Ardını oxu...
Kürdəmir rayon sakini Həsənov Xaliq İlham oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir.

“Mən, Həsənov Xaliq İlham oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2023-cü ilin avqust ayından xəstəxanada yatıram. Səhhətim çox pis vəziyyətdədir, yeriyə bilmirəm. İflic diaqnozu qoyublar. Əlillik dərəcəsi almaq üçün sənədimi göndərirəm, imtina verirlər. Özüm-özümə baxa bilmirəm, bütün əziyyətimi yoldaşım çəkir. Hər şeyi burda yazmaq olmur. Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz.
Mənə deyirlər ki, məhkəməyə ver. Məhkəmə pulsuzdur? Məhkəmə dövlət qurumunun sözünü qoyub, mənim kimi ayağı işləməyən adamın sözünü deyərmi?!"
Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb. Belə ki, bu dövr üçün 777 milyon manatın ayrılması nəzərdə tutulsa da, faktiki 1 milyard 84 milyon xərclənib".

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, sosial istiqamətlərə daha çox vəsaitin ayrılması maaş, müavinət və digər sosial ödənişlərin yenidən artırıla bilməsi imkanları ilə bağlı sualları daha da aktuallaşdırıb.

"2024-cü ilin büdcə xərclərinin 40, cari xərclərin 70 faizi sosial yönümlüdür. Bu isə 2024-cü ildə də sosial təminatın prioritetliyini qoruyub saxladığından xəbər verir. Son 5 ildə daha da dərinləşən sosial paket nəticəsində həmin dövrdə minimum əmək haqqı 2.8 dəfə, orta aylıq maaş isə 80 faiz artıb. Sosial istiqamətə nəzərdə tutulan vəsaitin daha da artırılması büdcəyə yenidən baxılması nəticəsində mümkün ola bilər.

"Büdcə sistemi” haqqında qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək. Sosial təminata 2024-cü ilin geridə qalan aylarında daha çox vəsaitin xərclənməsi isə ilin növbəti aylarında da sosial ayırmaların prioritet olacağından xəbər verir".
 
Ardını oxu...
Dövlət İmtahan Mərkəzi martın 3-ü və 10-da keçirilən buraxılış imtahanlarının nəticələrinə dair bəzi statistik məlumatları açıqlayıb.

İmtahanlarda 100 249 şagird (peşə məktəbləri və hərbi liseylər istisna olmaqla) iştirak edib. Qeyd olunub ki, buraxılış imtahanında iştirak edən ortastatistik şagird tədris dili fənni üzrə 55.53, riyaziyyat fənni üzrə 34.11, xarici dil fənni üzrə 42.72 bal toplayıb və ümumi balı 132.10-a bərabər olub.

Əvvəlki illərlə müqayisədə hər üç fənn, xüsusilə tədris dilli fənni üzrə nəticələrin daha da yaxşılaşdığını müşahidə etmək olar.

Bildirilib ki, imtahanda ən yüksək nəticəni Elm və Təhsil Nazirliyi tabeli liseylərin və özəl liseylərin şagirdləri (orta bal 205.96) əldə ediblər.

Bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayonunun məktəblərinin şagirdləri qazanıblar (müvafiq olaraq 163.22, 157.52, 157.25 bal).

Məlumata görə, martın 3-də keçirilən imtahanda 14, martın 10-da keçirilən imtahanda isə 39 nəfər maksimal olan 300 bal toplayıb. Ancaq hər iki imtahanın məzmununu müqayisə etdikdə mürəkkəblik səviyyəsinin oxşar olduğu müşahidə olunur.

Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda istifadə olunan bütün test tapşırıqları imtahanın mahiyyətinə uyğun olaraq standart alqoritm vasitəsilə eyni prinsip əsasında formalaşdırılır. Uzun illərin elmi-statistik təhlilləri göstərir ki, müxtəlif zonalar üzrə keçirilən imtahanların çətinlik dərəcəsi arasında fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır.

Müşahidələrə əsasən, təəssüf ki, cəmiyyətdə tez-tez imtahan səviyyəsini maksimal bal toplayanların sayına görə müəyyən etmək meyili var və bu hər hansı bir imtahan nəticəsi açıqlananda müəyyən müzakirələrə səbəb olur.

Göstərilir ki, imtahanlarda yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək fikri də doğru deyil. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinlik səviyyəsinin eyni olduğunu müşahidə etmək olar.

Builki nəticələrin artmasına təsir göstərən amillərdən biri pandemiyanın tədris prosesinə təsirinin azalması ilə bağlıdır. Ötən il imtahan verən abituriyentlər pandemiyadan ən çox zərərçəkən nəslin nümayəndələri idi. Çünki 2020-ci ildə pandemiya yeni başlayanda onlar 9-cu sinifdə təhsil alırdılar. Faktiki olaraq 10-11-ci sinifdə pandemiya onlara daha çox təsir göstərmişdi. Növbəti nəslə isə pandemiya bir il daha az təsir göstərib.

Qeyd edək ki, builki buraxılış imtahanlarında 50-dən artıq məzununun yüksək nəticə göstərməsi aktual olan mövzulardandır. Bunu məktəbin deyil, repetitorun uğuru hesab edən insanlar da var. Bununla yanaşı bir sıra ekspertlər bu uğuru hazırkı buraxılış imtahanlarında sualların asan olması ilə əlaqələndirirlər.Ancaq DİM isə sualların sadə olması fikri ilə razılaşmır.

Bəs məzunların builki uğurlarını əsasən hansı amillərlə əlaqələndirmək olar?

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirdi ki, 2024-cü ilin buraxılış imtahanlarının I mərhələsində 53 nəfərin ən yüksək bal toplaması əlavə suallar yaradır:

“Əslində bu, yaxşı haldır. Biz də illərdir təklif edirik ki, Dövlət İmtahan Mərkəzi məzunların real bilik və bacarıqlarına uyğun olaraq suallar tərtib etsin. Bundan əvvəlki illəri nəzərə alsaq, xüsusi inqilabi bir dəyişiklik olduğunu görmürük. Sual yaranır ki, niyə əvvəlki illərdə nəticələr bu qədər yüksək deyildi, ancaq 2024-cü ildə yüksək oldu?

Əgər DİM bunu pandemiya ilə əlaqələndirirsə, pandemiyanın nəticələri 2022-ci ilin buraxılışlarında bitdi. Bu il 11-ci sinifi bitirənlər tam orta təhsil səviyyəsinə 2022-2023-cü il tədris ilində qəbul olunublar. Biz sualların niyə asanlaşdırıldığını demirik. Sual veririk ki, növbəti ildə də bu nəticə təkrarlanacaq?

DİM əvvəlki illərlə indiki nəticələri müqayisə edəndə təhsil sistemində nə böyük inqilabi dəyişiklik baş verdi ki, bu gün nəticələr sıçrayışla yuxarı qalxdı? Biz düşünmürük ki, DİM sualları asanlaşdırıb. DİM ilk dəfə imtahana məzunların real bilik və bacarıqlarına uyğun suallar salmağa başladı. Ona görə də nəticələr yüksəkdir.

DİM bu buraxılış imtahanının nəticələri ilə uzun illərdir ki, təhsil sisiteminin və ümumtəhsil məktəblərinin üzərində bir basqı qurur. Nəticələr aşağı olan kimi cəmiyyətdə belə bir fikir yaranır ki, “təhsl dağıldı”. Nəticə bir qədər qalxdıqdan sonra isə “Təhsildə hər şey yaxıdır” fikri formalaşır.

İstəyirik ki, DİM dövlət məktəblərinə olan inamı, etibarı cəmiyyətdə sarsıtmasın. Məzunların real bilik və bacarıqlarına uyğun olaraq suallar salınsın. Əgər real bilik və bacarıqlara uyğun suallar salınsaydı, hələ dövlət məktəblərində məzunların nəticələri bundan daha yaxşı ola bilərdi. Arzu edirik ki, növbəti illərdə də DİM-in bu il başladığı müsbət tendensiya davam etsin, suallar məktəb proqramlarına uyğun olaraq tərtib olunsun, nəticədə məzunlar öz bilik və bacarıqlarını düzgün nümayiş etdirə bilsinlər”.

Ekspertin sözlərinə görə, ümumilikdə isə problemin həlli nəticənin aşağı-yuxarı olması deyil:

“Problemin həlli yolu DİM-dən test hazırlamaq səlahiyyətinin alınmasıdır. DİM texniki quruma çevrilməsi prosesinə başlanılmalıdır. Qarşıdan qəbul imtahanları gəlir və qrup imtahanları ixtisas imtahanları ilə əvəz olunmalıdır.

Yəni məzunun əvəzinə ali məktəbi seçməli deyil. Abituriyent bir ixtisas üzrə imtahanda iştirak edə bilsin. Abituriyent müxtəlif ixtisaslar üzrə eyni imtahanda iştirak etməsi doğru seçim deyil. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur”.
Ardını oxu...
“Xalxın uşağı”, “bizi biabır eləmə”, “nə olur-olsun, diplom al...”
(“Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan”-Nizami Gəncəvi)

Vaxt vardı, insanlar övladlarını oxutmamaq üzərində yarışırdılar. Çox da uzaq tarix deyil, yüzcə il əvvəl dahi mütəfəkkirimiz Mirzə Ələkbər Sabirin yazdığı “Oxutmuram, əl çəkin!” şeirini xatırlasanız, bəsdir.

İndi isə insanlar övladlarını oxutmaq, ali təhsilli etmək üçün yarışırlar. Məqsədlər fərqli olsa da, əməllər birdir...

Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?

Bəzi valideynlər eynilə bu qəhrəman kimi uşağı öz əşyası yerinə qoyur, ona sahiblik edir. Əsrlərdir çox şey dəyişsə də, bu ideologiya bəzilərinin şüurunda silinməz iz buraxıb.

Valideynlərin uşaqlarını oxutma istəyi təbiidir, gözəldir. Burada qəribə heç nə yoxdur. Əksinə, təqdirəlayiq addımdır, inkişafın göstəricisidir. Övladına gözəl gələcək vermək üçün valideynin tək qayəsi onu oxutmaqdır. Qəribə olan bəzilərinin məsələni şişirdib, ifrat həddinə çatdırmasıdır. Uşaqlarının sağlamlığını, istəklərini heçə sayacaq qədər həm də. Bu əzm gözlərini o qədər bürüyüb ki, əllərində əlac olsa, uşağı kitabdan 5 dəqiqəlik başını qaldırmağa da imkan verməzlər. Yəni, bəzi valideynlər özlərini bu məqsədə elə həsr ediblər ki, uşaq öz istəyini, bacarığını unudub, valideynin arzuladığı ixtisasa qəbul olmaq üçün dəridən-qabıqdan çıxır. İşin ən pis tərəfi - övlad bu məqsədinə çatsa da bədbəxt olur, çatmasa da. Çünki öz istəyi, bacarığı həmin sahəyə deyil. İnsanın sevmədiyi işi görməsi isə ona sağ ikən cəhənnəm əzabı çəkmək qədər ağrılıdır. Məqsədinə çata bilmədikdə isə valideynin psixi, hətta fiziki zorakılığına məruz qalır. İşin sonu ya psixoloji travma, ya da intiharla nəticələnir. Nadir hallarda isə həmin uşaq hansısa peşəni öyrənir və həyatda özünə yer tapa bilir.

Valideynlərin “xalxın uşağı”, “camaat nə deyər?” və s. kimi absurd düşüncələrinin qurbanına çevrilən uşaqlar travmalı şəkildə yaşamağa məhkum olurlar. Valideynlərini məmnun etmək naminə öz istəklərini unudan uşaqlar sayəsində yeni cəmiyyət- “diplomlu işsizlər və ya bacarıqsızlar” cəmiyyəti formalaşır. Halbuki valideyn uşağının potensialına, istəyinə, bacarığına diqqətlə və hörmətlə yanaşsa, belə bir cəmiyyət də formalaşmaz. Hər kəs individualdır. Kimi riyaziyyatı yaxşı bilər, kimi xarici dili, kimi isə ədəbiyyatı, tarixi. Hər insanın özünəməxsus qavrama qabiliyyəti var. Ədəbiyyat, tarix vurğunu olan birinə riyaziyyatı, kimyanı, fizikanı öyrənməyə vadar etmək balığı ağaca dırmaşması üçün məcbur etmək qədər gülməli, həm də acınacaqlıdır. Bu, eynilə oxumaq, qavramaq potensialı olmayan uşaqlara da aiddir. Elə insanlar var ki, oxumağı yox, işləməyi, sənətkar olmağı çox gözəl bacarır. Bunu vaxtında duymaq, anlamaq isə valideynin üzərinə düşür. Valideyn israrla bu gerçəyə qarşı çıxıb, uşağı bütün fənlərdən hazırlığa da göndərsə, malından-pulundan keçib, gecə-gündüz oxuması üçün uşağa təzyiq də göstərsə, yenə alınmır ki, alınmır. Bu zaman valideyn uşağın vaxtını boş yerə israf etməkdənsə, hansısa kursa və ya peşə məktəbinə göndərib, övladının sənət sahibi olmasına çalışsa, sonrakı peşmanlıqlara yol açılmaz.

Gəldik çatdıq mətləbə. Azərbaycanda peşə təhsili ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Maraqlıdır, Agentlik cəmiyyətdə peşə təhsilinə qarşı müsbət yanaşmanı formalaşdırmaq üçün hər hansı tədbir görürmü?

Agentliyin mətbuat katibi Nəriman Kərimli Pressklub.az-a açıqlamasında bildirib ki, peşə təhsilinin üstünlükləri haqqında müəyyən maarifləndirmə tədbirləri həyata keçirilir.

“Ümumi təhsil müəssisələrində məlumatlandırıcı tədbirlər, peşə təhsili məktəblərində (PTM) “Açıq qapı” günləri təşkil olunur. Təkcə 2023-cü ildə 30 mindən çox şagirdə peşə təhsili haqqında bu cür tədbirlər vasitəsilə məlumat verilib. Həmçinin Bakıda “Bir Peşənin Sirri” festivalı təşkil olunub. Burada da minlərlə şagird və valideyn iştirak edib. Proses bu il də davam edir”.

Müsahibimiz deyib ki, son illərin statistikasına əsasən, peşə təhsilinə maraq heç də azalmır, əksinə artır: “Misal olaraq, 2018-ci ildə 13 min 960 nəfər peşə təhsil müəssisələrinə qəbul olubsa, 2023-cü ildə bu rəqəm artıq 21 minə yaxın olub. Rəqəmlərə baxsaq, 4 il ərzində təxminən 50 faizdən çox artım baş verib. Bütün bunlar da bir çox yeni peşə təhsil müəssisələrinin istifadəyə verilməsi nəticəsində əldə edilib”.

Həmsöhbətimiz PTM-də ən çox müraciət edilən 10 ixtisası bildirib. Onların sıralaması belədir:

1. Aşpaz

2. Dərzi

3. Əməliyyatçı-mühasib

4. Elektrik qaz qaynaqçısı

5.Bərbər-vizajist-manikürçü

6.Qrafik dizayner

7. Kompüterlərin təmiri və xidməti üzrə texnik

8. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru

9.Turizm təşkilatçısı

10. Avtomobillərin təmiri çilingəri və s.



Müsahibimizin açıqlamasından belə çıxdı ki, artıq insanlar peşə təhsilinin üstünlüklərindən xəbərdardır və peşə qazanmaq istəyənlərin sayı getdikcə artır. Təki elə olsun. Ən azından gələcək nəsillər indiki kimi olmaz. Vaxtilə məlumatsızlıq ucbatından qarşısında tək seçim-universitet olanların çoxu müəyyən səbəblərdən yoxsulluğa düçar olub. Elə ona görədir, bu gün diplomlu sürücülərin, fəhlələrin, satıcıların çoxluğu...

Amma PTM-lərə qəbulların ötən illərə nisbətdə artımı o demək deyil ki, yuxarıda təsvir edilən valideynlərin sayı azalıb. Həmin valideynləri fikrindən, əməlindən döndürmək çox çətindir. Təəssüf ki, uşağına ali təhsil üçün hər cür təzyiq göstərən valideynlər həmişə olub. Bundan sonra olmaması üçün isə əlimizdən gələni etməliyik.

Bəs bədbəxt, travmalı, bacarıqsız gələcəyin yetişməməsi üçün hansı tədbirlər görülməlidir? Problemin həlli nədədir?

Təhsil eksperti Rizvan Fikrətoğlu Pressklub.az-a deyib ki, məktəblərdə valideynlərlə, şagirdlərlə mütəmadi məlumatlandırıcı görüşlər keçirilməli, maarifləndirmə tədbirləri genişləndirilməlidir.

“Diplomlu işsizlərin ilbəil çoxalmasının müxtəlif səbəbləri var. Bunlardan birincisi düzgün ixtisas seçə bilməməkdir. Abituriyent elə ixtisas seçməlidir ki, gələcəkdə o istiqamət üzrə özünü doğrulda bilsin. Universitet oxumaq xətrinə “hansısa ixtisasa qəbul olum” prinsipini kənara qoymaq lazımdır. İxtisas abituriyentin topladığı bala uyğun və ya “dostum, qohumum orada oxuyur, o universitetdə işləyir” prinsipi ilə seçilməməlidir”.

Müsahibimiz deyib ki, abituriyent öz istədiyi ixtisası seçməlidir: “Daha populyar universitet seçimini bir kənara qoymaq lazımdır. Məsələn, sizin istədiyiniz ixtisasla bəyəndiyiniz universitet fərqlidirsə, burada istədiyiniz ixtisas olan universiteti seçin, bəyəndiyiniz universitetin balınıza uyğun hər hansı bir ixtisasını kodlaşdırmayın. Çox yaxşı olar ki, topladığınız nəticəyə uyğun oxumaq istədiyiniz ixtisas arzusunda olduğunuz universitetdə olsun. Bu olmadığı təqdirdə, ixtisasa diqqət ayırın. İxtisas seçimi zamanı istəyinizi önə çəkin, yəni sən kim olmaq istəyirsən? Görürsən ki, tələbə gəlir, deyir ki, mütləq Bakı Dövlət Universitetinə (BDU), onun hansısa ixtisasına qəbul olmalıyam. Bunun üçün ixtisas fərq etmir, təki BDU-ya qəbul olsun. Amma o balla digər universitetlərin yaxşı ixtisaslarına qəbul olmaq şansı var”.

Müsahibimizin sözlərinə görə, abituriyentlər qəbul imtahanından müəyyən bal toplayandan sonra hansısa bir ixtisası seçirlər. Və ya valideynin təkidi ilə istəmədiyi ixtisası seçirlər. Yəni, istək, bacarıq qalır kənarda. Məhz hər şey buradan başlayır. İnsanlar populyarlığa qaçırlar: “Bilməlidirlər ki, “xalxın uşağı” öz sahəsində uğur qazanıbsa, bu o demək deyil ki, siz də həmin sahədə mütləq uğur qazanacaqsınız. Burada şəxsin bacara bilməsi, potensialı məsələsi önəm daşıyır. Ölkədə nə qədər işini bilməyən hüquqşünas, həkim, müəllim var. Bunlar bizə heç nə qazandırmır. Amma gəl ki, savadlı zootexnik, aqronom, meşəçi tapılmır”.

Ekspert hesab edir ki, Azərbaycan universitetləri müasir təhsildən geri düşüb. Əksər ixtisaslarda verilən təhsil bazarın tələbini ödəmir. Burada əsas iş qalır tələbənin üzərində. O, oxuduğu sahəni istəyi ilə seçibsə, universitetdən kənar öyrənməklə özünü formalaşdıracaq, istəyinə çatacaq. Yox, əgər o ixtisası istəyi xaricində, valideynlərin, qohumların xətrinə seçibsə, süzgəcdə ilişəcək, çabalayacaq. Savad erasının başlanğıcındayıq. İş sektorları bilikli, sahəni bacaran kadrları qəbul edir. Ona görə də karyera arzusunda olan gənclər karyera seçimlərində diqqətli olmalıdır.

Həmsöhbətimiz deyib ki, ali təhsil almaq önəmlidir, fəqət məcburi olmamalıdır. Məcburi, kiminsə maraqlarına xidmət edən, ad olsun deyə alınan ali təhsil yaxşı sonluqla bitmir. Çəkilən əziyyət, sərf edilən əmək boşa gedir. Bunun yerinə peşə təhsili almaq, hansısa sənət sahibi olmaq daha məqsədəuyğundur: “İşin maddi tərəfinə baxanda, hansısa avtomobil çilingərinin, rəngsazın, bərbərin, aşpazın aldığı məvacib bir çox ali təhsilli şəxsin aldığı vəsaitdən dəfələrlə çoxdur. İnsan sevdiyi işlə, peşə ilə məşğul olmalıdır. Belə olanda rifahı yaxşı, könlü xoş olur, eləcə də cəmiyyət üçün daha yaxşı kadra çevrilir”.

Hər kəs öz həyatı ilə bağlı söz sahibi olmağı bacarmalıdır. Və qarşı tərəf həmin şəxsin seçimlərinə, istəklərinə hörmətlə yanaşmalıdır. Valideyn təbii ki, övladına məsləhət verəcək, yol göstərəcək. Amma onu incitmədən, təzyiq göstərmədən, zorakılığa əl atmadan etməlidir. Bəzi valideynlər çox istəməklə məhdudlaşdırmağı, incitməyi qarışdırır. Elə bilirlər ki, uşaq doğru seçim edə bilməz. Ona görə də uşağın hər seçiminə, hərəkətinə qarışmağı, onun adına qərarlar almağı valideynlik vəzifəsi bilirlər. Necə deyərlər, pişik balasını çox istədiyindən yeyər. Bu, elə insanlarda da keçərlidir.

Bəzi şagirdlər valideyn təzyiqinin qurbanı olsa da, bəziləri öz qərarsızlığının, məlumatsızlığının qurbanı olur. Şagird universitetə hazırlaşarkən nə oxuyacağını, kim olacağını seçməlidir. Əks halda, çox zaman topladığı bala uyğun ixtisas fərqi olmadan, məhz diplom naminə qəbul olanların da aqibəti heç də parlaq olmur.

Uğurlu və parlaq gələcək naminə araşdıraq, maariflənək, doğru seçimlər edək.

Günay Elşən
pressklub
 
Ardını oxu...
Maliyyə Nazirliyinin verdiyi məlumata bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 12 milyard 612 milyon manat, xərcləri isə 9 milyard 263,1 milyon manat təşkil edib. Bunlar da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,9 faiz az və 23,7 faiz çoxdur. Son nəticədə icmal büdcədə 3 milyard 348,9 milyon manat qalıq yaranıb.

Belə vəziyyətdə isə ortaya sual çıxır:

Dövlət Büdcəsinə yenidən baxıla bilərmi? Qalıq vəsait sosial istiqamətlərə, xüsusən də əmək haqlarının artırılmasına yönəldilə bilərmi?

Məsələ ilə bağlı danışan Millət vəkili Vüqar Bayramov Bizim.Media-ya bildirib ki, bir sıra əvvəlki illərdə profisit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib:

"“Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profisit və eləcə növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək”.

Millət vəkili onu da qeyd edib ki, 2024-cü ilin ilk aylarında da Dövlət Büdcəsi profisitlə icra olunurdu:

“Bunun əsas səbəbi neftin qiymətinin dünya bazarında yüksək olması və qeyri-neft sektorundan daxilolmalarla bağlı idi. Praktik olaraq hər iki mənbədən vəsaitin daha çox daxil olması Büdcədə profisitin yaranmasına gətirib çıxarıb. Nəzərə alaq ki, profisitin yaranmasına görə hökümətdə davamlı müzakirələr aparılır.

Amma növbəti dövrlər üçün də proqnozlar da çox önəmlidir. Xüsusən də neftin ilin ikinci yarısındakı qiymətlərini proqnozlaşdırmaq çox vacibdir.

Bütün hallarda yaranmış profisitlə bağlı hökümətin müvafiq qərar verəcəyi gözlənilir. Yəqin ki, o zaman biz də parlamentdəki müzakirələrdə bir sıra istiqamətlərə, o cümlədən də sosial istiqamətlərə daha çox vəsait ayrılmasının mümkünlüyünə baxılmasını təklif edəcəyik. Çünki profisit fərqli istiqamətlərin də maliyyələşdirilməsinə imkan yarada bilər”.
Ardını oxu...
Milli Məclisin deputatları Baku TV-nin sualını cavablandırıblar.

Belə ki, millət vəkillərinə “seçicilər sizə ən çox nə ilə bağlı müraciət edirlər?” sualı ünvanlanıb. Seçicilərin şikayətlərinin nədən ibarət olduğuna deputatların cavabları müxtəlif olub.

Cavanşir Feyziyev qeyd edib ki, ona müraciət edənlər arasında evini təmir etmək, hasar çəkmək, təhsil almaq, sağalmaq istəyən də var.

Aydın Mirzəzadənin sözlərinə görə, seçiciləri ona bütün mövzularla bağlı müraciət edirlər:
“Seçicilər istədikləri vaxt mobil telefonuma zəng edə bilirlər. Nömrəmi hamı bilir. Ailəvi, sosial məsələlərdən tutmuş hüquqi yardım məsələlərinə qədər müraciətlər alıram”.

Nəsib Məhəməliyev isə deyib ki, ona ən çox uşaq pulu məsələsi ilə bağlı müraciətlər edilir.

 
Ardını oxu...
İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır.

Bu barədə ARB TV-nin süjetində deyilir.

Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə, şəxs almaq istədiyi ikinci əl məhsul haqqında müəyyən qədər məlumata malik olmalıdır. Əgər alıcı həmin məhsul haqqında araşdırma etməkdən yayınırsa, biz ehtimal edə bilərik ki, o bunun oğurluq olduğunu bilir.

“Oğurluq məhsulunu əldə edənlər, satanlar və oğurluq məhsul olduğunu bildiyi halda əldə edən alıcılar Cinayət Məcəlləsinin 194-cü maddəsinə əsasən, min manatdan üç min manatadək cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud əmlakı müsadirə edilməklə dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Ətraflı videosüjetdə:

 
Ardını oxu...
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün növbəti vakansiya seçimi başladı. Bakı, Sumqayıt və Abşerona yerdəyişmə mümkün olmayacaq. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə bu gün saat 11:00-da start verilib.

Proseslə bağlı “Xəzər Xəbər”ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, yerdəyişmə prosesində son işlədiyi təhsil müəssisəsində üç ildən artıq çalışan müəllimlər iştirak edirlər.

Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.

Məlumat üçün bildirək ki, müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında da ilk dəfə olaraq həyata keçiriləcək.
Naxçıvanın MR Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər.

Müvəqqəti qaydalara əsasən, hərbçi və şəhid ailə üzvlərinin iş yerinin dəyişdirilməsi prosesi ildə bir dəfə nazirlik tərəfindən həyata keçiriləcək.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Ali məktəblərə qəbulda bəzi ixtisas qruplarında gərgin rəqabətin olacağı gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, indiyədək qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün 50 minə yaxın abituriyent qeydiyyatdan keçib.

Belə ki, I ixtisas qrupu üzrə müraciət edənlərin sayı 16 min 135 nəfərdən çoxdur. II ixtisas qrupu üzrə 14 min 650 nəfər, III qrup üzrə 14 min 330 nəfər, IV qrup üzrə isə 3 min 820 nəfər qeydiyyatdan keçib.

Təhsil eksperti Kamran Əsədov deyir ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayı kifayət qədər çoxdur.
Onun sözlərinə görə, müəyyən ixtisaslarda seçim zamanı rəqabətin artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, qəbul imtahanlarına qeydiyyat mayın 6-dək davam edəcək.

Ətraflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti