Ardını oxu...
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukraynaya qarşı son kütləvi hücumlarından sonra Qərbi Ukraynanı Patriot hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb, çünki onlar Ukraynanın müdafiəyə çox ehtiyacı olan yeganə silahdır.

TEREF xəbər verir ki, bu barədə Kuleba "Politico"ya müsahibəsində danışıb.

"Bu lənətə gəlmiş "Patriot”ları bizə verin. Əgər kifayət qədər hava hücumundan müdafiə sistemlərimiz, yəni "Patriot” olsaydı, biz təkcə xalqımızın həyatını deyil, həm də iqtisadiyyatımızı məhv olmaqdan qoruya bilərdik", - nazir deyib.

Jurnalistlər qeyd edirlər ki, Kuleba ilə müsahibədən cəmi bir saat əvvəl Rusiya Federasiyası Kiyevə ballistik raketlərlə hücum edib. O zaman Kuleba gələcək səfərinə götürmək üçün şəhərin botanika bağında video çəkirmiş.

Kuleba qeyd edib ki, bu sistemlər həm də Rusiya aviasiyasının Rusiya işğalçı qüvvələrinə üstünlük əldə etməyə kömək edən hava bombalarından kütləvi şəkildə istifadə etdiyi cəbhə xəttindəki vəziyyəti yaxşılaşdırmağa kömək edəcək.

O, hədəfi olduğunuz halda belə bir bombadan qaçmağın mümkünsüz olduğunu bildirib:

"Sadəcə başınıza düşür və hər şeyi məhv edir. Biz beləcə mövqelərimizi itiririk və bunun qarşısını almağın yeganə yolu bomba daşıyan təyyarələri vurmaqdır. Cəbhə xəttində hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var", - xarici işlər naziri əlavə edib.

Bir gün əvvəl Rusiyanın Kiyevə raket hücumundan sonra Kuleba Ukraynaya daha çox "Patriot” hava hücumundan müdafiə sistemləri və raketlərinin verilməsini istəyib.

O, həmçinin Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel ilə Aİ-nin Ukraynaya mümkün qədər tez daha çox Patriot və digər hava hücumundan müdafiə sistemləri əldə etməkdə kömək edə biləcəyi yolları müzakirə edib.

qaynarinfo.az
 
Ardını oxu...
Ukrayna tankının ekipajı eyni anda üç rus tankı ilə döyüşə girin və qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Avdeyevka istiqamətində Tonenkoye ərazisində baş verən bu döyüşün videosunu knyaz Vladimir Monomax adına 53-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçiləri X sosial şəbəkəsində paylaşıblar.

"Bizim reallıqlarımız formalaşmış düşüncəyə dəyişikliklər edib. İndi həmişə dörd şeyə baxmaq mümkündür. Üç klassikə biz knyaz tank ekipajlarının az qala düşmən tank taqımını necə məhv etdiyini əlavə edirik. 15 dəqiqə, bir tank heyəti, üç atış, üç düşmən tankının yanaraq külə dönməsi. Düşmənin növbəti irəliləyiş cəhdi məhz beləcə başa çatdı. Bu, haqlı olaraq, bir çox hərbi dərsliyin əsasını təşkil edəcək döyüş tapşırığının möhtəşəm qaydada icra edilməsi sayıla bilər”, deyə ukraynalı hərbçilər qeyd ediblər.
 
 
Ardını oxu...
Bütün xəbərdarlıqlara baxmayaraq, İsrailin Rəfaha mümkün hücumu çox böyük səhv olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Kamala Harris deyib.

"Buradakı insanların gedəcək yerləri yoxdur. Rəfaha qarşı hərtərəfli hərbi əməliyyatın böyük bir səhv olacağını açıq şəkildə söylədik. Qəzza ilə bağlı prioritetlərimizi qorumağa davam edəcəyik. Günahsız fələstinlinin öldürülməsinə qarşıyıq. Fələstin xalqı təhlükəsiz və rahat formada yaşamaq haqqına sahibdir”, - Harris bildirib.
 
Ardını oxu...
“Erməni teleqram kanallarında Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər "fake" və dezinformasiyadır”

Erməni “Telegram” kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bu kimi məlumatlar təmamilə "fake" və dezinformasiya xarakteri daşıyır.

"Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - deyə nazirlikdən bildirilib.
 
Ardını oxu...
Britaniyanın Müdafiə Nazirliyi F-16 qırıcılarında əsas uçuş kursunu tamamlayan ukraynalı pilotların fotolarını yayımlayıb.

“Kral Hərbi Hava Qüvvələri təlimatçılarının rəhbərliyi altında intensiv təlim keçən ilk ukraynalı pilotlar təlimlərini başa vurdular”, – deyə Nazirlik X sosial şəbəkəsində paylaşımında bildirib.

Qeyd olunur ki, ukraynalı pilotlar indi Fransada təlimlərin növbəti mərhələsinə keçəcəklər.

Daha əvvəl bildirilmişdi ki, Böyük Britaniyada 10 ukraynalı pilot əsas uçuş və dil təlimlərini keçiblər. İndi qırıcı təyyarələri idarə etməyi öyrənməzdən əvvəl onlar Fransa Hərbi Hava Qüvvələri tərəfindən keçirilən təkmilləşdirmə kurslarına keçəcəklər.

Bu il fevralın ortalarında Litvanın müdafiə naziri Arvydas Anusauskas bildirib ki, F-16 qırıcıları iyun ayında Ukraynada görünə bilər. Forbes-in yazdığı kimi, Ukraynadakı F-16 qırıcıları ilk növbədə Rusiyada uçan bomba daşıyıcılarını ovlamalı olacaq. F-16 döyüşə buraxıldıqdan dərhal sonra Rusiyanın bu təyyarələrinin sıralarında böyük itkilərinə səbəb ola bilər.
 
 


 
Ardını oxu...
İranda şərqdən qərbə doğru ən azı səkkiz raket atılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, raketlər Nikşəhr və İranşəhr şəhərləri üzərindən keçiblər.
Qeyd olunub ki, raketlər martın 21-i saat 13:00 radələrində atılıb.

Atılan raketlər Qəsrkənd qəsəbəsi səmasından Nikşəhrə doğru istiqamətlənib.

Xatırladaq ki, SEPAH bundan öncə də Sistan və Bəluçistan əyalətinə əvvəlcədən xəbərdarlıq etmədən raket atıb.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Alı İsrayıl oğlu Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Hərbi Prokurorluğun yaydığı məlumata görə, Alı İsrayıl oğlu Əliyev haqqında vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr yaranıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub.

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, saxlanılan Alı Əliyev bir müddət öncə Quru Qoşunlar Komandanı vəzifəsindən azad edilən general-leytenant Ənvər Əfəndiyevin “sağ əli” olub.
Ardını oxu...
Alı Əliyevlə yanaşı, Ənvər Əfəndiyevin də Quru Qoşunları Komandanı olduğu müddətdə bir sıra qanunsuzluqlara yol verdiyi bildirilir.

Xatırladaq ki, 23.07.2021-ci il tarixdə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilən Ənvər Əfəndiyev 11.01.2024-cü il tarixində vəzifəsindən azad edilib.

Həmin tarixdə ölkə başçısının sərəncamı ilə bu vəzifəyə general-leytenant Hikmət Mirzəyev təyin edilib.
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauerlə görüşdə Ukrayna ordusu üçün sursat və hava hücumundan müdafiə sistemləri istəyib.

“Report” xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı bildirib ki, Bauerə cəbhədəki vəziyyət barədə məlumat verib.

“Biz Ukrayna müdafiə qüvvələrinin əsas ehtiyaclarını müzakirə etdik. Əsas prioritetlər sursat və hava hücumundan müdafiədir. Mən NATO-dakı həmkarlarıma Ukraynaya hərtərəfli və ardıcıl dəstəyə görə təşəkkür etdim”, - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı yazıb”.
 
Ardını oxu...
“Avropa İttifaqı münaqişə başlayandan Ukraynanı 31 milyard avro dəyərində silahla təmin edib”.

TASS xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

“Yeni rəqəm – Aİ münaqişə başlayandan bu yana Ukraynaya ümumilikdə 31 milyard avro dəyərində hərbi yardım göstərib. Bu il daha 20 milyard avroluq yardım göstərməyi planlaşdırırıq”, - deyə Borrell qeyd edib.
 
 
 
Ardını oxu...
Fransa silahlı qüvvələri iki minə yaxın hərbçini Ukraynaya göndərmək üçün hazırlayır.

Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Ölkənin hazırkı rəhbərliyi sadə fransızların ölümü və generalların narahatlığı ilə maraqlanmır. Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlara görə, artıq Ukraynaya göndərilmək üçün kontingent hazırlanır. İlkin mərhələdə bu, təxminən iki min nəfər olacaq”, - Narışkin bildirib.

O əlavə edib ki, fransız generalları qorxurlar ki, bu qədər əhəmiyyətli qoşun kontingentini sakitcə Ukraynaya keçirmək çətin olacaq. Bu, fransız əsgərlərini Rusiya təyyarələri və raketləri üçün hədəfə çevirəcək. (Mənbə: gazeta.ru)

Dünyapress TV

Xəbər lenti