Ardını oxu...
Paytaxtın Babək prospektində maşın bazarına gedən yoldakı dairə ləğv edilib.
Bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Paylaşım edən sosial şəbəkə istifadəçisi sözügedən ərazidə nəqliyyat sıxlığının olduğunu qeyd edərək, aparılan işləri müsbət qiymətləndirib.
Qeyd edək ki, dairənin bağlanan hissəsində park salınacağı ehtimal edilir.
Həmin görüntüləri təqdim edirik :

 
Ardını oxu...
Qohum evlilikləri dünyada qəbul edilməyən və hətta bir çox ölkədə qadağan olunan evlilik formasıdır. Buna baxmayaraq, Azərbaycan qohum evliliklərinin çoxluq təşkil etdiyi ölkələrdən hesab olunur.

Mütəxəssislər dəfələrlə bəyan edirlər ki, qohum evliliyi zamanı nikahdan dünyaya gələn uşaqlarda daha çox əqli, xromosom çatışmazlığı, əzələ boşluğu və bir sıra ciddi xəstəliklər yaranır. Bunu da tibb də sübut edir. Bəzən ana bətnində heç bir problem yaşamayan uşaqda dünyaya gələndən sonra fəsadlar özünü göstərir.
Ölkədə qohum nikahların sayında müşahidə olunan artım ölkənin gələcək nəsillərinə və genofonduna ciddi təsir edə bilər.
Maraqlıdır, il ərzində neçə nəfər qohumu ilə evlənib?

Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2023-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən qohumlar arasında qeydə alınmış nikaha daxilolma hallarının sayı 1935 olub.
Qeyd edək ki, uzun müddətdir yaxın qohumların evliliyinin qanunla qadağa edilməsi müzakirə olunsa da, hələ ki, müsbət nəticə əldə olunmayıb.
Ədliyyə Nazirliyi tərəfindən verilən məlumata əsasən qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2363, 2022-ci ildə isə 2542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.
2022-ci ildə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayının çoxluğuna görə Bakı şəhəri (742), Mill-Muğan (296), Lənkəran-Astara (274), Qarabağ (226), Abşeron-Xızı (186) regionları xüsusi qeyd etmək lazımdır.
Belə nikahların pozulması halları isə 2022-ci ildə daha çox Bakı şəhəri (195), Abşeron-Xızı (69), Mill-Muğan (59), Mərkəzi-Aran (47), Lənkəran-Astara (38) regionlarında müşahidə olunub.
 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Bakıda 3 stadionun qanunsuz olaraq satılması araşdırılır.

Musavat.com xəbər verir ki, hakim qarşısına “Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev çıxarılıblar.

Keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib, Nadir Əliyevlə Alik Həsənovun hər birinin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakların müsadirə olunmasını, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə yönəlməsini xahiş edib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı etmək üçün vaxt istəyiblər.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. İşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin adı keçir. Buna görə də ötən prosesdə onun məhkəməyə çağırılıb dindirilməsi tələb olunub.

Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adı ilə ümumilikdə 900 min manat pul alıblar. Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.

Növbəti proses iyunun 3-də davam edəcək.
 
Ardını oxu...
Karib dənizinin sularını yuduğu Puerto-Rikoda ildırım üç azyaşlını vurub.

Bizim.Media xəbər verir ki, çimərlikdə baş verən hadisə anbaan qeydə alınıb.

Təbiət hadisəsi nəticəsində xəsarət alan uşaqlar xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

 
 
 
Ardını oxu...
Kürdəmir rayon, Qarabucaq qəsəbəsində şəhid portretinin ətrafını kol-kos basıb.

Tribunainfo.az bildirir ki, icra nümayəndəliyi və bələdiyyənin yaxınlığında olan bu mənzərəyə laqeydlik nümayiş etdirilir. Şəhid Alışov Aqil Alış oğlunun portretinin yan-yörəsi baxımsız vəziyyətdədir. Həmin kadrları təqdim edirik:

 
Ardını oxu...
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində vətəndaşlar üçün nəzərdə tutulan yolun piyada keçidi yoxdur.

Bizim.Media xəbər verir ki, yaxınlıqda yaşayış evləri və məktəb də fəaliyyət göstərir.

Sakinlər yolun bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirlər.

Həmçinin, sözügedən ərazidə avtobus dayanacağı da mövcud deyil. Ərazidə yaşayan sakinlər yayın istisi, qışın soyuğunda yol kənarında dayanaraq avtobus gözləyirlər.
Ardını oxu...
Naxçıvanın sabiq “xan”ı Vasif Talıbov vaxtsız dünyasını dəyişən qardaşı oğlu Vüsal Talıbovun yas mərasimində iştirak etmir. Ovqat.com-a bu barədə yas mərasiminin keçirildiyi Aralıq kəndinin sakinlərindən biri bildirib. Məlumata görə, Vasif Talıbovun yasda iştirak etməməsinin maraqlı bir səbəbi var: xəcalətindən insan arasına çıxa bilməməsi.
Mənbəmizin iddiasına inansaq, dünyasını dəyişən Vüsal Talıbov əslində Vasif Talıbovun vaxtilə ən çox dəyər verdiyi insanlardan olub. Mərhum qardaşı İlqar Talıbovun oğlu olan Vüsal bir zamanlar “xan” çevrəsində Vasif Talıbovun siyasi varisi kimi tanınırmış. “Xan”ın həqiqətən də hakimiyyətini ona ötürmək kimi planı varmış. Di gəl ki, “xanzadə” Seymur böyüdükdən sonra atasının bu planını pozmağı bacarır. Özünü “xan” varisi elan edən Seymur təhlükəni tamamilə ortadan qaldırmaq üçün Vüsalı Naxçıvandan uzaqlaşdırır. Uzun illər İstanbulda yaşamağa məcbur olan Vüsal Talıbov özünə olan bu haqsızlığın mənəvi əzabını çəkir və dərdini yazdığı şeirlərə, bəslətdiyi mahnılara tökürmüş. Ömrünün son illərində pulsuzluqdan əziyyət çəkdiyinə dair iddialar da var. Təsəvvür edin, Naxçıvan əhalisinin haqqını mənimsəyib milyardlarla oynayan Talıbovlar hətta öz doğmalarının müalicəsinə belə, pul ayırmaq istəməyiblər.
Görünür, Vasif Talıbovun yasda iştirak etməməsinin önəmli səbəblərindən biri də bununla bağlıdır. Qardaşı oğluna həyan durmamasının gətirdiyi utanc hissi onu yasda iştirak etməkdən çəkindiribmiş. Bütün bunlara baxmayaraq, Vasif Talıbovun hələ də xəcalət hissi kimi yüksək mənəvi keyfiyyətini qoruması təqdirə layiqdir.
 
 
 
Ardını oxu...
Sosial şəbəkələrin yaratdığı şəraitdən yararlanaraq, hər kəs bloqerlik edə bilər. Özünü bloqer fəaliyyəti ilə məşğul olan yetərincə adam var. Amma hamı özünü bu sahədə sınamalıdırmı? Bu sahədə hər kəsin pul qazana bilməsi mümkündürmü?

Yenisabah.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, bu sahədə uğurlu olmaq üçün təcrübə mütləqdir:

“Hər hansı sahədə ekspert olmaq, bu adı qazanmaq üçün təcrübə lazımdır. Təcrübə müəyyən meyara əsaslanmalıdır.

Azərbaycanda bloqerlik anlayışı səhv başa düşülür. İnsanlar çıxır özünü göstərir, gəzir, səyahət edir, çəkir, paylaşır. Amma sosial şəbəkədə bu gün hər kəs əlinə telefon alıb çəkilişlər edə bilər. Bu, bloqerlik deyil.

Bu ancaq tiktokerlik, yutuberlik də ola bilər. Bloqer əslində, hər hansı sahə üzrə maarifləndirici şəxsdir. Məsələn, bəzi insanlar fizika üzrə, riyaziyyat üzrə və ya hər hansı digər elmi sahə üzrə araşdırma aparır. Sonra onu sadə dilində oxucularına, izləyicilərinə çatdırır. Bu, faydalı kontent formalaşdırma istiqamətində çox əhəmiyyətli sahədir”.

E.Abbasovun sözlərinə görə, Azərbaycanda faydalı kontent formalaşdıran çox az bloqer var:

“Məsələn, Fərid Pərdəşünas texnobloqerdir. Öz sahəsində dünyada baş verənləri Azərbaycana çatdırır. Vüsal Yusifli peyk texnologiyaları, səma, kosmik sahələrdə baş verənləri elmi dildə öz oxucularına çatdırır. Elə jurnalistlərimiz var ki, frilanserdir və bloqerlik edirlər. Onlar siyasət, sosial sahələr üzrə bloqlar düzəldib paylaşırlar.

Azərbaycanda bloqerlik adı altında fəaliyyəti, istiqaməti bəlli olmayan, ümumi sahələri götürüb paylaşan, amma özünü “bloqer” adlandıran şəxslər çoxdur. Restorana gedib oranı çəkmək və buna bənzər ümumi, sadə mövzuları paylaşanlar çoxdur. Belə insanlara bloqer adı vermək nə dərəcədə doğrudur? Bunun ölkə üzrə heç bir ümumi faydası, əhəmiyyəti yoxdur. Sadəcə asan pul qazanmaq üçün edirlər”.

Ekspert bildirib ki, dünya təcrübəsində bloqerlər bir materialı ərsəyə gətirmək üçün həftələrlə çalışır, araşdırma aparırlar:

“Dünya təcrübəsində bloqerlər bir bloq üçün 1-2 həftə işləyir, tərcümələr edir, elmi məqalələr oxuyurlar. Sonra da əldə etdikləri faydalı məlumatlardan 15 dəqiqəlik bloq emal edirlər. Yəniu bloqerlik əziyyətli işdir. Hətta bir nəfər yox, bir neçə nəfər bir bloqu düzəldə bilir. Onun çəkilişi, yanaşması peşəkar olur.

Ölkəmizdə də bu cür blogerlik etmək olar, bunun üçün maraqlı mövzular kifayət qədərdir. Məsələn, Azərbaycada 350-ə yaxın plov növü var. Bir məşhur aşpazımız bu plov növlərini tək-tək çəkməyə başlasın. Milli adətlərimizdə qalan, amma unudulmuş dadları kəşf etdirsinlər, üzə çıxsınlar”.
Ardını oxu...
İctimai nəqliyyat sistemi insanların gündəlik həyatında böyük rol oynayır.

Bu sistemlər nəinki ətraf mühitin qorunmasına kömək edir, həm də şəhər sakinlərinin həyatını asanlaşdırır. Bəzi şəhərlərdə bu sistemlər tamamilə pulsuzdur. Belə şəhərlər həm yerli sakinlər, həm də turistlər üçün cazibəlidir. Məsələn, Estoniyanın paytaxtı Tallin 2013-cü ildə dünya miqyasında ilk dəfə bütün şəhər daxilində ictimai nəqliyyatı pulsuz edən şəhər olub. Bu addım şəhər rəhbərliyinin daha çox insanı avtomobillərdən uzaqlaşdırmaq və ictimai nəqliyyatdan istifadə etməyə təşviq etmək məqsədi ilə atıldı.

Nəticədə, Tallində yaşayanlar artıq şəhər daxilində avtobus, tramvay və troleybuslardan pulsuz istifadə edə bilirlər.

Maraqlıdır, ölkəmizdə ictimai nəqliyyatın pulsuz olması mümkündür?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya açıqlamasında deyib ki, ölkəmizdə ictimai nəqliyyatın pulsuz olması yuxu kimi görünür:

“Çünki ölkəmizdə ictimai nəqliyyatda olan məsələlər hələ həll olunma mərhələsindədir.

Kifayət qədər çox nöqsanlar var ki, onların üzərində çalışılır. Hələ o problemlər həll olunmayıb. Düşünmürəm ki, ictimai nəqliyyat ölkəmizdə pulsuz olsun”.

Ekspert vurğulayıb ki, daşıma şirkətləri, o cümlədən metronun gəlirləri ilə bağlı açıqladığı rəqəmlər ziyanla işlədiklərini göstərib:

“Hazırda bir çox daşıyıcı şirkətlər, əsasən də metronun fəaliyyətində kifayət qədər kəsirlər var. O baxımdan onların pulsuz işləyicəyini demək sadəcə bir xəyal olardı. O qurumlarda olan nöqsanlar, problemlər aradan qaldırılarsa, yaxın zamanda olmasa da, uzaq zamanda bu barədə danışmaq olar”.

Milli Məclisin deputatı Fəzail Ağamalı isə bildirib ki, avtobuslar özəl şirkətlərə məxsusdur:

“Dövlət həmin şirkətlərdən pulsuz işləməyi tələb edə bilməz. Belə olduğu təqdirdə dövlət həmin şirkətə pul ödəməlidir. Metro isə dövlətdən aldığı dotasiya hesabına maliyyələşir. Öz gəlirləri kifayət etmir, tam müstəqil fəaliyyət göstərə bilmir. Lakin başqa ölkələrdəki təcrübəni öyrənib təhlil edəndən sonra bu məsələni müzakirəyə çıxarmaq olar. Lakin indiki durumda bu məsələ haqda nəsə demək bir qədər çətindir”.
 
Ardını oxu...
Buğda ununa dair sanitariya norma və qaydaları təsdiqlənib.

TEREF xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.

Buğda ununun cavab verməli olduğu tələblərə əsasən, bu unda kənar qoxu və dad olmamalı, tərkibində kənar maddə olmamalı, özünəməxsus rəngə və görünüşə malik olmalı, kimyəvi xüsusiyyətləri qaydaların müvafiq əlavəsində göstərilən tələblərə uyğun olmalı, tam buğda unu istisna olmaqla, buğda ununun ən az 98%-i 212 mikronluq ələkdən keçməlidir.

Bundan başqa, texnoloji məqsədlərə nail olmaq üçün buğda ununa buğda, çovdar və ya arpadan hazırlanmış, ferment aktivliyi yüksək olan cücərmiş taxıl dəni unu və ya cücərmiş taxıl dənindən hazırlanmış digər məhsullar, təbii buğda qlüteni, soya unu, paxlalılardan hazırlanmış un və fermentlər (“Aspergillus oryzae” mikroorqanizmindən əldə olunan göbələk amilazası və proteolitik fermentlər) əlavə edilə bilər.

Buğda ununun istehsalı və dövriyyəsi “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a uyğun həyata keçirilməlidir.
 

Dünyapress TV

Xəbər lenti