Ardını oxu...
Qırğızıstan bankları “Mir” ödəniş sisteminin bir hissəsi olan Rusiya kartları ilə əməliyyatların aparılmasını dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “Elkart” milli ödəniş sisteminin operatoru olan Qırğızıstanın “Banklararası Prosessinq Mərkəzi” QSC-nin saytında məlumat yayılıb.

Məlumata görə, aprelin 3-dən etibarən “Mir” kartlarının istifadəçiləri üçün kartdan karta köçürmələr və s. əlçatmaz olub.

Qeyd edilib ki, bu ilin fevral ayında ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə məsul bölməsi “Mir” ödəniş sisteminin kart operatoru olan “Milli Ödəniş Kartları Sistemi” ASC-yə qarşı sanksiyalar tətbiq edib. İkinci dərəcəli sanksiyalar riskini minimuma endirmək üçün Qırğızıstan tərəfi daha sonra respublika ərazisində “Mir” kartları ilə əməliyyatların aparılmasından imtina etməyə məcbur olub.

Qırğızıstan Milli Bankı belə məsələlərlə bağlı kommersiya banklarının işinə müdaxilə etmək səlahiyyətinin olmadığını bildirib və əmin edib ki, banklar hansı ödəniş sistemi ilə işləyəcəklərinə müstəqil qərar vermək hüququna malikdirlər.
 
 

 


Ardını oxu...
Haaqada keçirilən “Ukrayna üçün ədalətin bərpası” konfransının siyasi bəyannaməsi 44 dövlət tərəfindən imzalanıb. Sənəddə təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını və Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi təşəbbüslərini dəstəklədiyini bildirir.

Sozcu.az xəbər verir ki, “Yevropeyskaya pravda” bu haqda Hollandiya hökumət portalına istinadla məlumat yayıb.

Yekun sənədi hələlik Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Sloveniya, İspaniya, İsveç, Ukrayna, Böyük Britaniya və ABŞ imzalayıb. Konfransda ümumilikdə 57 ölkə iştirak edib.

Bəyannamədə ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünü beynəlxalq hüququn və asayişin kobud şəkildə pozulması kimi pisləyir və BMT məhkəməsinin 2022-ci il martın 16-da Rusiyanı hərbi əməliyyatları dayandırmağa məcbur edən qərarını xatırladırlar.

Ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı törətdiyi bütün beynəlxalq hüquq pozuntularına, o cümlədən təcavüz cinayətinə görə lazımi təhqiqat və məsuliyyətin təmin edilməsi üçün birgə səyləri artırmağa çağırır.

Ölkələr konfransda müxtəlif dövlətlərin təhqiqatları daha da dəstəkləmək üçün verdiyi vədləri alqışlayır və Vladimir Putin üçün misli görünməmiş həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla, artıq işdə iştirak edən bütün qurumların rolunu qeyd edirlər.

Bəyannamədə ötən il Ukrayna və Birgə İstintaq Qrupunun (JIT) üzvü olan beş dövlətin iştirakı, ABŞ və milli araşdırmalara dəstək verən Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğunun da cəlb edilməsi ilə koordinasiya platforması kimi "Yevrojust"-da Ukraynaya Qarşı Təcavüz Cinayətlərinin Təqibi üzrə Beynəlxalq Mərkəzin (ICPA) yaradılması alqışlanır.

Ölkələr Rusiya Federasiyasının ali hərbi-siyasi rəhbərliyinin cəzalandırılmasına töhfə verəcək Ukraynaya qarşı təcavüz cinayətinə görə Rusiyanı məsuliyyətə cəlb etmək üçün xüsusi tribunalın yaradılması üzərində işləmək niyyətlərini təsdiqləyir və bu istiqamətdə əhəmiyyətli irəliləyişi alqışlayır, dövlətləri və beynəlxalq təşkilatları bu prosesi başa çatdırmaq üçün hüquqi bazanın və beynəlxalq dəstəyin hazırlanmasına kömək etməyə çağırır. Sənəddə həmçinin Hollandiyanın bu xüsusi tribunalı qəbul etməyə hazır olması alqışlanır.
 
Ardını oxu...
İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib.

Redaktor.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

"Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir",- açıqlamada deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdəki İran mənbələrində İsrailin Bakıdakı və Abu-Dabidəki səfirliklərinin təxliyyə olunması barədə məlumatlar yayılıb.
Ardını oxu...
Ölkəmizdə maləsəf ki, hətta iri və nüfuzlu market şəbəkələri tərəfindən belə müştərilərin aldadılması bir ənənə halını alıb. Elə dia-az.info aşağıda təqdim edəcəyimiz gileydə də vətəndaş qeyd etdiyimiz məsələni diqqətə çatdırır.
Beləliklə, "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda deyilir: "Makaronun qiymətinə fikir verin zəhmət olmasa....

Piştaxtada makaronun üzərinə "0,97 qəpik" yazılıb, kassaya gəldikdə isə 1.42 manat çıxılır.

"Al Market"dən şikayətim var..."

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiyanın ölkəsi qarşısında yerinə yetirmədiyi öhdəlikləri var.

Bu bəyanatı əks etdirən videofraqment Ermənistan hökuməti başçısının “Telegram” kanalında yayımlanıb.

“Rusiya ilə münasibətlərdə biz heç bir səhv etməmişik. Rusiyalı tərəfdaşlarımız bizə heç nə göstərə bilməz və “burada sizin öhdəlikləriniz var idi və siz onları yerinə yetirmədiniz” deyə bilməz. Biz isə göstərə bilərik və göstəririk. Biz legitim suallar qaldırır və ətraflı cavablar gözləyirik. Belə cavablar isə yoxdur. Nə qədər ki, cavab yoxdur, nə deyilsə də, məsələ həll olunmayacaq”, - Paşinyan bildirib.
 
Ardını oxu...
Türkiyənin Şanlıurfa vilayətinin Hilvan rayonunda seçkilərin yenidən keçirilməsinə qərar verilib...

Ədalət və İnkişaf Partiyasının səlahiyyətliləri seçki qutusunun nəticələrinə dair protokollarda qüsurların olduğunu iddia edərək etiraz ediblər.

Aparılan araşdırmadan sonra Rayon Seçki Komissiyası etirazı qəbul edib və seçkinin yenidən keçirilməsinə qərar verib. (Haber Global)
 
Ardını oxu...
“Buna imkan verməməliyik”...

Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətində “Crocus City Hall”da terror aktını sifariş edənlərin hədəflərini açıqlayıb.

Putin bu barədə Rusiya Daxili İşlər Nazirliyinin kollegiya iclasında danışıb.

Onun sözlərinə görə, “Crocus City Hall”da terror aktını sifariş edənlərin əsas hədəflərindən biri ksenofobiya və islamofobiyanı qızışdırmaq olub.

“Bu, sifarişçilərin qarşılarına qoyduqları əsas məqsəd idi - Rusiyanı parçalamaq. Biz buna imkan verməməliyik”, - deyə Putin bildirib.(oxu.az)
 
Ardını oxu...
İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub.

Məlumata görə, ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri, üçü Suriya, biri isə Livan vətəndaşıdır.

Qeyd edək ki, İran diplomatik missiyası kompleksinin yaxınlığında Suriya ordusuna yardım göstərən iranlı hərbçilərin yaşadığı evlər var.

Mənbə: TASS

01.04.2024, 22:24

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Hadi Hacı Rəhimi İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində həlak olanlar arasındadır.

Ümumilikdə, zərbə nəticəsində azı beş nəfər həlak olub.

Məlumata görə, Rəhimi bu hücumda öldürülən SEPAH-ın briqada generalı Məhəmməd Rza Zahidinin müavini vəzifəsində çalışıb.

Mənbə: TASS

01.04.2024, 19:52

İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.

İran səfiri Hüseyn Əkbərinin və ailəsinin zərbə nəticəsində xəsarət almadığı bildirilib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtının qərbində, SEPAH-dan (İran İnqilab Keçişçiləri Korpusu - red.) olan iranlı hərbi məsləhətçilərin yaşadığı Mezze məhəlləsinə raket zərbələri endirib.

Zərbələr nəticəsində SEPAH Hərbi Hava Qüvvələrinin sabiq komandanı, general Məhəmməd Rza Zahedi öldürülüb.

Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.
 Mənbə: TASS, Reuters
Ardını oxu...
İsraildə Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı Səbaha Avad əl-Salam Haniyə həbs edilib. Tribunainfo.az yazır ki, bu barədə İsrail polisinin bəyanatına və mənbələrə istinadən “The Jerusalem Post” məlumat yayıb. Nəşrin məlumatına görə, 57 yaşlı qadın HƏMAS yaraqlıları ilə əlaqə saxlamaqda və İsraildə terror aktlarına dəstək verməkdə şübhəli bilinir. O, İsrail polisinin reyd keçirdiyi Tel Şeva şəhərində saxlanılıb.
Zabitlər Haniyyənin bacısının evində onu “ciddi təhlükəsizlik pozuntuları”, yəni 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail yaşayış məntəqələrinə hücumunu dəstəkləyən sənədlər, telefon nömrələri, yüz minlərlə şekel nağd pul və digər sübutlar tapıblar. Qadın aprelin 1-də həbsi ilə bağlı dinləmələr üçün Beer-Şeva şəhərində hakim qarşısına çıxacaq.
Eyni zamanda, fevralın əvvəlində JP Hanianın bacısının həyatının İsrail xəstəxanalarından birində xilas edildiyini yazıb. Ölkənin cənubundakı Beerşeba şəhərindəki Soroka xəstəxanasında yaraqlının bacılarından biri vaxtından əvvəl doğulmuş körpəni dünyaya gətirib və ona həyati xilasedici tibbi müdaxilə edilib.
JP-nin məlumatına görə, Haniyənin bəzi bacıları İsrail vətəndaşlığına malikdir və ölkənin cənubundakı böyük bədəvi qəsəbəsi Tel Şevada yaşayırlar.
Oktyabrın 7-də minlərlə silahlı Həmas tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc əhaliyə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib.
Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladıldı, onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi idi.
 
 

 


Ardını oxu...
Zelenski Putini belə çökdürə bilər - Rusiyanın sabiq baş nazir müavinindən ŞOK
"Rusiya və Ukrayna müharibəsində cəbhə xəttinin əhəmiyyəti yoxdur. Yalnız tərəflərin hərbi və iqtisadi potensialı önəmlidir".

Bunu Rusiyanın baş nazirinin keçmiş müavini Alfred Kox teleqram kanalında yazıb.

“Əminliklə deyə bilərik ki, Ukrayna PUA-larının Rusiya neft emalı zavodlarına hücumları Ukraynanın qələbəsini hansısa kənd uğrunda gedən döyüşlərdən daha tez yaxınlaşdırır. Bu cür hava hücumları Rusiya prezidenti Vladimir Putini döyüş meydanındakı qələbələrdən qat-qat çox konstruktiv danışıqlara doğru aparır”, - o yazıb.

Kox əlavə edib ki, ona görə də Zelenskinin özü üçün hər hansı məhdudiyyət qoymağa ehtiyacı yoxdur.

Onun fikrincə, danışıqların effektivliyi cəbhə xəttindən haradan keçməsi əsas deyil, əsas Rusiyanın hərbi və iqtisadi potensialının zəiflədiməsindən asılıdır. "Məqsədinə çatdıqdan sonra Putinlə danışıqlara başlamağı mümkün hesab edəcək", - o qeyd edib. \\Ölkə.Az
 

Dünyapress TV

Xəbər lenti