Ardını oxu...
Ürək dağlayan mənzərədir, amma yazmalıyıq ki, bəlkə insafa gələrlər. Vətən müharibəsindən sonra səhhətində ciddi problemlər olan hərbi qulluqçu ehtiyata buraxılır. Təcili əməliyyata ehtiyac yaranır, maddi imkansılıqdan ailə bankdan 5000 (beş min) manat məbləğində kredit götürür. Hərbçi əməliyyat olunur, bir müddət krediti ödəyir və ikinci əməliyyatdan sonra dünyasını dəyişir.
Qanunvericiliyə görə bu cür hallarda əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur.Yəni, bank istəsəydi borclu - hərbi qulluqçu vəfat etdiyinə görə krediti silə, öhdəliyə xitam verə bilərdi. Lakin, başqa yol seçiblər, problemli kredit kimi sənədləri ötürüblər Məhkəmə Deparatmentinə, onlar da Ədliyyə Nazirliyinin saytına daxil olub baxıblar ki, mərhumun ailə üzvlərinin adına vərəsəlik işi açılıb. Qanunla vəfat etmiş şəxsdən miras əmlak vərəsələrə keçirsə öhdəlik miras əmlaka yönildilə bilər.
Lakin, indiki halda vəfat etmiş hərbçidən ailəsinə hər hansı daşınar, daşınmaz əmlak, yaxud da bankda pul depoziti qalmamışdır. Yeganə olaraq xidmət yoldaşları ailəyə kömək məqsədilə Müdafiə Nazirliyindən 1587 manat məbləğində istifadə olunmamış əşya əmlakı əvəzi pul kompensasiyasını, yəni “paltar pulunu” almaqda kömək ediblər. Bu halda da notarius vərəsəlik işi açıb və ailə də mərhum hərbçinin azyaşlı qızına jest etmək üçün vərəsələyi onun adına rəsmiləşdirib. Bank da şəhadətnaməni görüb dərhal məhkəmədə iiddia qaldırıb ki, ödənilməmiş krediti və cərimə faizlərini, cəmi 5150 manat məbləğində pulun ailədən tutulmasına dair qətnamə çıxarılsın.
Dəhşətlisi odur ki, bank əməkdaşları şəhadətnamənin 10 yaşlı qızın adına açıldığını və həmin “paltar pulun”un mərhum hərbçidən ailəyə qalan yeganə miras olmağına fikir verməyiblər və iddia qaldırılıb. Şübhəsiz ki, 10 yaşlı qız məhkəmədə cavabdeh ola bilməz və iddia anaya qarşı qaldırılıb.
Dəhşətdir: gəncliyini, sağlamlığını bu ölkəyə, dövlətə həsr et, pensiyaya çıxandan sonra əməliyyata ehtiyac yaransın, əməliyyat üçün pul tapa bilməyəsən, bankdan kredit götür və əməliyyatdan sonra vəfat et, bank da vicdancızcasına sənin 10 yaşlı qızından pul tələb etsin. Allah heç kimə göstərməsin.
PS: Ailəyə kömək məqsədilə iddia ərizəsinə Etiraz yazıb verdik, eyni zamanda kreditin silinməsində kömək məqsədilə Bankın İdarə Heyətinin sədrinə və Prezident Aparatına müraciət hazırlayıb verdik. Baxaq görək necə olur. Nəticə olmasa məsələni ictimailəşdirəcəyik ki, qoy cəmiyyət bu vəziyyəti bilsin, bankı da tanısın. Adam söz tapıb deyə bilmir.
İlqar Allahverdiyev
TEREF: Xocanın Blogu
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Quba rayonunun sakini İskəndərov Qürbət Şahbəddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu haqsız yerə işdən çıxarıblar.

“Mən, İskəndərov Qürbət Şahbəddin oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, 18 il Quba DSMF-də müxtəlif vəzifələrdə çalışmışam. 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs yaradılmışdır. İşlədiyim dövrdə heç bir töhmətim olmamışdır. Həmişə dövlətimizə və dövlətçiliyimizə xidmət etmişəm. Lakin 2021-ci ilin avqust ayında işdən azad olunmuşam. Səbəb isə publik hüquqi şəxslə 3 aylıq əmək müqaviləmin bitməsidir. Budurmu, dövlət qulluqçusuna qoyulan hörmət?!

Halbuki, ƏƏSM naziri Sahil Babayev, DSMF-nin sədri Himalay Məmişov insanlarin sosial yönlü məsələləriylə maraqlanan dövlət orqanlarıdır. İşlədiyim dövrdə əmək haqqımla “Kapital Bank” ASC-dən kredit götürmüşəm, işdən azad olunduqdan sonra ödəyə bilmədim. Bank məni məhkəməyə verdi, ölkədən cıxışıma qadağa qoydu. Budurmu, Sahil Babayevin apardığı sosial yönümlü islahatlar?!

3 ildir işsizəm. İşləmədiyim tarixdən evdə anamdan qalan xalçanı, bahalı əşyaları və yoldaşımın qızıllarını lombarda qoyaraq dolanmışam. Bu iki orqanın dovlət qulluqçusuna bəxş etdiyi “hədiyyə” bu olub. Həyat yoldaşımdan ayrılmaq, cəmiyyətdən ayrılmaq, psixoloji travma və s. problemlərim oldu.

İşlə bağlı bir necə orqana müraciət etməyimə baxmayaraq, 59 yaşda insanlara hec bir yerdə iş olmadığını bildirirlər. Bəs, bu haqsızlıq deyil, bəs nədir?”

Jalə FAMİLQIZI
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Özəl pensiya fonduna ödəniş könüllü olacaq”.

Bu fikri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Belə ki, vətəndaş məcburi sosial sığorta haqqı ilə yanaşı, belə fonda da vəsait ödəyə bilər. Bəs özəl pensiya fondları əhaliyə nə qazandıracaq?

İqtisadçı Xalid Kərimli isə bildirib ki, özəl pensiya fondu işləyən şəxslər üçün nəzərdə tutulub:
“Burada işləyən şəxslərin əlavə pensiya təminatının formalaşmasından söhbət gedir. Bu fondun maliyyə mənbəyi işləyən şəxsin könüllü surətdə öz əməkhaqqısından əlavə ödənişləri əsasında formalaşacaq. Burada məcburilik yoxdur. Fond həmin pulları risksiz dövlət sənədlərinə yatıracaq. Vətəndaş təqaüdə çıxanda artıq dövlətin kəsdiyi pensiyadan əlavə vəsait almaq imkanlarına malik olacaq”.

İqtisadçı Rəşad Həsənov hesab edir ki, qanunun hazırlanması hələ özəl fondun yaradılacağı demək deyil. Onun sözlərinə görə, ölkədə özəl pensiya fondlarının yaradılması üçün şərait formalaşmayıb.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Şəmkir rayonu, Qaracəmirli kənd sakini, 44 günlük Qarabağ savaşının qazisi Paşayev Şahniyar Sulduz oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Hazırda səhhətində ciddi problemlər olduğunu deyən Ş.Paşayev, bu səbəbdən iş tapa bilmədiyini, üstəlik qanunsuz olaraq 539 manat cərimə olunduğunu bildirir.

Qarabağ qazisi onu da vurğulayır ki, ona II qrup əlillik dərəcəsi verilməli olduğu halda, III qrup veriblər və sənədinə də “iş qabiliyyətinin olduğu” yazılıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən “Hürriyyət”ə bildirildi:

“Şəmkir rayon sakini Paşayev Şahniyar Sulduz oğlu 18.06.2021-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspert-həkimləri tərəfindən əyani müayinə olunub. Tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş və əyani müayinə zamanı şəxsin faktiki vəziyyəti ümumi xəstəlik səbəbilə III dərəcə əlilliyə əsas verib.

20.12.2023-ci il tarixində Şahniyar Paşayevin əlilliyinin qiymətləndirilməsinə dair Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən yeni göndəriş rəsmiləşdirilib. Göndərişdə qeyd edilən əsas dizanoz və ağırlaşmalara əsasən, mövcud qanunvericiliyə uyğun olaraq orqanizm funksiyalarının 40% pozulması barədə qərar verilib”.

Qeyd edək ki, şikayətçinin redaksiyamız göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Jalə FAMİLQIZI
 
 

 

Ardını oxu...
“Pensiyalarda təxminən 11 faizə yaxın artım qeydə alınacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Rend” agentliyinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ilkin məlumat ondan ibarətdir ki, pensiyalar 10,8 faiz indeksasiya olunaraq artırılacaq: "Daha dəqiq rəqəm fevral ayının əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən elan olunacaq. Nəzər alsaq ki, pensiyaların indeksasiyasında əsas meyar əvvəlki illərdə orta aylıq əmək haqqında olan artım faizidir. 2023-cü ildə ortaq aylıq əmək haqqında artım faizi bu ilin fevral ayında elan olunacaq.

Ona uyğun olaraq da rəsmi olaraq pensiyalar indeksasiyası reallşacaq. Əmək pensiyası alan bütün vətəndaşların pensiya məbləğinda təxminən 11 faizə yaxın artım qeydə alınacaq.Əvvəlki illərdə təxminnə 100 minə yaxın vətəndaşımızın pensiyası indeksiyası olunmurdu. Lakin indi vahid indeksasiya mexanizmi bütün vətəndaşların əmək pensiyasılarının artırılmasına imkan yaradır. Məbləğindən asılı olmayaraq, bütün əmək pensiyası alanların pensiyalarında artım olacaq".
Ardını oxu...
Sabirabad rayonu Azadkənd kəndinin sakini, 23 yaşlı Orxan Quliyev hərbi xidməti bitirməyinə 6
ay qalmış başlayan İkinci Qarabağ müharibəsində Ağdamda gedən döyüşlər zamanı
yaralanmışdı. O, müharibənin ortalarına doğru sağ ayağından qəlpə yarası alaraq, Bakıdakı
hospitalda əməliyyata göndərilmiş, 14 gündən sonra isə ayağı sağalmamış təkrar döyüşə
qayıtmışdı.
Daha sonra ayağındakı şiş toxumasının böyüməsi səbəbindən keçən il aprelin 18-də Milli
Onkologiya Mərkəzində əməliyyat olunub və ayağı amputasiya edilib. Yatağa məhkum olmuş
müharibə veteranı Orxan Quliyevin valideynlərinin sözlərinə görə, onlar dövlət qurumlarına
müraciət etsə də, yardım edən olmayıb. Hətta təcili tibbi yardım və yerli xəstəxanalardakı tibb
işçiləri Orxanın yarasına qulluq etməkdən imtina ediblər.
“Hospitala gələndə ayağında qəlpə qalmışdı. Müalicəsi də yanlış getdi. Sağalmamış yenidən
xidmətə apardılar. Gələndən sonra həmin şiş ağciyərində problem yaratdı. Nə sağlığında, nə də
dəfnində heç kim baş çəkmədi. Bircə ölümünün üçüncü günündə İcra Hakimiyyətinin
nümayəndələri baş çəkdi. Bütün aidiyyəti qurumlara müraciət etdik, heç kim baxmadı.
Nazirliyə və digər qurumlara da sənədləri vermişik. Dedilər, nə vaxt zəng etsək, gələrsiniz.
Hələ də gözləyirik, xəbər yoxdur”.
Qazi Orxan Quliyevin atası Cümşüd Quliyev Pressklub.az saytının əməkdaşı ilə söhbətində
dövlət qurumlarının onlara laqeyd yanaşmasından gileylənib.
Hələ Orxan Quliyevin sağlığında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
mətbuata bildirmişdi ki, əlilliyin qiymətləndirilməsini aidiyyəti qurumlar vətəndaşla bağlı müvafiq
sənədlər təqdim edildiyi halda həyata keçirir.
O. Quliyevin də əlilliyin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsinə lazımi
sənədləri təqdim etməsinə baxmayaraq, “Forma-88” sənədi əlillik altsisteminə daxil edilməyib.
Yeri gəlmişkən, qurumdan bildirilmişdi ki, əlilliyi müəyyən olunmuş şəxslər reabilitasiya
xidmətləri və ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunurlar. Tibb müəssisəsinin
həkimləri tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi
qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək.
Qazimizin valideyni isə deyir ki, məsələ hələ də həllini tapmayıb.
Pressklub.az məsələni aydınlaşdırmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya
Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanovla
əlaqə saxladı. Qurbanov açıqlamasında bildirdi ki, qazimizə müddətsiz əlillik təyinatı verilib.
“Qazi agentliyə ilk dəfə müraciət etdikdə Təbib “Forma-88” sənədini sistemə daxil etməmişdi.
Ona görə də biz onun əlilliyi ilə bağlı qiymətləndirmə edə bilmirdik.
Müraciətdən bir neçə gün sonra sənəd sistemə daxil edilib və Dövlət Tibbi-Sosial Ekspertiza
və Reabilitasiya Agentliyinin həkim-ekspertlərinin qərarı əsasında qazimizə hərbi xidmət
dövrü ilə əlaqədar orqanizm funksiyalarının 90% pozulmasına görə müddətsiz əlillik təyinatı
aparılıb. Qazimizə Allahdan rəhmət diləyirik!”.
Mərhum Orxan Cümşüd oğlu Quliyev dekabr ayının 17-də dünyaya gözlərini yumdu. Səssizsədasız, heç bir dəstək almadan yaşadığı ağrılı günlərinə elə səssizcə vida etdi…
Vətən uğrunda sağlamlığını, canını qurban verən igidimiz nur içində yat!
Günay Elşən
 
Ardını oxu...
İşçilərin və işəgötürənlərin nəzərinə!
İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununda, Azərbaycan RespublikasıNazirlər Kabinetinin Qərarlarında və digər normtiv hüquq aktlarla təsbit edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu pozan müəssisə və təşkilat rəhbərlərinə qarşı: maddi, intizam, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207-ci əsasən: İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.
Hər il əmək fəaliyyəti ilə məşğul olan yüzlərlə işçi, iş yerlərində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığını və əmək qabliyyətini itiririr və ya bu hadisələr nəticəsində həyatı ilə vidalaşmalı olur. İş yerlərində bədbəxt hadisənin baş vermə səbəbləri aşağıdakılardır:
İşçilərə qanunvericiliklə nəzərdə tutulan qaydada təhlükəsiz və sağlam iş şəraiti yaradılmamasına görə müəssisə rəhbərlərinin məsuliyyətə cəlb olunmaması. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215, 217, 222, 239-cu maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il tarixli 27 saylı Qərarının pozulması nəticəsində, İşəgötürənlər tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, əmək xəsarətinin qeydə alınmaması və sağlamlığa dəymiş ziyanın əvəzinin ödənilməməsi ilə əlaqədar cavabdeh şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmaması. Praktikada belə hallara nadir hallarda rast gəlininr ki, əməyin mühafizə qaydalarını pozmuş müəssisə rəhbərləri məsuliyyətə cəlb olunsunlar.
İşəgötürənlər tərəfindən: təhlükəsiz və sağlam iş şəraiti ilə əlaqədar əmək kollektivi və ya Həmkarlar İttifaqları Təçkilatları ilə müvafiq məsləhətləşmələrin aparılmaması.
Təhlükəsiz və sağlam iş şəraitinə dövlət nəzarətinin həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzarətinin zəif olması və ya ümumiyyətlə olmaması. Dövlət Əmək Müfəttişliyi Xidməti işçilər üçün təhlükəsiz və sağlam iş şəraiti yaratmayan müəssisə rəhbərlərinin müvafiq məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirləri görməməsi. Praktikada belə hallara nadir hallarda rast gəlininr ki, əməyin mühafizə qaydalarını pozmuş müəssisə rəhbərləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindənn məsuliyyətə cəlb olunsunlar.
Təhlükəsiz və sağlam iş şəraitinə ictimai nəzarəti həyata keçirən Həmkarlar İttifaqının ictimai nəzarətinin zəif olması və ya ümumiyyətlə olmaması. Xarici ölkələrdən fərqli olaraq fəaliyyət göstərən Həmkarlar təşkilatları, digər sahələrdə olduğu kimi əməyin mühafizəsi sahəsində müstəqil fəaliyyət göstərə bilmirlər, bu sahəyə ictimai nəzarət yoxdur, belə hadisələrin qarşısını almaq üçün real qüvvəyə və səlahiyyətə malik deyillər.
Müəssisənin mülkiyyətçisi və ya işəgötürəni tərəfindən:
• əmək fəaliyyəti ilə məşğul olan işçilərin, iş yerlərində əməyin mühafizəsi normalarına və qaydalarına əməl etməmələri, əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməməsi,
• binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməməsi,
• bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmaması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkil edilməməsi,
• əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməməsi,
• normal əmək və istirahət rejiminə riayət edilməməsi,
• işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsi,
• işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməməsi və əməyin mühafizəsinin təbliğ edilməməsi,
• kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi,
• müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsi.
Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmaması və ya bu mütəxəssislərin kifayət qədər savadlı və məsuliyyətli olmaması.
İşəgötürənlər tərəfindən əməyin mühafizəsi ilə əlaqədar müvafiq bukletlərin hazırlanmaması, treninq, seminar və digər marifləndirmə tədbirlərinin keçirilməməsi və ya formal olaraq keçirilməsi.
İşəgötürənlər tərəfindən işçilərin onlarla bağlanmış vəzifə və ya peşənin əmək funksiyasına daxil olmayan digər vəzifə və ya peşələrdə qanunsuz olaraq işlədilməsi.
İş vaxtında, o cümlədən ağır, zərəli və insan həyatı üçün zərərli olan iş yerlərində işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit olunmuş normadan artıq işlədilməsi.
İşçilərin istirahət hüququnun, o cümlədən məzuniyyət hüququnun pozulması və ya məhdudlaçdırılmasış
İşçilərə aşağı və yuxarı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələrin verilməməsi və ya işlərin dayandırılmaması.
Yuxarıda qeyd olunan və Azərbaycan Respublikasının əmək qanunvericiliyində təsbit olunan hüquq normalarının pozulması istehsalatda, əmək fəaliyyəti ilə məşğul olan yüzlərlə işçinin, iş yerlərində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının və əmək qabliyyətinin itirilməsi və ya həyatlarının itirilməsi ilə nəticələnir. Bunlarla bərabər bu hadisələrin baş verməsində əsas səbəblərdən biri və daha çox vacib olanı işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmaması, əmək xəsarətinin qeydə alınmaması və sağlamlığa dəymiş ziyanın əvəzinin ödənilməməsi ilə əlaqədar cavabdeh şəxslərin maddi, intizam, inzibati və cinayət məsuliyyətə cəlb olunmamasıdır.
Mirvari Gahramanli
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
Bakının mərkəzindən bir qədər kənarda yerləşən qəsəbələrin həyət evlərində insanların bir çoxu "ceyran peçi" və ya "İran sobası" adlanan istilik vasitələrindən istifadə edirlər. Bəzi evlərdə bu sobalar uzun illərdən qalır və necə deyərlər, dədə-baba yadigarıdır. Bəziləri illərdir kirayə yaşadığı evdən "qurtulub", özünə yarı ac, yarı tox, suvaqsız, ailəsini içinə yığa biləcəyi bir "dam" tikir və həmin evi qızdırmaq yenə "ceyran peçi"nin, "iran sobası"nın öhdəliyinə düşür. Ona görə ki, bu vasitələr digərlərinə nisbətən daha ucuzdur.
..."İstilik mənbəyi" olan vasitələrin əhlükəli tərəfləri insanları maraqlandırmır. Bu məsələ barədə hər il, hər qış hansısa ekspert, ya hansısa aidiyyəti qurum açıqlama verir və xəbərdarlıq mesajları göndərir ki, "bu qəbildən olan istilik vasitələrindən, sobalardan uzaq durun, çünki onların sızma, yanğın törətmə, partlayışa səbəb olma ehtimalı daha çoxdur". Nəticə "sıfır": 3 aylıq qış fəsli ərzində ya hansısa evdə dəmqazından ölüm hadisəsi baş verir, ya yanğın törənir, ya da partlayış...

Təəssüf ki, "ceyran peçi" istifadə edən bəzi vətəndaşlar bu xəbərdarlıqlarla, açıqlamalarla razılaşa bilmir. "Bunlar insanlar üçün təhlükəlidir, almayın, uzaq durun, istifadə etməyin, daha müasirlərini alın" demək asandır. Bu həyatda ən asan şey məsləhət verməkdir: həm pulun cibində qalır, həm də enerjin. Yəni heç nə tükətmədən, sadəcə dilini tərpədərək deyirsən ki, "təhlükəlidir, olmaz, doğru deyil". Yaxşı, indi sual verirəm, biz bunu görə və ya düşünə bilmirik? Biz də hər kəs kimi xəbərləri oxuyur, izləyir, baş verənlərdən narahat oluruq. Sonra nə edək? Bazarda hər şey od qiymətinədir, evinə kombi çəkməyə hər kəsin maddi imkanı çatmır, digər tərəfdən, qazın limitini keçdinsə, qışda bütün əməkhaqqını "Azəriqaz"a yedirirsən. İstilik sistemləri çox bahadır, "ceyran peçi" necə deyərlər, kasıbın dostudur.

İndi o evədolma, qazsızma hadisəsini izah edim necə olur, bilin. Hava bərk küləkli olanda və yatmısınızsa, soba da yanırsa, onun sönmə ehtimalı yaranır və sönəndə xəbəriniz olmur. Lakin bu hal elə də tez tez baş vermir. Əsas problem qazın qəfil kəsilməsi və bir neçə saatdan sonra verilməsidir.

Məsələn, axşamüstü hava soyuq olanda sobanı yandırırsan, qəfil qaz kəsilir. Gərək həmin vaxt kimsə oyaq olsun, ya da sobaya nəzarət etməkçün oturub gözləsin. Qazı kəsirlər və bir müddət sonra gələn qaz evə dolmağa başlayır. Bundan sonra da hadisə baş verir. Yəni bu sobanın təhlükəli olmasının bir səbəbi küləkdirsə, digəri də o qazı qəfil kəsib, "təmir işləri" görən qurumun özüdür.

İndi elə vəziyyət yaradıblar ki, daha bu sobanın da mənası qalmayıb, bir də görürsən, qazı açırıq ki, sobanı yandıraq, qaz borusundan hava püləyir. Bununla dəfərlə rastlaşmışıq. Bizim təhlükəsizliyimizi düşünənlər gərək öncə digər problemləri də görələr, onları da dilə gətirələr. Yoxsa "təhlükəlidir, etməyin" deməklə, iş bitmir. Bazarda qiymətlər bahadır. Üstəgəl, qaz tez-tez kəsilir. Hələ "limit qorxusu" imkan vermir ki, insanlar evində yetərli qaz istifadə edə bilsinlər. Limiti ləğv etsinlər, istilik vasitələrinin qiymətləri əlçatan olsun, "Azəriqaz" könlünün istədiyi zaman qəfil qazı kəsməsin, onda görək, bu hadisələr olacaqmı?

"Ceyran peçi" və ya dəm qazı yox, insanların öz nöqsanlarını görməməsi, etməli olduğu şeyləri etməməsi və başqalarına biganə qalması öldürür...
 
Ardını oxu...
Nəqliyyatl xərclərinə qənaət etmək üçün . tərtib edilmiş bu qrafik nəticəsində, işçilərin sağlamlığına vurduğunuz ziyanın məsulliyyəti həm də sizin üzərinizə düşür.
SOCAR AQŞ-də pandemiya ilə əlaqadar dəniz özüllərində çalışan işçilərin iş qrafikində edilən müvəqqəti 21 günlük,12 saatlıq iş rejimi hələ də davam edir. Ona görə ki,cənab Mollayev belə istəyir.
Yazdılar ki:
SOCAR AQŞ dəniz özüllərində çalışan işçilərini hələ də 21 günlük iş qrafiki ilə işlədilir! Həm əsəb,həm ağır iş, keyfiyyətsiz qidalanma,susuzluq. İmunitetimiz qış aylarında aşağı düşür.Aldığımız əmək haqqını da evdə olduğumuz 21 gün ərzində sağlamlığımıza xərcləyirik ki,növbəti ay smenə gedə bilək. Bizim ən böyük xahişimiz 15 günlük smenə keçməkdir. Necəki,başqa təşkilatlar işlədiyi kimi. SOCAR AQŞ əməkdaşlarına sizin köməkliyiniz lazımdır ki, bu məlumatı sosial şəbəkə yayılsın. Bəlkə müvafiq qurumlar oxuyub insafa gəldilər.Bu şirkətdə rəhbər,fəhlə arasında böyük ayrıseçkilik var. Biz iki ildir yazılı müraciət etmişik. Xahiş etmişik. Dəniz özüllərində 21 gün iş rejimi ,gündəlik 12 saat çox ağırdır.Pandemiya girəndən bizi aylıq,sonrada 21 günlük iş qrafikinə keçiriblər. Axı bizim ailəmiz,uşağımız,xəstəmiz,toyumuz,bayramımız var.Əsasda can sağlığı.
SOCAR AQŞ rəhbəri cənab Samir Mollayevin diqqətinə!
Növbə üsulu ilə işləyən işçilər , aylıq iş saatları istehsalat zəruriyyəti, hava şəraiti və s. ilə bağlı hər ay üzrə məhdud sayda normadan az və ya çox ola bilər, lakin həddən çox olması, dənizdə 21 günlük iş rejimində işlədilməsi, işçilərin iş rejiminin və istirahət rejiminin pozulması Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır. Əmək Məcəlləsinin tələblətini pozan işəgötürənlər isə ağırlıq dərəcəsindən asılı olaraq müvafiq maddi, inzibati, inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər.
Qeyd: Rəis,siz bəlkə də yaxşı mütəxəsissiniz,ancaq idarəetmə bacarığınız çox zəifdir
Mirvari Qəhrəmanlı
Teref: Xocanın Blogu
 
Ardını oxu...
“Pensiya kapitalı illər üzrə ödənilir və indeksasiya olunaraq artırılır. Yəni vətəndaş pensiyaya çıxdıqdan sonra bu vəsait qanunvericiliyə uyğun olaraq 12 il müddətinə qaytarılır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov bildirib.

“Əgər vətəndaş Dövlət Sosial Müdafiə Fonduna 25-30 il əvvəl 40 min pul ödəsəydi, pensiya kapitalını birdəfəlik götürə bilərdi”, – deyə o əlavə edib.

Qeyd edək ki, son illər ən çox müzakirə olunan mövzulardan biri pensiya yaşı və pensiya kapitalı ilə bağlıdır. Bu gün vətəndaşları ən çox narahat edən məsələlərdən biri odur ki, pensiya kapitalının məbləği çox yüksəkdir və onu toplamaq imkanı yoxdur.Yaxud vəfat edən şəxsin toplanan vəsaitinin ailə üzlərinə verilməməsi narahatlıq yaradır. Eləcə də bu gün bir sıra ölkələrdə, o cümlədən Türkiyədə vətəndaşlar pensiya yaşına çatdıqda dövlət ona “əməklilik ikramiyəsi” verilir ki, vətəndaş onunla iş qura bilir. Bizim ölkədə həmin birdəfəlik vəsait də verilmir.

Bu gün DSMF sədri “vətəndaş 25-30 il əvvəl 40 min manat pul ödəsəydi, pensiya kapitalını birdəfəlik götürə bilərdi” deyirsə, maraq doğuran odur ki, vətəndaş öncədən həmin vəsaiti haradan əldə edə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərov “Cebhe.info”-ya bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri izah etməlidir ki, mənim ödədiyim vəsait kimindir:

“DSMF-nin rəhbəri açıqlamalarında “sinifdə qalıb””

“Çalışıram ki, hər ay ya özüm, ya da işəgötürənlə birlikdə Dövlət Sosial Müdafiə Fonduna ödəniş edirəm. Ödəniş etdiyim, toplanan vəsait kimindir, mənə aiddir? Əgər mənə aiddirsə, ona sərəncam vermək hüququmu necə bərpa edə bilərəm.

Burada addım-addım hüquqi suallar yaradıb, ona da normal məntiqli cavablar almaq lazımdır. İndi minimum kapital 42 min 320 manatdır. Tanıdığım insanlar var ki, biznesdə çox yüksək maaşlı vəzifələrdə işləyiblər. Bəzilərinin hətta orada 300 min manat vəsaiti də var. O zaman norma 42 min manatdırsa, ondan yuxarı olan hissəsini mən niyə götürə bilmərəm? Yaxud 12 ilə hesablanırsa, ailə başçısını itirdikdə Dövlət Sosial Müdafiə Fondunda 30-35 min manat vəsaiti qalır.

Onun ailə üzvlərinin həmin vəsaitə çıxış imkanları niyə olmasın? Dövlət ona yardım etməyib, həmin vəsaiti özü toplayıb. Çalışmışam, maaş almışam, Dövlət Sosial Müdafiə Fonduna ödəniş etmişəm. Burada dövlətin yeganə rolu odur ki, DSMF-yə o vəsaiti qoruyub. Bunun depozitlə heç bir fərqi yoxdur.

Türkiyədə, Gürcüstan, Rusiyada da insanların topladığı vəsaitlərə çıxış imkanları var. Bizi bu imkanlardan niyə, hansı məntiqlə məhrum etmək istəyirlər? Bu məsələlərdə DSMF-nin rəhbəri açıqlamalarında “sinifdə qalıb”. Belə çıxır ki, mən dövlətə vəsait ödəmişəmsə, ona sərəncam vermək hüququm olmur. Bu doğru yanaşma deyil.

Ümid edirəm ki, bu yalnışlıqlar düzəldiləcək, qanunvericilikdə dəyişikliklər olacaq. Əgər minimum yığım kapitalı ilə bağlı yanaşma qalacaqsa, heç olmasa deyə bilərlər ki, “mən 65 yaşında təqaüdə çıxıram. Orada 150 min pulum varsa, onun 42 min manatını çıxın, yerdə qalanını mənə qaytarın və mən iş qura, hansısa addımlar ata bilim. Bu vəsaitin sərəncam vermək hüququ vətəndaşda niyə yoxdur, sualına dövlət orqanları aydın şəkildə cavab verməlidir.

Çünki elə cavab verməlidir ki, ölkənin Konstitusiyası pozulmasın. Konstitusiyada özəl mülkiyyət, toplanan vəsaitin qorunma hüququ var. Şəxsən mənim də illərdir ki, orada 10 minlərlə vəsaitim toplanıb. Bu vəsaiti dövlət istifadə edir, ancaq mənə heç bir faiz də ödəmir. Bu məsələyə aydınlıq gətirməlidirlər.

Ümumiyyətlə, bu tipli suallar açıq qaldıqca insanları təxmin etməyəcək, daha çox qıcıq yaradacaq”.
 

Dünyapress TV

Xəbər lenti