![]() |
![]() ![]() ![]() |
|
78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədov sərvəti ilə yenidən gündəmə gəlib.
Deputatın sosial şəbəkələrdə mülklərinin siyahısı dərc olunmağa başlayıb.
Siyahını təqdim edirik:
1. “Relax” şirkətlər qrupu (Lerikdə "Relax" İstirahət Mərkəzi də bura daxildir).
2. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).
3. Lerik rayonunda dəvəquşu ferması.
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.
5. Lerik rayonunda donuz ferması.
6. Lerik rayonunda 2 villa.
7. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.
8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm" şirkəti).
9. Tibbi yardım çantalarının ("apteçka") biznesi (Azərtürkmm" şirkəti).
10. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.
11. Şamaxı rayon, Göylər kəndinin yaxınlığında ferma.
12. "Piran broyler" şirkəti (qardaşı Çingiz Məmmədov idarə edir).
13. Piran kənində şeben və kərpic fabrikləri.
14. Şüvəlan və Novxanıda villa.
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər.
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektləri və mənzillər.
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil.(azadinfo.az)
"Mən 25 ildir jurnalistika ilə məşğulam, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmamışam”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi mətbuat konfransında Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal bildirib.
O, prezidentə konfransa dəvət üçün təşəkkür edib:
“Bizi bura dəvət etdiyinizə görə sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız.
Dünən sizin bəzi nazirlərinizlə də görüşlər keçirdik. Onlar da bizə məsələlərlə bağlı dolğun məlumat verdilər. Təbii ki, biz də Xocalı soyqırımı qurbanlarını dərin hüznlə anırıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün mətbuat konfransı dörd saatdan artıq davam edib.