Ardını oxu...
Müğənni Qədir Qızılsəs sağlam həyat tərzi sürməsindən danışıb.

Dia-az.info Axsam.az-a istinadən xəbər verir ki, ifaçı illərdir yalnız evdə hazırlanan qidalar yediyini bildirib. Bu haqda Q.Qızılsəs "Qonaqcanlı" proqramında deyib.

"Mağazada olan qidaları yemirəm. Kolbasa, sosiska istifadə etmərəm. Ancaq kənd məhsulları yeyirəm. Şirniyyatları da ancaq evdə bişirirlər. Ümumiyyətlə, hər şey evdə ailəm tərəfindən hazırlanmalıdır", - deyə o bildirib.
 
Ardını oxu...
Azərbaycanlı reper Nəvai Bəkirov məhkəmə icraçıları tərəfindən axtarışa verilib.

Bakupost. az "Telegram" kanalına istinadən xəbər verir ki, musiqiçinin "Scar Trading" MMC şirkətinin (tikintidən tutmuş kitab satışına qədər müxtəlif növ fəaliyyətlərlə məşğul olur) 2 milyon rubldan çox borcu var.

Qeyd edilir ki, ötən il şirkət 617 min zərər çəkib. Onların bəziləri inzibati xətalara görə cərimələrdir.

Bildirilir ki, məsələ ilə bağlı açıqlama verən Nəvai cərimələr barədə məlumatı aprelin 25-də aldığını söyləyib. O, tətilini keçirdiyi Dubaydan qayıdandan dərhal sonra bütün borclarını ödəyəcəyinə söz verib.
 
Ardını oxu...
İsveçrə “Avroviziya-2024”ün qalibi olub.

Oxu.Az xəbər verir ki, İsveçrə təmsilçisi 591 xal toplayıb.

İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri qərarlaşıb.

23:50

İsveçin Malmö şəhərində “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb.
Oxu.Az-ın məlumatına görə, finalda 26 ölkə mübarizə aparacaq.

Qalib televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən ediləcək.

Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov müsabiqənin final mərhələsinə vəsiqə qazana bilməyiblər. Onlar birinci yarımfinalın ikinci hissəsində “Özünlə apar” mahnısı ilə çıxış ediblər.

 

Ardını oxu...


Müğənni Ziba Osmanlı 8 May günarta saatlarında Suraxanı rayon ərazisində yerləşən məktəblərin birində idarə etdiyi və lizinq də olan"Çanqan" markalı avtomobili ilə 2 nəfər məktəblini vuraraq hadisə yerindən qaçıb. Uşaqları isə xəstəxanaya ağır xəsarət alan 2008-ci il təvəllüdlü Zəhra Elsəvər qızı Allahverdiyevanın atası "Baku Medical Plaza" xəstəxanasına çatdırıb. Birinin boyun fəqərəsi sınıb, digəri isə ayağlarından təcili əməliyyat olunub.

Məlumata görə, hadisə müğəninin maşını səhv idarə etməsinə görə baş verib. Belə ki, müğənni azyaşlı uşaqları piyada keçidinin üstündə vurub. Ayaqlarından əməliyyat olunan şəxsin vəziyyəti orta ağırdır, həkimlər onun bir neçə il yeriyə bilməyəcəyini deyir. Avtomobil onun ayaqları üzərindən keçib.

Faktla bağlı Suraxanı rayon Polis idarəsində araşdırma aparılır
Ardını oxu...
İtalyan elektron triosu Meduza, “Qremmi” mükafatına namizəd ABŞ pop-rok qrupu “OneRepublic” və alman müğənni “Leony” AVRO-2024-ün rəsmi mahnısını təqdim ediblər.

Bu barədə UEFA-nın saytında məlumat verilib.

Mahnı “Fire” (alov) adlanır.

Azarkeşlər iyulun 14-də Berlindəki Olimpiya Stadionunda AVRO-2024-ün bağlanış mərasimində, üç sənətçinin ifa etdiyi mahnını canlı dinləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Berlin, Köln, Frankfurt-Mayn, Gelzenkirxen, Hamburq, Leypsiq, Münhen, Ştutqart və Dortmundda keçiriləcək.
Ardını oxu...
Mənbə: rbc.ru
 
 
 
Ardını oxu...
İsrailli müğənni Eden Qolan “Eurovision” mahnı müsabiqəsində fitə basılıb və səhnəni tərk etmək məcburiyyətində qalıb.

Moderator.az xəbər verir ki, “Eurovision” səhnəsində çıxış edən israilli müğənni Eden Qolanın mahnısı tamaşaçılar arasında mübahisə və etirazlarla kəsilib.

Rusiyada doğulub boya-başa çatan, lakin Eurovision 2024-də İsrail adından yarışan Eden Qolan "Hurricane" mahnısını oxuyarkən Fələstinə azadlıq etirazı ilə qarşılaşıb.

Müğənni yarışmadan əvvəl aldığı ölüm hədəsi ilə gündəmə gəlib. Mahnının adında və sözlərində edilən dəyişikliklərlə müsabiqəyə daxil olan Qolanın ifası tamaşaçılar tərəfindən belə fitə basıldı:
 
 
Ardını oxu...
Tez-tez “TikTok” platformasında diqqəti cəlb edən fikirlərlə çıxış edən Ləman Vəliyeva bu dəfə də medianın gündəmindədir.

O, mərhum əməkdar artist Aygün Bəylər barəsində canlı yayında qeyri-etik ifadələr işlədib. Mərhumun ailəsi hadisə ilə bağlı polisə şikayət edib.

Məsələni daha dəqiq aydınlaşdırmaq üçün Lent.az-ın əməkdaşı Aygün Bəylərin bacısı Zümrüd Hümbətova ilə əlaqə saxlayıb.

Zümrüd Hümbətova saytımıza açıqlamasında bildirib ki, onlar sosial şəbəkədən başqa, bir başa polisə gedərək şikayət etməyib:

“Biz heç kimi şikayət etməmişik. Amma Ləman Vəliyevanın üzr videosunu mənə göndərdilər. Bizi tanıyan tanıyır, bilən bilir. Bu cür insanlara baş qoşmuruq. Hamı bilir ki, o insan problemlidir. Biz onun kimi insanın səviyyəsinə enmərik. Məsələ ilə bağlı Aygünün rəsmi səhifəsində onun prodüseri Sultan paylaşım edib. Amma ilk növbədə Ləmanın cavabını Aygünün sənət yoldaşları verməliydi. Səhv etmirəmsə, Səidə Sultandan başqa heç kim reaksiya verməyib. Səidə Sultan və onun kimiləri sağolsun ki, Aygünün ruhuna hörmət edir, onun sənətini qoruyurlar. Jurnalistlərə də qırğınam. Çünki Aygünün mahnısını yeni aranjımanda ifa etdim. Amma heç kim maraqlanmadı. İndi isə tiktoker Ləman məsələsi çıxıb deyə reytinq xətrinə hər kəs maraqlanır”.

Qeyd edək ki, Ləman Vəliyeva canlı yayımda "biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan" deyib, daha sonra isə xoşagəlməz ifadə işlədib.

Bunun ardından xanəndənin yaxınları ona aid olan instagram hesabında məsələyə reaksiya verərək, polisə müraciət ediblər:

"Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Xahiş edirəm, məsələ nəzarətə alınsın".

Polisdən aldığımız məlumata görə, bu məsələ ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb.
Ardını oxu...
Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib.

Buna səbəb tiktokerin xanəndə ilə bağlı qeyri-etik ifadə səsləndirməsi olub. O, canlı yayımda mərhum sənətçini təhqir edib.

A. Bəylərin ailəsi onun rəsmi instaqram hesabında məsələyə münasibət bildirib və Daxili İşlər Nazirinə müraciət edib:

“Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Cənab Nazir Vilayət Eyvazov, xahiş edirəm, məsələ nəzarətə alınsın”.

Məlumat üçün qeyd edək ki, Ləman canlı yayımda “Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan” dedikdən sonra nalayiq ifadə səsləndirib. (Olay.az)
 
Ardını oxu...
“Bir sıra müğənnilərin dillərində qüsurlar var. Onlar qüsurlu sözü oxuduqları mahnının nəqarət hissəsinə salırlar. Mən bu ifaçılara baxmıram, qulaqlarımı da tuturam. Heyvanlarım da, qohumlarım da, qonşularım da onlara qulaq asmırlar. Amma kanallar bu kimi ifaçıları səhər verilişlərinə dəvət edirlər. Səhərin öz musiqisi var. Bu, böyük faciədir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

Həmkarlarını hədəf alan sənətçi onların ədəbsiz şəkildə səhər efirlərinə geyindiyi açıq-saçıq geyimlərini tənqid edib:

“Səhər verilişinin öz geyimi var. Bir də görürsən ki, müğənni gecə saat 12-də restorana geyindiyi paltarı səhər verilişinə geyinib. Səhər müğənnini ətəyi qısa, sinəsi açıq geyimdə görürlərsə, o insan gedib işdə necə işləyəcək? Həcmli saç düzümü, paltarının yarığı nə uzunluğunda... Onlar alt paltarı belə geyinməyib, səhər verilişinə çıxırlar”.
 

Dünyapress TV

Xəbər lenti