Bu qidalar xərçəng riskini 40 faiz artırır
Dünyada xərçənglə bağlı çoxlu araşdırmalar aparılır. Qazi Universiteti Tibb Fakültəsinin alimi Prof. Dr. Uğur Coşqun kolorektal xərçəngindən danışıb. O, mart ayında kolorektal xərçənglə bağlı maarifləndirmə üçün bir çox tədbirin təşkil edildiyini bildirib.

Tribunainfo.az xəbər verir ki, alim Qərb üsulu qidalanma vərdişlərinin bağırsaq xərçəngi riskini artırdığını bildirib.

U.Coşkun qırmızı ət, sosiska, salam kimi işlənmiş qidaların həddindən artıq istehlak edilməməsini tövsiyə edib.

O, “Cancer Epidemiology, Biomarkers, Prevention” jurnalında dərc olunan son araşdırmaya da aydınlıq gətirilib.

ABŞ-da nəşr olunan bu araşdırmaya 29 min 482 bağırsaq xərçəngi və 39 min 635 qeyri-xərçəng hadisəsi daxildir.

Araşdırmada çox miqdarda qırmızı ət istehlak edənlərdə bağırsaq xərçəngi riskinin 30 faiz, salam və kolbasa kimi işlənmiş qidaları istehlak edənlərdə isə 40 faizdən çox olduğu qeyd edilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti