Ardını oxu...
 

Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2019-cu ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2019) dərc edib.

Publika.az xəbər verir ki, Azərbaycan ötən illə (12-ci yer) müqayisədə 2 pillə irəliləyərək reytinqdə 10-cu sırada qərarlaşıb.

Son reytinqdə Ermənistan 3-cü, Rusiya 6-cı, İran 24-cü, Türkiyə 19-cu, Gürcüstan isə 49-cu pillədə yer alıb. BICC dünyanın ən çox hərbiləşdirilmiş dövləti kimi İsraili seçib. Sinqapur 2-ci sırada qərarlaşıb, Cənubi Koreya ilk “5-liy”i tamamlayıb. “Top-10”a həmçinin Küveyt, İordaniya, Kipr, Yunanıstan və Belarus daxil edilib.

İnstitutdan bildiriblər ki, Dağlıq Qarabağda da həlli uzadılan münaqişəyə görə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinə böyük vəsaitlər xərcləməyə davam edir.

Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150-yə yaxın ölkəsini qiymətləndirirlər.

Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur.//Report.az


Ardını oxu...
 

Somalinin paytaxtı Moqadişo yaxınlığında Əş-Şəbab terrorçularının hərbi hissəyə təşkil etdiyi irimiqyaslı hücum zamanı həlak olan hərbçilərin sayı 20-ni ötüb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, onların arasında yüksək rütbəli zabitlər də var. Aralarında hərbi hissənin komandanı da olmaqla onlarla hərbçi yaralanıb. Bildirilir ki, terrorçular hərbi hissəni ələ keçirsələr də, bölgəyə əlavə qüvvələr cəlb edildikdən sonra hərbi hissə yenidən ordunun nəzarətinə keçib.

Ərazidəki silahları və zirehli texnikaları ələ keçirən terrorçular bölgədən uzaqlaşıb.


Ardını oxu...
 

Pakistan Silahlı Qüvvələri "Raad-2" qanadlı raketini sınaqdan keçiriblər.

Publika.az-ın Axar.az-a istinadən məlumatına görə, 600 kilometrə qədər məsafəyə uça bilən qanadlı raket uğurla sınaqdan keçirilib. Qeyd edilir ki, silah kompleksi müasir naviqasiya sistemləri ilə təchiz edilib və bu, hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verir.

Pakistan Prezidenti Arif Alvi, ölkənin Baş naziri İmran Xan və Silahlı Qüvvələrin Qərargah rəisi alimləri və mühəndisləri raketin uğurla sınaqdan keçirilməsi münasibətilə təbrik ediblər.

Ardını oxu...
 

Türkiyə ordusunun əməliyyatları nəticəsində Suriya rejiminin daha 55 əsgəri həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, əməliyyatlar Suriya qüvvələrinin Türkiyə ordusunun mövqelərinə endirdiyi top atışlarına cavab olaraq təşkil edilib. Bildirilib ki, hücum zamanı Suriya ordusuna məxsus bir neçə hədəf yerlə bir edilib.

Qeyd edək ki, Suriya qüvvələrinin İdlibdə yerləşən Türkiyə ordusuna məxsus müşahidə məntəqələrini atəşə tutması nəticəsində ümumilikdə 12 hərbçi həlak olub. Cavab hücumları nəticəsində ümumilikdə 300-dən çox suriyalı hərbçi zərərsizləşdirilib.

Anar Türkeş

Ardını oxu...
“ABŞ-ın strateji nüvə qüvvələrinin (SNF) yenilənməsi bir neçə onilliklər aparacaq və bu məsələ prezidentin istəyi ilə həll edilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinlə silahlara nəzarət müqavilələri olmadığı təqdirdə, ABŞ-ın dünyada ən güclü nüvə qüvvələrini yaradacağını bildirib.

Tramp, eyni zamanda ABŞ-ın nüvə arsenalının ölçüsünü müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Korotçenko isə hesab edir ki, strateji nüvə qüvvələri üçün müasir silahların yaradılması onilliklər boyunca davam edən çətin və əziyyətli işdir:

“Əlbəttə bir müddətdir ABŞ-ın müəyyən formada strateji nüvə qüvvələri mövcuddur. Üstəlik, bilirik ki, bu qüvvələrin mərhələli olaraq modernləşdirilməsi planlaşdırılır: yeni sualtı strateji raket daşıyıcısı, yeni Amerika strateji bombardmançı sistemlərinin hazırlanması və s. ”.

Onun sözlərinə görə, bu proqramlar ABŞ tərəfindən qərar verilən andan bir neçə onilliklər ərzində tamamilə yenilənənədək həyata keçiriləcək:

“Yəni Moskva və Vaşinqton arasındakı strateji tarazlıq pozulmayacaq. Rusiya artıq strateji nüvə qüvvələrini yenidən təchiz edib. Yaxın illərdə yeni nüvə daşıyıcılarının sayı 100 faiz artacaq. Silah yarışında iştirak etmədən balansı qoruyuruq”.
Ardını oxu...
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) uzaq hədəfləri vurmaq üçün istehsal olunan yeni nəsil raketi təqdim edib.

“Raad” adlanan yeni silah ötən il təqdim edilən “Fatih” raketinin əsasında yaradılıb.

Təqdimat mərasimində SEPAH-ın komandanı general Hüseyn Səlami raket haqqında ətraflı məlumat verməyib. General nəzərə çatdırıb ki, yeni raket 200 kilometr məsafədəki hədəfləri dəqiqliklə vurmaq imkanına malikdir.

Yeni raket SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələrinin sərəncamına verilib.

General bəyan edib ki, İranın Ali Rəhbərinin tövsiyəsinə uyğun olaraq, İran ordusu ildən-ilə arsenalını təkmilləşdirir.

Xatırladaq ki, Ali Rəhbər Əli Xamenei yüksək rütbəli zabitlərlə görüşdə demişdi ki, sülh istəyirsənsə müharibəyə hazır olmalısan(azərtac).
Ardını oxu...
 

Türkiyə ordusunun əməliyyatları nəticəsində Suriya rejiminin 101 hərbçisi həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, əməliyyatlar Suriya qüvvələrinin Türkiyə ordusunun mövqelərinə endirdiyi top atışlarına cavab olaraq təşkil edilib. Bildirilib ki, hücum zamanı Suriya ordusuna məxsus 115 hədəf yerlə bir edilib. O cümlədən 3 tank , 2 ağır texnika və 1 helikopter sıradan çıxıb. Əməliyyatlar davam edir. Türkiyə mənbələrinin məlumatına görə, Ankara Suriya ilə sərhədə əlavə qüvvələr və zirehli texnikalar cəlb edir.

Qeyd edək ki, bu gün Suriya qüvvələrinin İdlibdə yerləşən Türkiyə ordusuna məxsus müşahidə məntəqələrini atəşə tutması nəticəsində 5 hərbçi həlak olub, daha 5-i yaralanıb.

Anar Türkeş


Ardını oxu...
 

Ermənistanın Syunik (Zəngəzur) vilayətində 4 hərbçi qar uçqunu altında qalıb.

Publika.az xəbər verir ki, əsgərlərdən 3-ü həyatını itirib. Onlar Karapet Nazaryan (1991-ci il), kiçik çavuş Tiqran Arzumanyan (1994-cü il) və kiçik çavuş Nver Şahbazyandır (1995-ci il).

Müdafiə Nazirliyinin məlumatına görə, 1 əsgər yaralı xilas edilib. Əsgər Hamlet Mirzoyanın (1998-ci il) isə vəziyyəti normaldır.

Açıqlamaya görə, qar uçqunu altında qalan hərbçilər müqavilə əsasında xidmət göstərib.

Ardını oxu...
Dünyanı 30 dəqiqə ərzində məhv edə biləcək beş atom sualtı qayığından üçü Rusiyada, digər ikisi isə ABŞ-dadır.

Gununsesi.org bu barədə “The National Interest”ə istinadən xəbər yayıb.

Jurnalın məlumatına görə, “soyuq müharibə” dövründə ABŞ-ın “Ohio” tipli submarinası şəhər böyüklüyündə 288 hədəfi yarım saatdan da az müddətə radioaktiv külə çevirə bilər.

Bundan sonra siyahıda tikintisi gələn il üçün nəzərdə tutulan “Columbia” gəlir.

Məqalə müəllifi Rusiya hərbi texnikasından “ballistik raketləri olan ən sakit sualtı qayıq” adlandırdığı 955 layihəsinin “Borey”in, 667BDRM layihəsinin “Delfin” və 885M layihəsinin “Yasen-M” sualtı qayıqlarının adını çəkib.

“Əslində, üçüncü dünya müharibəsi başlasa, bu gəmilər və onların hərbi texnikası sivilizasiyanı, pizza sifariş etmək üçün tələb olunan vaxtdan da az müqddətdə məhv edə bilər”, – deyə nəşrin eksperti vurğulayıb.
Ardını oxu...
“İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyəti ilə görüşümüz dostluq-qardaşlıq münasibətləri çərçivəsində keçib”.

Bunu bu gün Astarada İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayi ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bildirib. Quliyev deyib ki, görüşdəyanaşı “Astara” dəmiryolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlər diqqət mərkəzində olub: “2018-ci illə müqayisədə 2019-cu ildə ölkələrimiz arasında sərhəd-buraxılış məntəqələrindən həm şəxslərin, həm nəqliyyat vasitələrinin keçidində çox ciddi artım var. Şəxslərin sayı təqribən 21.5 % artıb və bu, çox ciddi bir göstəricidir. Eyni zamanda nəqliyyat vasitələrinin sayında 13 % artım qeydə alınıb. İki ölkə arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələləri müzakirə olunur. Bu məsələ həm də hökumətlər arasında müzakirə obyektidir. Sərhədyanı digər əlaqələrin qurulması, inkişaf etdirilməsi bu gün gündəlikdədir. Bütün bunlar hamısı ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Möhtərəm cənab Prezident İlham Əliyev daima Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də qürurla çalışırıq ki, möhtərəm Prezidentimizin bu tapşırıqlarının ən yüksək səylə icrasını təmin edək.”

Dünyapress TV

Xəbər lenti