Ardını oxu...
Türkiyənin 81 vilayətində təşkil edilən və dörd gün davam edən “Çember-17” əməliyyatları zamanı axtarışda olan 2 min 756 qaçaq şəxs saxlanılıb.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında məlumat verib.
Məlumata görə, saxlanılanlardan 2 min 736 nəfərin beş ilədək, 14 nəfərin beş ildən on ilədək, altı nəfərin isə on ildən artıqdır axtarışda olduğu üzə çıxıb.

Həmin şəxslərdən 456-nın oğurluq, 398-nin narkotik vasitələr, 316-nın qaçaqmalçılıq və mütəşəkkil cinayətlər, 228-nin dələduzluq, 96-nın talama, 75-nin seksual xarakterli cinayətlər, 30-nun qətl, 19-nun terrorçuluq və 1 138-nin digər cinayət maddələri üzrə axtarışda olduqları müəyyən edilib.
Ardını oxu...
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Almaniyanın sağçı "Almaniya üçün Alternativ" (AfD) Partiyasının nümayəndələrini Rusiya ilə qarşılıqlı əlaqədə olmaqda və Avropa İttifaqında rusiyayönlü rəvayətlər yaymaqda ittiham edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

"Çexiya məxfi xidmətinin hazırda Avropa seçkilərində AfD siyahısına rəhbərlik edən iki namizədi araşdırmasına təəccüblənmirəm. Onlar uzun müddətdir ki, Avropa İttifaqına qarşı kampaniya aparırlar", deyə AK rəhbəri vurğulayıb.

Martın sonunda "Başqa Ukrayna" hərəkatının sədri Viktor Medvedçuk Avropa Parlamentinə seçkilər ərəfəsində avropalı siyasətçilərə rüşvət verməkdə ittiham olunub.

Martın 27-də Çexiyanın baş naziri Petr Fiala ölkəsinin "Avropanın səsi" radiosu Viktor Medvedçuka və prodüser Artem Marçevskiyə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Onun sözlərinə görə, "Başqa Ukrayna" hərəkatının sədri "Rusiya təsirini yaymaq məqsədilə" bir sıra təsir əməliyyatları və ya şəbəkələrinə rəhbərlik edib, Kremllə əlaqəsi var.

Aprel ayında Belçikanın baş naziri Aleksander De Kro Rusiyanın iyun ayında keçirilən Avropa Parlamenti seçkilərinə iddia edilən müdaxiləsi ilə bağlı təhqiqat elan edib və bildirib ki, Belçika kəşfiyyatı Rusiyanın Aİ-nin Ukraynaya dəstəyini sarsıtmaq cəhdlərini təsdiqləyib.
 
Ardını oxu...
Baş nazirin parlamentdə tarixi çıxışına Rusiyadan təhdid dolu cavab

“Həqiqi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədi ambisiyaları olan ölkələrin iştahını məhdudlaşdıran amildir. “Tarixi Ermənistan” anlayışı isə bir sıra ölkələrlə əlaqələrimiz üçün əsas əhəmiyyət kəsb edir. Bu, bir sıra ölkələrlə əbədi düşmənçiliyimizə zəmanətdir və bu ölkələrin bizə qarşı təcavüzkar siyasət yeritmək üçün səbəbləri və izahatlarının olacağına zəmanətdir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdəki çıxışında bildirib. O, deyib ki, “tarixi Ermənistan” həm də bizim kənardan köməksiz yaşaya bilməyəcəyimizin və ona görə də həmişə “böyük qardaşa” ehtiyacımızın olacağına zəmanətdir:

“Bu, artıq bizim real dövlətə, həqiqi müstəqilliyə malik olmayacağımıza zəmanətdir. Çünki “tarixi Ermənistana” baxışımız bizi həmişə soyqırım tələsinə aparacaq və bu tələdə bizim onsuz mövcud ola bilməyəcəyimiz “xilaskar”a ehtiyacımız olacaq. Soyqırım təhlükəsi isə bizi həmişə “forpost” statusunda saxlayacaq, “forpost”un suverenliyə, sərhədlərə, müstəqilliyə ehtiyacı yoxdur, “forpost”un yalnız müdafiəyə ehtiyacı var”.

Baş nazirin çıxışını Pressklub.az-a şərh edən təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib ki, Paşinyan illərdir Rusiyanın forpostu olan Ermənistanın bu statusdan qurtulması üçün tarixi şəraitin yetişdiyini vurğulayıb. O, ölkənin taleyinin özlərinin müəyyənləşdirməli olduğunu bütün ermənilərin diqqətinə çatdırıb.

“Paşinyan indiyədək nə qədər tərəddüdlü və bəzən də bir-birini təkzib edən fikirlər səsləndirsə də, son mövqeyi bir daha sübut edir ki, daha çox bütövlükdə Rusiyanın caynağından qopmaq siyasətinə sadiqdir”, – ekspert əlavə edib.

İlham İsmayıl deyir ki, Ermənistan Baş naziri parlamentdəki çıxışı ilə yalnız Rusiyayönümlü siyasi rəqiblərinə deyil, yüz illərdir beyinləri “böyük Ermənistan”, “dənizdən dənizə Ermənistan” illüziyaları ilə yuyulmuş bütün dünya ermənilərinə maarifləndirici dərs verdi. “Real Ermənistanla “tarixi Ermənistan” arasında həqiqəti əks etdirən mənzərəni təsvir etməklə illüziyalarla yaşamağın bədbəxtlik gətirdiyini bütün ermənilərin diqqətinə çatdırdı”, – təhlilçi qeyd edib.

Maraqlıdır, N.Paşinyanın bu çıxışı Rusiya siyasi dairələrində necə qarşılanır?

Rusiya Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasət fakültəsinin professoru, “Karnegi Moskva” Mərkəzinin keçmiş rəhbəri Dmitri Trenin Ermənistan mediasına deyib ki, Rusiya rəhbərliyinin Ermənistana qarşı addımları və davranışları son dərəcə təmkinlidir və normal, ciddi, qarşılıqlı hörmətə əsaslanan söhbətə heç bir maneə yoxdur, çünki indiki vəziyyətdə Ermənistan Rusiya üçün önəmlidir.

“Düşünürəm ki, fürsət hələ tam itirilməyib. Mənə elə gəlir ki, Ermənistan tərəfi münasibətlərin aydınlaşdırılması və bu münasibətlər üçün daha əlverişli atmosferin yaradılması istiqamətində addım ata bilərdi və atmalı idi. Amma indiyə qədər biz tam əks istiqamətdə addımlar görürük. Mən görürəm ki, Rusiya tərəfindən sosial şəbəkələrdə Ermənistanı çox kəskin və çox mənfi tənqid edən adamlar var, amma Rusiya rəhbərliyinin addımlarına və davranışlarına nəzər salsanız, bu, son dərəcə təmkinlidir. Mən deyərdim ki, normal, ciddi, qarşılıqlı hörmət əsaslanan söhbətə heç bir maneə yoxdur, çünki indiki vəziyyətdə Ermənistan Rusiya üçün önəmlidir və məncə, Rusiya sadəcə dönüb getməyəcək”, – Dmitri Trenin vurğulayıb.

Politoloqun fikrincə, Rusiya ilə Ermənistanı birləşdirən maraqlardan əlavə, Ermənistanla Rusiya arasında çox uzun, dərin və son vaxtlara qədər güclü münasibətlər ənənəsi var:

“Fikrimcə, Ermənistan tərəfinin indi müzakirəyə böyük həvəsi yoxdur. Başa düşürəm ki, Ermənistan rəhbərliyi bir sıra çox mühüm addımlar atıb, lakin bütün bu addımlar Ermənistanı Rusiyadan daha da uzaqlaşdırmağa aparır və şübhəsiz ki, Ermənistan Qərb ölkələrindən bəzi vədlər, təminatlar alır. Lakin şəxsən mənim üçün bu təminatların dəyəri şübhəlidir. Əlbəttə, Ermənistan azad ölkədir, kifayət qədər suveren hərəkət edə bilər. Amma siz azad və suverensinizsə, o zaman, əlbəttə, bu və ya digər suveren qərarlarınızın nəticələrini dərk etməlisiniz”.

“Hazırda Ermənistan Rusiyanın Cənubi Qafqazdakı prioritetləri arasında hansı yeri tutur və onun əhəmiyyəti azalıbmı” sualına cavab verən rusiyalı politoloq deyib ki, onun əhəmiyyəti dəyişdiyi qədər azalmayıb.

Onun sözlərinə görə, Rusiyanın Ermənistanla münasibətləri ənənəvi olaraq müttəfiqlik, çox sıx tərəfdaşlıq səviyyəsində olub.

“İndi bu tərəfdaşlığın tərkib hissələrindən biri ciddi təhlükə altındadır. Bu, təhlükəsizlik tərəfdaşlığıdır. Tərəfdaşlığın digər ayağı iqtisadi sahə ilə bağlıdır, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasıdır. Burada əməkdaşlıq kifayət qədər uğurla işləyir, Rusiya bunu xüsusilə də indiki sanksiyalar şəraitində yüksək qiymətləndirir. Amma qaçılmaz olan bu sahədə Qərbə dönüşdür: Rusiyanın Ermənistan vasitəsilə dünya bazarında bəzi əşyalar, mallar və sair əldə etmək imkanlarının azalması Rusiyanın da Ermənistana marağına böyük zərər vuracaq. Rusiya Ermənistanın nəinki formal olaraq Avrasiya İqtisadi İttifaqında qalmasında, həm də bu üzvlüyün hər iki tərəf üçün məhsuldar olmasını təmin etməkdə maraqlıdır. Təbii ki, Rusiya çalışır ki, təhlükəsizlik münasibətləri də qorunsun və Azərbaycanla münaqişə üçtərəfli saziş çərçivəsində həll edilsin”, – rusiyalı politoloq qeyd edib.
 
Ardını oxu...
Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinq zamanı sinxron tərcüməçini Almaniya kansleri Olaf Şoltsun Gürcüstanın xarici agentlər haqqında qanun layihəsi barədə danışarkən sözlərini qəsdən təhrif etməkdə ittiham edib.

Qeyd edək ki, Kobaxidze və Şolts ikitərəfli görüşdən sonra Berlində birgə mətbuat konfransı keçiriblər. Şolts Gürcüstan hakimiyyətinin təşəbbüsü ilə irəli sürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi haqqında danışarkən, alman dilindən gürcü dilinə tərcümə edən Zaal Andronikaşvili Almaniyanın agentlər haqqında qanuna tənqidi yanaşdığı barədə ifadə işlədib. Kobaxidzenin sözlərinə görə, Şolts əslində “agent” sözünü işlətməyib.

Tərcümə səhvi Gürcüstanda qalmaqala səbəb olub.
Baş nazir tərcüməçinin əməllərinə görə cavab verəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, tərcüməçi radikal müxalifət partiyalarından birinin nümayəndəsidir.

Mənbə: TASS
 
Ardını oxu...
Tehran ərəb ölkələri vasitəsilə Vaşinqtona bildirib ki, ABŞ İsrail və İran arasındakı münaqişəyə müdaxilə edərsə, onun regiondakı qüvvələrinə hücum ediləcək.

Bu barədə ABŞ mənbəsinə istinadən məlumat yayılıb.

Bildirilib ki, Vaşinqton İranın İsrailə qarşı hücumunun aprelin 12-də baş tutacağını gözləyir, hərbi hədəflərə qarşı 100-dən çox pilotsuz təyyarə və onlarla raketdən istifadə oluna bilər.
Mənbə: Axios
 
Ardını oxu...
ABŞ prezidenti Co Bayden İranın aprelin 12-də cümə günü İsraildən qisas almaq niyyətinə münasibət bildirib.

Jurnalistlərin Tehranın ABŞ-nin Yaxın Şərqdəki əsas müttəfiqinə zərbə hazırlaması ehtimalı ilə bağlı Baydenin İrana mesajının nə olacağı ilə maraqlanıb. Prezident bir cümlə ilə cavab verib: “İran bunu etməsin”.

Bayden eyni zamanda ABŞ-ni İsraili qorumaqda qərarlı olduğunu bəyan edib.

“Biz İsraili dəstəkləyəcək, onun özünü müdafiəsinə kömək edəcəyik və İran planlaşdırdığı heç nəyə nail olmayacaq”, – ABŞ lideri vurğulayıb.

SAVASH.ORG xatırladır ki, İran və İsrail arasında münasibətlər aprelin 1-də İslam Respublikasının Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hücumdan sonra pisləşib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı , Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi, həmçinin onları müşayiət edən beş zabit həlak olub. Hücumdan sonra İran İsraili cavab tədbirləri ilə hədələyib.

Daha sonra, aprelin 11-də ABŞ-nin Qüdsdəki səfirliyinin əməkdaşlarına və onların ailələrinə İranın İsrailə hücum təhdidləri fonunda təhlükəsizlik baxımından böyük şəhərlərdən kənara çıxmaq qadağan edilib.
 
Ardını oxu...
Fransa terrorizmi dəstəkləyən dövlət kimi də dünya tarixində xatırlanacaq. Uzun illər müstəmləkə torpaqlarında dinc sakinlərə qarşı törətdiyi soyqırımı azmış kimi, bəzi terror cinayətlərinin də mərkəzində Fransa dayanır.

Ötən il Mali hakimiyyəti Fransadan hərbçilərini çıxarmağı tələb etmişdi. Buna səbəb fransızların terrorçularla əlaqəsi göstərilirdi.

Fransa hakimiyyəti Afrikada iradəsinə tabe olmayan, Yelisey sarayının ağalığına qarşı mübarizə aparan neçə-neçə siyasətçini fiziki olaraq məhv edib.

Bu gün isə Moskvada “Crocus City Hall”da törədilən terror hadisəsinin günahkarları araşdırılır. “Bu cinayəti hansı dövlət və niyə törədib?” sualına cavab axtarılır. Siyahıda adı ilk yerdə gələn ölkələrdən biri məhz Fransadır.

Rusiya Milli Təhlükəsizik Şurası sədrinin müavini Dmitri Medvedev “Crocus City Hall”da baş verən hadisədə Fransa Prezidenti Emmanuel Makronun adını çəkib. Müxtəlif dəyərləndirmələrə əsasən, rəsmi Paris bu dəhşətli terror aktının sponsorlarındandır.
Fransanın adı bu cinayətdə, nəzəri cəhətdən olsa belə, niyə hallanır? Beynəlxalq aləmdə elə hadisələr baş verir ki, onun müəllifini və ya müəlliflərini axtarmağa elə də çox vaxt lazım olmur. Məsələn, 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən silsilə terror aktlarında “əl-Qaidə”nin adının hallanmasına heç kim təəccüblənmədi, yaxud bu qruplaşmaya qara yaxıldığını dilə gətirmədi. Çünki “əl-Qaidə” davranışı və törətdiyi cinayətlərə əsasən, bu “nüfuzu” qazanmışdı. Sonradan irəli sürülən mülahizələr öz təsdiqini tapdı. Quantanamo həbsxanasında bu terrorla əlaqəsi olan qrup üzvləri həbsdə saxlanıldı.

“Crocus City Hall” terror cinayətinin açılmasında Rusiya daha maraqlı ölkədir. Bu baxımdan, Rusiyanın aidiyyəti qurumlarının məsələyə dair çoxsaylı əsaslarının olduğu da istisna edilmir.

Fransa Türkiyəyə qarşı fəaliyyət göstərən bütün terror qruplaşması təəssübkeşləri və tərəfdarlarının, bir sıra hallarda isə üzvlərinin, liderlərinin sığınacaq yeridir. Ötən əsrin əvvəllərində Fransada daşnaklar Osmanlı və Türkiyənin rəsmi dövlət adamları, diplomatlarını terror ediblər.

Sonralar bu sıraya ermənilərin ASALA terror təşkilatı da daxil oldu. Bu qruplaşma Fransanın himayəsi altında olan Livanın Beyrut şəhərində 1980-ci illərdə yaradılıb. Onun türklərə qarşı törətdiyi çoxsaylı cinayətlərin izləri tarixdə qalıb.

Bundan başqa, 1981-ci ildə bu ölkədə erməni gəncləri “Orli qrupu” terror qruplaşmasını qurub. Bu qrup 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib. “İntiharçılar eskadronu” adlı erməni terror təşkilatı 1981-ci ildə Parisdə yaradılıb. Bu terror qrupu Türkiyənin Fransadakı Baş Konsulluğunun binasına hücumda iştirak edib. Emmanuel Makronun prezidenti olduğu ölkədə 1990-cı ildə “Gənc ermənilər ittifaqı” yaradılıb. O, diplomatların oğurlanması ilə məşğul olub. 1991-ci ildə Fransada “Erməni azadlıq hərəkatı” (AOD) yaradılıb. O, ASALA ilə sıx şəkildə fəaliyyət göstərib.
Fransa Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalması istiqamətində ən çox fəallıq göstərən erməni havadarlarından idi. 2020-ci ildə 44 günlük müharibə zamanı da Fransa Ermənistanın Azərbaycanda törətdiyi cinayətlərin şəriki olduğunu göstərmişdi. Rəsmi Paris həmin günlərdə özünü terrorçu qruplaşmaların başçısı kimi aparırdı.

Yelisey sarayı Azərbaycanı könüllü olaraq tərk edərək Ermənistana getmiş erməni sakinləri ələ almaq üçün təkcə ötən ilin əvvəlində 12,5 milyon avro ayırmışdı. Sonrakı dövrdə bu rəqəm daha çox olub. Emmanuel Makron bu yaxınlarda Ukraynaya 2 min hərbçi göndərəcəyini bildirmişdi. Ehtimal olunur ki, onların bir hissəsi Qarabağdan könüllü olaraq Fransaya köç edən sakinlərdir. Onlar vaxtilə Qarabağda Azərbaycana qarşı silahlı hücumlarda iştirak etmiş köhnə döyüşçülərdir. Bu baxımdan, Makron hakimiyyətinin xüsusi xidmət orqanları sosial vəziyyəti ilə əlaqədar tora saldığı erməniləri Fransa dövlətinin adından Ukraynaya göndərməyə çalışır. Vaxtilə terrorçu PKK, İŞİD, “əl-Qaidə” və başqa qruplaşmalar da sıralarına bu sayaq silahlı toplayıb. İndi Fransanın belə davranışı terror qruplaşmaların fəaliyyətini xatırladır.

Fransa hakimiyyəti Afrikada qalıb möhkəmlənmək, olduğu ölkələrin hakimiyyət orqanlarına təzyiq vasitəsi olaraq terrorçu qruplaşmalardan daim istifadə edib. Bu baxımdan, onun beynəlxalq terrorizmlə əlaqələri xəbəri də yenilik sayılmır. Fransanın “Lafarge” şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərmiş sement zavodunun İŞİD terror qruplaşması ilə əlaqələri buna örnəkdir. Zavodun bu terror qruplaşması tərəfindən maliyyələşdirdiyi çoxdan təsdiqlənib. Türkiyə Milli Kəşfiyyat Təşkilatının keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorizmə xidmət göstərən bu sement zavodu darmadağın edilmişdi.

Bu və başqa məlumatlar Fransanın beynəlxalq terror hadisələrində əli olduğunu təsdiqləyir. Odur ki, “Crocus City Hall”da törədilən terror aktında Fransa xüsusi xidmət orqanlarının əli olduğu da istisna edilmir. Bu mənada, rəsmi Parisin azərbaycanəsilli iş adamlarına məxsus konsert zalında məlum terrorun törədilməsi də təsadüfi sayılmır. Yelisey sarayı bu cinayəti ilə Azərbaycanla Rusiya arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaq yaratmağı hədəfləyə bilər. Çünki Azərbaycanın Cənubi Qafqazda Qərb və Şimalla güclü əlaqələrə malik yeganə dövlət olması faktını Fransa hakimiyyəti qəbul edə bilmir.

Yeri gəlmişkən, Fransa Rusiyadan ən çox təbii qaz alan Avropa İttifaqı ölkəsidir. 2024-cü ilin əvvəlindən bu ölkə Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) illik alışını 75 faiz artırıb. Bu da Aİ-nin istənilən digər ölkəsinin göstəricilərini üstələyir.

“Politico”nun məlumatına görə, 2024-cü ilin ilk üç ayında Fransa Rusiyadan 600 milyon avrodan çox LNG alıb.

Qeyd edək ki, rəsmi Paris Avropa İttifaqı ölkələrini Azərbaycanın təbii qazından imtina etməyə çağırıb. Bu isə deməyə əsas verir ki, Fransa energetika bazarında da Azərbaycan üçün problem yaratmağa cəhd göstərir.

Rəsmi Bakının mövqeyi Parisə Cənubi Qafqazda at oynatmağa mane olur. Rusiya ilə Azərbaycanın münasibətlərinin korlanması isə vəziyyətin Qərbə doğru dəyişməsinə təkan verər. Belə hal isə Parisin əlini gücləndirər. Bu kimi səbəblərə görə Fransa Azərbaycanın hətta Qərb bloku ilə də münasibətlərinin inkişafına mane olmağa çalışır. Beləliklə, müstəmləkəçi, insan alverçisi Fransa bundan sonra beynəlxalq aləmdə həm də terrorçuluğun sponsoru olaraq tanınacaq.

“Report” İnformasiya Agentliyi
 
Ardını oxu...
Ukraynada münaqişənin yekununda kömürlə elektrik enerjisi istehsalı olmayacaq.

Sitat.info xəbər verir ki, bu sözləri Ukraynanın enerji tədqiqatları mərkəzinin direktoru Aleksandr Xarçenko deyib.
"Elektrik enerjisinin istilik istehsalı ilə bağlı vəziyyət pisdir. Artıq məlum olub ki, münaqişənin yekununda Ukraynada kömürlə elektrik enerjisi istehsalı olmayacaq", - o qeyd edib.

Ekspert bildirib ki, məlum səbəblərə görə ölkə üzrə nə qədər insanın elektrik enerjisindən ayrılmasını ölçmək hələlik mümkün deyil.
 
Ardını oxu...
Martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib.

Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb.

Hadisənin gedişatı isə hər kəsə məlumdur. Onlarla günahsız qurban, yaralılar...

Təbii ki, bu cür rezonans doğuran hadisəni, terror aktını yalnız bu prizmadan qiymətləndirmək, radikal qrupların təşəbbüsü kimi görmək sadəlövhlük olardı. Bu mənada “Crocus” terrorunun pərdəarxası məqamlarını görmək və hadisənin əsl günahkarlarını, əlində silah olmayan kostyumlu şəxsləri araşdırıb ortaya çıxarmaq, bu şəxslərin təmsil etdiyi güclərin oyunlarını sezmək və ifşa etmək gərəklidir.

Elə bu yoldan irəliləyərək xüsusi bir məqamı diqqətdə saxlamaq lazımdır. Bu məqam bizə hadisənin əsl mahiyyətini tam olmasa da, müəyyən qədər açmağa və əsl müqəssirləri tanımağa imkan verə bilər.

Aprelin 6-da Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyevin terror aktına dair açıqlaması bütün dünyada ən azı bu amansız cinayət qədər geniş müzakirə mövzusuna çevrildi, rezonans doğurdu:

“Moskva vilayətində “Crocus City Hall”da terror aktını törədənlər primitiv muzdlu qatillərdir. Makron və bir sıra digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır”.

Göründüyü kimi primitiv muzdlu qatillərin bu cinayətdə sadəcə adi, cılız fiqurlar olduğunu D.Medvedyev də qeyd edir. Əsas sensasion məqam isə birbaşa olaraq cinayətin, bəşəriyyətə qarşı törədilmiş qanlı əməlin əsas sponsorunun Makron, Fransa olduğunun ifşa edilməsidir.

Yəqin ki, D.Medvedyev kimi Rusiya rəhbərliyinin ən nüfuzlu simalarından birinin dilindən hansısa şayiə və ya fərziyyənin ifadə edilməsindən söhbət belə gedə bilməz. Məsələnin həssaslığı nəzərə alındıqda Kremlin D.Medvedyevin dili ilə uydurmalara əsaslanaraq fikir bildirməsi ən azı inandırıcı görünmür. Görünür, D.Medvedyevin açıqlaması Rusiyanın kifayət qədər geniş şəbəkəyə sahib və dünyanın istənilən yerindən informasiya toplamaq iqtidarında olan kəşfiyyat bölmələrinin məxfi məlumatlarına əsaslanır. Yəni, bu çıxış mahiyyətcə ittiham xarakteri daşımır, əksinə cinayətkarın birbaşa ifşasıdır.

“Crocus” terroru ilə bağlı başqa bir diqqətçəkən məqam isə hədəf kimi məhz Azərbaycan əsilli iş adamlarına məxsus konsert zalının seçilməsidir. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti heç kimə sirr deyil. Xüsusən son dövrdə Cənubi Qafqazda söz sahibi olmağa cəhd göstərən Fransa bu regionda qüvvələr balansını dəyişməyə çalışır. Buna isə Azərbaycan və Rusiya arasında istənilən gərginliyi yaratmaqla nail olmağı planlaşdırır. Elə “Crocus” terrorunda da motivlərdən biri məhz Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək olub. Təbii ki, Rusiyada dini və etnik zəmində nifaq yaratmaq təşəbbüsü, ümumən din amilinin önə çıxarılması da yuxarıda sadalanan fikirləri qüvvətləndirir.

Üstəlik, Fransa terrorla sıx əlaqələri olan, keçmişi bəşəriyyətə qarşı ağır cinayətlərlə dolu olan bir ölkədir. Afrikadakı müstəmləkələrində törətdiyi vəhşiliklər, soyqırımı və qətllər, ona qarşı çıxan, soyqırımı, etnik təmizləmə siyasətini qəbul etməyən siyasətçilərin öldürülməsi Fransanın heç zaman humanist dövlət imici formalaşdırmasına imkan tanımayacaqdır. Terrora gəlincə, yəqin ki, Suriyada fəaliyyət göstərən “Lafarge” şirkətinin İŞİD terror qruplaşması, həmçinin YPG/PKK ilə əlaqələrini unutmaq olmaz.

Bu əlaqələr ən açıq şəkildə Türkiyənin “TRT World” kanalının efirində yayımlanan sənədli filmdə ifşa olunub.

Dünyapress TV

Xəbər lenti