Ardını oxu...
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

Oxu.Az xatırladır ki, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqa” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Birinci Fəxri xiyabanda dəfn olunub.
Ardını oxu...
Niyə,cənablar???
Azəriqaz İB-n eyni şöbədə işləyən iki işçisi (biri qadın olmaqla ) tarif maaşının dərəcəsini aryirilması üçün SOCAR İRD təşkil etdiyi imtahanda iştirak edib. İkisi də eyni balı toplayıb(20 bal).İmtahanda iştirak edənlərdən biri( qadın) həmin şöbədə 20 il, o biri şəxs(kişi) həmin şöbədə 4 ay (ümumilikdə Azəriqazdakı iş stajı 17 il) çalışır. Nəticədə xanımın yox,o biri işçinin tarif dərəcəsi artırılıb. Xanımın niyə, hansı kriteriyalar əsas götürülüb sualına cavab verilmir(????). Bu halda Azəriqaz İB seçim zamanı hansı amillərə üstünlük verib?
-Nepotizm,qadına qarşı diskrinimasiya,yoxsa gender yanaşması ilə kişiyə üstünlük verilməsi?
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
«Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti» tərəfindən 2023-cü ilin əvvəlindən günümüzədək 93,2 milyon manat dəyərində tenderlər elan edilib. Qurumun tenderlərini müxtəlif şirkətlər udub.

Dia-az.info xəbər verir ki, qeyd edilən dövr ərzində tenderləri sayca ən çox udan şirkətlər "19 Saylı Tikinti Təmir İdarəsi" MMC, "Az-Tex-Import" MMC, “Geoproject” MMC və "İnfinitech" MMC şirkətləri olub.

Adı çəkilən şirkətlərdən "19 Saylı Tikinti Təmir İdarəsi" MMC şirkəti 55 milyon 152 min manat həcmində 3 tenderin qalibi, yerdə qalan şirkətlər isə 2 tenderin qalibi olub.

Qeyd edək ki, qurumun ən iri məbləğli tenderinin qalibi də məhz "19 Saylı Tikinti Təmir İdarəsi" MMC şirkətidir.

Bundan başqa, əlavə 2 şirkət dəyəri 10 min manatdan yuxarı olan tenderləri udub : “Crystal İnşaat” ASC və “Protean Construction” ASC.

Şirkətlər haqqında daha ətraflı :

Qeyd edək ki, "19 Saylı Tikinti Təmir İdarəsi" MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Loğman Aslanov Fərəc oğludur. Hüquqi ünvanı AZ3800, Qusar rayonu, Qusar Ş, Karl Marks, ev 67 ünvanında yerləşir.

"Az-Tex-Import" MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı AZ1142, Bakı şəhəri Xətai rayonu, Telnov, ev 2347/48, m. 290 ünvanında yerləşir.

“Geoproject” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin Əliyev Abbas oğludur. Hüquqi ünvanı AZ1018, Bakı şəhəri Xətai rayonu, Oksigen, ev 16 ünvanında yerləşir.

"İnfinitech" MMC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 250 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mustafa Əyyubov Sabir oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri Nizami rayonu, Məmmədəli Şərifli , ev 9, m. 107 ünvanında yerləşir.

“Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəsul Rəsulov Məhəmmədəli oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr. (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir.

“Protean Construction” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Az1026, Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 ünvanında yerləşir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Xəbəri Facebook-da paylaş





 
Ardını oxu...
Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma aparıb. Məlum olub ki, bu işin başında duran “Peykan” ləğəbli Hüseynov Teyyub Məmməd oğludur. Əslən azərbaycanlı olan bu şəxs Rusiya vətəndaşıdır. Bu barədə geniş materialla aşağıda təqdim edəcəyimiz videomaterialdan tanış ola bilərsiniz:

 
Ardını oxu...
Təxminən iki ay əvvəl Azərbaycanın ədliyyə naziri postunu tutan Fərid Əhmədovun faəliyyəti sələfi Fikrət Məmmədovdan xüsusi olaraq seçilmir.

Ötən müddət ərzində yeni nazirin ancaq vətəndaşlarla görüşləri baş tutub ki, bunu sabiq nazir də həyata keçirirdir.

Gununsesi.info-nun araşdırmasına görə, burada yeganə fərq Fərid Əhmədovun vətəndaşlarla görüşündə onları diqqətlə dinləməsi və vətəndaşlara öz dərdini deməsi üçün vaxt məhdudiyyəti qoyulmamasıdır.

Ancaq bu nə zamana qədər davam edəcək, bunu da gələcək göstərəcək.

Bütün bunlarla yanaşı Ədliyyə Nazirliyinin fəaliyyətində xüsusi həllini tapmalı olan bir neçə məsələ var.

Bunlardan biri də Azərbaycanda QHT-lərin dövlət qeydiyyata alınması məsələsidir.

Bu mövzunu xatırlatmağımıza səbəb isə ABŞ Dövlət Departamentinin insan haqlarına dair son hesabatının Azərbaycanla bağlı bölümündə bu problemə xüsusi yer ayrılmasıdır.

Qeyd edək ki, həmin hesabatda Azərbaycanda QHT-lərin qeydiyyatı çətinləşməsindən söhbət açılır.

Bildirilir ki, qanunlar QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Bir sıra qanunvericilik müddəaları siyasi partiyaların, dini qrupların, bizneslərin və QHT-lərin fəaliyyətini məhdudlaşdırırdı, o cümlədən QHT-lərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edir. Qanun hökumətin QHT-lərin qeydiyyatı ilə bağlı müraciətləri qəbul etdikdən sonra 30 gün ərzində hərəkətə keçməsini tələb etsə də, qeyri-müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat prosedurları vətəndaşların birləşmək hüququnu məhdudlaşdıran uzun gecikmələrlə nəticələnir.

Yeni nazirin bu problemi həll etməsi üçün iradəsinin olacağını da zaman göstərəcək.

Vətəndaş cəmiyyəti quruculuğu ilə məşğul olmaq istəyənlər isə gözləmək qalır.

Elmar Elnuroğlu
 
Ardını oxu...
Vasif Talıbovun zamanında iməclik adlı məcburi əmək vardı. Məcburi və müftə əmək hüquqi ədəbiyyatda qul əməyi sayıldığından həmişə buna qarşı çıxmışam. Yenə də o qənaətdəyəm ki, iməcliklər könüllülük əsasında olmalıdır. Kim istəyərsə, iməcliyə çıxar, kim istəməsə, istirahət hüququndan istifadə edər.
“Xan” getdi, “canişin” gəldi. Naxçıvanlıların məcburi iməcliyi isə yenə bitmədi. Özü də şair demişkən;
“Davam edir 37,
Daha kəskin, daha ciddi”.
Naxçıvandan aldığım məlumata görə, “canişin” administrasiyası artıq bir neçə gündür ki, sadə vətəndaşları məcburi əməyə cəlb edib. Üstəlik, “xan” dövründən fərqli olaraq, indi Naxçıvan məmurları eynilə Hindistan vətəndaşları kimi müxtəlif kastlara bölünüb: Bakıdan gələnlərə və Naxçıvanda yaşayanlara. Bakıdan gələn ali kastın nümayəndələri iməcliyə qatılmazlar. Onlar uzaqbaşı Sədərəkdə əllərində üzüm tingi tutub şəkil çəkdirərlər. Və özlərini nazir-rəncbər kimi göstərərlər. Zavallı Naxçıvanda yaşayanlar isə mütləq iməcliyə getməlidirlər.
Məlumata görə, bu gün iməclik sırası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin imiş.
Vergilər Xidmətinin əməkdaşlarına da tapşırıblar ki, bu gündən onların da növbəsi başlayır. Xidmətin əməkdaşları şöbə-şöbə müəyyənləşdirilmiş ərazilərə gedəcək və oraları suvaracaqlar.
Miqrasiya Xidmətinin növbəsi hələ gəlməyib. Görünür, Vasif Talıbovun böyük oğlu Rzanın üzü suyu hörmətinə, onun kurasiyasında olan bu xidməti mövsüm bitənə saxlayırlar. O vaxta qədər mümkündür ki, iməcliyə ehtiyac qalmasın.
Prokurorluq orqanları da hələ ki iməclikdən yayınan zümrələrdəndir. Necə olsa, onlar dövlətin ittihamçılarıdırlar axı. İməclikdə istiyə düşərlər, fransızı rusdan ayıra bilməzlər, strateji müttəfiqlərimizə ayıb olar.
Amma dövlət hakimiyyətinin 3 qolundan biri sayılan Məhkəmə sistemi Naxçıvanda aşağı kastın nümayəndələri sayıldığından hakimlər nəyi var, iməcliklə sınağa çəkiliblər və s.
Ən maraqlısı isə odur ki, Naxçıvanda İməclik nazirliyi kimi tanınan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vergilər Xidməti, Məhkəmə sistemi və s. kimi aşağı kastın nümayəndələrinə barmaq silkələyiblər. İsmarış göndərib ki, gəlib sahələrdə monitorinq aparacaqlar. Kim pis işləsə, özündən küssün.
Heydər Oğuz
TEREF
 

Ardını oxu...
TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada ittiham olunur.

Dia-az.info xəbər verir ki, bu barədə Nocomment.az saytı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov tərəfindən təyin olunmuş yeni Daxili Mühafizə rəisi Novruzov Bəxtiyar Əhmədxan oğlu və daha 2 mühafizəçi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Saxlanılan digər 2 mühafizəçi müəyyən dindirilmələrdən sonra sərbəst buraxılıb.

Ardını oxu...

İlkin versiyalara görə, mühafizə rəisi klinikaya daxil olan firmalardan və vətəndaşlardan qeyri-qanuni şəkildə pul almaqda ittiham olunur. Mənbə qeyd edir ki, bu mühafizə rəisi Klinikanın direktoru Barat Yusubovun qohumudur.

Xatırladaq ki, TƏBİB-in tabeliyindəki “Yeni Klinika” tibb müəssisəsində keçən ilin avqust ayında rəhbərlik dəyişib. Bu dəyişiklikdən sonra ölkənin ən böyük səhiyyə ocağında baş verən proseslər isə heç də ürəkaçan deyil. Bir ay ərzində mərkəzin Daxili Mühafizə Xidmətinin rəisi də başda olmaqla, 10-a yaxın əməkdaş işdən çıxarılıb. Belə ki, Barat Yusubov klinikanın yeni direktoru təyin edildikdən sonra əksəriyyəti qazi və veteranlardan ibarət olan mühafizəçilər öz ərizələri ilə işdən ayrılıblar.

Klinikanın təhlükəsizlik xidməti şöbəsinin müdiri, polkovnik-leytenant Coşqun Məmmədov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmadığına görə Barat Yusubovun qəzəbinə tuş gəlib. Bu, o Coşqun Məmmədovdur ki, 44 günlük Vətən müharibəsindəki xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.
 

Ardını oxu...
Xızının Sitalçay kəndinin sakini Novruz Alıyevin 82 yaşı var. Bağçılıq-bostançılıq hələ cavanlıqdan – müəllim kimi işlədiyi vaxtlardan sevimli məşğuliyyəti olub. Təqaüdə çıxandan sonra bağçılığa daha çox bağlanıb. Həyətyanı sahəsində 200 meyvə ağacının, iri bostanın olduğunu deyir. Onun sözlərinə görə, əvvəllər bu ağaclar bol-bol su içirmiş. Ancaq son vaxtlar su qıtlığı o dərəcəyə çatıb ki, illərlə qulluq etdiyi yaşıllığı qoruyub saxlaya bilmir:

“200 ağacın indi bar verən mövsümüdür, ancaq susuzluqdan quruyur. Hər il vəziyyət daha da çətinləşir. Su problemi belə davam etsə, mənim bağımda, bostanımda meyvə-tərəvəz qalmayacaq”.

Ağaclar qurusa, sovqat apara bilməyəcək

Novruz Alıyev Qubadlı köçkünüdür, 30 ildir bu kəndə yerləşib, yurd salıb, ev-eşik düzəldib, bağ əkib. Hər yay həyətindəki ağaclardan topladığı çeşidli meyvələri yığıb rayona – köçkün qəsəbələrində məskunlaşan qohumlarının balalarına sovqat aparır. Bu məşğuliyyət 82 yaşlı Novruz dayıya illər idi ki, mənəvi rahatlıq gətirirmiş. Ancaq indi ağacların quruması onu narahat edir. Deyir, əslində kənddə su var, ancaq ana xətlər çürüyüb sıradan çıxdığı üçün su gəlib evlərə çatmır:

“Dəfələrlə şikayət etmişəm, deyirlər, kanal suyunun kəndə girişi mümkün deyil, guya ortalarda pay torpaqları var, gərək su həmin torpaqlardan keçib gəlsin”.

Hər evə 700-800 manat borc yazılıb”

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumların kəndin bir tərəfində baş bəlasına çevrilmiş bu su qıtlığını aradan qaldırmaqda maraqlı deyillər. Səbəbindən də danışırlar:

“Xızının kəndlərində su layihələri üzrə işlər görülüb. Başqa kəndlərə getsəniz, su problemi ilə üzləşməzsiniz. Bu problem bircə bizim kənddə qalıb. Heç bir evdə su sayğacı yoxdur. Hər evin üstünə 700-800 manat su borcu yazılıb. Adamlar deyir, nə vaxt su oldu, işlətdik, bu qədər borc yığıldı? Su istəyəndə deyirlər, gedin, əvvəlcə borcu ödəyin. Ümumiyyətlə, bu rəqəmləri kim fikirləşir, nəyə əsasən yazır, bilmirik. Bunun adı dərəbəylikdir”.

Vaxtaşırı sakinlər özləri ana su xəttində bacardıqları səviyyədə təmir işləri də aparır:

“Xətlər çürüyüb, deşik-deşikdir, su çölə axır, halbuki, o su gəlib evlərimizə çatsa, problem həll edilmiş olar. Bunun üçünsə cəmi 3 kilometrlik ana xətti yeniləmək lazımdır. Kəndin yuxarısına su gəlir, orada su problemi yoxdur, ancaq aşağı tərəfə gələn ana xətt qəzalıdır. Özümüz iki dəfə pul yığıb təmir etmişik, ancaq bu işləri görmək necə deyərlər, bizim boyumuza görə deyil. Bura kasıbların kəndidir, adamlarda pul yoxdur ki, hər il toplayıb, xətdəki deşikləri bağlatdırsın”.

İçməli sudan yaranan çirkab gölməçələr

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır. Nəticədə gölməçələr yaranır, ətrafdakı zibillər həmin gölməçələrdə birləşir. Yay aylarında gölməçələrin yaxınlğından keçmək olmur:

“Ən pisi odur ki, bu gölməçələr evimizin 5-10 metrliyindədir. Üfunətdən beyin çatlayır. Neçə dəfə təmizləmişik, xeyri yoxdur. Biz içməli suya həsrətik, o isə gəlib gözümüzün önündə çirkaba çevrilir, gölməçəyə qarışır”.

Kəndin problemi bununla bitmir. Ödəniş aparatlarının olmaması üzündən sakinlər hər gün Xızıya getməli olurlar. Kənd yolları bərbad, işıq dirəkləri qəzalıdır. Onlar sadaladıqları problemlərin həlli üçün dəfələrlə Xızı Rayon İcra Hakimiyyətinə kütləvi müraciət ediblər.

Xızı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sakinlərin müraciətlərinə Aparatın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baxılıb və sakinlərə cavab verilib. Kəndin su probleminin həlli üçün “Azərsu” ASC-yə məktub göndərilib. Deyilir ki, Xızıda yol infrastrukturunun yenidən qurulması mərhələli qaydada həyata keçirilir.

Xızı Suvarma Sistemləri İdarəsindən sakinlərin Taxtakörpü-Ceyranbatan su kanalından Sitalçaya suyun verilməsiylə bağlı müraciətinə cavab olaraq bildirilib ki, kəndin əkin sahələri həmin kanaldan qurğu vasitəsiylə vurulan su ilə təmin olunur. Kənddaxili suvarma şəbəkəsi olmadığına görə, kənddəki həyətyanı sahələr üçün həmin suvarma suyundan istifadə etmək mümkün deyil. Kənddaxili suvarma kanallarının çəkilməsi və kənddaxili yolların işıqlandırılması yerli bələdiyyənin səlahiyyətinə aiddir. Yerli bələdiyyə isə bu işləri görmək üçün bələdiyyə fondunda pul olmadığını bildirir.
 
Ardını oxu...
Ağstafa rayon Dağ Kəsəmən kəndinin bələdiyyə sədri işdən azad olunduqdan sonra sözügedən post Solmaz Nağıyevaya həvalə olunub.

32gun.az-a daxil olan məlumata görə, bununla da Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Solmaz Nağıyeva hazırda iki məsul işi icra etməkdədir.

Ağstafa rayon Dağ Kəsəmən kəndində bələdiyyə sədri vəzifəsi və eyni zamanda da Mərkəzləşmiş kitabxana sisteminin direktoru vəzifəsini icra edir.

Maraqlıdır ki, Dağ Kəsəmən kənd bələdiyyə sədri müəyyən ittihamlarla öz vəzifəsindən uzaqlaşdırılandan sonra həmin vəzifəyə rayonda deyəsən alternativ tapılmayıb.

Diqüət çəkən məqam isə sabiq bələdiyyə sədrinilə Solmaz xanımın qohumluq əlaqələrinin olmasıdır.

Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, kənd sakinləri Solmaz Nağıyevadan arayış almaq üçün onu ya Ağstafa MKS-də ya da ki, Regional idarədə axtarmalı olurlar. Saatlarla qapı qarşıdında növbə gözləməli olurlar.

Ağsatafa sakinləri iş tapmaqda çətinlik çəkir, Solmaz Nağıyeva isə 2 işi eyni zamanda icra edir.

Əlavə olaraq saytımıza verilən məlumatda iddia olunur ki, Solmaz Nağıyeva qızı Fəridə Xudiyevanı Qazax Mərkəzləşmiş Kitabxana Sisteminə direktor vəzifəsinə təyin etdirib. Eyni işi ana Ağstafada qızı isə Qazaxda icra edir.
Yəqin buna mədəniyyət dilində "ailə ansamblı" deyilir. Axı onlar mədəniyyət sahəsində çalışır.

Görəsən bütün bunlardan Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin yeni rəisi Nail Məmmədov xəbərdardırmı?
Belə anlaşılır ki, Solmaz Nağıyevanın əsas işi bələdiyyə sədri kimi arayış verib, torpaq satmaq, daha sonra MKS-nin işini görməkdir. Belə anlamaq olar ki, kitabxanada da nə iş Sakinlər tərəfindən qapısı açıla bilməyən Ağstafa Rayon MKS-də direktora da ehtiyac yoxdur.
Xatırladaq ki, Qazax rayon icra başçısının birinci müavini Məmməd Alıyevin öz doğma bacısı oğlu Kamil Eyyubovun iki vəzifədə işləməsi barədə xəbər vermişdik.
 
Ardını oxu...
"Son vaxtlar ölkə mediasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin
sədri Ramin Abdullayevin qanunsuz əməlləri ilə bağıl bir-birindən ilginc məlumatlar yer
almaqdadır". Bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir. Məqalədə daha sonra deyilir:

Mediada yer alan məlumatlardan da bəlli olduğu kimi, Ramin Abdullayev
himayədarı - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq
Hümmətovun “xeyir-duası” ilə 44 günlük Vətən müharibəsində evləri dağıdılan Gəncə
sakinlərini süründürməkdə, onların mənzillə təminatını süni şəkildə ləngitməkdədir. Məqsəd öz
yaxın adamlarının adına rəsmiləşdirdiyi tenderlər vasitəsilə proseslərdən daha çox pul qazanmaq,
mövcud situasiyadan maksimum qazanclı çıxmaqdır. Lakin mediada yer alan məlumatlar və bu
məlumatlar fonunda yuxarı insantansiyaların basqısı Ramin Abdullayevi çətin vəziyyətə salıb.
Nəticədə onunla köhnə ortaqları –“Konqo” və “Parlaq” şirkətlərinin rəhbərliyi arasında ciddi
problem yaranıb.
Milyonluq yeyinti tərəfləri üz-üzə qoyub: “Ne demisən, onu da etmişik!”
Ramin Abdullayevlə 44 günlük Vətən müharibəsində Gəncədə dağıdılan evlərin tikintisini
həyata keçirməli olan “Konqo” və “Parlaq” şirkətləri arasındakı qarşıdurmaya səbəb tərəflərin bu
proyektdə yol verdiyi şərikli yeyinti ilə bağlıdır. Belə ki, Ramin Abdullayev büdcədən tikinti
işləri üçün ayrılan vəsaitdən mümkün qədər qoparmaq üçün inşaat işlərini özünə yaxın olan
şirkətlərə - “Konqo” və “Parlaq” şirkətlərinə həvalə etmişdi. Lakin tikinti üçün ayrılan vəsaitin
Ramin Abdullayev və tender şirkətləri tərəfindən hədsiz mənimsənilməsi sonda ilginc
mənzərənin yaranmasına səbəb olub. Medianın sözügedən problemi gündəmə gətirməsindən
sonra yuxarı instansiyaların Ramin Abdullayevə basqısı nəticəsində məlum olub ki, ortada olan
pul tikinti prosesini başa çatdırmaq üçün yetərli deyil. Ən maraqlı məqamlardan biri isə ondan
ibarətdir ki, Ramin Abdullayev məlum proyektdən yeyintini tender şirkətlərinin əli ilə həyata
keçirdiyi üçün onlara basqı göstərə bilmir. Çünki hər bir təzyiq və ittiham şirkət rəhbərləri
tərəfindən “nə demisən, onu da etmişik” cavabı ilə qarşılanır.
Namiq Hümmətov və Ramin Abdulayevin təftiş qorxusu
Ramin Abdullayev yaranmış vəziyyətlə bağlı himayədarı Namiq Hümmətovu məlumatlandırsa
da, böhrandan çıxış yolu görünmür. Nə Ramin Abdullayev, nə də tender şirkətləri
mənimsədikləri vəsaiti geri qaytarmaq istəmədikləri üçün vəsait çatışmazlığı probleminin həlli
mümkün görünmür.
Bu azmış kimi, Namiq Hümmətov və Ramin Abdullayevin fəaliyyətinin təftiş edilməsi təhlükəsi
yaranıb ki, bu da hər iki şəxsin digər qanunsuz əməllərinin də üzə çıxacağı deməkdir. Bu
səbəbdən də Namiq Hümmətov və Ramin Abdullayevin təşviş içində problemdən çıxış yolu
axtarışındadır. Gəncə sakinləri isə ümid edir ki, gec də olsa bu problem öz məntiqi həllini
tapacaq və onlar nəhayətdə öz mənzillərinə qovuşa biləcəklər.

Dünyapress TV

Xəbər lenti