Ardını oxu...
Ukrayna Hava Qüvvələri gün ərzində Rusiyanın ikinci Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk “Telegram”da məlumat verib.

Oleşuk vurulan Rusiya təyyarəsinin fotosunu paylaşıb.

Hərbi Hava Qüvvələrinin komandanı səhər saatlarında da Ukraynanın şərqində Rusiyaya məxsus Su-34-ün vurulduğu barədə məlumat vermişdi.
Ardını oxu...
Avdeyevkadan çıxarkən minlərlə Ukrayna əsgərinin ruslara əsir düşməsi ilə bağlı mediada yayılan məlumatlar yüz dəfə şişirdilib. Əsirlərin sayının onlarla hərbi qulluqçudan çox olmadığı təxmin edilir.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbə bildirib.

Qeyd olunur ki, fevralın 25-də “Ukrayna-2024” forumunda Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov departamentdə artıq bu məhbusların siyahısının olduğunu bildirib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri əməliyyat zamanı əsirlərin sayının hər iki tərəf üçün mütənasib olduğunu bildirir. 3-cü hücum briqadasının komandirinin müavini Maksim Jorin NV-yə verdiyi şərhdə dediyi kimi, Avdeyevkada əsir götürülən minlərlə ukraynalı əsgər yoxdur.

"Çox güman ki, hər iki tərəfdən təxminən eyni sayda əsir qəbul etdik. Biz də demək olar ki, onların irəliləyən briqadalarının hər birindən xeyli sayda əsir götürdük. Dünən (24 fevral) gecə son əsirləri götürdük və bunu davam etdiririk”, o vurğulayıb.

Onun sözlərinə görə, təkcə 3-cü Əlahiddə Briqada onlarla rusu əsir götürüb.
 
Ardını oxu...
Azərbaycan Hərbi Hava Qüvvələrinin Pakistanla “JF-17C Blok-III” qırıcıları, həmçinin reaktiv təyyarələr üçün təlim və döyüş sursatları almaq barədə saziş imzalaması ölkəmizdə müzakirələrə yol açıb. Bəzi müxalif liderlər Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırıldığı bir zamanda Azərbaycanın Pakistan kimi çox da güclü hərbi sənaye kompleksinə malik olmayan bir ölkədən təyyarə almaq istəməsini ciddi risk olaraq qiymətləndirirlər. Onların iddiasına görə, “JF-17C” təyyarələri yaxşı olsaydı, qardaş Türkiyə ABŞ-dan F-16 təmin etmək arzusuna düşməz, Pakistandan daha ucuz qiymətə bu təyyərələri alardı.

İlk baxışdan, bu mülahizələr məntiqli görünür. Amma istər-istəməz bu sualları da ortaya çıxarır: Azərbaycan istəsə, Türkiyə kimi, ABŞ-dan F-16 ala bilərmi? Əlbəttə ki, yox. ABŞ bu təyyarələri hər dövlətə satmaz və satsa belə onların almaq üçün uzun illər növbəyə dayanmaq lazım gələr. Bəs bu müddət ərzində Azərbaycan özünün Hava Hücumundan Müdafiə sistemini necə təmin etməlidir?


Digər tərəfdən, düşünüldüyü kimi, “JF-17C” təyyarələri öz xüsusiyyətlərinə görə heç də də F-16-lardan geri qalmırlar. Əksinə bir çox cəhətlərdən ondan daha qabaqcıl təyyarə hesab olunur. Hətta adındakı 17 rəqəminin də bu təyyarələrin F-16-lardan bir mərtəbə üstün olduğunu göstərmək üçün seçildiyi iddia edilir. Hərbi ekspert Ədalət Verdiyev də 2018-ci ildə qələmə aldığı bir məqaləsində bu iddianı irəli sürərək yazır:

“Təyyarə proqramı ilk dövrlərdə Pakistanda “Super 7” kimi təqdim edilsə də, sonradan JF-17 “Thunder” adı ilə tanınmağa başladı. Təyyarənin adındakı JF abreviaturasının açılışı “Joint-Fighter” (Vahid Qırıcı), “Thunder” isə “İldırım” mənasını verir. 17 rəqəmi isə bənzədiyi F-16-dan daha yüksək göstəricilərə malik olduğunu vurğulamaq məqsədi daşıya bilər”.

Ən əsası isə, “JF-17C” təyyarələri Pakistanın məhsulu da deyil. Bu təyyarələr Pakistanla Çinin birgə istehsal etdiyi savaş alətidir. Məlumata görə, JF-17-nin son modeli sayılan bu təyyarələrin kütləvi istehsalı Pakistanda həyata keçirilir, onun korpusunun 58%-i bu ölkədə, qalan 42%-i isə Çində istehsal olunur və Azərbaycanın almaq istədiyi “JF-17C Blok-III” qırıcıları bu tipli təyyarələri ən son versiyasıdır. Türkiyənin Defenceturk.net saytı bu təyyarədən bəhs etdiyi məlumatda yazır:

“2000-ci illərdə Pakistan və Çinin ortaqlığı ilə başlayan JF-17 çoxməqsədli döyüş təyyarəsi layihəsi ilk uçuşunu 2003-cü ilin avqustunda həyata keçirdi. Təkmühərrikli döyüş təyyarəsi Rusiya istehsalı olan Klimov RD-93 mühərrikindən istifadə edir. Bu mühərrik təyyarəni maksimum 2200 km/saat sürətə çatdıra bilər”.

Digər bir məsələ Türkiyənin bu təyyarələri niyə almaması iddiaları ilə bağlıdır. Deyilənlərin əksinə olaraq, Türkiyənin ABŞ-dan F-35 və ya F-16 təyyarələrini ala bilməyəndə yönəldiyi alternativlərdən biri də “JF-17 Thunder” idi. Hər halda bunu biz yox, Türkiyə mediası iddia edir.

Məlum olduğu kimi, prezident Ərdoğan ABŞ-dan istədiyi F-16-ları ala bilməyəndə ilk alternativ kimi Böyük Britaniya, İtaliya və Almaniya istehsalı olan “Eurofighter Typhoon” təyyarələrini almağı gözdən keçirirdi. Lakin Almaniyadan bu istəyə müsbət cavab gəlməyəndə Türkiyə prezidenti öz açıqlamasında belə demişdi: “Digər bir məsələ “Eurofighter Typhonn” məsələsidir... Böyük Britaniyanın “Eurofighter”ə baxışı əslində müsbətdir. Təəssüf ki, Almaniyada bu məsələ ilə əlaqədar problem var. Ancaq İngiltərə problemlərin həllinə müsbət yanaşdı. Onlar almanlarla məsələni müzakirə edəcəklərini deyirlər. Bu nöqtədə bizim başqa alternativlərimiz də yox deyil”.

TGRT-nin məlumatına görə, Ərdoğanın nəzərdə tutduğu əsas alternativlərdən biri də Çin və Pakistanın birgə istehsalı olan “JF-17 Thunder” döyüş təyyarələri idi. Türkiyənin bu alternativi 3-cü sıraya almasının yeganə səbəbi isə üzvü olduğu NATO-nun standartları ilə bağlı idi. İddiaya görə, “bu təyyarələr NATO standartlarından kənarda olduğundan, mümkün satınalmada təyyarənin Türkiyə sursatları ilə təchiz edilməsi məsələsi gündəmə gələ bilərdi”. Bununla belə, nəşr etiraf edirdi ki, “JF-17 Thunder” də “Eurofighter Typhonn” kimi 4.5-ci nəsil təyyarələrdəndir. Başqa sözlə, yeri gələndə 4-cü nəsil olan F-16-lardan daha müasir təyyarədir.

Türk mediasının iddiasından da göründüyü kimi, Türkiyə “JF-17 Thunder” təyyarəsini alsaydı, istər-istəməz öz hərbi hava qüvvələrinin bütün mövcud sistemlərini və sursatlarını dəyişməli, dolayısıyla NATO standartlarından uzaqlaşmalı idi. Bu isə HHM sistemi F-16-lar üzərində qurulan qardaş ölkə üçün ciddi risklər ehtiva edirdi. Türkiyə ya yüzlərlə F-16-larını gözdən çıxarıb, tamamilə Çin-Pakistan təyyarələrinə keçməli, ya da əvvəlki təchizat bazasında qalmalı idi. Təbii ki, Ankara “daş düşdüyü yerdə ağır olar” fəlsəfəsinə inandığından 80 illik təcrübəyə söykəndiyi infrastukturunda qalmağı tərcih etdi. Prinsipcə, ABŞ da görünür, Türkiyəni bu məcburiyyət qarşısında qoymamaq üçün ona tətbiq etdiyi sanksiyalardan geri çəkildi. Əks halda, qardaş ölkənin yönələcəyi alternativ Türkiyədən çox, ABŞ-ın milli maraqlarına zərbə vurardı.

Azərbaycan üçün isə belə təhlükə yoxdur. Çünki bu zamanadək biz öz hərbi hava qüvvələrimizi “MiQ” və “Su” kimi rus təyyarələri ilə təchiz etdiyimizdən onları başqa alternativlərlə dəyişdirməyə onsuz da məcburuq. Sözsüz ki, bu əvəzləmə prosesində ordumuz inteqrasiya olunduğu Türkiyə modelinə keçməklə daha yaxşı avantajlar əldə edə bilərdi. Amma Türkiyənin də nə zamana qədər F-16-larda qalacağı da bəlli deyil. Qardaş ABŞ-dan almağı planlaşdırdığı “F-16 Blok 70” təyyarələri müvəqqəti dövr üçün nəzərdə tutulur. Ankara öz yerli və milli istehsalı olan 5 nəsil “KAAN”a keçməsi üçün uzun müddət gözləməli və bu müddət ərzində öz hava sərhədlərini modernizə olunmuş F-16-larla qorumalıdır. “KAAN”ın tam istismara verilməsi və tələb olunan sayda istehsal edilməsi üçün ən azı 20 ilə ehtiyac var. Prinsipcə, Azərbaycanın Pakistandan almağı planlaşdırdığı “JF-17C Blok-III” qırıcılarının istismar müddəti də 25 il nəzərdə tutulur. Bu müddətdən sonra alınan istənilən təyyarə ya modernizə edilməli, ya da başqaları ilə əvəz olunmalıdır. Məsələyə bu aspektdən nəzər salanda Azərbaycanın niyə bu təyyarələrə üstünlük verməsinin əsl səbəbi aydın olur.

Digər tərəfdən, “JF-17C Blok-III” qırıcılarının Türkiyənin “ASELSAN” şirkətinin istehsal etdiyi Aselpod” nişangah komplekslərinə uyğunlaşdırıldığı da iddialar arasındadır. Məlumata görə, “artıq 2017-ci ilin ilk yarısına qədər 50-dən çox JF-17 “Thunder Block 3” variantında döyüş təyyarəsi Pakistan HHQ-yə təhvil verilib. Bundan əlavə, Türkiyənin “ASELSAN” şirkəti Pakistana 25 milyon dollarlıq “Aselpod” nişangah kompleksləri satıb. Bütün bunlar 4+ və 5-ci sinif qırıcılarda istifadə olunacaq avadanlıqlara aiddir”.

Bu məlumatlar da sübut edir ki, Azərbaycanın yaxın zamanlarda Pakistandan almağı düşündüyü “JF-17C Blok-III” qırıcıları Türkiyə Hava Hücumundan Müdafiə sistemlərinin yerli və milli təyyarələrlə təchizatı başa çatmasından sonra rahatlıqla vahid ordu quruculuğuna inteqrasiya edilə biləcək.
Ardını oxu...
Şəkildə: Türkiyənin 5-ci nəsil "KAAN" təyyarəsi

Qeyd edək ki, Pakistan mediasının iddiasına görə, Azərbaycanla əldə olunan razılaşma ölkə tarixinin ən böyük hərbi ixrac müqaviləsidir. Müqaviləyə “JF-17C Blok-III” qırıcıları, reaktiv təyyarələr üçün təlim və döyüş sursatlarının satışı daxildir. Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Heydər Oğuz,

Ovqat.com

Ardını oxu...
 

“Britaniyadan Qırğızıstan, Ermənistan və Özbəkistan kimi ölkələrə ixrac edilən dronlar və ağır texnikalar daha sonra Rusiyaya göndərilir”.

Musavat.com-un məlumatına görə, bu barədə Britaniyanın nüfuzlu “Sky News” kanalı xəbər yayıb.

“Sky News”un iqtisadiyyat və data redaktoru Ed Convey bunun Böyük Britaniyanın Rusiyaya tətbiq etdiyi rəsmi sanksiya rejimini sarsıtdığını deyib.

Məqalədə bildirilib ki, Böyük Britaniya firmalarının Rusiyaya birbaşa ixracatı məlum sanksiyalardan sonra kəskin azalıb. Ancaq müharibə başlayandan bəri Britaniyadan 4 ölkəyə: Gürcüstan, Ermənistan, Qırğızıstan və Özbəkistana ixracat 500%-dən çox artıb. Xəbərdə iddia edilir ki, Böyük Britaniyanın bu sxemlə ixracatı Rusiyanın Ukraynadakı müharibə imkanlarını genişləndirir.

“Bu günə qədər göndərilən malların ən böyük qismini təyyarələrin, vertolyotların və ya pilotsuz uçuş aparatı hissələrinin təşkil etməsi narahatlıq yaradır”, - deyə yazıda qeyd edilir.

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) keçmiş baş iqtisadçısı Robin Bruksun sözlərinə görə, son 1 ildə Ermənistanın Rusiyaya ixracatında kəskin artım qeydə alınıb. O, bunun bir müddətdir davam etdiyini və digər Avropa ölkələrinin, xüsusən Almaniya və Polşanın da bu dövlətlər vasitəsilə Rusiyaya böyük miqdarda texnika göndərdiyini söyləyib.

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps “Sky News”un yaydığı məqalədən sonra hökumətin məsələni çox yaxından izləyəcəyini deyib:

“Belə olur ki, siz sanksiyalar tətbiq etdiyiniz zaman ilkin olaraq onlar nəticə verirlər, lakin daha sonra şirkətlər başqa yollarla bazara yol tapırlar. Bu, beynəlxalq problemdir. Mən Ed Conveyi əmin edə bilərəm ki, Britaniya hökuməti çox diqqətlə bu məsələni nəzərdən keçirəcək”.

Məlumatın ORİJİNALI bu linkdə 

Musavat.com

 
 
Ardını oxu...
Ukrayna Müdafiə Nazirliyi Avdeyevka istiqamətində ABŞ-nin “Abrams” tanklarından istifadənin ilk videosunu yayımlayıb.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin “Facebook”-da paylaşdığı videoda “Abrams”-ın döyüşdə iştirakı əks olunub.

Nazirliyin şərhində deyilir: "Bu, “Abrams” tankının döyüşdə istifadəsinə dair ilk videodur. Ekipaj 47-ci briqadanın hərbi qulluqçularıdır. Yer Avdeyevka istiqamətidir".

Ukrayna Müdafiə Nazirliyi ABŞ-yə bu silahlara və ümumilikdə Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib.

 
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski və Danimarkanın baş naziri Mette Frederiksen ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müavini İqor Jovkva açıqlayıb.

“Ukraynanın təhlükəsizliyinə dair daha bir razılaşma. Franda və Almaniyadan sonra Danimarka ilə. Bu gün Lvovda Ukrayna Prezidenti və Danimarkanın Baş naziri təhlükəsizlik və uzunmüddətli dəstək sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar”, – diplomat qeyd edib.

Onun sözlərinə görə, Danimarka G7-nin üzvü olmayan ilk ölkə olub ki, belə bir sənədə imza atıb. O, həmçinin bildirib ki, 2024-cü ildə Danimarkanın Kiyevə hərbi dəstəyi ən azı 1,8 milyard avro təşkil edəcək: “Danimarka tərəflərin razılığı ilə uzadılması imkanı ilə müqavilənin 10 illik müddəti ərzində Ukraynaya dəstək verəcək”.
 
Ardını oxu...
Danimarka Ukraynaya növbəti yardım paketini açıqladı

Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mette Frederiksen açıqlayıb.

Baş nazirin sözlərinə görə, yeni hərbi yardım paketi 195 milyon funt sterlinq həcmindədir.

O bildirib ki, qalibiyyət üçün indi Kiyevə daha çox dəstək lazımdır.

Xatırladaq ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen F-16 qırıcı təyyarələrinin yayda Ukraynaya veriləcəyini bildirmişdi.
 
 
 
Ardını oxu...
“İran Rusiyaya 400-ə yaxın "yer-yer" tipli ballistik raket ötürüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə altı anonim mənbəyə istinadən “Reuters” məlumat yayıb.
Agentliyin üç həmsöhbətinin sözlərinə görə, bura “Fateh-110” ailəsindən olan qısa mənzilli raketlər daxildir, onlar 300-700 kilometr məsafədəki hədəfləri vurmağa qadirdir.
Bildirilib ki, tədarüklər 2024-cü ilin yanvar ayının əvvəlində başlayıb. İran hərbi rəsmisi anonim olaraq “Reuters” agentliyinə bildirib ki, o vaxtdan bəri Rusiya Federasiyasına ən azı dörd raket partiyası çatdırılıb. O əlavə edib ki, yaxın həftələrdə daha çox tədarüklər gözlənilir.
Digər hərbçi bildirib ki, raketlər Rusiyaya Xəzər dənizi və təyyarə ilə çatdırılır:
“Daha çox təchizat olacaq. Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”.
“Reuters” qeyd edir ki, oktyabr ayında BMT Təhlükəsizlik Şurasının İranın bəzi raketlər, pilotsuz təyyarələr və digər texnologiyaların ixracına məhdudiyyətlər qoyan qətnaməsinin müddəti başa çatıb.
 
Ardını oxu...
Belarus Prezidenti Aleksandr Lukaşenko xalqı müharibəyə hazır olmağa çağırıb.

O, bu barədə ölkəsinin təhlükəsizlik qurumlarının rəhbərləri ilə iclasında danışıb.

“Belarusa müharibə lazım deyil, amma biz buna həm əqli, həm də strateji cəhətdən hazır olmalıyıq”, – Lukaşenko deyib.

Belarus lideri qeyd edib ki, qlobal münaqişənin diplomatiya yolu ilə həllinin mümkünlüyü ilə bağlı illüziyalardan imtina edilməlidir:

“Çünki kollektiv Qərbin münasibəti belədir ki, onlarla olmayanlar zorla aradan götürülməlidir. Beynəlxalq təşkilatlar da tamamilə gözdən salınıb. Bu gün vəziyyəti real qiymətləndirmək və fəal hərəkət etmək son dərəcə vacibdir, səhvlər yolverilməzdir”.

Lukaşenkonun iddiasına görə, Qərb Belarusu müharibəyə sürükləməyə çalışır:

“Bizi bir hiylə ilə bu savaşa sürükləmək istəyirlər. Əlimizdə məxfi məlumat var. NATO-nun aparıcı üzv ölkələrindən birinin Baş Qərargah rəisinin bu barədə nə düşündüyünü dəqiq bilirik: “Biz Belarusu münaqişəyə cəlb edə bilməzdik. Minskin müharibədə fəal iştirakı Belarusdakı rejimi və Lukaşenkonu sarsıdacaqdı. Bu fürsət hələ də açıqdır”.

Belarus lideri Polşanı da onu devirmək və Belarusdan ərazi qoparmaq niyyətində olduğunu söyləyib.

Lukaşenko qeyd edib ki, bu oyunların arxasında ərazi ambisiyalarını təmin etmək istəyi dayanır.

Belarus lideri hesab edir ki, bu yolla Avropa qitəsinin yenidən bölünməsi üçün ilkin şərtlər formalaşır.

 
Ardını oxu...
Avropa Komissiyası (AK) Brüsseldəki qərargahında pilotsuz uçuş aparatlarından (PUA) qorunmaq üçün sistem qurmağı planlaşdırır.

Bu barədə AK-dəki mənbələrdən xəbər verilib.

“Həssas hökumət binalarının yaxınlığında icazəsiz PUA uçuşları potensial olaraq təhlükə yarada bilər. Komissiya digər maraqlı tərəflər və (Belçika) hakimiyyət orqanları ilə birlikdə bu təhlükəni aradan qaldırmaq üçün mümkün tədbirləri nəzərdən keçirir”, - deyə AK rəsmisi bildirib.

Bildirilir ki, AK qərargahını pilotsuz təyyarələrdən qorumaq üçün avadanlıqla təmin edə biləcək şirkətlərin axtarışına başlayıb.
Bunun hansı avadanlıq ola biləcəyi şərh edilməyib, lakin sistemin mümkün fiziki hücumların, həmçinin PUA-lardan istifadə edərək casusluğun qarşısını almaq üçün hazırlanacağını dəqiqləşdiriblər.

Mənbə: Politico
 

Dünyapress TV

Xəbər lenti