Ardını oxu...
“Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Qaydaya bu anlayışlar əlavə edilir:

- dərman vasitəsinin qeydiyyat tarixi - eyni təsiredici maddə və ya eyni təsiredici maddə kombinasiyalı dərman vasitələrində, həmin təsiredici maddə və ya təsiredici maddə kombinasiyalı bir dərman vasitəsinin Avropa İttifaqında () ilk dəfə qeydiyyata alındığı tarix və ya bu tarixi müəyyən etmək mümkün olmadıqda, həmin təsiredici maddə və ya təsiredici maddə kombinasiyalı bir dərman vasitəsinin məlum olan ilk qeydiyyat tarixi;

- dərman vasitəsinin beynəlxalq qeydiyyat tarixi – yuxarıda nəzərdə tutulmuş dərman vasitələri istisna olmaqla hər hansı bir ölkədə dərman vasitəsinin ilk qeydiyyat tarixi;

- məlumat kilid tarixi - dövri olaraq yenilənən təhlükəsizlik hesabatında verilən məlumatların toplanmasının bitdiyi tarix.

Həmçinin, sözügedən qaydaya edilən dəyişikliklə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri (RİP, DYTH, FSƏD) artıq türk dilində də təqdim ediləcək.
 
Ardını oxu...
İtlər bir sıra təhlükəli xəstəliklərin daşıyıcısıdır, bəziləri insanlar üçün ölümcüldür.

“Cebhe.info”-nun “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Kino Federasiyasının prezidenti Vladimir Qolubev deyib.

Qolubevin sözlərinə görə, itlərin keçirdikləri xəstəliklər arasında exinokokkoz, quduzluq, hətta vərəm də var:

“Bəli, itlər də vərəmdən əziyyət çəkirlər və onu insanlara keçirə bilərlər. Ev heyvanları qida yolu ilə, məsələn, xəstə heyvanın ətini yeməklə, heyvandan və ya insandan hava damcıları ilə yoluxa bilər”.

Eyni zamanda, insanın özü də ev heyvanını yoluxdura bilər.

Mütəxəssis it sahiblərini öz vəziyyətlərinə nəzarət etməyə və peyvəndləri heç vaxt özbaşına ləğv etməməyə çağırıb.
 
Ardını oxu...
Dünyada xərçənglə bağlı çoxlu araşdırmalar aparılır. Qazi Universiteti Tibb Fakültəsinin alimi Prof. Dr. Uğur Coşqun kolorektal xərçəngindən danışıb. O, mart ayında kolorektal xərçənglə bağlı maarifləndirmə üçün bir çox tədbirin təşkil edildiyini bildirib.

Tribunainfo.az xəbər verir ki, alim Qərb üsulu qidalanma vərdişlərinin bağırsaq xərçəngi riskini artırdığını bildirib.

U.Coşkun qırmızı ət, sosiska, salam kimi işlənmiş qidaların həddindən artıq istehlak edilməməsini tövsiyə edib.

O, “Cancer Epidemiology, Biomarkers, Prevention” jurnalında dərc olunan son araşdırmaya da aydınlıq gətirilib.

ABŞ-da nəşr olunan bu araşdırmaya 29 min 482 bağırsaq xərçəngi və 39 min 635 qeyri-xərçəng hadisəsi daxildir.

Araşdırmada çox miqdarda qırmızı ət istehlak edənlərdə bağırsaq xərçəngi riskinin 30 faiz, salam və kolbasa kimi işlənmiş qidaları istehlak edənlərdə isə 40 faizdən çox olduğu qeyd edilib.
 
 
 
Ardını oxu...
Toyuq yumurtasının faydalı olub-olmadığı təkcə onların keyfiyyətindən deyil, həm də hazırlanma üsulundan asılıdır.

TEREF lent.az-a istinadən bildirir ki, maksimum fayda əldə etmək üçün yumurtanın necə yeyilməsinə diqqət edilməlidir.

Qidalanma mütəxəssisləri mütləq qaynadılmış yumurtaya üstünlük verməyi məsləhət görürlər. Çünki qızardılmış yumurta daha zərərlidir. Yumurta nə qədər çox qızardılırsa, onların tərkibində bir o qədər pis xolesterin və kanserogen olur.

Çiy yumurtaya gəlincə, onları yemək sağlam insanda belə həzm problemlərinə səbəb ola bilər.

Bundan əlavə, çiy yumurta yemək salmonellyozla doludur.
 
Ardını oxu...
Dəniz qorxusu da adlandırılan talassofobiya göllər, dənizlər və okeanlar kimi böyük su hövzələrindən qorxmaqdır.
Talassofobiya sözü dəniz və qorxu mənasını verən iki yunan sözünün birləşməsindən əmələ gəlib və dəniz qorxusu deməkdir. Bir sözlə, talassafobiya böyük su hövzələrindən qorxmaq deməkdir. Talassofobiyası olan insanlar okean, dəniz və böyük göllərdən qorxurlar. Əgər dəniz qorxusu varsa, narahatlığınız düşünəndə, görəndə və ya dənizə getdikdə başlayır. Talassofobiyanızın şiddətindən asılı olaraq, narahatlığınız dəniz fotosuna baxan və ya dəniz sözünü eşidən kimi başlaya bilər.
Talassofobiyanın səbəbləri nələrdir?
Talassofobiyanın bir çox səbəbi ola bilər. Bu amillərdən biri su ilə pis təcrübədir. Məsələn, üzməyi bilmədiyiniz zaman dənizə və ya gölə düşmək, üzərkən böyük dalğa ilə üzləşmək, boğulma təhlükəsi yaşamaq, çox böyük balığın yanından keçərkən yaşanan qorxu fobiyanın yaranmasına səbəb ola bilər. Digər tərəfdən, fobiyalar heç bir pis təcrübə olmadan yarana bilər.
2015-ci ildə aparılan bir araşdırmanın nəticələrinə görə, fobiya kimi narahatlıqlar ilə bağlı problemlərin orta dərəcədə irsi olduğu düşünülür. Lakin bu tezisi tam sübut etmək üçün daha çox araşdırmaya ehtiyac var.
Beyninizdə qorxunu inkişaf etdirsinizsə, talassofobiya kimi xəstəliklərin inkişaf ehtimalı daha asan baş verə bilər. Talassofobiyanın səbəblərindən biri bilinməyən qorxu ola bilər. Bir insanın dəniz və ya göl kimi dərin sular haqqında məlumatı yoxdursa və ya suda idarəetməni itirmək düşüncəsi qorxu və narahatlığa səbəb ola bilər. Başqa bir fikir də budur ki, dəniz qorxusu bizim ibtidai kodlarımızda yazılıb.
Talassofobiyaya necə qalib gəlmək olar?
Dəniz qorxusu ilə mübarizə aparmağın ən təsirli yolu müalicə etməkdir. Bir çox fobiyanın müalicəsində effektiv şəkildə istifadə edilən koqnitiv davranış terapiyası talassofobiyanın müalicəsində də təsirli bir üsuldur. Terapevtiniz seanslar zamanı bu qorxu ilə qarşılaşmağınıza kömək edir. Müalicəniz müddətində dəniz qorxunuz getdikcə azalacaq və həyat keyfiyyətiniz yüksələcək. Lazım gələrsə, psixiatrınız müalicəyə əlavə olaraq dərman istifadə etməyi tövsiyə edə bilər. Dərman sayəsində narahatlıqdan yaranan emosional və fiziki simptomlarınız, sağalma və müalicə müddəti azalacaq.
Son illərdə istifadə edilən virtual reallıq metodu da dəniz qorxusunu aradan qaldırmağa kömək edə bilər. Virtual eynək istifadə edilərək həyata keçirilən bu müalicədə bir mütəxəssisin müşayiəti ilə virtual mühitdə yavaş-yavaş fobyanızla qarşılaşa bilərsiniz. Bu yeni metodun mümkün təsiri barədə dəqiq məlumat vermək mümkün deyil, çünki bu üsulla bağlı araşdırma aparılmır.
Müalicə ilə yanaşı, müəyyən ehtiyat tədbirləri və həyat dəyişiklikləri talassofobiya ilə mübarizə aparmağa kömək edə bilər. Həkiminizlə məsləhətləşərək içə biləcəyiniz bəzi bitki çayları rahatlamanıza kömək edə bilər. Eynilə gündəlik olaraq təcrübələrini yazmaq, idman etmək, meditasiya etmək, istirahət texnikaları, hobbilərlə məşğul olmaq və ya dəstək qruplarında iştirak etmək talassofobiya ilə mübarizə aparmağa kömək edə bilər.
Talassofobiyanın diaqnozu necə qoyulur?
Talassofobiya diaqnozunun qoyulması üçün əvvəlcə fiziki sağlamlıq probleminizin olub-olmadığı yoxlanılır. Bunun ən etibarlı yolu laboratoriya testləridir. Həkiminiz problemlərinizin hipertiroidizm və ya ürək sağlamlığı problemlərindən qaynaqlandığını öyrənmək üçün laboratoriya testləri təyin edə bilər. Fiziki sağlamlıq probleminin olmadığı müəyyən olunarsa, həmin şəxs psixiatr və ya psixoloqa göndərilir və diaqnoz qoyulur. Diaqnoz qoyarkən psixiatr xəstə ilə danışarkən aşağıdakı vəziyyətlərə görə diaqnoz qoyur:
Həyatın demək olar ki, hər anında əks olunan fərqli bir qorxu və ya narahatlıq hissi
Narahatlıq hissi problemin əsas təhlükəsindən daha yüksəkdir
Narahatlıq və ya bu ərazilərdə olmağa dözümsüzlük səbəbiylə dəniz və ya göl kimi sahələrdən qaçmaq
Narahatlıq 6 aydan çox davam edir və ya qalıcı olur
Talassofobiyanın qarşısını almaq olarmı?
Talassofobiya kimi bir narahatlığı yüksək şüurla inkişaf etməyə başlayan kimi qarşısı alına bilər. Bundan əlavə, talassofobiyalı insanlar narahatlığın qarşısını almaq üçün aşağıdakı tədbirləri görə bilərlər:
Talassafobiyaya səbəb olan və bunu gücləndirən amilləri müəyyənləşdirin və bunu gücləndirənlərə qarşı diqqətli olun. Müntəzəm idman və balanslı qidalanmaya diqqət yetirin. Spirtli içki qəbul etməyin, çünki spirt depressiya yaradır.
Mənbə: Acı badem hayat
Tərcümə etdi: Nuran Əhmədzadə
https://24media.az/1805-talassofobiya-nedir-onu-ne...
 
Ardını oxu...
Rusiya Elmi Cərrahiyyə Mərkəzinin 2 saylı Elmi Mərkəzinin Urologiya şöbəsinin müdiri, uroloq Sergey Korolev urolitiyaz (böyrək daşı xəstəliyi) üçün pəhrizin xüsusiyyətləri haqqında danışıb.Doktor Korolev urolitiyaz üçün qidalanma ilə bağlı məsləhətlər verdiO, bildirib ki, böyrək daşları oksalat (kalsium və oksalat turşusu duzları), urat (sidik turşusu duzları) və fosfat (fosfor turşusu duzları) bölünür. Və hər bir daş növü öz pəhrizini tələb edir. Mütəxəssis qeyd etdiyi kimi, böyrək daşı varsa, gənc heyvanların və quşların ətini istisna etməli, həmçinin duzlu pendirləri və paxlalıları məhdudlaşdırmalısınız.Fosfat daşları üçün əsasən "turş" ət qidaları göstərilir.Oksalat daşlarınız varsa, gündə 2-2,5 litr maye qəbul etməlisiniz. Bəzi hallarda süd məhsulları, duzlu qəlyanaltılar, şokolad, əncir, qara qarağat, qaragilə, şirniyyat, mürəbbə, qənnadı məmulatları, kakao və güclü qəhvəni məhdudlaşdırmalısınız.
 
Ardını oxu...
Aptekdə sadə bir dərman üçün getdikdə, eyni dərmanın müxtəlif versiyalarına rast gəlirik: istehsal ölkəsi, markası, firması, qiyməti və s.
Həkim və əczaçı çox zaman 10-15-20 manatlıq dərmanı tövsiyə edir.

Məsələn, adi aspirinin 2 manatlıq versiyası da var, 7 manatlıq da.
Bir təzyiq dərmanını eyni molekul ilə 3-5 şirkət istehsal edirı. Hətta birində 5 manat, digərində 10 manat ola bilər.
“Medicina” müalicə üçün dərman preparatının analoqlarını daha sərfəli qiymətə necə əldə etməyin sirlərini açır. Bütün dərmanları 2 qrupa bölülər: orijinal və ceneriklər.
Orijinal preparatın hazırlanmasına milyonlarla dollar vəsait, elmi araşdırmalar sərf olunub.
Ona görə bu dərmanlar baha olur. Çünki əsas ilk şirkət bütün bu xərcləri gəlirlə birgə geri almalıdır.
Bu dərman kütləvi satışa çıxandan sonra digər şirkətlər o tərkibdə dərmanları istehsal edir, lakin adı və istehsal zavodu fərqli olur. Təbii ki, belə dərmanların qiyməti daha ucuz olur. “Kopya preparatlar” sıfırdan hazırlanmır, elmi araşdırma xərcləri olmur, sadəcə hazırı götürüb istehsal edirlər. Sadəcə ona fərqli ad, marka adı və s qoyulur. Amma cenerik preparatlarda da orijinal molekul istifadə olunur. Sadəcə, cenerik şirkətlər öz preparatının orijinalla eyni və keyfiyyətli olmasını sübut etməlidir, bu isə kifayət qədər asan və ucuz başa gəlir. Ona görə də siz normal ölkə, zavod istehsalı olan cenerik dərmanları da ala bilərsiz. Sadəcə dərmanın qutusunda yazılan iri hərflərlə ada yox, daha kiçik hərflərlə yazılan tərkib, molekul adına baxın. Ya da əzcaçıdan xahiş edin ki, bu dərmanın ekvivalenti olan daha ucuz vasitəni təklif etsin. Əmin olun ki, 18 manatlıq dərmanın 3 manatlıq alternativi var. Necə ki, 25 manata da D vitamini var, 4 manata da.
 
Ardını oxu...
Beyin şişlərini cəmi beş gün ərzində yox edə biləcək yeni müalicə üsulu tapılıb.

TNS xəbər verir ki, bunu ABŞ-nin ən böyük xəstəxana əsaslı tədqiqat müəssisəsi “Mass General Brigham”ın alimləri aşkarlayıblar.

Alimlər beyin xərçənginin ümumi və aqressiv forması olan “glioblastoma”lı üç xəstənin bu üsulla uğurla müalicə olunduğunu bildiriblər.

Onlar xəstələrin öz immun sistemindən istifadə edən fərdiləşdirilmiş terapiya növü olan CAR-T terapiyası ilə müalicəni aparıblar.

"Müalicə inqilab yaratdı, lakin “glioblastoma” kimi bərk şişlərin müalicəsi çətin olaraq qalır, çünki bütün xərçəng hüceyrələri tam olaraq eyni deyil və hüceyrələr şiş daxilində dəyişir. Bizim yanaşmamız iki formanı birləşdirərək “glioblastoma”nı potensial olaraq daha effektiv müalicə etməyə imkan verir",- “Mass General Brigham”dan neyrocərrah Bryan Choi qeyd edib.
 
Ardını oxu...
Zeytun yağı hazırda orqanizm üçün ən faydalı yağ kimi təqdim olunur.

“Medicina” xəbər verir ki, hepatoloq, dietoloq Nuriya Dianova əslində zeytun yox, günəbaxan yağının faydalı olduğunu deyib.
“Yarımdoymuş yağ turşuları zeytun yağında 13%, günəbaxan yağında isə 65%-dir.

Zeytun yağı tez həzm olur, piyləndirmir fikri də yanlışdır, hər iki yağ eyni dərəcədə 100% yağdan ibarətdir və kalorilidir.

Orqanizm üçün digər daha faydalı yağlar da var:

Bunlar təəssüf ki, mətbəximizdə, süfrəmizdə azdır.

Avokado – monodoymuş yağ turşusudur, E, A vitaminlərlə zəngindir, qadın və ürək sağlamlığı üçün əvəzsizdir.

Kokos yağı – laurinh turşusu vaqr, xolesterin və lipidi azaldır, saç, dəri, immun sistem üçün əvəzsizdir.

Kətan toxumu yağı – alfa linelon turşusu ilə zəngindir. Orqanizmdə iltihabı azaldır.

Küncüt yağı – bütün faydalı yağ turşuları ilə zəngindir təzyiqi salır, bağırsaq və ürək sağlamlığına təsir edir”.
 
Ardını oxu...
Boyun və onurğa yaranan osteoxondroz üçün kompres mövcutdur.

Xəstəlik hələ inkişaf etməyibsə, problemin öhdəsindən gəlməyə kömək edəcək.

TEREF həmin kompresin hazırlanma qaydasını təqdim edir:

Kompekka üçün inqrediyentlər:

xam kartof;

bal;

Küknar yağı;

Hazırlanma qaydası:

Çiy kartofu sürtgəcdən keçirib (mümkün qədər incə) bal ilə bərabər nisbətdə qarışdırırıq.

İstifadə qaydası:

Sonra qarışığı boyun və çiyinlərə çəkirik. Daha sonra polietilen torba ilə sarıb, dəsmal və ya isti şərflə bükərək.

2 saatdan sonra kompresi çıxarırıq.

Artıqlığı salfetka ilə çıxarın və təmiz dərini küknar yağı ilə yağlayın.

Bu sizə çox faydalı olacaq. \\Saglamolun.Az
 

Dünyapress TV

Xəbər lenti