Ardını oxu...
İranda şərqdən qərbə doğru ən azı səkkiz raket atılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, raketlər Nikşəhr və İranşəhr şəhərləri üzərindən keçiblər.
Qeyd olunub ki, raketlər martın 21-i saat 13:00 radələrində atılıb.

Atılan raketlər Qəsrkənd qəsəbəsi səmasından Nikşəhrə doğru istiqamətlənib.

Xatırladaq ki, SEPAH bundan öncə də Sistan və Bəluçistan əyalətinə əvvəlcədən xəbərdarlıq etmədən raket atıb.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Alı İsrayıl oğlu Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Hərbi Prokurorluğun yaydığı məlumata görə, Alı İsrayıl oğlu Əliyev haqqında vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr yaranıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub.

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, saxlanılan Alı Əliyev bir müddət öncə Quru Qoşunlar Komandanı vəzifəsindən azad edilən general-leytenant Ənvər Əfəndiyevin “sağ əli” olub.
Ardını oxu...
Alı Əliyevlə yanaşı, Ənvər Əfəndiyevin də Quru Qoşunları Komandanı olduğu müddətdə bir sıra qanunsuzluqlara yol verdiyi bildirilir.

Xatırladaq ki, 23.07.2021-ci il tarixdə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilən Ənvər Əfəndiyev 11.01.2024-cü il tarixində vəzifəsindən azad edilib.

Həmin tarixdə ölkə başçısının sərəncamı ilə bu vəzifəyə general-leytenant Hikmət Mirzəyev təyin edilib.
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauerlə görüşdə Ukrayna ordusu üçün sursat və hava hücumundan müdafiə sistemləri istəyib.

“Report” xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı bildirib ki, Bauerə cəbhədəki vəziyyət barədə məlumat verib.

“Biz Ukrayna müdafiə qüvvələrinin əsas ehtiyaclarını müzakirə etdik. Əsas prioritetlər sursat və hava hücumundan müdafiədir. Mən NATO-dakı həmkarlarıma Ukraynaya hərtərəfli və ardıcıl dəstəyə görə təşəkkür etdim”, - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı yazıb”.
 
Ardını oxu...
“Avropa İttifaqı münaqişə başlayandan Ukraynanı 31 milyard avro dəyərində silahla təmin edib”.

TASS xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

“Yeni rəqəm – Aİ münaqişə başlayandan bu yana Ukraynaya ümumilikdə 31 milyard avro dəyərində hərbi yardım göstərib. Bu il daha 20 milyard avroluq yardım göstərməyi planlaşdırırıq”, - deyə Borrell qeyd edib.
 
 
 
Ardını oxu...
Fransa silahlı qüvvələri iki minə yaxın hərbçini Ukraynaya göndərmək üçün hazırlayır.

Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Ölkənin hazırkı rəhbərliyi sadə fransızların ölümü və generalların narahatlığı ilə maraqlanmır. Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlara görə, artıq Ukraynaya göndərilmək üçün kontingent hazırlanır. İlkin mərhələdə bu, təxminən iki min nəfər olacaq”, - Narışkin bildirib.

O əlavə edib ki, fransız generalları qorxurlar ki, bu qədər əhəmiyyətli qoşun kontingentini sakitcə Ukraynaya keçirmək çətin olacaq. Bu, fransız əsgərlərini Rusiya təyyarələri və raketləri üçün hədəfə çevirəcək. (Mənbə: gazeta.ru)

    
Ardını oxu...
“Ukrayna Silahlı Qüvvələri Kiyevə hərbi yardım göstərməkdə ləng olan Konqresin fəaliyyətsizliyi ucbatından döyüş meydanında mövqelərini itirir”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

Onun sözlərinə görə, ukraynalılar demokratiyaları üçün mübarizə aparırlar.

ABŞ rəsmisi bildirib ki, bu problemi həll etməyin ən yaxşı yolu Ukraynaya lazım olanı verməkdir. O, Kiyevə hərbi yardım nəzərdə tutan qanun layihəsini qəbul etməyə çağırıb.
 
 

 


Ardını oxu...
"Son 24 saat ərzində rus işğalçıları cəbhənin demək olar ki, bütün istiqamətlərində hücuma keçiblər".
Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam hesabatında bildirib.
Qeyd olunur ki, gün ərzində 56 hərbi toqquşma qeydə alınıb:
"Kupyansk istiqamətində düşmən Xarkov vilayətinin Sinkovka yaşayış məntəqəsi ərazisində Müdafiə Qüvvələrinin mövqelərinə 3 uğursuz basqın həyata keçirib. Liman istiqamətində əsgərlərimiz Donetsk vilayətinin Ternı kəndi ərazisində düşmənin 4 hücumunu dəf edib. Burada düşmən qoşunlarımızın müdafiəsini yarıb keçməyə cəhd edirdi".
Məlumatda bildirilir ki, Ukrayna ordusu Baxmut istiqamətində Donetsk vilayətinin İvanovskoye, Klişeevka, Andreyevka yaşayış məntəqələri ərazilərində rusların 7 hücumunu dəf edib:
"Avdeyevski istiqamətində müdafiəçilərimiz Donetsk vilayətinin Berdiç, Orlovka, Tonenkoye, Nevelskoye yaşayış məntəqələri ərazilərində düşmənin 7 hücumunu dəf ediblər.
Baş Qərargahdan verilən məlumata görə, Novopavlovsk istiqamətində müdafiə qüvvələri Krasnoqorovka, Georgiyevka, Novomixailovka, Vodyanoye, Urojaynoye yaşayış məntəqələri ərazilərində düşmənin qarşısını kəsib. Onlar burada aviasiyanın dəstəyi ilə qoşunlarımızın müdafiəsini yarmaq üçün 21 dəfə cəhd ediblər.
Orexovski istiqamətində də düşmən aviasiyanın dəstəyi ilə Donetsk vilayətinin Staromayorskoye və Zaporojye vilayətinin Robotino yaşayış məntəqələri rayonlarında müdafiəçilərimizin mövqelərinə 7 dəfə hücum edib, 15-ə yaxın yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub".
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

TEREF "Qafqazinfo"ya istinadən xəbər verir ki, martın 18-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Tofiq Həsənov onlayn qaydada iştirak edib.

Məhkəmədə hakim Hüseyn Məmmədov tərəfindən şahidlər - Həsən Əhmədov, Daşqın Rəhimov, Vəli Ələsgərov, Rövşən Abdinov, Məhəmməd Həşimov, Şahin Mehdiyev, Namiq Əliyev və Ehtibar Hacıyevin ilkin istintaq zamanı verdikləri ifadələr elan olunub.

Şahidlərdən Həsən Əhmədov ifadəsində qeyd edib ki, Tofiq Həsənov çalışdığı müddətdə onun telefonu vasitəsilə bir neçə dəfə Naxçıvan MR Ali Məclisinin yüksək vəzifəli şəxsləri ilə danışıb. Eyni zamanda, T.Həsənov ona zəng edib və həmin vəzifəli şəxslərdən bəzilərinə çatacaq çantaların olduğunu deyib.

H.Əhmədov isə oraya gedərək çantaları götürüb. Naxçıvan Muxtar Respublikasının keçmiş ədliyyə naziri Daşqın Rəhimov ifadəsində Tofiq Həsənovun xidmət etdiyi müddətdə onun otağına gəldiyini, bağlamada 350 min manatı stolun üstünə qoyduğunu qeyd edib:

“Tofiq Həsənov deyib ki, gəlib pulu götürəcəklər”.

Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov ifadəsində qeyd edib ki, həbs olunanda qarışıq rejimli cəzaçəkmə müəssisəsində Tofiq Həsənovun təyinatınadək rejim qaydalarına düzgün riayət olunurdu. O təyin olunduqdan sonra ona qarşı qayda-pozuntuları artıb və onunla əlaqədə olan hər kəs ciddi şəkildə yoxlanılıb.

V.Ələsgərov həmçinin ifadəsində bildirib ki, cəzaçəkmə müəssisəsində istilik sistemi ümumiyyətlə, işə salınmayıb, məhkumlar soyuq havalarda üst-üstə paltar geyiniblər. Elan olunan ifadələrdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi aprelin 3-də davam etdiriləcək.

Qeyd edək ki, Tofiq Həsənov ötən il vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvət almada şübhəli bilinərək saxlanılıb.

T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində həbs qətimkan tədbiri seçilib.
Ardını oxu...
Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” legionunun nəzarətinə keçib.

“Report” xəbər verir ki, bu barədə legion teleqramda bildirib.

“Belqorod vilayətinin Qorkovski qəsəbəsi “Rusiyanın azadlığı” qüvvələrinin nəzarəti altındadır”, – məlumatda diqqətə çatdırılıb.

Açıqlanıb ki, hərbi əməliyyat “içkeriyalı könüllülər”lə birgə aparılıb.

Xatırladaq ki, daha öncə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov Rusiyanın Belqorod və Kursk vilayətlərinin “aktiv döyüş əməliyyatları zonasına” çevrildiyini açıqlayıb.
Ardını oxu...
Pakistanda terror hücumu nəticəsində azı 7 hərbçi həlak olub.

TEREF xəbər verir ki, Pakistan ordusunun məlumatına görə, yaraqlılar şənbə günü səhər saatlarında partlayıcı və kamikadze ilə yüklənmiş maşından istifadə edərək Əfqanıstanın yaxınlığında hərbi posta hücum ediblər və nəticədə təhlükəsizlik qüvvələrinin 7 əsgəri həlak olub.

Pakistanın şimal-qərbindəki insidenti altı terrorçu törədib. Məlumatda deyilir: “Terrorçular partlayıcı yüklənmiş avtomobili posta yönəldiblər, ardınca bir neçə kamikadze hücumu olub və nəticədə binanın bir hissəsi uçub. Sonra terrorçularla əsgərlər arasında atışma baş verib”.

Pakistan hökuməti və təhlükəsizlik rəsmiləri son aylarda terror hücumlarının artdığını, onların əksəriyyətinin Pakistan Talibanı (TTP) tərəfindən törədildiyini bildiriblər. Bu hücumlar İslamabad və Kabildəki Taliban hərəkatı arasında münasibətləri də korlayıb. \\Viral.az

Dünyapress TV

Xəbər lenti