Ardını oxu...
Pekin Ukraynaya xəbərdarlıq edib ki, Kiyev Çin şirkətlərini “müharibənin sponsorları” kimi tanıması səbəbindən ikitərəfli münasibətlər korlana bilər.

Bu barədə “Reuters” Ukrayna mənbələrinə istinadən yazıb.

Agentliyin məlumatına görə, Çinin Kiyevdəki səfiri bu mesajı ötən ay Ukraynanın yüksək rütbəli rəsmiləri ilə görüşündə verib.

“Reuters” qeyd edir ki, Ukrayna “terrorizmin beynəlxalq sponsorları” siyahısına 14-ü Çindən olan 48 şirkəti əlavə edib. Pekin əvvəllər də Çin şirkətlərinin bu siyahıya daxil edilməsinə qarşı çıxıb. Kiyevdə bildiriblər ki, bu sənəd beynəlxalq biznesin Rusiyanı tərk etməsi məqsədi güdür.
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin yazında yeni əks-hücum əməliyyatına başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov məlumat verib.

O qeyd edib ki, hazırda hərəkət etmək növbəsi Rusiya tərəfindədir:

"Bu, bitəcək, sonra biz başlayacağıq".
 
Ardını oxu...
Rusiya hakimiyyəti Ukrayna ilə müharibəyə 400 min yeni əsgər səfərbər etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bunu “The Washington Post” yazıb.

Qəzet qeyd edir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı prezident Vladimir Zelenski ilə bazar ertəsi görüşündə bildirib.

Zalujnı Zelenskiyə Kremlin səfərbərlik planlarına cavab vermək üçün 500 min ukraynalının səfərbər edilməsini təklif edib.
 

Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri bulvarda törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib.
Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
Anar Soltanoğlu
 
Ardını oxu...
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Sibi şəhərində bomba partlayıb.

Bu barədə yerli polisə məlumat verilib.

Hadisə nəticəsində azı iki nəfər ölüb, yeddi nəfər yaralanıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Qeyd olunub ki, onların əksəriyyətinin vəziyyəti ağırdır, ölənlərin sayı arta bilər.

Əyalətin səhiyyə naziri hadisə ilə əlaqədar Sibi və qonşu Kvetta şəhərinin bütün xəstəxanalarında fövqəladə vəziyyət elan edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: TASS
Ardını oxu...
Avropa İttifaqı ölkələrinin liderləri hələ də Macarıstanı Ukraynaya yardım üçün 50 milyard avro maliyyə yardımını təsdiqləməyə inandıra bilməyiblər.

Bu barədə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi bildirib.

“Danışıqlar intensiv şəkildə davam edir, lakin biz hələ də razılığa gələ bilməmişik. Biz Macarıstan tərəfdən müəyyən hərəkətlərin şahidi olduq, lakin Ukrayna ilə bağlı danışıqlar çətin olaraq qalır”, - nümayəndə qeyd edib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı münaqişə yalnız diplomatiya yolu ilə həll edilə bilər.

Onun fikrincə, Avropa İttifaqının Ukraynaya mümkün 50 milyard avro ayırması ilə bağlı qərarı münaqişənin hərbi yolla həlli ilə bağlıdır.

Orban bu təşəbbüsdə Avropa İttifaqını dəstəkləmədiyini deyib.

Macarıstanın Baş naziri ABŞ-nin sabiq prezidenti Donald Trampın yenidən seçilərsə, Ukraynadakı münaqişəni dayandıra biləcəyini düşünür. O, Trampı müharibəni dayandıracaq qədər güclü lider hesab edir.
TASS
 
Ardını oxu...
Belarus artıq nüvə dövlətinə çevrilib.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ali Dövlət Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, Belarus Atom Elektrik Stansiyası (AES) tikildikdən sonra mümkün olub.

V.Putin bildirib ki, bu, iqtisadi və texnoloji inkişafda irəliyə doğru atılmış ciddi addımdır.
Mənbə: azpolitika.info
 
Ardını oxu...
İordaniyada ABŞ hərbçilərinə hücum olunmayıb.

APA xəbər verir ki, bu barədə İordaniya hökumətinin sözçüsü, rabitə naziri Muhannad əl-Mubadin ABŞ Prezidenti Co Baydenin Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.

“Hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir. Suriyanın Əl-Tanf şəhərində İordaniya ilə sərhəd yaxınlığında yerləşən ABŞ bazası hücuma məruz qalıb”, - deyə qeyd olunub.

Bundan əvvəl CNN xəbər verib ki, İordaniyada yerləşən ABŞ-nin hərbi bazasının pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Nəticədə 3 əsgər ölüb, 25-dən çoxu yaralanıb.

Daha sonra ABŞ prezidenti Co Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranın dəstəklədiyi qrupları günahlandırıb.

***

İordaniyanın şimalında ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə zamanı üç amerikalı hərbçi ölüb, 20-yə yaxın yaralının olduğu deyilir.

Baza Suriya ilə sərhəd yaxınlığında yerləşir.
 
Ardını oxu...
Ermənistan ordusu təhlükəsiz gələcəyin və müstəqil dövlətçiliyin təminatçısıdır.

TNS xəbər verir ki, bu barədə bütün ermənilərin katolikosu II Qareginin ordu günü münasibətilə müraciətində deyilir.

Qaregin müraciətində Azərbaycana qarşı ərazi iddiası irəli sürüb, Qarabağın “işğal” olunduğunu bildirib və ölkəni silahlanmağa çağırıb.

“Bölgəmizdə yaranmış ağır vəziyyətdə ordunun gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Başımıza gələn bəlalar və faciələr, Dağlıq Qarabağın “işğalı” fonunda hər birimizin səyləri bu məqsədə yönəldilməlidir: ordunu dəstəkləmək və gücləndirmək.

Bu, xalqın dinc və ləyaqətli həyatının, əmin-amanlıqlı gələcəyin və müstəqil dövlətçiliyin təminatı üçün lazımdır”, - Qaregin müraciətində bildirib.

O vurğulayıb ki, erməni ruhanilərinin nümayəndələri həmişə əsgər və zabitlərin yanında olub və olacaqlar.
 
Ardını oxu...
Almaniyanın “Mehler Protection” qoruyucu ləvazimatlar istehsalçısı hərbi qulluqçular və polis əməkdaşları üçün nəzərdə tutulmuş “ExoM” zirehli ekzoskeletini təqdim edib.

“Mehler Protection” şirkətinin məlumatına görə, ekzoskeletin zireh panelləri VPAM8 Avropa standartına uyğun ballistik qoruma təmin edir. Bu o deməkdir ki, kostyum üç 7,62x39 millimetrlik güllənin (AK-47 avtomatı və bir çox hücum tüfənglərində belədir) 10 metr məsafədən vurulmasına tab gətirməlidir.

Ekzoskeletin titan çərçivəsi ümumi yükün 70%-ə qədərini istifadəçinin çiyinlərindən yerə ötürür. Şirkət həmçinin iddia edir ki, “ExoM” çevik onurğası, sürüşən bel kəməri və oynaqlı omba, diz və ayaq biləyi oynaqları istifadəçinin normal hərəkət diapazonunun 99% saxlamasını təmin edir.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Hindistan və Fransa Hindistan ordusu üçün hərbi texnika, o cümlədən helikopter və sualtı qayıqların birgə istehsalına dair razılığa gəliblər.

Bu barədə Qərb mediası məlumat yayıb.

Qeyd olunur ki, razılaşmalar Fransa Prezidenti Emmanuel Makronun Hindistana səfəri zamanı əldə olunub.
O, dünən Hindistanın Respublika Gününə həsr olunmuş hərbi paradın əsas qonağı olub, Baş nazir Narendra Modi ilə görüşüb, Hindistan Prezidenti Draupadi Murmanın rəsmi qəbulunda iştirak edib.

“Makron və Modi hərbi istehsal, nüvə enerjisi, kosmik tədqiqatlar, səhiyyə, kənd təsərrüfatı və iqlim dəyişikliyi sahələrində süni intellektin istifadəsi üzrə əlaqələri genişləndirmək barədə razılığa gəliblər”, - məlumatda bildirilib.

O cümlədən, Hindistanda Fransanın “Safran SA” şirkətinin ən müasir mühərrikləri, eləcə də Fransa istehsalı olan “Dassault Rafale” qırıcılarının mühərrikləri üçün təmir və xidmət mərkəzi açılacaq. Bununla belə, əməliyyatların dəyəri açıqlanmır.

Qeyd edilir ki, Rusiyadan sonra Hindistana ən çox silah tədarük edən ölkə Fransadır.
 

Dünyapress TV

Xəbər lenti