Ardını oxu...
"Məktəb idarəçiliyində yanaşmanın düzgün tətbiq olunmasının, yəni məktəb idarəçilərinin, məktəb direktorlarının, direktor müavinlərinin seçimində vahid yanaşmanın tətbiq olunması təhsilin keyfiyyətinə öz təsirini göstərməkdədir. Məktəb idarəçiliyi "idarə edilənlər"dən asılıdır".
Bu barədə Bizimyol.info xəbər portalına Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov danışıb. Fəlsəfə doktoru bildirib ki, direktorların işə qəbulu kifayət qədər şəffaf həyata keçirilir.

“Mən zamanında o komissiyanın üzvü kimi təmsil olunmuşam və görmüşəm ki, orada hansı meyarlar tətbiq olunur. Onu deyə bilərəm ki, 100 faiz şəffaflıq təmin olunur. Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki, onun məsuliyyəti var və onun üzərində tələblər var. Ondan gözləntilər var. Bu da öz təsirini göstərir”-deyə İlqar Orucov əlavə edib.

İlqar Orucov repetitor məsələSindən də söz açıb. Ekspert bildirib ki, repititorların artmasına təsir edən bir neçə səbəb var.

“Bütün müəllimlərin yerində olmasını təmin edə bilsəydik və qəbul imtahanlarına yanaşmamızı bir qədər dəyişsəydik hesab edirəm ki, repetitorluğa bu qədər ehtiyac olmaz. “Əslində repetitorlara ehtiyac olmazdı” demək də bir az yanlışdır. Çünki zaman-zaman qeyd etmişəm ki, dünyanın ən güclü təhsil sisteminə malik olan ölkələrdə repetitorluq var. Biz repetitorluğun mahiyyətini ali təhsil müəssisəsinə qəbul məqsədindən kənara çıxara bilərdik. Cənubi Koreyada valideyn görəndəki övladı riyaziyyata həvəslidir, riyaziyyatı yaxşı oxuyur, övladına riyaziyyat proqramını məktəb proqramından daha dərin formada öyrətmək üçün repetitor xidmətinə müraciət edir. Və yaxud hansısa fərqli məktəbdə tədris olunmayan hansısa dilin öyrənilməsində o xidmətdən yararlanır. Yəni sadəcə olaraq, o ölkələrdə repetitorluq, ali təhsil müəssisəsinə qəbul məqsədli bir alət kimi tətbiq istifadə olunmur. Biz bunun üzərində həqiqətən fikirləşməliyik ki, nədən bizdə repetitorluq belə “eybəcər” forma alıb və repetitorsuzluq ali təhsil müəssisəsinə qəbul olmaq mümkün deyil. Bax, bunun üzərində düşünməliyik”- deyə İlqar Orucov bildirib.
Ardını oxu...
Azərbaycan vətəndaşları üçün gəmi ilə səyahət populyar olmasa da, mümkündür. Xüsusilə, Türkmənistan uzaq görünmür. Türkmənbaşı şəhərinə başqa məntəqələrlə müqayisədə daha tez çatmaq olar. Amma bizim üçün çox böyük əngəl var. Türkmənistana viza almaq olduqca çətin görünür. Özü də bu halda “bizim üçün” ifadəsi heç yerinə düşmür. Çünki Türkmənistan az qala bütün ölkələrə bu münasibəti göstərir. Yəni ora viza almaq mümkünsüzə çevrilir.
Bizimyol.info xəbər verir ki, sosial platformalardakı səyahət qruplarında Türkmənistana getmək imkanları da az müzakirə olunmur. Çünki dil, mədəniyyət, məsafə yaxnlığı diqqət çəkir. Amma Türkmənistana getmək istəyən Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti məyus olur. Onlara, adətən, mənfi cavab verilir.

Səyahətsevərlərdən Aygül Salehova Türkmənistana rəfiqəsinin toyuna getmək fikrindədir. Buna görə səyahət qrupunda insanlardan tövsiyə istəyib. Cavablara baxanda Türkmənistan hökumətini qınamamaq olmur. Bu ölkəyə turist kimi getmək yolları görünmür. Yalnız rəsmi səviyyədə tədbir olmalıdır ki, xarici dövlət vətəndaşı bu yolla sərhəddi aşa bilsin.

Səyahət eksperti, xeyli ölkəyə səfər etmiş Elşən İsmayılov bildirir ki, Türkmənistana getmək xəyalı qurmağa tələsmək lazım deyil. Məsələnin alınması tamamilə imkansızdır: “Səfirlikdə tanış yoxdursa, mümkün deyil”.

Əminə Bədəlli Aygül Salehovaya boşuna əziyyət çəkməməyi məsləhət görüb. Vüsal Əkbərov indiyə qədər səyahət qruplarında yalnız bir nəfərin Türkmənistan vizası aldığını görməsini yazıb. Fəridə Axundova atasının təcrübəsini qeyd edib. Onu xidməti pasportda viza olduğu halda sərhəddən geri qaytarıblar.

Aygül Salehova bildirir ki, ona rəfiqəsi ilə qan qohumluğu olmadığına görə viza ala bilməyəcəyini deyiblər. Türkmənistanda yerli vətəndaşlar yalnız qohumlarına dəvət göndərə bilirlər. Amma bu da sonrakı prosesi asanlaşdırmır. Hətta qohumlara da viza verilməyə bilər. Bundan başqa, qohum Türkmənistana gəlmək səbəbini ciddi şəkildə əsaslandırmalıdır. Həmin şəxsin ölkə daxilində izlənilməsi də mümkündür. Rəsmi tərəfi isə odur ki, qonaq əvvəlcədən səyahət planını da təqdim etməlidir. Bir sözlə, Türkmənistana qohum kimi viza almaq belə, cəhənnəm əzabıdır. Üstəlik, orada özünü rahat hiss edə bilməzsən.

Türkmənistan son illər öz vətəndaşlarına ümumvətəndaş pasportu almaqda çətinlik yaradır. İnsanlar illərlə növbə gözləyir. Bunun süni əngəl olduğu sirr deyil.
 
Ardını oxu...
Bakı-Quba avtomobil yolunun Qubanın Yeni Güləzi kəndindən keçən hissəsində Qusarçay üzərində olan körpü qəzalı vəziyyətdədir.

Gün ərzində körpünün üzərindən minlərlə avtomobilin hərəkət etdiyini bildirən sakinlər təhlükənin qaçılmaz olmasından narahatdırlar.

“Körpü çox pis vəziyyətdədir, böyük maşın keçdikdə titrəyir. Çatlar gün keçdikcə daha da böyüyür, hər an uça bilər”, - Quba sakini narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:

 
Bərdə rayonu, Kələntərli qəsəbəsində məişət tullantıları antisanitar vəziyyətin yaranmasına səbəb olub. Sakinlər iddia edirlər ki, 7 ildir əraziyə atılan tullantıların daşınmaması səbəbindən acınacaqlı vəziyyət yaranıb, ərazi zibil yuvasına çevrilib.

Qeyd olunur ki, belə səbəblərə görə ərazidə çoxlu sayda sahibsiz itlər var. Sakinlər tərəfindən bildirirlər ki, onların şikayətlərinə baxılmır, ərazidə heç bir təmizlik işləri görülmür.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, cavab olaraq ərazinin onların nəzərində olunmaması bildirilir.

hurriyyet.az
 
Ardını oxu...
Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, hadisənin başvermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb. 1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.
--
İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış.

Bildirilir ki, oğlu 15 ildən çoxdur ki, Ukraynada yaşayır. İntiharın ailə münasibətləri fonunda baş verdiyi, xeyli müddətdir ki, ailəsi ilə yola getmədiyi deyilir. Qeyd edilir ki, məhz bu səbəbdən də mərhum bir müddətdir ki, depressiyaya düşübmüş.

Məktub istintaq orqanı tərəfindən götürülüb.
 
Ardını oxu...
Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb.

“Report” xəbər verir ki, bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin aprelin 23-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu, beynəlxalq təşkilat və dövlətlər, eləcə də Azərbaycanda həmin dövlətlərə xidmət göstərən insanlar, siyasi partiyalar və s.-dir: “Azərbaycan hər zaman addımlarını beynəlxalq hüquq normalarına uyğun atır”.

S.Novruzov əlavə edib ki, Azərbaycanın tələb etdiyi və ortaya qoyduğu məsələlər haqq işidir: “Əfsus ki, dünya ölkələri özlərini demokratik adlandırsa da, bu addımların heç birində Azərbaycanın haqq işində nəinki dəstək göstərmək, onun əleyhinə ikitərəfli bağlanacaq sülh müqavilələri və digər məsələlərə qarşı məkrli niyyətlərini ortaya qoyur. Xocalı soyqırımını, Azərbaycan xalqının və insanlıq əleyhinə cinayət törədənlər, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlara qarşı bu günə qədər hələ sanksiya tətbiq olunmayıb”.

O qeyd edib ki, Azərbaycanda Əli Kərimli adında tiktoker var: "Bir kompüteri, bir də özüdür. Qoyub qabağına danışır. Təbii ki, kompüter danışa bilmədiyindən ona cavab verə bilmir. Əgər Ə.Kərimlinin cəsarəti çatıb hər hansı fikir söyləmək istəyirsə istənilən internet saytda fikir bildirməsi üçün dəvət edirik. Ona başa salaq ki, dünya nədən ibarətdir. Dünya tək başqa dövlətlərə donos verməkdən ibarət deyil. Dünya xalqı və dövlətini sevməkdir. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumatlar vermək heç də yerində deyil. Nə vaxt istəyir, biz hazırıq”.
 
Ardını oxu...
Azərbaycanda taksi şirkətlərindən olan “Uklon” fəaliyyətini dayandırıb.

Metbuat.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm sürücülərə, həm də tətbiq istifadəçilərinə bildiriş göndərilib.Məlumatda 30 apel 2024-cü ildən etibarən Uklon avtomobil çağırış xidmətinin və müvafiq tətbiqinin Azərbaycanda fəaliyyətini dayandıracağı qeyd olunub.
Qeyd edək ki, “Uklon” ötən ilin mayında fəaliyyətə başlamışdı.
Ardını oxu...
 
Ardını oxu...
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır.

İddia olunur ki, keçmiş rektor həmin ərazidə onu məhkəməyə verən Nazim Əmirova məxsus torpaq sahəsini zəbt edib. Həmin torpaq sahəsi Abel Məhərrəmovun həyat yoldaşı Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Məlumata görə, ərazidə Abel Məhərrəmovun villası var.

Qaynarinfo məsələ ilə bağlı keçmiş rektorla əlaqə saxlaya bilməyib. Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov isə bizmlə söhbətində məlumatı təsdiqləyib.

Məlum olub ki, Nazim Əmirov Qarabağ qazisidir. 30 il hərbi xidmət keçib. Hazırda ehtiyatda olan polkovnik-leytenantdır. O, 2011-ci ildə Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. "Torpağın çıxarış daxil bütün sənədləri qaydasındadır. Lakin buna baxmayaraq, Abel Məhərrəmov mənim torpağımı zəbt edib. Ekspertiza rəy verib ki, torpaq mənə məxsusdur. Amma buna baxmayaraq, Abel Məhərrəmov torpağımdan çıxmaq istəmir. Bu baxımdan, onu məhkəməyə vermişəm. İşə Xızı Rayon Məhkəməsində baxılıb. Sənəd-sübutlara baxmayaraq məhkəmə iddiamı təmin etməyib. Mən də apellyasiya şikayəti vermişəm", deyə Nazim Əmirov bildirib.

Polkovnik-leytenant torpaq sahəsinin Abel Məhərrəmovun həyat yoldaşının adına rəsmiləşdirildiyini təsdiqləyib:

"Bəli, torpaq onun xanımın adına rəsmiləşdirilib. Bunu mən sonradan bilmişəm. Mən məhkəməyə meraciət edəndə Abel Məhərrəmovun vəkili bildirdi ki, onun adına həmin ərazidə torpaq yoxdur. Sonradan araşdırdım məlum oldu ki, torpaq onun xanımının adınadır. Fərqi nədir ki? Nəticədə mənim torpağım zəbt olunub".

Nazim Əmirov Abel Məhərrəmov və xanımı ilə yanaşı Tağıyev İlqar Nizami oğlu ilə Tağıyev Nizami Haqverdi oğlu adlı şəxsləri məhkəməyə verməsinə də aydınlıq gətirib:

"Mənə məxsus torpaq sahəsini bir tərəfdən Abel Məhərrəmov, digər tərəfdən isə Nizami Tağıyev zəbt edib. Bu baxımdan, onu da məhkəməyə vermişəm. Nizami Tağıyev dünyasını dəyişdiyinə görə onu hüquq varisi kimi oğlu İlqar Tağıyev əvəz edir".
 
Ardını oxu...
Sosial şəbəkədə yayılan videogörüntü insanlarda çaşqınlıq yaradıb.

Bölgələrin birində əlinə oyuncaq silah alan şəxs maşınların qarşısını kəsərək sürücülərin üzərinə silah tuşlayıb.

Bunu isə kənardan görən insanlar videoya çəkərək sosial şəbəkədə paylaşıb.

Məlumata görə, insanlarla bu cür zarafat edən həmin şəxsin əqli problemi var. (Avtosfer.az)

 
Ardını oxu...
1801-ci ildə Rusiyanın tərkibinə daxil olunduqdan sonra Qazax-Şəmsəddil sultanatının ərazisində əvvəlcə Qazax distansiyası, sonralar isə Qazax qəzası yaradılmışdır. Bu ərazi müasir Azərbaycanın Qazax, Ağstafa rayonları və Ermənistanın Tauş bölgəsini əhatə edirdi. 1836-cı ildə nəşr olunmuş "Обозрение Российских владений за Кавказом" toplusunda Qazax distansiyası sakinləri haqqında cox nadir məlumatlar verilmişdir. Burada həmin dövrdə yaşayan, o vaxtlar tatar adlandırılan, azərbaycanlıların (12836 - 73% kişi) və ermənilərin (4796 - 27% kişi) sayı göstərilmişdir. Beləliklə, Qazax distansiyasının əhalisinin üçdə ikisinindən çoxunu azərbaycanlılar təşkil edirdi. Erməni əhalisinin əksəriyyəti bu bölgəyə XVIII və XIX əsrlərdə Qarabağdan və İrandan köçmüşdür. Əsasən heyvandarlıqla məşğul olan azərbaycanlılar ilin isti aylarında çoxsaylı sürüləri ilə dağ otlaqlarına köç edirdilər. Soyuq aylarda isə yenidən düzənliklərdəki qışlaqlarına qayıdardılar. Qazağın dağlıq və aran hissələri vahid etnik və iqtisadi məkan təşkil edirdi. 1917-ci ilin Qafqaz təqviminə görə Qazax qəzasının sahəsi 5096,52 kv.verst təşkil edirdi. Əfsuslar olsun ki, Rusiya imperiyası və sonralar sovet hakimiyyəti zamanı keçirilən inzibati-ərazi islahatlar nəticəsində Qazax qəzasının əksər əraziləri Ermənistana verilmişdir.
1918-ci ilin mayında Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. O zaman demək olar ki, Cənubi Qafqaz əhalisinin yarısını təşkil edən azərbaycanlıların dövlət ərazisi millətin etnik və tarixi sərhədləri ilə uyğun gəlmirdi. Yaranmış Azərbaycan Demokratik Respublikasının ərazisi 113 896 kv. kilometrə bərabər idi. Bundan 97 298 kv. kilometr mübahisəsiz, 16 598 kv. kilometr isə Gürcüstan və Ermənistanla mübahisəli ərazi hesab olunurdu.
Ermənistanın iddia etdiyi Azərbaycan ərazilərindən biri də Qazax qəzasının dağlıq hissəsi idi. Bu faktla bağlı, Moskva konfransında Azərbaycan SSR-ni təmsil edən B.Shahtahtinsky, 1 mart 1921-ci il tarixində V.Leninə teleqram göndərmişdir: "Yelizavetpol quberniyası Qazax qəzasının düzən hissələrində azərbaycanlıların 50,9%, dağlıq hissələrində ermənilərin 46,7% təşkil etməsinə baxmayaraq bütün ərazisi Ermənistan tərəfindən iddia olunur".
Cənubi Qafqazda sovietləşmə keçdikdən sonra Zaqafqaziya Federasiyasına daxil edilən respublikaların sərhədləri dəyişdirilməyə başladı. Sovietləşmədən sonra 22 oktyabr 1922-ci il tarixində Kənd Təsərrüfatı üzrə Xalq Komissarlığı tərəfindən hazırlanan sənəddə Azərbaycan SSR-nin sərhəd dəyişikləri barədə ətraflı məlumat verilmişdir: "Azərbaycan SSR-nin bütün ərazisi 7989105 desyatin təkil edirdi (1 desyatin = 1,09 hektar). Bu ümumi sahədən: a) Qazax qəzasından Ermənistana 379984, b) keçmiş Zəngəzur qəzasından Ermənistana 405000 və c.) Borçhalı qəzasından Azərbaycana 79600 desyatin verilib.
Beləliklə, Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi indi 7283721 desyatin təşkil edir". Sərhədləri dəqiqləşdirmək üçün Zaqafqaziya Mərkəzi İcra Komitəsinin (ZaqMİK) Rəyasəti 5 fevral 1923-ci il qərarı ilə xüsusi Torpaq komissiyası yaratmışdır. Bu komissiya Azərbaycan və Ermənistan kəndliləri arasında yaranan ərazi mübahisələrini həll etməli idi.
1920-ci illərin sonuna qədər Qazax qəzası ilə Ermənistanın Dilican qəzası arasında ən qızğın sərhəd mübahisələri Şınıx-Ayrım torpaqları üstündə olmuşdur. 11659 desyatin sahəsi olan bu bölgədə 4124 nəfər azərbaycan əhalisi olan14 kənd var idi.
Bundan əlavə, 48 qışlaqdan 30-u azərbaycanlılara məxsus idi.
Şınıx-Ayrım bölgəsinin mübahisəli torpaqları ilə bağlı məsələ Azərbaycan SSR Torpaq Komissiyasının 30 noyabr 1925 il tarixli iclasında ətraflı müzakirə olunmuş və verilən təkliflərdə ciddi səhvlər aşkar edilmişdir. Bununla bağlı Azərbaycan nümayəndəsi D.Buniyatzadə bildirmişdir: “Mən komissiyanın hesabatını oxumuşam. Meşənin 4000 desyatinə yaxın sahəsi həqiqətən bir as Ermənistan ərazisinə keçir və eyni ölçüdə sahə Azərbaycan ərazisinə keçir. Azərbaycandan Ermənistana daxil olan meşəlik sahədə müsəlmanlar yaşayır. Bu sahədə, meşə çox yaxşıdır.
Azərbaycana daxil edilən hissədə isə ermənilər yaşayır və meşələr pisdir. Komissiyanın hazırladığı təklifdə yaxşı ərazilər Ermənistana birləşdirilir, pisləri isə Azərbaycana. Beləliklə, həm bizim üçün, həm də ermənilər üçün dava mənbəyi yaradılır, çünki, sorğulara görə nə erməni əhalisi Azərbaycana qoşulmaq istəyir, nə də azərbaycanlılar Ermənistana. Burada kimsə təxribat edib millətlər arasında etnik düşmənçilik yaratmaq istəyir. Mən hesab edirəm ki, nə Azərbaycana, nə də Ermənistana bu lazım deyil. Əgər kiçik ərazilər Azərbaycanın və Ermənistanın içərisinə keçirsə - bu, heç bir şey demək deyil və onları olduğu kimi saxlamaq olar. Lakin, bir çox yoldaşların daşnak kimi tanıdığı, mənim fikrimcə burada gizli bir şey yoxdur, Onanovun rəhbərlik etdiyi komissiya təxribat məqsədi daşıyır və ermənilərlə müsəlmanlar arasında qalmaqal yaratmaq istəyir”. Azərbaycan tərəfindən müəyyən edilmiş mənfi faktlara baxmayaraq, S.Kasyanın sədrliyi ilə 11 yanvar 1927-ci il tarixində kecirilən ZaqMIK Torpaq Komissiyasının iclasında Ermənistan SSR və Azərbaycan SSR kənd təsərrüfatı komissarları A.Erzikyan və D.Buniyatzadənin iştirakı ilə Qazağın Şınıx-Ayrım bölgəsi barədə Ermənistanın təklifi qəbul edilmişdir. Bu müqavilə 18 fevral 1929-cu il ZaqMIK qətnaməsilə təsdiq edilmişdir. Sənədə əsasən Qazax qəzasının Şınıx-Ayrum bölgəsindən 4000 desyatin Ermənistanın Dilican qəzasına verilmişdir.
Azərbaycanın Qazax qəzası ilə Ermənistanın Dilican qəzası arasında digər mübahisələr də Ermənistanın xeyrinə həll olunurdu. Məsələn, ümumi sahəsi 3104 desyatin və əhalisi 577 nəfər olan əvvəllər Qazax qəzasının inzibati sərhədlərinə daxil olan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Azərbaycanla əlaqəsi kəsilmişdir. ZaqMIK yerli komissiyasının 19-20 iyul 1929-cu il iclasında bu vəziyyəti aradan qaldırmaq üçün yeganə mümkün həll yolu kimi hər üc kəndi Ermənistanın Dilican qəzasına verilməsi göstərilmişdir. Eyni fərmanla 26 təsərrüfatdan ibarət olan Qazaxın Heyrimli kəndi Dilican qəzasının Kunen-Heyrimli kəndinə (100 təsərrüfatdan) birləşdirilmişdir.
Dilican qəzasının Qulp və Qazax qəzasının II Şıxlı kəndləri arasında mübahisəli olan Çömcə ərazisi (sahəsi 940 desyatin) ZaqMIK-in xüsusi yerli torpaq komissiyasının 27 oktyabr 1924 il tarixli (protokol 19) qətnaməsi ilə erməni kəndinə verilmişdir.
Dilican qəzasının Barana və Qazax qəzasının Qaymaqlı kəndləri arasında mübahisəli olan Acı ərazisi (sahəsi 1002 desyatin) torpaq komissiyasının 31 oktyabr 1924 il qətnaməsi ilə iki yerə bölünmüşdir. Şimal-şərq hissəsi (612 desyatin) Qaymaqlı kəndində qalmış, cənub-qərb hissəsi isə (390 desyatin) erməni kəndinə verilmişdir.
Dilican qəzasının Dovex və Qazax qəzasının Kəmərli kəndləri arasında mübahisəli olan Bağmançala ərazisi (sahəsi 300 desyatin) torpaq komissiyasının 28 oktyabr 1923 il qətnaməsi ilə Kəmərli kəndində qalmışdır. Lakin 1925-ci ildə ZaqMIK-in qərarı ilə iki kənd arasında bərabər bölünmüşdür.
Dilican qəzasının Kotkənd və Qazax qəzasının Daş Salaxlı kəndləri arasında mübahisəli olan Qaraçal ərazisi (sahəsi 700 desyatin) ZaqMIK-in torpaq komissiyasının 1924-cü il qərarı ilə erməni kəndinə verilmişdir.
Dilican qəzasının Laləkənd və Qazax qəzasının Çaxmalı kəndləri arasında mubahisəli olan ərazi (69 desyatin) ZaqMIK-in torpaq komissiyasının 8 noyabr 1924-ci il qərarı ilə erməni kəndinə verilmişdir.
Dilican qəzasının Noraşen, Moseskend, Aşağı Qızıl Bulaq və Qazax qəzasının Hacalı və Əlibəyli kəndləri arasında mubahisəli olan Günəş ərazisi (sahəsi 753 desyatin) 1925-ci ildə torpaq komissiyası tərəfindən iki yerə bölünmüşdir – 186,5 desyatin Azərbaycana, 566,5 desyatin isə Ermənistana verilmişdir. Bu qərar ZaqMIK-in 18 fevral 1928-ci il qətnaməsi ilə təsdiq edilmişdir.
Ümumiyyətlə, sərhəd mübahisələri haqqında Torpaq Komissiyasının 1928-ci il hesabatında göstərildiyi kimi, yalnız Azərbaycanın Qazax qəzasından Ermənistan SSR-nə 79208 desyatin əkinə yararlı və 75904 desyatin yararsız torpaq verilmişdir. Beləliklə, Qazax qəzasının əhalisi yaylaqların 50%-dən məhrum edilmişdir.
1920-ci illərdə razılaşdırılmış və xəritələrdə qeyd olunmuş respublikalar arası sərhədlər çox vaxt reallıqda öz əksini tapmamış, qeyri-dəqiq olmuşdur. Bununla da ermənilərin yeni ərazi iddiaları üçün əlverişli şərait yaradılmışdır. 1946-ci ildə də Qazax rayonunun bəzi əraziləri Ermənistana verilmişdir.
1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə iddia irəli sürmüşdü. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliy və Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdir. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr vermədi. 24 oktyabr 1984-cü il tarixində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəlmişlər. Onların Ermənistanın əsassız iddia etdiyi meşə massivinə baxmaq istəyi kənd əhalisini hiddətləndirmişdi. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan kənd sakinləri gələnləri daşa basıb, Ş.Rasizadənin maşınını aşırmışdılar. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edildi. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf etdi. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiasını təmin etdi.
Hal-hazırda bu ərazi hər iki tərəfdən minalanıb və nə ermənilər, nə azərbaycanlılar əraziyə daxil ola bilmirlər. Beləliklə Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum oldu.
qazax.net
 

Dünyapress TV

Xəbər lenti