Ardını oxu...
Elmlər metrostansiyasının yaxınlığında yerləşən “Büyükfırat” restoranında müştərilərə qarşı hörmətsizlik edirlər.

Moderator.az-a daxil olan şikayət məktubunda Hüseyn Hüseynzadə adlı şəxs bu haqda bildirib. O deyir ki, 8 aprel tarixində restorana gedib və hörmətsiz münasibətlə qarşılaşdığı üçün oranı tərk edib.
“Axşam iftar vaxtı olduğu üçün bir çox restoranlarda öncədən yer rezerv etmək lazım gəlir. Elmlər metrostansiyasının yaxınlığında bir neçə restorana daxil olsam da, hamısının rezerv olunduğunu bildirib, iftar vaxtı fəaliyyət göstərəcəklərini bildirdilər. Nəhayət ki, dostumla birlikdə “Büyükfırat” restoranına gəldik. Dönə-dönə soruşdum ki, burada boş yer var? Heç bir yer rezerv deyil ki? Ofisiant əli ilə boş masaları göstərib dedi ki, “harada istəyirsinizsə əyləşin, rezerv deyil”. Az keçmədi ki, yeməkləri sifariş edərkən ofisiant yaxınlaşıb dedi ki, “sizin yarım saat vaxtınız var, bu yer rezerv olunub, xahiş edirik yarım saat ərzində buranı tərk edəsiniz”. Onlara xatırlatdım ki, restorana daxil olanda axı sizdən dönə-dönə soruşdum..? Bir ofisiant dedi ki, rezerv indi gəlib, digəri dedi ki, öncədən rezerv olunsa da yadımızdan çıxıb. Əlbəttə ki, bütün bunlar bəhanə idi. Görünür bizdən də pullu yaxud bizdən də sayca çox müştəri gələcəkdi.. İstehlakçı hüquqlarımızın pozulduğunu dərk etsək də məyus halda restoranı tərk etdik” deyə şikayətçi bildirib.

Mövzu ilə bağlı Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov bildirib ki, bu problemlərə bir çox restoranlarda rast gəlmək mümkündür.
“Çox təəssüflər olsun ki, restoranlar üçün heç bir qaydalar yoxdur. Nazirlər Kabinetinin 94 saylı qərarı var. Yəni menyuların olması məsələsi, Azərbaycan dilində olması və s. Digər məsələlər yoxdur. Restoranlar qaydaların olmamasından sui-istifadə edərək istehlakçılara qarşı böyük özbaşnalıq göstərirlər. Belə hallar neçə illərdir mövcuddur. İstehlakçılara deyirlər ki, üz kontrolu edirik, xoşlarına gəlmirsə buraxmırlar, başqa bir restorandan deyirlər ki, qadınla gəlirsinizsə buraxmırıq, biri deyir ki, üzü dənizə tərəf oturmusansa artıq pul verməlisən, çayxanadan deyir ki, bir çaynik üçün 50 manat verməlisən, mənim verdiyim mürəbbələri də yeməlisən və s. Bu kimi hallar qonaqpərvərliyimizə, turizmimizə ziyan gətirir. Bu illərdir davam edirik. Biz belə məsələləri dövlət orqanları qarşısında qaldırırıq. Deyirlər ki, restoranların öz ərazisidir, özləri bilərlər necə davranırlar. Bu anormal bir vəziyyətdir. Düşünürəm ki, istehlakçı hüquqlarının pozulmasıdır. Sizin dediyiniz mövzuya gəlincə isə öncədən deyilməli idi ki, bizdə yerlər rezerv olunub, filan saatdan sonra qonaqlarımız olacaq bağışlayın. Bu zaman müştəri bilərdi ki, ona uyğundur yoxsa yox?! Lakin bu cür davranmaq istehlakçı hüquqlarının pozulmasıdır. Bunun üçün qanunvericilikdə heç bir qayda-qanun yoxdur. Sizin vasitənizlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik ki, bu özbaşnalıqlara son qoysunlar. Onların adında Dövlət Xidməti, İstehlakçı hüquqlarını qorumaq, bazara nəzarət məsələsi var. İstehlakçılarla bu cür davranan restoranlar boykot olunmalıdır” deyə Əyyub Hüseynov bildirib.
Hüquqşünas Emil Aslanov Moderator.az-a açıqlamasında bildirib ki, istehlakçı kobud şəkildə pozulmuş hüquqlarını bərpa etməlidir.
“İaşə obyektlərində istehlakçıların hüquqları pozulubsa bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək mümkündür. Şikayət nəticəsində həmin hallar araşdırılır. Əgər həqiqətən də iaşə obyektində qanun pozuntusu müəyyən edilərsə, bu halda sözügedən dövlət xidməti bununla bağlı həmin iaşə obyektinin inzibati qaydada cərimə edilməsi ilə bağlı qərar qəbul edə bilər. Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti vətəndaşın hüquqlarını bərpa etmirsə, bu halda vətəndaş məhkəməyə də müraciət etmək hüququna malikdir” deyə hüquqşünas bildirib.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Ardını oxu...
Ötən ilin dekabrında Milli Onkologiya Mərkəzi “Şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi” tenderinin nəticələrini elan edib. Tribunainfo.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub.
Qalib şirkətə 5 221 000 manat ödənilməsi nəzərdə tutulub. Maraqlıdır ki, 5 milyonluq layihənin icrasına başlanması haqda əlavə və yeni məlumat verilməyib. Ən mühüm detal isə qalib gələn şirkətin deputat Kamaləddin Qafarova aid olmasıdır. Bu da təəccüb doğurmur. Çünki MOM tərəfindən elan edilən tenderlərdə nədənsə davamlı olaraq deputat aid şirkətlər qalib gəlir.
K.Qafarov bir sıra firmalara sahibdir. O, əvvəl MOM baş direktorunun müavini olub. Parlament üzvü olduqdan sonra da biznes əlaqələri inkişaf edib. Onun firmalarının siyahısını mediada yayılan xəbərlərə istinadən təqdim edirik:

AzəriMed” MMC,

“AzəriMed MNK” MMC

“Kanon” MMC,

“Mega Pharmacy” MMC,

“Azeri Med MNK” MMC,

“Versal” MMC,

“Versal Palace” MMC

“Naturalist” firması,

“AvestaFarm” MMC,

Cardinal Health şirkəti

“Ruslan AZ” MMC

Zəfəran Hospital

Zəfəran Apteklər şəbəkəsi

Siyəzən Broyler
Ardını oxu...
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada fəaliyyət göstərən şirkəti ötən il gəlirlərini 192 dəfə artırıb.

Yeniavaz.com xəbər verir ki, Əbülfəs Qarayev ötən ilin may ayında Rusiyada “Korporaçiya ÇE” (ООО “Корпорация ЧE” – ИНН: 7725322819) adlı şirkətin 50%-lik payını satın alaraq 2 təsisçidən biri olub.

“Korporaçiya ÇE” şirkətinin digər təsisçisi – Əbülfəs Qarayevin biznes ortağı Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir.
Ardını oxu...
Qeyd edək ki, “Korporaçiya ÇE” şirkəti 11 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Əbülfəs Qarayev şirkətin 50%-lik payına sahib olduqdan sonra hüquqi ünvanı – Moskva şəhəri, Dnepropetrovskaya, ev 3 koros 5, m. 3/1 ünvanına dəyişdirilib.

Şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla digər ərzaq məhsullarının topdan satışı daxildir.

Məlumat üçün bildirək ki, “Korporaçiya ÇE” şirkətinin 2023-cü ildəki ümumi gəlirləri 106 milyon 521 min rubl (1 milyon 956 min manat) olub. Bir il əvvəl – 2022-ci ildə şirkətin ümumi gəlirləri cəmi 554 min rubl (5 min 992 manat) olub. Rəqəmlərdən də göründüyü kimi, şirkətin gəlirləri son bir ildə 192 dəfə artıb.
Ardını oxu...
Onu da qeyd edək ki, 1994-cü ildən 2020-ci ilə kimi – 26 il nazir vəzifəsində işləyən Əbülfəs Qarayevin qızı Suad Maleki də (Qarayeva) uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur.

Suad Malekinin yeganə təsisçisi olduğu “GALS” şirkəti 05 iyul 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.

Mətbuatda yayılan məlumatda bidirilir ki, “GALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Garaev, Abulfas, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.

“GALS” adı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin də sabiq nazirə bağlı olduğu bildirilir. “GALS Gallery”, “GALS Beauty and Spa” və “GALS” MMC-yə sabiq nazirə yaxın olan şəxslər rəhbərlik edir. Bunlardan başqa sabiq nazirin həyat yoldaşı Kazımova Lalə Tofiq qızının (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) rəhbərlik etdiyi “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC 29 mart 2006-cı il tarixində dövlət qeydiyyatına alınıb.

Sabiq mədəniyyət nazirinin həyat yoldaşı və qızından başqa kürəkəni Şahriar Maleki də Azərbaycanda biznes fəaliyyəti ilə məşğuldur. Əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Green Farm Azərbaycan” MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Farm Azərbaycan” MMC-yə 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.

Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.
 
 
 
Ardını oxu...
Neftçala rayonunun Mirzə Ələkbər Sabir küçəsində, rayonda “Şəhidlər şəhirciyi” kimi tanınan yaşayış massivində problem yaşanır.
Şəhərciyin sakini Maqsud Poladov Qaynarinfo-ya bildirib ki, şəhərcik salınandan sonra bəzi küçələr təmir olunsa da, onların yaşadığı küçə bərbad vəziyyətdədir.
“Burada cərgə ilə şəhid ailələri və qazilər üçün fərdi yaşayış evləri tikilib. Tikinti bitdikdən sonra bizim küçədən başqa bütün ara küçələr təmir edildi. Bizim küçənin hansı səbəbdən təmir olunmadığı ilə maraqlandıqda dedilər ki, növbəti il təmir olunacaq. Artıq 3 ildir ki, evlər təmir olunub. Bu müddət ərzində bizim küçəyə heç baxan olmayıb”, deyə Maqsud Poladov əlavə edib.
Onun sözlərinə görə, problemlə əlaqədar yerli icra hakimiyyətinə müraciət edilsə də, nəticəsi olmayıb.
“Bu biganəliyin səbəbi bizə məlum deyil. Küçə bərbad vəziyyətdədir. Yağış yağdıqda ümumiyyətlə bu küçədə hərəkət etmək mümkün olmur. Dəfərlərlə icra hakimiyyətinə müraciət etmişik. Oradan bildiriblər ki, düzələcək, amma düzəlmir ki, düzəlmir. Bilmirik hara müraciət edək”, deyə şikayətçi vurğulayıb.
Maqsud Poladov bildirib ki, sakinlər məsələ ilə əlaqədar daha yuxarı orqanlara müraciət etmək niyyətindədirlər:
“Rayon rəhbərliyi heç bir tədbir görmədiyinə görə, düşünürük ki, daha yuxarı qurumlara şikayət edək. Bəlkə o zaman gəlib düzəldərlər. Başqa yolumuz yoxdur”.
Qaynarinfo məsələ ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, zənglərə cavab verən olmayıb.
Maqsud Poladov redaksiyamıza ərazidən çəkilən görüntüləri də təqdim edib. Həmin görüntüləri oxucuların diqqətinə çatdırırıq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qara əməlli general ağ “Range Rover”lə meydan sulayır
Artıq son 2-3 ildir ki, “Tərtər işi” çərçivəsində hərbçilərimizi qeyri-insani işgəncələrə məruz qoyan, bu işgəncələrə göz yuman, hərəkət və ya hərəkətsizliyindən əsgər və zabitlərimizin ölümünə səbəb olan şəxslərin müəyyən edilərək cəzalandırlması istiqamətində mühüm işlər görülməkdədir. Artıq bir neçə şəxs müqəssir kimi məhkəmə qərarı ilə məsuliyyətə cəlb edilib ki, bu da haqqın, ədalətin bərpası baxımından təqdirəlayiqdir. Ancaq təəssüflər olsun ki, bu gün də adı Tərtər işində hallansa da bugünə qədər məsuliyyətdən kənarda qalan, məhkəmələrdə yalnız şahid kimi ifadə verən şəxslər də var. Bunlardan biri də general Rasim Əliyevdir.
TEREF-in poçtuna daxil olmuş məqalə belə başlayır. Müəllif daha sonra fikrin davam etdirərək yazır:
Tərtər hadisləri zamanı Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik etmiş Rasim Əliyev hərbçilərimizə qarşı baş verən haqsızlıqlara etiraz etməmiş, baş verənləri sadəcə seyr etmişdir. Onun hərəkətsizliyi, iradəsizliyi səbəbindən baş verən qanunsuzluqlar haqqında ali hərbi rəhbərliyə məlumat verilməmiş, işgəncələrin qarşısını almaq üçün gərəkli tədbirlər görülməmişdir. Baxmayaraq ki, şahidi olduğu, məlumatlı olduğu hadisələr haqqında bütün əlaqədar şəxs və instansiyalar məlumatlandırmaq general Rasim Əliyevin bilavasitə vəzifəsi idi. Ancaq Rasim Əliyev qanunun deyil, öz şəxsi kariyerasının keşiyində dayandığı üçün susmağa üstünlük verdi. Halbuki, Rasim Əliyen baş verənlərə etiraz əlaməti olaraq ən azından istefa verə, bu qanunsuzluqlara ortaq olmaq istəmədiyini bu cür göstərə bilərdi. Ancaq bunların heç biri baş vermədi. Əksinə, Rasim Əliyev təqaüdə göndərilənə qədər öz kreslosunu əldən vermədi.

Bu gün Tərtər işindəki fəaliyyətsizliyinə, iradəsizliyinə, öz vəzifəsinin öhdəsindən lazımınca gələ bilmədiyinə görə cavab verməli olan Rasim əliyev heç nə olmamış kimi ortalıqda dolaşmaqdadır. Hazırda qara əməlli general ağ “Range Rover”lə meydan sulamaqda, həlak olan hərbçilərin ailələrinə öz var-dövləti ilə göz dağı verməkdədir. Qulluq mövqeyindən istifadə edərək milyonlar qazanan general bu gün böyük biznes imperiyasına, nəhəng torpaq sahələrinə malikdir. Heç kim ondan bunca sərvətə necə, hansı yolla sahib olduğunu soruşmur.

Ümid edirik ki, hüquq-mühafizə orqanları ortalıqda aydan arı, sudan duru kimi dolaşan Rasim Əliyevlə bağlı lazımi hüquqi araşdırmalar həyata keçirəcək, onun barəsində də lazimi tədbirlər görəcəkdir. Bu, həm qanunun, həmd ə ədalətin tələbinin yerinə yetirilməsi baxımından vacibdir.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
 
 
 
Ardını oxu...
Dia-az.info olaraq ayrı-ayrılıqda problemlərini dilə gətirən bir qrup neftçinin gileyini təqdim edirik. Beləliklə...

***

Elmin Rəhimov adlı neftçi bildirir: "İşə getmək üçün nəqliyyat vasitələri verilir, işçilər üçün nahar vaxtı etmək üçün xüsusi imkanlar yaradılmır. İşdə idarəyə gəlmək üçün dəfələrlə öz maddi vəsaitim hesabına gəlmişəm... Hələ mən quruda işləyirəm... Bu kimi halları nəzərə almaq lazımdır..."

Yusif Qaraman adlı işçi isə belə deyir: "SOCAR-ın nəqliyyat sistemi çox bərbad gündədir. 28may NQCI-nin muhəndisiyəm. 3 gündür gedib qayıdıram. SWHS -lə nə məsələdirsə... Dəyən mənəvi və maddi zərər ancaq fəhlə, mühəndis heyətinə dəyir..."

İlkin Seferov adlı neft çalışanının gileyi: "Ümiyyətlə, SOCAR özü şəxsi helikopter qarajını bərpa etməlidir. Bu qədər şikayətlərə rəğmən öz işçilərinə bu qədər əziyyət verən SWHS-dən ayrılmasa, heç nə düzələn deyil..."

Vusal Nadirov adlı neftçinin qeydi: "SOCAR-ın fəhlə-mühəndis işçilərini heç saya salan yoxdur. SOCAR rəhbəriliyi də bizimlə maraqlanmır. Şikayət edəndə də idarə rəhbərlərini müdafiə edir..."

***

Davamı olacaq...
Ardını oxu...
Xəstəxanalarda icbari tibbi sığortanın tətbiqindən sonra yaranan növbələr ciddi narazılıq doğurur. Uzun müddət keçməsinə baxmayaraq, hələ də tibb müəssisələrində onlayn növbə rejimi istifadə edilmir. Hətta sistemdə də tez-tez donmalar baş verir.

“İcbari tibbi sığortadan yararlanmaq və məni narahat edən ürək ağrılarının dərdini bilmək üçün xəstəxanaya müraciət etdim. İlk gün günorta gəldiyim üçün mənə məsləhət gördülər ki, artıq gecdir, gözləməyim. İkinci gün səhər saatlarından gəldim, növbə götürdüm. Günortaya yaxın, nömrəmin çatmasına iki sıra qalmış, dedilər ki, digər insanlar gözləməsin, limit doldu, həkim qəbul etməyəcək. O ağrı ilə kor-peşman evə qayıtdım. Məcbur olub, müayinə üçün özəl klinikaya müraciət etdim. Bu növbələr xəstəni daha çox gərginləşdirir, nəinki sağaltmaq”.
Bu sözlər müayinə olunmaq üçün xəstəxanaya müraciət edən Rəhimə Muradovaya aiddir.

Hamıya məlumdur ki, icbari tibbi sığortanın tətbiqindən sonra dövlət tibb müəssisələrinə axın artıb. Rəhimə xanım kimi tənzimlənə bilməyən növbələrdən bezən, həkimin qəbuluna düşə bilmək üçün gün ağarmamış tibb müəssisəsinin qapısında gözləyən minlərlə pasiyent var. Hələ qapıda gözləyənlərin qapı açılarkən mühafizəçilərlə davası, bir-biri ilə münaqişələri lap acınacaqlıdır. Tələbat çox, qeydiyyat şöbələrində işçi sayı az... Bunlar azmış kimi sistem də tez-tez donur.

Bəs vətəndaşların xidmətdən rahat istifadəsi üçün qeydiyyat problemi necə həll edilməlidir? Nə üçün onlayn qeydiyyat sistemi tam tətbiq olunmur?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Təkmilləşdirilmə işləri aparılanda sistem işləmir

Məsələ ilə bağlı TƏBİB-dən “Kaspi” qəzetinə bildirildi ki, xəstəxana məlumatlarının idarəetmə sistemi vətəndaşlara vaxtında, keyfiyyətli və təhlükəsiz xidmət göstərmək üçün bir sıra dövlət qurumları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Proqram təminatını uğurla tətbiq edə bilmək üçün vaxtaşırı təkmilləşdirilmə işlərinə zərurət yaranır. Digər dövlət qurumlarının sistemində təkmilləşmə işləri aparıldığı zaman bir müddətlik sözügedən sistemdə də ləngimələr qeydə alınır.

Fasiləsizlik tam təmin olunacaq

Qurumdan daxil olan məlumata görə, TƏBİB-in tabeliyindəki "Rəqəmsal Tibbi Həllər" MMC tərəfindən xidmət əlçatanlığını fasiləsiz təmin edə bilmək üçün hazırda “offlayn” mühitdə işləyə biləcək alternativ sistem yaradılır. Test rejimində pilot olaraq bir neçə tibb müəssisəsində sınaqdan keçirildikdən sonra sistemin zərurət yarandığı hallar üzrə tabeli tibb müəssisələrində tətbiqi planlaşdırılır. Bununla da xəstəxana məlumatlarının idarəedilməsində “onlayn” mühitdə yarana biləcək texniki ləngimələr zamanı fasiləsizlik tam təmin olunacaq.
Həkimin limiti nə vaxt dolur?

Həkimin xəstə qəbul etməklə bağlı limitinin dolması barədə şikayətlər də az deyil. Maraqlıdır, həkimin günlük xəstə qəbulu nə qədər olmalıdır? Ümumiyyətlə, limit nə qədərdir?

TƏBİB deyir ki, qurumun tabeliyində olan tibb müəssisələrində həkimlərin gündəlik iş saatı qanunvericiliyin tələblərinə əsasən, altı saat müəyyən olunub. Yəni həkimlər iş gününün sonuna kimi limit olmadan növbəlilik prinsipi ilə pasiyentləri qəbulunu və müayinəsini həyata keçirirlər: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti tərəfindən təsdiq edilmiş qaydaya əsasən, həkimlərin əməkhaqqı tərkibi - vəzifə (tarif) maaşından, həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavələrdən və Əmək Məcəlləsində, normativ hüquqi aktlarda, habelə Agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir. Qaydaya əsasən, işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr (bonus) təsdiq olunmuş iş günü həddinə əsasən hesablanır".

Növbədə gözləyən pasiyentlər qəbul edilir

Bəzi ixtisas sahələri üzrə çalışan həkimlərə müayinələr üzrə işin nəticəsinə görə həvəsləndirici əlavələrin ödənilməsi həddi 35 nəfər pasiyent sayı olaraq müəyyən edilib: "Ambulator şəraitdə terapiya və pediatriya ixtisasları, rentgen, mamoqrafiya və flüoqrafiya müayinəsi üzrə çalışan həkimlərə işin nəticəsinə görə həvəsləndirici əlavələrin ödənilməsi həddi iş günü üzrə 35 nəfər sığortaolunan olmaqla müəyyən edilib. Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq, işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin ödənilməsində iş günü üzrə hədd 15-35 pasiyent sayı arasında dəyişir. İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin ödənilməsi üzrə günlük həddin bitməsindən asılı olmayaraq, iş gününün sonuna qədər növbədə gözləyən pasiyentlər qəbul edilir. Təcili tibbi yardıma ehtiyacı olan pasiyentlərin, şəhid ailə üzvləri və müharibə iştirakçılarının qəbulu və müayinəyə cəlb olunması növbədənkənar aparılır”.

Vəziyyət gərginləşib

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, icbari tibbi sığortanın tətbiqi genişləndikdən sonra vəziyyət çox gərginləşib: “Sözsüz ki, İcbari Tibbi Sığorta Agentliyinin büdcəsi böyüdükcə xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı da artırıldı. Təbii olaraq, xəstələrin və pasiyentlərin tam hüquqi var ki, bu xidmətlərdən rahat şəkildə yararlansınlar. Lakin nəzarətsiz növbələr, donan sistemlər insanların narazılığına səbəb olur”.

Sistem özəl xəstəxanalar üçün donur?

Mütəxəssis deyir ki, problemin yaranmasının səbəbi mərkəzləşmiş xəstəxanaların sayının əhalinin sayı ilə adekvat olmamasıdır: “Orada çalışan işçilər birdən-birə bu axının qarşısında gücsüz vəziyyətə düşürlər. Məsələn, rayonlarda üç pəncərədə icbari tibbi sığortanın dörd əməkdaşı fəaliyyət göstərir. Amma birdən-birə bu pəncərə önündə dayananların sayı 100-ə çatır. Hətta kiçik həcmli böyük prosedur tələb etməyən hallarla bağlı da vətəndaşlar sığortadan yararlanmaq istəyirlər. Buna görə də xidmətdə ciddi problemlər, sistemdə donmalar olur. Bu problemlərlə yanaşı biz onu da müşahidə edirik ki, icbari tibbi sığorta əməkdaşı deyir ki, sistem özəl xəstəxanalar üçün donub, amma dövlət xəstəxanalarına göndərişlər edə bilirik. Belə anormal situasiya ilə də rastlaşmaq mümkündür. Sistemin donmaması üçün daha güclü informasiya tutumuna malik olan sistemlər tətbiq edilməlidir”.
 

Ardını oxu...
Naxçıvanda ötən il yaradılan, bu yaxınlarda fəaliyyəti dayandırılan "Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədov xüsusi ittiham qaydasında məhkəməyə verilib. Dia-az.info xəbər verir ki, iş Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun icraatındadır. İsmayıl Əhmədov Cinayət Məcəlləsinin 147.1, 147.2-ci maddələri ilə mühakimə olunacaq.

Fevralın 8-i və 21-nə təyin edilmiş hazırlıq iclasları təxirə salınmışdı. Növbəti hazırlıq iclası martın 6-da keçirilib, xüsusi ittiham qaydasında şikayət icraata qəbul olunub. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə, İsmayıl Əhmədov üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, İsmayıl Əhmədovun adı son vaxtlar mediada tez-tez hallandırılır. Onun rəhbərlik etdiyi müəssisənin Naxçıvanda qanunsuz fəaliyyətlə məşğul olduğu iddia edilir. Onların qanunsuz əməlləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda da araşdırma aparılır.

Dəfələrlə qeyd olunduğu kimi, İsmayıl Əhmədov özünü Naxçıvanda xüsusi səlahiyyət verilmiş şəxs kimi aparır və yüksək vəzifəli şəxsin adını çəkir. Mediada faktlarla təqdim edilən ciddi tənqidi yazılara, muxtar respublika prokurorluğunda aparılan araşdırmalara baxmayaraq, Naxçıvandakı yüksək vəzifəli şəxs İsmayıl Əhmədovun "xidmətlərindən” imtina edə bilmir.

Görünür, həmin şəxsin artıq İsmayıl Əhmədovu müdafiə etməyə gücü çatmayıb. Bu isə çox ciddi siqnaldır. Bəzi adamlara başa salınır ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmiz qanunlarla idarə olunur.

İndiyədək qanunları heçə sayanların aqibəti yaxşı olmayıb.

Dia-az.info bildirir ki, bu günlərdə İsmayıl Əhmədov Bakıda olub və iddiaçı tərəfi dilə-dişə tutmaq üçün əlindən gələni edib. Hətta onun qarşı tərəfə böyük məbləğ vəd etdiyini də iddia edirlər...
 
Ardını oxu...
Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (4.27 indeksi ilə) olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin mart ayı üzrə açıqladığı şikayət indeksində bildirilib.

Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında "Bakı Sığorta" isə 2.57 indeksi ilə ikinci, “AtaSığorta” 1.62 indeksi ilə siyahıda üçüncü olub.

Qeyd edək ki, avto-icbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, "İpək Yolu Sığorta", "A-Qroup Sığorta" və lisenziyası ləğv olunmuş "Günay Sığorta" “Naxçıvansığorta” ASC vә "Azәrsığorta" ASC-nin müqavilә sayları vә şikayәt sayları hesablamada nәzәrә alınmayıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Nəsimi rayonu Həsən Əliyev küçəsində vətəndaş Natiq Həsənova məxsus fərdi yaşayış evi qanunsuz olaraq sökülüb.

Bu barədə Qaynarinfo-ya Natiq Həsənovun özü bildirib.

Onun sözlərinə görə, 1993-cü ildə Qubadlı rayonundan məcbur köçkün düşüblər. "Elə həmin ildən Həsən Əliyev küçəsi, ev 143-da məskunlaşmışıq. 2023-cü ildə bu evə rəsmi qeydiyyata düşmüşük", deyə şikayətçi əlavə edib.

Natiq Həsənov bildirib ki, 1997-ci ildə isə əmisi həmin həyətdə ev tikib:

"Yəni, 1997-ci ildən bir həyətdə iki ev olub. Bizim ev ünvanımız 143, əmimin ünvanı isə 143A-dır. Həmin evin tikintisinə dair arayışlar və müvafiq sənədlər də var. Sonradan əmim Zaməddin Qasımov adlı maklerlə sövdələşərək yaşadığı evə çıxarış alıb. Çıxarış maklerin adınadır. Yəni, əmim evi ona satıb. Zaməddin Qasımov isə təkcə əmimin evi ilə kifayətlənmək istəmir. O, bizi də həyətdən çıxarmaq istəyir. Bunun üçün məhkəməyə müraciət edib. Məhkəmənin qərarında 143A ünvanının boşadılması göstərilsə də, icraçılar bizi də evdən çıxarıblar".

Şikayətçinin sözlərinə görə, məhkəmə qərarına və ekspertiza rəylərinə baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin icraçıları onları zorla evdən çıxarıb:

"Təsəvvür edin, Ədliyyə Nazirliyinin ekspertiza mərkəzi rəy verib ki, həyətdə iki ev var. Bu, sayğaclardan da görünür. Yəni, su, işıq və qaz sayğaclarının hərəsindən iki ədəd quraşdırılıb. Biri bizim evimiz, digəri isə əmimin evi üçün. Lakin icraçılar buna məhəl qoymaraq bizi zorla evdən çıxardılar. Bu azmış kimi evimizi sökdülər. Bu gün də söküntü işləri aparılır".

Natiq Həsənov məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdiklərini deyib. Şikayətçi onu da qeyd edib ki, makler baş verənlərin arxasında hansısa məmurun dayandığını iddia edir.

"Deyir ki, bu işin arxasında məmurlardan biri dayanır. Guya bizim həyətimiz ona lazımdır. Bu baxımdan, bizi də evdən çıxarırlar. Biz bilmirik hansı məmurdan söhbət gedir. Maklerin onun adını açıqlamır", deyə Natiq Həsənov bildirib.

Vətəndaş məsələ ilə əlaqədar ölkə rəhbərliyinə də müraciət edəcəyini deyib.

Ərazidən fotoları təqdim edirik.

Dünyapress TV

Xəbər lenti