Ardını oxu...
Paytaxtdakı Bakı Dəmiryol Vağzalının qarşısında, eləcə də “Qış parkı”nın altında yerləşən avtodayanacaqlarda fərdi avtomobillər üçün yeni parkinq tarifləri müəyyənləşib.

Dəmiryol Vağzalının qarşısında qiymətlər parklanma müddətinə əsasən müəyyən edilib.
Ardını oxu...
Ərazidə quraşdırılan məlumat lövhəsində qeyd olunub ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuz olsa da, əlavə parkinq xidməti üçün ödəniş tələb olunacaq. Sürücülər parklanma müddəti 15-30 dəqiqə olduqda bir manat, 30-60 dəqiqə olduqda iki manat, 1-2 saat olduqda dörd manat, 2-3 saat olduqda altı manat, 3-5 saat olduqda 10 manat, 5-7 saat olduqda 14 manat, 7-10 saat olduqda 18 manat, 10-15 saat olduqda 22 manat, 15-20 saat olduqda 26 manat, 20-24 saat olduqda isə 30 manat ödəniş etməli olacaqlar.

“Qış parkı”-nın altında yerləşən avtodayanacaqda isə aylıq paketin qiyməti 2 dəfədən çox bahalaşıb. Əvvəl 12 saat üçün 30 manat ödəyən sürücülər aprelin 1-dən qüvvəyə minəcək dəyişiklikdən sonra 80 manat ödəməli olacaqlar. 24 saatlıq aylıq paketin qiyməti də iki dəfə bahalaşıb. Yeni tarifə əsasən, parkinq haqqı 60 manatdan 120 manata qədər artırılıb. Qonşular üçün isə aylıq tarif 50 manat müəyyən edilib.
Ardını oxu...
Saatlıq tariflərə gəlincə, sürücülər parklanma müddətinə uyğun olaraq 1-2 saat üçün 1 manat, 2-4 saat üçün 2 manat,4-6 saat üçün 3 manat, 6-10 saat üçün 4 manat, 10-12 saat üçün 5 manat, 12-24 saat üçün isə 8 manat vəsait ödəyəcəklər.
 
Ardını oxu...
Son günlər bölgələrdə yağışlı və qarlı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün də Azərbaycanın rayonlarında gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq.

Maraqlıdır, qeyri-sabit hava məhsuldarlığa necə təsir edəcək?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, bunların hamısının məhsuldarlığa müsbət təsiri var:

"Əslində hava o qədərdə soyuq deyil. Düşünürəm ki, hazırda hava ilə bağlı baş verənlər - soyuq, şaxta, qar bunların hamısının məhsuldarlığa müsbət təsiri var. Bizim hazırda ən çox torpaqda olan bir illik bitkilərimiz taxıl və soğandır. Payız əkilən soğan və payız səpilən buğda, taxıl üçün qar da, yağış da, soyuq da müsbət təsir göstərir.

Amma ümumilikdə götürəndə havalar soyuq və qarlı keçəndə yerin üst qatında olan o zərərvericilər, həşəratların bir hissəsi qırılır. Bir hissəsi isə yerin daha çox dərinliklərinə hərəkət edir və nəticədə yazda havalar isinəndə onlar yenidən yerin üzünə qalxana qədər əkilən bitkilər inkişaf edir və güclənir, onlara müqavimət göstərə bilir. Ona görə də havaların indi soyuq keçməsinin elə ciddi problemi yoxdur".

Onun sözlərinə görə, bu hava şəraiti çiçəkləyən ağaclar üçün mənfi amildir:

"Bəzi ərazilərdə, əsasən aran rayonlarında bəzi ağaclar çiçəkləyib. Məsələn, alça ağacı artıq çiçəkləyib. Bu hava indi çiçəkəyən alça ağacının məhsuldarlığına mənfi təsir göstərə bilər. Hansı ağac çiçəkləyib, yağış onun məhsuldarlığına mənfi təsir göstərə bilər. Çünki çiçəyin tozlanan hissəsi islanır, islananda artıq o mayalanıb meyvə gətirə bilmir, məhsuldarlıq aşağı düşür.

Hazırda isə çiçəkləyən ağaclardan yalnız alçadır və bəzi gilas növləri erkən çiçəkləyir. Digər ağaclar hələlik çiçəkləməyib. Nə qədər ki ağaclar çiçəkləməyib, havanın soyuq keçməsi, yağışlı keçməsi ağacların da meyvələrin də məhsuldarlığına müsbət təsir göstərir.

Çiçəkləyəndən sonra yağan yağış, düşən şaxta meyvənin məhsuldarlığına mənfi təsir göstərə bilər. Amma faktiki hazırda o baş vermir. Hazırda baş verənlər ümumilikdə kənd təsərrüfatının xeyrinədir".
 
Ardını oxu...
“Rusiyanın ən azı yeddi neft emalı zavodu 2024-cü ilin birinci rübündə Ukrayna pilotsuz uçan aparatlarının hücumlarına görə neft emalı gücünü azaltdı”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” öz hesablamalarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 7 neft emalı zavodu pilotsuz təyyarələrin hücumları səbəbindən 4,6 milyon ton və ya ümumi neftin 7%-ni emalını dayandırıb:
“Gücü azaldan sonunculardan biri Samara vilayətinin Novokuybışevsk şəhərində yerləşən Kuybışev neft emalı zavodu olub. Martın 23-nə keçən gecə pilotsuz təyyarələr bu zavoda hücum edib. Hücumdan sonra zavod CDU-5 neft emalı qurğusunun fəaliyyətini dayandırıb, buna görə zavodun gücü iki dəfə azalıb. Ukrayna son aylarda Rusiyada və işğal olunmuş ərazilərdə yerləşən bir neçə neft emalı zavodu, terminal və anbar obyektlərinə hücum edib”
Britaniya kəşfiyyatından olan mənbə bildirib ki, hücumlar fonunda Rusiya hökuməti artan tələbat fonunda daxili bazarda qiymətləri sabitləşdirmək üçün mart ayından altı ay müddətinə benzin ixracına qadağa qoyub:
“Rusiyanın neft emalı gücü, çox güman ki, Ukraynanın pilotsuz təyyarələrinin Rusiya ərazisindəki neft emalı zavodlarına çoxsaylı zərbələri nəticəsində müvəqqəti olaraq azaldılacaq”.
 
Ardını oxu...
Baş ofisi Londonda yerləşən “Henley & Partners” təşkilatı milyoner və milyarderlərlə bağlı yeni hesabat yayıb.

Siyahıya varidatı müvafiq olaraq 100 milyon dolları və 1 milyard dolları keçmiş şəxslər daxil edilib.

Sənədə görə ABŞ-da son 5 ildə milyonerlərin sayı 35% artaraq 9 850 nəfərə çatıb. Dünya üzrə milyonerlərin təxminən üçdə biri ABŞ-da yaşayır.

Siyahıda ikinci yerdə gələn Çindəki milyonerlərin sayı 2 352 nəfərdir. Bu ölkədə zəngin insanların sayı 5 ildə 17% artıb.

Bundan başqa, ABŞ-də 788, Çində isə 305 milyarder yaşayır. Ekspertlərin fikrincə, Çində pandemiya dövründə tətbiq edilmiş sərt məhdudiyyətlər milyoner və milyarderlərin sayının artmasına mane olub.
Azərtac
 
 
 
Ardını oxu...
Bu ilin ilk aylarında Azərbaycanda yumurta istehsalı artıb, ət istehsalı isə azalıb.
2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb, ət istehsalı isə 1,5 faiz azalıb.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2024-cü ilin ilk aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib.
 
Ardını oxu...
Azərbaycanda torpaq bazarında canlanma gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, mövsümlə əlaqədar ölkədə torpaq sahələrinə tələbat yenidən artacaq.

Onun sözlərinə görə, fərdi yaşayış evlərinin tikintisinə əsasən yaz və yay aylarında üstünlük verildiyi üçün torpaq alqı-satqısında aktivlik müşahidə edilir.

Ekspert bildirib ki, tələbatın artması torpaq bazarında qiymətlərə də təsir edəcək. O qeyd edib ki, son vaxtlar bölgələrdə də torpaq sahələrinə maraq artıb.

Ekspert onu da əlavə edib ki, qarşıdakı aylarda tikinti materiallarının qiymətində də artım gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Bazarlarda Xəzər dənizindən tutulmuş yerli balıqları tapmaq müşkülə çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, çeşid çox olsa da, müştərilərə ya xaricdən gətirilmiş, ya da süni göllərdə yetişdirilmiş balıqlar təklif olunur.

Satıcılar deyirlər ki, hər il bu vaxtlarda bazarlarda Xəzər fareli və kefalı, növbəti aydan isə kütüm olardı. Bu il isə vəziyyət tam fərqlidir.

Yerli dəniz məhsullarına alternativ olaraq təklif edilən balıqlar isə Rusiya və İrandan gətirilir. Satışda olan yetişdirilmə balıqların isə qiymətində artım yoxdur.

Satıcılar deyirlər ki, Xəzərin İran və Rusiya hövzəsindən tutulan balıqlarla yanaşı, Türkiyədən və şimal ölkələrindən gətirilən dondurulmuş balıqlara da tələbat var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
 
 
Ardını oxu...
Azərbaycanda 10 yeni sututar tikiləcək. Bununla da sakinlərin suvarma problemi həll olunacaq.

Onlardan üçü şimal bölgəsinin payına düşür.

Belə ki, su ehtiyatları ilə bağlı artan narahatlıq fonunda təbii su mənbələrindən istifadə alternativ çıxış yollarından biridir.

Ətraflı “AzTV Xəbər”in süjetində:

 
 
 
Ardını oxu...
Pakistanın Baş naziri Şahbaz Şərif və federal hökumət nazirləri maaş və müavinətlərindən könüllü olaraq imtina ediblər.

Buna səbəb Nazirlər Kabinetinin hökumət xərclərini azaltmağa yönəlmiş kəskin qənaət tədbirləri olub.

Eyni zamanda, daha əvvəl Pakistan Prezidenti Asif Ali Zardari də maaşını və müavinətlərini almaqdan imtina edib. “Vəzifəyə görə hökumətdən aldığım rəsmi ödənişlərlə milli xəzinəni çox yükləməmək qərarına gəldim”, – deyə o bildirib.

Qeyd edək ki, hökumət xərclərinə qənaət etmək üçün tədbirlərin görülməsi Pakistanın fevral ayında keçirilən parlament seçkisindən sonra formalaşan və Şahbaz Şərifin rəhbərlik etdiyi yeni federal hökumətin ilk addımlarından biri olub.
 
Ardını oxu...
Dünya neft bazarında qiymətlər bahalaşaraq 87 dolları keçib. Qiymətləri ötən ilin oktyabrından bəri ən yüksək həddə çatdıran amillər arasında Ukraynanın Rusiyanın neft emalı sənayesinə vurduğu zərbələr öndə gedir. Belə ki, 2024-cü ilin əvvəlindən bəri Ukrayna dronlarla Rusiyanın 9 neft emalı zavoduna uğurlu zərbələr endirməyə nail olub. Bu zavodlardan 3-ü – Nijni Novqorod, Ryazan və Leninqrad vilayətindəkilər Rusiya əhəmiyyətli müəssisələr hesab olunur.

Hələ 2023-cü il dekabrın sonunda LUKOIL-un (Nizhegorodnefteorgsintez, NORSI) Nijni Novqorod neft emalı zavodunda” texnoloji insident”lə bağlı məlumat yayıldı, lakin şirkət bu barədə yalnız yanvarda məlumat verdi. Rostexnadzorun məlumatına görə, katalitik krekinq qurğusu kompressor hissəsinin nasazlığı səbəbindən sıradan çıxıb. Məhz o zaman hökumətin qəti şəkildə təsdiq etmədiyi benzin ixracına mümkün qadağa haqqında ilk söz-söhbətlər başladı.

Bir neçə həftə sonra Ust-Luqada NOVATEK kondensat emalı kompleksinə, sonra isə Tuapse Neft Emalı Zavoduna hücum edildi. Energetika Nazirliyi bir həftə ərzində NOVATEK-in işini bərpa etdiyini, Tuapse neft emalı zavodunun isə əsasən ixrac üçün işlədiyini, buna görə də daxili bazara təsir etməyəcəyini bəyan etdi.

Rəsmilər NORSI-də təmirin bir neçə həftə çəkəcəyini söyləsələr də, tezliklə martın 1-dən kommersiya benzininin ixracını altı ay müddətinə qadağan etmək, həmçinin dizel yanacağı birjasında satış standartını 12,5 faizdən 16 faizə qədər artırmaq barədə qərar qəbul edildi.

Martın 11-dən neft emalı zavodlarında hadisələr demək olar ki, hər gün baş verməyə başladı: Novoşaxtinski, Volqoqrad, Sızran, Slavyanski, Novokuybışevski, Ryazan neftayırma zavodlarına pilotsuz təyyarələr, Nijni Novqorod neft emalı zavoduna isə yenidən zərbələr endirildi. Kirişi və Yaroslavl neftayırma zavodları hücumun qarşısını ala bilib. Lakin belə hücumların davam edəcəyi gözlənilir: emal zavodlarının böyük əksəriyyəti Rusiyanın Avropa hissəsində - Ukrayna sərhədlərinə yaxın ərazilərdədir. Onların heç də hamısını hava hücumundan müdafiə sistemləri ilə təmin etmək mümkün deyil: Ukrayna dronları hətta Moskva vı Sankt-Peterburqa qədər gedib çıxa bilir və qorunası obyektlər minlərlədir...

Bu cür hadisələrdən sonra Rusiya hakimiyyəti hansı qurğulara hücum edildiyini və dağıntıların miqyasına dair məlumatları açıqlamağı dayandırıb.

Xatırladaq ki, ötən il də Rusiyada benzin və dizel təminatında problemlər yaranmış, qiymətlər kəskin artmışdı. Keçən yay və payızda hökumət kənd təsərrüfatı istehsalçılarına qiymətləri və tədarükləri sözün əsl mənasında əl ilə tənzimləməyə məcbur oldu; Rusiya prezidenti Vladimir Putin bu vəziyyətin gələcəkdə təkrarlanmamasını tələb edərək, bunun qarşısını almaq üçün istənilən tədbiri dəstəkləməyə hazır olduğunu bildirdi.

Sentyabrdan ölkədən dizel və benzin ixracına qadağa tətbiq olundu. Bu ilin əvvəlindən qadağa qaldırılsa da, uzun çəkmədi.

Martın 13-də Energetika Nazirliyi regionların yanacağın təchizatında vəziyyətin və yanacaqdoldurma məntəqələrində qiymətlərin stabil olduğunu, avtomobil yanacağının pərakəndə satış qiymətinin qalxması riskinin olmadığını bildirib.

Rusiya Enegetika Nazirliyi martın 18-də elan edib ki, 2024-cü ilin əvvəlindən daxili bazara avtomobil benzininin orta gündəlik çatdırılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz, dizel yanacağı isə 8 faiz çox olub: “Qeyd olunan tarixə şirkətlərin neft emalı zavodlarında və neft bazalarında avtomobil benzininin ehtiyatları 2 milyon ton, dizel yanacağı 3,5 milyon ton təşkil edir ki, bu da tələbatın artdığı mövsümə hazırlığın yüksək göstəricisidir”.

Bu açıqlamaya rəğmən birjada Aİ-92 markalı benzinin qiyməti ilin əvvəlindən bir ton üçün təxminən 40 min rubldan 52,6 min rubla, Aİ-95 isə üç ayda 43,2 min rubldan 62,4 min rubla, mövsümlərarası dizel yanacağı 53 min rubldan 68,7 min rubla qədər bahalaşıb.

Rusiyanın rəsmi statistikasından aydın olur ki, benzin və dizel istehsalında azalma var. Rosstat-ın açıqladığı məlumata əsasən 2024-cü il martın 11-dən 17-dək Rusiyada benzin istehsalının həcmi əvvəlki həftə ilə müqayisədə 2,8 faiz azalıb. Həftə ərzində benzin istehsalı 815,3 min ton təşkil edib. Dizel istehsalı isə 2,5 faiz azalaraq 1,639 milyon tona düşüb.

Rosstat statistikası illik müqayisədə yanacaq istehsalının dinamikasını təqdim etmir. Bununla belə, İnterfaks qeyd edir ki, ötən il, martın 13-dən 19-dək, benzin istehsalı 848,2 min ton, dizel yanacağı isə 1,793 milyon ton olub. Yəni ötən həftə emalda illik azalma benzində 3,9 faiz, dizeldə isə 8,6 faiz ola bilərdi.

Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib ki, hökumət yanacaq bazarında sabitlik yaratmaq üçün bir sıra yeni tədbirlər görə bilər. Onlar istehsalın artması və logistika məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlıdır. Onun sözlərinə görə, hasilatın dayandırılmadığı bir sıra NEZ-lərdə yanacaq istehsalının artması nəticəsində ilin sonuna kimi neft emalı ötən ilin səviyyəsində ola bilər.

Bu gün isə məlum olub ki, baş nazirin müavini Aleksandr Novak sabah yanacaq istehsalçıları ilə görüşəcək. Böyük ehtimalla, istehsalın artırılması, birja satışına daha çox həcmlərin yönəldilməsi məsələləri müzakirə olunacaq.

Rusiya hökuməti ölkənin illik benzin istehsalı potensialını 300 milyon ton həcmində qiymətləndirilir. Lakin hazırda illik istehsal 150 milyon tondan yuxarı deyil ki, onun da ixrac qadağası qoyulana qədər 90 faizi daxili bazarda satılırdı. Yəni qadağa cəmi 10 faiz benzinin daxildə qalmasını təmin etməli idi. Ukraynanın zərbələri bəzi məlumatlara əsasən, benzin istehsalının 11 faizədək azalmasına gətirib çıxarıb.

“Gunvor Group” hesablamalarına görə, hücumlar gündə 600 min barel neft emalı gücünə təsir göstərib. JP Morgan Chase analitikləri bu rəqəmi 900 min barel qiymətləndirirlər.

Rusiya ekspertləri zavodların vurulmasından sonra əsas problemin Aİ95 markalı benzinlə təminatda yarana biləcəyini güman edirlər. Onlara görə, zavodlarda istehsalın dayanması ölkə üzrə benzin və dizel istehsalının 5-6 faiz azalmasına gətirib çıxarıb. İndiyədək istehsal olunan dizelin 40 faizinin ixraca yönəldildiyini deyən eksperlər zavodların dayanmasının bu yanacaqla təminata təsirinin olmayacağını gözləyirlər. Onların fikrincə, neft şirkətləri indi çatışmayan həcmləri doldurmağın yollarını tapmalıdırlar, çünki zədələnmiş obyektlərin təmiri ən azı 3-4 ay çəkəcək.

Rusiya ekspertləri hesab edirlər ki, Belarus neft emalı zavodları Rusiyadakı hasilat kəsirini doldura bilər. Qonşu ölkədən ildə 3 milyon tona yaxın benzin ixrac edilir. Bu, Rusiya infrastrukturu vasitəsilə - əsasən Baltik limanları vasitəsilə baş verir. Yəni Rusiya hakimiyyəti Belarus benzinini ala bilər.

Qeyd edək ki, Rusiyanın benzin və dizel üçün xaricə üz tutması Azərbaycana da problemlər yarada bilər. Əvvəla, Rusiyada emala yönəldilən neftin azalması həmin həcmin ixraca istiqamətlənməsi demək olacaq ki, bu da dünya bazarında qiymətlərin azalmasına gətirib çıxaracaq: Rusiya sanksiyalara görə öz neftinin kəskin endirimlə satır. Digər tərəfdən, Rusiyanın benzin və dizel üçün üz tutacağı iki ölkə var: Belarus və Türkmənistan. Hər iki ölkə Azərbaycanın benzin idxalında mühüm paya malikdir.

Rəsmi statistikaya əsasən Azərbaycan Rusiyadan 2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min ton, 2023-cü ildə isə 40.2 min ton Ai95 markalı benzin idxal edib. Yəni Rusiyadan idxal 2022-ci ildə 40 faizədək, 2023-cü ildə isə 60 faizədək azalıb. 2023-cü ildə bu ölkədən Aİ92 markalı benzinin idxalı isə cəmi 17 min ton olub ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27 faizinə bərabərdir.

2023-cü ildə Azərbaycan xaricdən ümumilikdə 60 milyon 205,08 min dollarlıq 64 976,68 ton Aİ92, 83 milyon 183,27 min dollarlıq 86 036,95 ton Aİ-95, 2 milyon 451,7 min dollarlıq 2031,38 ton Aİ98 idxal edib. İl ərzində ölkədən Aİ92 ixracı da qeydə alınıb. Bu, 23 milyon 8,89 min dollar dəyərlə 33 111,64 ton təşkil edib.

Aİ95-in 20 milyon 406,06 min dollarlıq 21 567,2 tonunu Belarusdan, 37 milyon 831,25 min dollarlıq 40 261,56 tonunu Rusiyadan, 2 milyon 63,05 min dollarlıq 2301,03 tonunu Birləşmiş Ərəb Əmirliklərindən, 2 milyon 415,29 min dollarlıq 2219,71 tonunu Gürcüstandan, 9 milyon 647,57 min dollarlıq 9273,98 tonunu Rumıniyadan, 10 milyon 618,06 min dollar dəyərində 10213,45 tonunu Yunanıstandan almışıq.

Aİ92-nin isə 14 milyon 254,89 min dollarlıq 17 387,79 tonunu Rusiyadan, 23 milyon 362,8 min dollarlıq 26 645,35 tonunu Türkmənistandan, 22 milyon 587,39 min dollarlıq 20943,53 tonunu Litvadan almışıq.

Nəzərə alsaq ki, bu il Azərbaycanın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına NEZ-də dövrü təmir olacaq, o zaman ölkədə ən çox istehlak olunan Aİ92 benzininin bir neçə ay tamamilə xaricdən alınacağını deyə bilərik. Zavodda axırıncı dəfə dövrü təmir 2022-ci ilin aprel-mayında həyata keçirilib. Həmin dövrdə Nazirlər Kabineti fevral-may aylarında Aİ92 markalı benzinin idxalını gömrük rüsumu və aksizdən azad edib. Maraqlıdır ki, bu dəfə azadolma müddəti 10 aylıq dövr üçün nəzərdə tutulur. Bu isə NEZ-də təmirin daha uzun müddəti əhatə edəcəyindən xəbər verə bilər. Belə ki, 2022-ci ildəki təmirlə bağlı verilən açıqlamada NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlılığı proqramı həyata keçirildiyi, NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində kompleks tədbirlər planı hazırlanıb həyata keçirildiyi qeyd edilirdi. Proqramın icrası nəticəsində 2022-ci ildə əsaslı təmirə dayanma işlərinin icrasından sonra artıq NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcəyi açıqlanmışdı. Bildirilmişdi ki, layihənin növbəti mərhələlərinin icrası nəticəsində bir neçə ildən sonra təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub. 2023-cü ildə zavodda dövrü təmir işləri həyata keçirilməyib. Belə görünür ki, bu dəfə təmir daha uzun müddəti əhatə etməklə, dörd illik qrafikə uyğun işlərin görülməsini nəzərdə tutur.

Qeyd edək ki, indiyədək NEZ-də təmir dövründə xaricdən dizelin idxalına adətən ehtiyac yaranmırdı. Çünki dizel istehsal edən başqa bir qurğu da var. Zavod dayansa da, həmin qurğu ölkənin dizelə olan tələbatını təmin edə bilirdi. Bu il dizel idxalının da rüsum və aksizdən azad edilməsi göstərir ki, proses əlavə qurğunu da əhatə edəcək.

Rusiyada benzin və dizel qıtlığı yaranır və Avropa ölkələri ona bu məhsulları satmayacaq. Bu halda Rusiya Belarus və Türkmənistanda Azərbaycan üçün çox ciddi rəqibə çevriləcək. Belarusun öz məhsulunu nəqliyyat xərcləri minimum olan Rusiyaya daha həvəslə satacağı şübhəsizdir. Aşqabada gəlincə, türkmənlər bu ilin yanvarından qiyməti qaldırmadığına görə Azərbaycana qaz tədarükünü davam etdirməmək qərarına gəliblər. Yəni sabah Rusiya Azərbaycandan 10 qəpik artıq təklif etsə, Türkmənistan da benzini onlara satacaq.

Yaranmış vəziyyətdə Azərbaycanın benzin və dizel idxalı üçün başqa ölkələrə - daha çox Avropaya üz tutması qaçılmaz olacaq. Bu isə idxal olunan məhsulun qiymətinin artması demək olacaq. Xüsusilə Aİ92 benzini üzrə tələbatın Litvadan tamamilə təmin edilib-edilməyəcəyi ciddi sual altındadır...

Dünya SAKİT, Musavat.com
 

Dünyapress TV

Xəbər lenti