Ardını oxu...
Türkiyənin yerli zenit-raket kompleksi “Sipər”son sınaqlarda yüksək sürətlə 100 kilometrdəki hədəfə çatıb.

Buta.ws xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi rəhbəri İsmayıl Dəmir deyib.

“Siper” uzaqmənzilli zenit-raket kompleksimiz addım-addım yüksəlir. Son sınaq atışında “Sipər” yüksək sürətli hədəflərə qarşı 100 kilometrə çata bildiyini göstərdi. Siper bu uğurlu zərbə ilə daha bir mərhələni tamamladı", - Dəmir bildirib.

Qeyd edək ki, “Sabah” qəzeti türk sistemlərinin S-400 və Patriot sistemlərinə alternativ olacağını yazır.
 
Ardını oxu...
Rusiyanın Ukraynanı işğalı yeddinci aya girdi. Tərəflərdən heç biri qəti qələbəyə, yaxud məğlubiyyətə yaxın görünmür. Gələn aylarda bu münaqişədə nə gözləmək olar? AzadAvropa/AzadlıqRadiosunun müxbiri Mayk Ekel bu haqda yazır.

“Növbəti altı ayda müharibə zəif atəşlə qaynamağa davam edəcək, hər iki tərəf hərbi və iqtisadi itkilər verəcək. Kompromis tapmaqla bağlı söhbətlər daha ucadan eşidiləcək”, – Berlindəki Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Mariya Şaqina deyib.

İqtisadi göstəricilər
Münaqişədə yaxın və uzaq gələcəkdə izlənəcək birinci məsələ iqtisadiyyatla bağlıdır. Rusiyanın İqtisadiyyat Nazirliyi avqustun 17-də yaydığı proqnozda ölkədə ÜDM-nin ilin sonunadək 4.2 faiz azalacağını, inflyasiyanın 13.4 faiz olacağını bildirib. Daha öncəki proqnozlar, o cümlədən Beynəlxalq Valyuta Fondunun gözləntiləri daha bədbin idi.

Bəzi ekspertlər işğala görə Qərbin sanksiyalarının hələ Rusiya iqtisadiyyatına tam təsir göstərmədiyini, tam təsirin gələn aylarda üzə çıxacağını düşünürlər.

“Əlçatan istehlak mallarının, hətta ərzaq məhsullarının keyfiyyəti və kəmiyyəti azalacaq. İnflyasiya real maaşlara daha çox təsir göstərəcək. Ölkədə zavodlar dayanacaq, işçilər ya çıxarılacaq, ya da uzunmüddətli məzuniyyətə göndəriləcək”, – Los Ancelesdəki Kaliforniya Universitetində siyasi təhlilçi və Rusiya siyasəti üzrə ekspert Daniel Treysman deyib. Onun fikrincə, bütün bunlar narazılıq yarada bilər.

Ukrayna iqtisadiyyatına gəlincə, Rusiyanın hücumları nəticəsində ÜDM, Dünya Bankının hesablamasına görə, yarıbayarı azala bilər. Müharibə uzandıqca göstəricilər də pisləşir. Ukraynanın Qara dəniz limanlarının blokadası nəticəsində dayanan kənd təsərrüfatı malları ixracı təzəlikcə bərpa olunub.

Büdcə defisiti mayda 4 milyard dollara, iyunda 6 milyard dollara çatıb.

Qərbin donor ölkələri və maliyyə qurumları Ukrayna büdcəsinə dəstək üçün milyardlarla avro vəd etsələr də, bu məbləğin kiçik bir hissəsi göndərilib. Bunu Almaniyada yerləşən Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutu bildirir.

Baş nazir Denis Şmihal mayda deyirdi ki, müharibə bitəndən sonra ölkənin bərpası təxminən 750 milyard dollara başa gələcək.

Qış gəlir
Müharibədə izlənəsi ikinci məqam qışın yaxınlaşması ilə bağlıdır. Ötən həftə Rusiyanın Gazprom dövlət qaz monopolisti bildirib ki, Şimal axını kəmərilə qaz təchizatı üçgünlük kəsiləcək. Şirkət bunu təmir və profilaktika işləri ilə izah edir. Ancaq daha öncə qaz təchizatında 10 günlük fasilə yaranmışdı.

Bir sıra Avropa ölkələri bu il enerji təchizatında çətinliklə üzləşə bilərlər. Almaniya ölkə boyunca enerji istehlakını azaltmağa çalışır: dövlət idarələrini termostatları aşağı salmağa, hovuz və idman zallarında isti suyu kəsməyə çağırıb, hətta nüvə istehsalı zavodlarını işə salmağı nəzərdən keçirir.

Avropa İttifaqının icraedici orqanı blok üzvlərini Rusiyadan qazın tamamilə kəsilməsinə hazır olmağa çağırıb.

Ancaq bəzi ekspertlər Rusiyanın da Avropadan asılı olduğunu, qazını sataraq ixrac gəlirlərini artırdığını deyirlər. Bu isə Gazprom-un qazı tamamilə kəsməyini önləyə bilər.

Daxili siyasət
Müharibədə daha bir məqam daxili siyasətdir. 2019-cu ildə prezident seçilən Zelenskinin reytinqi işğaldan öncə aşağı idi. Mayda keçirilən rəy sorğusuna görə, ukraynalıların 90 faizə yaxını onun rəhbərliyini müsbət dəyərləndirir.

Londondakı Chatham House təhlil mərkəzindən Orisya Lutseviç deyir ki, hazırda Zelenskinin ritorikası və hərəkətləri ukraynalıların Rusiya üzərində təsəvvür etdiyi qələbəyə çox uyğundur. Ancaq onun sözlərinə görə, müharibə davam etdikcə, qışda problemlər çıxdıqca ukraynalıların da səbri tükənəcək.

“Ukrayna sanki tufana düşmüş gəmidir, batmaması üçün təmir edilməlidir. Bu qış bir çox evlər üçün çətin keçəcək, bu isə siyasi təzyiqi artıra bilər. Ancaq müharibənin aktiv fazası davam etdikcə indiki əsas siyasi oyunçuların hamısı müharibəyə fokuslanıb, Zelenskiyə meydan oxumayacaq. Cəmiyyət xarici düşmənə qarşı birləşir”, – təhlilçi vurğulayır.

Rusiya Prezidenti Vladimir Putinin hesab-kitabı isə başqadır. Hələ işğaldan öncə vətəndaş cəmiyyətini, müstəqil medianı sıxışdırmağa başlayan Kreml müharibədən sonra divantutmamı gücləndirib. Fevralın 24-dən bəri Rusiya sürətlə mütləq avtoritarizmə doğru getməyə başlayıb. Adamlar hətta Ukrayna müharibəsi haqda sual verməyə görə həbs edilirlər.

Təhlilçi Treysman deyir ki, ölkə iqtisadiyyatında pisləşmə tendensiyalarını, ictimai fikri, eyni zamanda Rusiyanın hərbi vəziyyətini idarə etmək böyük bacarıq və diqqət tələb edəcək, asan olmayacaq.

Qərb müharibədən yorulurmu?
Artıq Almaniya Kansleri Olaf Şoltsun populyarlığı dekabrda vəzifəyə keçəndən ən aşağı həddə düşüb.

Fevralın 24-dən Ukraynaya 9 milyard dollarlıq avadanlıq vermiş ABŞ-da Prezident Co Baydenin populyarlığı azalır. Səbəblər yüksək inflyasiya, yanacağın bahalanması, COVID-19 qadağalarından narazılıqdır. Noyabrda Konqres seçkilərində Demokrat Partiyası Konqresə nəzarəti itirə bilər.

Getdikcə daha çox ekspert xəbərdarlıq edir ki, müharibə uzandıqca Qərbin Ukraynaya dəstəyi azala bilər. Bu qış Avropada enerji təchizatında böyük kəsinti, yaxud ABŞ-da benzinin qiymətində kəskin bahalanma olaraq bu təhlükə ikiqat artar.

Konqresə nəzarət respublikaçıların əlinə keçsə belə, Ukraynaya güclü dəstək qalacaq, müəllif yazır.

Qələbəsiz sülh
Son bir neçə həftədə Ukraynada cəbhə xətləri çox dəyişməyib. Rusiya şərqi Donbas regionunda Luqansk vilayətini bütünlükdə, Donetskdə isə bəzi əsas şəhərləri ələ keçirdiyini deyir.

Rusiya taktiki batalyon qruplarının bir hissəsini cənub-qərbə yönəldib, çünki Ukrayna Xerson vilayətində böyük əkshücuma keçəcəyini deyirdi.

Təhlilçilər deyirlər k, bu müharibədə düzgün sual müharibəni kimin udacağı deyil, “Qələbə nə deməkdir” olmalıdır.

Ukrayna üçün cavab Donbasa nəzarətin bütünlükdə bərpasıdır, hətta 2014-cü ildən Rusiyanın nəzarətinə keçən ərazilər, sonucda Krım da daxil olmaqla.

Rusiya üçün cavab daha mürəkkəbdir, çünki Kreml müharibəyə dair əsaslandırmaları dəyişir. İşğalı ilkin vaxtlarda Ukraynanın “demilitarizasiyası”, “denasifikasiyası” ilə izah edən Rusiya Ukraynada rusdilli əhaliyə qarşı “soyqırımı” iddiaları da səsləndirib.

London Kral Kollecinin fəxri professoru Lorens Fridman bu üzücü müharibədə üstünlüyün Ukrayna tərəfdə olduğunu deyir.

“Rusiyanın hərbi mövqeyi pisləşir, Qərbin Ukraynaya dəstəyi isə azalmayıb. Buna görə üstünlük Ukraynadadır”, – deyən professorun fikrincə, Kreml özünün qələbəyə aparan etibarlı yolda olduğunu nə qədər göstərə biləcəyinin planını qurmalıdır.
preesklub
 
Ardını oxu...
“Ukraynanın kifayət qədər canlı qüvvəsi var. Lakin kifayət qədər silahı yoxdur”.

“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov “YouTube” kanalında yayımlanan verilişdə çıxış edərkən deyib.

“Fakt budur ki, biz də yorulmuşuq. Niyə ayağa qalxıb hücuma keçə bilmirik? Çünki heç nəyimiz yoxdur. Hazırda döyüşlərin intensivliyi azalıb. Hazırkı məqamda hərbi ehtiyatını ilk formalaşdırıb cəbhə xəttinə yönəldən, döyüş meydanında böyük üstünlük qazanacaq", - hərbi ekspert bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna hərbi ehtiyatlarını formalaşdırmaqla məşğuldur: “Əsgər və zabitlərimiz hərbi təhsil almaqda davam edirlər. Həmçinin tərəfdaş ölkələrdən yeni silahların gəlməyini gözləyirik. Bu müddət ərzində Rusiya da səfərbərliklə yeni qüvvələr toplamağa və anbardakı silahlarını döyüş meydanına daşımağa çalışır”.
 
Ardını oxu...
NATO Ukraynada müharibəyə qoşula bilər və gözləyir ki, Rusiya Federasiyası nə vaxt bana bəhanə verəcək.

Bu barədə «FREEDOM» kanalının efirindən Ukrayna silahlı qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Oleq Jdanov danışıb («UNİAN»).

«Lap əvvəldən Putin istərdi ki, NATO bu müharibədə iştirak etsin, - bir şərtlə. O, həmişə situasiyaya nəzarət etmək istəyir, Putinin arzusu budur ki, NATO bu müharibəyə daxil olmaqda ilk addımı atsın. Sonra isə anlayaraq ki, NATO ilə vuruşmaq özünəqəsd kimi bir şeydir, Putin o saat danışıqlar prosesinə başlamaq məsələsini təklif edərdi… Bu halda Ukrayna Rusiya Federasiyası və Alyans arasındakı danışıqlarda «xırda pul» rolunda çıxış edərdi» - Jdanov bəyan edib.

Onun fikrincə, Alyans bu gün elə kurs götürüb ki, müharibəyə qoşulmağa hazırdır, amma Rusiya tərəfdən ilk zərbəni gözləyir.
 
Ardını oxu...
Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinin

Çaplino qəsəbəsinin dəmir yolu vağzalına raket zərbəsi endiriblər.

Son məlumatlara görə, zərbə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb.

Artıq bir sıra rəsmilər, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hadisəni qınayan bəyanatlarla çıxış ediblər.

“Müharibə cinayətləri cəzasız qalmayacaq. Ukrayna ilə beynəlxalq həmrəylik isə geri çəkilməyəcək”, - deyə Mişel qeyd edib.
Ardını oxu...
“Müharibə danışıqlar masası arxasında bitəcək.”

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Biz Ukraynanın Avropada müstəqil suveren dövlət kimi qalib gəlməsini dəstəkləyəcəyik və o zaman bu müharibə çox güman ki, danışıqlar masası arxasında bitəcək.”

"Və bunun nəticəsi tamamilə döyüş meydanındakı gücdən asılı olacaq, buna görə də onları dəstəkləyirik",-deyə sonda NATO-nun baş katibi qeyd edib.
 
Ardını oxu...
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın kütləvi raket zərbələri endirməməsinin səbəbini açıqlayıb.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov danışıb.

“Rusiyanın hücum tempi xeyli aşağı düşüb. Çünki Rusiya ordusu tükənib. Həmçinin qarşı tərəfdə mənəvi və psixoloji yorğunluq yaranıb”, - Budanov söyləyib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bu gün- Ukraynanın Dövlət Müstəqilliyi Günündə təxribatların gözlənildiyi barədə xəbərdarlıq etmişdi.
 
Ardını oxu...
Dünən Krım Platformasının online formatda zirvə toplantısı keçirildi.

Ötən il keçirilən təsis mərasimində 45 dövlət və beynəlxalq təşkilat nümayəndəsi iştirak etdiyi halda, bugünkü toplantıya 60-dan çox dövlət, hökumət başçısı və digər rəsmi təmsilçilər qatılmışdı. (Polşa prezidenti Anjey Duda Ukrayna rəhbərliyi və Krım tatarlarının liderləri ilə bərabər fiziki olaraq orada idi.)

Diqqəti cəlb edən ən önəmli, həm də paradoksal məqam bundan ibarətdir ki, Rusiya dövlətinin bütün gücü ilə Ukrayna üzərinə hücuma keçdiyi bir dövrdə keçirilməsinə baxmayaraq, yığıncaqda Krımın geri qaytarılacağına dair nikbinlik var idi. Ukrayna rəhbərliyi buna inanır, tərəfdaş ölkələr də ən azından bunu artıq qeyri-mümkün saymırlar.

Polşanın mövqeyini xüsusi qeyd etmək lazımdır. Prezident Duda bildirdi ki, təkcə 23 fevrala olan vəziyyətə qayıtmaq doğru olmaz, Krımı da mütləq şəkildə azad etmək gərəkdir və Polşa son ana qədər Ukraynanın yanında olacaq. Fransa prezidenti Makron sərt mövqe ortaya qoyaraq bəyan etdi ki, Rusiyaya qarşı zəiflik göstərmək və onunla hər hansı kompomisə getmək olmaz: “Çünki söhbət hamımızın azadlığından gedir”. Türkiyə prezidenti Ərdoğan videomüraciətində gözlənilmədən “Krım Ukraynaya qaytarılmalıdır”, dedi. R.T. Ərdoğanın real siyasəti bu mövqeyə heç uyğun gəlməsə də, hər halda, Türkiyə dövlətinin dünyaya elan olunan, rəsmi qeydlərə keçən mövqeyi kimi bu sözlər önəm daşıyır. (Burada daxili siyasət faktoru da rol oynayır. Türkiyədə 5-6 milyon Krım kökənli türk var və ölkə rəhbərliyi zaman-zaman onlara isti mesaj göndərmək ehtiyacı hiss edir.)

Digər dövlət, hökumət başçıları, NATO, Avropa Birliyi rəhbərləri də bənzər çıxışlar etdilər.

Artıq Qərbdə tam dərk edilir ki, güclü Ukrayna dövlətinin mövcudluğu avroatlantik təhlükəsizlik baxımından kritik önəmə sahibdir, belə bir Ukrayna aqressiv, imperialist Rusiyanın qarşısını kəsən çox mühüm bufer rolunu oynayır və gələcəkdə də oynayacaq.

Bu dəstəkdən ruhlanan Ukrayna prezidenti Zelenski mövcud durumda Rusiya ilə danışıqlara getməyəcəklərini, işğal altındakı əraziləri geri qaytarmaq üçün müharibəni davam etdirəcəklərini, Krımda Ukraynanın və Krım tatarlarının bayraqlarının dalğalanacağı günün uzaqda olmadığını bildirdi.

Şahin Cəfərli, politoloq
 
Ardını oxu...
ABŞ və Cənubi Koreya son illərin ən böyük birgə hərbi təliminə başlayıb.
Təlimlər sentyabrın 1-dək davam edəcək.
Təlimlərdə məqsəd Şimali Koreyadan gələn təhlükəyə qarşı hazırlığın artırılmasıdır. Belə ki, Şimali Koreya bu il rekord sayda raket sınaqları keçirib, həmçinin Seul və Vaşinqtonu dəfələrlə təhdid edib.
 
Ardını oxu...
Rusiya hərbi qüvvələri Donbas və Zaporojye vilayətlərində bir neçə istiqamətlərdə hücuma keçib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, əsasən yaşayış məntəqələrini hədəf alan hücumlar bütün istiqamətlərdə dəf edilib.
 

Dünyapress TV

Xəbər lenti