Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Oxu.Az-ın xəbərinə görə, paylaşımda bildirilir:

“Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
 
 
Ardını oxu...
“Bakının Yasamal rayonu, Nərimanov prospekti 5-də, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı yeddimərtəbəli binanın birinci mərtəbəsində aparılan təmir işləri zamanı ağaclara ziyan vurulması, bir çox ağacların yerindən çıxarılması xəbəri tamamilə yalandır”.

Bunu Oxu.Az-a sözügedən ərazidə Yasamal Rayon İcra Hakimiyyətinin apardığı təmir-bərpa işlərinin ustabaşı Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, təmir işləri bir ilə yaxın müddətdir ki, aparılır:

“Bu müddət ərzində heç bir ağaca, infrastruktura ziyan vurulmayıb”.

R.Əliyev bildirib ki, vaxtilə ərazidə baş vermiş sürüşmə buradakı yol cığırlarına ziyan vurub:

“Hazırda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həm yol cığırları sahmana salınır, həm də oradakı ağacların qurumasının qarşısının alınması üçün tədbirlər görülür. Baxımsızlıq ucbatından ərazidəki bəzi ağaclar quruyublar. Abadlaşdırma işləri birinci gündən başlayacaq və bir ay çəkəcək”.

O vurğulayıb ki, sözügedən ərazi yaşıllaşdırılacaq və daha sonra park salınacaq:

“Bu işlər COP29-a hazırlıq çərçivəsində görülür. Biz ancaq təmir işləri ilə məşğuluq”.

R.Əliyev fəhlələrin ağacları kökündən çıxarıb başqa yerdə əkdiklərinə dair sözlərin həqiqətə uyğun olmadığını söyləyib:

“Fəhlələr belə bir şey deməyiblər. Onların dilindən yalan sözlər yazılıb”.

R.Əliyev ərazinin əvvəlki vəziyyəti ilə sonradan orada salınacaq parkın şəkillərini də təqdim edib:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
30.03.2024, 20:18

Bakının yasamal rayonunda yaşıllıq ərazinin məhv edilməsi ilə bağlı iddialar yayılıb.

Belə ki, Yasamal rayonu, Nərimanov prospekti 5-də, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı yeddimərtəbəli binanın birinci mərtəbəsində obyekt tikintisi zamanı çoxillik şam ağaclarına ziyan vurulub, bir çox ağaclar isə ümumiyyətlə yerindən çıxarılıb. Hadisə Nərimanov prospektinin yamac hissəsində baş verib.

Tikintidə işləyən fəhlələr tribunainfo.az-a bildiriblər ki, təyinatı bəlli olmayan obyektə ağaclığın içindən maşın yolu açılır.

Avtomobillərin rahat gedib-gəlməsi, park edilməsi üçün altı çoxillik şam ağacları yerindən çıxarılıb.

Fəhlələrin dediyinə görə, guya həmin ağacları kəsməyiblər, kökündən çıxarıb başqa yerdə əkiblər.

Bundan başqa tikintini aparanlar 500 kvadratmetrlik yaşıllıq ərazisini məhv edərək həmin yerə beton töküblər, 200 kvadratmetrə yaxın qazon örtüyünü isə qazıb yerindən götürərək özləri üçün parklanma yeri düzəldiblər. Həmçinin digər çoxillik şam ağaclarının dibinə sementlə qarışdırılmış suyu axıdıblar ki, ağaclar süni şəkildə qurusunlar.

Hazırda ərazidə qanunsuz işlər davam edir.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Martın 29-da Abu-Dabi-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı Orxan Bayramlının fiziki təzyiqə məruz qalması barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, sərnişin qismində gələn O.Bayramlı Heydər Əliyev Beynəlxalq Aeroportunun T2 Terminalındakı gömrük nəzarəti zonasından keçərkən ona məxsus olan əl yüklərinə rentgen qurğusunda baxış keçirilib.

Monitorda əks olunan görüntülərə əsasən O.Bayramlı əl yüklərinə baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub və şifahi sorğu-sual zamanı əl yüklərindəki malları ölkə ərazisinə satış məqsədilə gətirdiyini bildirib. Mallara gömrük baxışı keçirilməsi ilə bağlı gömrük əməkdaşlarının qanuni göstərişlərinə əməl etməyən O.Bayramlı nümayişkaranə şəkildə gömrük nəzarətinin aparılmasına şərait yaratmayıb, nəticədə gömrük nəzarəti zonasında mübahisə yaradaraq nalayiq ifadələrdən istifadə edib.

Prosedur qaydalar barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaş gömrük nəzarəti zonasında ictimai asayişin pozulması ilə nəticələnən bu hərəkətlərini sonlandırmayıb, üzərində olan mobil telefonun kamerası vasitəsilə videoçəkiliş etməklə qeydə alıb, görüntüləri ictimailəşdirəcəyi ilə gömrük əməkdaşlarını hədələyib və həmin videotəsvirləri təhrif olunmuş şəkildə ictimailəşdirib.

Daha sonra hadisə yerinə polis orqanı əməkdaşı dəvət olunub və vətəndaş barədə akt tərtib olunaraq Daxili İşlər Nazirliyini Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

 
Ardını oxu...
Şirvanda nəfəs çatışmazlığından vəfat edən doqquz aylıq körpənin atası danışıb.

O qeyd edib ki, bir müddət öncə həkim uşağın xəstəliyi ilə bağlı müalicə yazıb:

“Həkim dedi ki, uşağı aparın evə və üç gün müalicə etdikdən sonra təkrar müayinəyə gəlin yeni dərmanlar yazacam. Biz həkim deyilik. O, bizə deməli idi ki, uşaq xəstəxanada qalmalıdır və ev şəraitində müalicə oluna bilməz. Baş verən hadisə həkimin səhlənkarlığıdır”.

Ətraflı Baku TV-nin süjetində:
 
Ardını oxu...
Taksi xidməti ilə bağlı yeni qaydalar hansısa yüksək vəzifəli şəxs və şəxslərin bu sahəni monopoliyaya almaq, qaz vurub qazan doldurmaq, camaatın axırıncı çıxış yolu kimi "taksavatlıq"dan evinə, ailəsinə, uşağına apardığı bir tikə çörəyi əlindən almaq hərisliyidir, vəssalam.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə səhifəsində yazıb. Daha sonra fikrini şərh edən Cavanşır bəy yazır:
Yeri gəlmişkən, Azərbaycanda taksi xidməti ilə məşğul olan "Uber Azərbaycan" MMC-nin təsisçisi Yaqub Yusif oğlu Zamanov Ramin Quluzadənin qaynıdır. MMC-nin qanuni təmsilçisi, yəni direktoru Müşfiq Həsənov Vaqif oğlu baş nazirin müavini Şahin Mustafayevin oğlu Abdulla Mustafayevin və Milli Məclisin deputatı, məşhur işadamı Məşhur Məmmədovun İstanbuldakı bizneslərinin (“ABM Construction Mimarlık Sanayi ve Ticaret Limited” və “Prestij Aracılik Hizmetleri İthalat-İhracat Pazarlama Sanayi Ticaret Limited” ) ortağı olub.
Ardını oxu...
Göygöl şəhər sakini Məmmədov Orxan Vilayət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O.Məmmədov növbədə olduğu evi ala bilməyəcyindən şikayətlənir:

"Mən, Məmmədov Orxan Vilayət oğlu, 2020-ci il sentyabr ayının 27-də Göygöl Hərbi Komissarlığı tərəfindən müharibəyə göndərilmişəm. Müharibə vaxtı ağır yaralandığım üçün qazi adına layiq görülmüşəm.

Dəfələrlə Göygöl İcra Hakimiyyətinin rəhbər şəxslərinin və digər qurumların qəbulunda olmuşam, amma mənə mənzillə bağlı heç bir köməklik göstərmirlər. Məni ev növbəsində məni 20 mininci adam yazıblar. 2 dəfə rayonda qazilərə ev paylanıldı, mənə vermədilər.

Yaşadığım evin şəkillərini göndərəcəm baxın, görün, qazi heç belə evdə yaşayarmı? Göygölün heç bir vəzifəli şəxsi mənə kömək etmir. Deyirlər ki, ağlın var idi, müharibəyə getməzdin".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Azərbaycanda sosial televiziya fəaliyyətə başlayır.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilir ki, Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV internet televiziyası aprelin 2-də fəaliyyətə başlayacaq.

Adıçəkilən nazirliyin belə bir telekanal yaratması görünür, son zamanlar əhalinin nazir Sahil Babayevə və bu nazirliyin siyasətinə qarşı yaranan sosial narazılığı aradan qaldırmağa yönəlib.

Son illər minlərlə insanın pensiyadan məhrum edilməsi, əlillik dərəcəsinin təyin olunmasında ortaya çıxan qanunsuzluqlar və sair neqativ hallar vətəndaşların Sahil Babayevə qarşı mənfi münasibətini yaradıb.

Görünür, cənab Babayev DOST TV vasitəsilə həyata keçirilən layihələrdən təbliğat kimi istifadə etməklə özünə qarşı narazılığı aradan qaldırmaq istəyir.

Ancaq bəribaşdan demək lazımdır ki, bu ideya effektsiz olacaq. Çünki, ortada taleyin ümidinə buraxılmış yüz minlərlə sadə azərbaycanlının real həyatı var.
 
Ardını oxu...
Çingizi arvadı ifşa edibmiş - Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1” oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

"Qafqazinfo” Çingiz Mehdiyev və onun cinayəti ilə bağlı bəzi maraqlı məqamları əldə edib.

Ç.Mehdiyev 2006-cı ildə Amerikaya köçüb, oranın vətəndaşlığını qəbul edib. O, pasport alarkən ad-soyadını da dəyişib, Gino Metie kimi qeydə alınıb. Gino Metie bir il sonra Nyu-York şəhərində Nərminə adlı xanımla evlənib, onların bir qızı dünyaya gəlib. 2019-cu ildən onların münasibəti korlanıb, 2023-cü ildə boşanmaq üçün məhkəməyə müraciət ediblər.

Məlumata görə, Azərbaycana qayıtdıqdan sonra yenidən Çingiz Mehdiyev ad-soyadı ilə işə başlayan təqsirləndirilən şəxsi istintaqda ifşa edənlərdən biri elə arvadı Nərminə Ələkbərova olub.
Çingizi arvadı ifşa edibmiş -
Ələkbərova istintaqa verdiyi ifadəsində ərinin qanunsuz fəaliyyətlərindən danışıb, onun mənimsədiyi pullarla qardaşının adına Amerikada bahalı mülklər aldığını deyib. O, əri ilə üzləşməsində də onu ifşa edib. Nərminə həmçinin Çingizin anasının adına Seyşel adalarında şirkət açdığını, həmin şirkətə yüklü miqdarda pullar köçürməsindən də danışıb.

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.

Ç.Mehdiyevi də vəzifəyə o təyin edib. İstintaqın gedişində Arif Rəhimov da müstəntiqə ifadə verib. Hələ ki, məhkəmə istintaqı başlamadığına görə, bu haqda geniş məlumat verə bilmirik. Qısa olaraq onu deyə bilərik ki, Rəhimov ifadəsində Ç.Mehdiyevin qanunsuz fəaliyyətlərindən, ələ keçirdiyi pullarla ABŞ-də mülklər almasından xəbərsiz olduğunu deyib.

Çingiz Mehdiyevin cinayət işinə görə Bakıda yerləşən əmlakları üzərinə həbs qoyulub. Həmin əmlaklara bahalı evlər və torpaq sahələri daxildir.

Qeyd edək ki, Ç.Mehdiyev haqda istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
 
Ardını oxu...
“Mən diqqətinizi son bir aydır “Turan” İnformasiya Agentliyini (İA) narahat edən aktual problemə cəlb etmək üçün yazıram: söhbət internetə qoşulma ilə bağlı ciddi problemlərdən gedir. Belə problemlər əvvəllər də yaranıb, amma indi baş verənlər bütün sərhədləri aşır”.

“AzPolitika” xəbər verir ki, bunu “Turan” İA-nın direktoru Mehman Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə göndərdiyi açıq müraciətində bildirib. O, qeyd edib ki, “Bakinternet” dövlət provayderi tərəfindən göstərilən internet xidmətlərinin keyfiyyəti aşağıdır və indiyə gədər heç bir tədbir görülməyib. Agentlik bunu istehlakçı hüquqlarının pozulması hesab edir. “Hesab edirəm ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri kimi bu məsələnin operativ həlli üçün Sizin müdaxiləniz həlledici əhəmiyyətə malikdir”, - M.Əliyev əlavə edib.

O, vurğulayıb ki, Agentlik “Bakinternet” tərəfindən təqdim olunan internet xidmətlərində əhəmiyyətli dərəcədə fasilələrlə üzləşib: “Baktelecom”un mütəxəssislərinin və hörmətli nazirliyin səylərinə baxmayaraq, problem səngimir. Modemin dəyişdirilməsi və sürətin 50 meqabitdən 100 meqabitə artırılması kimi səylərə baxmayaraq, internet trafikinin sürəti gözlənilmədən 0 ilə 90 meqabit arasında dəyişir. Bu uyğunsuzluq agentliyin öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır”.

Mehman Əliyev nazirliyin problemi həll edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, son zamanlar “Bakinternet” provayderinin başqa abunəçiləri, o cümlədən “AzPolitika” saytı da sözügedən problemlərdən əziyyət çəkir. Təqdim olunan internetin sürəti müqavilədə göstəriləndən aşağı olmaqla yanaşı tez-tez fasilələr yaranır. Bu da “AzPolitika”nın normal iş rejimində fəaliyyətinə problemlər yaradır. “Bakinternet” provayderinə edilən müraciətlər də faydasız qalıb.

Ümid edirik ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev problemi öz nəzarətinə götürəcək və onun həllinə nail olacaq.
 
Ardını oxu...
Martın 25-də yayılan rəsmi məlumatlarda göstərilir ki, Bəhruz Əskərov adlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun və ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının həyatına sui-qəsd etmək məqsədi ilə planlar qurub. Amma görülən çevik tədbirlər sayəsində sui-qəsdi həyata keçirə bilməyib və o, həbs olunub.
Bu hadisə ilk növbədə Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin 2018-ci ildə güllələnməsi hadisəsini xatırladır. T.Qaraşov da güllələnə bilməzdimi? Bilərdi, ortada nümunə var. Heç şübhəsiz, qonşu ölkələrdə baş verən terror hadisələri fonunda və indiki həssas bir dönəmdə sui-qəsdin qarşısının alınması təqdirolunası haldır.
Eyni zamanda düşünürəm ki, T.Qaraşova qarşı hazırlanan sui-qəsd planının araşdırılması təkcə hüquqi müstəvidə deyil, Gəncə və Lənkəran şəhərlərindəki real vəziyyət paralel şəkildə təhlil olunmaqla, ideoloji müstəvidə də öz həllini tapmalıdır.
- Hər iki şəhərdə narkoticarət və narkomaniya tuğyan eləyir.
- Hər iki şəhər milli-dini ideoloji cəhətdən dərin boşluqdadır, üfüqlər görünmür. İdeoloji boşluqların doldurulması istiqamətində heç bir addım atılmayıb.
- Hər iki şəhərdə insanların fərdi şəkildə mərkəzdənqaçma meylləri güclənib.
- Ölkəmizdən xarici ölkələrə üz tutan şəxslərin böyük bir faizini də Lənkəran sakinləri təşkil edir. İnsanların paytaxta olan ümidlərini alt-üst edən şəhər rəhbərliyi həmin vətəndaşlar üçün xaricə qaçmaqdan başqa çıxış yolu qoymayıb. Bu baxımdan, xaricə köç edən şəxslərin müxtəlif qrupların təsir dairəsinə düşməsi də təsadüf deyil.
- Hər iki şəhər ölkədə aparılan islahatlardan tamamilə kənarda qalıb.
- Hər iki şəhərdə sosial problemlər, işsizlik günbəgün dərinləşir.
- Hər iki şəhərdə kriminal durumun səviyyəsi artmaqdadır.
Düşünürəm ki, aidiyyatı dövlət qurumları Lənkəranda təkcə terrorun - səs-küylü böyük bir cinayət hadisəsinin qarşısını almayıb, həm də T.Qaraşovun həyatını xilas edib. O, dövlətə minnətdar olmalıdır. T.Qaraşovun yerli saytlara açıqlamasında Dövlət başçısına və xüsusi xidmət orqanlarına təşəkkür etməsi də yaxşı haldır.
Bəs, 1996-cı ildən icra başçısı vəzifəsində çalışan (Kürdəmir, Cəlilabad, Neftçala, Astara), 12 ildir Lənkəran kimi strateji şəhərə rəhbərlik edən 65 yaşlı T.Qaraşovun özü yola salınmalı deyilmi? Heç olmasa, özü bu barədə düşünürmü?
Lənkəran ölkəmizin ən vacib və həssas nöqtələrindən biridir. B.Əskərov adlı şəxsin məhz Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd planı hazırlaması da təsadüf deyil. Koordinat dəqiq seçilib: narazı əhali, pik həddə çatan radikallıq, işsizlik, məmur özbaşınalığı, icra başçısının yarıtmaz fəaliyyəti və s.
Ölkə və hədəflər dəyişib, çoxvektorlu planlar icra etməyə məcburuq, ölkəmiz indi daxildə deyil, həm də regionda və qlobal aləmdə əhəmiyyətli subyektə çevrilib. Belə olan halda strateji əhəmiyyət daşıyan və yuxarıda sadaladığım problemlərdən əziyyət çəkən bir şəhərə T.Qaraşov kimi problemli və "klassik" məmur necə rəhbərlik edə bilər?!
Daha çevik, şəhəri, bölgəni tanıyan, ümumən ölkənin problemlərini və hədəflərini dərindən bilən şəxs onu əvəz etməlidir.

Samir Feyruzov
Azsiyasət.com

Dünyapress TV

Xəbər lenti