Ardını oxu...
Banqladeşin milli neft və qaz şirkəti “Petrobangla” ölkənin Benqal körfəzindəki dəniz zonasında geoloji kəşfiyyat işləri üçün tender elan edib.

"Report" xəbər verir ki, tenderin şərtləri şirkətin rəsmi saytında dərc olunub.

Tender üçün 9 dayaz su bloku və 15 dərin su bloku hərraca çıxarılır.

Müqavilə şərtlərinə görə, neft əməliyyatları üçün idxal olunan avadanlıq və mexanizmlərə rüsum tətbiq edilməyəcək. Podratçının korporativ gəlir vergisi öhdəliyi “Petrobangla” tərəfindən ödəniləcək.

İddiaçı həm dayaz, həm də dərin sulu dəniz blokları üçün dövlətə məxsus Banqladeş Neft Kəşfiyyat və İstehsalat Şirkətinin 10%-lik payına zəmanət verməlidir.

Tender iştirakçıları üçün ixtisas meyarlarına dənizdə gündəlik ən azı 15 min barel neft və ya 150 milyon kubmetr qaz hasilatı daxildir.
 
 


 
Ardını oxu...
Uzun müddətdən sonra dollar üzrə faiz dərəcəsi aşağı salına bilər. ABŞ Federal Ehtiyat Sisteminin Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildə baza faiz dərəcəsini endirəcəyi ilə bağlı xəbərlər yayılıb.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, FED baza dərəcəsini 5,25-5,5 səviyyəsində saxlayıb. Onun sözlərinə görə, ABŞ-da inflyasiyanın davamlı şəkildə azalması müşahidə edilir. Əgər proses belə davam etsə, il ərzində uçot dərəcəsinin enidirlməsinə şərait yaranacaq.

Ekspert deyir ki, uçot dərəcəsinin çox yüksək olması Amerika iqtisadiyyatının müəyyən sahələrində durğunluğa səbəb olur.Xalid Kərimli qeyd edib ki FED faiz dərəcəsini azaltamağa qərar versə, bu dolları dünya bazarında ucuzlaşdıracaq.

O, əlavə edib ki dollar ucuzlaşsa bu manatın məzənnəsinə ciddi təsir etməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
"Almaniya hakimiyyət 10 il ərzində ölkə sakinlərini münaqişələrdən qoruyacaq bunkerlərin tikintisi üçün ildə bir milyard avro ayırmalıdır".

Qayanrinfo xəbər verir ki, bunu "Funke"yə müsahibəsində Almaniyanın Şəhərlər və Kommunalar Assosiasiyasının rəhbəri Andre Berqeqqer bildirib.

Assosiasiya rəhbəri bunkerlərin tikilməsinin zəruriliyini qeyd edib.

"Mülki əhalini qorumaq üçün növbəti 10 il ərzində hər il ən azı 1 milyard avroya ehtiyacımız var", deyə Andre Berqeqqer bildirib.
 
Ardını oxu...
Azərbaycanda dərmanların qiymətinin aşağı salınması təklif olunub. Bu barədə, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, idxaldan asılılığın azaldılması, əczaçılıq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə yeni istehsal müəssisələri yaradılır, müxtəlif layihələr icra olunur.

TEREF Xəzər TV-yə istinadən bildirir ki, tibb eksperti Adil Qeybulla bildirir ki, dərmanların ucuzlaşmasına ən böyük təsiri məhz daxili istehsal edə bilər. Ekspert ölkəmizdə müxtəlif preparatların hazırlanması üçün kifayət qədər resursların mövcud olduğunu da deyir.
İqtisadçı Xalid Kərimli deyir ki, dərman idxalına hər il yüz milyonlarla vəsait sərf edilir. Üstəlik qiymətlər xarici ölkələrlə müqayisədə kifayət qədər yuxarıdır. Ona görə də, istehsalın artırılması bu istiqamətdə atılmış ciddi addım ola bilər.

İqtisadçının fikrincə dərman istehsalının inkişaf etidirilməsi həm də bu sahədə ixtisaslı mütəxəssislərin yetişdirilməsinə, işlə təmin olunmasına da şərait yaradacaq.

 
 
 
Ardını oxu...
Qəzza zolağının bərpası üçün 90 milyard dollardan çox vəsait tələb olunur.

Modern.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi bəyan edib.

Dövlət başçısı yerli televiziyaya müsahibəsində bildirib ki, hazırda Qəzza zolağı böyük humanitar faciə ilə üzləşib. Orda bərpa işləri üçün azı 90 milyard ABŞ dolları lazımdır.
 
Ardını oxu...
Son zamanlar ətin qiymətində yenidən artım müşahidə olunur. Ətin bahalaşması qəssablar arasında narazılığa səbəb olub.

Onlar diri heyvanın alış qiymətinin günü-gündən artmasından şikayətçidirlər.

“Adam var, bir ayda 300 manat maaş alır. Gəlir, yeddi kilo ətə 150 manat pul verir. O pulla necə dolansın? Mən 30 ilə yaxındır qəssab işləyirəm, gələn alıcıya ətin qiymətini deməyə utanıram”, - qəssab bildirib.

Onlar ətin bahalaşmasının səbəblərindən birinin də bütün rayonlarda diri heyvanların satışı bazarının hər gün təşkil olunması ilə əlaqələndirirlər. Halbuki əvvəlki illərdə heyvan bazarları həftədə yalnız bir gün təşkil olunurdu. Qəssablar bu ənənənin bərpa olunmasını istəyirlər.
İqtisadçılar isə bildiriblər ki, qiymət artımı bazarların hər gün təşkil olunması ilə bağlı deyil.

Əksinə, bu amil rəqabəti çoxaldır və qiymətin düşməsinə səbəb ola bilər. Qeyd olunub ki, heyvan bazarlarının hər gün təşkil olunması həm tez-tez baş verən xeyir və şər məclisləri, həm də restoranların sayının artması ilə bağlıdır. Odur ki, heyvan bazarının həftədə bir dəfə təşkil olunması bu tələbatı ödəmək üçün yetərli olmaya bilər.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,50 manat aralığında təklif olunan birlitrlik zeytun yağları isə son günlərdə 17-18 manata təklif olunur.

Bəs qiymətin bu qədər artması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.media-nın suallarını cavablandıran iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əvvəllər Azərbaycanda istehsal edilən zeytun yağlarının yarımfabrikatları xaricdən idxal olunurdu:

"Artıq bir ildir ki, ölkəmizdə də bu yarımfabrikatların istehsalına start verilib. Ola bilsin ki, bahalaşma bununla əlaqədardır. Yəni yerli xammaldan əldə edilən məhsulun baha baş gəlməsi səbəbindən qiymət artımının baş verməsi mümkündür.

Onun sözlərinə görə, son vaxtlar ölkəyə idxal olunan zeytun yağlarının dəyərində də artımlar nəzərə çarpmaqdadır:
"Bahalaşma bütün dünyada baş verməkdədir ki, bu da özünü soyuq sıxılma ilə əldə olunan yağlarda göstərir. Marketlərdə satılan şəffaf yağlar isə rafinə edilib”.

Ekspert zeytun yığımının bir neçə ay əvvəl başa çatmasının qiymət artımının səbəblərindən biri olmadığını qeyd edib:

"Yığım ötən il oktyabrın axırı, noyabrın əvvəlində başa çatıb və bundan cəmi 3-4 ay keçib. Növbəti mövsümə isə hələ 8-9 ay vaxt qalıb. Bu baxımdan da xammalın tez tükəndiyini və zeytun yağının buna görə bahalaşdığını düşünmürəm. Xammal tükənsə belə, istehsalçılar bunu idxalla kompensasiya edə bilərlər”.
 
Ardını oxu...
Ramazan ayının başlamasına bir neçə gün qalıb. Bu ay ərzində oruc tutanlar bəzən evdə, bəzən də restoranlarda iftar edirlər. Bəs bunlardan hansı daha sərfəlidir? Əvvəlcə paytaxt sakinlərindən soruşduq.

Restoranlardan birinin meneceri Şahin Surxayev deyir ki, iftar menyusuna şorba, əsas yemək, salatlar, xurma və içkilər daxildir.

Mərkəzdə yerləşən restoranlardan birinin meneceri Şövqi Novruzov isə bildirir ki, burada iftardan sonra müştərilərə çay və mürəbbə də ikram olunur.

Menecerlər qeyd edir ki, Ramazan ayı ərzində restoranlarda iftar edənlərin sayı kifayət qədərdir.

 
 
 
Ardını oxu...
Avropa Mərkəzi Bankının (ECB) İdarəetmə Şurası 3 əsas faiz dərəcəsini sabit saxlayıb.

TEREF xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Belə ki, ECB uçot dərəcəsini 4,5 %, depozitlər üzrə faiz dərəcəsini 4 %, marjinal kredit xətti üzrə faiz dərəcəsini isə 4,75 % səviyyəsində saxlayıb./Report
 
Ardını oxu...
Sabah 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Bu ərəfədə adəti üzrə Bakının gül və hədiyyə satılan dükanlarında nisbətən canlanma müşahidə olunur. Ən çox tələbat isə təbii güllərədir.

Oxu.Az-ın əməkdaşları qiymətləri öyrənmək üçün metronun “28 May” stansiyası yaxınlığındakı gül salonuna üz tutublar.

Gül salonunda insan əlindən tərpənməyə yer yoxdur. Elə müştərilər var ki, bir neçə buket alıb aparırlar.

Gülsatanların azacıq istirahətə belə vaxtları yoxdur, sifariş sifariş dalınca gəlir.

Hər yaş kateqoriyasından müştərilər var. Salona arabir xanımlar da yaxınlaşırlar. Müşahidəmizə görə, bəyənilmək baxımından ən sərfəli gül zanbaqdır. Çünki qarşı tərəfin zövqünü bilməyənlər uzun tərəddüddən sonra məhz bu gülü seçirlər.

Salonun müdiri Babək Məmmədov qiymət artımını izah etməyə çalışır:

“8 Mart ərəfəsində qiymətlərdə həmişə dəyişiklik olur. Səbəb də odur ki, bu bayramı çox ölkədə qeyd edirlər, tələbat çox olur, hətta indi müharibə gedən Ukrayna ilə Rusiyada da. Güllər Ekvador, Kolumbiya, Keniyadan gətirilir ki, bu da qiymətə təsir edir. Yol haqqı qalxır deyə məcbur qiymətləri də qaldırmalı oluruq”.

B.Məmmədov qiymətlərin güllərin növünə görə dəyişdiyini qeyd edir:

“Alıcılar çoxdur. İstəkləri də müxtəlifdir. Gülün sortuna görə qiymət dəyişir. Zanbağın bir ədədinin qiyməti 3 manatdan başlayır, 6 manata qədərdir. Qızılgüllərin qiyməti 5 manatdan başlayır, 12 manatadək yüksəlir. Orxideya 25 manatadır. Sortuna görə dəyişir.

Bir qızılgülü 12 manata almağınız o demək deyil ki, sizi aldadıblar. Gülü baha almamısınız, sadəcə, baha olanını seçmisiniz”.

Babək Məmmədov deyir ki, indi zanbağın mövsümüdür, yerli istehsal olduğu üçün ən çox da o satılır:

“Gülləri dənə ilə, dəstə ilə, səbətlə, qutu ilə alanlar var. 8 Marta özəl “8” formasında gül hazırlamırıq. Onlar artıq iki-üç ildir ki, dəbdə deyil. Mənim də xoşuma gəlmir”.

Satıcı güllərin ömrünü uzatmaqla bağlı məsləhətlər də verir:

“Gülün ömrünü maksimum 15 gün uzatmaq olar. Bunun üçün onun saplağı hər gün bir az kəsilməli və suyu dəyişilməlidir. Səhləblər daha çox qalır. Güllər tez solsa da, adama rahatlıq verir, xoş hisslər yaradır. Ən sadə və eyni zamanda, ən gözəl hədiyyədir gül”.

Mağazada çoxalan sıxlıq satıcının son sözlərini təsdiq edir. Baxırıq ki, bu gedişlə sabaha dükanda gül qalmayacaq…

Gül-çiçəyiniz, dəyər verənləriniz çox olsun, əziz xanımlar! Bayramınız mübarək!

Məqaləyə dair fotomateriallar:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti