Ardını oxu...
“Pandemiya dövründə toyların keçirilməsi formatından danışarkən təkcə say nəzərə alınmalı deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bunu ATV-yə pandemiya dövründə toyların keçirilmə qaydaları haqqında danışarkən professor, həkim Adil Qeybulla deyib.

Onun sözlərinə görə, toylar bərpa ediləndə bir sıra şərtlər mütləq nəzərə alınmalıdır:

“Toya gələn şəxslərin tempraturu ölçülməli, həmçinin xəstəliklərlə bağlı xəbərdarlıqların edilməsi vacibdir. İmmun zəifliyi olan insanlara belə şənliklərdə iştirak etməməklə bağlı tövsiyyələr edilməlidir. Yəni pandemiya dövründə toyların necə keçirilməsi ilə bağlı insanlarda düzgün fikir formalaşmalıdır”.
Ardını oxu...
Azərbaycanda otellər turizm şirkətləri ilə əməkdaşlıqdan imtina edir
Karantin tədbirlərinin yumşaldılması və şəhərlərarası nəqliyyatın bərpası ilə bir çox paytaxt sakini bölgələrə tətilə getməyə qərar verdi. Dörd divar arasında oturmaqdan bezən insanlar təbiətə səyahətlərə, yeni təəssüratlara can atırlar.

Bu cür fəallığa otellər yalnız sevinə bilər, çünki bunun sayəsində işsiz qaldıqları vaxtdan gələn itkiləri, ən azı müəyyən dərəcədə kompensasiya edə bilərlər. İndi istirahət günlərində bir çox otellərdə boş yer yoxdur və qarşıdan gələn Novruzda yerli turistlərin sayı xeyli artacaq.

Bu arada turist sayı artdıqca otellərlə bağlı şikayətlərin sayı da artır. Deməli, əsas şikayətlərdən biri də qiymətlərin çox baha olmasıdır. Xüsusilə, turistlər rezervasiya vaxtı onlara bir qiymət verildiyindən, ancaq gəlişdən sonra qiymətin daha yüksək olduğundan şikayət edirlər. Otellər bunu otel dolu olduqda, qalan otaqların qiymətinin artması ilə izah edir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) İdarə Heyətinin sədri Rüfət Hacıyev AYNA ilə söhbətində, daxili turizmin canlandığını və bunun müsbət dəyişiklik olduğunu deyib: “Qışda Şahdağ və Tufandağ xizək kurortları xüsusilə populyardır. Həftəsonları demək olar ki, onlarda 100%-lik dolma olur. Şamaxı, Şəki və Qəbələ də eyni dərəcədə populyardır”.

"ATAA” İdarə Heyətinin sədri Rüfət Hacıyevin turizm şirkətlərinə müraciəti – Turizm Media

Artıq otellər Novruz tətilində qonaqları qəbul etməyə hazırlaşır. Hacıyevin sözlərinə görə, indi turistlər otellərin özündən onları sevindirəcək Novruz təklifləri paketlər alırlar: “Ancaq problemlər də var: indi turizm şirkətləri və otellər arasında böyük bir sədd meydana gəlib. Pandemiyadan sonra otellər turizm şirkətlərini işə qoşmadan, özləri pul qazanmağa çalışır”.



“Əvvəllər turizm agentlikləri müqavilələr və müvafiq olaraq komissiya haqqı alırdı. İndi bir çox otel müştərilərin onsuz da birbaşa gəldiyini qeyd edərək, bundan imtina edir. Beləliklə, otellər daha çox pul qazanacaq, lakin turizm şirkətləri ilə əməkdaşlıqdan imtina etmələri turizm sənayesinə mənfi təsir edə bilər. Bu çətin anda turizm şirkətlərinə dəstək verilməsə, ayaqda qala bilməyəcəklər, işçilərinə ödəməyə belə, vəsaitləri olmayacaq”, - həmsöhbətimiz bildirib.



Onun dediyinə görə, otellər, sərhədlər açıldıqda və ölkəyə xarici turistlər gəlməyə başladıqda turizm şirkətləri ilə əməkdaşlığa davam edəcəklərinə ümid edir: “Ancaq bir çox turizm şirkətinin o zamana qədər fəaliyyətini dayandırmayacağına dair heç bir zəmanət yoxdur. Və sonra turizmin sıfırdan bərpa edilməsi lazım olduğu ortaya çıxacaq”.



ATAA rəhbəri qeyd edib ki, pandemiyadan əvvəl turizm şirkətləri vasitəsilə turlar təşkil etmək daha sərfəli idi: “Çünki onlar ucuz idi. Bu, həm faiz alan turizm şirkətləri üçün, həm də pula qənaət edə bilən turistlər üçün yaxşı idi”.



Otaqların qiymətinə və turistlərin bahalaşma ilə bağlı şikayətlərinə gəldikdə, Hacıyev söyləyib ki, otellərdəki otaqların qiymətlərində, təxminən 10-15% artım müşahidə edilir: “İndi çox sayda otel dinamik qiymətlərə keçir, doluluğundan asılı olaraq qiymət dəyişə bilər. Bu, otelin qaydalarında qeyd edilir və deyək ki, 5-7 otaq qalıbsa, qiyməti artır. Turizm şirkətlərinin müqavilə qiymətləri vardı və onlar bütün il üçün - yüksək və aşağı fəsillər üçün keçərli idi. Və otel paketçilərindən bir il əvvəl aldığımız qiymətlərə əsasən, turpaketləri hazırlaya bilirdik. Turist səyahətin ona konkret hansı məbləğə başa gələcəyini sifariş zamanı bilirdi. İndi müqavilə qiymətləri olmadan vəziyyət dəyişdi. Bu gün turistə bir qiymət deyirik, sabah fərqli ola bilər. Bunun üçün turizm agentliyi günahkar deyil, ancaq turistlər arasında anlaşılmazlığa və inamsızlığa səbəb ola bilər”.



Müsahibimiz qeyd edib ki, Dövlət Turizm Agentliyi (DTA), turizm sektoru ilə bağlı şikayət və təkliflərin qəbul ediləcəyi, eyni zamanda orada lazım olan məlumatların əldə ediləcəyi bir “qaynar xətt açmağı planlaşdırır.



DTA-nın İctimaiyyətlə əlaqələr və media sektorunun müdiri Kənan Quluzadə də AYNA-ya deyib ki, hazırlıq işləri aparılır və “qaynar xətt” bu il ərzində yaradılacaq: “Bu, turizmə böyük bir kömək mərkəzi layihəsinin bir hissəsidir. Otellərin turistlərdən pul qazanmaq istəyi başadüşüləndir, lakin bu cür obyektlərin seçimi indi daha çoxdur. Bir turist bir oteldə qiymət siyasətindən razı deyilsə, manatını başqa oteldə xərcləyəcək”.

Müəllif: Elya Belskaya
Ardını oxu...
Bir zamanlar qıtlıq illərində həkimlər, dietoloqlar kərə yağını az qala sağlamlığın düşməni elan edib, insanları inandırırdılar ki, problemlərin səbəbkarı kərə yağıdır.

Duru yağı, ucuz bitki yağı, marqarin daha yaxşıdır. İndi isə əksinə deyirlər: kərə yağı lazımdır, vacibdir, indi də yaxşı, təmiz kərə yağı tapılmır.

Normaya görə insan sutkalıq 30qr kərə yağı almalıdır.

Medicina.az hər gün kərə yağı yeməyin faydalarını təqdim edir.

-Yanlış olaraq deyirlər ki, kərə yağı xolesterini artırır, damarları tutur. Amma kərə yağı pis xolesterinlə yanaşı yaxşı xolesterini də artırır, bu da damarlardan, qandan zərərli xolesterini qovmaq üçün vacibdir.

- Dırnaqlar, saç, dəri sağlamlığı üçün – Omeqa 3-6, A, E, D vitaminləri kərə yağındadır.

- Ürək-damar sistemi üçün – damarlarda xolesterin tıxaclarının qarşısını alır. Damarları tonusda saxlayır.

- Mədə-bağırsaq sistemi üçün – kərə yağında olan qlikosfinqolipidlər bağırsaqları infeksiyalardan qoruyur. İltihabı götürür, qastrit əmələ gəlməsinə qoymur

- Xoşbəxtlik hormonu serotonin artır Süd yağı triptofan beyin üçün vacibdir. Triptofan və serotonin beynin işini yaxşılaşdırır, yuxunu qaydaya salır, depressiyadan çıxarır, təşviş və qorxuya qarşıdır. Sümük sistemi, endokrin hormonlar, hipofiz üçün vacibdir.

- Mərkəzi sinir sistemini tənzimləyir – deməli bütün nevroloji problemlərdə kərə yağı lazımdır. Bəlkə ona görə son zamanlar insanlarda pessimizm, sinir, əsəb pozulması artıb. Çünki yağlı süd və kərə yağı qəbul etmirik.

- Orqanizmin daxilində zərərli göbələklərin yayılmasının qarşısını alır

Həkimlər gündə 30 qram təmiz kərə yağının nə piylənmə, nə damar tutulması, nə ürək problemi yaratmayacağını bildirir.

Bişirilmələr üçün əridilmiş kərə yağı istifadə olunmalıdır.
Ardını oxu...
Meyvələr həmişə faydalı olmur, müəyyən şərtlərdə bədənə zərər verə bilər.

Publika.az xəbər verir ki, rusiyalı dietoloq Rimma Moysenko meyvələrin zərərli xüsusiyyətlərindən danlşıb:

“Şirin meyvələrin bir hissəsində olan fruktoza təhlükə yaradır. Həddindən artıq istifadəsi qanda xolesterin səviyyəsinin artmasına, həmçinin zəhərli viseral yağ və metabolik xəstəliklərin meydana gəlməsinə səbəb olur. Odur ki, şəkərli diabet şirin meyvələrdən sui-istifadənin ciddi nəticələrindən biri ola bilər.

Əvvəla yetişmiş və yumşaq meyvələrdən imtina etməliyik: tərkibində ən çox miqdarda fruktoza var. Hansı meyvənin olması vacib deyil: çox yumşaqdırsa, bu meyvə zərərlidir”.

Onun sözlərinə görə, az suyu olan sərt meyvələr yemək lazımdır. Moysenko bədən üçün qeyri-adi ekzotik meyvələrin (kivi, ananas, manqo, banan) istifadəsinin allergiyaya səbəb ola biləcəyini qeyd edib. Bundan əlavə, bədənin fermentasiyasına səbəb ola biləcək meyvələr yeməməyi tövsiyə edib. Bir çox giləmeyvə eyni xüsusiyyətə malikdir: üzüm, qara qarağat.

Mədə-bağırsaq traktında problemi olan insanlar üçün meyvə və giləmeyvədən tamamilə imtina etmək daha yaxşıdır. Həftədə ikidən çox alma, bir armud və xurma yeyə bilərlər. Hər şeydən əvvəl dietoloq sitrus meyvələrinin istifadəsindən imtina etməyi məsləhət görür. Ancaq limon bir istisnadır, yaşlı insanlar üçün və mədədə turşusu az olanlar üçün faydalıdır.

Aytən Məftun
Ardını oxu...
İranda koronavirusun yeni ştammı yaranıb.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Kadızadə Haşimi deyib. O bildirib ki, yeni ştamm Qəzvin və ətrafında qeydə alınıb:

“Afrika, İngiltərə və Kaliforniya mutasiyalarının yanına İran ştammı da əlavə edilə bilər. Əlbəttə, bu, hələlik qəti olaraq açıqlanmasa da, Qəzvin əyalətində və yaxınlığında onun mövcudluğu barədə dəlillər var”.

İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur isə bunları təkzib edərək, ölkədə “İran ştammı” adlandırılacaq qədər ciddi bir mutasiya edilmiş COVİD-19 növü olmadığını qeyd edib.

Bu günədək epidemiyanın 70-dən çox mutasiyasının aşkar edildiyini bildirən Cahanpur “bu mutasiyalar virusun davranışında ciddi bir dəyişikliyə səbəb olmadı. Bu səbəbdən onları yeni ştamm adlandırmaq doğru deyil”, - deyə bildirib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, İranda Britaniya, Cənubi Afrika, Braziliya və Kaliforniya ştammı arasında yalnız Britaniya ştammı aşkarlanıb.
Ardını oxu...
Səhəri necə açırsınızsa, bütün gününüz elə keçəcək. Lakin gündəlik vərdişlərimiz arasında elələri var ki, onlar sağlamlığı təhlükə altında qoyur. Xüsusən də qarın ac olarkən faydalı və ya ziyanlı olacağını düşünmədən etdiyimiz 4 vərdiş bizə xoş olmayan fərqli nəticələr qazandırar.

Medicina.az orqanizmə ziyan olan vacib detalları təqdim edir:

QƏHVƏ İÇMƏK

Faydalı tərkibi olan və enerji verən qəhvəni ac halda içmək zərərli vərdiş ola bilər. Qəhvədəki kafein alınmış olsa da, mədənin turşuluq dərəcəsini artırır və yanma hissinin yaranmasına səbəb olur. Bu zaman seçiminizi çay ilə dəyişdirsəniz daha yaxşı olar.

MEYVƏ ŞİRƏSİ

Narıncı meyvələrin şirəsində bol miqdarda vitamin, mineral və orqanizim üçün faydalı elementlər var. Lakin bu şirələri ac halda qəbul etməyin. Çünki qastrit və ya həzm problemləri olan kəslərin mədə turşuluğunu qıcıqlandıra bilər. Yox əgər acqarına içmək istəyirsinizsə, meyvə şirələrini eyni miqdarda su ilə qarışdırın. Bu cür meyvə şirələrini daha çox səhər yeməklərində içmək lazımdır.

DƏRMAN QƏBUL ETMƏK

Ac qarına aspirin, asetaminofen və steroid olmayan anti-inflamatuar dərmanlar qəbul etmək olmaz. Bu ciddi həzm problemlərinə səbəb olur. Tərkibindəki maddələr mədə qanamasına kimi gətirib çıxarır. Bu cür dərmanların təsirini azaltmaq üçün südlə içmənizdə fayda var. Süd yoxdursa, bol su ilə qəbul edin.

İDMAN ETMƏK

Ac halda idman etmək yaxşı nəticələnməyə bilər. Çünki boş mədəyə idman etməklə daha çox kalorinin yandırılmasına inanmaq heç də düzgün fikir deyil. Yəni idman edərkən boş mədənin hansı kalorisini yandıra bilərsiniz ki?! Əksinə, əzələ kütləsini azaldacaqsınız.
Ardını oxu...
BMT Təhlükəsizlik Şurası yekdilliklə yeni növ koronavirus infeksiyasına qarşı istifadə edilən peyvəndlərin bərabər paylanması barədə qərar qəbul edib.

Pravda.az-ın məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının iclasında Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord məlumat verib.

Pandemiya dövründə qüvvədə olan qaydalara əsasən səsvermə dünəndən bəri yazılı olaraq reallaşıb.
Ardını oxu...
Avropa Birliyi ölkələrinin rəhbərləri vaksinasiya ilə bağlı elektron sertifikat tətbiqi üçün razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel məlumat verib.

“Texniki məsələlərin həlli üçün Avrokomissiyaya 3 ay vaxt lazımdır”, - deyə kansler bildirib.

Merkelin sözlərinə görə, belə sertifikatlar əvvəlcə üzv ölkələrdə tətbiq ediləcək.
Ardını oxu...
Qaraciyər piylənməsi bir çox insanın əziyyət çəkdiyi sağlamlıq problemlərindən biridir. Piylənmə müxtəlif səbəblərdən yarana bilər. Qaraciyər hüceyrələrində normadan artıq yağ yığılması bəzi xəstəliklərə yol açır. İnsanlarda kökəlmə dərəcəsi artdıqca qaraciyərdə iltihab başlayır və orqan funksiyalarında azalma baş verir. Piylənmə qaraciyər xərçəngi və serroz kimi xəstəliklərə də yol aça bilər.

“Sherg.az” türk mediasına istinadən bildirir ki, qaraciyər piylənməsinin ən böyük səbəbi həddindən artıq kilo almaqdır.

“Sabah.com”un məlumatına əsasən içki və siqaret istifadəsi də qaraciyərin yağlanmasına şərait yaradır:
Eyni zamanda tez bir zamanda kökəlmək və arıqlamaq, bəzi dərmanların qəbulu da qaraciyəri piyləndirir. Passiv həyat tərzi, şəkərli diabetdən əziyyət çəkənlər də bu problemlə üzləşirlər.

Qaraciyər piylənməsinin təbii yollarla qarşısını almaq mümkündür:

Qaraciyərinizdəki yağdan qurtarmaq üçün çoxlu limon istifadə edin. Yarım limonu bir stəkan suda sıxıb səhərlər bir neçə həftə müntəzəm olaraq içsəniz, yağlı qaraciyərdən qısa müddətdə xilas ola bilərsiniz.

Soyuq qış aylarının əvəzolunmaz meyvəsi olan qreypfrut iltihabın qarşısını aldığına görə, gündəlik istehlak edə biləcəyiniz qidalardan biridir.
Qoz və fındıq da qaraciyər piylənməsi üçün faydalı qidalar arasındadır.

Yağlı qaraciyərdən xilas olmaq üçün bol meyvə və tərəvəz yeyin. Tam taxıl kimi sağlam qidalar da yeməlisiniz. Yağ və şəkərin azaldılmasına diqqət etmək lazımdır.

Bundan başqa həftənin ən az 3-4 günü 30 dəqiqə gəzintiyə çıxmaq faydalıdır.
Ardını oxu...
“Koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe “DR” Danimarka televiziyasına açıqlamasında bildirib.

Üst rəsmisinin sözlərinə görə, bu, onun subyektiv fikri olaraq, sadəcə, proqnozdur: “İndiyə qədər heç kim vəziyyətin necə inkişaf edəcəyini dəqiq deyə bilməz. Ən pis ssenari arxada qaldı. Virus insanı tərk etməyəcək, lakin məhdudlaşdırmalara da ehtiyac qalmayacaq və göstərilən tarixə qədər yox olacaq”.

Dünyapress TV

Xəbər lenti