:

ABŞ-ın dövlət borcu: 34,6 trilyon dollar
ABŞ ÜDM: 27,6 trilyon dollar

Çinin dövlət borcu ~ 14,6 trilyon dollar
Çin ÜDM ~ 17,70 trilyon dollar

Yaponiyanın dövlət borcu: 13,6 trilyon dollar
Yaponiya ÜDM: 4,5 trilyon dollar

Hindistanın dövlət borcu: 3,3 trilyon dollar
Hindistan ÜDM: 3,7 trilyon dollar

Rusiyanın dövlət borcu: 432 milyard dollar
Rusiya ÜDM-i: 2,2 trilyon dollar
 
Ardını oxu...
Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN – 1300025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur.

Bu barədə Yeniavaz.com-a “Aquavita”da çalışan işçilər məlumat veriblər.

Qeyd edək ki, daha əvvəl də ölkə mətbuatında bu barədə çoxsaylı məlumatlar dərc olunub. Aşağıdakı keçidlərə daxil olaraq onlardan bəziləri ilə tanış ola bilərsiniz:

Hətta əmək haqqı ala bilmədikləri üçün şirkəti məhkəməyə verən işçilər də olub. Məsələn, ötən il “Tac” MMC-nin işçisi olmuş Qarayev Xasay Bəhrəm oğlu əmək haqqını ala bilmədiyi üçün Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.

Səslənən iddialarla bağlı məlumat almaq üçün “Tac” MMC-nin rəsmi saytında yer alan əlaqə telefonlarına zəng etsək də, şirkət əməkdaşları açıqlama verməkdən imtina etdilər.
 
Ardını oxu...
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq.

Bildirək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mövzu ilə əlaqədar sosioloq Ağasəlim Həsənov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, sosioloqların bununla bağlı narahatlığı var:

"Sosioloji sorğular zamanı apardığımız müşahidələr göstərdi ki, Azərbaycanda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların Türkiyədən Azərbaycana mal gətirməsi ilə bağlı qarşılaşdığı müəyyən çətinliklər var. Bunlar nəinki həmin sahibkarların işinə təsir göstərir, məsələyə bir qədər dərindən yanaşdıqda görürük ki, Türkiyədən Azərbaycana ixracatın həcmi azalır.

Xatırladım ki, bir il öncə İstanbuldan Bakıya daşınan yüklərin həcmi vergi və gömrük rüsumları daxil olmaqla yekun qiymət 7 dollar 20 sentə qaldırıldı. Bundan əvvəl isə rüsumlar 3 dollar səviyyəsində idi. Hesab edirik ki, bu məbləğin (3 dollar) özü belə yüksəkdir, amma birdən-birə 100 faiz qiymət artımı ortaya çıxdı. Bu da kiçik sahibkarlıqla məşğul olan “Binə” və “Sədərək” ticarət mərkəzlərində çalışan sahibkarların haqlı narazılığına gətirib çıxardı".

Onun sözlərinə görə, artıq Türkiyədən Azərbaycana uzun illər mal gətirən insanlar Çin bazarına üz tutub:

"Bu isə Azərbaycana Türkiyədən ixracatın səviyyəsinə, xüsusilə tekstil sənayesi məhsullarının azalmasına gətirib çıxardı. Bu gün Türkiyədən Tacikistanın paytaxtı Düşəmbəyə bütün xərclər daxil olmaqla daşımaçılıq 1 kiloqram üçün 1 dollar nəzərdə tutulur. Biz xəritədən baxdıqda İstanbudan Düşəmbəyə məsafə nə qədərdir, İstanbuldan Bakıya isə nə qədər, o zaman bütün sualların cavabı bəlli olur.

Necə olur ki, İstanbuldan Çin sərhədinə yaxın yerləşən ölkəyə gömrük rüsumları daxil 1 kiloqram üçün 1 dollar qiymət təyin olunub, yaxın məsafədə yerləşən şəhər üçün malların gömrük rüsumu 1 kiloqram üçün 7 dollar təyin olunub? Bu qərarı qəbul edən qurumlar bunu düşünməlidir".

Sosioloq qeyd edib ki, artıq sahibkarlar bununla bağlı Türkiyə dövlətinə müraciət ünvanlayıblar:

"Türkiyədə olan sahibkarlar Azərbaycandakı qiymət artımından dolayı istehsal etdiyi malların ixracatının azalması ilə bağlı Türkiyə dövlət qurumlarına rəsmi müraciət ünvanlayıblar.Düşünürlər ki, Türkiyə tərəfdən bu məsələyə baxılacaq. Real vəziyyət ondan ibarətdir ki, uzun illərdir kiçik sahibkarlıqla məşğul olan, Türkiyə ilə çalışan, işini quran sahibkarlar Çinə üz tutmalı olublar.

Çinin də coğrafi baxımından daha uzaqda yerləşməsi daşımaçılıq cəhətdən vaxt itkisi yaradır. Türkiyə üzərindən işini quran sahibkarlar Azərbaycana mal göndərdiyi halda onu cəmi bir həftə ərzində Bakıya çatdıra bilirdi. Bu, azərbaycanlı iş adamlarının, Azərbaycana mal satan Türkiyə şirkətləri üçün əlverişli bazar idi".

Onun sözlərinə görə, azərbaycanlı sahibkarların 90 faizi Çinə üz tutur:

"Necə olur ki, digər ölkələrdə aşağı olan daşımaçılıq qiymətləri Azərbaycanda 6 dəfə bahadır. Bütün bunlar kiçik sahibkarlıqla məşğul olanların işinə mənfi təsir edir. Düşünürəm ki, dövlətimiz bununla bağlı ciddi addımlar atacaq və sahibkarların hüquqlarının qorunmasını təmin edəcək.

Ulu Öndər Heydər Əliyev illər öncə Türkiyə ilə Azərbaycanın müttəfiqliyini geniş anlamda ifadə edərək "Bir millət, iki dövlət" fəlsəfəsini ortaya qoydu. Bu, bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də inkişaf etməlidir. Azərbaycanlı iş adamları kiçik sahibkarlıqla məşğul olanların işinə öz töhfəsini verməlidir".
 
Ardını oxu...
AQTA Gürcüstanda yetişdirilən qoyunlarda taun xəstəliyinin qeydə alındığını nəzərə alaraq, bu ölkədən xırdabuynuzlu heyvan idxalına məhdudiyyət qoyub.

Hurriyyet.az xəbər verir ki, ölkəmizdə qoyun ətinə tələbatın bir hissəsi Gürcüstandan idxalın hesabına ödənilir. Bəs bu ölkədən idxalın dayandırılması yerli bazarda qiymətlərə necə təsir edəcək?

İqtisadçı Eyyub Kərimli bildirib ki, idxalın dayandırılması qiymətlərdə artıma yol açacaq.

Daha ətraflı "Baku TV"nin süjetində:

 
Ardını oxu...
“2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub”.

Bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin profisit yarandığını deyib.

“Proqnozla müqayisədə büdcə gəlirləri 8,1 faiz, büdcə xərcləri isə 33,8 faiz çox icra olunub. Həm neft-qaz, həm də qeyri-enerji sektorundan büdcəyə daxil olmalar proqnozlaşdırılandan daha çox olub.
Büdcə göstəriciləri elan ediləndən sonra ən çox ünvanlanan suallardan biri də 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlıdır. Qeyd edək ki, bir sıra əvvəlki illərdə profisit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib. “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər.

Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profisit və eləcə növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək.

Büdcəyə yenidən baxılacağı halda işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlərin prioritet olacağı istisna deyil”, - deputat qeyd edib.
Ardını oxu...
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb.

“Report”un Qərb bürosunun məlumatına görə, məhkəmə iclası Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Prosesdə mülki iddiaçı Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi “Abad Şəmkir” və “Şəmkir Səbət” MMC-nin sahibkarlıq müəssisələrinin üzərində yaranan borc iddialarının ödənildiyi üçün bu müəssisələrdən mülki iddianın və obyektlərdən həbsin götürülməsini xahiş edib.

Məhkəmədə bildirilib ki, 500 min manat ümumi borcun 185 min manatı ödənilib. Geridə qalan məbləğin ödənişinin isə aparıldığı qeyd edilib. Bunun müqabilində girov qoyulması vurğulanıb. Hakim mülki iddianı ləğv edib, sözügedən müəssisələrin üzərindən isə həbs qərarı qismən götürülüb.

Növbəti məhkəmə iclası mayın 23-nə təyin olunub.

Qeyd edək ki, prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Ardını oxu...
“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.

Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən ayrılıb. Onun yerinə isə bankın audit komitəsinin üzvü Ramin Hüseynov təyin edilib.

Qeyd edək ki, ilin əvvəlində “Bank BTB”-nin İdarə Heyətinin sədr müavini Rauf Qurbanov bankdan ayrılmışdı. Paralel olaraq bir neçə departament rəhbəri və işçilərin də bankdan ayrıldığı haqqında məlumatlar var. Bankdakı mənbənin verdiyi məlumata görə, yüksək əməkhaqqı verməmək üçün artıq bir ildir ki, bankın İdarə Heyətinə sədr təyin edilmir.

İH sədrinin birinci müavini Eldəniz Hüseynov həm də sədr vəzifəsini icra edir.

İdarə Heyətinin keçmiş sədri Emil Rzayev ötən il mart ayında bankdan kənarlaşıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Beləliklə, artıq bir neçə nəfər “Bank BTB”-dən işdən ayrılıb, bu bankda “təhlükə zənglərinin çaldığını”n göstəricisidirmi?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, ümumən “Bank BTB”dən bir neçə nəfərin işdən hansı səbəblə çıxmasının səbəbini bilmək olmur:

“Çünki ola bilər ki, daha yaxşı bir iş əldə edib. Banklarda zamanla belə proseslər olur. “Bank BTB”ni mən heç vaxt ciddi bank kimi qəbul etməmişəm. Həmin bankın heç vaxt güclü kadrları olmayıb.

İndi ola bilər ki, ya işçiləri digər işə qəbul edilib, yaxud maaş problemi yaşanıb. Hansısa vəzifənin yerinə namizədin olmaması onu göstərir ki, kadr özü gedib. Çünki adətən çıxaranda namizədi tapıb, sonra həmin həmin şəxsi vəzifədən azad edirlər”.

Ekspertin sözlərinə görə, əgər bir bank işçilərin əmək haqqını vermirsə, o, əslində bank deyil:

“Başqa şirkətlərdə zaman-zaman belə hallar ola bilər, amam bankın pulu hər zaman olmalıdır. Azərbaycanda yüksək maaş verməyən banklar ya çox böyük, ya da çox kiçik banklardır. Ən yüksək maaş ölkədə orta səviyyəli banklardadır. Kiçik bankların bir qayda olaraq imkanı yoxdur, hesab edirlər ki, burada elə də iş yoxdur, kadrları az, elə də yüksək səviyyəli olmurlar. Məsələn, “BTB”kimi banklar hesab edirlər ki, niyə yüksək maaş verməliyəm? Böyük bankların rəhbərləri yaxşı maaş alır, ancaq orta, kiçik səviyyəli işçilərə yüksək maaş vermirlər. Hesab edirlər ki, Allaha şükür edin ki, bizim kimi bankda çalışırsız. Həm də həmin bankların rəhbərləri ilin sonunda bonus alırlar. Bu mükafat da ilin sonunda bankın göstəricilərinə uyğun olur. Bank əgər yaxşı məbləğlə ili başa vurubsa, rəhbərlər həmin mükafatı alırlar. Ona görə də banklar daha çox maraqlıdır ki, orta səviyyəli və kiçik vəzifəlilərə yüksək maaş verməsinlər, ilin sonunda daha çox mənfəəət əldə etsinlər. Bu baxımdan yüksək maaş bir qayda olaraq orta səviyyəli banklarda olur. Onlar real özəl banklardır, inhisarçı deyillər, dövlətə bağlı deyillər. Ona görə də onlara yaxşı işçilər lazımdır ki, yaxşı xidmət göstərib müştəriləri cəlb etsinlər”.

Ekspert qeyd edib ki, ancaq bu, “BTB” kimi bank üçün problemdir:

“Çünki orada kadr yetişdirilmir. Bank özü nə gücdədir
ki, kadr da yetişdirsin. O bank üçün problem ola bilər. Ancaq deyə bilmərik ki, bu bank mütləq bağlanacaq. Ümumilikdə isə kadrların işdən çıxması mənfi haldır”.
 
Ardını oxu...
Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 1400064731) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti “İmprotex Motors” MMM-dən 133 min manata “BMW 520i” markalı minik avtomobili alacaq.
Məlumat üçün bildirək ki, hazırda ölkənin aparıcı elan saytlarında 2023-cü il istehsalı olan və cəmi 24 km yürüşü olan “BMW 520i” markalı minik avtomobili 115 min 600 manata satışa çıxarılıb.
Qeyd edək ki, bu müqavilə bir mənbədən satınalma metodu ilə bağlanılıb və satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Bu səbəbdən də Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq nazirdən satın aldığı avtomobilin bazardakı qiymətdən 17,4 min manat baha olmasının səbəbi bilinmir.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, İcra Hakimiyyətinin “BMW 520i” markalı avtomobil alması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, satınalma prosesinin bu şəkildə keçirilməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
 
Ardını oxu...
Səudiyyə Ərəbistanı müəssisənin miqyası və maliyyələşdirilməsi ilə bağlı fərziyyələr fonunda investorları cəlb etmək məqsədilə öz meqa-layihəsi "Neom" üçün Çində tanıtım turları təşkil edib. Manset.az xəbər verir ki, bu barədə "Business Insider" yazıb. "Neom" rəsmiləri Çin şirkətlərinə futuristik şəhər haqqında məlumat vermək üçün Pekin, Şanxay və Honq Konqa səfər ediblər. Heç bir sövdələşmə elan edilməyib, lakin Honq Konq Texnologiya İnnovasiyalarının İnkişafı Assosiasiyasından tədbir iştirakçısı Leonard Çan sərginin "Neom"un müəyyənləşdirilməsinə kömək etdiyini deyib. Şəxsi qəbulda iddialı layihəyə reaksiyalar əsasən neytral olub. Qonaqlara "Neom"un layihələrinin, o cümlədən 170 km uzunluğunda "The Line" şəhər xəttinin, sənaye Oksaqonunun, Trodjena xizək kurortunun və Qırmızı dənizdəki elit Sindala adasının tikintisinin immersiv nümayişi təqdim olunub. Bununla belə, rəsmilər meqalayihənin miqyasının mümkün azaldılması ilə bağlı son xəbərləri şərh etməyiblər. Layihə həmçinin vəsait cəlb etmək üçün ilk dəfə olaraq 1,3 milyard dollara qədər istiqraz buraxmağı planlaşdırır. Meqapolisin ümumi dəyəri 500 milyard dollar qiymətləndirilir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər uzunluğu 170 km olan şəhər tikmək istəyir. Burda ilkin olaraq 1,7 milyon insanın yaşayacağı gözlənilir.
 

Dünyapress TV

Xəbər lenti