Ardını oxu...
2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Qeyd edilib ki, 2024-cü il mart ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il mart ayının 1-nə 13267,2 milyon manat olub.

2024-cü ilin yanvar-mart aylarında manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata bərabər olub. 1 Avro – 1,85 manat, 100 Türk lirəsi – 5,50 manat, 100 Rusiya rublu- 1,87 manat təşkil edib.
 
Ardını oxu...
2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə "Bank of Baku" seçilib.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Ən çox şikayət edilən banklar siyahısında “Bank VTB Azərbaycan” 3,88 indeksi ilə ikinci, 2,53 indeksi ilə "Accessbank" üçüncü, “Yapı Kredi Bank Azərbaycan” isə 2,46 indeksi ilə dördüncü olub. Digər banklar üzrə göstəricilər şikayət indeksi orta və aşağı səviyyədə hesab edilir.

Tam siyahı isə belədir:
 
Ardını oxu...
Endirim, yoxsa müştəri cəlb etmək üsulu?...

Əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar.

Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıda bu cür reklam üsuluna əl atanların sayı çoxdur.

Qiymət uyuşmazlığının qəsdən həyata keçirildiyi hallarda isə inzibati xəttalar məcəlləsinin 445 və 447 ci maddələrinə əsasən cərimələr tətbiq edilir.

Belə ki, 445-ci maddə qiymət intizamının pozulmasi ilə əlaqədardır. Bu qayda pozulduğu zaman 800-dən-1100 manata qədər cərimə təbiq edilir. Maddə 447 isə istehlakçının birbaşa aldadılması kimi qiymətləndirilir bu zaman fiziki şəxslər 350-500, vəzifəli şəxslər 1500 -2000, hüquqi şəxslər isə 4000- 6000 min manat aralığında cərimə edilir.

 
Ardını oxu...
Arktika bölgəsində ABŞ və Rusiya Federasiyası arasında əsl qarşıdurma yaranıb. Qaz hasilatı maneəyə çevrilib.

Qayanrinfo xəbər verir ki, bunu "The Wall Street Journal" yazıb.

Nəşr qeyd edib ki, Moskva mayeləşdirilmiş təbii qaz istehsalı üçün nəhəng yeni dəniz kompleksi tikir - bu, Vladimir Putinin əsas layihəsidir.

ABŞ Rusiyanın "Arctic LNG 2" layihəsini pozmaq üçün sanksiyalardan istifadə edir. Vaşinqton Moskvanın qazın nəqli üçün lazım olan ixtisaslaşdırılmış tankerləri almasına mane olmağa çalışır.

LNG bazarında vəziyyət

Arktika mübarizəsi keçən il ən böyük LNG ixracatçısına çevrilən ABŞ-ın enerji siyasəti üçün çətin bir vaxta təsadüf edir. Bayden administrasiyası ətraf mühitlə bağlı narahatlıqlara görə yeni LNG ixracatının təsdiqini dayandırıb. Bu addım Yaponiya və Almaniya kimi aşağı enerjili müttəfiqlərdəki işgüzar qrupları və müştəriləri qəzəbləndirib və bəziləri bunun ABŞ-ın Rusiyanın təbii qaz satışından qazancını məhdudlaşdırmaq səylərinə mane olacağını deyir.

Nümayəndələr Palatasının spikeri Mayk Conson məhdudiyyətləri qaldırmağa çalışır, ehtimal ki, bunu Nümayəndələr Palatasında Ukraynaya yardıma dair səsvermə ilə əlaqələndirir. Qeyd edək ki, onun vətəni Luiziana ştatında Baydenin qərarından təsirlənən mümkün LNG ixrac terminalı yerləşir.

Eyni zamanda, Putin yaxın illərdə LNG ixracını üç dəfədən çox artırmaq niyyətindədir. Məqsədi Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün daha çox pul cəlb etmək və boru kəmərləri vasitəsilə Rusiya qazının ixracının azalmasını kompensasiya etməkdir.

Keçən dekabr ayında sənayedə "qatarlar" kimi tanınan üç mayeləşdirmə zavodundan birincisi "Arctic LNG 2"də tamamlanıb və müəssisədə istehsala başlanıb. Bu hadisə analitiklər və Rusiya rəsmiləri tərəfindən Moskvanın qələbəsi kimi qəbul edilib.

"Arctic LNG 2" problemləri

Ancaq bir neçə ay sonra qələbə o qədər də qəti görünmür, çünki Rusiya daşınması üçün lazım olan gəmiləri almayıb. Cənubi Koreyanın gəmiqayırma şirkəti olan "Hanwha Ocean" sanksiyalara görə "Arctic LNG 2" üçün üç gəmi inşa etmək planlarını ləğv etdiyini bildirib. Yapon gəmiçilik şirkəti "Mitsui O.S.K. Lines", üç daşıyıcı kirayə verməyi planlaşdırsa da, "Arctic LNG 2" üçün gəmi təmin etməyəcəyini bildirib.

Logistika probleminə görə LNG istehsalı dayandırılıb. Rusiya Sakit okean sahilində yerləşən gəmiqayırma zavodunda öz təyyarədaşıyan gəmilərini yaratmağa çalışır, lakin sanksiyaların yaratdığı problemlərlə üzləşib. Məsələn, Moskva Fransanın "Gaztransport & Technigaz" şirkətinin istehsal etdiyi anbarlar üçün membranları ala bilmir.

Ümumilikdə, ABŞ sentyabr ayından bəri Rusiyanın LNG sənayesinə qarşı dörd sanksiya dalğası tətbiq edib. Sanksiyalara "Arctic LNG 2" layihəsinin əməliyyat şirkətləri, saxlama gəmiləri, onların fikrincə, layihə üçün ixtisaslaşdırılmış gəmilər almağa çalışan gəmiçilik şirkətləri, həmçinin Baltik dənizi ərazisində ikinci obyektdə işləyən şirkətlər daxil olub.

"Arctic LNG 2"nin ikinci və üçüncü mərhələlərinin tikintisini başa çatdırmaq çətin məsələ olacaq. Rystadın sözlərinə görə, Novatek birinci mərhələnin tikintisini başa çatdıra bilər, çünki o, Ukraynanın tammiqyaslı işğalından əvvəl başlayıb. Konsaltinq şirkəti ikinci və üçüncü fazaların tikintisi zamanı əhəmiyyətli ləngimələr gözləyir. Ehtiyat hissələrinə məhdud çıxış şəraitində layihənin saxlanması da çətin bir iş ola bilər.
 
Ardını oxu...
2023-cü ilin nəticələrinə əsasən, Çin, Vyetnam və İtaliya dünya bazarına ən çox ayaqqabı tədarük edib,

Qaynarinfo bu barədə BMT-nin "Comtrade" platformasının məlumatlarına və milli statistikaya istinadən xəbər verir.

Çin siyahıda lider olub. 2023-cü ildə ölkə xaricə 53 milyard dollarlıq ayaqqabı satıb. Vyetnam və İtaliya dünya bazarına müvafiq olaraq 20 milyard dollar və 15 milyard dollarlıq məhsul verib.

Ötən ilin sonunda xaricə ayaqqabı satışı üzrə ilk 5 ölkə arasında Almaniya (11 milyard dollar) və İndoneziya (6 milyard dollar) da qərarlaşıb.
Ümumilikdə beş ölkə 105 milyard dollarlıq ayaqqabı ixrac edib.

İlk "beşlik" son 9 il ərzində dəyişməz qalıb. İstisna 2019-cu ildə İndoneziyanın Fransanı keçməsi olub.
 
Ardını oxu...
Bu ilin yanvar ayı ərzində Azərbaycana xarici ölkələrdən 5 milyon 325,5 min dollar dəyərində 1004,14 ton kərə yağı gətirilib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk ayında idxal etdiyimiz kərə yağının miqdarı 22,8% və ya 186,9 ton artıb.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar ayında ixrac olunan kərə yağının gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisdədə 16% ucuzlaşıb. Kərə yağının 1 kiloqramının gömrük dəyəri ötən ilin yanvar ayında 6,3 dollar (10,6 manat) olduğu halda, bu ilin ilk ayında 5,3 dollara (9 manat) düşüb.

Azərbaycan kərə yağını ən çox İrandan gətirib. Bu ölkədən Azərbaycana 1 ay ərzində 416,5 ton kərə yağı idxal olunub. Ən az kərə yağı isə İtaliyadan gətirilib. Yanvar aylarında İtaliyadan cəmi 10 kiloqram kərə yağı idxal edilib.

Bu ilin yanvar ayında idxal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:

İran – 416,52 ton (7 manat)
Yeni Zelandiya – 382,47 ton (10,2 manat)
Belarus – 73,3 ton (9,9 manat)
Ukrayna – 40 ton (115 manat)
Finlandiya – 39,84 ton (11,2 manat)
Fransa – 21,99 ton (10,8 manat)
Almaniya – 20,27 ton (10,3 manat)
Türkiyə – 5,39 ton (15,3 manat)
Belçika – 3,36 ton (14,6 manat)
Litva – 720 kq (15,8 manat)
Latviya – 250 kq. (15,3 manat)
Polşa – 200 kq. (12,3 manat)
İtaliya – 10 kq. (86,7 manat)
 
Ardını oxu...
Moskvanın mərkəzində, Lubyankada yeləşən məşhur "Mərkəzi Uşaq Mağazası" yəhudi əsilli azərbaycanlı iş adamlarına satılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, "Mərkəzi Uşaq Mağazası"nı Qod Nisanov və Zarax İliyevin sahibi olduqları "Kiyevskaya ploşad" şirkəti alıb.

1957-ci ildən fəaliyyət göstərən Lubyankadakı Mərkəzi Uşaq Mağazasını hansı məbləğə satıldığı açıqlanmayıb.

Qeyd edək ki, "Kiyevsakay Ploşad" Rusiyada kommersiya daşınmaz əmlakının nəhənglərindən hesab olunur. Şirkət "Forbes"ə görə ölkənin icarəçilər reytinqində birinci yerdədir. Nəşrin hesablamalarına görə, onun 2023-cü il üçün icarə gəliri 1,76 milyard dollar təşkil edib.

Şirkətə Moskvada yerləşən “Yevropeyski” və “Food City” ticarət mərkəzləri, “Depo” qida mərkəzi, “Olimpiyskiy” idman kompleksi və “Şolkovski” ticarət mərkəzləri daxildir.
 
Ardını oxu...
Bakıda torpağın 1 sotu yarım milyon manata satılan ərazilər var.

Xezerxeber.az-ın xəbərinə görə, ən bahalı torpaq sahələri Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarının mərkəzə doğru hissələrindədir.

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda həmin ərazilərdə, xüsusilə yol kənarlarında, qeyri-yaşayış obyekti üçün yararlı torpaq sahələrinin qiyməti kəskin artmaqdadır.

Bununla belə, Bakıətrafı kənd və qəsəbələrdə, həmçinin abşeron ərazisində kifayət qədər ucuz qiymətə satşça çıxarılan ərazilər də var. Sözügedən ərazilərdə torpaqların qiymətləri 2 min manatdan başlayır, 20 min manata qədər təklif edilir. Belə torpaq sahələrini əsasən Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ rayonlarında tapmaq mümkündür.

Qeyd edilir ki, yaxın illər ərzində torpaq sahələrinin ucuzlaşacağı gözlənilmir. Əksinə, ildən-ilə qiymətlər yüksəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 
 
 

Misir iqtisadiyyatının sabitləşməsinə kömək məqsədilə ölkəyə 1 milyard avroluq dəstək veriləcək.

Bu barədə AB Şurası açıqlama verib.
Açıqlamada 1 milyard avroluq maliyyə yardımının birinci mərhələ olduğu, ikinci mərhələdə isə 2024-2027-ci illər üçün 4 milyard avro və daha çox köməyin təmin ediləcəyi bildirilib.
 
 
 
Ardını oxu...
Çin bankları elektronika məhsullarının tədarükü ilə məşğul olan Rusiya şirkətlərinin ödənişlərini bloklayır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti bazardakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, hələ dekabr ayında ödənişlə bağlı yaranan ilk çətinliklər əsasən hazır məhsullarla bağlı olub. İndi serverlər, saxlama sistemləri və noutbuklar üçün komponentlərlə bağlı problemlər var. Mütəxəssislər qeyd edirlər ki, Çin əslində inhisarçı təchizatçıdır, ona görə də Rusiya şirkətləri ciddi çətinliklərlə və istehsalda gecikmələrlə üzləşə bilərlər.

“Suveren Mobil Təşəbbüs Holdinq” ASC-nin təsisçisi Aleksandr Kalinin nəşrə bildirib ki, hətta elektronika istehsalı və tədarükü üçün uzunmüddətli müqavilələr bağlamış şirkətlər üçün də belə ödəniş bloklanır.

Onun sözlərinə görə, aprel ayından etibarən komponentlər və "kit dəstləri" ilə problemlər yaranıb ("kit dəstləri"nə, xüsusən də prosessorlar, cihaz korpusları və ekranlar daxildir). "Çindən komponentlər sifariş edən yerli tərtibatçılar Rusiyada məhsullarının son montajına başlaya bilməzlər", - o vurğulayıb.

Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RAUİE) sədri Vitali Mankeviç isə deyir ki, problem təkcə elektronika komponentləri üçün ödənişlərə aid deyil, demək olar ki, bütün mal və xidmətlərə təsir edib. Onun sözlərinə görə, perspektivlər hələ aydın deyil.

Çin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına cavab olaraq ona qarşı sanksiyalara rəsmən qoşulmayıb. Lakin məhdudiyyətlərin tətbiqindən sonra Çin bankları sanksiyalar altında olan Rusiyalı müştəriləri ilə işlərini azaldıblar.

Belə ki, 2023-cü ilin yayında Rusiyanın maliyyə təşkilatları “Bank of China” vasitəsilə Avropa və ABŞ ilə, bu ilin fevralında isə rus idxalçıları üçün əsas olan “Chouzhou Commercial” Rusiya ilə bütün hesablaşmaları dayandırıb.

Dünyapress TV

Xəbər lenti