Ardını oxu...
Türkiyədə keçirilən bələdiyyə seçkiləri ötən il Ərdoğanın qələbəsi ilə bitən seçkidən sonra həm iqtidar, həm müxalifət üçün həlledici amil daşıyır.

- Müxalifət üçün bu seçki son məğlubiyyətin əvəzini almaq, həm də siyasi perspektiv baxımından əhəmiyyətlidir: iqtidar qazanarsa, bu, müxalifətin təkcə seçki məğlubiyyəti yox, siyasi çöküşü ola bilər, xüsusilə son seçkidəki məğlubiyyətdən sonra siyasi qüvvələrin parçalanması üfüqdə bu nəticəni göstərir;

- İqtidar prezident və parlament seçkilərindəki qələbəsini tamamlamaq, müxalifət üzərində yekun qələbəni təmin etmək və 2019-cu ildə itirdiyi İstanbulu geri almaq istəyir: İstanbulda qalib gəlmək həm də Türkiyənin gələcək lideri kimi göstərilən İmamoğlunun karyerasına təsir edə bilər.

Bu baxımdan İstanbul Böyükşəhər Bələdiyyəsi hər iki tərəf üçün önəmlidir. İBB-də əsas mübarizə Cümhur İttifaqının namizədi Murat Kurumla CHP-nin namizədi Əkrəm İmamoğlu arasında gedəcək. Kimin qazanacağını proqnozlaşdırmaq çətindir, lakin hər iki tərəfin “yumşaq qarnı” var.

- İqtidar (AKP-MHP) üçün zəif tərəf iqtisadi problemlərin dərinləşməsidir, eyni zamanda, narazı elektorat son seçkinin əvəzini almaq üçün səfərbər ola bilər;

- Müxalifətin (CHP) problemləri daha çoxdur: 2019-cu ildə seçilən İmamoğluya böyük ümidlər bəslənilsə də, özünü doğrultmadığı (yayılan informasiyalara istinadən belə düşünmək olar) görünür; Müxalifət seçkiyə ayrılıqda gedir (İBB uğrunda 22 partiya, 27 müstəqil namizəd mübarizə aparır) və bu iqtidara qarşı olan səslərin parçalanması deməkdir.

Hər iki tərəfin problemləri qarşı tərəfin əlini gücləndirir. Seçkidə əsas fikirlərdən biri isə Türkiyə siyasətinin gələcəyinin İstanbulda həll edilməsidir. Bu düşüncə 1994-cü ilin bələdiyyə seçkilərinə istinadən formalaşıb və indiki seçkilər də 30 il öncəki seçkilərlə müqayisə olunur.

Birincisi, 30 il öncə İBB-də qalib gələn Ərdoğan sonradan ölkənin baş naziri oldu və hələ də hakimiyyətdədir: hesab olunur ki, İBB-də qalib gələn şəxsi eyni siyasi karyera gözləyir, hərçənd, bu, iqtidarın namizədi üçün yox, daha çox İmamoğlu üçün proqnozlaşdırılan gələcəkdir;

İkincisi, Ərdoğanın 30 il öncə İBB-də qalib gəlməsi həmin dövrdə mövcud olan iqtisadi problemlərlə əlaqələndirilir, indi də ölkənin eyni problemlərlə üzləşdiyi və bu problemlər fonunda İmamoğlunun qələbəsinin iqtidar dəyişikliyinin başlanğıcı kimi göstərilir.

Lakin bunun nə qədər real yanaşma olduğu sual altındadır. Eyni yanaşma, 2019-cu ildə - İmamoğlu İstanbulda qalib gələndə də var idi, lakin cəmi 4 il sonrakı seçkilərdə itirən tərəf müxalifət oldu. Bununla yanaşı, Türkiyənin 30 il öncəki ölkə olmadığı da belə proqnozları mübahisələndirir.

Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.

Müəllif: Asif Nərimanlı - dia-az.info
 
Ardını oxu...
ABŞ Prezidenti Co Baydenin təyyarəsində uçan jurnalistlər oğurluq ediblər.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, bu günlərdə Ağ Evdə İşləyən Jurnalistlər Assosiasiyasına bir məktub daxil olub. Məktubda jurnalistlərin ciddi şəkildə nizam-intizama əməl etməsi tələb edilib.

Məktubda bildirilir ki, son vaxtlar Prezident Co Baydenin təyyarəsinin jurnalistlərə aid bölməsində oğurluq halları artıb. Baydeni hər səfərdə 13 jurnalist müşayiət edir. Onlara təyyarədə yeməkdən əlavə prezidentin imzası olan suvenirlər də hədiyyə edilir.

Bəzən aeroportda jurnalistlərin baqajını yoxlayarkən dövlət təyyarəsinə aid qab-qacaq aşkar edilir.

“Politico” yazır ki, tanınmış redaktorlardan biri bu yaxınlarda dostlarına verdiyi qonaqlıqda təyyarədən oğurladığı boşqablardan istifadə edib. Oğurlanmış boşqabların sayı o qədər çox olub ki, bütün qonaqlara kifayət edib.
 
Ardını oxu...
5 aprel tarixi yaxınlaşdıqca Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana təzyiqi artıb. Moskvada hesab edirlər ki, 5 aprel tarixində Brüsseldə Paşinyanla görüşəcək ABŞ və Avropa İttifaqı rəsmiləri Ermənistana təhlükəsizlik təminatı verəcəklər. Bu isə Rusiyanın Ermənistanda sıxışdırılmasının rəsmi elanı olacaq.
Bu arada, Kreml Ermənistandakı səfiri Sergey Kopirkin vasitəsilə Paşinyana xatırladıb ki, Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsini və sərhəddə müşahidə postları quraşdırılmasını onlardan məhz Ermənistanın baş naziri xahiş edib. Buna baxmayaraq, Kopırkin Paşinyana onu da xatırladıb ki, erməni tərəfi heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuniləşdirmək istəməyib. Yəni səfir Paşinyana demək istəyib ki, Ermənistan sərhəddini Azərbaycanın həmləsindən Rusiya qoruyub. Rusiya səfirinin başqa bir xəbərdarlığı ABŞ rəsmilərinin bəyanatları ilə bağlıdır: “ABŞ-ın Ermənistanla münasibətlərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxması çox pisdir, çox təhlükəlidir. Bu, həqiqətən də bizim münasibətlərimizə real xələl gətirə biləcək bir məsələdir”.
Kreml Ermənistandakı səfirini yenə ona görə danışdırıb ki, Nikol Paşinyan 5 apreldə Brüsselə gedərkən Rusiyanın Ermənistan üçün etdiklərini və edə biləcəklərini unutmasın...
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
Serbiya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə paytaxt Belqraddan 100 km aralıda yerləşən Valevo şəhəri ərazisində naməlum uçan obyekti yaxalamaq üçün havaya qaldırılıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə radarları saat 10:39-da (Bakı vaxtı ilə 13:39) Valevo şəhəri üzərində 5,5 km yüksəklikdə naməlum obyekt aşkarlayıb:

“Serbiya Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandar Vuçiçin əmrinə əsasən bir cüt növbətçi-yaxalayıcı MiQ-29 havaya qaldırılıb, növbətçi hava hücumundan müdafiə sistemləri hava məkanına nəzarəti davam etdirib”.

Lakin tezliklə hədəf radar ekranlarından itib. Təyyarələr onu axtarsalar da, obyektin yerini müəyyən edə bilməyiblər, bundan sonra yaxalayıcılar öz aerodromlarına qayıdıblar.

Qeyd edək ki, Valevo şəhərində bir neçə iri sənaye müəssisəsi, o cümlədən ölkənin müdafiə kompleksində mühüm rol oynayan Krusik zavodu yerləşir.
Ardını oxu...
Venera planetində həyat ola bilər, Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri Astrobiology jurnalında dərc olunan araşdırmada belə bir nəticəyə gəliblər. Onların fikrincə, əgər Veneranın zəhərli buludlarında həyat formaları varsa, onlar çox güman ki, həyat üçün mühüm tikinti materialı olan amin turşularından məhrum olmayacaqlar.

"DogruXeber.az" Space.com-a istinadən bildirir ki, Venerada temperatur bir neçə yüz dərəcəyə çatır və o, insan dişlərini korroziyaya salan, gözləri, burnu və boğazı qıcıqlandıran rəngsiz, kanserogen maye olan aşındırıcı sulfat turşusu ilə örtülmüşdür. Beləliklə, qayalı planet canlı orqanizmlər üçün uyğun hesab edilmir. Bununla belə, elm adamları Veneranın cəhənnəm mühitində yarana biləcək hər hansı həyatın onun planetin səthindən daha soyuq olan zərərli buludlarında tapıla biləcəyindən və beləliklə də bəzi ekstremal həyat formalarına şərait yarada biləcəyindən şübhələnirlər.

MIT tədqiqatçılarının apardığı yeni laboratoriya təcrübəsi, 19 amin turşusunun bir az su ehtiva edən sulfat turşusu məhlulunda təəccüblü şəkildə ən azı bir ay qaldığını müəyyən etdi. Bu məhlulda sulfat turşusunun konsentrasiyası Veneranın buludlarında olan konsentrasiyaya bənzəyir. Nəticələr göstərdi ki, kükürd turşusu, ümumiyyətlə, Yerdə mövcud olan üzvi kimyaya həmişə "düşmən" deyil və Veneranın buludlarında bu mürəkkəb, həyatı təşviq edən molekulların ən azı bir qismini ehtiva edə biləcəyini göstərir.

Yeni araşdırmanın həmmüəllifi, MIT astrofiziki və planetoloqu Sara Siqer, -"Bu, oradakı həyatın buradakı kimi olacağı demək deyil. Əslində, bunun olmayacağını bilirik".

Ötən ilin əvvəlində Seeger və onun həmkarları 20 "biogen" amin turşusunu (yeməklərin parçalanmasında, enerjinin yaradılmasında, əzələlərin qurulmasında və s. roluna görə Yerdəki bütün həyat üçün zəruri olan molekullar) su ilə qarışdırılmış sulfat turşusu flakonlarında həll etdilər. Veneranı simulyasiya edin. buludlarda tapılan mühit. Dörd həftə ərzində onun komandası digərləri arasında qlisin, histidin və arginin də daxil olmaqla bu amin turşularının strukturunu təhlil etdi. Molekullardan 19-nun molekulyar "onurğası"nın yüksək turşuluq mühitinə baxmayaraq, toxunulmaz qaldığı aşkar edilmişdir.

Venerada həyat ola bilər, yeni araşdırma iddia edir
Tədqiqatın həmmüəllifi Yanuş Petkovski deyib: - “İnsanlar konsentratlaşdırılmış sulfat turşusunun son dərəcə aqressiv həlledici olduğunu və hər şeyi parça-parça edəcəyini düşünürlər, lakin biz bunun mütləq doğru olmadığını düşünürük”.

Təcrübə dörd həftədən sonra əlavə fəaliyyət əlamətlərinin olmaması səbəbindən dayandırıldı.

Tədqiqata rəhbərlik edən Massaçusets Politexnik İnstitutu Worcester-in bakalavr tələbəsi Maksvell Siger, - "Sadəcə bu onurğanın sulfat turşusunda sabit qaldığını göstərmək Venerada həyatın olması demək deyil. Təhlükə altında olsa, bildiyimiz kimi həyat [Venerada] mümkün olmayacaq." - deyə bildirib.

Yoxlanılan 20 amin turşusundan doqquzu meteoritlərdə də tapılıb ki, bu da tədqiqatçıların fikrincə, bu molekulların meteoritlərin vurması nəticəsində Venerada da peyda ola biləcəyini göstərir.

2025-ci ilin yanvarında bu planetə göndəriləcək özəl maliyyələşdirilən Venus Life Finder missiyası Veneranın qalın buludlarında belə molekulları axtarmaq niyyətindədir. Missiya Veneraya Foton adlı kosmik gəmi göndərəcək, o, Veneranın yanından keçərək planetin atmosferinə üzvi birləşmələri aşkar etmək üçün nəzərdə tutulmuş kiçik, tək alətli zond buraxacaq. Zondda paraşüt yoxdur və o, səthə düşməzdən və məhv edilməzdən əvvəl Veneranın yaşamaq üçün nə dərəcədə yararlı ola biləcəyini qiymətləndirmək üçün Yerə radio məlumatlarını geri göndərəcək.
 
Ardını oxu...
Ankara və Tehranın bölgədəki vəziyyətə münasibəti fərqlidir
ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da Vaşinqtona rəsmi səfər edəcək. Türkiyə lideri ilk dəfə Ağ evdə amerikalı həmkarı ilə görüşəcək.

Tərəflər sonuncu dəfə ötən ilin iyulunda Litvada keçirilən NATO sammitində bir araya gəlmişdilər. Ötən həftə Türkiyə Milli İstihbarat Təşkilatının başçısı İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər etmişdi. İndi isə növbə dövlət başçılarınındır.

Ərdoğanla Baydenin görüşündə terrora qarşı mübarizə, Qəzza zolağındakı son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Bu səfərə dair xəbər yayılan günlərdə İranın İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) informasiya vasitələri Türkiyə Prezidentinə qarşı qarayaxma kampaniyası aparmağa başlayıb.

SEPAH-ın təbliğat maşını Rəcəb Tayyib Ərdoğanı “dildə Fələstin, ürəkdə İsrail yanlısı” kimi təqdim edir. Bununla da onu müsəlman və ərəb dünyasında nüfuzdan salmağa çalışır.

Martın 26-da İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyə ilə görüşüb. Ali rəhbər bu görüşdə də HƏMAS-ı tərəddüdsüz dəstəkləyəcəklərini vəd edib.

Bundan başqa, martın 26-da Tehranda hakimiyyətin təşkil etdiyi çoxminli mitinqdə terrorçu “Fələstin İslami cihad” qruplaşmasının lideri Ziyad ən Nahala çıxış edərək, “İsraili məhv edənədək mübarizəni davam etdirəcəklərini” bildirib.

İran hakimiyyəti bütün qüvvəsi ilə HƏMAS-la İsrail arasında dialoqun baş tutmasına çalışır. Belə bir hadisənin baş verməsi bu silahlı-siyasi qruplaşmanın, yaxud bəzi ölkələr tərəfindən terror təşkilatı sayılan qurumun legitimliyinin qəbul edilməsi olardı. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə “əli qana batdığı üçün” HƏMAS-ı Fələstinin siyasi-ictimai həyatında görmək istəmədiklərini bildirib.

Bu, həm də İranın dirijorluğu ilə fəaliyyət göstərən silahlı-siyasi qruplaşmaların aqibətinə işarədir.

SEPAH və onun informasiya kanalları ABŞ ilə Türkiyənin Yaxın Şərqlə bağlı danışıqlarını da qısqanır. Çünki baş verən hadisələr fonunda İranın regionla bağlı məsələlərdə əsas fiqur olaraq qəbul ediləcəyini planlaşdırırdılar. Bununla Tehran qərb qarşısında şərtlər irəli sürəcəyinə ümid edirdi. Ancaq bu baş vermir. İran hakimiyyəti hələ də terror qruplaşmalarının sponsoru statusunda qəbul olunur.

Planı baş tutmadığından hikkə və kinini Türkiyə tuşlayıb.

İsrailin dostları və düşmənləri məlumdur. Bu yəhudi dövlətinə münasibətdə seyrçi qalanlar da tanınır. HƏMAS-ın müdafiəçiləri isə yarımçıq şəkildə görünür. Bunlardan biri İrandakı rejimdir. Tehran rəsmiləri bu qruplaşmanın İsrailə hücuma keçdiyi gününün tarixindən xəbərsiz olduqlarını belə beynəlxalq ictimaiyyətə sırımağa çalışırdı. Seyid Əli Xamənei müharibə başlayandan sonra İsmayıl Həniyə ilə ilk görüşdə hücumun başlayacağı tarixdən xəbərsiz olduqlarını, onlara yardım etməyəcəklərini, bu müharibəyə qatılmayacaqlarını bildirsə də, dəstəklədiklərini vurğulamışdı. Sonrakı günlərdə Tehran rejiminin müxtəlif səviyyəli rəsmiləri HƏMAS-ı dəstəklədiklərini, ona hər cür yardım edəcəklərini bildirdilər.

İran hakimiyyətinin təmsilçiləri gah HƏMAS-a yardım etmədiklərini bildirir, gah da əksinin iddia edirlər. Ancaq onun regionda formalaşdırdıqları silahlı birləşmələr bu və ya başqa şəkildə HƏMAS-İsrail müharibəsində iştirak edirlər.

Bu günlərdə Yəməndə SEPAH, Ənsarullah (husilər) və Hizbullahın HƏMAS-İsrail müharibəsi ilə bağlı məsləhətləşməsi İranyönlü silahlı qruplaşmaların fəaliyyətinin əlaqələndirildiyini deməyə əsas verir.

Tehran rəsmiləri keçirdikləri müxtəlif görüşlərdə də HƏMAS-ı müdafiə edir, bu qruplaşmanın fəaliyyətini Fələstin azadlıq mübarizəsi ilə eyniləşdirirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da HƏMAS-ın İsrailə qarşısı mübarizəsində biriniciləri dəstəkləyir. İsrailin baş naziri Binyamin Netaniyahunun ünvanına kəskin ifadələr səsləndirir.

Ölkənin xarici işlər naziri Hakan Fidan Fələstin məsələsi üzrə təmas qrupunun təmsilçisi kimi ABŞ-də səfərdə də olmuşdu. 1947-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında Türkiyə və İran vahid Fələstin dövlətinin yaranmasına səs vermişdi.

Zaman keçib, şərtlər və şərait dəyişib. Türkiyə hesab edir ki, İsrail və HƏMAS arasında getdikcə şiddətlənən münaqişənin davam etməsi iki dövlət prinsipi çərçivəsində suveren və müstəqil Fələstinin qurulmaması ilə bağlıdır.

Rəsmi Ankara Fələstinlə İsrail arasında sülhün bağlanması üçün qarant dövlət rolunda çıxış və vasitəçilik etməyə hazır olduğunu bildirir.

İran rejimini, o cümlədən SEPAH-ı Türkiyənin HƏMAS-la əlaqəsi, İsrail dövlətinə münasibəti qıcıqlandırır. Çünki Ankara ilə Tehranın vəziyyətə, İsrailə münasibət tamamilə fərqlidir. İran tərəfi İsraili dünyanın siyasi xəritəsindən silmək arzusundadır.

İran Prezidenti İbrahim Rəisinin ötən ilin noyabrında Türkiyəyə səfəri ləğv olunarkən Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani demişdi ki, səfər tərəflərin qarşılıqlı razılaşması əsasında təxirə salınıb: “Bəziləri suyu bulandırmaq üçün proqnozlar verməyə çalışır. İran və Türkiyə arasında münasibətlər konstruktivdir. Biz müxtəlif məsələlərdə bir-birimizlə əməkdaşlıq edirik”.

“Suyun bulanmasına” səbəb İran tərəfin müəmmalı çıxış və açıqlamasıdır. Yayılan xəbərlərə əsasən, rəsmi Tehran Ankaranı İsrailə qarşı sərt mövqe nümayiş etdirmədiyi üçün ittiham edib. Qarşı tərəf buna görə də səfəri təxirə salıb.

İran hakimiyyətinin, SEPAH-ın yetişdirdiyi və daim imkanlarından faydalandığı Livanın “Hizbullah” təşkilatının lideri Şeyx Həsən Nəsrullah X səhifəsində Rəcəb Tayyib Ərdoğan haqqında öz ədəbini nümayiş etdirərək “su bulandırmışdı”: “Mətbuatda Fələstinə dəstəyini nümayiş etdirən, lakin pərdə arxasında yenə də İsraillə hər cür sövdələşmə və hərəkətlərdə iştirak edən hər kəs ikiüzlüdür”.

SEPAH-ın Ərdoğan barəsində bu günlərdə yaydığı materialla Nəsrullahın şərhi eyni xəttin göstəricisidir.

İran hakimiyyətinin qonşu və uzaq müsəlman ölkələrə münasibəti kimin neçə üzlü olduğunu çoxdan təsdiqləyib. Elə Azərbaycan torpaqları işğal altında olanda və 44 günlük müharibə zamanı da Tehran özünü ifşa etdi, iddia etdiyi “müsəlman təəssbkeşi” rolundan çox-çox uzaqda olduğunu göstərdi. Odur ki, İran XİN-in sözçüsü və bütövlükdə İran hakimiyyəti, həmçinin SEPAH “Hizbullah” liderinin bulandırdığı suda hələ də balıq tutmaq sevdasını davam etdirir. Bu yerdə atalar sözü vəziyyəti daha aydın xarakterizə edir: İran hakimiyyəti, SEPAH “öz gözündə tiri görmür, başqa gözdə çöp axtarır”.
Sədrəddin Soltan
pressklub.az
 
Ardını oxu...
"Putinin bir gün Ukraynanı terrorda birbaşa ittiham etməsi, ertəsi gün bu suala cavabdan yayınması arasında tərəddüdlər Kremlin bununla bağlı şablon xətti hələlik işləyib hazırlamadığını göstərir..."

"Terror aktı radikal islamşılar tərəfindən hazırlanıb, Ukrayna xüsusi xidmət orqanları buna dəstək verib..."

Putinin ətrafı Ukraynanın "Crocus"a hücumunda əli olduğuna inanmır

Rusiya hakimi Vladimir Putin və təcavüzkar ölkənin digər yüksək vəzifəli məmurları "Crocus City Hall" ticarət mərkəzində terror aktının arxasında, guya, Ukraynanın dayanması barədə narrativlə bağlı ardıcıl olmayan mövqe sərgiləyir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.

Analitiklərin fikrincə, bu, Kremldə baş vermiş insidentin müzakirəsi üzrə şablon xəttin işlənib hazırlanmadığından xəbər verir. Bu, Rusiya elitasının terrorun nəticələrindən sonra keçirdiyi şokla bağlıdır.

Məlumat verilir ki, Rusiya siyasətçiləri ticarət mərkəzinə hücumla bağlı ardıcıl ritorik xətti dəstəkləməyə cəhd edir, çünki öz informasiya əməliyyatlarını kəşfiyyat və hüquq-mühafizə orqanlarının gerçək uğursuzluqları ilə necə uzlaşdıracağını sonadək anlamır.

Qeyd edilir ki, Putin və məmurları İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü terror aktında Ukraynanın iştirakı barədə feyk narrativin ətrafında tam sıx birləşməyib.

"Martın 23-də terror aktından sonra öz müraciətində diktator bəyan edib ki, hücum edənlər Ukrayna ilə əlaqəlidir. Lakin martın 26-da Rusiya Federasiyası Prokurorluğunun kollegiya iclasında çıxışı zamanı o, "Crocus"a hücumu xatırladıb, müstəntiqlərə iş üzrə bütün faktlatı müəyyən etməyə çağırış edib, lakin Ukraynanı bu hücumda birbaşa və ya dolayısı ilə ittiham etməyib", - analitiklər izah edib.

Onlar xatırladıb ki, Rusiya hakimi öz müraciətində Ukrayna hökumətini yalnız bir dəfə, həm də bununla bağlı deyil, Rusiyanın xaricdə "itirilən" əmlakının qaytarılması barədə danışanda xatırladıb.

Bu, onun mövqeyinin əvvəlki ittihamları ilə müqayisədə xeyli dəyişməsidir. Bu zaman Kremlin mətbuat katibi Dmitri Peskov həmçinin Ukraynanın "Crocus"a hücumunu təşkil etməsi barədə jurnalistlərin sualına cavab verərkən bunu birbaşa bəyan etməyib.

"Putinin bir gün Ukraynanı birbaşa ittiham etməsi və ertəsi gün bu suala cavabdan yayınması arasında tərəddüdlər onu göstərir ki, Kreml terror hücumunun necə müzakirə edilməsi ilə bağlı şablon xətti hələ işləyib hazırlamayıb, bu, ehtimal ki, qismən terror aktından sonra Rusiya elitasının onun nəticələrindən şok keçirməsi ilə bağlıdır", - ISW hesab edir.

Eyni zamanda digər məmurlar Ukraynanın terror aktında iştirakı barədə Kremlin narrativini daha da gücləndirib və bu zaman etiraf edib ki, Rusiya hakimiyyəti üçün bu hücum barədə kritik vacib informasiya yetərli deyil.

Putin və əlaltıları "Crocus"dakı terror haqqında nə düşünür

Martın 23-də Putin bəyan edib ki, dörd terrorçu Uktaynaya gedən yolda yaxalanıb, sonradan o, qeyd edib ki, "niyə terrorçular cinayət törətdikdən sonra məhz Ukraynaya getməyə cəhd edib, onları orada kim gözləyib" sualına cavab vermək lazımdır.

Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov qeyd edib ki, "Ukrayna xüsusi xidmət orqanları terror aktına dəstək verib, terror aktını isə radikal islamçılar hazırlayıb".

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə birbaşa bəyan edib ki, bunun arxasında Ukrayna dayanır.

Lakin sonradan "Bloomberg" nəşri yazıb ki, Putinin ətrafı Ukraynanın "Crocus City Hall"da terror aktında əli olmasına inanmır.
Ardını oxu...
Ermənistan təkcə Azərbaycanla deyil, Gürcüstanla da sərhədlərin demarkasiyası işlərini gücləndirmək niyyətindədir. Belə ki, erməni tərəfi Ciliza kəndini (Lori rayonu) Gürcüstana qaytarmağı planlaşdırır.
Bu məsələ Gürcüstanın baş naziri İrakli Kobaxidzenin erməni həmkarı Nikol Paşinyanla İrəvana son səfəri zamanı müzakirə olunub. Ermənistanın "Joğovurd" qəzetinin məlumatına görə, Paşinyanla Kobaxidze həmçinin, Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin aktivləşdirilməsi imkanını müzakirə edib
Nəşr Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryandan hansı ərazilərin demarkasiya olunacağını və Ciliza kəndinin buraya daxil olub-olmadığı ilə maraqlanıb. Baş nazirin mətbuat katibi isə açıqlamasında deyib ki, ümumilikdə demarkasiyanın aparılmalı olduğu müzakirə olunub.
Yəni Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırlaşır. Qeyd edək ki, Ermənistan və Gürcüstan 1992-ci ildən etibarən demarkasiya məsələsini müzakirə edirlər. 1996-cı ildə iki ölkə arasında delimitasiya və demarkasiya komissiyası yaradılıb, lakin komissiya passiv rejimdə fəaliyyət göstərir.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri , politoloq Tural İsmayılov “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan təkcə Azərbaycanla, yox bütün qonşuları ilə delimitasiya problemi yaşayır:

“Gürcüstanla da dəqiqləşməmiş sərhədləri mövcuddur. Bunun da səbəbi SSRİ dağılandan sonra Ermənistan hakimiyyətində neofaşist zehniyyətində olan qüvvələrin təmsil olunmasıdır. Həmin qüvvələr qonşu ölkələrin ərazilərinə qarşı iddia qaldırıb. Müxtəlif dövrlərdə Ermənistandakı bəlli siyasi dairələr Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxeti bölgəsinə qarşı da ərazi iddiaları irəli sürüblər. Hələ də Ermənistanın bəzi dərsliklərində Cavaxeti ilə bağlı ermənilərin sərsəm iddiaları tədris edilir. Gürcüstanda yeni formalaşan hökumət də Ermənistanla sərhəddəki mübahisələri əraziləri həll etmək istəyir. Delimitasiya olunmamış Ciliza kəndini isə faktiki olaraq Ermənistan qanunsuz olaraq öz nəzarətində saxladığı üçün Gürcüstana qaytarmalıdır. Uzun müddətdirdir ki, erməni-gürcü təmaslarında Paşinyanın müəyyən əraziləri Gürcüstana verməklə delimitasiya aparmaq istəyi haqda şaiyələr də dolaşır. Bu mənada müzakirələrin formal xarakterli olduğunu düşünmürəm. Ermənistan əvvəl-axır Ciliza kəndini Gürcüstana geri qaytaracaq”.
Ardını oxu...
Hazırda Cənubi Qafqazda regional təhlükəsizliyin güclənməsi prosesi gedir. Dünən toxunulmaz sayılan formatlar, modellər dəyişdirilir və yenidən nəzərdən keçirilir. Regionda ənənəvi aktorlarla yanaşı, Qafqazla bağlı ambisiyaları və ideyaları olan yeni oyunçular meydana girir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

Onun sözlərinə görə, hazırda Cənubi Qafqazla bağlı geosiyasi aktorlar arasında ən çətin məsələ nəqliyyat dəhizləri ilə əlaqəlidir:

“Uzun müddət Qafqazda təhlükəsizlik sistemi kontekstində 3+3 formatı müzakirə olunsa da, bu, hazırda ən azı iki versiyada mövcuddur: Türkiyə və İran. Üstəgəl, İran variantı ciddi regional determinizmi nəzərdə tutursa, üç regional ölkə, üstəgəl üç nəhəng Avrasiya qonşusu, eləcə də Qəblə münasibətləri nəzərə alan, formal olaraq eyni şeyi deyən Türkiyə formatı daha çevikdir.

2014-23-cü illərdə mövcud olan tendensiyaları nəzərə alsaq, Rusiya üçün ən sərfəli eksklüziv regional seçimdir. Amma Moskva, Ankara və Tehran nə qədər çalışsa da, çətin ki, xarici təsirdən tam qurtula bilsinlər. Və burada məsələ təkcə NATO deyil. Qafqaz regionunda təkcə qərbləşmənin yox, həm də şərqləşmənin təsiri var.

Məsələ budur ki, həm Çin, həm də Hindistan yeni dünyanın mümkün qlobal güc mərkəzləri kimi Qafqaza böyük maraqla baxır, məsələn, Mərkəzi Asiyada olduğu kimi, hələ də öz resurslarını burada yerləşdirə bilməyiblər. Amma bu gün onların Qafqaz işlərində iştirakı daha da aktuallaşır.

Çin artıq Gürcüstanın üç ən böyük ticarət tərəfdaşından biridir və Tiflis NATO, Avropa Birliyi və ABŞ ilə sıx əməkdaşlıq etsə də, Çinlə ilk azad ticarət sazişi imzalayan ölkə oldu. İddialı “Bir Kəmər, Bir Yol” layihəsinin həyata keçirilməsi təkidlə diktə edir ki, Qafqazın bütün dövlətləri bu işə cəlb olunsun. Eyni zamanda, bu ölkələr Pekinə müstəqil qlobal güc mərkəzi kimi baxırlar və ümid edirlər ki, bu, üçüncü və ya alternativ geosiyasi xətt olacaq və onun vasitəsilə “ikinci soyuq müharibə”dən qaçmaq mümkün olacaq”.

Markedonov Hindistanın Cənubi Qafqazın işlərinə qarışmağa çalışdığını söyləyib:

“Azərbaycanla Pakistanın sıx münasibətləri Hindistanı qəzəbləndirir, nəticədə Dehli Ermənistanla əməkdaşlığa böyük maraq göstərir. Ermənistan-Hindistan hərbi əməkdaşlığı bununla şərtlənməlidir. Dehlinin də Şimal-Cənub dəhlizində ciddi marağı var. Bu da onu Rusiya və İranla sıx əlaqəyə sövq edir ki, bu da Qərbdə müəyyən əsəbiliyə səbəb olur. Azərbaycan Hindistanın Qafqaz regionunda ən böyük ticarət tərəfdaşı olmaqda davam edir. Azərbaycana 79.4 milyon, Azərbaycandan Hindistana isə 595 milyon dollardan çox məhsul və xidmətlər ixrac olunub. Bu, Gürcüstan-Hindistan və Ermənistan-Hindistan ticarət əlaqələrinin göstəricilərindən çoxdur.

Mahiyyət etibarilə demək olar ki, qloballaşmanın ümumi nəzəri kateqoriyaları Qafqaz regionuna doğru irəliləyir. Bakı-İrəvan və ya Tiflis-Suxumi problemləri bu gün təkcə sovet layihəsinin mərkəzi olan Moskvanı yox, Paris, Pekin, Vaşinqton, Dehli, İslamabad və Təl-Əvivi də narahat edir. Bütün bunlar regional oyunun müəyyən qaydalarının işlənib hazırlanmasında böyük çeviklik və kreativlik tələb edir, əlbəttə, son məqsəd sülh və sabitlikdirsə, “Avrasiya barıt çəlləyi”nin yaradılması deyilsə”.
 
Ardını oxu...
"Prezident Zelenski öz komandasını gücləndirməyi bəyan edib, Danilovun istefası klassik rotasiyadır..."

"Ukraynanın möhkəmləndirilməsi və bütün istiqamətlərdə dövlət siyasətinin yenilənməsi davam etdiriləcək..."

Aleksey Danilovun Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edilməsi Ukraynada bir çoxlarını təəccübləndirən siyasi hadisədir.

Moderator.az xəbər verir ki, bu barədə "newsdaynews.ru" nəşri yazıb.

Danilovun yerinə prezifdent Litvinenkonu təyin etməsini Ukrayna prezidentinin Ofisi izah edib.

Belə ki, Ofis rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə, Zelenski öz komandasını gücləndirməyi bəyan edib.

Rusiya ilə müharibənin müxtəlif mərhələlərində proseslərin dinamikasına ehtiyac var. Ona görə də Danilovla bağlı məsələ də klassik rotasiyadır, o, deyib.

"Bunlar adi kadr rotasiyalarıdır. Prezident bu barədə kifayət qədər çox danışıb, o, komandasını gücləndirəcəyini, dəyişəcəyini bəyan edib, ona görə ki, biz müharibənin uyğun mərhələlərindəyik və hər bir mərhələ poseslərin dinamikasını tələb edir", - Podolyak izah edib.

Onun sözlərinə görə, ukraynalılar müharibənin üçüncü ilində proseslərdəki ətalətdən yorulub. Cəmiyyətə dövlətin bundan sonra da sərt rejimdə işləməsinə strateji hazırlığını göstərmək, təşəbbüslər təklif etmək gərəkdir", - o, deyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının artıq sabiq katibi Aleksey Danilovun vəzifədən azad edilməsi cəmiyyəti şoka salıb. Qeyd edək ki, belə kadr siyasəti prezidentin səlahiyyətindədir.

Ukrayna prezidenti Vladimir Zelenski öz qərarını şərh edib. O, Aleksey Danilova fəaliyyətinə görə minnətdarlıq edib və onun başqa işə keçirilməsinə eyham vurub.

Eyni zamanda dövlət başçısı qeyd edib ki, Aleksandr Litvinenko yeni postunda öz vəzifələrini Ukrayna Təhlükəsizlik Xidmətində keçirdiyi illərdə qazandığı təcrübəsi ilə uzlaşdıracaq.

Prezident əlavə edib ki, kəşfiyyatın yeni rəhbəri vəzifəsinə müvafiq təcrübəyə malik olan Oleq İvaşşenko təyin edilib.

"Bütövlükdə mən dövlətimizin milli təhlükəsizliyinin asılı olduğu proseslərin proqnozlaşırılması və onlara təsir edilməsini gözləyirəm", - Zelenski vurğulayıb.

Dövlət başçısı deyib ki, Ukraynanın möhkəmləndirilməsi və bütün istiqamətlərdə dövlət sisteminin yenilənməsi davam etdiriləcək".

Dünyapress TV

Xəbər lenti