Ardını oxu...
G7 ölkələri Ukraynanın Moskva yaxınlığındakı “Crocus City Hall”dakı terror aktında iştirakını etiraf etməkdən imtina ediblər”.

Bunu G7 üzvləri üç günlük məsləhətləşmələrdən sonra birgə bəyanatda bildiriblər. Sənəddə qeyd edilib ki, G7 ölkələri Kiyevin terror aktına görə məsuliyyət daşıdığını göstərən heç bir əsas tapmayıblar.

“Biz Rusiya hakimiyyətinin martın 22-də Moskva yaxınlığında baş vermiş faciəvi terror aktında Ukraynanı günahlandırmaq üçün əsassız cəhdlərini qətiyyətlə rədd edirik”, - sənəddə deyilir.

Nəşrin məlumatına görə, G7 ölkələri israrla vurğulayıblar ki, terror aktında İŞİD qruplaşması günahkardır. Həmçinin görüş iştirakçıları Rusiyaya, eləcə də onun müttəfiqlərinə qarşı sanksiyaların genişləndirilməsinə dair razılığa gəliblər.
Nyus.ru
 
Ardını oxu...
Avropa İttifaqı Rusiyadan gələn mühacir axınına görə Finlandiyaya kömək etməlidir.
Tribunainfo.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo bildirib.
O, keçən il Suriya və Somali kimi ölkələrdən gələn miqrantların artması səbəbindən Finlandiyanın Rusiya ilə sərhədi bağladığını, Moskvanı immiqrasiyadan silah kimi istifadə etdiyini vurğulayıb.
P.Orpo deyib ki, Finlandıya bu məsələni tənzimləmək üçün qanunlar hazırlayır, lakin Avropa İttifaqı da tədbir görməlidir:
“Avropa İttifaqı Komissiyası miqrantların olduğu ölkələrlə sıx əməkdaşlıq edir və Finlandiyanın mövqeyini dəstəkləyir. Görünür, bir dövlət yoxsul insanlardan başqa bir dövlətə qarşı təzyiq aləti kimi istifadə edir”.
Onun sözlərinə görə, Rusiyadan gələn mühacirlərlə bağlı görüləcək tədbirlər sərhədlərin təhlükəsizliyinin qorunması ilə beynəlxalq öhdəliklər arasında balansı təmin etməlidir.
 

Ardını oxu...
“Ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransa dövlət strukturları növbəti dəfə Fransanın imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər.
Bu barədə dövri silsilə yazılarla çıxış edən “Observer Online”-nın 18.04.2024-cü ildə yayımlanan “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsində qeyd edilir : “Azərbaycanın təhlükəsizlik orqanında gedən cinayət işi ilə əlaqədar hələ 2023-cü ilin dekabrında Fransanın səfirlikdaxili kəşfiyyatçılarını “persona non-qrata” elan edib Parisə yola salan Azərbaycanın təcrübəsini bir neçə dövlət xüsusi həvəslə davam etdirmiş, eləcə də Burkina Faso 16 aprel 2024-cü il tarixli notası ilə 3 fransız “diplomatı” pozucu fəaliyyətlərinə görə “persona-non qrata” elan edərək ölkədən çıxarılmalarını təmin etmişdir.

Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişat Fransanın öz rekordunu təzələyəcəyini göstərir. “Observer Online” eksklüziv notanı dəyərli oxucuları ilə bölüşür:

Ardını oxu...

18 aprel 2024-cü ildə “France 24” kanalı deyir ki, rəsmi Paris diplomatların ölkədən qovulmasını əsassız hesab edir. “Burkina rəsmilərinin bu qərarının heç bir hüquqi əsası yox idi, biz ancaq təəssüf hissi keçiririk” – Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan bildirir. Paralel olaraq, Fransanın müstəmləkə siyasətindən tarix boyu əziyyət çəkmiş Yeni Kaledoniya dövlətinin nümayəndə heyəti hazırda Azərbaycan Milli Məclisində rəsmi qonaqdır.

“Bu sənəd Yeni Kaledoniya üçün həm də “yol xəritəsi”dir. Bu baxımdan Azərbaycan parlamenti ilə imzaladığımız memorandumun Fransanın Yeni Kaledoniyaya qarşı aqressiv siyasətinin qarşısının alınmasına öz töhfəsini verməsini istərdik” – Yeni Kaledoniya Konqresinin komitə sədri Omayra Naiselin 18 aprel 2024-cü ildə Azərbaycan Milli Məclisindəki çıxışında deyib.

Fransa Respublikasının xaricdəki səfirləri arasında E.Makronun ən yaxından tanımağa məcbur olduğu yeganə səfir - Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə bu baş verənləri Parisdən izləyir”.
Ardını oxu...
ABŞ administrasiyası müttəfiqləri və tərəfdaşları ilə birlikdə İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyalar tətbiq edir.

Bu barədə ABŞ Prezidenti Cozef Baydenin bəyanatında deyilir.

“Bir həftədən az bir müddət əvvəl İran İsrailə qarşı dünyanın ən böyük raket və dron hücumlarından birini həyata keçirib. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə İsraili müdafiə etdik. Biz bu hücumu dəf etməyə kömək etdik. Bu gün İranı məsuliyyətə cəlb edirik - ona qarşı yeni sanksiyalar və ixrac nəzarəti tətbiq edirik”, - o bildirib.

Onun sözlərinə görə, ABŞ İrana iqtisadi təzyiqi artırmaq üçün kollektiv şəkildə hərəkət etmək niyyətindədir.
 
 
 
Ardını oxu...
İsrailə, ABŞ-nin Hind-Sakit Okean regionunda müttəfiqlərinə və Ukraynaya yardım haqqında ayrı-ayrı qanun layihələri dərc ediləcək , bunun üçün respublikaçılar kreditlər sisteminə keçid və hesabatlılığı gücləndirdilər.

Bu barədə "Reuters" agentliyi Nümayəndələr Palatasının spikeri Mayk Consonun məktubuna istinadən məlumat yayıb.

Nümayəndələr Palatasının həmkarlarına göndərdiyi mesajda o, Nümayəndələr Palatasının Qaydaları Komitəsinin “Amerikanın və müttəfiqlərinin İsrail, Hind-Sakit Okean və Ukraynadakı milli təhlükəsizlik maraqlarını, o cümlədən yardım krediti strukturunu maliyyələşdirəcək”,- deyə qeyd edib.

Conson əlavə edib ki, yekun səsvermə şənbə günü axşam gözlənilir.
Ardını oxu...
Parlamentdə gedən müzakirə bir daha təsdiqlədi ki, opponentlərin layihəyə qarşı arqumentləri yoxdur, qanun Avropanındır - şəffaflıq heç kimə qarşı yönələ bilməz.

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransı zamanı səsləndirib.

Onun sözlərinə görə, amerikalı və avropalıların bəyanatlarında sıfır arqumentasiya gördük: Arqumentsiz bəyanatlar qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Parlament ekspertizası bir daha təsdiqlədi ki, layihənin əleyhdarlarının qanun layihəsinə qarşı heç bir arqumenti yoxdur. Əslində qanun Avropanındır, çünki əsas Avropa dəyərlərindən birinə, yəni şəffaflıq və hesabatlılığa əsaslanır. Həmçinin, Avropa qanunu ilə yanaşı, dövlətçiliyimizin əsas prinsipini - Gürcüstanın milli suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi önəmlidir".

Baş nazir vurğulayıb ki, Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəklər: “QHT-lər kilsəyə hücum edir və onun nüfuzuna xələl gətirməyə çalışır, kobud şəkildə LGBT ilə təbliğatı ilə məşğul olurlar”.

“Əsassız bəyanatlar bizim qərarımıza yenidən baxılması üçün əsas ola bilməz. Ona görə də mən bir daha təklif edirəm ki, qanun layihəsinin hər kəsə açıq müzakirəsi aparılsın, Gürcüstan cəmiyyətinin qanun layihəsi haqqında dolğun məlumat alması vacibdir. Görürsünüz ki, gürcü siyasətçiləri Gürcüstan parlamentində müzakirədən necə yayındılar, deməyə söz tapmadılar”, - deyə Baş nazir bəyan edib.
Ardını oxu...
Rusiya və Ukrayna 2022-ci ildə müharibəyə son qoyacaq sülh müqaviləsinin bir neçə layihəsini hazırlayıblar, lakin yekun mətni razılaşdırmayıblar. Sənəddə Avropanın prosesdə iştirakı müzakirə edilsə də, döyüşlərə son qoymaq üçün dəqiq plan yox idi. Tərəflər ABŞ-nin danışıqlarda iştirakı olmadan Ukraynanın təhlükəsizliyinə Vaşinqtonun mümkün təminatlarını da müzakirə ediblər.

Bu barədə “ForeignAffairs” jurnalınındərcetdiyiməqalədə bildirilir.

2022-ci ildə Moskva işğalçı müharibəyə başlayandan bəri Rusiya və Ukrayna nümayəndə heyətləri ölkələr arasında sülh sazişini müzakirə etmək üçün bir neçə görüş keçirib. Rusiya Prezidenti Vladimir Putin daha sonra müqavilənin hazır olduğunu bildirib. Lakin Ukrayna onun imzalanmasından imtina edib.

Bununla belə, “Foreign Affairs” yazır ki, 2022-ci ilin aprelinə qədər Ukrayna neytral və qeyri-nüvə statusuna razı olduğuna barədə danışıqlara dair kommünike layihəsi hazırlamışdı. Rusiya bundan gələcək müqavilə üçün əsas kimi istifadə etməyə razılaşıb.

Kiyev xarici hərbi bazalar üçün ərazi verməməyə və hərbi ittifaqlara qoşulmaqdan imtina etməyə razılaşıb. Mətnə görə, gələcəkdə Ukraynanın təhlükəsizliyinə Rusiya və ABŞ-dan başqa, Böyük Britaniya, Çin və Fransa da zəmanət verməli idi. Kiyev siyahıya Türkiyəni, Moskva isə Belarusu daxil etməkistəyirdi.

Kommunikedə həmçinin bildirilirdi ki, Ukraynaya hücum edilərsə və ona kömək lazim olarsa bütün qarant dövlətlər Kiyevin təhlükəsizliyini bərpa etmək üçün ona yardım etməyə borclu olacaqlar. Söhbət uçuşa qadağan zonanın tətbiqindən, silahların verilməsindən və ya qarant dövlətin öz silahlı qüvvələrinin köməyi ilə birbaşa müdaxilədən gedirdi. Jurnal qeyd edir ki, öhdəliklər NATO müqaviləsindəkindən daha dəqiq yazılıb. Bundan əlavə, qarant dövlətlər, o cümlədən Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünü təşviq etməli idi.

Sənəd layihəsində Rusiya və Ukraynanın Krım probleminin sülh yolu ilə həllinə çalışacağı da bildirilirdi. Xarici İşlər Nazirliyi qeyd edir ki, Rusiya 2014-cü ildə yarımadanı ilhaq edəndən bəri Moskva heç vaxt onun statusunun müzakirəsinə razı olmayıb və onu Rusiyanın ayrılmaz regionu adlandırıb. Onun statusu ilə bağlı danışıqlar aparmağı təklif etməklə, Kreml üstüörtülü şəkildə bunun belə olmadığını etiraf edib.

Moskva bəyan edir ki, Ukrayna Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun təzyiqi ilə danışıqlardan imtina edib. Lakin o, bunu inkar edir. “Foreign Affairs” bu şərhi “karikatura” adlandırır. Qeyd edir ki, Qərb ölkələri Rusiyadan gələn sülh təklifinə “dərin şübhə ilə” baxıblar.

O dövrdə Ukrayna siyasətində iştirak edən keçmiş ABŞ rəsmisi jurnala deyib ki, ukraynalılar kommunike dərc olunana qədər Vaşinqtonla məsləhətləşməyiblər. Baxmayaraq ki, onun təsvir etdiyi müqavilə Birləşmiş Ştatlar üçün yeni hüquqi öhdəliklər yaradacaq, o cümlədən Rusiya Ukraynanı yenidən işğal edərsə onuna müharibəyə girməli olacaq. Məqalədə vurğulanır ki, təkcə bu şərt razılaşmanı Vaşinqton üçün qəbuledilməz edib.

Nəşr qeyd edir ki, iki illik müharibə ərzində Vaşinqton və Aİ ölkələri Ukrayna məsələsində gələcəkdə ölkəni müdafiə etmək üçün real öhdəliklərə hazır olduqlarını nümayiş etdirməyiblər.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin 2022-ci ildə danışıqlara marağı Qərbin mövzuya həvəs göstərməməsi səbəbindən azalıb. Rus ordusu Kiyevdən geri çəkildikdən sonra Ukrayna Moskva üzərində hərbi qələbənin mümkünlüyünə inanırdı. Bundan əlavə, rus hərbçilərinin Buça və İrpen şəhərlərində dinc əhaliyə qarşı qırğın törətməsi ictimai rəyi qəzəbləndirmişdi. Kiyev Rusiyaya qarşı daha sərt tələblər, o cümlədən qoşunların Donbassdan çıxarılması tələbi irəli sürməyə başladı. Nəticədə danışıqlar dalana dirəndi.

2022-ci ilin sentyabrında Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin müstəqilliyini tanıyan fərmanlar imzaladı və bu, onların rəsmi ilhaq prosesinin başlanmasına rəvac verdi. Həmin gün Zelenski özünə Putinlə danışıqlar aparmağı qadağan edən fərman imzalayıb.

Yazıda iki il əvvəl pozulan danışıqlarda Putin və Zelenskinin müharibəni bitirmək üçün kompromislərə razı olduqları xatırlanır. Jurnal təklif edir ki, gələcəkdə hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar və müharibədən sonrakı razılaşmalar bir-biri ilə paralel aparılmalıdır.
 
 
 

Ardını oxu...
Fransa Azərbaycandakı səfirini geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, - məlumatda vurğulanır.

Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomatı qəbul etdiyi bildirilir.
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdılar” adlı veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, verilişdə Ermənistan SSR hakimiyyəti və silahlı millətçi qrupları Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı planlı soyqırım üçün 1988-ci ildə hərəkətə keçməsindən, hər bölgədə amansız hücumlar, qətliam və talanlar törətməsindən, eləcə də erməni jurnalist Mane Papyanın araşdırmasında bütün bunların ermənilər tərəfindən Sumqayıtda baş verən toqquşmalardan xeyli əvvəl planlşadırıldığından bəhs olunub.

Verilişdə Böyük Qarakilsə, ermənilərin Quqark, Hamamlı, ermənilərin Spitak adlandırdığı rayonlarda və Kirovakan şəhərində Sumqayıt təxribatından xeyli əvvəl mütəşəkkil şəkildə planlaşdılırılan qətliam, talan və cinayətlər hadisələrin təşkilatçılarının dili ilə təqdim olunub.

Bildirilib ki, Böyük Qarakilsənin ovaxtkı prokuroru Qriqori Şahverdyanın şəxsi arxivində saxlanılan sənədlərdə bütün faktlar qeyd olunub:

“Belə ki, 1988-ci ildə Quqark rayonunda təxribat aktı törədilib, mart-noyabr aylarında 624 azərbaycanlı işdən çıxarılıb. 1989-cu il iyulun 10-a aid “Kirovakanda millətlərarası cinayətlər” adlı sənəddə 42 cinayət hadisəsi qeyd olunub. 1988-ci ilin mart ayından etibarən azərbaycanlıların evlərinə basqınlar, döyülmə və quldurluq halları qeydə alınıb. Azərbaycanlılar təkcə evdə deyil, işdə də narahat idilər. Həmkarları tərəfindən döyülmə halları, o cümlədən səbəbsiz işdən çıxarılma, bazarda azərbaycanlı satıcıların döyülməsi və sairə hallar olub. 1989-cu ildə Quqark rayonunun bir çox azərbaycanlıları öz mənzillərini satmaq, zəlzələdə itirilmiş mənzillərə görə kompensasiya almaq üçün geri qayıtdılar”.

Sonda vurğulanıb ki, erməni jurnalist şahidlərin və iştirakçı, təşkilatçıların dili ilə Pəmbək mahalına aid indi Quqark, Spitak və Vanadzor adlanan ərazilərdə, kənd, qəsəbələrdə törədilən amansız qırğınlar, talanların üstünü açıb, gerçəyi üç dildə çatdırıb:
“Ermənistan hakimiyyətinin 30 ildən çox gizlətdiyi faciələrin miqyası və sübutları təqdim olunub. Bu həm də ermənilərin uydurduqları, bircə sübutu olmayan Sumqayıt, Gəncə və Bakı olaylarından xeyli əvvəl planlı irticanın sübutudur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının ətrafında keçirilən aksiyada polis xüsusi təyinatlıları etirazçılara müdaxiləyə başlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, ərazini tərk etmək istəməyən etirazçılara qarşı bibər qazı spreyindən istifadə edilib.

Polis hazırda aksiya iştirakçılarının parlament binasının arxa girişindən çıxarmağa çalışır.

Əraziyə su şırnağı maşını cəlb edilib.

Etirazçılar polisə müqavimət göstərirlər.
 

Dünyapress TV

Xəbər lenti