Ardını oxu...
Ermənistanın Sünik rayonu Teh kəndi yaxınlığında erməni hərbçiləri tərəfindən saxlanılan azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibi dayandırılıb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
 
Ardını oxu...
Tehran Qırmızı dənizin Sudan sahillərində öz hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparsa da, uğursuzluğa düçar olub.

Bu barədə “Wall Street Journal” (WSJ) Sudan kəşfiyyatçısı Əhməd Həsən Məhəmmədə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran bu yolla dəniz nəqliyyatına nəzarət etməyi ümid edirdi, həmçinin bazadan “kəşfiyyat məlumatları toplamaq” üçün istifadə etməyi və orada hərbi gəmilər yerləşdirməyi planlaşdırırdı.
Razılıq müqabilində Tehran ölkənin çevik reaksiya bölmələri (xüsusi təyinatlılar) ilə silahlı qarşıdurmanı davam etdirən Sudan ordusuna helikopter daşıyıcısı tədarük edəcəyinə söz verib.

Qeyd olunub ki, Xartum İranın təklifindən imtina edib, çünki o, ABŞ və İsraillə münasibətləri çətinləşdirmək istəmir.
 
Ardını oxu...
Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi İnquşetiyanın Qarabulaq şəhərində əməliyyat keçirib.

SAVASH.ORG Rusiya mediasına istinadla xəbər verir ki, açıqlanan rəsmi informasiyaya görə, əməliyyat çərçivəsində İŞİD terror təşkilatının üzvü olan altı silahlı öldürülüb.

“Quldurlar İŞİD beynəlxalq terror təşkilatının tərəfdarları olublar və 2023-cü ilin martında yol polisi postuna hücum və üç polis əməkdaşının qətli də daxil olmaqla, bir sıra terror cinayətlərində iştirak ediblər”, – verilən açıqlamada bildirilir.

Xatırladaq ki, Qarabulaq İnquşetiyanın Nazran (124 min) və Sunjadan (62 min) sonra əhalisinin sayına görə üçüncü şəhəridir. Martın 2-si axşam saat 19:30-dan etibarən şəhərdə antiterror əməliyyatı rejimi tətbiq edilib. Əməliyyat şəhərin mərkəzində dörd küçədə keçirilib. Məlumatda bildirilir ki, silahlıların gizləndiyi evdə silah, sursat və bomba aşkar edilib. Təhlükəsizlik qüvvələri və əhali arasında itki və xəsarət alan olmayıb. Döyüşlər çoxmərtəbəli binaların yerləşdiyi ərazidə baş verib.

 
Ardını oxu...
 

"Russia Today" qəzetinin baş redaktoru Marqarita Simonyan Almaniya hərbi rəsmiləri ilə Ukrayna arasında "Taurus" qanadlı raketlərinin çatdırılması ilə bağlı danışıqların 38 dəqiqəlik səs yazısını yayımlayıb.

Musavat.com xəbər verir ki, səs yazılarında Almaniya kansleri Olaf Şolz razılaşarsa, raketlərin çatdırılması, eləcə də hərbi hədəflərin və Ukrayna əsgərlərinin təlimi ilə bağlı məsələlər müzakirə edilib.

Səs yazılarında hədəflərdən birinin Rusiyanın ilhaq etdiyi Krımla Rusiya torpaqlarını birləşdirən Kerç körpüsü olduğu bildirilir.

Simonyanın sözlərinə görə, alman zabitləri Krım körpüsünü necə vurmağı müzakirə edirlər.

Ardını oxu...

Alman mediası səs analizinə görə səs yazısının real olduğunu yazıb və sızmanın arxasında Rusiya kəşfiyyatının olduğunu iddia edib.

Sözügedən danışıqların Almaniyanın müdafiə naziri Boris Pistoriusu məlumatlandırmaq məqsədi daşıdığı bildirilsə də, Rusiya Xarici İşlər Nazirliyi sosial mediada verdiyi açıqlamada Almaniyadan açıqlama gözlədiyini qeyd edib. Almaniya Müdafiə Nazirliyi genişmiqyaslı araşdırmaya başlanıldığı və bütün lazımi addımların atıldığı açıqlayıb.

Almaniya kansleri Olaf Şolz da susqunluğunu pozub. Şolz Romaya səfəri zamanı verdiyi açıqlamada səs yazılarının sızmasının çox ciddi məsələ olduğunu bildirib, məsələnin çox diqqətlə, intensiv və sürətlə aydınlaşdırıldığını qeyd edib.

Musavat.com

Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri daha bir Rusiya təyyarəsini vurub. Su-34-ün məhv edilməsini Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk rəsmən təsdiqləyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna döyüş təyyarələri də işğalçı qüvvələrin cəmləşdiyi 8 əraziyə hücum edib. “Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bu gün axşam saatlarında Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub”, - deyə onlar aydınlaşdırıblar. Həmçinin, Ukrayna raket qüvvələri Rusiya ordusunu 1 artilleriya silahını məhv edib.

“Ümumilikdə, düşmən tərəfi qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 1 raket və 48 hava zərbəsi endirib”. Rusiya Federasiyasının hücumları səbəbindən Ukrayna əhalisi arasında ölənlər var. İnsanların yaşayış yerləri və mühüm infrastruktur obyektləri də dağıdılıb.
 
Ardını oxu...
“Fransa hakimiyyəti xüsusi təyinatlıların və ya digər hərbi birləşmələrin Ukrayna sərhədindən keçməsinə icazə verə bilər”.

Bu sözlər “Le Monde” qəzetinin dərc etdiyi yazıda deyilib.

Qəzetin məlumatına görə, bu yolla Paris Moskvanı strateji dilemma qarşısında qoymaq istəyir.
Qəzetin mənbələri bildiriblər ki, bu hərbi təlimçilərin potensial olaraq digər bölmələrlə birlikdə Ukrayna sərhədini keçməsinə icazə verilməsi ideyası Fransada müzakirələrin mərkəzində dayanır.

Jurnalistlərin ehtimallarına görə, Fransanın hərbi mövcudluğu Ukraynanın müəyyən ərazilərinin müdafiəsinin qurulmasına kömək edə bilər. Həmçinin, onların fikrincə, Paris bu yolla Rusiya Silahlı Qüvvələrinin zərbələrini azaltmaq niyyətindədir.
 
Ardını oxu...
Ukrayna prezidenti Vladimir Zelenski F-16 qırıcılarının ölkə səmasında görünəcəyini açıqlayıb.

Bu barədə o, "Telegram" kanalında paylaşım edib.
“Bu gün Hollandiyadan olan əsgərlərimiz üçün yeni hərbi dəstək paketi var . Yeri gəlmişkən, Hollandiya bizə F-16 koalisiyası ilə hava hücumundan müdafiə sahəsində fəal kömək edir. Bu il səmamızda yeni döyüşçülər olacaq”, - deyə Zelenski bildirib.
 
 
Ardını oxu...
Sosial şəbəkələrdə Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal olunan "Bayraktar TB-2" pilotsuz uçuş aparatlarının (PUA) əməliyyat görüntüləri yayılıb.

"AzPolitika" xəbər verir ki, sözügedən görüntülər Somalidə çəkilib. Belə ki, Somali ordusu inventarındakı "Bayraktar" PUA-ları ilə xeyli sayda Əl-Şabab terorçusunu məhv ediblər.

Həmin videonu təqdim edirik:
Ardını oxu...
ABŞ ordusu mümkün böyük müharibəyə hazırlaşır.

Bu barədə "Associated Press" məlumat yayıb.

Bu məqsədlə 24 min boş və aidiyyəti olmayan vəzifələr bağlanır, hava hücumundan müdafiə bölmələri, pilotsuz uçuş aparatları, 5 yeni əməliyyat qrupu kimi tələb olunan vəzifələrə 7 500 hərbçinin cəlb edilməsi planlaşdırılır.

“Biz terrorizm və qiyamla mübarizədən uzaqlaşırıq. Genişmiqyaslı döyüş əməliyyatlarına hazır olmaq istəyirik”, – ordu katibi Kristin Vormut deyib.

İnsanların yox, ordunun illərdir doldura bilmədiyi vəzifələrin bağlanacağı vurğulanıb.

ABŞ ordusunun hazırkı strukturunda 494 minə qədər əsgər ola bilər. Hazırda 445 min nəfər hərbi xidmətdədir.//Publika.az
 
Ardını oxu...
Türkiyə yeni yerli istehsallı silahını xidmətə hazırlayır.

Türkiyə KİV-i xəbər verir ki, “Canik” adlı uzaqdan idarə oluna bilən texnika dəniz platformalarını qorumaq üçün istifadə olunacaq.

Bildirilib ki, “Canik”in Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olması istiqamətində işlər görülür.

Texnikanın təhvil veriləcəyi dəqiq tarix açıqlanmayıb.
 

Dünyapress TV

Xəbər lenti