Ardını oxu...
Bu günlərdə Göyçay Peşə Liseyində rəzalət yaşanır. Belə ki, məktəbin direktor əvəzi xanım ona həvalə edilən vəzifəni dua-cadu ilə icra etməyə əl atıb. Bu barədə məlumatı verən müəllim və valideynlərin dediyinə görə, 2022-ci ildə Göyçay Peşə liseyinin direktoru Zaur müəllim qəfil tutduğu vəzifədən azad edilir və direktorun vəzifə səlahiyyətləri müvəqqəti olaraq direktorun xanım müavininə həvalə edilir. (Etika naminə xanımın adını yazmıram ). Peşə liseyinin direktor səlahiyyətlərini icra etməyə başlayan xanım müavin peşə liseyinə yeni direktorun təyin edilməsini yubatmaq məqsədi ilə müsəlmansayağı (daha doğrusu cahilsayağı) metoda əl atır. İlk növbədə Nazirlik əməkdaşlarının dilini-ağzını bağlatmaq üçün qara maqiyaya əl atır. Xanım "direktor" məqsədinə çatmaq üçün müəyyən pul müqabilində Bakıda yəhudi və rus cadugarlarına üz tutur və onlardan kömək istəyir. Həmin cadugərlər də xanım direktora kimlərin dilini-ağzını bağlatmaq istəyirsə onların şəklini gətirməsini deyirlər. Xanım "direktor" da peşə liseyində özü üçün "arzu olunmaz şəxslər" hesab etdiyi bir neçə vəzifəli işçilərin fotosunu cadugarlara çatdırır. Cadu pitik üçün lazım olan bütün "materiallar" hazır olduqdan sonra xanım "direktor" "əl-ayağına dolaşan" işçilərin dilini-ağzını "bağlatdığı" və əqidələrini "korlatdığı" hazır məhsulları məktəbin həyətində basdırıb. Hal şahidləri deyirlər ki, basdırıldığı yerdən qazılıb çıxarılan cadu-pitiklər qoyun və keçi buynuzunun içində idi və həmin cadular liseyin 6 nəfər işçisinin şəkilinin arxasına yazılıbmış. Cadu-pitiklərin saxladığı buynuzun içində bir neçə düyünlənmiş rəngbərəng saplar, iynə, mismar daha nə bilim nələr, nələr, nələr....
TEREF yazır ki, saytyımızın poçtuna daxil olmuş məqalədə müəllif Göyçay Peşə Liseyində cərəyan edən biabırçılıqlardan söz açıb. Müəllif faktlara müraciət edərək daha sonra yazır:
Xanım "direktorun" cadugarlığından hirslənən pedoqoji kollektiv təcili olaraq 03 may 2024-cü il tarixdə ilk həmkarlar təşkilatının iclasını çağıraraq, peşə məktəbində baş verən bu rəzaləti müzakirəyə çıxarıb. Əksər müəllim və digər işçilərin iştirak etdiyi iclasda çıxış edənlər xanım "direktorun" bu hərəkətlərini kəskin qınayıb və onun bu vəzifədən azad olunması üçün qərar qəbul edərək, həmin qərarı Peşə Təhsili üzrə Dövlət Agetliyinə göndəriblər.
Məlumatı bizimlə bölüşən müəllmlər onu da bildirdi ki, G.Ə işçilərə yazılan premiyaları əllərindən təhditlə alıb. İstehsalat təlim ustalarından işdə qalmaları üçün külli miqdarda pul tələb edib. Hətta bu məbləğin Peşə təhsili agentliyindən istədiklərini əsas gətirib. Bir sözlə artıq bir müddətdir ki, peşə məktəbində rüşvətxorluq baş alıb gedir.
Maraqlıdır, görəsən Peşə Təhsili üzrə Dövlət Agentliyi nəyə görə iki tədris ilidir ki, Göyçay Peşə Liseyinə direktor təyin etmir???? Bəlkə doğurdan da həmin liseyə müvəqqəti olaraq direktor səlahiyyətinin icrası həvalə edilmiş xanım "direktorun" magiyası işə düşüb, onların da dilini-ağzını bağlada bilib???
TEREF olaraq Göyçay Peşə Liseyi ilə əlaqə yaradmaq istəsəkdə zənglərimizə cavab verən olmadı. Redaksiyamız qarşı tərəfində mövqeyini dərc etməyə hazırdır!
TEREF


 
 
 
Ardını oxu...
Ölkəmizdə qanunsuz şans oyunları qadağan olunsa da, müxtəlif yollarla belə qeyri-rəsmi provayderlər vətəndaşları aldatmağa davam edir. Dəfələrlə qanunsuz şans oyunları ilə bağlı çağırışlar edilsə də, bəzi oyunçular buna məhəl qoymur, bir gün aldadılma riskinin olduğunu, pullarını itirəcəyini və geri qaytara bilməyəcəyini unudurlar. Amma tez-tez belə qanunsuz şans oyunlarında başlarına gələn dələduzluq hallarını paylaşan oyunçular da var.

Bu yaxınlarda qanunsuz şans oyunu təşkil edən Pin-UP saytı vətəndaşın içində 3500 manat olan hesabını bağlayıb. Bu barədə "Jude Bellingham" adlı istifadəçi sosial şəbəkədə paylaşım edim:

“Pin-UP saytı hesabımı bağlayıb, içində 3500 AZN pul var idi, səbəbsiz yerə yazıblar ki, guya bonsuzdan xeyir güdürəm. Hesabda 1500 AZN var idi Arsenal-Bortnum oyununda 1500 Arsenalın 3 topu qoyulub, ondan sonra Bayern Shutgart taym üst oynanılıb və hesabı səbəbsiz yerə bağlayıblar. 5 gündür oradan pul çıxara bilmirdim.

Yalandan deyirdilər sistemdə problemlər var, çatda yazıram ki, bəs bonusdan oynamamışam, əsas hesabdan Avropanın əsas linqlərinə qoyulu pul.

Yazırlar ki, hesabınızı birdəfəlik bağlanılıb. Heç bir səbəb gətirilmədən, hesabımı bağlamamışdan öncə çatda yazdım, təzədən üz tanıma linki atdılar, oradan da keçirildi, uğurlu oldu. 10 dəqiqə sonra hesab bağlandı, oynamayın bu saytda”.
Ardını oxu...
Sözügedən statusa şərh yazan çox sayda istifadəçi də oxşar hadisənin onların da başlarına gəldiyini və belə qanunsuz şans oyunlarına inanmadıqlarını bildiriblər.

Həsən Qafarzadə adlı vətəndaş yazır: “Mənim də orada 1200 AZN var idi. Çıxarış etmək istədim, vermədiler. 100 dənə səbəb gətirib sonra hesabı bağladılar”.

Elman Bayramov adlı istifadəçi yazır: “Mənim uduşum 7200 manat idi, ondan cəmi 100 manat çıxara bildim. Nə etdimsə, qalanını çıxara bilmədim”.
Ardını oxu...
İctimaiyyətdə narazılıq yaradan məsələnin ciddiyyətini nəzərə alan tanınmış jurnalistlər və bloqerlər də bir daha vətəndaşları bu cür qanunsuz şans oyunlarından uzaq durmağa səsləyiblər.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev də jurnalistin statusuna şərh yazaraq belə reaksiya verib:

“Hər gün bununla və digər onlayn dələduzluq halları ilə bağlı polisə çoxsaylı müraciətlər daxil olur. Elə vətəndaşlar var ki, dəfələrlə xaricdən idarə olunan resurslarda dələduzluğa məruz qalıb, ancaq yenə də bu kimi saxta oyunlarda iştirakdan çəkinmir. Təbliğat belə şəxsləri öyrətməkdə, inandırmaqda aciz qalıb”.

Ardını oxu...
Bu hal nə birinci, nə də axırıncıdır. Mütəmadi olaraq qanunsuz şans oyunlarında yaşanan belə fırıldaqçılıq faktlarının şahidi olmuşuq. Heç bir mənbəyi bilinməyən belə qanunsuz şans oyunlarının saxtakarlıqlarına məruz qalmamaq üçün bu faktları gözardı etməyin. Çünki həm qoyduğunuz pulu itirə, həm də İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə görə qanunsuz şans oyununda iştiraka görə 3 000 manat məbləğində cərimə edilə bilərsiniz. Belə hallarla üzləşməmək üçün bəxtinizi və pulunuzu yalnız qanuni şans oyunlarına etibar edin.
siam.az
 
 
 

Ardını oxu...
Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 54 A, mənzil 48-də yaşayan Şabanov Camal Qafur oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Bakı Sağlamlıq Mərkəzində işləyən Alxasov Hüseyn adlı həkim onun əməliyyatını düzgün etməyib:

“Mən, Şabanov Camal Qafur oğlu, yazaraq bildirirəm ki, şəkər xəstəsiyəm, daimi müalicədəyəm. Həmçinin, damar xəstəliyim də var.

28 fevral, 2024-ci ildə Bakı Sağlamlıq Mərkəzində Alxasov Hüseyn adlı həkim məni əməliyyat etdi. Əməliyyat zamanı həkim adı daşıyan bu şəxs damarımı zədələyib. Hal-hazırda ayağımda problemlər bitmir. Əslində, bu əməliyyatı Ruslan Əliyev etməli idi. Lakin həmin gün işi çıxdığından, yerinə Alxasov Hüseyni göndərib.

Öyrəndiyim məlumata əsasən deyim ki, Alxasov Hüseyn “Maşınqayırma” kollecini bitirib. Nə ali savadı, nə də tibbi savadı yoxdur. Amma bu adam Bakı Sağlamlıq Mərkəzində əməliyyatlar keçirir. Bu barədə Prezident Administrasiyasından tutmuş, bir çox qurumlara yazılı müraciət etmişəm”.

Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.




Ardını oxu...
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri VÜQAR QƏLƏNDƏROV əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib”
Bir neçə ildir ki, Sumqayıt şəhərində “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” marketlər şəbəkəsi adı altında fəaliyyət göstərən və belə bir ticarət mərkəzlərinə rəhbərlik edən Vüqar Qələndərovla bağlı dolaşan söz-söhbətlər, bu gün də ölkə gündəmini zəbt etməkdədir. Belə ki, media üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Vüqar Qələndərovun rəhbərlik etdiyi market və ticarət mərkəzlərində elə bir formada vergidən yayınma hallarına qol qoyulur ki, bu da hər ay bu şəxsə külli miqdarda var-dövlət əldə etməyə imkan verir. Məsələn, adicə onu qeyd edək ki, Vüqar Qələndərovun sahibi olduğu “Ən Ucuz” marketlər şəbəkəsinin ümumi sahəsi 3000 kvm-dən artıqdır. Üçmərtəbəli binada yerləşən bu ticarət mərkəzinin zirzəmisində şirniyyat sexi, yuxarı mərtəbəsində ofis və mebel salonları fəaliyyət göstərsə də, bunların heç birinə görə dövlətə vergi ödənilmir. Belə bir halların varlığı, məhz bu şəxsin geniş imkan sahibi olmasına lazımi şərait də yaradır. Bundan əlavə, bu şəxsin sahiblik etdiyi market və ticarət mərkəzlərində vətəndaşlara vaxtı keçmiş, keyfiyyətsiz qida və ərzaq məhsullarının satılması da, məhz sakinləri daha çox narahat edən məsələlərdəndir.

Qeyd edək ki, Vüqar Qələndərovun qol qoyduğu əməllər təkcə bunlarla yekunlaşmır. Belə ki, bu şəxsin daha beş nəfərin başına açdığı olmazın oyunlar, heç də yerə-göyə sığası məsələ deyil. Məsələn, bu günlərdə redaksiyamıza Rahib Fətullayev adlı şəxs tərəfindən müraciət daxil olub və o, həmin müraciətində Vüqar Qələndərovu haqsızlığa qol qoymaqda qınayır. Rahib Fətullayev qeyd edir ki, “Biz 2023-cü ilin sentyabr ayında beş nəfər olmaqla, yəni mən, Vidadi Mirzəyev, Amil Əliyev, Müqabil və başqa bir nəfər şəxsin iştirakı ilə, Sumqayıt şəhəri, Corat qəsəbəsinə məxsus yolun kənarında, bir qədər də dəqiq desək dənizkənarı ərazidəki “Liman” restoranına aid mətbəxin havalandırma sistemini 15 (on beş) min manat pula işlədik. Qeyd edim ki, bu restoran da Vüqar Qələndərova məxsusdur. Düzdür, üzərimizə götürdüyümüz işlərin 90%-ni başa çatdıran zaman, restoranın rəhbəri razılaşdığımız 15 min manat pulun 7500 manatını bizə verdi. Qarşı tərəfin bizə 7500 manat borcu qaldı və bu məbləğ pulun 3 (üç) min manatını fəhlə və ustalara verməli idik. Təqribən 5 (beş) ay bundan əvvəl “Liman” restoranının rəhbərliyi heç bir əsas olmadan işimizi dayandırdı və o, bizə qalan borcunu vermədi. Bir müddətdən sonra xəbər eşitdik ki, Vüqar Qələndərovun verdiyi tapşırıq əsasında restoranın havalandırma kanallarını söküblər və onu yenidən rəngləyiblər. Onu da qeyd edim ki, üzərimizə götürdüyümüz işləri yekunlaşdırmağımıza çox az qalmışdı. Daha sonda motoru quraşdırmalı idik və işləri tam şəkildə restoranın rəhbərliyinə təhvil verməyə hazırlaşırdıq. Çox təəssüflər olsun ki, milyonlarla var-dövlətə sahib olan Vüqar Qələndərov, son anda heç bir əsas olmadan işlərin dayandırılmasına göstəriş verdi. Bununla da o, halal zəhmətimizin müqabilində ondan alacağımız 7500 manat pulumuzun “dalına keçdi”. Elə ki, bu şəxsdən verməli olduğu pulumuzu istəyirik, o halda o, bizə minbir bəhanələr danışır, boş-boş vədlər verir, bir sözlə bizə “badalaq gəlir”. Bu da onu göstərir ki, Vüqar Qələndərov üçün bu həyatda haqq-ədalət, düzgünlük, bütövlük anlayışı yoxdur. Əgər bu şəxsin qəlbində azacıq olsa belə insaf olarsa, o halda o, əliqabarlı fəhlələrin pullarını verərdi. Deməli, bu şəxsin heç Allah-Təaladan da qorxusu yoxdur”.

Biz də bir redaksiya olaraq qarşı tərəfin qol qoyduğu belə bir əmələ heç cür haqq qazandıra bilmərik. Çünki, hansısa şəxs haqq-ədalət anlayışını uca tutmursa, deməli həmin şəxsin qəlbində daş, qaya və s. “kök salıb”. Başqa cür də ola bilməz. Düşünürük ki, milyonlarla var-dövlətə sahib olan Vüqar Qələndərov, bu yazının yayımlanmasından sonra əliqabarlı fəhlələrə verməli olduğu 7500 manat pulu ödəmək qərarına gələcək. Yox, əgər o, belə bir addımını atmazsa, deməli bu şəxsin kasıblara, əliqabarlı fəhlələrə qarşı hansısa formada kin-kudurəti var.

Azərbaycan Jurnalistlər Birliyi olaraq araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Xebertv.info
 
 
 
Ardını oxu...
Son günlər Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbininda baş verən qanun pozuntuları, direktor Tariyel Əkbərovun özbaşınalıqları, müəllimlərlə etik -davranış qaydalarını pozması və digər maliyyə maxinasiyaları haqqında silsilə yazılar dərc etmişik. Bundan əlavə direktor Tariyel Əkbərov vəzifə səlahiyyətlərindən sui-istifadə edib , müəllimlərə təzyiq göstərərək , məktəbin müəllimi Könül Səmədlini və eks direktor müavini Elman Məmmədovun qanunsuz olaraq işdən azad edib.

Beləki direktor Tariyel Əkbərov Könül Səmədliyə bir ay ərzində iki töhmət verib , daha sonra onu pedoqoji kollektivin iclasında şagird döyməklə ittiham edib. Halbuki direktor Tariyel Əkbərov Könül Səmədlinin şagird döyməsini təsdiq edən heç bir kamera görüntüsü və ekspertiza rəyi təqdim etməyib.

Direktor Tariyel Əkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, pedoqoji şuranın iclasında bir neçə müəllimi və məktəbin həkimini yalan danışmağa məcbur edib.

Bundan əlavə direktor Tariyel Əkbərov direktor müavinləri üçün nəzərdə tutulan imtahanlarda iştirak etməyən Firuzə Məmmədova və Günay Ağayevanın qanunsuz olaraq məktəbin direktor müavini təyin edib. Hər iki direktor müavini uzun illər məktəbdə tərbiyəçi vəzifəsində çalışıb və bugünə qədər heç bir pedoqoji fəaliyyəti yoxdur. Aldığımız məlumata görə məktəbin direktoru Tariyel Əkbərov , Günay Ağayeva və Firuzə Məmmədova sağlamlıq imkanları məhdud uşaqlarla çalışmasına baxmayaraq daktil və mimika (lal dili) bilmir.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Günay Ağayeva “Real” televiziyasına müsahibə verib. Müsahibə zamanı özünü Nizami rayonunda yerləşən Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin direktoru kimi təqdim etdirəndən sonra həmin video görüntüləri öz səhifəsində paylaşıb .
Ardını oxu...
Belə qənaətə gəlirik ki , Tariyel Əkbərovun özbaşınalıqları və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyini nəzərə alıb özünü direktor postuna layiq görən Günay Ağayeva
“direktor” olmağa bir az tələsib.

Günay Ağayevanın paylaşımdan sonra bizə aydın olmadı ki ,məktəbin direktoru kimdir. Hər -halda bu sualın cavabını Tariyel Əkbərov və Günay Ağayeva bir yerdə müzakirə edib bizə məlumat verərlər.
Analoq.az
 
Ardını oxu...
Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədovun Qafur Məmmədov parkında, eləcə də rayonun digər ərazilərində qanunsuz tikililərə “yaşıl işıq” yandırdığı, bu yolla milyonlarla manat məbləğində sərvətə sahibləndiyindən ölkə mediasında bəhs olunub. Nə qədər inanlmaz səslənsə də, İlham Məmmədov onun barəsində mediada yer alan hər bir tənqidi pula çevirməyin, bu tənqidlərdən qazanclı çıxmağın yolunu tapıb. Belə ki, Qafur Məmmədov parkında törətdiyi “yaşıl soyqırımın”dan, buradakı qanunsuz tikililər üçün şərait yaratmasından sonra media tərəfindən haqlı olaraq tənqid edilən İlham Məmmədov Azərbaycan tarixində misli-bərabəri olmayan üsula əl atıb.

Bu barədə “Yeni Gundem”-ə göndərilən məqalədə bildirilib.

İlham Məmmədov: “Sizə görə adım niyə hallanmalıdır ki?”

Medianın tənqidindən nəticə çıxarmaq, etdiyi qanunsuzluqlara son qoymaq əvəzinə iş adamlarına qarşı hücuma keçən İlham Məmmədov, onlardan külli miqdarda əlavə pul tələb edib. İlham Məmmədov bildirib ki, medianın onu hədəf seçməsinin “günahı” məhz iş adamlarıdır. İlham Məmmədov iddia edib ki, iş adamlarının tikinti prosesini lazımı sürətlə həyata keçirməməsi, “hədisz ləngliyi”, “informasiya məxfiliyinə” gərəyincə əməl etməməsi, tikinti prosesini gecə deyil, gündüz saatlarında – “hamının gözü önündə” həyata keçirməsi onu medianın hədəfinə çevirib. Elə bu səbəbdən də İlham Məmmədov iş adamlarından əlavə vəsait ödəməsini tələb edib. O, bildirib ki, tikinti prosesinin davam etməsi üçün “bəzi yoldaşların” marağı təmin olunmalıdır. İcra yetkilisi bildirib ki, ödəniləcək vəsait yalnız ona deyil, mediada adı hallanan digər yetlkililərə – Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalova,

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətova, Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini Rüstəm Şahbazova çatacaq. İlham Məmmədov bildirib ki, bu şəxslərin hər biri razı salınmasa, o zaman qanunsuz tikililərin başa çatdırılması mümkün olmayacaq.

“Yaxşılığımın əvəzini belə çıxırsınız?”

Habelə, İlham Məmmədov qeyd edib ki, əgər iş adamları bundan sonra da onlara “yaxşılıq edən” şəxsi, yəni onu pis vəziyyətdə qoysa, o zaman tikintilərin sökülməsi məsələsini qaldıracaq, “hər şeyə son qoyacaq”.

İlham Məmmədovun eyni iş üçün iki dəfə pul tələb etməsi, iş adamları tərəfindən ciddi narazılıqla qarşılansa da, hələlik Vüqar Zeynalovun sevimli kadrı olan İlham Məmmədova açıq etiraz edən yoxdur. İş adamları hesab edir ki, tikililərin sökülməsi onları maddi baxımdan daha böyük zərər sala bilər. Bu səbəbdən də onların İlham Məmmədovun qanunsuz tələbini gec-tez qəbul edəcəyi ehtimal olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Maraqlıdır, ötən il Bakı yolların bərpasına təxminən nə qədər vəsait ayrılıb? Bizim.Media ötən il paytaxt yollarına dövlət büdcəsindən ayrılan vəsaiti araşdırıb.

Məlum olub ki, ötən ilin dekabrında ölkə başçısının Bakı şəhəri Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 500 min manat vəsait ayırıb.

Elə həmin ay Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 350,0 min manat ayrılıb.

Ötən il Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki avtomobil yollarının da əsaslı təmiri nəzərdə tutulub. Bu məqsədlə ölkə başçısı Sərəncam imzalayıb və Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmir edilməsi üçün 450,0 (dörd yüz əlli) min manat vəsait ayırıb. İşlərin görülməsini isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edib.

Digər əsaslı təmir Nərimanov rayonu ərazisindəki avtomobil yolları üçün nəzərdə tutulub. Bu yolların təmirinə isə 600 min manat ayrılıb.

Dövlət başçısı Bakı şəhərinin Səbail rayonu ərazisindəki avtomobil yollarının əsaslı təmiri ilə bağlı da aidiyyəti quruma tədbirlər görülməsini tapşırıb. Sərəncamla sözügedən rayonun avtomobil yollarının əsaslı təmiri məqsədilə 2023-cü il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 350 min manat ayrılıb.

Bundan əlavə analoji addım Suraxanı rayonu ərazisindəki avtomobil yollarına atılıb. Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 600,0 (altı yüz) min manat ayrılıb.

Ümumilikdə isə ötən il paytaxtda yolların təmirinə 2,850 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, sıraladığımız 6 rayondakı avtomobil yollarının hələki təmirinə başlanılmayıb.

Dia-az.info bildirir ki, hələ keçən günlərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəriyinə aid şəxslər – xüsusən də bu işdə adı hallanan və KİV-də kifayət qədər populyar olan Əvəz Qocayev tərəfindən şübhəli şəkildə YOXA ÇIXARILDIĞINI qeyd emişdik. Bildirək ki, Əvəz Qocayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavinidir. Yəni əlində YEMƏ fürsəti, dövlətin büdcəsinə əl uzatma fürsəti var və bundan da yetərincə istifadə edib… görünəni odur ki, hələ də etməkdədir. Bizə düşəni isə sadəcə sual verməkdir: Əvəz müəllim, büdcədən ayrılan MİLYONLAR HARDADIR?

Həqiqətən də… Hardadır?
 
Ardını oxu...
Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Beyrək Fərəcovun fəaliyyətindən ciddi narazılıq var. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bu vəzifəni müvəqqəti icra edən direktorun davranışı 53 əməkdaşın narazılığına səbəb olub.Onların bildirdiyinə görə, direktor əvəzi iş prosesində əməkdaşları, xüsusən xanımları nalayiq sözlərlə təhqir edir, qanunlara məhəl qoymur, bu davranışına etiraz edənlərə isə "Bura mənim idarəmdir, burada mənim sözüm qanundur” deyir.Mərkəzin kollektivi direktor əvəzi vəzifəsini icra edən B.Fərəcovun fəaliyyətinin araşdırılması və tədbir görülməsi üçün səhiyyə naziri Teymur Musayevə məktubla müraciət edib.Müraciətdə bildirilir ki, direktor əvəzi əməkdaşlarla qeyri-insani davranır, onları qanunsuzluğa vadar edir, işdən çıxarmaqla hədələyir. Bunun üçün müxtəlif bəhanələrdən istifadə edən B.Fərəcov müxtəlif bəhanələrlə işçilər barədə akt tərtib edir və bu akt əsasında onları işdən çıxaracağı ilə hədələyir. İşlədiyi müddətdə heç bir qanunsuzluğa yol verməyən işçiləri belə incidən direktor əvəzi idarənin tabeliyində olan xidməti avtomobildən şəxsi məqsədləri üçün istifadə edir.Mərkəz əməkdaşlarının ölkəmizdə COVID-19-la mübarizə tədbirləri çərçivəsində fasiləsiz əməyini belə dəyərləndirməyən B.Fərəcov idarəyə məxsus avtomobillərin əməkdaşların şəxsi vəsaiti hesabına təmirini tələb edir və qeyri-qanuni qazanc yolları tapır. Belə ki, o, idarənin səlahiyyətindəki dezinfeksiya və digər xidmətləri həyata keçirən əməkdaşların əməkhaqqına da göz dikib. Hər ay əməkhaqqı ödənildiyi zaman əməkdaşların hər brindən 10 AZN qanunsuz ödəniş tələb edir.İdarə əməkdaşlarının bildirdiyinə görə, direktor hər dəfə onlardan pul toplamaq üçün əlavə "problemlər” yaradır, demək olar ki, bütün xərcləri onların vəsaiti hesabına təmin edir: Baxmayaraq ki, bütün bu məqsədlər üçün idarəyə vəsait ayrılır, ancaq direktor vəzifəsini icra edən Beyrək Fərəcov hər dəfə işçilərdən pul yığılmasını tələb edir.Əməkdaşlar B.Fərəcovun qanunsuz fəaliyyətinin ciddi araşdırılacağına və son qoyulacağına ümid edirlər./"Bakufakt.az”
 
Ardını oxu...
Məmməd Abbasbəyli “Azərişıq” ASC-nin saxtalaşdırdığı satınalmalarda nə qədər paya sahibdir ki, bütün bunlara göz yumur

İfadetv.com saytının redaksiyası hələ mart ayının 3-də və aprelin 4-də “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda, tender prosedurlarının təşkili zamanı yol verilən qanun pozuntularının araşdırılması, “Azərişıq” ASC-nin təsərrüfat-maliyyə fəaliyyətinin yoxlanılması məqsədi ilə maliyyə-təftiş komissiyasının yaradılması və qurumun son 3 illik fəaliyyətinin yoxlanılması məqsədi ilə Dövlət Təhlükəsizlik Xidmətinə, Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə, Respublika Hesablama Palatasına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Dövlət Vergi Xidmətinə digər yuxarı instansiya dövlət qurumlarına müraciət etmişdi.

Müraciətdə “Azərişıq” ASC-nin Satınalma Komissiyası tərəfindən satınalma planlarına daxil edilmiş Açıq Tenderlərin böyük əksəriyyətinin qanunla müəyyən edilmiş qaydada təşkil edilməməsi, tenderlərin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanının, nə də tender prosedurunun nəticələri barədə qanunda nəzərdə tutulmuş qaydada ictimaiyyətə heç bir açıqlama verilmədiyi öz əksini tapmışdır.

Aztoday.az portalının apardığı araşdırmadan məlum olur ki, “Azərişıq” ASC son üç il ərzidə “Enerji Construction” QSC-yə ümumi dəyəri 71 152 563 manat olan 9 dövlət sifarişi verib. Bizim apardığımız araşdırmada isə məlum oldu ki, ASC son bir il ərzində “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə ümumi dəyəri 10 376 913 manat olan 3 satınalma müqaviləsi bağlayıb. Bütün bunlar ASC-nin işğaldan azad olunmuş ərazilərin elektrik təchizatına ayrılmış dövlət vəsaitlərinin az bir hissəsidir ki, 81 milyon manatı keçib. ASC bütün bunların hamısını da dövlət satınalmalarını saxtalaşdırmaq yolu, formal keçirilmiş tender vasitəsi ilə edib. Bir daha qeyd edirik. Bütün bu kimi ciddi faktlar “Azərişıq” ASC-nin maliyyə- təsərrüfat işini yoxlamağa kifayət etmirmi?

İfadetv.com saytının yuxarıda sadalanan aidiyyatı dövlət qurumlarına ünvanladığı məktublara yalnız Dövlət Vergi Xidmətindən cavab verilib. Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini, vergi xidməti müşaviri Kamran Səfərəliyev tərəfindən imzalanmış 01.04.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, ” “Azərişıq” ASC-də (VÖEN: 9900069391) törədilən qanunsuz əməllər barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və digər orqanlara ünvanlanmış, baxılmaq üçün İqtisadiyyat Nazirliyinə göndərilmiş 11.03.2024-cü il tarixli müraciətinizə Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsində baxılır. Müraciətinizə baxılmasının nəticəsi barədə Sizə qanunla müəyyən olunmuş müddətdə cavab veriləcəkdir.”

Göründüyü kimi “Azərişıq” ASC-nin dövlət satınalmalarında yol verdiyi çox ciddi qanun pozuntularına iki aydır ki, heç bir araşdırma səlahiyyəti olan qurum cavab verməmiş, və yaxud da vermək istəməmişdir. Niyə? Çünki dövlətin “Azərişıq” ASC-yə ayırdığı, Səhmdar Cəmiyyətin isə əvvəlcədən əlbir olduğu şirkətlər vasitəsi ilə taladığı pullardan bu qurumların hər birinə də dolayısı yollarla pay çatır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli isə efirlərdə, elektron medida istehlakçı hüquqlarının müdafiəsindən, istehlak bazarına nəzarətin gücləndirilməsindən, dövlət xidmətlərinin vahid mərkəzdən aparılmasından, əlçatanlığın və keyfiyyətin artırılmasında, ünvanlılığın və şəffaflığın təmin edilməsindən ağız dolusu danışır, millətin başını aldadır.

Məmməd Abbasbəyli nə qədər şəffaflıqdan dəm vursa da insanlar ona deyil, sosial şəbəkələrdə və elektron mediada “Azərişıq” ASC-nin dövlət satınalmalarında yol verdiyi təkzib olunmamış faktlara inanır. İfadetv.com-un araşdırma qrupu “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda yol verilən qanun pozuntuları barədə media orqanlarına şikayət etmiş iş adamlarının açdığı faktları bir sıra yeni məlumatları bir daha diqqətinizə çatdırır.

Daha ətraflı bu linklərdən tanış ola bilərsiniz: https://aztoday.az/news/239347.html və https://yenisoz.az/gundem/1184-azrisiq-asc-d-aciq-tenderlr-niy-gizli-skild-kecirilir-iii-yazi.html

“Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” ASC-nin keçirilməsini planlaşdırdığı açıq tenderdən əsassız olaraq kənarlaşdırılması ilə bağlı Respublikanın Baş prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış şikayət məktubunun bir surəti də ictimailəşdirilməsi məqsədi ilə Aktualinfo.org saytının redaksiyasına təqdim olunub. Sözügedən məktubdan bəzi məqamları diqqətinizə çatdırırıq. Şikayətçi yazır:

“Məlumat üçün bildiririk ki, “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə 55685 nömrəli müsabiqə elan edilmiş, tələb olunan sənədlərin təqdim olunmasının son tarixi 27 fevral 2023-cü il, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir.

“VEDİ CONSTRUCTİON” MMC -nin rəhbərliyi açıq tender müsabiqəsində iştirak etməyi qərara almış, həmin tarixdə bizdən tələb olunan sənədlər və təkliflər zərfi satın alan təşkilata təqdim edilmiş, iddiaçı kimi satın alan təşkilat tərəfindən qeydiyyata alınmışıq. Tender prosedurunda 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış, bizim təklif etdiyimiz qiymət digər iştirakçıların təklif etdiyi qiymətdən sərfəli olmaqla ən aşağı olmuşdur. Sonradan, tenderin təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün əlavə vaxt tələb olunması nəzərə alınaraq tender təklifinin qüvvədə olma müddətinin və tender təklifi təminatının qüvvədə olma müddətinin uzadılması barədə bizə təklif göndərilmiş, həmin təklif bizim tərəfimizdən müsbət qarşılanaraq tender təkliflərinin qüvvədə olma müddəti və tender təklifinin təminat müddətinin uzadılması ilə bağlı cavab məktubları portal vasitəsilə sizə təqdim edilmişdir. Məhz bu tarixdən, yəni tender təklifləri zərfinin açıldıqdan sonra satın alan təşkilat tərəfindən bizə qanunda və Əsas Şərtlər Toplusunda (ƏŞT) nəzərdə tutulmayan tələblər və sənədlər tələb edilməyə başlanılmışdır.

Qanunvericilikdə tələb və təqdim olunması qadağan edilsə də, “Azərişıq” ASC Satınalma Komissiyasının tələb etdiyi həmin sənədlər bizim tərəfimizdən təqdim edilmiş, lakin buna baxmayaraq, əsassız olaraq qanunvericilkdə nəzərdə tutulmayan əsaslarla 07.04.2023-cü il tarixli cavabla “bizim təklifimizin tender komissiyasını qane etmədiyi və müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyiniz” kimi cavab yazılmışdır.

Bundan sonra, 11 may 2023-cü il tarixdə tender təklifimizin kənarlaşdırılması barədə 4 nömrəli protokola Əlavə bizə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “təqdim etdiyiniz mal-materialların qiymətləri ilə ehtimal olunan qiymət arasında kəskin fərqlər olduğundan 08.04.2023-cü il tarixində texniki rəylərin verilməsi və qiymətləndirilmə aparılması üçün aşağıdakı cədvəldə göstərilən mal-materialların nümunələrinin təqdim olunması üçün sizə sorğu göndərilmişdir. Sorğumuza cavab olaraq nümunələrin tərəfinizdən təqdim olunmayacağı bildirilmişdir. Şirkətinizin Tenderin Əsas Şərtlər Toplusunun formal tələblərində təqdim etdiyiniz sənədlərdə (İddiaçının son 3 (üç) illik və fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar; (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır). Şirkətinizin bu sahədə təcrübəsinin olmadığı, oxşar layihələrin tərəfinizdən həyata keçirilmədiyi tender komissiyası tərəfindən aşkarlanmışdır.”

Buradan sonra şikayətçi “Azərişıq” ASC-nin Satınalma Komissiyasının etiraz məktubunda göstərilənləri “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırır və tenderdən kənarlaşdırılmalarını qanunsuz hesab edir.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, “Azərişıq” ASC tərəfindən 2023-cü ildə 7 açıq tenderin nəticələri açıqlanıb ki, onların arasında “Vedi construction” MMC-nin nümayəndəsinin qeyd etdiyi “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə başlanılmış 55685 nömrəli açıq tender müsabiqəsinin nəticələri dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib.

Müsabiqədə iddiaçı kimi iştirak edənin verdiyi məlumatda göstərilir ki, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir. Belə olan təqdirdə 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış açıq tenderin nəticəsi 5 iyun 2023-cü il tarixə qədər nə üçün açıqlanmayıb. Qanunvericilikdə əgər tender baş tutmayıbsa, onun baş tutmama səbəbləri göstərilməklə 30 bank günü ərzində yenidən tender elan olunmalıdır. Əgər satınalan tərəf hər hansı bir səbəbdən tender prosedurun uzadırsa, bununla bağlı iddiaçı tərəflərə yazılı bildiriş göndərilməli, dövlət satınalmalarının vahid internet portalında tender prosedurunun hansı tarixədək uzadılmasının səbəblərini göstərilməklə bildiriş yerləşdirməlidir.

Ancaq göründüyü kimi “Azərişıq” ASC-nin Satınalma Komissiyası tender prosedurunun təşkili zamanı çox ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC-nin Satınalma Komissiyası tərəfindən sözügedən tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə tender prosedurunun uzadılması barədə bildiriş, nə də tamamlanmış açıq tenderin qalibi barədə heç bir məlumat yerləşdirilməyib. Bu isə tenderin saxtalaşdırıldığını deməyə əsaslar verir.
Ardını oxu...
“Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verildiyi barədə daha bir məlumatı da “Enerji Constraction”MMC-nin təsisçisi Yusif Eldar oğlu Yusifli “Yeni Müsavat”a deyib.

“Azərişıq” ASC-nin qeyri leqal sifarişlərini həyata keçirmiş daha bir şikayətçi, sahibkar, “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru Yusif Eldar oğlu Yusifli də gördüyü işlərə görə “Azərişıq” ASC tərəfindən ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı pulun ödənilməməsi ilə bağlı mətbuata açıqlamalar verib. MMC-nin direktoru buna “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynovun səbəbkar olduğunu qeyd edib və bildirib ki, “təsisçi olmaqla bərabər MMC-nin direktoru da olmuşam. Şahin Mollayev vasitəsi ilə Kamil Hüseynovla tanış oldum. Kamil Hüseynov özünü mənə “Azərişıq” sədrinin ən yaxın dostu olaraq tanıtdı. Mənimlə tanış olandan sonra Kamil Hüseynov dedi ki, “Azərişığ”ın rayonlarda, işğaldan azad edilmiş Qarabağda görəcəyi işlər var, həmin işləri görə bilərsən? Mən də tapşırılan işləri görə biləcəyimi dedim. İlk olaraq Şəmkirin Qapanlı, Bayramlı, Gədəbəyin Qasımlı, Əyrivəng kəndləri təqdim olundu. Kəndlərdə görüləcək işlərin smetasını çıxarıb Şahin Mollayevə verdim, o da Kamil Hüseynova təqdim etdi. Bundan az sonra Kamil Hüseynovla görüşdük, iş həcmləri, smetaları bir daha təqdim etdim, görüləcək işlərin qiymətləri ilə razılaşdıq və işə başladıq. Mənə dedi ki, işə başlayandan sonra görülmüş işlərin smetasını təqdim edəcəksən, həmin görülən işlərin dəyərinin üzərinə 10 faiz qoyulmaqla sənə veriləcək”.

“Enerji Construction” QSC-nin direktoru Yusif Yusifli mətbuata açıqıamasında qeyd edir ki, “işləri görüb qurtarandan sonra “Azərişıq” nümayəndələri, yerli, regional “Azərişıq” idarələrinin rəisləri gəldilər. “Enerji Constraction”la “Azərişıq” arasında rəsmi müqavilə bağlandı, gördüyüm işlərin Forma 2-ni “Azərişıq”a təqdim etdim. Yerli şəbəkənin, regional şəbəkənin və “Azərişıq”ın rəhbər şəxsləri Forma 2-ləri və sənədləri qəbul etdilər. Bütün gördüyümüz işlərə baxış keçirib təhvil aldılar.”
Ardını oxu...
Sahibkar deyib ki, “çox qısa müddətə Füzulidən Şuşaya yüksək gərginlikli elekrtik xəttləri çəkdik. Mən Qarabağda tapşırılan işləri gördüyüm müddətdə maliyyə məsələlərini Kamil Hüseynov öz üzərinə götürdü. O, özünü “Azərişıq” rəhbərinin ən yaxın dostu kimi təqdim etdiyindən, ona inamım vardı. Ödənişlər, müqavilələr Kamil Hüsyenovun rəhbərliyi altında həyata keçirildi”.

Yusif Yusifli həmçinin deyib ki, “bəzi işlər var ki, ödənişi ümumiyyətlə edilməyib. Kamil Hüseynova demişəm ki, vəsait, ödəniş lazımdır, çünki borc aldığım adamlar məni sıxır, evimə gəlir, məni narahat edirlər. Kamil Hüseynov da deyib ki, görülən işlərə görə hələ müqavilə bağlanmayıb, müqavilə bağlanandan sonra ödəniş olacaq. Sonradan öyrəndim ki, gördüyüm işlərə görə müqavilələr başqa firmalarla bağlanıb. Pul başqa firmalara köçürülüb və oradan da mənimsənilib”.

Daha ətraflı bu linklərdən tanış ola bilərsiniz: https://gundeminfo.az/manset/110898-azerishiq-prezidenti-hebs-olunur-.html

Bu açıqlamalardan da göründüyü kimi “Azərişıq” ASC-özbaşınalıqlar baş alıb gedir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının ölkədə şəffaf və azad rəqabət əsasında həyata keçirildiyini dəfələrlə açıqlayıb. Lakin sahibkar Yusif Yusifli açıqlamalarından belə çıxır ki, “Azərişıq” ASC-də satınalmalara ümumiyyətlə nəzarət yoxdu. Hər şey əvvəlcədən planlaşdırılır, dost-tanışlardan iş icraçıları müəyyən edilir, tenderlər isə formal olaraq keçirilir və guya satınalmaların qanun çərçivəsində keçirildiyi görüntüsü yaradılır.

Qeyd edək ki, “Azərişıq” ASC tərəfindən təşkil olunan milyonluq tenderlərdə şübhəli satınalma müqaviləsi bağladığı bir şirkət də “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət 2019-2023-cü illər ərzində satınalmalarda bir çox dövlət qurumlarının ölkə boyu keçirdikləri 162 tender və kotirovka sorğularının qalibi olub. Mətbuat orqanlarının apardığımız araşdırmalar zamanı məlum olub ki, “Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrində öndə gedir. Liftlərə texniki servisi xidmətindən tutmuş dezinfeksiya xərcləri, tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqların əsaslı təmirnə qədər, inzibati binalarının qazlaşdırılması işlərindən tutmuş, Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinə, Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunmasından tutmuş bir çox tender və kotirovkaların qalibi olub. Əsasən də Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin satınalınmasını həyata keçirib.

Bəs əsasən liftlərə texniki servisi xidməti göstərən bu şirkət “Azərişıq” ASC-nin milyonlarla manata ölçülən tenderini necə udub?

“Azərişıq”ASC tərəfindən 29 sentyabr 2023-ci il tarixində “Kəlbəcər rayonu Cermux, Laçın rayonu Cağazur, Tərtər rayonu Talış(Ağuçuq), Ağdam rayonu Çullu və Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik veriliş xəttinin çəkilməsi və KTM-lərin quraşdılması işlərinin” təkliflər sorğusu üsulu ilə satın alınmasına dair müsabiqədə iştirak edən “Harmony İndustrial Construction and Engineering Group” MMC şirkəti qalib elan olunmuş və müvafiq satınalma müqaviləsi bağlanmışdır. Satınalma müqaviləsinin dəyəri 7.132.240,66 manat təşkil edib və 18.10.2023-cü il tarixdə açıqlanıb.
Ardını oxu...
Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması üzrə təşkil olunmuş satınalma da qalib “Harmony İndustrial Construction and Engineering Group” MMC olub. Bu müqavilənin dəyəri 934.796,5 manat hesablanıb və 26.12.2022-ci ildə satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

“Azərişıq” ASC Laçın rayonu, Pircahan yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması işlərin də “Harmony İndustrial Construction and Engineering Group” MMC-yə verib. Bu satınalmanın dəyəri isə 2.309.877,64 manat hesablanıb və 14.11.2022-ci ildə satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

Göründüyü kimi “Azərişıq”ASC son bir ərzində “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə ümumi dəyəri 10 376 913 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi 28.02.2005-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi kimi Orucov Əlövsət Bilal oğlu göstərilsə də arxasında yüksək çinli bir dövlət məmurunun durduğu istisna edilmir. Nədənsə MMC-nin adını 19.06. 2020-ci ildə dəyişdirərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” qoyublar. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. “Piramida F.R” MMC-nin təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan satınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə mediada da çoxsaylı məlumatlar yazılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamaları üzrə – Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1 622 631.02 manat əlavə vergi, 878 867.47 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə MMC -yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi MMC-nin üzərində vergi yoxlamaları və maliyyə sanksiyaları ilə birgə 2 501 495.49 manat yerinə yetirilməmiş vergi öhdəliyi var. Bəs “Azərişıq”ASC üzərində vergi öhdəliyi olan riskli bir MMC-nin satınalmalarda iştirakına necə yol verib? Burada “Azərişıq”ASC-nin satınalmalarda yol verdiyi bu kimi qanunsuzluqlarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də xüsusi payı var. Xidmətin rəsmiləri tenderlər üzrə satınalma müqaviləsi bağladıqda bu MMC-nin başdan ayağa risk olduğunu görməyiblərmi?

Qeyd edək ki, bu iki sahibkarın elektron mediada açıqladığı məlumatlar və riskli bir MMC ilə bağlanan müqavilələr barədə aparılan araşdırmalar kifayət edir ki, “Azərişıq” ASC-nin maliyyə- təsərrüfat fəaliyyəti yoxlanılsın. Bir mətbuat orqanı olaraq müraciətimizdən sonra Dövlət Vergi Xidməti artıq səhmdar cəmiyyətdə yoxlamalara başlayıb və güman ki, yaxın günlərdə məlumat veriləcək.

Amma maraqlıdır, Respublika Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti niyə susur, nə gözləyir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sahibkar, “Enerji Constraction” MMC-nin təsisçisi və direktoru Yusif Eldar oğlu Yusiflinin tender keçirilmədən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun ən yaxın dostu Kamil Hüseynovla görüşməsi, iş həcmləri, smetaları bir daha təqdim etməsi, görüləcək işlərin qiymətləri ilə razılaşdıqları barədə “Yeni Müsavat”a verdiyi açıqlamalara niyə cavab vermir?

Məmməd Abbasbəyli niyə bütün bu faktlarla bağlı ünvanladığımız sorğulara cavab vermir, çıxıb sahibkarın yalan danışdığını, bizim yanlış informasiyalar yaydığımızı demir? Çünki, açıqlamağa üzü yoxdu. Çünki, “Azərişıq” ASC -nin rəsmiləri ilə o da əlbirdir. “Azərişıq” ASC -nin satınalmalarda qanunsuzluqlara yol verməsinə birinci şəraiti məhz o, özü yaradır. Heç şübhəsiz o, buradan müəyyən paya da sahibdir. Yoxsa bütün bu kimi ciddi faktlara ömrü boyu göz yummazdı.

P.S. Aldığımız son məlumatlardan o da aydın olur ki, “Enerji Constraction” MMC-nin təsisçisi və direktoru Yusif Eldar oğlu Yusifli “Azərişıq” ASC-də KamilHüseynovu tanımamışdan əvvəl ən bahalı “Galenvagen” markalı avtomobillər sürüdü, ən gözəl villalarda yaşayırdı indi isə “tender oyunbazlığına” düşdükdən sonra ona çatası 10 milyon manata qədər vəsaiti ala bilmədiyinə görə digər firma və mmc-lərə də külli-miqdarda borcllu qalıb. Kamil isə ona get ay batandan sonra gəl mahnısı oxumaqdadır. Eləcə Yusif kimi ona qədər digər sahibkarlar da “Azərişıq” ASC-də iş icra etmələrinə baxmayaraq onlara da çatacaq milyonlarla manat vəsait nədənsə verilmir. Bu barədə gələn sayımızda.

İfadətv.com-un araşdırma qrupu
 

Ardını oxu...
Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Beyrək Fərəcovun fəaliyyətindən ciddi narazılıq var. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bu vəzifəni müvəqqəti icra edən direktorun davranışı 53 əməkdaşın narazılığına səbəb olub.Onların bildirdiyinə görə, direktor əvəzi iş prosesində əməkdaşları, xüsusən xanımları nalayiq sözlərlə təhqir edir, qanunlara məhəl qoymur, bu davranışına etiraz edənlərə isə "Bura mənim idarəmdir, burada mənim sözüm qanundur” deyir.Mərkəzin kollektivi direktor əvəzi vəzifəsini icra edən B.Fərəcovun fəaliyyətinin araşdırılması və tədbir görülməsi üçün səhiyyə naziri Teymur Musayevə məktubla müraciət edib.Müraciətdə bildirilir ki, direktor əvəzi əməkdaşlarla qeyri-insani davranır, onları qanunsuzluğa vadar edir, işdən çıxarmaqla hədələyir. Bunun üçün müxtəlif bəhanələrdən istifadə edən B.Fərəcov müxtəlif bəhanələrlə işçilər barədə akt tərtib edir və bu akt əsasında onları işdən çıxaracağı ilə hədələyir. İşlədiyi müddətdə heç bir qanunsuzluğa yol verməyən işçiləri belə incidən direktor əvəzi idarənin tabeliyində olan xidməti avtomobildən şəxsi məqsədləri üçün istifadə edir.Mərkəz əməkdaşlarının ölkəmizdə COVID-19-la mübarizə tədbirləri çərçivəsində fasiləsiz əməyini belə dəyərləndirməyən B.Fərəcov idarəyə məxsus avtomobillərin əməkdaşların şəxsi vəsaiti hesabına təmirini tələb edir və qeyri-qanuni qazanc yolları tapır. Belə ki, o, idarənin səlahiyyətindəki dezinfeksiya və digər xidmətləri həyata keçirən əməkdaşların əməkhaqqına da göz dikib. Hər ay əməkhaqqı ödənildiyi zaman əməkdaşların hər brindən 10 AZN qanunsuz ödəniş tələb edir.İdarə əməkdaşlarının bildirdiyinə görə, direktor hər dəfə onlardan pul toplamaq üçün əlavə "problemlər” yaradır, demək olar ki, bütün xərcləri onların vəsaiti hesabına təmin edir: Baxmayaraq ki, bütün bu məqsədlər üçün idarəyə vəsait ayrılır, ancaq direktor vəzifəsini icra edən Beyrək Fərəcov hər dəfə işçilərdən pul yığılmasını tələb edir.Əməkdaşlar B.Fərəcovun qanunsuz fəaliyyətinin ciddi araşdırılacağına və son qoyulacağına ümid edirlər.

"Bakufakt.az”
 

Dünyapress TV

Xəbər lenti