Ardını oxu...
Gəncə şəhəri, Atatürk prospektində yerləşən yataqxanada sakinlər dövlət qurumlarının onlara laqeyd davranışından şikayətlənirlər. Sakinlər yataqxanada vəziyyətin günbəgün daha da pisləşdiyini, müraciətlərinin isə cavabsız qaldığını deyirlər.

Gəncə Şəhər İcra Hakimiyyəti sorğumuza cavab olaraq bildirib ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında hazırda 18 yataqxana mövcuddur.

“Bu yataqxanaların bir çoxu qəzalı vəziyyətdə olduğundan, həmin binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər aparılır, sakinlərin siyahıya alınması həyata keçirilir“.

“Sözügedən ərazidə xətlər köhnə olduğundan, müəyyən vaxtlarda qəzalar baş verir ki, onlar da qısa müddətdə aradan qaldırılır. Məlumat üçün bildirək ki, sözügedən ərazidə “Açıq Kommunal İnfrasruktur Proqramı II” layihəsi icra olunur. Layihə çərçivəsində işlər yekunlaşdıqdan sonra ərazidə olan mövcud problemlər öz həllini tapacaq”,- qurumdan bildirilib.
 
Ardını oxu...
“Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək”.

Bəs bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaqmı?

Musavat.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.

“Ötən ilin yekun əməkhaqqı artımının 11 faizə yaxın olacağı gözlənilir. Bununla yanaşı, bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq.

Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır.

Bu isə o deməkdir ki, yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-cü ildə indeksləşdiriləcək. O zaman bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq”, - deyə deputat qeyd edib.
 
Ardını oxu...
Müharibədə bir gözü kor, qulağı kar oldu, ağır kəllə-beyin travması aldı, 2-ci qrup əlillik dərəcəsi verildi, amma… - ŞİKAYƏT
Ucra sakini Azər Nəsiyev oğlunun əlillik dərəcəsinin ləğv olunmasına etiraz edir; “Beyni zədəli olan xəstə oğluma qarşı edilən bu qanunsuzluq cinayət əməlidir”

Ucar rayonu, Bərgüşad kənd sakini, Birinci Qarbağ Müharibəsi veteranı Nəsiyev Azər Ataş oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, oğlu 2016-cı ilin aprel döyüşlərində yaralansa da, 2023-cü ildə 2-ci qrup əlillik dərəcəsi ləğv edilib:

“Mən, Nəsiyev Azər Ataş oğlu, şikayət edib bildirirəm ki, 2016-cı ilin Aprel döyüşlərində oğlum Nuruş partlayış nəticəsində ağır yaralanıb və əlil olub. Ona verilmiş 2-ci qrup əlillik dərəcəsi 2023-cü ildə qanunsuz olaraq ləğv edilib.

Çoxlu şikayətlər etsəm də, baxılmır, heç bir tədbir görülmür.

Oğlum Nuruş döyüşdə aldığı xəsarətə görə gözünün biri kor olub, qulağı eşitmir, ağır kəllə-beyin travması alıb.

Mənim dörd oğlum müharibədə iştirak edib. Nuruş isə 2016-cı il tarixdə hərbi xidmət zamanı Aprel döyüşlərində partlayış nəticəsində ağır kəllə-beyin travması alıb. Onun müalicə olunması üçün həyətimizdən iribuynuzlu heyvanlarımızı satmışıq, banklardan kredit götürmüşük. İndi də borclarımızı ödəyə bilmirik.

Nuruşa əlillik dərəcəsi 5 illik təyin edilsə də, 3 il keçəndən sonra qanunsuz olaraq dayandırıblar. Müharibədə ağır yaralanıb gözü kor, qulağı kar, beyni zədəli olan xəstə oğluma qarşı edilən bu qanunsuzluq cinayət əməlidir.

Onu da deyim ki, bacım oğlu Səbuhi Ələkbər oğlu Süleymanov da Vətən müharibəsində şəhid olub.

Prezident cənab İlham Əliyevdən və aidiyyətiı qrumlardan xahiş edirik, mənim şikayətimi obyektiv araşdırıb, qanuni tədbirlər görsünlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Praktikada bir çox hallarda işəgötürənlər: bu vəzifələrdən yayınır, müxtəlif əsassız bəhanə və səbəblərlə işçilərin bu hüquqlarını təmin etməkdən çəkinirlər, xüsusən də ağır, xroniki xəstə və əlil işçilərə qarşı.
İşçilərin: mənzil şəraitinin,özü-ailə üzvlərinin tibbi müayinə, müalicə və dərman xərcləri və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq üçün hansı hüquqları vardır?
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər qanunvericilikdə bu barədə işçilərin hansı hüquqları nəzərdə tutulur?
1. İlk olaraq bu faktı bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər əmək qanunvericiliyində işçilərüçün nəzərdə tutulan əmək hüquqlarını yerinə yetirməyən işəgötürənlər üçün: maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
2. İşçilərin qeyd olunan bu hüquqları əsasən aşağıdakı qaydada tənzimlənir:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Müəssisələrin Nizamnaməsi(Əsasnaməsi) ilə
Tərəflər arasında bağlanan Əmək müqaviləsi
Kollektiv müqavilə və ya sazişlərlə.
İşçilərin icbari tibbi sığortası.
Müəssisənin normativ xarakterli əmr və ya qərarları.
Maddi yardım haqqında əsasnamə və sair.
3. Mənzil şəraitinin, özü və ya ailə üzvlərinin sosial və məişət şəraitinin yaxşılaşdırılması üçün işçilərin, işəgötürəndən müvafiq sosial yardımlar almaq hüququ vardır.
4. Hər il Əmək Məcəlləsində nəzərdə tutulan minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən əlavə: sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək.
5.İşəgötürən tərəfindən qanunlarla müəyyən olunmuş qaydada məcburi sosial sığorta və icbari tibbi sığorta, işsizlikdən sığorta, əmək xəsarəti ilə əlaqədar icbari sığorta olunmaq, habelə hər hansı başqa növ digər sığorta qaydalarından istifadə etmək.
6. Sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək.
7. İşsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq.
8. İşəgötürən tərəfindən bağlanmış kollektiv müqavilə və sazişlərdə: işçilər üçün güzəşt və təminatlar qəbul etmək, maddi yardım göstərmək barədə şərtlər qəbul etmək,onun şərtlərinə, onlarda nəzərdə tutulmuş güzəşt və öhdəliklərə əməl etmək.
8. İşçilərin əmək, maddi, sosial və ya məişət şəraitinin, onların özü, ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə) və kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək.
9. “Məşğulluq haqqında” AR-sı Qanununda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək.
10.İşəgötürən tər-dən: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR-sı Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək.
11. İşçilərin icbari tibbi sığortası üzrə sığorta hüquqiunu təmin etmək, sığorta haqlarının “Tibbi sığorta haqqında” AR-sı Qanununa uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etmək.
12. Nəzərə almaq lazımdır ki, işçilər üçün nəzərdə tutulan bu hüquq, güzəşt və ya təminatlar işçilər üçün-hüquq, işəgötürənlər üçün isə - vəzifədir.
Azər Quliyev.
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
İsmayıllıda bir qrup sakin 14 il əvvəl verilmiş mənzillərinin çıxarışını ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, İsmayıllı rayonunda 36 mənzilli yaşayış evi 2010 -cu ildə müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Lakin illər keçməsinə baxmayaraq, hələ də binada yaşayayan sakinlərə çıxarış verilməyib.

Sakinlər bildirirlər ki, onlar üçün hər cür şərait yaradılıb. Verilən mənzillərdə rahat yaşayırlar. Ancaq sənədlə bağlı problemləri illərdir ki, həll edilmir.

Binada yaşayanların sözlərinə görə, 2010 -cu ildə mənzillər təqdim ediləndə onlara bildirilib ki, bir neçə il ərzində sənədlər də qaydasına salınacaq.

Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov “Xəzər Xəbər”ə bildirib ki, bu şəxslərin həmin mənzillərdə daimi yaşayış yeri üzrə qeydiyyata alınma hüququ var. Lakin imtiyazlı şəxslərə həmin mənzillər dövlət mənzil fondundan vətəndaşların yaşaması üçün verilib və onların özəlləşdirilməsi qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
P.S Əldə sənəd olmayandan sonra hansı qeydiyyatdan söhbət gedə bilər? Özəlləşdirmək qalsın bir tərəfə yüzlərlə əlil ailəsi qeydiyyata düşə bilmir..

 
Ardını oxu...
Yeni ildə pensiyaların indeksləşdirilməsi yenidən müzakirə üçün gündəmdədir. Rəsmi mənbələrdən verilən məlumata görə, pensiyaçılarımıza verilən aylıq nağd ödənişlərdə artım 11%-i keçməyəcək və fevral ayında ödəniləcək.

Bildiyiniz kimi, ölkədə pensiyalar bu şəkildə indeksləşdirilir: sığorta hissəsi və ya aylıq nağd ödənişlər əvvəlki ildə orta nominal əmək haqqının artımına uyğunlaşdırılır. Yığım kapitalı inflyasiyaya görə indeksləşdirilir. Yanvar-noyabr aylarında Azərbaycanda işçilərin əmək haqlarının artım səviyyəsi 11,2 faiz olub. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qurumdan o da bildirilinb ki, son bir ildə illik inflyasiya 8,8 faizi ötməyib.

Sadə dillə desək, aylıq pensiya ödənişləri təxminən 10,8 faiz arta bilər. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, fevralın əvvəlinə qədər DSK zəruri məlumatları DSMF-ə təqdim etməlidir.

Buna uyğun olaraq, fevral ayında pensiyalara yenidən baxılacaq. Beləliklə, gələn ay təqaüdçülər yanvar bonusunu və artıq yenidən işlənmiş fevral pensiyasını alacaqlar.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramovun dediyinə görə, fevral ayında bütün pensiyalar indeksləşdirilir: “Mövcud qanunvericiliyə görə, pensiyalar hər il yanvar ayında əvvəlki ilin orta aylıq əmək haqqının faiz artımından asılı olaraq indeksləşdirilir. Artımın dəqiq faizi hələlik məlum olmasa da, indeksasiya bu aydan hesablanır. Dövlət Sosial Müdafiə Fondu artımı 10,8 faiz proqnozlaşdırıb, Dövlət Statistika Komitəsi isə ötən ilin 11 ayında nominal orta aylıq əmək haqqının 11,2 faiz artdığını bildirib”.

“Bonuslar yanvar ayından hesablandığı üçün ödənişin vaxtı ilə bağlı sual yaranır. 2023-cü ildə orta aylıq əmək haqqının artımı ilə bağlı rəsmi statistika fevralın 10-dan əvvəl açıqlanacaq, bu isə o deməkdir ki, pensiyalara bu ay yenidən baxılacaq. Beləliklə, pensiyaçılar gələn aydan artımlar alacaqlar - fevralda onlara yanvar ayının artımı və yeni fevral pensiyası veriləcək”, - deyə ekspert bildirib.

Deputat indeksasiyanın bütün növ əmək pensiyalarına şamil edildiyini söyləyib: ““Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü – yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısının ölümünə görə pensiya təyin edilir. Bütün bu ödənişlər nəzərdən keçiriləcək”.

Buna əlavə etmək lazımdır ki, minimum pensiya bu il dəyişməz olaraq qalır. Bu, o deməkdir ki, pensiya üçün tələb olunan pensiya kapitalı bu il də artmayacaq. Bir qayda olaraq, bu göstərici minimum pensiyanın sağ qalma müddətinə - 12 il və ya 144 aya vurulması əsasında hesablanır. Müvafiq olaraq, minimum əmək haqqı artdıqca pensiyaçılar üçün də maliyyə tələbləri artır. Hazırda pensiya üçün minimum pensiya kapitalı 40 min manatı bir qədər ötüb (144 x 280 = 40 320).

İndeksləşdirməyə qayıdaq. Burada əsas məsələ DSMF-in maliyyə imkanlarıdır. Hesablama Palatasının məlumatına görə, bu il onun gəlirləri 10,4% artaraq 7 milyard manata yaxın olacaq.

Bundan əlavə, cari maliyyə dövründə pensiyaçıların yaşayış minimumu 23 manat və ya 11,6% artaraq 222 manata çatıb. Minimum pensiya hələ də respublikada pensiyaçılar üçün müəyyən edilmiş şərti həyat səbətindən 58 manat yüksəkdir. Lakin digər analitiklərin fikrincə, yaşayış minimumunun artması ilə minimum pensiyanın da artımı gözlənilməlidir.

Ayna.az
 
Ardını oxu...
İnternatlarda uşaqların sayı ildən-ilə artır.

Xezerxeber.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2021-ci ildə internat tipli ümumtəhsil müəssisələrində təhsil alan uşaqların sayı 9960 nəfər idisə, 2022-ci ildə bu rəqəm 10062 nəfər olub.

Psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə, internat tipli müəssisələrdə uşaqların sayının artmasının səbəblərindən biri sosial-iqtisadi vəziyyətdir. Lakin ailədaxili problemlər də bu müəssisələrdə şagird sayını artıran əsas səbəblərdəndir.

Onun sözlərinə görə, valideynləri narkotik istifadəçisi olan, elcə də bəzi hallarda valideyn himayəsindən məhrum edilən uşaqlar da adətən dövlətin himayəsinə keçir və internat tipli məktəblərə göndərilir.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə deyir ki, bu, birbaşa valideyn məsuliyyətindən irəli gələn məsələdir. Qanunvericiliyə bəzi düəzlişlərin edilməsi və maarifləndirmə sayəsində uşaqların internat məktəblərinə düşməsinin qarşısını xeyli almaq olar.

Ceyhun Məmmədov bildirib ki, ailə institutlarının möhkəmləsi də çox vacibdir. Dövlət bu istiqamətdə lazımi addımları atır. Amma, rəqəmlər onu göstərir ki, bu kateqoriyadan olan insanlara qayğının daha da artırılmasına ehtiyac var.

 
 
 
Ardını oxu...
“7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərindən sonra Azərbaycanda bazar iqtisadiyyatı tənzimlənməli və sosial-siyasi iqtisadi məsələlərin həlli istiqamətində addımlar atılmalıdır”.

Bunu Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, seçkilərdən sonra bir çox sahədə islahatlar ola bilər:

“Düşünürəm ki, parlamentdə xalqın sözünü deyən adamlar əyləşməli, məhkəmələr azad qərarlar qəbul etməli, şəffaf və demokratik seçkilər keçirilməlidir. Həmçinin, qalib ölkədə “uşaq pulu” problemi olmamalıdır. Kommunal problemlər öz həllini tapmalıdır.

Eyni zamanda, təyinatlı və seçkili orqanlar belə xalqın mənafeyini müdafiə edən insanlardan formalaşdırılmalıdır. Bu məsələ ilə bağlı cənab Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində qeyd etmişdi ki, qələbə istismar edilməməlidir.

Qələbənin istismarı isə məhz bu problemin həll olunmamasından keçir. Azərbaycan hakimiyyəti bu problemlərin həlli istiqamətində addımlar atmağa çalışmalıdır. Çünki bəzi dünya gücləri də sözügedən problemlərin həll olumayacağı təqdirdə, üzərimizə gələcəklər”.

Həmsöhbətimiz xatırladıb ki, bəzi Qərb dövlətləri 44 günlük Vətən müharibəsindəki qələbəmizdən və 19 sentyabrdakı antiterror tədbirlərindən sonra üzərimizə daha çox gəlməyə başlayıb:

“Biz antiterror tədbirlərindən sonra Qərbin əlindən masada üzərimizə gələcək təzyiqləri aldıq. Onlar Qarabağ məsələsində artıq bizə təzyiq göstərə bilmirlər. Ona görə də əllərindən gələni edərək sosial problemləri qabartmağa və ölkəmizə təzyiq üsullarını bu yolla göstərməyə çalışacaqlar. Qərbin üzərimizə gəlməməsi üçün daxildəki problemləri həll etməliyik. Elə xalqın özü üçün də bu məsələlərin həll edilməsi lazımdır”.

Tamilla Qulami qeyd edib ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdirilməlidir.

“Çünki Azərbaycan neft sektorundan 90 faiz asılı vəziyyətdədir. Biz qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatını inkişaf etdirməliyik. Nəzərə almaq lazımdır ki, Bakının yükü həddindən artıq çoxdur. İnsanlar sosial problemlərin məngənəsində sıxılırlar. Ona görə də işləmək üçün şəhərə gəlirlər. Bununla da Bakının yükü artır. Həmçinin, media sahəsində də inkişaf getməlidir.

Bundan başqa, təhsilimiz və səhiyyəmiz çox problemlidir. Az qala hər beş evdən üçündə xərçəng xəstəliyindən əziyyət çəkən insan var. Üstəlik, qida təhlükəsizliyimiz təmin olunmalıdır. Bu gün insanların nə yediyi-içdiyi bəlli deyil. Adi meyvələri yeyəndə belə zəhərlənirik. Ona görə də təhsilimiz və səhiyyəmiz yüksək səviyyəyə qaldırılmalı, inkişaf etdirilməlidir”.

Sədr müavini təəssüflə əlavə edib ki, bazarlarda qiymət “od tutub yanır”:

“İnsanlar adi bir məhsulu belə almaqda çətinlik çəkirlər. Qiymətlərin bahalaşması maaş və pensiya artımı ilə adekvat deyil. Çünki maaşlar artan kimi bazardakı qiymətlər iki dəfədən çox bahalaşır. Ona görə bu məsələlər də həll olunmalıdır. Azərbaycanda qeyri-neft sektoru inkişaf etmədiyi üçün idxaldan asılıyıq.

Onu da vurğulayım ki, seçkilərdən sonra icra strukturları dəyişdirilməli və bələdiyyələrin statusları arıtılmalıdır. Hesab edirəm ki, bələdiyyə sədrləri və böyükşəhər bələdiyyələri xalq tərəfindən seçilməlidir. Elə olsa, insanlar bir yerə üz tutacaqlar. Hazırda isə problem yaşayan insanlar hara üz tutacaqlarını bilmirlər.

Bu problemlərdən istifadə etmək istəyən agentura şəbəkələri var. Sosial problemlər ağır olanda başqa dövlətlər bundan istifadə edərək daxildə agentura şəbəkələri yaradırlar. Bunların qarşısını almaq üçün isə təhsil və səhiyyəmiz inkişaf etməlidir. Bütün bu problemlərin həll olunması üçün addımlar atılmalıdır”.
 

Ardını oxu...
Dünyanın bir nömrəli valyutasının sahibi olan ABŞ-da bu il keçiriləcək prezident seçkiləri qlobal səviyyədə həssaslıqla izlənilir. Demək olar ki, bütün dünya ABŞ prezidentliyinə namizəd olan şəxslərin bu və ya digər məsələlərə yanaşmasına diqqət yetirir. Bu baxımdan, ABŞ respublikaçılarının prezidentliyə vahid namizədi olmaq şansı yüksək qiymətləndirilən sabiq prezident Donald Trampın açıqlamaları yalnıza siyasi deyil, iqtisadi çevrələrdə də rezonansa səbəb olur. Həm də nüfuzlu iş adamı olan Tramp seçkiqabağı vədləri silsiləsindən enerjidaşıyıcılarının qiymətinə də toxunaraq, prezident seçilərsə, neftin qiymətinin 40-50 dollara qədər ucuzlaşdırılmasına nail olacağını bildirib. Bu isə əsas gəlir mənbəyi neft olan əksər ölkələr kimi, Azərbaycan üçün də təhlükə siqnalıdır: uzağa getməyək, 2015-ci ildə neftin dünya bazar qiymətinin kəskin ucuzlaşmasının ölkə iqtisadiyyatına, insanların həyat şərtlərinə necə ağır təsir etdiyi hamının yadındadır...


Çünki 2015-ci ildən bəri ötən müddət ərzində Azərbaycan iqtisadiyyatının neftdən asılılıq səviyyəsi, demək olar ki, dəyişməyib. Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, 2023-cü ildə 33 milyard 898 milyon 554.86 min dollarlıq ixracımızın 30 milyard 550 milyon 507.93 min dolları bilavasitə neft-qaz məhsullarının payına düşüb. Maliyyə Nazirliyinin məlumatına əsasən, ötən il dövlət büdcəsi gəlirlərinin 51 faizi neft-qaz sektorundan daxilolmalar hesabına təmin olunub.

Dünya neft bazarında qiymətlərin Trampın vəd etdiyi səviyyəyə düşməsi Azərbaycanda çox ciddi böhrana gətirib çıxara bilər həm də ona görə ki, 2024-cü ilin dövlət büdcəsi neftin 60 dollarlıq dünya bazar qiyməti ilə proqnozlaşdırılıb. Qiymətin 40-50 dollara düşməsi büdcə gəlirlərinin kəskin azalmasına səbəb olmaqla ölkədə yenidən devalvasiyaya gedilməsi zərurəti yarada bilər...

Bütün bu təhdidlərin ABŞ-da D.Tramp hakimiyyətə gələn kimi reallaşması isə real görünmür. Ona görə ki, ABŞ-ın dünya neft bazarında qiymətləri elə kəskin azaltmaq üçün yetərincə təsirli rıçaqları yoxdur. Çinin iqtisadi gücdən siyasi gücə çevrilmək siyasəti fonunda neftin əsas hasilatçılarına seçim imkanı yaranır: artıq əsas hasilatçılar olan ərəb dövlətləri ötən ilin yayından ABŞ-ın hasilatı artırmaq tələblərini rahat şəkildə qulaqardına vurmaqdadırlar. Əksinə, onlar Rusiya ilə sinxron hərəkət edərək, hasilatı azaltmaqla qiymətlərin 80 dollardan aşağı düşməsinin qarşısını alırlar. Eyni zamanda ABŞ-ın bütün təhdidlərinə rəğmən Çinlə əlaqələri sürətlə dərinləşdirirlər. Bu isə Vaşinqtondan gələcək təzyiqlərin balanslaşdırılması baxımından mühüm rol oynayır...

Elə bu faktorları nəzərə almaqla, bütün analitik mərkəzlər 2024-2025-ci illərdə neftin dünya bazar qiymətini 81-82 dollar ətrafında proqnozlaşdırırlar. Bu isə Azərbaycan hökumətinə rahat manevr imkanı yaradacaq. Manatın məzənnəsi ilə bağlı proseslərin 2023-cü ildən ciddi fərqlənməyəcəyi gözlənilir.

Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara əsasən, 2023-cü ildə manatın nominal və real məzənnəsində möhkəmlənmə müşahidə edilib. Ötən ilin dekabrında manatın nominal məzənnəsi 2022-ci ilin dekabrına nisbətən 10,29 faiz yüksəlib. Manatın nominal məzənnəsinin yüksəlməsi qeyri-neft-qaz sektoru üzrə daha güclü hiss edilib. Burada manatın nominal məzənnə dəyəri 19,33 faiz artıb.

Manatın real məzənnəsi isə bir qədər zəifləyib. Birillik müqayisədə manatın real dəyəri 0,735 faiz azalıb. Lakin qeyri neft-qaz sektoru üzrə manatın real məzənnəsi artıb. Bu sektor üzrə manatın real dəyərinin 5,13 faiz artması qeydə alınıb.

Qeyd edək ki, manatın nominal məzənnəsi Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdəki məzənnə dəyişikliyi nəzərə alınaraq hesablanır. Real məzənnə isə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya səviyyəsi nəzərə alınmaqla hesablanır.

Qeyd edək ki, qlobal səviyyədə 2024-cü il ərzində dolların məzənnəsində artım deyil, əksinə, azalma gözlənilir. Belə ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Rəhbər Komitəsinin dekabrda keçirilən iclasında komitə üzvləri bu il ərzində baza faiz dərəcəsinin aşağı salınmasının mümkünlüyünü elan ediblər. Komitə üzvləri belə bir addımın nə vaxt atılacağını dəqiqləşdirməsələr də, 2024-cü ildə faiz dərəcəsinin aşağı salınması ehtimalının “yüksək” olduğu qənaətinə gəliblər. İclas protokolunda bildirilir ki, iştirakçılar faiz dərəcəsi siyasətinin perspektivini müzakirə edərkən bunun iqtisadiyyatın necə inkişaf etməsindən asılı olduğunu qeyd etməklə yanaşı, faiz dərəcəsini bu sərtləşdirmə dövrü üçün pik nöqtədə və ya ona yaxın hesab etdilər. Sənədə görə, komitə üzvləri növbəti üç il ərzində dərəcələrin ardıcıl azaldılmasını gözləyirlər. Maliyyə tənzimləyicisi ölkədə inflyasiya ilə mübarizədə əldə edilən irəliləyişlərə diqqət çəkib.

Bazar analitikləri Amerika Mərkəzi Bankının bu il 6 dəfə faiz dərəcəsinə baxaraq, onu 3,75-4 faizə endirəcəyini gözləyirlər. Bu isə dolların altı əsas valyutadan ibarət olan valyuta səbətinə qarşı məzənnəsinin azalacağı deməkdir.

Lakin Azərbaycanda dolların qlobal məzənnəsinin ölkə daxilindək məzənnəyə təsiri sıfırdan yuxarı deyil. Ölkəmizdə dollar/manat tarazlığını təyin edən əsas faktor dünya neft bazarındakı qiymətlərdir. Məhz bu qiymətlərin yüksək olması 1 faizdən cüzi yüksək iqtisadi artımın əldə olunduğu 2023-cü ildə manatın məzənnəsini qorumağa imkan verib.

Neft bazarında qiymətlərin Azərbaycan üçün sərfəli həddə olması ilə yanaşı, ölkədə dollara tələbat da azalıb. Mərkəzi Bankın məlumatına əsasən, ümumilikdə 2023-cü il ərzində valyuta hərraclarında 3 milyard 878,2 milyon ABŞ dolları məbləğində satış olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz azdır. Aylar üzrə götürsək, yanvarda 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar, martda 383,9 milyon dollar, apreldə 286 milyon dollar, mayda 277,2 milyon dollar, iyunda 78,9 milyon dollar, iyulda 272,7 milyon dollar, avqustda 451,95 milyon dollar, sentyabrda 259,8 milyon dollar və oktyabrda 291,63 milyon dollar valyuta satışı həyata keçirilib. Bu məbləğin heç də hamısı Neft Fondunun olmayıb. Məsələn, dekabrda satılan 603,8 milyon dolların yalnız 149,9 milyon dolları Neft Fonduna məxsus olub, qalanı Mərkəzi Bankın vəsaitləridir.

Mərkəzi Bankın məlumatına görə, ötən il ərzində keçirilmiş valyuta hərraclarının 95 faizində təklif tələbi üstələyib: “Bu şəraitdə bəzi ticarət tərəfdaşlarında məzənnənin yüksək dəyişkənliyinə baxmayaraq milli valyuta öz sabitliyini qoruyub saxlayıb. 11 ayda manatın nominal effektiv məzənnəsi 19,5 faiz bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən faktordur”.

Mərkəzi Bank bildirir ki, onun sterilizasiya əməliyyatları banklararası pul bazarındakı aktivliyi və orta faizlərin tənzimlənməsini dəstəkləməklə yanaşı, pul kütləsinin izafi artımını da məhdudlaşdırıb. 2023-cü ilin 11 ayında manatla pul bazası 5 faiz, manatla geniş pul kütləsi (M2) isə 15,7 faiz artıb. Pul təklifinin artımının başlıca mənbəyi əsasən fiskal sektorun ehtiyacları üçün Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələri olub. Əsasən alışyönlü valyuta müdaxilələri ilə əlaqədar Mərkəzi Bankın valyuta ehtiyatları 11 ayda 18 faiz artaraq 10,6 milyard dolları keçib.

Mərkəzi Bank bildirir ki, fiskal məqsədlər üçün alışyönlü valyuta müdaxilələrinin 2024-cü ildə həyata keçirilməsi ehtimalı var. Məcmu tələb ölkənin istehsal potensialı ilə müqayisədə daha yüksək templərlə genişləndiyi təqdirdə qiymətlərlə yanaşı idxalın genişlənməsi də baş verir ki, bu da perspektiv dövrdə cari əməliyyatlar balansının profisitinin daralmasına səbəb ola bilər. Orta aylıq əməkhaqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artması uzunmüddətli dövrdə inflyasiya riskləri doğurur.

AMB vəd edir ki, 2024-cü ildə də pul siyasəti qərarlarının qəbulu zamanı valyuta bazarında gedən prosesləri nəzərə alacaq: “Növbəti ildə də manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağı gözlənilir. İnflyasiya proseslərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-cü ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək. Tədiyə balansının vəziyyəti, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər olacaq.

Mərkəzi Bank məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcək. Habelə əhalinin milli valyutaya inamının daha da artırılması üçün dedollarizasiya siyasəti davam etdiriləcək. Növbəti ildə də valyuta ehtiyatlarının beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normaları nəzərə alınmaqla idarə edilməsi diqqətdə saxlanılacaq".

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir: “Xüsusən real sektorun dollar tələbində artımlar müşahidə olunmaqdadır. Bu baxımdan, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Hərracların keçirilməsi mütəmadiliyi tələbin daha çevik tənzimlənməsinə səbəb ola bilər.

Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

“Yeni Müsavat”
 
Ardını oxu...
Ünvanlı sosial yardım almaq üçün müraciət edən Cəlilabad rayon sakini Asif Sadıqov qəribə vəziyyətlə üzləşib.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşın müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən imtina cavabı verilib.

Səbəb kimi onun adına avtomobil olduğu göstərilib.

Məsələyə aydınlıq gətirmək üçün Asif Sadıqov müvafiq qurumlara sorğu göndərib. Aldığı cavab isə onu təəccübləndirib.
A.Sadıqovun sözlərinə görə, Lənkəran Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən adına nəqilyyat vasitəsinin olmadığı barədə arayış alıb və müvafiq sistemə yerləşdirib. Amma məsələ yenə də həllini tapmayıb.

Dövlət Sosial Müdafiə Fondu məsələyə münasibət bildirib.

Ətraflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti