Ardını oxu...
Putinin yeriyərkən heç vaxt sağ qolunu yelləmədiyini görmüsünüzmü?
Çiyinlərində problem olan insanlarda, insultdan xilas olanlarda, Parkinson xəstələrində və ya aşağı əzələ zəifliyi tiplərində gəzinti zamanı qol yellənməsinin miqdarı azala bilər.
Bəs, Putinin qolun usabit saxlaması bunlardan biridirmi?
Daha ətraflı videoda:

 
Ardını oxu...
“200 balla ali təhsil müəssisələrinin müəllimlik, mühəndislik ixtisasına qəbul olan mütəxəssislər gələcəkdə özləri həmin ixtisas üzrə mütəxəssis hazırlaya bilməyəcək”.

Bu fikirləri ali təhsil müəssisələrinə qəbul prosesində balı aşağı olan ixtisaslar və həmin ixtisaslarda təhsil alan şəxslərin daha sonra kadr hazırlığı prosesinə qatılmasında yarana biləcək çətinliklər barədə danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ixtisas üzrə minimal bilik və bacarıqlara malik olmayan şəxslər gələcəkdə peşəkar kadr yetişdirə bilməz:

“2024-cü ildə ali təhsil müəssisələrinin bakalavriat təhsil səviyyəsinə qəbul olmaq istəyən abituriyentlərin sayında kəskin artım müşahidə edirik. Bır sıra ixtisaslara aşağı balla qəbul olmaq mümkündür. Həmin ixtisaslara aşağı ballarla qəbulun həyata keçirilməsi gələcəkdə mütəxəssis hazırlığına öz mənfi təsirini göstərəcək. Xüsusilə, müəllimlik, mühəndislik kimi ixtisaslarda minimum bilik və bacarıqları olmayan şəxslər gələcəkdə peşəkar kadr kimi yetişdirə bilməz.

Bu gün Azərbaycanda 200 balla ali təhsil müəssisələrinin müəllimlik ixtisasına qəbul olan mütəxəssislər gələcəkdə özləri həmin ixtisas üzrə mütəxəssis hazırlaya bilməyəcəklər. Nəzərə alsaq ki, bu gün hər hansı abituriyentin riyaziyyat fənnindən, tarix fənnindən sıfır bal toplayaraq riyaziyyat, tarix müəllimi olması əsas məqamlardandır.

Üçüncü ixtisas qrupunda “Regionşünaslıq” ixtisasına hətta 2022-ci ildə 157 bal ilə dövlət universitetinə qəbul olmaq mümkün idi. Bu il də “Regionşünaslıq” ixtisasına qəbul 180-190 bal ətrafında formalaşıb. Plan yerlərinin artdığını nəzərə alsaq, bu ixtisasın balının yenə də 200 ətrafında olacağı proqnozlaşdırılır. Fikrimcə, bu, yaxşı hal deyil. Çünki regionşünaslar həmin region üzrə mütəxəssis kimi yetişir.

Etiraf edək ki, 190 bal toplayan abituriyent o qədər də yüksək səviyyədə mütəxəssis ola bilməz. Bu ixtisasa balın aşağı olması insanlarda həmin ixtisasın əhəmiyyətsiz olması ilə bağlı fikir formalaşdırır. Halbuki beynəlxalq münasibətlər sisteminin formalaşmasında regionşünas mütəxəssislərin böyük rolu var. Belə hallar gələcək kadr hazırlığı üçün ciddi problemdir”.

İsmayıl Bakuvi
 
Ardını oxu...
Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən aydınlıq gətirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edilib ki, Naxçıvan şəhərinin Əcəmi seyrəngahı ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti tərəfindən başladılan tikinti işləri 2023-cü ilin noyabr ayından Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində tikinti işləri dayandırılıb. Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair xəbərdarlıq edilib. Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı tikilinin içərisində quraşdırılması ilə əsaslandırıb.

Xidmət tərəfindən bildirilib ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər hava elektrik verilişi xəttinin yeraltı kabel xəttinə keçirilməsi işləri də aparılacaq.

Bütün bunları nəzərə alaraq İcra Hakimiyyəti tərəfindən uyğun yer seçilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

Abidənin tarixiliyi nəzərə alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl gətirmədən elektrik xətlərinin çəkilməsi və qanunauyğun formada nəzərdə tutulan yarımstansiyanın qurulması üçün müvafiq yer ayrılacaq.

Qeyd edək ki, bir müddət öncə sözügedən ərazidə ictimai tualetin tikildiyinə dair məlumatlar yayılmışdı.
 
Ardını oxu...
Kemerovo vilayətinin Prokopyevsk şəhərində 66 yaşlı təqaüdçü 55 yaşlı həyat yoldaşını və 27 yaşlı oğlunu güllələdiyi üçün saxlanılıb.

Referans.az xarici KİV-ə istinadla bildirir ki, istintaqın məlumatına görə, martın 17-də təqaüdçü ilə doğmaları arasında münaqişə yaranıb, bundan sonra yaşlı kişi ov tüfəngi ilə oğlunun sinəsindən, daha sonra isə həyat yoldaşının başından atəş açıb.

İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə istintaq idarəsi xəbər verir ki, onların hər ikisi aldıqları yaralardan ölüb.
 

Ardını oxu...
"Naftalana müailəcəyə gedəndə "Sehirli Naftalan"a getməyin. Getsəniz də özünüzlə yemək aparın".

Qlobal.az xəbər veri ki, bu fikirlər tanınmış pambıqçı fermer Əfras Əsgərova məxsusdur.

Sosial şəbəkədə istirahət mərkəzindən narazılıq edən fermer Qida Təhlükəsizliyi Agentliyini "Sehirli Naftalan"a gəlib yoxlama aparmağa da çağırıb.

Şəbəkə istifadəçilərinin bəziləri fermerin "Sehirli Naftalan" barədə olan fikirlərini dəstəkləyərək, burada xidmətin, yeməklərin keyfiyyətinin və qiymətlərin baha olmasını bildiriblər.

Qlobal.az məsələ ilə bağlı "Sehirli Naftalan"dan mövqe öyrənə bilməyib.

Ardını oxu...
 
Ardını oxu...
İnternetdə aslanlarla oyanyan şəxsin görüntüləri maraqla qarşılanıb.

Azpost.info bildirir ki, kadrlarda kişi şirlərin gəzdiyi açıq əraziyə sərbəst şəkildə daxil olur. Uzaqdan onu görən aslanlar üstünə yüyürür və mehribancasına ona sarılır.

Görüntüləri təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Misirin paytaxtı Qahirədə ərəb dünyasının ən məşhur və ən qədim kinostudiyalarından biri sayılan “Əl-Əhram” kinostudiyasında yanğın olub.

Kadrlar sosial şəbəkələrdə yayılıb.

Yanğın müqəddəs Ramazan ayı barədə teleserialının çəkilişindən 24 saat sonra başlayıb və qısa zamanda yaxınlıqdakı üç binaya yayılıb.

Yanğının söndürülməsinə altı saatdan çox vaxt sərf olunub, bu müddət ərzində isə kinostudiya tamamilə yanıb.
 
 
Ardını oxu...
Orta təhsilini Xırdalan şəhər 2 saylı tam orta məktəbdə alıb. Məktəbi fərqlənmə ilə bitirib. 642 bal toplayaraq Qafqaz Universitetinin Mexanika mühəndisliyi ixtisasına qəbul olub. Elə hər şey bundan sonra başlayıb. Müsahibimiz bu il “Gənclər üçün Prezident mükafatı”na layiq görülən Tariyel Ağazadədir. O, 2020-ci ildə Azərbaycan İnnovasiya Mükafatı üzrə “İlin influenseri” adına da layiq görülüb. 2022-ci ildə “İlin Ekosistem Lokomotivi” nominasiyası üzrə “İlin İnnovasiya Adamı” seçilib.

“Kaspi” qəzetinin müsahibi bu il “Gənclər üçün Prezident mükafatı”na layiq görülən Tariyel Ağazadədir.

“Əvvəl mühəndis olmaq istəyirdim”

T.Ağazadə deyir ki, onu innovasiya sahəsinə gətirən müəllimi olub: “Əvvəl mühəndis olmaq istəyirdim, daha sonra özümü innovasiya, startap sahəsində sınamağa qərar verdim. Müəllimimin şirkətində təcrübəçi olaraq işə başladım. Bir il orada fəaliyyət göstərdim. Təcrübə müddəti bitdikdən sonra elə həmin şirkətdə işə başladım. Daha sonra fəaliyyətimi proqram meneceri olaraq davam etdirdim. Əsası Türkiyədə qoyulmuş və qurucularından biri azərbaycanlı olan startapdan inkişaf üzrə menecer vəzifəsinə dəvət aldım. Orada bir il işlədim. Bu zaman müddətində startapda proseslərin necə getdiyini, biznesin necə qurulduğunu öyrəndim. Sonra Azərbaycanın böyük banklarının birindən iş təklifi gəldi. Orada innovasiya proqramı yaradılırdı və aparıcı mütəxəssis tələb olunurdu. İki ilə yaxındır onlarla çalışıram”.

Uğursuzluqdan dərs almaq

Tariyelin texnologiya sahəsində müxtəlif uğurları mövcuddur: “Əvvəldən texnologiya sahəsinə böyük həvəsim var idi. Universitet vaxtı fikirləşdim ki, özümə bloq yaradım. Bloqumu inkişaf etdirib texnologiya və startap paylaşan bir platforma yaratdım. Onu dövlət qurumuna satdıq. Bu, mənim ilk uğurlu biznes layihəm idi. Amma uğursuz olub fəaliyyətini dayandıranlar da mövcuddur. Sonra düşündüm ki, bu işə daha ciddi yanaşmaq və daha böyük investisiya lazımdır. Texnologiya, startap və innovasiya haqqında olan xəbər platformamı yaratdım. Hər bir uğursuzluq təcrübədir. Uğursuz hesab etdiyiniz layihə zamanınızı, maliyyənizi alır. Amma bunun qarşılığında sizə təcrübə verir ki, növbəti dəfə addım atanda həmin səhvi təkrar etməyəsiniz”.

Uğurlu olmaq üçün ölkənin fərqi yoxdur

Müsahibimiz uğurlu olmağın sirlərindən də danışdı: “Kimisə təqlid etmək, model kimi götürmək olar. Amma getdiyin yol mütləq fərqli olmalıdır. Bəzən deyirlər doğulduğun ölkədən asılı olaraq ya geridə, ya öndəsən. Amma mən düşünürəm ki, hər şey insanın özündən asılıdır. Hər bir insan atacağı addıma və verdiyi qərarlara görə nəticə alır. Hər uğurlu insanın məqsədləri, hədəfləri var. Həmin məqsədə getmək üçün kiçik hədəflərin olmalıdır. Onlara bir-bir çatmalısan. Belə olduqda yorulmadan, ruhdan düşmədən, motivasiyalı böyük məqsədə doğru irəliləyirsən. Mənim məqsədim var idi ki, Azərbaycanda texnologiya sahəsində elə bir media qurum ki, ən azı “TOP 3”də olsun, bir çox brendlərlə işləsin. Növbəti hədəf regionda bu uğuru böyütməkdir. Uzun vədəli məqsədlərdə milyonlarla insan tərəfindən istifadə olunan və qlobal səviyyədə fəaliyyət göstərən startap yaratmaq istəyirəm. Uğurlu olduqdan sonra şirkəti satıb qazancımdan investor kimi azərbaycanlı startapçılara yatırım etmək niyyətindəyəm”.

Startap həyatımızı dəyişir

Müsahibimizin sözlərinə görə, startap dünyada çox yayılsa da, Azərbaycanda yatırım ediləcək layihə yoxdur: “İstifadə etdiyimiz sosial şəbəkələr, taksi xidmətləri və sair - hamısı startapdır. Saniyələr içində milyonlar qazanırlar. Startap həm onu quran adamın, həm ondan istifadə edənlərin həyatını dəyişir. Azərbaycanda startapa daha çox cavan nəsil maraq göstərdiyinə görə bir az qeyri-ciddi yanaşırlar. Amma startap qətiyyən boş bir şey deyil, biznesdir. Ənənəvi biznes kimi market açırıq, restoran qururuq ki, o bizə pul qazandırsın. Startap da eyni məntiqə xidmət edir. Sadəcə, yeni bir şey yaradırsınız və o, insanların həyatını rahatlaşdırmalı, problemlərini həll etməlidir. Bizdə buna yarış kimi baxırlar. Bəzən yaradırlar ki, sırf mükafat alsınlar. Amma son illər atılan addımlar sayəsində insanların startap anlayışı yavaş-yavaş dəyişir, daha düzgün şəklə gəlir. Özəl qurumlar da yatırımlarını innovasiya sahəsinə edir ki, ölkəyə daha çox fayda versin. Azərbaycanda özəl investorlar bu sahəni öyrənib, startaplara yatırım etmək istəyirlər. Hazırda Azərbaycanda investorlarla bağlı problem yoxdur, əksinə, keyfiyyətli startaplar çatışmır. Əvvəl investor da yox idi, startap da”.

Həmçinin biznesin inkişafı üzrə menecer olan Tariyel Ağazadə deyir ki, startap qurarkən tələsmək olmaz: “Tövsiyə edərdim ki, startap quran, yaxud buna maraq göstərən insanlar məhz ekspert olduğu sahə ilə bağlı startap yaratsınlar. Çünki ekspert olduqları sahədə təcrübələri və əlaqələri var. Startapların 90 faizi uğursuz olur. Başlıca məqsəd pul qazanmaq, yaxud istifadəçi yığmaqdır. Baxmalıdırlar ki, startapdan pul qazanırlarmı? Yaxud kütlə yığdıqdan sonra qazanc gətirə biləcəkmi? Bu layihə insanlara lazımdırmı?”

“Özəl şirkətlər çoxlu yatırım edirlər”

Həmsöhbətimiz hər il ölkəmizi dünyada müxtəlif tədbirlərdə təmsil edir: “Ölkəmiz innovasiya və texnologiya sahəsində bir neçə il geridədir. Biz birbaşa onların səviyyəsinə gəlmək üçün radikal addımlar atmalıyıq. Məsələn, Çin inkişaf etməkdə olan ölkədir. Onlar bizdən daha geridə idilər. Texnologiya məsələsinə dövlət o qədər önəm verdi ki, inkişaf etmiş ölkələrdən də önə keçdilər. Tədbirlərdə görürdüm ki, daha maraqlı, kreativ, çətin məsələləri asanlaşdıran startaplar yaradırlar. Xarici ölkələrdə hər bir dövlət qurumunun innovasiya ilə bağlı işi var. Özəl şirkətlər də çoxlu yatırım edirlər. Özləri də startap qururlar, bu texnologiyaları araşdırmaq üçün laboratoriya yaradırlar. Ən bəyəndiyim texnologiya tədbiri İspaniyanın Barselona şəhərində baş tutub. Orada maraq dairəmdə olan ən son texnoloji cihazları təqdim edirlər”.

“Daha çox texnoloji kitablar oxuyuram”

Deyirlər ki, texnologiya ilə maraqlanan insanlar ruhsuz olur, insanlarla ünsiyyət qurmurlar. Tariyel isə deyir ki, buna peşəkar iş kimi baxdığına görə, onda belə deyil. Amma bir çox hallarda sosial media, virtual reallıq insanları real həyatdan uzaqlaşdırır: “Mən platformaya, sosial mediaya daha çox alət, qazanc mənbəyi kimi baxıram. Necə ustaların alətləri olur, mənim də alətim sosial mediadır. Bu alət məni real həyatdan qətiyyən uzaqlaşdırmır, əksinə, daha yaxşı yaşamaq, daha çox pul qazanmaq, inkişaf etmək, insanlarla tanış olmaq üçün vasitə olur. Ayda bir dənə kitab oxuyuram. O da məhz texnoloji, biznes sahəsində olur. Zamanında poetik şeirlər, romanlar oxumağım cəmiyyətə yararlı kadr olmağıma, danışığıma, hərəkətlərimə təsir edib. Amma hazırda vaxt itkisi olmaması üçün işimə tətbiq edə biləcəyim kitablara daha çox diqqət edirəm”.

“Hər il yeni telefon alırıq, amma...”

T.Ağazadənin fikrincə, ölkəmizdə texnologiyadan istifadə yüksək səviyyədə deyil: “Hər il yeni telefon alırıq, amma texnoloji yeniliyinə görə yox, sırf brendinə görə. Bəzən dünyada çox populyar olan yenilik bizim insanlar tərəfindən başa düşülmür. Mən bloqumda insanlara texnologiyanı, texnoloji yenilikləri sevdirmək üçün çox sadə, bəsit dildə izah edirəm. Videoları sadə dildə çəkdiyimiz, hamını nəzərə aldığımız üçün milyonlarla insan tərəfindən izlənilir. Platformada izləyicilərdən gələn maraqlı, texnoloji sualları cavablandırırıq. Ailə-məişət problemləri ilə bağlı sualları cavablandıranda milyonlarla izlənmə gəlir. Məsələn, “yoldaşımın xəyanətini necə tapım”, “telefonunu necə izləyim”, “parolunu necə qıra bilərəm”. Qeyri-qanuni olan şeyləri çalışırıq ki, səsləndirməyək”.

Bloqerlərə qazandıran da insanlardır

İlin influenserilə ölkəmizdə və dünyada məşhur olan influenserliyin sirləri haqqında da söhbətləşdik: “İnfluenserin mənası kütləyə təsir etməkdir. Texnologiya sahəsində kütlə bir az dardır. Çünki hamı bizim videoları izləyib başa düşə bilməz. Gözəllik, yemək mövzusunu sevən insanlar və o sahədə bloqerlər daha çoxdur. Amma texnologiya sahəsində barmaqla sayılacaq, heç 10 bloqer yoxdur. İzləyicimiz az olsa da, qiymətlərimiz onlardan daha bahadır. Çünki dünya brendləri ilə işləyirik, həmçinin kontent daha çətin əmələ gəlir. Brendlər də bizimlə işləməyə məcburdur, çünki başqa keyfiyyətli kontent yaradan yoxdur. Sadəcə, insanlar bloqerlərin bu qədər qazandığını başa düşmək istəmir. Amma onlara qazandıran da elə insanlardır. İnfluenserlər agentlik vasitəsilə işləyirlər, dövlətə vergi ödəyirlər. Daha sonra agentlik bloqerlərə qeyri-rəsmi və ya rəsmi pul köçürür”.

“TikTok”a qadağa qoyulanda heyifsilənirəm”

Tariyel “TikTok” platformasının düzgün istifadə olunmadığını, amma yavaş-yavaş vəziyyətin dəyişə biləcəyini düşünür: “TikTok” çox möhtəşəm bir platformadır, heç bir pis tərəfi yoxdur. “TikTok” istifadəçi sayına görə “Facebook”u da, “Instagram”ı da keçib. Bəzi ölkələrdə qadağa qoyulanda çox məyus oluram. Çünki yaradıcı insanların qazanc, tanınma mənbəyi, sadə insanların isə əyləncə mərkəzidir. Bizim tiktokerlər bu platformanı səhv istifadə edirlərsə, bu, onların günahıdır. “TikTok”da 100 minə yaxın izləyicimiz var. Telefon haqqında bir videomuz 1,7 milyon dəfə izlənilib. Nazirliklərin, qurumların “TikTok” səhifəsi var, öyrədici kontent yaradırlar. Azərbaycanda bu mövzuda dəyişmələr baş verir və daha keyfiyyətli kontentlər gəlir”.

İnsanlarımızın saflığından istifadə edirlər

Dünya ölkələrində müxtəlif konfranslarda olan müsahibimiz bildirir ki, bizdə bankçılıq digər ölkələrdən daha çox inkişaf edib. Azərbaycanda bank və maliyyə sahəsində startapların az olmasına, çox da inkişaf etməməsinə görə banklar bu məsuliyyəti üzərlərinə götürürlər və startap rolunu oynayırlar: “Bəzi ölkələrdə pul köçürmək, kart yaratmaq, proqram yükləmək üçün banka yaxınlaşmalı, rəsmi ərizə yazmalısan. Sadəcə, biz müqayisə edə, inkişafımızı görə bilmirik. Dünya ölkələrində kibercinayətkarlıq, hakerlik çox inkişaf edib, dələduzluqlar daha ciddi, çətin, düşünülmüş və ağıllı şəkildə baş verir. Ölkəmizdə isə insanların kartından pul çəkilməsi, şəxsi məlumatların, şəkillərinin oğurlanması, şantaj olunması son vaxtlar başlayıb. Bizdə daha çox insanların saf olmasından istifadə edirlər. Məlumatların paylaşılması, pullarının çəkilməsi insanlarımızın öz səhvidir. Rəsmi olmayan, məlumatları oğurlayan proqramları yükləyirlər. Bütün banklar bildirir ki, şəxsi məlumatlarınızı heç kimlə paylaşmayın, hətta bank əməkdaşları ilə də”.

Gördüyünüz işlərə dəyər verin

Son olaraq gənclərə tövsiyələr ilə söhbətimizi bitirdik: “Tövsiyəm odur ki, hansı sahədə olursunuz olun, amma işinizi keyfiyyətli görməyə çalışın. İşi yola versəniz, bilin ki, özünüzü yola verirsiniz. Maaşlı işlədiyiniz yerdə belə, işi düzgün görsəniz, oradan öyrənəcəksiniz. İkinci məsələ insanlara faydanız toxunmalıdır. İşlərlə bağlı paylaşımlar edin, görüşlərə gedin, maksimum faydalı olmağa çalışın”.
Ardını oxu...
Azərbaycanda fantastik qiymətə mobil nömrə satılır.

TEREF lent.az-a istinadən bildirir ki,yerli saytların birində yerləşdirilən elanda mobil operatorlardan birinə məxsus nömrənin satış qiyməti fiziki şəxslər üçün 1 milyon 700 min manat təşkil edib.

Məlumatda bildirilib ki, bu nömrə hüquqi şəxslər üçün 17 milyon manatdır. Nömrənin sahibi Gəncə sakini olan İskəndər adlı şəxsdir. Nömrənin sahibi satış qiymətinə endirim etməyəcəyini bildirib.

Məqaləyə dair fotomateriallar:
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Nəqliyyat qaiməsində qeyd olunmayan məhsullar aşkar edilib.

APA-nın Naxçıva bürosunun xəbərinə görə, İran İslam Respublikasından tranzit keçməklə yük gətirən "Reno” markalı yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin "Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat qaiməsində qeyd olunmayan 1270 kq qarışıq ərzaq, müxtəlif qab-qacaq və mətbəx ləvazimatları, məişət əşyaları, tikinti materialları, eləcə də 16600 ədəd aksiz markası olmayan "Milano” markalı siqaret aşkar edilib.

Əlavə olaraq qaimədə qeyd olunan 2000 kq findıq yükü də nəqliyyat vasitəsində aşkarlanmayıb.
 

Dünyapress TV

Xəbər lenti