Ardını oxu...
Hər ötən gün Rusiya-Ermənistan münasibətlərinin daha da pisləşdiyinin şahidi oluruq. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 31-də deyib ki, Rusiya ilə münasibətlərdəki problemləri gizlətmək mümkün deyil. Ermənistan Qərb qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir. Ermənistanın Rusiya ilə “siçan-pişik” oyununa bənzər tərzdə əlaqələrə rəvac verməsi, təbii ki, Kremldə normal qarşılanmır. İki ölkə arasında münasibətlər artıq münaqişə səviyyəsindədir və bir-birinə qarşı əks siyasi addımlar atırlar. Rusiyanın Ukrayna müharibəsi ilə Cənubi Qafqaz da daxil olmaqla müxtəlif coğrafiyalarda zəifləyən mövqeyi Ermənistanın özünə yeni havadar, hami axtarışı məsələsində həlledici oldu. Proseslər isə düşünməyə əsas verir ki, rəsmi İrəvan bu məsələdən artıq geri çəkilmək, anti-Rusiya addımlarından imtina etmək fikrində deyil.

Sözügedən məsələni Şərq.az-a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Ermənistandakı hazırki hakimiyyət birmənalı şəkildə antirusiya mövqeyinə malikdir:

“Qərbin Neo-imperializm şəbəkələri Ermənistanda Rusiyanın dayaqlarını zəiflətmək üçün əllərindəki bütün imkanlardan istifadə etməyə çalışırlar. Bu gün Ermənistandakı Avropa İttifaqının missiyası və Qərbin oynamaq istədiyi təhlükəli planlar Rusiyanın diqqət mərkəzindədir. Eyni zamanda, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsində azalma tendensiyası yoxdur. Son açıqlanan rəqəmlərdə iki ölkə arasında ticarət dövriyəsinin yeddi milyarddan çox olduğu müəyyən olundu. Bu Ermənistan ərazilərində iki qat oyunun getdiyini göstərir. Qərb Şimal qonşumuzun əleyhinə Ermənistanda tendensiya formalaşdırır. Digər tərəfdən isə Rusiya da Ermənistanda özünün varlığını qorumağa çalışır. Buna görə də əlini rəsmi İrəvandan çəkmir. Ümumiyyətlə, Ermənistanın xəyanətkar xisləti tarix boyu davam edib. Bu günki Ermənistan hakimiyyəti Qərbin əlində oyuncağa çevrildiyinin fərqindədir. Eynilə Ermənistandakı Paşinyan höküməti yaxşı anlayır ki, Qərb onlara Rusiyanın iqtisadi mövcudluğunu əvəzləyə bilməz. Buna görə də Ermənistan Rusiya ilə siyasi yöndə məsafə saxlasa da, iqtisadi baxımdan tam qopmur”.

Ardını oxu...
Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri ilə bağlı əldə edilən ilkin və lokal razılaşmalar bəzi qüvvələrin, xüsusilə də Cənubi Qafqazda öz mövqelərini möhkəmkəndirməyə çalışan Fransanın narahatlığına səbəb olmaqdadır.

Maraqlıdır, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Fransanın bölgəyə müdaxilə imkanlaırnı məhdudlaşdıra bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Azərbvaycanın yürütdüyü siyasət nəticəsində Fransanın bölgəyə müdaxilə imkanlarının əhəmiyyətli dərəcədə azaldığını bildirib:

“Azərbaycanın apardığı siyasət nəicəsində Fransanın Cənubi Qafqaza müdaxilə imkanları onsuz da məhdudlaşıb.

Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü, NATO təmsilçisi, nüvə dövlətidir. O, iqtsiadi, hərbi, maliyyə baxımından da Azərbaycandan güclüdür. Lakin Azərbaycan bacarıqlı siyasəti nəticəsində bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib. Fransa sahib olduğu bunca gücə rəğmən heç nə edə bilmir.

Bəs Azərbaycan bunu necə bacarıb? Bunun çox sadə səbəbi var. Azərbaycan Prezidenti qərəzli və ədalətsiz siyasətinə görə Fransanın iştirakçılığından, habelə Makronla görüşlərdən imtina edib. Açıq şəkildə bildirib ki, Fransanın ədalətinə, tərəfsizliyinə, obyektivliyinə inanmır və buna görə də Parisin istənilən məsələ ilə bağlı vasitəçiliyi arzuedilməzdir.

Onsuz da Azərbaycan Ermənistanla məsələləri birbaşa təmaslar vasitəsi ilə həll etməyə qərar verib. Azərbaycana bu məsələdə heç bir vasitəçi lazım deyil. Və Azərbaycanla Ermənistan arasında danışıqların harada, hansı ölkənin ərazisində aparılmasından asılı olmayaraq, sülh qərarını yenə də bu iki ölkə verəcək. Həm də heç bir vasitəçi olmadan...”
Ardını oxu...
Ermənistan müxalifəti ölkə parlamentində baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlandığını elan edib.

Trend-in məlumatına görə, bu barədə mitinq zamanı “Vətən adına Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat deyib.

Məlumata əsasən, buna səbəb baş nazir Nikol Paşinyanın müxalifətin istefa tələbinə cavab verməməsi olub.

Baqrat həmçinin üç parlament fraksiyaları ilə məsləhətləşmələr aparılacağını və vətəndaş itaətsizlik aksiyaların keçiriləcəyini açıqladı.
Ardını oxu...
Nasizmin məğlubiyyətindən 79 il sonra Avropa, təəssüf ki, yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb.

O qeyd edib ki, bu döyüşdə həyat qalib gəlməlidir:

"Mən Roberta Metsolanı (Avropa Parlamentinin Prezidenti - red.) bu gün sülhsevər və vahid Avropanı qeyd edən Avropa Günündə qarşıladım. Biz Ukraynanın, regionumuzun və bütövlükdə Avropanın həyatını qorumaq istiqamətindəki mövqeyimizi gücləndirmək üçün birlikdə çalışırıq. İndi, nasizmin məğlubiyyətindən 79 il sonra Avropamız, təəssüf ki, yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib. Bu döyüşdə həyat qalib gəlməlidir. Həyat milyonlarla ukraynalının yaşayışını alt-üst edən, milyonlarla avropalının həyatını hədəf kimi görən Rusiyanın hava bombaları, raketləri, hücumları və nifrətinə qalib gəlməlidir".

Ukrayna Prezidenti vurğulayıb ki, bu döyüşdə tək olmamaqları, bir çox azad xalqların, cəsur və prinsipial insanların həmrəyliyi həyati əhəmiyyət kəsb edir.
 
Ardını oxu...
Vladimir Fesenko: “Əksər Qərb ölkələri Putini Rusiyanın demokratik yolla seçilmiş prezidenti kimi qəbul etmir və qəbul etməyəcək”

Rusiyada martın 15-17-də keçirilən seçkilərdə yenidən prezident seçilən Rusiya Prezidenti Vladimir Putin mayın 7-də rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Andiçmə mərasimi Böyük Kreml Sarayının Georgi zalında baş tutub. Dövlət başçısı Konstitusiyada təsbit olunmuş mətnə uyğun and içib. Bundan sonra o, nitqlə mərasimin qonaqlarına müraciət edib. Prezident çıxışına hər bir Rusiya vətəndaşına müraciətlə başlayıb. O, ölkənin bütün regionlarının sakinlərinə və Ukraynada “xüsusi hərbi əməliyyatın” iştirakçılarına göstərilən etimada görə təşəkkür edib. Dövlət başçısı qeyd edib ki, martda keçirilən prezident seçkiləri zamanı ruslar ölkənin kursunun düzgünlüyünü təsdiqləyiblər.

“Sizi əmin edirəm ki, gələcəkdə Rusiya xalqının maraqları və təhlükəsizliyi mənim üçün hər şeydən üstün olacaq”, - deyə Rusiya lideri bildirib.

Putin həmçinin Rusiyanın əsas prioritetini insanların qorunub saxlanması, eləcə də qədim dəyərlərin və ənənələrin qorunub saxlanması olduğunu bildirib. Prezident çıxışında qeyd edib ki, Rusiya əvvəlki nəsillərin istismarı sayəsində dünya dövlətinə çevrilib.

“Moskva çoxqütblü dünya nizamının formalaşdırılması üçün Avrasiya inteqrasiyası üzrə tərəfdaşlarla və digər suveren inkişaf mərkəzləri ilə işləməyə davam edəcək”, - deyə Prezident bildirib.

Putin vurğulayıb ki, Rusiya Qərb dövlətləri ilə dialoqdan imtina etmir və “heç bir təkəbbür və ya öz eksklüzivliyi olmadan” yalnız bərabər əsasda, təhlükəsizlik və strateji sabitlik məsələlərində dialoqa hazırdır.

“Seçim onlarındır: Rusiyanı cilovlamaq cəhdlərini davam etdirmək, işğalçılıq siyasətini, ölkəmizə illərlə davamlı təzyiqləri davam etdirmək niyyətindədirlər, yoxsa əməkdaşlığa, sülhə gedən yol axtarmaq?”, Putin söyləyib.

Çıxışının yekun hissəsində Prezident daxili iğtişaşların və təlatümlərin faciəvi qiymətini xatırlamağa çağırıb: “Buna görə də Rusiyanın siyasi sistemi sabit olmalıdır. Ölkənin gələcək onilliklər üçün inkişafında etibarlı davamlılığı təmin etmək, Rusiyanın qüdrətini gücləndirəcək gənc nəsillər yetişdirmək və tərbiyə etmək lazımdır”.

Xatırladaq ki, Putin mart ayında keçirilən seçkilərdə 87,28 faiz səslə qalib gəlib və bu, karyerasının ən yüksək göstəricisi olub. Bu müddət Putin üçün beşinci prezidentlik müddəti olacaq.

Ukraynanın “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Vladimir Fesenko isə hesab edir ki, yenidən Rusiya Prezidenti vəzifəsinin icrasına başlayan Putinin siyasətində nələrinsə dəyişəcəyini söyləmək olmaz. Analitik Putinin inaqurasiyası ilə bağlı yazısında vurğulayıb ki, yeni heç nə olmayacaq: “Ukraynaya qarşı işğalçı müharibənin davamı və ya bəlkə daha da şiddətlənməsinin şahidi olacağıq. Biz mütləq Rusiya ilə “Qlobal Qərb” arasında münasibətlərin pisləşməsini görəcəyik. Söhbət yalnız diplomatik müharibədən getmir. Diplomatik müharibə ən yaxşı proqnoz olardı. Çünki Putinin bu vəzifəsi dönəmində Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma ehtimalı var”.

“Daxili vəziyyətə gəlincə, biz Rusiya daxilində repressiyaların artdığını görəcəyik. Ölkə daha da totalitarlaşacaq. Bu proses artıq başlayıb və Putinin yeni prezidentliyi ilə belə davam edəcək, hətta intensivləşəcək”, - deyə Fesenko vurğulayıb.

“İndi belə proqnozlar var ki, yenidən hakimiyyətə gəldikdən sonra Putin müdafiə naziri Şoyqunu başqa biri ilə əvəz edəcək. Lakin bu, eksklüziv olaraq Kreml klanları arasında döyüş əməliyyatlarının gedişatına heç bir şəkildə təsir etməyəcək. Çünki müharibənin başlaması qərarını Şoyqu və ya başqa bir general deyil, Putin verib”, - analitik əlavə edib.

Fesenko qeyd edib ki, Afrika, Asiya və Latın Amerikasının bəzi ölkələri, Rusiya ilə sabit əlaqələr saxlayan ölkələr bu kursu davam etdirəcəklər: “Onlar siyasi, iqtisadi və digər növ münasibətlərini bu vaxtadək olan səviyyədə davam etdirəcəklər. Qərb ölkələrinə gəlincə, biz əvvəllər də ikili yanaşmaları görmüşük və bu belə də qalacaq. Lakin əksər Qərb ölkələri Putini Rusiyanın demokratik yolla seçilmiş prezidenti kimi qəbul etmir və qəbul etməyəcək. Bununla belə, Putin Rusiyanın lideri kimi tanınmağa davam edəcək. Əgər hansısa danışıqlardan, razılaşmalardan danışsaq, o zaman Putinə müraciət edəcəklər, çünki beynəlxalq arenada ölkəsini məhz o təmsil edir”.

“Əgər Ukraynada müharibənin başa çatmasından və sülh danışıqlarından danışırıqsa, o zaman Putin və Zelenskinin şəxsən bu danışıqlarda iştirak edəcəyini gözləməyə dəyməz. Bu prosesi də onların nümayəndələri təşkil edirlər. Biz bunu artıq İstanbulda genişmiqyaslı işğalın əvvəlində aparılan danışıqlar timsalında və ya “Taxıl dəhlizi” ilə bağlı müqavilələr imzalanarkən görmüşük. Ona görə də çox güman ki, Ukrayna Rusiya ilə müharibənin başa çatmasının taleyini prezidentlər səviyyəsində deyil, Kiyev, Moskva və vasitəçilər arasında ayrı-ayrı razılaşmalar yolu ilə həll edəcək”, - deyə politoloq fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək.

Bu barədə partiya rəhbəri “Habertürk”ə müsahibəsində deyib.

“CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır. Bu, institutlaşdırmada əməyi böyükdür. Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi, qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti Şimali Kiprə etdim. Daha sonra Azərbaycandan görüş istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, - deyə o qeyd edib.

Siyasətçi qarşıdakı günlərdə Azərbaycana səfər etməyi planlaşdırdıqlarını açıqlayıb.
Xatırladaq ki, aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi.

Bundan başqa, fevralın 17-də ana müxalifət lideri Azərbaycan Prezidenti İlham Əliyevi seçkidəki qələbə münasibəti ilə təbrik edib.
 
Ardını oxu...
Azərbaycan və Türkiyə arasında sərbəst ticarətin təmin edilməsi üçün işlər görülür.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib.

O qeyd edib ki, iki ölkə arasında güzəştli ticarətlə bərabər sərbəst ticarətin təmin edilməsi məqsədilə müzakirələr aparılıb: "Bu gün bu məsələ barəsində müzakirələrin aparılması üçün danışıqlar apardıq".

C.Yılmaz bildirib ki, hazırda Türkiyədə 3 minə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.

Türkiyə rəsmisi əlavə edib ki, Azərbaycanın işğaldan azad edilən əraziləri də daxil olmaqla bu günə qədər 19,3 milyard ABŞ dolları dəyərində 526 layihəni Türkiyənin podratçı şirkətləri öz üzərinə götürüb:

"Hansı ölkədə olmasından asılı olmayaraq podratçı şirkətlərimizin bu işlərin öhdəsindən gələcəyinə inanırıq. İşğaldan azad edilən ərazilərin yenidən qurulmasında türk özəl sektorunun kənd təsərrüfatından turizmə qədər önəmli rol oynayacağına inanırıq".

Xatırladaq ki, Azərbaycanla Türkiyə Hökuməti arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri 2021-ci ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.
 


Ardını oxu...


Mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
GUNDEMINFO.AZ xəbər verir ki, əvvəlcə dövlət başçısı mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident, əziz dostum.
Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.
Bizim Prezident Radevlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.
Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.
Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.
Bu gün biz bir layihəni də müzakirə etdik, o da yaşıl enerji kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm.
Bir önəmli istiqamət isə nəqliyyatla bağlıdır. Bu da müzakirə edildi. Mən Prezident Radevə məlumat verdim ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.
Bir sözlə, hesab edirəm ki, artıq bugünkü səfərin nəticələri haqqında danışmaq olar. Nəticələrdən biri odur ki, strateji tərəfdaşlığımızın artıq gücləndirilmiş versiyası rəsmən qəbul edilib, təsdiqlənib. Bütün qeyd etdiyim və bir neçə başqa məsələ ilə bağlı da bizim fikir ayrılığımız yoxdur. Bizim məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir.
Hörmətli cənab Prezident, bir daha Sizi salamlayıram və Sizə xoş səfər arzulayıram.


Sabiq səfir Elmira Axundovanın vaxtilə Prezident Adminisitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə yazdığı gizli məktubun mətbuata sızması geniş müzakirələrə səbəb olub.





Hamını maraqlandıran əsas suallar isə bunlardır: Bu, necə baş verib? Məktubun ictimailəşdirilməsində məqsəd nədir?
Əlbəttə, bu suallara dəqiq cavabı yəqin ki, prosesin iştirakçıları verə bilər. Biz sadəcə, ehtimallar üzərində dayana bilərik.
Birincisi, hiss olunur ki, hansısa dairələr PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin unudulmasına istəmir. Əlbəttə, bu heç də ona simpatiyadan irəli gəlmir. Əksinə, məqsəd hakimiyyətdə olduğu illərdə Ramiz Mehdiyevin necə deyərlər, qara-qura işlərlə məşğul olduğunu, müəyyən deputatları himayə etdiyini, biznes mübahisələrində "ağsaqqal" rolu oynadığını diqqət mərkəzinə gətirmək, onun mənfi obrazının unudulmamasına çalışmaqdır. Başqa sözlə, "Rusiyanın adamı" kimi tanınan Ramiz Mehdiyevin özünü komfortda hiss etməməsi üçün vaxtaşırı bu tip fakt və kompromatlar mediaya sızdırılır və bu, normaldır.
Gizli məktubun üzə çıxmasının ikinci səbəbi isə birincidən heç də az önəmli deyil - Məqsəd Elmira Axundovanı hədəfə gətirməkdir. Fikir verirsinizsə, son illər onun karyerası enən xətt üzrə "irəliləyir". Deputat kimi yaddaqalan fəaliyyəti olmayan, tez-tez Azərbaycan dilini yaxşı bilmədiyi başına qaxınc edilən Elmira Axundovanın səfir kimi fəaliyyəti də çox uğursuz oldu. Bu, xüsusən də özünü Ukraynada müharibə başlayarkən azərbaycanlıların evakuasiyası məsələsində göstərdi. Məhz elə bu istiqamətdə tamamilə yarıtmaz fəaliyyəti onun səfir kimi geri çağırılmasında həlledici rol oynadı.
Amma Ramiz Mehdiyevin komandasının üzvü kimi unudulmaqda olan Elmira Axundovanın yenidən gündəmə gətiriılməsi yalnız siyasi səbəblə - onun yenidən deputat olmaq istəyinin üzərindən xətt çəkməklə bağlı deyil. Bu, həm də hələ də bitməyən bir biznes məsələsi - hələ çürüdülməmiş haqq-hesab, dələduzluq olayı ilə bağlıdır.

Xatırlayırsınızsa, 2018-ci ildən etibarən Elmira Axundovanın adı səs-küylü bir dələduzluq olayında hallanmağa başladı. O zaman mətbuatda gedən yazılarda qeyd olunurdu ki, Elmira Axundova ətrafındakı imkanlı adamlardan oğlunun biznesinə dəstək verməyi, birlikdə pul qazanmağı xahiş edib. Məhz bu xahişdən sonra sabiq səfirin oğlu Həbib Axundov və Elnur İbrahimovun xaricdən katric gətirib satmaq adı ilə xeyli adamdan pul aldıqları (ümumilikdə 1 milyon manatdan çox) və onları aldatdıqlarına dair xəbərlər yayıldı. Daha sonra Rusiyaya qaçan Elnur İbrahimov həbs edilib ölkəyə gətirildi və uzun müddət davam edən məhkəmə prosesindən sonra 9 il müddətinə həbs edildi. Həmin iş üzrə Həbib Axundov da zərərçəkmiş şəxs qismində tanınmışdı. Ancaq buna baxmayaraq, digər zərərçəkənlər, xüsusən də Fərman Məmmədov dələduzluq faktına görə deputat və onun oğlunu da ittiham edirdilər. Fərman Məmmədovun iddiasına görə, onun Elnur İbrahimova verdiyi pulların geri qaytarılmasına məhz Həbib Axundov zamin durub. Hətta mətbautda Elmira Axundovanın dələduzluqla üzləşən və 450 mindən çox ziyana düşən Fərman Məmmədova əvvəlcə 200 min, daha sonra isə 40 min pul qaytardığı haqda xəbərlər gedib.
Ancaq buna baxmayaraq, məhkəmə zərərçəkənlərin dələduzluqda ittiham etdikləri Həbib Axundovla bağlı heç bir cəza tədbiri görməyib.
Məhkəmə prosesində Fərman Məmmədovun vəkili olan Fuad Ağayev Bakupost.az -a açıqlamasında yekunda bir nəfərin - Elnur İbrahimovun məsuliyyətə cəlb olunduğunu bildirib. "Necə düşünürsünüz, müdafiə etdiyiniz şəxsin dələduzluqla üzləşməsində Həbib Axundovun təqsiri vardımı? O, məsuliyyətə cəlb olunmalı idimi" suallarına isə vəkil belə cavab verib:

Ardını oxu...

"Mən artıq o işdə heç kimi təmsil etmirəm. Bu suala cavab vermək vəkil etikasından kənar olardı. Bu suallara Fərman Məmmədov özü cavab verə bilər".
Fərman Məmmədov isə mətbuata açıqlamasında məsələ ilə bağlı bunları deyib:
"Elmira Axundova evində elan etmişdi ki, oğlu Həbib Axundov biznes qurub, ölkəyə xaricdən katric və dəftərxana ləvazimatı gətirib dövlət orqanlarına satacaq. Bizi də oğlunun biznesinə pul qoymağa çağırıb. O zaman Elmira Axundovanın evində məndən başqa xeyli adam olub. Şəxsən mən deputat olan Elmira Axundovaya inanmışdım, oğlu Həbib Axundova biznesə qoymaq üçün külli miqdarda pul vermişdim. Həmin vaxt Həbib Axundov Gömrük Komitəsində işləyirdi. Yəni həm Elmira Axundovaya, həm də Həbib Axundova inanmamağım üçün əsasım yox idi. Aramızda həm Həbib Axundovla, həm də Elmira Axundova ilə bu məsələylə bağlı kifayət qədər danışıqlar olub, dediklərimi təsdiq edən sübutlar var. Hansıları ki, mən istintaqa, məhkəmələrə də təqdim etmişəm. Çox təəssüf olsun ki, bu günə qədər də həmin sübutlara hüquqi qiymət verilməyib. Səs yazıları var. Orada açıq şəkildə pulumu qaytarmaq üçün Elmira Axundovanın özü də, oğlu da məndən vaxt istəyirlər. Mən də bir insan kimi onlara pullarımı qaytarmaları üçün vaxt verirəm. Eyni zamanda öyrənirəm ki, lap əvvəldən heç bir biznes olmayıb".
Beləliklə, Fərman Məmmədov aldadılıb və ortada heç bir biznesin olmadığı, sadəcə "piramida" qurulduğu, əldə olunan pulların Həbib Axundovun "Favorit" marketinə qoyulduğu üzə çıxıb. Hər halda Fərman Məmmədov belə iddia edir. O, mülki iddiasının yalnız Elnur İbrahimova qarşı təmin olunduğunu, lakin məhkəmə qərarına rəğmən, bu günə qədər ona 1 qəpik də pul qaytarılmadığını bildirib.
Beləliklə, aydın olur ki, Elnur İbrahimov Fərman Məmmədovdan aldığı pulları qaytarmadığı üçün borc məsələsi yenidən gündəmə gətirilib. Görünür, o, qalan məbləği sabiq səfirdən almaq niyyətindədir. Hər halda Fərman Məmmədovun son açıqlamasındna belə anlaşılır:
"Cinayət varsa, cəza da var. Əminəm ki, biz zərərçəkənlərə qarşı törədilən cinayət gec-tez araşdırılacaq, hər kəsin əməlinə hüquqi qiymət veriləcək".
Ardını oxu...
Avstriya, İrlandiya, Malta və İsveçrədən ibarət dörd neytral Avropa dövləti ötən ilin sonunda Şimali Atlantika Alyansına (NATO) geniş əməkdaşlıq təklifi ilə məktub göndərib.

Bu barədə İqtisadiyyat.az "Die Presse" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bu dövlətlər Finlandiya və İsveçin alyansa qoşulmasından sonra öz qruplarını "WEP4" (Qərbi Avropanın dörd tərəfdaşı) olaraq yerləşdirmək niyyətindədir.

Alyansa göndərdiyi məktubda ölkələr özlərini “ortaq dəyərlər uğrunda blokun ən yaxın tərəfdaşları” adlandırır və cari dövrdə NATO ilə tərəfdaşlıqlarının artan əhəmiyyətini vurğulayıblar. Onlar, həmçinin Avropa qitəsində qeyri-sabitliyin artdığını qeyd ediblər.

Məktubda "WEP4" dövlətləri NATO-nun hərbi manevrlərində, o cümlədən böhrana cavab təlimlərində iştiraklarını genişləndirmək niyyətlərini bildiriblər.
 
Ardını oxu...
Mayın 9-da Moskvada keçiriləcək faşizm üzərində qələbənin 79-cu il dönümünə həsr olunan paradda iştirak edəcək xarici dövlət başçılarının siyahısı məlum olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Kuba, Laos və Qvineya-Bisau liderlərinin mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcəyini açıqlayıb.
 

Dünyapress TV

Xəbər lenti