Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri “Vaqner” özəl hərbi şirkətinin Popasnıdakı qərargahına zərbə endirib.

Bu barədə hərbi müxbir Yuri Kotenok özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Donbassdakı mənbələr də bu məlumatı təsdiqləyib.

Kotenok zərbənin HIMARS qurğusu ilə həyata keçirildiyini bildirib.

Hələ ki, rəsmən təsdiq edilməyən hadisə nəticəsində mümkün tələfat barədə dəqiq məlumat verilməyib.
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsi çox güman ki, uzanacaq. Qarşıda hələ çox döyüş var.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin generalı Sergey Krivonos deyib.

“Britaniyalıların hərbi strateq kimi böyük təcrübələri var. Onlar həmişə həqiqəti söyləyirlər və kiminsə xoşuna gəlməyə çalışmırlar. Hələ qarşıda çoxlu yuxusuz gecə, çoxlu döyüş, çoxlu itki var", - o bildirib.

Generalın fikrincə, düzgün hazırlaşsa və birləşsə, Ukraynanın bu müharibədə qalib gəlmək üçün böyük şansı var:

"Bütün Ukrayna uzun sürən müharibəyə hazırlaşmalıdır: İlk növbədə, dövlət iqtisadiyyatı, infrastrukturu və ordu uzunmüddətli müharibəyə hazır olmalıdır. Bunsuz müharibənin davam etdirilməsi mümkün deyil”.

Qeyd edək ki, Böyük Britaniya kəşfiyyatının rəhbəri general Cim Hokkenhal Ukraynada müharibənin hələ uzun müddət davam edəcəyi haqqında bəyanat yaymışdı.
 
Ardını oxu...
Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat dronu sifariş edib.

Bu barədə tanınmış livanlı tədqiqatçı və jurnalist Elayca Maqye öz mənbələrinə istinadən məlumat yayıb.

“Bir neçə dron və rusiyalı zabitlərin təlim keçdiyi simulyatoru tədarük etdikdən sonra Rusiya İranla 1000 PUA-nın alınması üçün müqavilə imzalayıb. İlk pilotsuz təyyarələr artıq Ukraynada istifadə olunub”, - Maqye bildirib.

Onun sözlərinə görə, son on ildə Rusiya dron sənayesinə lazımi diqqət və sərmayə qoymayıb. Lakin ABŞ-ı qabaqlayaraq, hipersəs raketlərinin hazırlanmasına diqqət ayırıb. Amma Ukrayna müharibəsi sübut etdi ki, pilotsuz aparatlar hər bir ordu üçün daha lazımlı vasitədir.
 
Ardını oxu...
Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi birgə bəyanatla çıxış edərək Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasından dərhal qoşunlarını və şəxsi heyətini çıxarmağa çağırıb.

“Report” xəbər verir ki, bəyanat Avropa İttifaqının Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin rəsmi saytında dərc olunub.

Qeyd olunub ki, Rusiya hərbçilərinin və silahlarının nüvə obyektində yerləşdirilməsi qəbuledilməzdir, MAQATE-nin bütün üzvlərinin hörmət etməyi öhdələrinə götürdükləri təhlükəsizlik və təminat prinsiplərini pozur.

Bildirilib ki, Zaporojye AES-də Rusiya hərbi qüvvələrinin olması operatora və Ukrayna hakimiyyətinə beynəlxalq konvensiyalara, MAQATE-nin təhlükəsizlik standartlarına uyğun olaraq nüvə və radiasiya təhlükəsizliyi üzrə öhdəliklərini yerinə yetirməyə mane olur.

Sənəddə qeyd edildiyi kimi, Rusiyanın işğalı və Ukraynanın nüvə obyektlərində mövcudluğunu davam etdirməsi nüvə insidentləri və qəza riskini xeyli artırır.
 
Ardını oxu...
Ermənistan Müdafiə Nazirliyi müqaviləli hərbçinin qəfil öldüyünü açıqlayıb.


Məlumata görə, bu gün günorta saatlarında 41 yaşlı Manvel Tadevosyanın səhhəti kəskin şəkildə pisləşib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Mənbə: Sputnik
 
Ardını oxu...
Qazaxıstan və Gürcüstan Rusiya Federasiyasının Ukraynadan sonra onlarla müharibə edəcəyindən qorxurlar.

Axar.az xəbər verir ki, bu barədə "Dey Uelt" nəşrinin materialında deyilir.

"Kreml hakimiyyəti Qazaxıstan və Gürcüstana hücum edə bilər. Rusiya Federasiyasının bəzi partiyalarının açıq şəkildə təcavüz miqyasının genişlənməsinə eyham vuran və SSRİ-ni “bərpa etmək” arzusunda olan bəyanatları narahatlıq doğurur", - məqalədə bildirilir.
 
Ardını oxu...
Türkiyə Silahlı Qüvvələri tarixində ilk qadın generalı qeydə alınıb.

Türkiyənin Rəsmi Qəzetinin avqustun 13-də verdiyi xəbərə görə, bu, Jandarma Baş Komandanlığının rəhbəri, daha əvvəl baş polkovnik rütbəsi daşıyan Özlem Yılmazdır.

İndi o, Türkiyə Jandarma və Sahil Mühafizəsi Akademiyasının vitse-prezidenti vəzifəsini yerinə yetirəcək.

Yılmazın öncəki vəzifəsini isə general Arif Çətin icra edəcək.
Ardını oxu...
 
Ardını oxu...
"Finlandiyanın NATO-ya qoşulmasından sonra Estoniya ilə sahil müdafiəsini birləşdirəcəklər. Bu da Rusiya hərbi gəmilərinin Baltik dənizinə çıxışını bağlayacaq".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri yerli mediaya müsahibəsində Estoniyanın Müdafiə naziri Hanno Pevkur deyib. "Estoniya və Finlandiya raketlərinin uçuş məsafəsi Finlandiya körfəzinin genişliyini aşır", - Pevkur bildirib.
Ətraflı

Pevkur Finlandiyanın Müdafiə naziri ilə görüşdə ölkələrin müdafiəsini birləşdirmək və məlumat mübadiləsi aparmaqla bağlı razılıq əldə etdiklərini vurğulayıb. Onun sözlərinə görə, birgə raketdən müdafiə sistemi Finlandiya körfəzini Rusiya hərbi gəmiləri üçün bağlayacaq. "Finlandiya və İsveç ittifaqa daxil olandan sonra Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək", - Pevkur vurğulayıb.

Xatırladaq ki, İsveç və Finlandiya Rusiyanın Ukraynaya müdaxiləsi fonunda bitərəf statuslarından imtina edərək NATO-ya üzv olmaq qərarına gəliblər. Onların alyansa daxil olması təşkilata üzv olan 30 ölkənin hamısı tərəfindən təsdiqlənməlidir. Avqustun 4-nə olan məlumata görə, 23 dövlət yeni üzvlər haqqında sazişi ratifikasiya edib.
 
 
 
Ardını oxu...
“Müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 4293 tank və zirehli texnika məhv edilib”.

Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

Ukrayna Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Briqadasının itkilərinin 2000-dən çox olduğunu deyən Konaşenkov 28-ci Mexanikləşdirilmiş Briqadanın müvəqqəti mövqelərinə yüksək dəqiqlikli silahlarla hücum zamanı 100-ə yaxın əsgər və 9 hərbi texnikanın məhv edildiyini vurğulayıb.

O, Donetsk vilayətində 58-ci motoatıcı briqadanın 40 əsgərinin və 5 avtomobilin məhv edildiyini, Rusiya qüvvələrinin Ukraynadakı hərbi ünsürlərə qarşı hücumlarını davam etdirdiyini bildirib.

Son 24 saat ərzində Ukrayna ordusuna aid 5 idarəetmə mərkəzi, 6 silah-sursat anbarı və anbarın məhv edildiyini qeyd edən Konaşenkov Donetsk bölgəsində ABŞ-ın Ukraynaya göndərdiyi “AN/MPQ-64” RLS-in də vurulduğunu deyib.

Mətbuat katibi Konaşenkov Ukraynada bu günə kimi 267 təyyarə, 146 helikopter, 1732 pilotsuz uçuş aparatı, 365 hava hücumundan müdafiə raket sistemi, 4293 tank və zirehli texnika, 797 çoxbarelli reaktiv yaylım atəşi sistemi, və 3290 haubitsa məhv edildiyini qeyd edib.
 
Ardını oxu...
Türkiyə ordusu ölkənin “Defence Technologies Engineering and Trade Inc” şirkəti tərəfindən hazırlanmış TOGAN kvadrokopterlərini alıb.

Bu barədə “Report” TRT telekanalının saytına istinadən xəbər verir.

Pilotsuz uçuş aparatı təxminən 1 metr diametrə malikdir və atəşin tənzimlənməsi, kəşfiyyat və müşahidə funksiyalarını yerinə yetirə bilir. O, 45 dəqiqə havada qala bilir və buraxılış yerindən 10 km-ə qədər məsafəni qət edə bilir.

TOGAN 30x böyütmə qabiliyyətinə malik infraqırmızı kamera ilə təchiz olunub. Kompüter görmə sistemi platformaya hərəkət edən hədəfləri avtonom şəkildə izləməyə imkan verir.

Batareya az olduqda, dron missiyanı başqa cihaza ötürür və bazaya qayıdır. Beləliklə, obyektlərin davamlı monitorinqini təşkil etmək mümkündür.
 

Dünyapress TV

Xəbər lenti