Ardını oxu...
Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayır.

1-5 may tarixlərini əhatə edəcək əlavə yaz tətili ibtidai siniflərə (I-IV sinif şagirdlərinə) şamil ediləcək.

Əlavə yaz tətili 5 gün davam edəcək.

Qeyd edək ki, 2023/24 tədris ili ötən ilin 15 sentybrında başlayıb və 2024-cü ilin 14 iyununda bitəcək.
 

Ardını oxu...
"Azəriqaz İB TTİ-dən işçi hüquqlarının və iş prosesi zamanı bəzi qaydaların pozulmasından yazdıar. Bir neçə video və şəkil də göndərilib.Lakin SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə nepotizm varlığını, ərizə,müraciət,şikayət yazılarının necə “araşdırıldığını”, nəticədə işçini gözləyən “təşəkkürü” də, bildiyim üçün video materiallarından az istifadə etdim". Dia-az.info bildirir ki, bunu öz açıqlamasında Nefçilərin Hüquqlarının Müdafiəsi Təşkilaının sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Dha sonra hüquq-müdafiiəçisi əlavə edib: "Bir neçə rayondan misal gətirirəm.Lakin işçinin bildirdiyinə görə qeyd olunan halları çox yerdə müşahidə etmək olar. Sadəcə nəzərinizə çatdırıram ki:
İşçilərin əl əməyindən istifadə olunur. Məsələn:
- Yardımlıda 76mm diametrli 24 metr uzunluğunda borunun uzaq məsafəyə əllə daşınması qanuna ziddir texnika verilməlidir , amma verməyiblər
- Yol üstü keçid arkaların əllə qaldırılması zamanı texnikadan yox,əl əməyindən istifadə olunub.
-Agdasda 108 diyametirli borunu Arkalari 4.50 m dayaqlarin hundurluyu 5 metir eninde əlnən qaldirirdiq
Ağır relyefli şəraitdə Yardımlı rayonu PEREÇBİL kəndində işlədik işçini belə istismar etmək olarmı, bizə hələ kənd camaatı köməklik edirdi

İşçilər vaxtaşırı əlcəklə təmin olunmadığından əlcəkləri öz vəsaiti hesabına alır. Işçilərin iş ərazisinə daşınması üçün nəqillayat vasitəsi normal bölünmür.
Boruların korroziyadan qorunması üçün aparılan proses(rəngləmə) texnologiyaya uyğun deyil.Bu da gələcəkdə boruların karroziyaya uğraması nəticəsində qaz sızmasına səbəb ola bilər. Korroziyadan müdafiə məqsədilə borulara çəkilən rəngdən öncə qurunt üçün nəzərdə tutulmuş rəng vurulmur .Qaz kəmərləri əvvəlcədən deyil quraşdırıldıqdan sonra rənglənir. Vurulan qaz xətlərində qurunt kraska olmadan parlaq boya paslı boru ( paslı boru əvvəlcədən qumlama vasitəsilə təmizlənməlidir) üzərindən vurulub
Qızıldaş ərazisində demantaj; iri diametrli borudan xətt çəkilib müəyyən yollarla sakinlərdən pul müqabilində lahiyə prinsiplərindən kənara çıxaraq arkaları hündürlükdə aparıblar
Elə yerlər var heç belə qazılmadan torpağın üzərindən vurulub
Bura çəkilən qaz xətlərinin beton örtüyü çox bərbad haldadır .Qaz xəttinə 50 sm.qalınlığında beton örtük əvəzinə 10 sm.beton örtük vurulub. Qaz xətlərinin dayaqlarına verilən beton da 10 sm.olub, ancaq , dayağın qazılması dərinliyinə uyğun olmalı idi,
Doqquz dayağa bir kisə sement vurulmalı halda iyirmi dayağa vurdururlar. 60sm gedən hündürlükdə olan dayaqlar yerə rəhbərliyin göstərişi ilə 40sm vurulub, hələ elə yerlər var ki 2sm deyiblər :qazın vurun bu məsələyə biz etiraz edəndə deyiblər biz demişik qəbul edəcəklər bu adamlar kimlərə bağlıdır bu xərclərin azaldılması lazımdı yoxsa işçinin sayı yox
İstər Bakıda istərsədə rayonlarda əlavə yeraltı keçidlərdə şamlar deyilən boru qurğuları var ki quraşdırılmayıb
Qaldı ki,əlavə xərclərə sahələrdən öz yaxın adamlarını seçib, ezamiyyətə "göndərirlər". Və işçi də evde otrur 1ay onun da yükünü biz çəkirik. ve yaxud sövdələşməyə gedib 2 ay,3 ay işçini saxlayırlar. Baxib sənədlərdə də görə bilərsiniz..."

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

VİDEO 1: baxmaq üçün bura tıklayın...

VİDEO 1: baxmaq üçün bura tıklayın...
Ardını oxu...
Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox fərdi yaşayış evi su altında qalıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksəkrütbəli zabiti Erasıl Saipaş brifinqdə bildirib.

“Hazırda səkkiz rayonda 4 870 fərdi yaşayış evi, 1 264 həyətyanı sahə və 2 035 bağ evi su altında qalıb.

Daşqın dövrü başlayandan xilasedicilər tərəfindən 107 119 nəfər, o cümlədən 38 457 uşaq təxliyə edilib. Hazırda müvəqqəti yerləşdirmə mərkəzlərində 7 414 nəfər var. 11 674 nəfər isə evlərinə qayıdıb.
Qeyd edək ki, mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın səkkiz rayonunda yerli fövqəladə vəziyyət elan edilib. Xilasetmə əməliyyatlarında 35 mindən çox insan, dörd mindən çox texnika və 14 təyyarə iştirak edir.

Mənbə: TASS
 
Ardını oxu...
Dünyanın terror coğrafiyasında ermənilərin xüsusi bir mövqedə olması danılmaz faktdır. Artıq neçə onilliklərdir ki, erməni terroru sərhəd tanımayaraq insanlığa qarşı törətdikləri cinayətlərini “peşəkarlıq”la davam etdirirlər. Bu da heç kimə, o cümlədən dünya ictimaiyyətinə sirr deyil ki, erməni terrorizmi mütəşəkkilliyi, planlı şəkildə təşkilatlanması ilə beynəlxalq terrorizminin əsas şəbəkələrindən birinə çevrilib. Tarixə nəzər salsaq sübut və faktlarla şahidi olarıq ki, erməni terror təşkilatları ilə yanaşı ermənilər fərdi şəkildə də silsilə terror aktlarına imza atıblar. Belə fərdlərdən biri də Qurgen Ayrikyan olub.

1895-ci ildə Ərzurumda anadan olan Ayrikyan ixtisasca mühəndis olub, ali təhsilini Moskvada alıb. Hələ tələbəlik illərindən milli məsələlərlə bağlı yaratdığı münaqişələrə görə o, təhsil aldığı universitetdən qovulub. Amma Moskvada yaşayan tanınmış ermənilər gələcəyin ən qatı cinayətkarını müdafiə edərək onu ali təhsil ocağına yenidən bərpa etməyə nail olublar.

Ayrikyan qazanc əldə etmək, hansısa bir dairədə tanınmaq, vəziyyətə uyğun olaraq sərfəli mövqe tutmaq üçün özünü istənilən formada təqdim etməkdən çəkinməyib. Amma onun bu hiyləgərliyi heç də həmişə effektli alınmayıb. Elə ali təhsilini başa vurduqdan sonra Moskvada “böyük” planlarını həyata keçirə bilməyəndə, o, 1930-cu ildə İrana mühacirət edib, bir müddət bu ölkədə yol mühəndisi kimi çalışıb.
Ardını oxu...
Özünü böyük siyasətçi sayan Ayrikyan İranda olarkən Türkiyənin və türklərin əleyhinə yazılarla çıxış edib, hətta türk əleyhinə bir təşkilat yaratmaq arzusuna da düşüb. Ancaq İran rəsmiləri Ayrikyanın təşkilat yaratmaqla bağlı müraciətlərini rədd edib və Ayrikyanın siyasi gərginlik yaratmaq arzusu elə yerindəcə boğulub. İran qanunlarına tabe olmaq istəməyən erməni millətçi xislətinə uyğun olaraq səs-küy yaratmaq istəyəndə, yerli orqanlar ona ölkəni tərk etməyi “məsləhət” biliblər. Ayrikyan bu ölkəni tərk etmək məcburiyyətində qalıb.

Beləliklə, 1946-cı ildə Ayrikyan ailəsi ilə birlikdə Fransaya köçməyi qərara alıb. Onu İrandan gül-çiçəklə yola salmayıblar. Ölkədən çıxdıqda Ayrikyanın İran banklarındakı hesabları dondurulub və o, pullarını İrandan çıxara bilməyib.

Böyük ümidlərlə Fransaya üz tutan Ayrikyan bu ölkədə daha böyük problemlərlə üzləşib. Onun iş tapmaqla bağlı bütün cəhdləri boşa çıxıb və ən adi ehtiyaclarını ödəyə bilməyən Ayrikyan “doğma” Fransada səfil vəziyyətinə düşüb.

Ayrikyan Fransadan getmək üçün bütün mümkün variantlara əl atıb, xaricdə yaşayan tanıdığı və tanımadığı ermənilərə saysız-hesabsız müraciətlər ünvanlayıb. Nəhayət, ABŞ-da yaşayan ermənilər ona sahib çıxıblar. Ayrikyana və ailəsinə Amerikaya köçməyə şərait yaradıblar. O, əvvəlcə Nyu-Yorkda, sonra isə Kaliforniya ştatının Beverli-Xilz şəhərində məşkunlaşıb.

Ayrikyan Amerika həyatına yeni statusda başlayıb, özünü yazıçı və dramaturq kimi tanıtdırıb. Hətta o, zəngin ermənilərin dəstəyi ilə Beverli-Xilz şəhərində “Ayrikyanın teatrı” adlı teatr da yaradıb. Amma bu teatr heç bir tamaşaçı və uğur qazanmayaraq qısa müddətdən sonra fəaliyyətini dayandırıb.

Ayrikyanın “yazıçılıq” fəaliyyəti əsasən türk əleyhinə təbliğatın üzərində köklənib, o, öz cızma-qaralarında “erməni soyqırımı” məsələsini qabardaraq ABŞ-da yaşayan erməniləri səfərbər olmağa çağırıb, qisas almağın vaxtının yetişdiyini təbliğ edib.
Ardını oxu...
Özünü dünyanın ən vətənpərvər ermənisi adlandıran Ayrikyan öz əsl simasını, cəlladlığını, türk qanına susadığını, qanında terrorçu qanı olduğunu çox da gizlədə bilməyib. Türklərdən qisas almaq üçün o, çox planlar cızıb. Nəhayət, əsl ermənilərə xas olan namərdliyə, hiyləgərliyə əl atıb.

1973-cü ilin yanvar ayında, 77 yaşında olarkən Ayrikyan bir neçə il ərzində düşündüyü planı həyata keçirib. O, Türkiyənin Los-Ancelesdəki konsulu Məhmət Baydur ilə telefon əlaqəsi yaradıb. Özünü tarixçi-etnoqraf kimi təqdim edən Ayrikyan konsula bildirib ki, onda olan Sultan Əbdülhəmidin nadir portretlərindən birini Türkiyəyə hədiyə etmək istəyir. Daha inandırıcı görünmək üçün, Ayrikyan konsulun qarşısında şərt də qoyub, bildirib ki, portreti onlara hədiyyə etməklə Türkiyədən dövlət təltifi istəyir.

Sözsüz ki, türkiyəli konsul üçün bu təklif maraqlı gəlib. Telefon danışığında tərəflər razılığa gəliblər, görüş yeri kimi Santa-Barbara şəhərində yerləşən “Baltimor” oteli müəyyənləşdirilib. Bu yerin seçimi Ayrikyanın təşəbbüsü və arzusu ilə olub.

27 yanvar 1973-cü ildə konsul Məhmət Baydur və vitse-konsul Bahadur Demir görüş yerinə, “Baltimor” otelinə gediblər. Ayrikyanın çoxdan gözlədiyi məqam yetişib. Erməni cəllad qonaqlarını silahla qarşılayıb. İki dəfə havaya atəş açdıqdan sonra o, türk diplomatlarına tapança ilə qətlə yetirib.
Ardını oxu...
Qatil elə həmin andaca həbs edilib, cinayət işi açılıb, istintaq başlanıb. Məhkəmə prosesində Ayrikyan həyasıscasına “erməni soyqırımı” məsələsini qaldıraraq cəzadan yaxa qurtarmağa çalışıb. Amma bu dəfə onun bu oyunları heç nəyi dəyişməyib. Heç Amerikada yaşayan zəngin ermənilər də qoca qatilin köməyinə çata bilməyiblər.

Məhkəmənin hökmü ilə Ayrikyan ən ağır cəzaya, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həbsxanada çəkdiyi cəzasının 11-ci ilində 88 yaşlı Ayrikyanın səhhətində o dərəcədə ciddi problemlər yaranıb ki, o, ölümcül vəziyyətə düşüb. Erməni qatil bu vəziyyətdə yuxarı instansiya məhkəmələrinə müraciət edərək azadlığa buraxılmasını xahiş edib. Düzdür, rəsmi qurumlar vəziyyəti nəzərə alaraq onu həbsxanadan azad ediblər. Amma Ayrikyan azadlıqda yaşaya bilməyib, həbsxanadan çıxdıqdan bir ay keçməmiş kimsəsiz və acınacaqlı vəziyyətdə ölüb.

İlham Cəmiloğlu, Musavat.com
Ardını oxu...
“Dövlət Gömrük Komitəsinin qəzalı avtomobillərin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı səlahiyyəti yoxdur. Heç bir qanunda yazılmayıb ki, vuruq və təmir edilmiş avtomobilləri ölkəyə gətirmək olmaz. Belə bir qadağa yoxdur. Sadəcə, bunun qarşısını almaq üçün bir çox ölkələrdə ekspertiza rəyləri məcburidir. Yəni maşın satan, yaxud alan şəxslər özləri buna nəzarət etməlidirlər. Təəssüf ki, məsələnin başqa dövlət mexanizmi mövcud deyil”.

Bu sözləri "Azərbaycan Reallığı"na açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Ənənəvi üsul bundan ibarətdir ki, maşın alarkən tanıdığın, güvəndiyin ustaya aparırsan, o yoxlayır, bundan sonra alırsan. Ya da ölkəyə gətirilən, eləcə də satışa çıxarılan maşınların elektron pasportu olur. Məsələn, Rusiyada belə bir təcrübə var. Onlayn daxil olub maşının vurulma, rənglənmə tarixçəsinə baxırsan. Bütün məlumatları görəndən sonra qərar verirsən. Yəni vuruq, rənglənmiş avtomobillərin ölkəyə gətirilməsində nə qadağa, nə də dövlətin görə biləcəyi bir iş yoxdur. Lakin ölkəyə gətirilən maşınların ili ilə bağlı qadağalar var. Köhnə maşınların ölkəyə gətirilməsi qadağandır, vəssalam”, - ekspert bildirib.
 
Ardını oxu...
Günəş əbədi olaraq parlaya bilməz. Nəhayət, onun birləşməsini təmin edən elementlər tükənəcək və Günəş “ağ cırtdan”a çevriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Royal Astronomical Society”nin yeni araşdırmasında deyilir.

Tədqiqatçılar iddia edirlər ki, Günəş sönməzdən əvvəl qırmızı nəhəngə çevriləcək. Bu dövrdə onun radiusu Marsa çata bilər. Daha sonra Günəşin səthi yoxa çıxacaq və nüvəsi “ağ cırtdan” adlanan ulduz qalığına çevriləcək.

Proses təxminən 5 milyard ildən sonra başlayacaq, bəzi planetlər, o cümlədən Yer kürəsinə ölümcül təsir edəcək.

Tailandın Naresuan Universitetindən fizik Amorat Aunqveroyvitin rəhbərlik etdiyi komanda üç “ağ cırtdan”ın hərəkətini təhlil edib. Elm adamları bu məlumatlara əsaslanaraq Günəşin ölümündən sonra kainatda nə baş verəcəyini təxmin edə biliblər.

O vaxta qədər bəşəriyyət kosmosda həyatın olduğu başqa yerə köçməsə, çoxdan ölmüş olacaq. Yəni insanlar bu prosesdən salamat çıxa bilməyəcəklər. Təhlillərə görə, Günəşin “ölüm sancıları” Günəş sistemində qırğınlara səbəb olacaq. Merkuri və Venera, daxili Günəş sistemindəki hər şey yox olacaq. Planetlər və digər göy cisimləri Günəş tərəfindən parçalanacaqlar.

Yer orbitinin necə dəyişməsindən asılı olaraq salamat qala da, qalmaya da bilər. Salamat qalsa belə, Yer yaşamaq üçün əlverişli dünyadan çox fərqli olacaq. Elm adamları planetimizin atmosfer və okeanlarını itirəcəyini deyirlər.
Ardını oxu...
Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qardaşını öldürən şəxs azadlıqda gəzir:

“Mən, Quliyev Ramiz Bədir oğlu, yazaraq bildirirəm ki, 06.10.2023-cü ildə, axşam saat 11 radələrində qardaşım Quliyev Tofik Bədir oğlu Dəmirçi kənd mərkəzində yerləşən mağazaya gedərkən arxadan yüksək surətlə QAZ 31-10 markalı maşın vuraraq, ona ağır xəsarət yetirmişdir. Qəzanı törədən şəxs Maxe Yusifli Yusuf Nəcəb oğlu hadisədən sonra qardaşıma heç bir kömək etməmişdir. Onu 40 metr məsafə boyunca maşının üstündə apararaq, avtoxuliqanlıq etmişdir. Nəticədə qardaşım kəllə-beyin travması almışdır.

Hadisə yerinə gələn kənd sakinləri təcili yardım çağırıblar. Təcili yardımla qardaşımı Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 6 gün reanimasiya şöbəsində ağır vəziyyətdə saxlanılmışdır. Həkimlərin səylərinə baxmayaraq, oktyabr ayının 12-də vəfat etmişdir.

Bu hadisədən sonra bizimlə heç kəs maraqlanmayıb. 8-9 gün sonra atamla biz Sədərək rayon Polis şöbəsinə getdik və yazılı şəkildə şikayət etdik. Sədərək rayon Polis şöbəsinin təhqiqatçı, leytenant Ələsgər Məhərrəmov bizdən izahat götürdü. 2 aydan artıq araşdırma sürdü. Atam Quliyev Bədir İsmayıl oğlu hər dəfə Polis şöbəsinə gedəndə "2 günə hər şey yolunda olacaq" deyilirdi. Yəni Məhərəmov Ələsgər Hidayət oğlu atamı aldadıb yola salırdı.

2-3 ay sonra işi Hərbi Prokurorluq təhvil aldı. İstintaq aparıb, hərbi məhkəməyə verdilər. Məhkəmə isə hələ ürəkaçan bir qərar verməyib. Cinayətkar hal-hazırda öz evində, azadlıqda yaşayır. Fakt olaraq avtoxuliqanlıq edərək cinayət törətmiş şəxsə cəza verilmir, azadlıqda gəzir. Hansı səbəbə və yaxud da kimə görə bu hadisənin üstünü bağlamağa çalışırlar?!

Məhkəmə zamanı bəlli oldu ki, leytenant Məhərəmov Ələsgər Hidayət oğlu yalançı şahidlər tutaraq, işin ədalətli getməsinə mane olur. Buna səbəb də aralarında olan qohumluq münasibətidir. Deməli, işi necə qurublarsa Naxçıvan Muxtar Respublikası Vəkillər kollegiyasının sədri Həsənov Vüsal Hidayət oğlu kabinetində şəxsən məndən 500 manat pul alaraq, vəkillik edəcəyinə söz vermişdir. Lakin məhkəmə günü məhkəmədə iştirak etmədi. Məhkəmə bitəndən sonra bildirdi ki, mən Türkiyədəyəm. Məhkəməni aparan hakim Orucalıyev Abil Elmar oğlu, katib isə Elyar Toğrul Mahmud oğludur.

Ortada ölüm işi var, səlahiyyətli qurumlardan xahiş edirəm ki, cinayətkar öz cəzasını alsın. Mən kimisə maşınla elə vurub öldürsəm, mənə ağır cəza verilər. Bəs onun məndən fərqi nədir?! Xahiş edirəm, nəzərə alın".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bakıda “İST Petrol”un yanacaqdoldurma məntəqəsində avtomobillərə benzin əvəzinə su satılması faktı öz təsdiqini tapıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “SOCAR Petroleum” QSC-nin yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib ki, “SOCAR Petroleum” QSC 11 aprel 2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürüb:

"Bizim üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan, araşdırma aparılıb. Aparılan araşdırmanın nəticəsində sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyi müəyyən olunub. Yaranmış texniki problem səbəbindən “SOCAR Petroleum” QSC sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb".

Bildirilir ki, 11 aprel 2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzində yanacaq dolduran sürücülərin problemləri qeydə alınıb: "Hər bir sürücü ilə fərdi qaydada danışıqlar aparılıb. Onların problemləri dinlənilib və həmin problemlərin qısa müddətdə aradan qaldırılacağı bildirilib".
 
Ardını oxu...
Kuzbassda Tom çayı üzərindəki körpü uçub.

Həmin anda onun üzərində insanlar olub. Hərçənd ki, körpüyə ondan istifadəni qadağan edən işarələr vurulub. Lakin Kemerovo sakinləri buna məhəl qoymayıblar.

İnsidentə donmuş çayların buzunun açılması səbəb olub. Çayda suyun səviyyəsinin qalxması səbəbindən körpüdə hərəkət fövqəladə hadisədən bir neçə gün əvvəl dayandırılıb. Sakinlərin heç də hamısı qadağaya əməl etməyib və təhlükəli keçiddən istifadə etməyə davam ediblər.

Xoşbəxtlikdən xəsarət alan olmayıb və insanlar sahilə çıxarılaraq tibbi yardım göstərilib.
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu yolu ilə 4 milyon 165 min manat pul tələb edən Vahid Xələfov 14 il azadlıqdan məhrum edilib.
Qaynarinfo-nun məlumatına görə, dövlət məmurundan pul tələb edən Vahid Xələfov “XP inşaat”, “EDM Qrup” və digər bir neçə şirkətin təsisçisi olub.
O, Hikmət Xəlilovu 2009-cu ildən tanıyıb. Elə həmin ildən Hikmət Xəlilov və onun yaxınlarına məxsus mülklərdə tikinti işləri aparıb. Hikmət Xəlilov Qobu qəsəbəsində Vahid Xəlilova məxsus ticarət mərkəzinin yaxınlığında həyat yoldaşı Südabə Xəlilovanın adına 5 ha 95 sot torpaq sahəsini 550.000 manata satın alıb. Vahid Xəlilov Südabə Xəlilovanın istəyi ilə həmin ərazidə “Azdekopanel” zavodu tikməyə başlayıb. Hətta bunun üçün Çindən 7 mütəxəssis gətirib. 2013-cü ildə təmir işləri bitib və açılışı Südabə Xəlilova ilə Hikmət Xəlilov ediblər.
Təqsirləndirilən şəxs məhkəmədə iddia edib ki, zavoda cibindən 1 milyon 450 min manat xərcləyib. Məhz bundan sonra tərəflər arasında narazılıqlar başlayıb. Vahid Xələfov digər yerlərdə də apardığı tikinti işlərinə görə zərərçəkmiş şəxsin ona 4 milyon manatdan çox borcu yarandığını iddia edib. O, pulunu almaq üçün Hikmət Xəlilovu 2015-ci ildən hədələməyə başlayıb.
Lakin Hikmət Xəlilov dövlət qurumunda yüksək vəzifə tutduğundan bu məsələni ört-basdır etməyi üstün tutub. Zərərçəkmiş məhkəmədə deyib ki, 2015-ci ilin payız aylarında təqsirləndirilən şəxslə “Riviera” restoranında görüşüb:
“Həmin gün Vahid Xələfov mənə qarşı çox aqressiv münasibət göstərərək pul tələbi ilə üstümə bıçaq çəkdi, mənə əl qaldırdı. Restorandan küçəyə çıxmağıma imkan vermədi. Ailə, iş nüfuzuma görə çox qorxdum. Çünki vəzifədə işləyirəm və bu məsələnin ictimailəşməsindən ehtiyat edirdim. Bu işdən yaxamı qurtarmaq üçün ona 500 min manat pul verdim. Bundan sonra Vahid Xələfovun mənə qarşı aqresiyası daha da artdı və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməli oldum”.
Vahid Xələfov isə məhkəmədə ifadəsində bildirib ki, sonuncu hadisəyə görə özünü günahkar bilmir:
“Hikmət Xəlilovdan pulumu almaq üçün onunla görüşmək istəyirdim. Lakin görüşdən yayınırdı. Buna görə də məni tanımasın deyə gəlməzdən əvvəl özümə mağazadan dezinfeksiya forması, dezinfeksiya aparatı, eynək aldım. Bundan sonra Hikmət Xəlilovun idarə etdiyi avtomobili dayandırıb, onunla danışmaq istədim”.
Qeyd edək ki, 6 aprel 2023-cü il tarixdə, saat 08.30 radələrində Hikmət Xəlilov və həyat yoldaşı Südabə Xəlilova Xəzər rayonu, Şağan qəsəbəsindən işə gedərkən təqsirləndirilən şəxs “Lexus” markalı avtomobillə, kamuflaj olunmuş formada onların qarşısına çıxıb. Vahid Xələfov Hikmət Xəlilovun maşınına yaxınlaşaraq, əlindəki aparatla onun şüşəsinə naməlum maddə püskürdüb və cibindən silah çıxarıb. Təqsirləndirilən şəxs avtomobilin qapısına zərbələr endirib.
Hikmət Xəlilov avtomobili sürətli şəkildə sürərək hadisə yerindən uzaqlaşa bilib. O, dərhal polisə yaxılaşaraq, ərizə yazıb və təqsirləndirilən şəxslə barışıq əldə etmədiyinə görə məhkəmədə şikayətçi olub.
 

Dünyapress TV

Xəbər lenti