Bu il sülh müqaviləsi imzalana bilər? - ŞƏRH
Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur. Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Spiker qeyd edib ki, sərhəd dirəyinin quraşdırılmasına görə çox şaddır. A.Simonyan hesab edir ki, bu gün Tavuş vilayəti əvvəlkindən daha çox qorunur: "Mənim zəmanətim qanuni sərhəddir. Zəmanət ondan ibarətdir ki, Azərbaycan tanıyıb ki, bu sütundan sonra Ermənistan var. Dünyada heç kim bundan böyük zəmanət fikirləşməyib. Biz, ümumiyyətlə, müharibə haqqında fikirləri həm erməni, həm də Azərbaycan gündəliyindən çıxarmalıyıq - bax bu, əsl zəmanətdir". Simonyan qeyd edib ki, etirazçılar üçüncü tərəfin təhriki ilə Ermənistan və Azərbaycan arasında münaqişəni qızışdırmağa çalışır: "Dayanmadan mövqelər qura və gücləndirə bilərik, sonra onlar “Bayraqdar”ları və tankları ilə bizə hücum edəcəklər. Bu, zəmanət deyil. Zəmanət qanuni, qarşılıqlı tanınan sərhəddir. Doğrudanmı kimsə bizim yaxşı mövqelərimizdən Azərbaycana, Türkiyəyə, Pakistana qarşı döyüşə biləcəyimizi düşünür? Bu, kəmiyyət məsələsidir". Xatırladaq ki, aprelin 23-də Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.
"Turan" İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev "Sherg.az"a açıqlamasında deyib ki, ümumiyyətlə, müharibədən sonra baş verənlərə nəzər yetirsək, prosesin doğru istiqamətdə getdiyini söyləmək mümkündür. Analitik hesab edir ki, proses nisbətən ləngisə də, hətta İrəvanın özü də zaman-zaman gedişatı yubatmağa çalışsa da, ümumən proses həm Azərbaycanın, həm də beynəlxalq cəmiyyətin istədiyi kimi irəliləyir: "Çox vacib məsələ odur ki, müəyyən güclər - ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə, İran, Gürcüstan, Orta Asiya ölkələri, MDB dövlətləri bu məsələdə Azərbaycanı dəstəkləyirlər. Ermənistanın son 4 ildə manevrləri, gah Qərbə, gah da Rusiyaya tərəf yönəlməsi heç bir nəticə verməyib. Əksinə, İrəvana etimadı azaldıb. Ona görə də indi erməni tərəfi demarkasiya prosesinə başlayıbsa, bunu xoş niyyətdən daha çox məcbur qaldıqları üçün edirlər. Hesab edirəm ki, bundan sonra proses sürətli şəkildə gedəcək və məsələ öz həllini tapacaq. Açığı, mən bu prosesdə hansısa problemin yaranacağını düşünmürəm. Hətta prosesin bu il ərzində sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyini demək mümkündür. Düzdür, Ermənistanda müəyyən aksiyalar təşkil olunur. Ötən gün qondarma soyqırımın ildönümünə həsr olunmuş aksiya keçirtdilər. Amma bunlar sonuncu cəhdlər idi və onunla da bitdi. Bundan sonra hansısa ciddi müqavimətin olacağını düşünmürəm".

M.Əliyev vurğulayıb ki, Ermənistan kənar güclərin də dəstəyindən ümidi kəsib: "Fransa Ermənistanın müttəfiqi olduğunu deyir. Erməni tərəfi Fransaya çox böyük ümidlər bağladı ki, guya, Paris hər şəraitdə İrəvanı müdafiə edəcək, onun təhlükəsizliyini təmin edəcək və s. Hadisələrin gedişatı isə göstərdi ki, Fransa Ermənistana heç nə vermək iqtidarında deyil. İrəvanın son ümidi Fransa idi və o da puç oldu. Əksinə, Fransa Ermənistana yardım məqsədilə heç nə bacarmadığını göstərmək üçün əlindən gələni etdi. Sonda dedi ki, gedin, öz probleminizi özünüz həll edin. Təxmini vəziyyət budur".

Bölmənin digər xəbərləri

18 May 2024 Ərdoğan TDT ölkələrinin şəxslərini qəbul edib
18 May 2024 Avropadan Almatı görüşünə daha bir REAKSİYA
17 May 2024 “BİZİ XAOS GÖZLƏYİR” - “Putin mənimlə şəxsi söhbətində dedi ki...”
16 May 2024 Çin səfəri öncəsi Putin Ukrayna müharibəsi ilə bağlı danışıqlara hazır olduğunu bildirib
16 May 2024 Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
16 May 2024 Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
16 May 2024 QUBAD İBADOĞLU SİYASİ FƏALİYYƏTİNİ DAYANDIRDI - Partiyanı buraxdı
15 May 2024 "Cənubi Qafqazda sülhə razı olan Qərb və müttəfiqləri artıq Paşinyan hakimiyyətini dəstəkləyirlər"
14 May 2024 Dövlət Departamenti: “ABŞ Bakı ilə İrəvan arasında sülhün mümkünlüyünə əmindir” - VİDEO
14 May 2024  ATƏT Bakı ilə İrəvan arasında sülhə necə töhfə verə bilər? - BUNDAN SONRA...
14 May 2024 Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
13 May 2024 Zurabişvili "xarici təsirin şəffaflığı haqqında" qanunun icrasını noyabra qədər təxirə salmağı təklif edib
11 May 2024 Irəvandan Moskvaya xəyanət: Ermənistanda iki qat oyun gedir
10 May 2024 “Azərbaycan bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib”
10 May 2024 Paşinyana qarşı impiçment prosesi başladılır
10 May 2024 Zelenski: "Avropa yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib"
10 May 2024 Repressiyalar, totalitarlaşma, NATO ilə müharibə - Yeni müddət, köhnə siyasət
09 May 2024 CHP-nin sədri Azərbaycana səfər edəcək
09 May 2024 Cevdet Yılmaz: "Azərbaycan və Türkiyə sərbəst ticarətin təmin olunmasını müzakirə edir"
08 May 2024 Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Dünyapress TV

Xəbər lenti