Ardını oxu...
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir.

Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil edilir. İmtahanda iştirak üçün 117 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.

İmtahan saat 11:00-da başlanacaq. Namizədlər saat 10:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.
Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 5, AC qrupu üzrə 17, BA qrupu üzrə 65, BB qrupu üzrə isə 254 olmaqla, ümumilikdə 341 namizəd qeydiyyatdan keçib.

Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
Ardını oxu...
Lənkəranda gün ərzində iki dəfə zəlzələ baş verib.

Birinci zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub. Rayonda 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Lənkəran sakinləri təkanların çox güclü olduğunu deyirlər. Onlar çox qorxduqlarını bildiriblər. Bu səbəbdən hamı həyətdədir.
Yaşlı sakinlərdən biri 50 ildir belə zəlzələ görmədiyini söyləyib.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

 
Ardını oxu...
Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Ə.M. (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum ediblər. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ə.M. saat 19:30-da təcili tibbi yardım vasitəsilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və kəllə-beyin travması alıb:
“Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub”.
 

  
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir neçə saat əvvəl yerli vaxtla saat 17:22 də Lənkəranda güclü zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ episentrdə 6 bal, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub. Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatında deyilir.

Daha sonra isə bir az əvvəl Lənkəranda gün ərzində ikinci dəfə zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, rayonda 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Təbiət hadisəsi yerli vaxtla saat 20:23-də qeydə alınıb, zəlzələ ocağının dərinliyi 13 kilometr olub. Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss edilib.

Qeyd edək ki, bir müddət əvvəl ölkəmizdə səfərdə olan türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışmışdı. Şəhərdə gəzinti zamanı jurnalistlərə açıqlama verən geoloq bildirib ki, Azərbaycan seysmoaktiv zonada yerləşir. Onun sözlərinə görə, Azərbaycanda zəlzələnin maqnitudasının 7,5 bala qədər olma ehtimalı var.

Bu gün olanlar isə Celal Şengörün Azərbaycan haqqında dediklərini yenidən gündəmə gətirib. İnsanlar təşviş içində qorxuya düşüb.

Bəs Azərbaycanda yaxın günlərdə güclü zəlzələ ola bilər?

Məsələ ilə bağlı AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev Referans.az-a deyib ki, baş verən zəlzələlərdən qorxmağa ehtiyac yoxdur:

“Ümumiyyətlə, 4 bala qədər olan zəlzələləri seysmoloji stansiyalar qeydə alır. Ciddi dağıntı olacağı ehtimal edilmir. Talış dağlarının ətəyi seysmik cəhtədən aktiv zonadır. Orada ola biləcək hər bir zəlzələyə hazırlıqlı olmaq lazımdır. Həmin ərazilər cavan zonalardır, belə silklənmlərə hazır olmalıyıq. Sözügedən ərazilərdə daim yeraltı təkanlar aktivdir. Ola bilsin ki, artıq bitdi, yenidən həmin ərazilərdə zəlzələ olacağı düşünülmür. 6 bal əslində çox ciddi təşviş yaradacaq bir durum deyil. Bu normaldır”.

Seysmoloq qeyd etdi ki, 6 baldan sonra yenidən 4,4 maqnitudalı zəlzələnin olması gözlənilən idi, çünki istənilən halda həmin yeraltı təkanlar qayıtmalıdır.

Onun sözlərinə görə, ölkəmizdə səfərdə olan türkiyəli akademik, Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda mümkün zəlzələ ehtimalı haqqında dedikləri absurtdur: “Mən də deyirəm ki, Türkiyədə 6 ballıq zəlzələ olacaq. Bu nə vaxtsa olacaq, amma heç kim bilmir nə zaman olacağını. Buna görə də, zəlzələnin yerini, vaxtını və gücünü əvvəlcədən demək olmaz".
 
 
Ardını oxu...
Bakıda 4 dostun oteldə zəhərlənməsi mövzusu gündəmdədir. Ailə hadisənin “My Music” otelində baş verdiyini və gənclərin qidadan zəhərləndiyini bildirir. Lakin otel bunu inkar edir, açıq şəkildə gizlətməyə çalışır.

Otelin bu rəftarı onlar üçün hüquqi məsuliyyət yaradırmı?

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlı deyib ki, ölüm hadisəsi oteldə baş versə də, həmin otelin sahibi və ya işçilərini məsuliyyətə cəlb etməzdən öncə gənclərin ölüm səbəbini müəyyən etmək vacibdir.

O deyib ki, faktiki olaraq ilkin məlumata görə, 2 nəfər ürək tutmasından vəfat edib:

“Ürək tutmasına səbəb fərqli ola bilər. Məsələn, deyildiyi kimi, onların içkili olması və ya içkili halda hər hansı bir preparat qəbul etməsi də ölüm həddinə çatdıra bilər. Burada otelin hər hansı məsuliyyətindən söhbət gedə bilməz. Hələlik ekspertiza rəyi olmadığına görə, konkret nəsə demək olmur. Amma qidadan zəhərlənmiş olsalar, o zaman otel sahibi, rəhbərliyi məsuliyyət daşıyır”.

Vəkilin sözlərinə görə, otel sahibinin məkanın adının hallandırılmasını istəməməsi və s. marketinqlə bağlı məsələdir:

“Onlar imicinə xələl gəlməsini istəmirlər. Oteldə ölüm halı baş verdiyi üçün insanlar oradan ehtiyat edərlər və onun biznesinə ziyan dəymiş olar. Bu məsələlərdə konkret olaraq otel müştəri itirir. Ona görə də adının hallanmasını istəmir. Ekspertizanın rəyindən sonra dəqiq bilinəcək ki, ölümə səbəb içki ilə qarışdırılan preparat olub, yoxsa qida”.
M.Muradlı həmin an oteldə başqa şəxslərin olduğunu istisna etmir:

“Burada 4 oğlan olubsa, çox güman ki, xanım da olub yanlarında. Düzdür, kiminsə olub-olmaması ilə bağlı məlumat yoxdur. Bu, sadəcə, versiyadır. Gənc adamdırlar, başqa nəsə demək yaraşmaz. Qəbirləri nurla dolsun”.

Globalinfo.az bir neçə dəfə “My Music” oteli ilə əlaqə saxlayıb. Lakin zəngə cavab verən fərqli şəxslər hadisənin həmin oteldə baş verdiyini inkar ediblər.
 
Ardını oxu...
DogruXeber.az: - Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən nöqsanlarına görə işdən çıxarılan kadrları ətrafına toplayır.

Bununla bağlı Demokrat.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat daxil olub.

Məlumatda iddia olunur ki, İlham Süleymanov vaxtilə özünün də çalışdığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmiş və sonradan yol verdiyi nöqsanlara görə vəzifələrindən azad olunan dostlarını Kənd Təsərrüfatı Nazirliyinin ayrı-ayrı qurumlarında yerləşdirməyə başlayıb. Belə ki, İlham Süleymanov keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovun kadrlarını səbəbsiz yerə işdən çıxardaraq, onların yerinə öz adamlarını təyin etdirir. Bunlardan biri də Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sabiq direktoru Ramil Salman oğlu Salmanovdur. İlham Süleymanovun təqdimatı ilə dostu və işçisi, 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Zəfər Nağıyev yaxın günlərdə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə təyin olunacaq.

Ardını oxu...

İlham Süleymanov

Bundan öncə isə İlham Süleymanov digər bir kadrı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşı, Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinin keçmiş direktoru Dəyanət Orucovu Kənd Təsərrüfatı Nazirliyinin Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri vəzifəsinə təyin etdirib.

İlham Süleymanovun etibarlı kadrlarından biri də Kənd Təsərrüfatı Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin sektor müdiri Elnur Atayevdir.

Ardını oxu...

Zəfər Nağıyev

İddialara görə, əksər Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri İlham Süleymanovun təqdimatı ilə vəzifələrə təyin olunur.

Ardını oxu...

Elnur Atayev


İddialarla bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:

"Yazılanlar boş və mənasız söz yığınından başqa bir şey deyil".//demokrat.az

Ardını oxu...
“Azəriqaz”da rəhbərlik dəyişsə də, nə iş prinsipində, nə işçilərə və nə də ki vətəndaşlarla - abunəçilərlə iş istiqamətində müsbətə doğru hansısa dəyişiklik baş verməyib. Əskinə, vəziyyət problemlərin aradan qaldırılmaması səbəbindən daha da pisləşməkdədir, pisləşə bilər. Dia-az.info bildirir ki, elə bu məsələyə diqqət ayıran Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı rəhbərliyə xitab edərək mövcud problemləri sadalayıb.

Tanınmış hüquq müdafiəçisinin müraciətini olduğu kimi təqdim edirik:

"Qaz itgisini abonent hesabına bağlama siyasəti hələ də davam edir ki?! Hələ sevinək ki, "Azəriqaz" İB :
-Əksər istehlakçılara tədbiq olunan ənənəvi 1552 man.cəriməni;
-İtirilmiş qazın (uçota alınmayan qaz sərfini , ) hesablanmasını , nəticədə bir kub metr qazın qiymətinin süni şəkildə qalxmasını, sizə tədbiq etməyib. Bəlkə tədbiq edəcək?
Təşkilatımızın hüquqşünasi Azər Quliyevin Azəriqaz İB-nə etdiyi müraciət hələ də cavabsız qalıb. Buna görə də O, şikayətinin sosial şəbəkə vasitəsilə çatdırmalı oldu və bilmək istəyir ki, uzun müddət mənzilində yaşamadığı halda bu qədər qaz sərfiyyatı hardan əmələ gəlib? ?????
-Azəriqaz" İstehsalat Birliyinin rəhbəri və ya digər vəzifəli şəxsləri dəyişsə də, əhalinin adına qanunsuz pul yazılması soyğunçuluğu hələ də davam edir. Eyni soyğunçuluq artlq ikinci dəfədir kj, mənum də başıma gəlir.
1. Birinci dəfə: dəfələrlə müraciət etsəm də bu quruma, heç bir nəticəsi olmadı, məcbur olub məhkəməyı müraciət etdim, məhkəmə vasitəsilə ilə hüququmu bərpa etdim.
2.Sağlamlığımla əlaqədar artıq2 ildir ki,mənə məxsus olan mənzilimdə yaşamıram. Bu səbəbdən də təbii ki, qazdan da istifadə etmirəm .
3. Mənzildə - yaşamamağıma baxmayaraq, (hərdən mənzilimı baş çəkməklə qısa müddət istisna olmaqla) mənım adıma 1 il 6 üçün - 288 manat, aprel ayında bir dəfə dəolsun qapısını açmadığım mənzilimə görə mənə 28 manat pul yazılıb, cəmi: 316 manat yaşayış olmayan mənzilə görə saxta qaz pulu yazılıb.
4. Bu barədə, qurumda məsul vəzifəli şəxs olan Zamun müəllimə: həm şifahi, həm də yazılı müraciət etdim, 1 ay əvvəl.
5. Qurum tərəfindən yazılı müraciətimə hələ də cavab verilməyib. Dəfələrlə yazılı cavab tələb etməyimə baxmayaraq.
Müraciətimdə olan şikayətim isə əsasən aşağıdakı məzmunda olub:
6. Mənzildə yaşamamağıma baxmayaraq, (qısa müddət istisna olmaqla) 1 il 6 ay üçün 316 manat borc hardan alınıb?
7. Bu ilin aprel ayında bir dəfə də olsun qapısını açmadığım mənzilimə görə 28 manat pul necə yazılıb?
8. Əgər borcum olubsa, bu qurum hansı əsas və ya səbıbdən 2022-ci ilin avqust ayından- 2024-cü ilin mart ayına qədər 1 dəfə də olsa
nədən mənə yazılı xəbərdarlıq etməyib?
9. Qurumun nümayəndəsi mənə bildirir ki, dəfələrlə mənzilin qapısını döyüblər, qaplnı açan olmayıb. Özləri də özlərini inkar edirlər. Cənablar bu fakt da təsdiq etmirmi ki, bu mənzildə yaşayış yoxdur. Ən azından sizdən bir işçiniz heç olmasa bir dəfə də olsa görübmü ki, mənzildə yaşayış olmasını?
10. Bunu Azərbaycanda bilməyən yoxdur ki, hər ilin sonunda sayğacdakı rəqəm sıflrlanır. Saxta olaraq yazdıqları bu məbləğ isə heç bir ildə, yəni, nə 2022-ci ilin, nə də 2023-cü sonunda sıflrlanıb. Belə ki, 2023-CÜ İLİN YANVAR AYINDA MƏNİM 2000 KUBAMETRƏ YAXIN QAZ SƏRFİYYATIM OLUB VƏ Məndən hər KUBAMETRƏ görə 12 qəpik deyil, 2000 KUBAMETRƏ görə 20 qəpikdən pul tutulub.
11. Zamun müəllim mənə bildirdiki, bizə işiq və su puluna görə 2022-ci ilin avqust ayından - 2024-cü ilin mart ayına qədər olan qəbzləri də təqdim edin ki, baxaq və yoxlayaq ki, orda yaşayış olub yoxsa yox. Bu barədə olan qəbzləri də təqdim etdim, həm su, həm də işiq üçün hər biri 5-10 manat olmaqla da bu mənzildə yaşayışın olmadığını təsdiq edən qəbzləri.
Bir sözlə Zamin müəllim və nümayəndəsinin sözündən belə başa düşdüm ki, siz nə qədər istəyirsiniz sübut təqdim edin, biz hansı məbləği istəyiriksə, onu da yazacağıq.
13. Və ən maraqlısı da ondan ibarət idi ki, bu şikayəti araşdıran qurumun nümayəndələri gah qayda qanundan, gah Taarif Şurasından, gah da Nazirlər Kabinetinin 80 saylı qərarından və mübahisəyə aid olmayan boş boş sözlər danışıb,məni yolaverməyə çalışırdı
Ən azından başa düşmədi ki, QARŞLSINDAKI HÜQUQŞÜNASDIR, ONLARA QARŞI ÇIXDIĞI BÜTÜN MƏHKƏMƏ İŞLƏRİNDƏ öz XEYRİNƏ QƏRAR QƏBUL ETDİRƏN HÜQUQŞÜNAS.
14. CƏNAB AZƏRİQAZ VƏZİFƏLİ ŞƏXSLƏRİ, BU VİDEOYA DİQQƏTLƏ BAXIN. MƏNİM ŞİKAYƏTİMİN CAVABI BURDA DA VAR.
15. Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin:
1200 m3-dək olan bir kubmetrə görə 12 q.
1200-2500 m3 bir kubmetrə görə 20 qəpik,
2500 m3-dən çox olan bir kubmetrə görə 25 qəpik ödənilir..."

Azərbaycan xalqının tanınmış soylarından olan Dillbazilərin nümayəndəsi olmuş Çingiz Ağa Dilbazidən xarirə qalan ev muzeyi bərbad hala düşüb.

Vəziyyət o hala gəlib ki, nəslin nümayəndələri görkəmli şəxsiyyətlərdən olan Çingiz Ağa Dilbazinin evini şəxsi vəsait hesabına da olsa təmir etmək üçün lazımı qurumlara müraciət etmək istəyir.

Onlar bu barədə 32gun.az-a məlumat verib.

Maraqlıdır ki, Mədəniyyət Nazirliyi bu tarixdən qalma evə sahib durmalə və nəzarət etməli olsa da illərdir heç kim o yerin ətrafından da keçmir.

Hətta deyəsən hər "dərdə dəva" olmaq, öz işlərinə yarayan və publikaya oynamaq üçün dəridən qabıqdan çıxan Qazax rayon İcra Hakimiyyəti də tarixi şəxsiyyəti unudub, unutdurmaq istəyir.

Xatırlatma...
Çingiz ağa Dilbazov 1861-ci ildə Xanlıqlar kəndində doğulub. Savadlı adam olub, əski türkcədə yazıb-oxuyur, rusca rəvan danışıb. Ata mülkü və ticarət işləri ilə bağlı olaraq Qazax şəhərində yaşayıb. Burada dükanları, kirayə verdiyi evləri, malı-mülkü olub. Eyni zamanda kənddəki torpaq sahələrini və heyvandarlıq təsərrüfatını da idarə edirdi. Çingiz ağa son dərəcə insanpərvər, xeyirxah, səxavətli bir adam kimi xatırlanır.

Çingiz ağa 1918-20-ci illərdə Qazax şəhəri və kəndləri İrəvan quberniyasından gəlmiş qaçqınlarla dolub-daşdığı zaman taxıl anbarlarının ağzını açaraq onlara paylamış, müharibənin, ermənilərin törətdikləri qırğınların qovub pərən-pərən saldığı bu zərərdidə insanlardan çoxlarına həyan olmuşdu. Çingiz ağa sovetləşmədən sonrakı ilk illərdə, yeni iqtisadi siyasət dövründə Qazaxda xırda ticarətlə məşğul olurdu. Onun adı sovet quruluşunu gözü götürməyən adamların sırasında çəkilirdi. 20-ci illərin sonlarında Qazaxda Çingiz ağa Dilbazovun çayxanası tez-tez ÇK donosçularının məlumatlarında «müsavatçı antisovet ünsürlərin toplaşdıqları» yerlərdən biri kimi xatırlanır. Qazaxda 1930-cu il fevralın 3-də müsavatçılıq və antisovetizm zəminində həbs edilən Hasan bəy İsmayıl ağa oğlu Vəkilova aid cinayət işində Çingiz ağa Dilbazovun da adı keçir. Hasan bəyə qarşı irəli sürülən arqumentlərdən biri də, fəal firqəçilərdən Vəliyulla Axundovun ifadəsinə əsaslanmaqla, onun «bütün əksinqilabçıları Çingiz ağa Dilbazovun evinə yığması»na dair ittihamıdır ki, Hasan bəy müstəntiq Xaçaturova verdiyi ifadəsində bunu rədd edir və deyir ki, «Çingiz ağa ilə bir-birimizi tanıyırıq, lakin heç vaxt Çingiz ağanın evində olmamışam». (Hasan bəy Vəkilov 5 il iş alıb, Daşkəndə göndərilir, 1934-cü ildə qayıdır, 1937-ci ildə təkrarhəbs edilirvə sentyabrın 3-də güllələnir.) Bu ifadə onu göstərir ki, o illərdə Çingiz ağa Dilbazov sovet orqanlarının nəzərində şübhəli ünsür sayılırdı və həbs edilməsi bəlkə də zaman məsələsi idi. Onu repressiyalardan yalnız Qazağın sadə insanları arasında populyarlığı xilas etmişdi. Yerli kommunistlər müəyyən adamları ona qarşı təhrik etməyə çalışsalar da, həmin illərin İrəvan qaçqınları kütləsindən olan sözükeçər adamlar onu qətiyyətlə müdafiə etmişdilər. Mülkləri sarıdan ona o həcmdə fərdi vergi qoyulmuşdu ki, bir neçə dəfə mülklərini az qala hərraca çıxaracaqdılar. Lakin hər dəfə dostları və qohumları onu xilas edirdilər. 1912-13-cü illərdə tikdirmiş olduğu və hazırda içərisində yaşadığı ikimərtəbəli mülk xüsusi diqqət mərkəzində idi. Nəhayət, 1931-ci ildə Qazax qəza icraiyyə komitəsinin sədri ona evini xoşluqla hökumətə verməyi təklif etdikdə, bu şərtlə razılaşır ki, buradan səhiyyə ocağı qismində əhalinin faydasına istifadə edilsin. Qazax şəhər poliklinikası o vaxtdan onun bu evində yerləşərək fəaliyyət göstərmişdir. İndi həmin binanın qarşısında bu məzmunda bir lövhə vurulmuşdur:

«Bu bina 1912-1918-ci illərdə Dilbazi Çingiz ağa Rəhim ağa oğlu tərəfindən şəxsi ev kimi tikilmişdir. 0, 1918-31-ci illərdə bu binada yaşamışdır».

Çingiz ağa 1934-cü ildə Qazaxdan Gəncəyə köçmüş, 1942-ci ilin yanvarında burada vəfat etmiş və Gəncədə dəfn olunmuşdur.
Çingiz ağa öz nəslindən Səltənət xanım Abdulla ağa qızı Dilbazova ilə evlənmişdi. Səltənət xanım 1964-cü ildə Gəncədə vəfat etmişdir.

İki oğlu uşaq yaşlarında tələf olmuş, altı qızı qalmışdır: Mirvari xanım, Sayalı xanım, Sənəm xanım, Şahrux xanım, Cəmilə xanım, Həmidə xanım.

Mirvari xanım öz nəslindən Vəli ağa Böyük ağa oğlu Dilbazinin birinci arvadı olmuş, 1339/1922-ci ildə doğuş üstdə həyatını itirmişdir.

Sayalı xanım Dilbazova (1907-1978, yanvar) ilk təhsilini Qazaxda almış, 1920-ci ildə Mədinəxanım Qiyasbəylinin açdığı Bakı Darülmüəllimatına (qızlar seminariyası) daxil olmuş, buranı bitirdikdən sonra Gəncədə qızlar gimnaziyasının direktoru işləmişdir. Sonralar Azərbaycan Pedaqoji İnstitutunu da bitirmişdir. İran təbəələri üçün məktəbin direktoru Əjdər əfəndi Əlizadə ilə evlənmiş, Əjdər əfəndi Tehrana qayıtmalı olduqda, anasının təkidi ilə Sayalı xanım Gəncədə qalmışdır. Lakin Əjdərin Tehrandan təkidli yalvarışlarından sonra atası Çingiz ağa qızının Tehrana getməsinə izin vermişdi.

Sayalı xanım ömrünün sonrakı illərini Tehranda yaşamış, 1965, 1970, 1977-ci illərdə turist kimi Bakıya gəlmişdir. Onun övladlarından Pərvin uşaq yaşlarında həyatdan gedib, qızı Nəzrin hazırda İngiltərədə, oğlu Ənvər isə - Kanadada yaşayır. Bakıda xalaları Həmidə xanımın ailəsi ilə əlaqə saxlayırlar, gediş-gəlişləri var. Sənəm xanım (1910-1976, 5 iyun) ilk təhsilini Qazaxda almış, Gəncədə Pedaqoji İnstitutu bitirmişdi. Bu şəhərdə ən hörmətli maarif işçilərindən sayılırdı. Orta məktəbdə təbiətşünaslıq fənnini tədris edirdi. Əslən Qarabağdan olan müəllim Əhməd Əhmədovla ailə qurmuşdur. Bir oğlu qalmışdır - Akif Əhmədov.

Şahrux xanım Gəncədə Pedaqoji Texnikumu bitirmişdi.
Gənc ikən vəfat etmişdir. Ailə qurmamışdı.Cəmilə xanım - uşaq vaxtı ağır xəstəlik keçirdiyindən, kamil təhsil ala bilmədi. Ailə qurmamışdı.
Həmidə xanım (1920) ibtidai təhsilini Qazaxda, orta təhsiiini Gəncədə almışdır. 1936-cı iidə əla attestatla orta məktəbi bitirib, Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Ali təhsilini başa vurduqdan sonra (1941), altı ay Qonaqkənddə həkim işləmişdi. Atasının vəfatı ilə bağlı iş yerini Gəncəyə dəyişdirməli olmuş, burada toxuculuq kombinatının tibb məntəqəsində, daha sonra Stalin rayon xəstəxanasında 5 il baş həkim işləmişdir.

Müharibə illərində arxa cəbhədə çalışan Həmidə xanım «Rəşadətli əməyə görə», «Qafqazın müdafiəsinə görə» medalları, yubiley medalları ilə təltif olunmuşdur.1948-ci ildə institutda bir yerdə oxuduğu Əlikram Hümbət oğlu Eyvazovla (Abşeronun Saray kəndindən) ailə qurmuş və Bakıya köçmüşdür. Səhiyyə əlaçısı, ali kateqoriyalı həkim olan Həmidə xanım 1948-ci ildən 2006-cı ilə qədər (56 il fasiləsiz) 3 saylı poliklinikada sahə həkimi olaraq çalışmışdır. Üç qızı var: Zemfira (1949, həkim), Kəmalə (1953, ingilis dili müəlliməsi), Rəna (1956, həkim).

F. Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında Əbdürrəhman ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri) haqqında məlumat qələmə alınıb.

Xalq şairi Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları" xatirələr kitabında yazıb: "17, 18 və 19-cu yüzilliklərin axırına qədər nəslimiz ziyalı-mülkədar nəsli təmsil etmişdir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında ümummilli lider Heydər Əliyevin ikinci dəfə həkimiyyətə gələrək Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etməsindən, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmasından bəhs edilib.

Ulu öndərin xilaskarlıq missiyasından danışan YAP-ın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Heydər Əliyev hakimiyyətə gələn kimi qayda-qanun yaradıb, idarəetmə sistemini bərpa edib.

“Azərbaycan dağılmaq təhlükəsi qarşısında qalmışdı. Yerindən duran özünü bəy hesab edirdi, silahlı adamlar saxlayırdı. Parlamentin qarşısında pencəyin altında avtomatla gəzənlər var idi. Özbaşınalıq hökm sürürdü”, - deyə o əlavə edib.
Şura sədi onu da söyləyib ki, həmin dövrdə Rusiya rəhbərliyi də Azərbaycana qarşı mənfi fikirdə idi:

“O vaxt Boris Yeltsin Ermənistana bir milyon dollarlıq silah-sursat vermişdi. Azərbaycanın isə ordusu belə yox idi. Heydər Əliyev gələndən sonra isə hərbçilərimiz Zəngilan istiqamətində hücuma keçdilər. Yeltsin zəng edib ultimatum verərək, hücumu saxlamağı demişdi. Heydər Əliyev buna baxmayaraq, onu ram etdi”.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.
Sahibkarlar və sakinlər iddia edirlər ki, kompensasiya ilə bağlı heç bir razılıq əldə olunmayıb.
Onların sözlərinə görə, bir neçə gün öncə məlumat vermədən ərazini hasara alıblar.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, vətəndaşların əmlakları sökülürsə, bu birinci danışılmalı və razılaşdırılmalıdır:

“Bəzi şirkətlər vətəndaşla razılıq olmadan tikintinin aparılması ilə bağlı adiyyatı qurumlardan razılıq alırlar. Mövcud vəziyyətdə tikinti şirkətləri daha çox qəzalı kimi qeydə alınmış istər çoxmənzilli hündürmərtəbəli yaşayış evləri, istərsə də fərdi həyət evləri olan yaşayış massivlərindəki əraziləri sökürlər. Əgər qəzalıdırsa, qəzalı olması ilə bağlı Fövqəlada Hallar Nazirliyi və ya digər qurumlar rəy veribsə, o ərazi sökülməlidir. Vətəndaşlara veriləcək kompensasiyalar vətəndaşlar ilə razılaşdırılmalıdır. Söküntü iki formada aparılır. Birinci dövlət ehtiyacı üsulunda alınan torpaqlar. Burada avtomobil yolu çəkilə, körpü tikilə və park salına bilər. Dövlət ehtiyacı üçün həmin əmlaklar alınırsa, bu əmlaklar bazar qiyməti ilə qiymətləndirilir və 20 faiz artıq vətəndaşa kompensasiya verilir.İkinci isə əgər tikinti şirkəti söküb bina tikəcəksə, vətəndaşlara kompensasiya olaraq pul yox, tikdiyi binalardan mənzil verir. Söküb yeni tikili binalardan mənzil ilə təmin edəcəyi günə qədər həmin vətəndaşlara kirayə pulu və köç xərci ödənilir. Sonda da otaq sayına uyğun olaraq yeni tikilmiş binadan, ümumi sahəsi böyük və tam təmirli mənzil ilə təmin edir.”
 
 
 

Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində talassemiyalı uşaqların müalicə pullarını mənimsəyən dəstənin üzvü həbs olunub.

Musavat.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və https://Sonxeber.az/adminana.php?modul=news&act=add#aicazedigər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədova çıxarılıblar.

Prosesdə zərərçəkmişlər - Şahbacı İsayeva 28 min 274 manat, Şahid Mövsümov 20 min 868 manat və Vüqar Eminov 28 min manat mülki iddia qaldırıblar. Təqsirləndirilən şəxslər və vəkilləri mülki iddianın icraata götürülməsinə etiraz ediblər. Mülki iddia icraata qəbul edilib.

Hakim müttəhim Nuridə Seyidovaya sərbət ifadə vermək təklif olub. O, hazırkı mərhələdə ifadə vermək iqtidarında olmadığını deyib, gələcək iclaslarda ifadə verəcəyini söyləyib. Digər təqsirləndirilən Aynur Bayramova da hazırkı mərhələdə ifadə vermək istəməyib. O, xəstə olduğunu deyib.

Aysel Məmmədova isə sərbəst ifadəsində bildirib ki, Azərbaycan Beynəlxalq Universitetinin "Müalicə işi" fakültəsini bitirib, 7 il təhsil alıb. O deyib ki, Yevlax rayonunda 5 il sahə həkimi işləyib: "Öz ərizəmlə işdən çıxdım və Bakı şəhərinə gəldim. "Baku Medical" özəl klinikasında həkim işləməyə başladım. Xəstə yaxınları vasitəsi ilə 2022-ci ildən Aynuru tanıyıram. Özəl klinikada olduğum müddətdə xaricdə müalicə ilə məşğul olmuşuq. Bununla bağlı lisenziyanın olub-olmadığını bilməmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra "Urmedhelp" və "My Doc Tour" adlı şirkətində həkim-ekspert köməkçisi işinə düzəlib. Deyib ki, beynəlxalq təşkilatların sponsorluğu vasitəsi ilə xəstələrin xarici ölkədə müalicə aparılması barədə danışıqları olub.

Hakim "işə düzələndə əmək müqaviləsində nə qədər maaş alacağınız göstərilmişdi" - deyə sual edib. Təqsirləndirilən şəxs əməkhaqlarının normal olduğunu, xəstə yaxınları tərəfindən klinikaya ödənilən vəsaitin 20-25 faizinin ona çatdığını deyib.

Aysel Məmmədova söyləyib ki, onlar tərəfindən siyahıya alınan xəstələrə Türkiyədə müalicə olunacaqları deyilib: "Mərkəzi Gömrük Xəstəxanasından həkim Mircəlal Kazımi qaraciyər və ilik transplantasiyası xəstələrini bizə yönləndirib. Nuridə və Aynur deyiblər ki, beynəlxalq təşkilatlar xəstələrin müalicə olması üçün ödənişlər edir. Mənim vəzifəm xəstə tapıb xaricə göndərmək idi. Onlardan bir-iki dəfə bu məsələnin necə həll edilməsini soruşmuşam. Deyiblər ki, sən bizim işlərimizə qarışma".

Aysel Məmmədova qeyd edib ki, bəzi həkimlərin vasitəsi ilə 20-yə yaxın xəstəni şirkətə cəlb edib, daha iki nəfər xəstəni isə şirkətə özü gətirib: "Xəstələr şirkətə yönləndirmə vasitəsi ilə cəlb olunublar. Mən xəstələrdən özüm pul götürməmişəm. Xəstə yaxınlarından pulları Toğrul adlı şəxs götürüb. Toğrul şirkətdə mühasib idi. Səkinə baş mühasib idi. Xəstə yaxınlarından alınan pullar şirkətin seyfinə qoyulub. Pulların taleyindən mənim xəbərim olmayıb".

Onun sözlərinə görə, eyni zamanda həkim Tariyel Əhmədov, Mərkəzi Klinik Xəstəxanasından Eldar adlı həkim də şirkətə xəstələr yönəldiblər.

İttihama görə, talassemiyalı xəstə uşaqların valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumilikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq.

Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını "Çinar Plaza"da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 min 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 min, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 min 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.

O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Proses mayın 15-də davam edəcək.

Dünyapress TV

Xəbər lenti