Ardını oxu...
Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir, 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, təqribən 85% qaz tələbatını Rusiya ödəyib, yerdə qalan 15%-ə yaxın qazı isə İrandan alır. Ermənistanın bütün qaz infrastrukturu “Qazprom Ermənistan” şirkətinə məxsusdur, bu şirkətin 100% səhmləri Rusiyanın “Qazprom” şirkətinə aiddir. Bundan başqa, Ermənistanın daxili qaz boru kəmərlərinin də sahibi Rusiyadır. Rusiya Ermənistana qazı hər 1000 m3 üçün 165 dollara satır – kifayət qədər ucuz qiymətdir, amma burada başqa amil var: Rusiyanın “Qazprom” şirkəti özünün sahibi olduğu “Qazprom Ermənistan” şirkətinə qazı 165 dollara satır, həmin şirkət isə Ermənistanda əhali və sənayenin əsas təhcizatçısıdır – yəni, hər 1000 m3 üçün 165 dollar əhaliyə, sənayeyə satılan qiymət deyil. “Qazprom Ermənistan” əhaliyə qazı, təqribən, 2 qat artıq qiymətə satır, yəni bütün infrastrukrur əlindədir deyə, Qazprom özü-özünə qazı topdan ucuz satır, amma pərakəndə qiyməti baha olduğu üçün əsas qazancını o sahədən götürür.
Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür, ona görə də rəsmi İrəvan alternativ qaz mənbəələri axtarır, İrandan çəkilən boru xətti çox kiçik diametrə malikdir deyə, tam gücü ilə işləsə, ilə maksimum 700-800 mln. m3 qaz tədarük edə bilər və İran qazı Ermənistana daha baha satır, o qaz elektrik enerjisi istehsalı üçün istifadə edilir.
Bu kontekstdə Ermənistanın Azərbaycanda qaz almasına müsbət yanaşması maraqlı və doğru məsələdir – Azərbaycan çox rahat şəkildə (infrastruktur var, cari təmirə ehtiyac olacaq) Ermənistanı qazla təmin edə bilər. Ümumiyyətlə, Ermənistanla qarşılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. İrəvanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə “revanşist” ideyalarının qarşısını kəsən sədd ola bilər.
Ermənistan, nəhayət ki, mifiq ideyalardan əl çəkib reallığı qəbul etməli, doğrudan da, "tarixi Ermənistanı" unudub, real sərhədlərinin təminatı haqqında düşünməlidir – bunun üçün tarixi, unikal şans yaranıb.
Natig Cəfərli
TEREF
 
Ardını oxu...
Son dövrlərdə işçilərin əmək hüquqlarının məhdudlaşdırılması sahəsində - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarını müşahidə edirəm. Bu yöndə olan qərarlardan biri də-15 Aprel 2024-cü il tarixli Qərarıdır.
Məlumdur ki, AR Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Bununla belə bu qərara, rəsmi olaraq təsir edə bilməsək də, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin hüquqşünası olaraq bildirirəm ki, bu ödəniş ilk görünüşdə: işçi ilə - işəgötürən arasında əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə ödənilən əməkhaqqı kimi görünsə də, məzmunca bu ödəniş işçinin Əmək müqaviləsi ilə təyin olunmuş əmək haqqı və ya onun tərkibinə daxil olan digər ödəniş deyildir, xitamla əlaqədar işçiyə əvəzödəmək məqsədi ilə verilən kompensasiya xarakterli bir ödənişdir və ya müavinətdir. Bu əsasdan da, yəni, işçiyə ödənilən bu ödənişlər - kompensasiya və ya müavinət xarakterli ödəniş olduğuna görə bu ödənişlərdən gəlir vergisinin tutulmaması daha ədalətli və qanuni olardı.
AR Konstitusiya Məhkəməsinin Qərarı:
Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğvedilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinətlər, kompensasiyalar və sair) hüquqi xarakteri və təyinatı baxımından Əmək Məcəlləsinin 175 -ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.
Qərar,Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş bu əmək münasibətinə aiddir: İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
Azer Quliyev
TEREF
Ardını oxu...
“Qondarma erməni soyqırım abidəsinin, yaxud hər hansı bir subyektin ziyarət edilməsi heç bir halda məcburi ola bilməz. Dövlət səfərlərində ziyarət ediləcək məkanlar öncədən səfər edən və ev sahibi olan dövlətin protokola cavabdeh qurumları tərəfindən razılaşdırılır. Beynəlxalq təcrübədə bir dövlət başçısının səfər etdiyi ölkədə nəyəsə məcbur edilməsi kimi bir anlayış yoxdur, olması mümkün də deyil. Bu, xəstə erməni təfəkkürünün məhsuludur. Siyasətdən azacıq anlayışı olan, məntiqli düşünməyi bacaran istənilən insanın yanında bu barədə danışılarsa, ən yaxşı halda uğunub gedər”.

Siyasi şərhçi Elçin Mirzəbəyli bunu Musavat.com-a açıqlamasında bildirdi.

Qazaxıstan Prezidentinin “vasitəçilik” təklifinə gəldikdə, E.Mirzəbəyli vurğuladı ki, cənab Tokayev nə Bakıda, nə də İrəvanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması prosesində ölkəsinin vasitəçiliyini təklif etməyib: “O, sadəcə ölkə ərazisini görüş üçün platforma olaraq irəli sürüb və qənətimə görə, bu təklif Azərbaycanın mövqeyi ilə heç bir ziddiyyət təşkil etmir. Düşünürəm ki, Qazaxıstan ərazisində ikitərəfli görüşün keçirilməsi və sülh müqaviləsinin imzalanması üçün bütün imkanlar var. Zənnimcə, bu, daha uyğun variantdır. Çünki Qərb-Rusiya qarşıdurmasında sülh müqaviləsi ilə bağlı həssas bir məsələni bu iki qütbün geosiyasi qarşıdurmasının elementinə çevirmək lazım deyil”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə dedi ki, Tokayevin Azərbaycan Ermənistan danışıqlarında vasitəçilik təklifi Ermənistanda müzakirə edilir:

“Buna daha çox Qərblə Rusiya arasında gedən rəqabət kontekstində baxılır, yəni bu məsələdə hər iki qütbdən imtina edilməsi variantı kimi Rusiyanın önərisi kimi qələmə verilir. Amma Qazaxıstanın Azərbaycanla yaxın münasibətlərindən müəyyən narahatlıqlar var, çünki Türk Dövlətləri Təşkilatının üzvü və Türk dövləti olan Qazaxıstanın bitərəf qalacağına əminlik yoxdur. Amma Ermənistan rəhbərliyinin hansısa Avropa dövləti yerinə Qazaxıstanı seçəcəyi ehtimalı çoxdur. Tokayevin səfərinin yalnız bununla bağlı olduğunu söyləmək çətindir”. Q.Çaxmaqlı bildirdi ki, Qazaxıstan da Zəngəzur yolunun açılmasında maraqlıdır və vasitəçi kimi bu işin həllinə girişmək onun dövləti maraqlarına kömək edərdi: “Azərbaycan açısından bu məsələdə heç bir problem olmayacağını qazax yetkililər bilirlər və bölgədə sülhün təmin olunmasına Qazaxıstanın imzasının olması həm bu dost ölkənin imicinə və TDT-na əlavə dividentlər gətirərdi. Azərbaycan ikirərəfli təmaslar tərəfdarıdır, amma elə məsələlər var ki, orada arbitr olmalıdır. Qazaxıstanın vasitəçiliyi yaxşı seçimdir”.
 
Ardını oxu...
ADA Universitetində keçirilən forum böyük maraqla qarşılanıb
Aprelin 23-də ADA Universitetində 30 ölkədən 70-dək ekspertin iştirakı
ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq
forum keçirilib. Prezident İlham Əliyev forumda iştirak edərək geniş
məzmunlu çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq
forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün
dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin
gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən
diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər
payızda keçirilməsi nəzərdə tutulan COP - Tərəflərin Konfransının
tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə dünyaya çağırış,
ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün
acı nəticələrin baş verməməsi üçündür. Qlobal istiləşmə tempini səngitmək,
qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və
2050-ci ilə qədər “0” - sıfır emissiyaya nail olmaq əsas məqsəddir.
Əsas diqqəti COP29-a yönəldən Prezident İlham Əliyev bu mötəbər
tədbirin Azərbaycanda keçirilməsinin önəmindən danışaraq deyib: "COP29
haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq
ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlim dəyişiklikləri
məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla
keçsin".
COP29-un Azərbaycan üçün fürsət olacağını diqqətə çatdıran
Prezident İlham Əliyev bildirib: "Bizim dünyaya söyləyəcəyimiz məsələlər
çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə
olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul
edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz
sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim
etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən
təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi
baxırıq".
Ölkəmizin iqtisadi uğurları barədə məlumat verən dövlətimizin başçısı
qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və
hətta böhran vəziyyətində də dayanıqlı artım göstərib. Prezident İlham
Əliyev Azərbaycanın xarici borcunun çox aşağı - hətta hazırda ümumi daxili
məhsulun 8 faizindən də az olduğunu diqqətə çatdırıb.
Regionda sülhün əldə olunması üçün atılan addımlardan danışan
Prezident İlham Əliyev qeyd edib: "Hazırda unikal şans yaranıb. Biz
bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz
müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim
bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb.
Biz bunu edirik".
Dövlətimizin başçısı bu prosesdə COP29-un əla fürsət olduğunu
vurğulayıb. Bildirib ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı
məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək
əməkdaşlığa yol açacaq.
Bölgədə sabitliyin pozulması cəhdlərinə də toxunan dövlətimizin
başçısı vurğulayıb: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə
qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Özü də onlar bunu açıq və
nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nəyi isə
sübuta yetirsinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi
açıq şəkildə Ermənistan hökumətinə və bu gün Ermənistanın qayğısına
qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək,
biz ciddi tədbirlər görməli olacağıq".
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, o
cümlədən Qazaxın dörd kəndinin dinc yolla qaytarılması sülh üçün yaxşı
imkan yaradır. Prezident İlham Əliyevin dediyi kimi, COP29-dan əvvəl
Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza
prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini
davam etdirməyə hazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa
etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Ermənistan
da sülh üçün iradə nümayiş etdirmələri, üçüncü qüvvələrin diqtəsi ilə
hərəkət etməməlidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın keçdiyi siyasi təkamül yolu maraq doğurur. Bəzi qüvvələr bu təkamülə sevinir, bəziləri təəccüblənir, nəhayət, bəziləri narazı və qəzəblidirlər.

Sözsüz ki, qəzəblənənlər siyahısına Rusiya hakimiyyəti və onun Ermənistandakı forpostu sayılan qüvvələr başçılıq edir. Paşinyanın təkamülü onları qətiyyən qane etmir, hətta onlar üçün təhlükəlidir. İnsaf naminə qeyd etmək lazımdır ki, Moskva hələ ilk gündən Paşinyanın təhlükə olduğunu anlamışdı və buna görə də onun baş nazir olmaması üçün əlindən gələni edirdi. Amma alınmadı.

Nikol Paşinyanın siyasi təkamülündən qəzəblənən qüvvələr arasında Qərbdəki erməni diasporunu da göstərmək lazımdır. Baş nazir onların uydurma “Böyük Ermənistan” planlarına qətiyyən uyğun gəlmir, Qarabağ itirilib, Paşinyan erməniləri tamamilə fərqli istiqamətə aparır.

Amma maraqlıdır ki, diasporun geniş şəkildə təmsil olunduğu və meydan verildiyi Qərb hakimiyyət dairələrində bu təkamül razılıqla qarşılanır. Niyə də yox? Ermənistan baş naziri ölkəni Rusiyanın ağuşundan çıxarır, üzünü Qərbə tərəf çevirir. Uzun müddət Qərbin Qafqaza girməsi yolunda maneə olan Qarabağ problemi həll olunub, ABŞ-ın da, Avropanın da, Çinin də marağında olduğu “Orta dəhliz” açılır.

Ermənistanda əhali həm sevinir, həm heyrətlənir, həm də qəzəblənir. Ona görə heyrətlənir ki, Paşinyanın gəlişi özü ilə erməni cəmiyyəti üçün öyrəşmədiyi demokratiya, azadlıq gətirib. Ona görə sevinir ki, ölkə Rusiya buxovlarından azad olur, iqtisadi dirçəliş var. Nəhayət, nə qədər absurd olsa da, eyni zamanda ermənilərin də qollarına vurulan qandal rolunu oynayan Qarabağ problemi hansısa formada həll olunur. Amma həm də ona görə qəzəblidirlər ki, Qarabağ problemi onların istədiyi formada həll olunmayıb və artıq geri dönüş yoxdur...

Bu fərqli münasibətin kökündə nə durur və ümumiyyətlə, Paşinyanın siyasəti nədir? Bunun üçün ən azı, onun son olaraq Britaniya mətbuatına verdiyi müsahibəsindəki bəzi məqamlara göz ataq:

- Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin praktiki mərhələsindəyik və bu, təhlükəsizlik risklərinin minimuma endirilməsi nöqteyi-nəzərindən çox mühümdür.

- Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağıldığı dövrdə mövcud olan sərhədləri bərpa etmək lazımdır.

- Əslində biz Qərbdən heç vaxt uzaq olmamışıq. Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətlər əlaqələrimizin dərinləşməsinə xidmət edir. 2018-ci il inqilabından sonra demişdik ki, demokratiya bizim üçün bir anlıq dəyər deyil, strategiyadır. Diversifikasiya məsələsi də var ki, bu da öz növbəsində səbəb deyil, nəticədir. Onu da qeyd edim ki, diversifikasiya hazırda dünyadakı tendensiyadır.

- İstənilən investisiya sülh tələb edir, o cümlədən regional kontekstdə. Biz Azərbaycanla son beş ayda iki mühüm razılaşma əldə etmişik. Sülh ilk növbədə Ermənistan və Azərbaycan xalqlarına lazımdır.

- Biz Azərbaycanla razılığa gəldik ki, delimitasiya üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsini qəbul edirik.

- Alma-Ata Bəyannaməsinə əsasən, orada qeyd olunan sərhədlər həm də KTMT-nin məsuliyyət zonası hesab edilir. Bu o deməkdir ki, əgər sərhədlər pozulursa, o zaman KTMT mexanizmləri işə salınmalıdır. Lakin bu cür hallar baş verəndə Ermənistan KTMT-yə müraciət etsə də, sərhədlərin delimitasiyası aparılmadığına görə heç bir cavab almayıb.

- Hazırda biz KTMT-də iştirakımızı praktiki olaraq dayandırmışıq və vəziyyət belə davam edərsə, geri dönüşü olmayan həddə çata bilərik.

- Bu yaxınlarda Dağlıq Qarabağdan olan bir qadın məndən ermənilərin Dağlıq Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşdu.

Mən indiki vəziyyəti, dünyadakı situasiyanı və Azərbaycanın mövqeyini nəzərə alaraq, səmimi cavab verdim ki, bu, hazırda mümkün deyil. Çünki əks halda etnik təmizləmə baş verməzdi. Bunun qarşısını almaq üçün hər cür səy göstərmişik.

- Sizə düzünü demək istəyirəm: Ermənistan Dağlıq Qarabağ uğrunda döyüşmək fikrində deyil. Hazırkı proseslər sülhə və regional təhlükəsizliyə yönəlmiş səylərimizin səmimiliyinə dəlalət edir.

- Son beş ayda Azərbaycanla mühüm razılaşma əldə olunub və bu, sülhün ilk benefisiarlarının Ermənistan və Azərbaycan xalqları olduğunu göstərir. Bu nəzəri tezis addım-addım əsaslı şəkildə həyata keçirilə bilər.

- Ermənistanın heç bir istiqamətdə - nə şimalda, nə cənubda, nə qərbdə, nə də şərqdə 29 743 kv.km-dən artıq əraziyə ambisiyaları yoxdur. Hesab edirik ki, müstəqilliyimizi, suverenliyimizi bu əsasda qurmalı və inkişaf etdirməliyik.

- Əslində bizim regionda münasibətlərin diversifikasiya siyasətinə Rusiya başlayıb və bu siyasətin konkret tarixi var. 2012-2013-cü ilə qədər siyasət Ermənistanın Rusiyanın Cənubi Qafqazda və KTMT çərçivəsində müttəfiqi, Azərbaycanın isə tərəfdaş olmasından ibarət idi. 2013-cü ildə Rusiya ilə Azərbaycan arasında çoxmilyardlıq silah müqaviləsi imzalandı və Rusiya Azərbaycanla münasibətlərini diversifikasiya etməyə başladı.

- Biz sülh gündəmini ardıcıl olaraq təbliğ etməliyik, çünki bu, düşmənçiliyin kökünün kəsilməsinin açarıdır.

- Bu proses üç əsas prinsipə əsaslanmalıdır: qarşılıqlı şəkildə suverenliyin tanınması, delimitasiya prosesi üçün əsas kimi Alma-Ata Bəyannaməsindən istifadə və müvafiq ölkələrin yurisdiksiyası əsasında nəqliyyat marşrutlarının açılması.

Paşinyanın son açıqlamaları, siyasi təkamülü belədir. Və sual yaranır: Azərbaycanda onun bu təkamülünə münasibət necədir və ümumiyyətlə, necə olmalıdır?

Baş nazir müsahibəsində bir çox başqa məsələlərə də toxunub. Onların arasında Azərbaycan tərəfini qane etməyən məqamlar, uydurma iddialar da kifayət qədərdir. Və bu zaman unutmaq olmaz ki, Paşinyan hər şeydən öncə erməni xalqını təmsil edir və onun başçılıq etdiyi ölkə 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Özü isə hakimiyyətə gəldiyi ilk vaxtlarda Xankəndinin mərkəzində “Qarabağ Ermənistandır və nöqtə” deyən şəxsdir.

Amma bu təkamül əslində bizi narahat etməməlidir və qane edir. Paşinyanın yerinə daha arzuedilməz, proqnozlaşdırılması mümkün olmayan, ya da hansısa beynəlxalq güc mərkəzinə daha sıx bağlılığı olan başqa şəxs gələ bilər(di). Etiraf edək ki, bu zaman Azərbaycana qarşısına qoyduğu məsələləri həyata keçirmək üçün daha çox zaman və güc lazım gələrdi.

İndi isə Paşinyanın özünün şəxsi keyfiyyətləri, beynəlxalq güclərin onun qulağına pıçıldadığı həqiqətləri qəbul etmək bacarığı, eləcə də başı üzərində daim sıxılmış halda dayanan yumruğun ağır fəsadlarını öncədən görə bilməsi bu prosesi asanlaşdırır.

Press Klub
Ardını oxu...
“Ölkə Prezidentinin bu istiqamətdə apardığı siyasət ən optimal və real vəziyyəti dəyərləndirərək, irəliləyən bir siyasətdir. Çünki hamıda belə bir təsəvvür var ki, Rusiya ilə münasibətlər kontekstində ancaq Rusiyanın öncülük etdiyi qurumlarda təmsilçilik zərurəti yaranır. Lakin Azərbaycan öz müstəqil yanaşmasını bütün məsələlərdə olduğu kimi, burada da ortaya qoyur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat Prezident İlham Əliyevin aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Rusiyanın moderatorluq etdiyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüklə bağlı səsləndirdiyi fikirlərə toxunub.

Qeyd edək ki, dövlət başçısı çıxışında Azərbaycanın indiki perspektivdə Aİİ-yə üzv olmayacğaını qeyd edib.

F.Mustafa isə düşünür ki, hazırda hər hansı bir Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulma məsələsindən söhbət getmir və ölkəmiz Rusiya ilə ən yüksək səviyyədə müttəfiqlik münasibətlərini davam etdirir:

“Bundan başqa, Azərbaycan hər hansı bir konflikt olmadan, danışıqlar yolu ilə bütün məsələləri çözməyə hazır olduğunu hər dəfə göstərir və buna nail olur. Ona görə də bugünkü forumda da dövlət başçısının bunu dilə gətirməsi həm də onun tərəfindən həyata keçirilən siyasətin nə qədər optimal və doğru olduğunu göstərir”.

Onun fikrincə, bütövlükdə Rusiya ilə münasibətlərdə böyük dövlətlərə üslubuna görə Azərbaycan unikal bir siyasi mövqe ifadə etməkdədir.

“Azərbaycan böyük dövlətlərə bəyan edir ki, “mən sizin üçün təhlükəli deyiləm və mənim müstəqilliyimi – “qırmızı xətt”imi hamınız tanımalısınız”. Bu dövlətlər də Azərbaycanın “qırmızı xətt”ini tanıyır, eyni zamanda ölkəmizi müəyyən dərəcədə təhlükəli məkan olaraq görmədiklərini ifadə edirlər ki, bu da bizim üçün qane edici bir siyasətdir. Çünki bizim konflikt aparmaq niyyətimiz yoxdur”, – deyə o bildirib.

Rafi Müslümov
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. Həmin gün Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş keçirilib.
"Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”. Azərbaycan və Rusiyada keçirilən prezident seçkilərindən sonra İlham Əliyevlə Vladimir Putinin ilk şəxsi görüşünə səbəb olan rəmzi hadisə Baykal-Amur magistral xəttinin tikintisinə başlanmasının 50 illiyi oldu.
Görüşdə Vladimir Putin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dolları ötüb, Azərbaycan iqtisadiyyatına Rusiya investisiyaları isə 6 milyard dollar təşkil edib: “Hökumətlərarası komissiya fəal işləyir və əməkdaşlığın bir çox maraqlı istiqamətləri var - həm real sektorda, həm də iqtisadi əməkdaşlıqda. Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". Vladimir Putin Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq bildirib: “Demək olar ki, o, ən böyük layihələrdən birinin, bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Biz buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik”.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri iki prezidentin 2024-cü ildə yenidən seçildikdən sonra ilk üz-üzə təmasıdır. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması və Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası zamanı dörd kəndin Azərbaycana qaytarılması İrəvanın Qərblə yaxınlaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında işini dayandırmış üçtərəfli danışıqlar formatını canlandırmaq şansı verir. İlham Əliyevdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada İrəvanın xarici siyasət strategiyası ilə bağlı ciddi söhbəti gözlənilir.
Rusiyada və Azərbaycan rəhbələri arasında şəxsi təmaslara tez bir zamanda başlamaq zərurəti Cənubi Qafqazda dəyişən vəziyyətlə diktə olunur. Bu vəziyyət qeyri-sabit görünür və rəqabət aparan oyunçuların - bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Qərbin iştirakı ilə regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün bir neçə alternativ ssenarilər açır.
Prezidentlər Vladimir Putin və İlham Əliyev arasında Moskvada keçirilən danışıqlar ərəfəsində böyük beynəlxalq rezonans və BMT, ABŞ, Aİ, Türkiyə rəhbərliyinin reaksiya dalğasına səbəb olan ikinci hadisə ötən cümə günü Ermənistanın şimal-şərqində Bakının nəzarətinə keçəcək dörd kəndin ərazisində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı əldə olunmuş razılaşma oldu. Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə sərhəddə baş tutan görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləyiblər. Yeni sərhədlər yaratmadan, əksinə SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri de-yure bərpa etmək qərara alınıb.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
Ardını oxu...
TEREF bildirir ki, bunu aprelin 22-də dərc olunan “İnterfaks-Ukrayna”ya müsahibəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksandr Litvinenko bildirib.

Jurnalistin, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədən “səfərbərlik mərhələsindən çıxa və dinc iqtisadiyyata qayıda bilərmi” sualından sonra onlar bu barədə danışmağa başlayıblar. “Bəlkə də bizə rəhbərlik dəyişikliyi, yəni rejim dəyişikliyi lazımdır”, – deyə Litvinenko cavab verib. O, hesab edir ki, ruslar Ukraynada döyüşmək məcburiyyətində deyillər. “Onlar həm Moldovada, həm də Baltikyanı ölkələrdə çox fəal şəkildə işləyirlər, son vaxtlar biz Qazaxıstanda da fəallığın artdığını müşahidə edirik”.

Onun fikrincə, rusların öz “müharibə maşınını” dayandırıb “istəməyəcək, ya da bacarmayacaq”ı o qədər də vacib deyil. “Köhnə məşhur Çin atalar sözündə deyildiyi kimi: “Əgər pələngə minirsənsə, əsas odur ki, dayanmayasan”, – Litvinenko vurğulayıb.

//Samir Qurbanov, Editor.az

 
Ardını oxu...
Rusiyanın Azərbaycana (həm də Ermənistana) qarşı illərdir işlətdiyi ən böyük “zopanı” – Qarabağ məsələsi və “sülhməramlıların” qalması təhdidini Dövlətimiz aradan qaldırdı. Tarixi hadisələr baş verdi, ən gözəl və pozitiv ssenari ilə münaqişə öz həllini tapdı. Ermənistanla qalıcı sülhə doğru da ciddi addımlar atıldı-atılır, sülh müqaviləsinin “onurğasını” təşkil edəcək sənədlər, prinsiplər razılaşdırılır – ilk imzalar atılandan sonra Kremlin bölgəmizə təsirlərin azalması trendi sürətlənəcək. Amma bu o demək deyil ki, Moskva bölgəmizdən tam və səssiz çəkiləcək, hələ də bölgəyə, o cümlədən Azərbaycana təsir müxanizmləri var, onlardan istifadəı etməyə çalışacaq.
Təsir müxanizmlərindən biri ölkəmizin qeyri-resurs ixracıdır – hökumətin bacarıqsız iqtisadi komandası illərdir bu təhdidi aradan qaldırmaq üçün ciddi bir iş ortalığa qoymadı-qoya bilmədi. Gəlin ən yeni statistik məlumatlara baxaq: Bu ilin 1-ci rübündə, ilk 3 ayında Azərbaycan 5. 984 mln. dollar mal-məhsul ixrac edib, ixracın 88,74%-i, yəni 5.310 mln. dolları neft-qaz sektoruna daxil olan mallar üzrə olub, qeyri-neft ixracımız cəmi 673 mln. dollar təşkil edib – bu ixracın 22%-i, yəni 140 mln. dollara yaxını meyvə-tərəvəzdir. Biz Rusiyaya 3 ayda cəmi 230 mln. dollara yaxın mal ixrac etmişik, yəni, meyvə-tərəvəzin tamamına yaxını Şimal qunşumuza gedib. Bu isə o deməkdir ki, Kremlin kefi istəyəndə yenə pomidorda xəstəlik, almada qurd “taparaq” ixracatımızı kəsə bilər. Aqrar sahədə çalışanların isə başqa bazarlara çıxışı yoxdur ki, Rusiyanı əvəzləyə bilsinlər – deməli, Kremlin əlindən daim istifadə edə biləcəyi bu təzyiq vasitəsini almaq əsas hədəflərdən biri olmalıdır. Bunun üçün ölkəmiz ÜTT-yə üzv olaraq, AB ilə sazişi tezləşdirərək fermerlərimizin daha bahalı və dayanıqla bazarları çıxışı təmin edilməlidir – hökumət isə bu yolda heç bir addım atmır, atmaq istəmir.
Moskvanın əlində olan digər təzyiq vasitəsi orada yaşayan soydaşlarımızdır – zaman-zaman bu məsələni Kremlin rəsmiləri, təbliğat “bülbülləri” dilə gətiriblər. Bu gün taciklərin başına açdıqları oyunu da görürük, bundan başqa Rusiyanın daha çox şovinistləşən siyasi səhnəsi miqrantlarla bağlı qanunları sərtləşdirməyə çağırır və bunun üçün addımlar atılır, deməli günün birində bu dalğa bizə də toxuna bilər. Rusiyada olan soydaşlarımızın dəqiq rəqəmi yoxdur, amma əsas odur ki, bu köçün səbəbləri aradan qaldırılsın və onların dönmə ehtimalı təhdid deyil də, fürsətə çevrilərək məmləkətin gələcəyinə xeyir versin – necə?! Gəlin bu haqda düşünək, bəzi yolları haqqında yazım: Dediyim kimi, orada yaşayanlarla bağlı rəqəmlər müxtəlifdir, amma 2 mln. nəfərə yaxın soydaşımızn Rusiyada yaşadığı deyilir. Bunlardan 800-850 minə yaxını artıq vətəndaşlıq alıblar – onlarla bağlı siyasət fərqli olmalıdır, yəni, seçimlərini ediblər, miqrant deyillər, artıq vətəndaşdılar. Təxminən 1,2-1,3 mln. nəfər soydaşımız isə ya müvəqqəti iş icazələri, ya da elə sənədsiz orada yaşayırlar - ən böyük problem onlar üçün yarana bilər.
İndiki hökumət o miqrantların geri qayıtmasını risk sayır, çünki ölkədə zatən azad bazar, rəqabətli iqtisadiyyat, ədalətli model olmadığını bilirlər, onu da anlayırlar ki, köçənlər öz xoşuna getməyib, “çörək” dalınca qaçıblar, məmləkətdə iş-güc olsaydı zatən getməzdilər. Amma onların dönməsi təhdid olmamalıdır, əksinə, ciddi müsbət fürsətlər yarada bilər – yetər ki, ölkədə iqtisadi sistemi, idarəetmə fəlsəfəsini dəyişə bilək. Ölkəmizin demoqrafik vəziyyəti də getdikcə pisləşir, ona görə də, 1 mln. soyadaşımızın qayıtması üçün fürsətlər yarada bilsək bu ciddi iqtisadi effekt verə bilər. Qarabağ və ətrafını, min şükür, işğaldan azad etdik, 20% torpaq özümüzə qayıtdı, həmin bölgələrdə 1,5-2 mln. vətəndaşımızın yaşaması, qazanması, ölkəmizin gələcəyinə ciddi tövhə vermısi üçün TƏBİİ şərait var, qalır siyasi-iqtisadi şəraitin yaradılması ki, bu da siyasi iradədən və hökumətdən asılıdır. Əgər ciddi düşünülmüş “Vətənə Qayıdış” proqramı hazırlaya bilsək, həmin soydaşlarımızın bir çoxu qürbətdə bir parça çörək qazanmaqdansa Qarabağ və ətrafına köçüb oraları cənnətə çevirə bilərlər. Açığını deyək ki, zatən köç problemə çevrilib-çevriləəck – bu haqda danışmaq lazımdır, Rusiyalı soydaşlarımız bu məsələnin də həllində ciddi açar rolu oynaya bilərlər, çünki bütün xalqımız kimi onlar da çalışqandılar, əməksevərdilər. Aralarında əslən o bölgələrdən olan yüzminlərlə soydaşımız da var, bu da ciddi müsbət resursdur.
Xülasə, Rusiyanın əlindən bütün təzyiq vasitələrini addım-addım almalıyıq ki, Şimaldan gələn təhdidlər minimuma ensin və bu həm də məmləkətin rifahına xidmət etsin. Belə...
Natig Cəfərli
TEREF
 
Ardını oxu...
Dünya və regional mətbuatda, “Rusiya Azərbaycandan nədən belə tez, və nisbətən rahat çıxdı”, sualına cavab axtarır. Cavab sadə deyil, hətta bir xətt üzrə də deyil, müxtəlif məsələlərin sintezindən doğub – qlobal trendlərlərlə yanaşı Azərbaycan və Türkiyənin sinxron davranışları, məncə, həlledici olub:
1) Azərbaycan dövlət TV-sı anons yaydı, həbsdə olan terrorçu-separatistlərdən böyük bir müsahibə aldığını dedi, onlar da, çox güman, sandığı açıb pambığı tökdüblər – illərdir Kremlin, Moskvanın Azərbaycana qarşı etdiklərini, separatizmə necə dəstək verdiklərini danışıblar, sənədlərlə sübut olunmuş faktlar ortalığa çıxıb. Sonra müsahibə efirə getmədi - əvəzində “rusməramlılar” ölkədən getdi, əgər bu şahmat gedişi rol oynayıbsa, bu məsələni düşünüb həyata keçirənlərə eşq olsun,
2) Rusiyanın çıxması ilə pararlel olaraq Ağdamda yerləşən Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin də bağlandığı elan olundu. Mənə elə gəlir ki, əgər Rusiya çıxmaq istəməsəydi, Türkiyə ilk olaraq elan edəcəkdi ki, bu missiyaya ehtiyac yoxdur, məsələlər bitib, biz bu müqaviləni, səbəblər aradan qalxdığına görə sonlandırırıq, ona görə də, biz çıxırıqsa, müavilə şərtlərinə görə ruslar da çıxmalıdr (halbuki hamımız bilirik ki, qardaş Türkiyə burdadır, burda da olacaq – söhbət o mərkəzi tərk etməkdən gedir). Bu zaman nə olacaqdı?! Bəli, faktiki olaraq ruslar, ən azı o mərkəzdən Türkiyənin təkidi ilə çıxmağa məcbur olduğu görünəcəkdi.
Əvvəldə də qeyd etdiyim kimi, səbəblər çoxdur, amma düşünürəm ki, bu iki amil Kremlin qərar verməsinə təsir edib...
Natig Cəfərli
TEREF
 

Dünyapress TV

Xəbər lenti