Ardını oxu...
Türkiyəli sosial media fenomeni 28 yaşlı Yağmur Taktaş ABŞ-dəki evində ölü tapılıb.

İştirak etdiyi “İşte Benim Stilim” televiziya proqramı ilə məşhurlaşan Taktaşın cənazəsi dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün cəsədi yarıldıqdan sonra doğulduğu Adanada torpağa tapşırılıb.

Taktaşın ailəsi qızlarını daha əvvəl onu döyərək dalağını itirməsinə səbəb olan Türkiyəəsilli ABŞ vətəndaşı sevgilisi A.C.F.-in öldürülmüş ola biləcəyini iddia edərək vəkilləri vasitəsilə şikayət ediblər.

İş üzrə istintaq davam edir.
Ardını oxu...
Ardını oxu...
Mənbə: milliyet.com
 

Ardını oxu...
Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:

"Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşir müəllimin ölüm xəbərinə açığı pis oldum. Biz çox da yaxın deyildik. Uzaqdan uzağa "salam-sağol". Yazılan rəyləri oxuyuram, bədənim əsir. Niyə axı? Neyləmişdi sizə bu yazıq adam?

Ölən gününə qədər işləyib, heç kimə möhtac olmayıb. Ən güclü ansambl zamanında onun olub. Ən bahalı toylara dəvət alıb. İşçilərinə böyük hörmətlə yanaşıb, haqq yeməyib. Heç kimi toydan burmayıb. İşçiləri xəstələnəndə belə gəlmədikləri gün maaş verib. Siyasi xadim deyil, pis vərdişi yox, heç kimin namusuna göz dikməyib. Sadəcə səsli düşünən kompleksiz insan olub. Başqa necə olmalı idi ki, bir rəhmət yazasınız? Onu sevməyə bilərdiniz, bunu sizdən istəyən də olmayıb. Nifrətin də əsası olmalıdı. Onun ölümünə sevinmək nədir? Lap tutaq ki, pis adam olub. Sizə nə? Kim bilir necə öləcək? Bəyəm hamıya torpaq qismət olur? Cavanşir müəllim, Allah sizə rəhmət eləsin. Allah haqqsız yerə sizə pis şərhlər yazanların ömründən kəsib, balalarınıza calasın".

Qeyd edək ki, C.Məmmədov dünən ürəktutmasından vəfat edib.
Ardını oxu...
Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb.

Oxu.Az xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu “Kim milyoner olmak ister?” televiziya şousunun studiyasında görüşüblər.

DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəklə “Milyonluq görüş” şərhini yazıb.
Qeyd edək ki, DJ Fateh “Milyonların şousu” proqramının aparıcısıdır.
 
Ardını oxu...
"Sərxan və digər aparıcılar, eləcə də müğənnilərin hər biri bilir ki, Kamran Həsənli aparıcısı olduğu verilişlərdə cəmiyyətə həmişə istedadlı gəncləri tanıtdırıb. Məsələn, Qismət, Tünzalə, Abbas Bağırov, Röya, qarmon ifaçısı Orxan, akkardion ifaçısı Seymur, Hüseyn Dərya və s. bunların heç birindən nəsə alınmayıb".

Bunu Qaynarinfo-ya açıqlamasında məşhur aparıcı Kamran Həsənli Sərxan Kərəmoğlunun ona ünvanladığı tənqidin cavabında deyib.

Kamran Həsənli vurğulayıb ki, adları çəkilənlər o zaman kasıb uşaqlar idi:

"Biz onları tanıtdırdıq və zamanla hamısı məşhurlaşdı, indi hamısı varlanıb. Biz necə Röyadan pul ala bilərdik? Bu gün məşhur olan müğənnilərin hər biri mənim verilşlərimdə tanınıb. Bu gün də layihələrim var, amma bununla belə onların heç biri televiziyalarda qəbul edilmir. Azərbaycan istedadlılarla doludur. Nə qədər layihələr var, amma heç biri uğurlu alınmır".

Kamran Həsənli ona qarşı xüsusi cəbhə açıldığını qeyd edib:

"Efirlər məni yaxın buraxmır. Mənim onlarla problem yoxdur, amma görünən odur ki, onların mənimlə problemləri var. Mən efirə qayıtsam həmin andan layihələrim seviləcək, baxılacaq, televiziya tamam dəyişəcək. Bazarlar bağlanacaq, yenə də istedadlıları tapıb üzə çıxaracayıq".

Qeyd edək ki, Kamran Həsənli bəzi vaeriliş aparıcıları rüşvət almaqda ittiham edib. O, "necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği var, guya digərindən daha səviyyəli olan veriliş daha çox pul tələb edir. Çünki yaxşı hesab olunan verilişlərin aparıcılarının saxlayanı var və kiçik məbləğə razılaşmır", deyib.

Sərxan Kərəmoğlu isə Kamran Həsənlinin bu fikirlərinə etiraz edərək, sərt reaksiya verib:

"Sizin gördüyünüz işlərin davamçılarıdırlar, niyə təəccüblənirsiniz? "Space" telekanalında efirə çıxardıqlarınız pulsuz idi? Ödəniş etmirdilər? "Sizin saat" və "Musiqili meydan" verilişlərinə hamı pulsuz çıxırdı? Ya mənim verilişimə pulsuz çıxırdılar? Televiziya sahəsində siz çox yararlı işlər görmüsünüz və vicdanı olan bunları dana bilməz. Amma siz elə həddə gətirmisiniz ki, gənc nəsil artıq sizə "Sən kimsən?", deyə müraciət edir".
 
Ardını oxu...
“Emilin vəfatından sonra yatmıram”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov verilişlərin birində qonaq olarkən deyib.

O, müğənni Aydın Saninin ifası zamanı mərhum müğənni oğlu Emil Rəhmanoğlunu xatırlayıb:

“Bundan əvvəl iki dəfə bu verilişə qonaq gəlmişəm və hər ikisində Emillə bağlı danışmışam. Mahnını dinləyərkən o yadıma düşdü”.
Aktyor, aparıcı Mətanət Əlverdiyevanın ”Emili heç yuxuda görmüsünüz?” sualına isə belə cavab verib:

“Emilin vəfatından sonra heç yuxum olmur, yatmıram. 5-10 dəqiqə mürgüləyirəm, amma sonra yata bilmirəm. Onu yuxumda görsəydim, deyərdim ki, gəl yanıma”.

Qeyd edək ki, Emil Rəhmanoğlu ötən il sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.
 
Ardını oxu...
Son günlər əməlli-başlı “tiktoker ovu” gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası alan tiktokerlər var. Bəs onlar konkret nə ediblər? Suala cavab tapmaq üçün AzVision.az-ın əməkdaşları yerli tiktokerlərin pis qoxulu profillərinə baxmaq əzabına qatlanmalı olub...

Saxlanılma xəbəri yenicə çıxan 1994-cü il təvəllüdlü, ”Semka” ləqəbi ilə tanınan Samir Ramazanovdan başlayaq. O, qeyri-etik paylaşımlarına görə 30 sutka inzibati qaydada həbs edilib. “Semka” tez-tez bir sıra xanım və oğlan tiktokerlərlə birgə canlı açır, yarış keçirirdi. Tərəf-müqabili ilə ünsiyyət zamanı bir çox hallarda qeyri-etik sözlər işlədirdi. Profil paylaşımlarında isə parikdən istifadə edərək, daha çox qadın obrazları yaradır və onları təqlid edirdi.

1988-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hüsülü kənd sakini ”Adem.Mirzeyev” profili ilə tanınan tiktoker Sadiq Mirzəyev bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, yenidən məsuliyyətə cəlb edilib və müvafiq qərarla inzibati qaydada 30 sutka həbs edilib. O, “Tik-Tok” sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxır.

Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmırdı.

“Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, ”Roşka” ləqəbli Rövşən Süleymanov da saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30, R.Süleymanov isə 20 sutka inzibati qaydada həbs edilib. Onlar sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləməkdə günahlandırılırlar.

Tiktoker Ləman Vəliyeva da bir neçə dəfə saxlanılıb. Saxlanılmaya səbəb canlı yayımlar zamanı milli adət-ənənəyə, etik normalara uyğun olmayan davranış qaydalarıdır. Onun səs-küylü paylaşımlarından biri də himnin sözlərini təhrif edərək başqa şəxsə qarşı alçaldıcı ifadələr işlətməsi olmuşdu. Ümumiyyətlə, bu qadın tiktoker canlı yayımlarında tez-tez söyüşlər işlətməsi ilə xatırlanır. Bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu “Tik-Tok” istifadəçilərinin canlı yayımda işlətdiyi qeyri-etik ifadələrə görə DİN-ə şikayət ünvanlamışdı.

Şikayət edilənlər arasında tiktoker Əmrahın da adı var idi. O, Gürcüstandan Azərbaycana qayıdarkən Hava Limanında saxlanılmışdı. O, daha əvvəl canlı yayımda işlətdiyi söyüşlərə görə həbs edilib.

“Daqqılı” ləqəbli bloqer Ziliş Cəfərov narkotika istifadəsinə görə 15 sutka həbs olunmuşdu. Bakının Qaradağ rayonunda yaşayan 31 yaşlı Z.Cəfərov ifadəsində narkotik maddəni 10 manata aldığını deyib: “1 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişəm. Narkotik vasitəni Hövsan qəsəbəsində tanımadığım şəxsdən 10 manata almışdım. İstifadəsində şübhəli bilindiyimdən, müayinə üçün narkoloji dispanserə aparıldım və psixotrop maddələrdən istifadə etməyim aşkarlandı. Əməlimdən peşmanam və bir daha belə hala yol verməyəcəyimə söz verirəm”.
“Tik-Tok”da ”Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov hələ ötən il 15 sutka həbs cəzası almışdı. Onun saxlanılmasına canlı yayım zamanı Qarabağ qazilərini sərt tənqid etməsi və daha sonra onlarla Çingiz Xan restoranı yaxınlığında mübahisə etməsi səbəb olmuşdu.

Bəs əslində normal tiktoker necə olmalıdır? “Tik-Tok” platforması Azərbaycanda özünü doğruldurmu?

Suallara “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri ekspert Elvin Abbasovla aydınlıq gətirməyə çalışmışıq.

Ekspert bildirib ki, “Tik-Tok” Azərbaycanda faydalı məlumat emal edən platformaya çevrilə bilmədi, yalnız mənfi, faydasız və qeyri-etik məlumatlarla bəzi insanları məşhurlaşdırdı. Halbuki başqa ölkələrdə - məsələn, Yaponiyada, Çində bu platformada faydalı məlumatlar olur. Elm insanları ondan istifadə edir, fikirlərini yayırlar. Azərbaycanda isə “Tik-Tok”un alqoritmi heç bir intellekti və etikası olmayan insanların məkanına çevrildi. Ona görə də, bu platforma ölkəmizdə birmənalı qarşılanmır, özünü sübut edə bilmir. Bu şəbəkənin bizdə nüfuzu, reputasiyası yüksək deyil. Cəmiyyətdə ən çox tənqid olunan, qınanılan sosial şəbəkələrdən biridir.

“Orada məşhurlaşan insanlara nəzər yetirin, 70%i qeyri-etik çıxış və geyimlərlə, dəyərləri alçaldaraq, öz övladlarından sui-istifadə edərək tanınıblar. Orada cəmiyyəti poza biləcək, dəyərlərə təsir edən, insanlarda səhv fikir formalaşdıran dezinformasiyalar var. Ona görə də müharibə dövründə ilk bağlanan şəbəkə “Tik-Tok” olmuşdu. Dövlət əsas təhlükəni burada görmüşdü. Şəxsən mən “Tik-Tok”da yoxam. Orada olmağı da qəbul etmirəm. Hərçənd, orada faydalı məlumatlar paylaşan insanlar az da olsa, var”, - ekspert deyib.

Sosial bloqer, tiktoker Vüsal Yusifli də mövzu ilə əlaqədar fikirlərini bölüşüb:

“Tiktoker necə olmalıdır” deyə bir anlayış yoxdur. Kiminsə zövqünə uyğun tiktoker olmaq borcumuz da yoxdur. Kim özünü necə görürsə, sosial şəbəkədən də elə ifadə edir. Azərbaycandakı “Tik-Tok” bizim cəmiyyətimizin güzgüsüdür. Kimin intellektual səviyyəsi nə qədərdirsə, səhifəsini də elə idarə edir. Əfsuslar olsun ki, bizdə intellektual səviyyəsi aşağı olanların canlı yayımlarına daha çox tələbat var. Çünki onların hamısı şou xarakterlidir. Bizim cəmiyyət isə şouya düşkündür. Mənim kimi elmi bilgilər paylaşan tiktokerlərin canlı yayımlarında 300-400 nəfər olur, amma bayağı şou edənlərin 4-5-10 min izləyicisi var və minlərlə hədiyyə göndərirlər. Tiktokerlərin həbsinə gəlincə isə keçmiş hüquqşünas olaraq deyə bilərəm ki, cinayət məcəlləsində və ya inzibati xətalar məcəlləsində əxlaq normaları ilə bağlı konkret maddələr yoxdur. Tiktokerlərin əksəriyyətinin qeyri-etik ifadələrə, əxlaqsız və təhqiramiz davranışlara görə həbs olunduğu xəbərlərini oxuyuruq. Bu cür hallara görə cinayət məcəlləsi dəyişməli və yenilənməlidir. Çünki bizim məcəlləmiz 90-cı illər üçün nəzərdə tutulub. “Əxlaq” anlayışı subyektivdir. Kimin üçünsə əxlaqlı sayılan bir şey başqası tərəfindən əxlaqsızlıq kimi qəbul oluna bilər. Əgər biz bir qrup şəxsin əxlaq normalarına uyğun hərəkət edəcəyiksə, bu da düzgün deyil”.

Bloqer deyir ki, tiktokerlərin həbsinin tərəfdarı deyil:

“Onlarla söhbətlər aparılsa, daha yaxşı olar. Məsələ həbsə qədər gəlib çatıbsa, yəqin ki, başqa işlər də var. Bu insanları “Tik-Tok”da izləməməliyik. Şəxsən mən Azərbaycanda nə qədər canlı yayımçı varsa, hamısını bloklamışam. Bu cür insanlarla kefimi pozmaq istəmirəm. Yalandan qalmaqal yardırlar ki, insanlar baxsın. “Tik-Tok” azadlıq verir, insan isə azadlıqdan düzgün ifadə edə bilməyən canlı olduğuna görə, bu cür problemlər yaranır”.
 
Ardını oxu...
Tanınmış rejissor, aktyor Ramin Hacıyevin rəhbərlik etdiyi “Reji” MMC (VÖEN -3103470821) Xəzər TV-yə qarşı məhkəmə iddiası qaldırıb.
Dia-az.info xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.
Məhkəmə iddiasının müqavilədən gələn öhdəliklərlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “Reji” MMC 08 iyul 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Masazır, İstiqaliyyət, ev 58, m. 24-də yerləşir.

Dia-az.info xatırladır ki, bir müddət əvvəl yerli KİV-ə açıqlama verən rejissor Ramin Hacıyev Xəzər Media Mərkəzinin rəhbəri Murad Dadaşovdan incik olduğunu açıqlayıb.

O, əvvəlcə Xalq artisti ilə serial üçün müqavilə bağladığını, buna görə evini satdığını qeyd edib. R. Hacıyev iddia edib ki, buna baxmayaraq Dadaşov layihəni qəbul etməyib:

“2020-ci ildə Xəzər TV ilə yollarını ayırdım. Yeni rəhbərlik Murad Dadaşov söylədi ki, işlərini bəyənirəm. İki müqavilə bağlamışdıq. Biri dram, ikincisi komediya serialı idi. Komediya serialını bir bölüm çəkdim. Çox bəyəndilər. Amma tizerdə olan aktyorları dəyişdirdilər. 10 nəfər aktyordan üçü qaldı. Bir seriyanı göstərdim, əlavələr etdim. Üstəgəl 10 bölüm çəkdim.

Daha sonra Murad Dadaşov dedi ki, serialı götürmürəm, pulum yoxdu, aktyorlar zəif oynayıb. Halbuki onun dediyi aktyorları əlavə etmişdik. Hər şeyi bəhanə gətirdi. 32 bölüm sifariş vermişdi. Hər bölüm üçün 1500 manat təklif etdi. Mən evimi satıb o layihəyə qoydum. Canla, başla işlədim. Amma çox qırıldım. 50 min manat pulu itirdim, işimdən ayrıldım, səhhətim pisləşdi. Çəkdiyim bayağı bir iş deyildi. Bir il işləyə bilmədim. O müddətdə dostlarım yardım etdi”.
 
Ardını oxu...
Müğənni Mənzurə Musayeva "Tarixin bir günü" verilişində aparıcı Mətanət Əliverdiyeva ilə aralarında yaşanan qalmaqaldan danışıb.

Milli.Az xəbər verir ki, o, efir zamanı qarşılaşdığı hadisəyə bir daha aydınlıq gətirib. Həmin görüntülərin montaj edilərək təhrif edildiyini iddia edən sənətçi aparıcıya söz də atıb.

Mənzurə "O, yaxşı "şpaqat" aça bilər, sənətimə qiymət verə bilməz" deyə, sərt mesaj göndərib.

 
Ardını oxu...
Amerikada həmcinsi ilə evlənən azərbaycanlı aparıcı Natiq Atakişiyev (Nailəoğlu) ona ünvanlanan qınaqlara cavab verib.

TEREF həmin paylaşımı təqdim edir:

“Ötən gün yayılan xəbərlərdən sonra təhqir etdiniz, ölümlə təhdid edənləriniz oldu. “Çıx yalandır de” yazan, məsləhət verənlər də var idi. Səbəb? Niyə belə bir açıqlama edim? Mən yaşadığım heç bir hiss üçün utanmıram! Bu mənəm və yaşadığım da mənim həyatımdır. Dostlarımla, məni izləyən insanlarla həyatımın xoş anını paylaşdım. (Qeyd – səhifəm “private”dir ) Sizin istədiyiniz kimi həyat yaşamadığım üçün utanmalıyam? Yaxud da özümü günahkar hiss etməliyəm? Əlbəttə, yox! Mən istədiyim həyatı yaşayıram və bu, hər zaman da belə oldu. Nə edək? Hisslərimizi ört-basdır edib, bu xalqın mentaliteti var, mədəniyyəti fərqlidir deyə, ikili, bəzən də üçlü “şəxsiyyət”i oynayaq? yaşayaq? “Ətraf nə deyər?”, “tezbazar bir qızla evlən” qoy desinlər kişidir məntiqilə yaşayaq? Bu məntiqlə neçə nəfəri bədbəxt etmisiniz? Etməkdə də davam edirsiniz… Yaşamaq istədiyiniz, lakin yaşaya bilmədiyiniz heç nə üçün insanları ittiham etməyin. Aynanın qarşısına keçin, özünüzə “mən nə istəyirəm” sualını verin. Uzaqlaşın qohum-əqrəba, qonum-qonşu, mentalitet təfəkküründən. Ətraf danışacaq, deyinəcək və bir zaman sonra susacaq! Amma keçən Sizin həyatınız olacaq. Siz itirəcəksiniz. Zaman-zaman hisslərinizi, sonra da özünüzü. Bir zaman gələcək, nə istədiyinizi belə anlamayacaqsınız. İnsanlığınızı, mənliyinizi itirmədən yaşayın! Mən xoşbəxtəm! Ömrümün sonuna qədər də azadlığımı, öz fikrimi bütün olan və olacaqlardan daha üstün tutacağam!

Hörmətlə, Natiq!”
Ardını oxu...
Qeyd edək ki, Natiq Atakişiyev (Nailəoğlu) telejurnalist Endryu Kordner adlı bəylə nikaha girib. Natiq fevralın 15-də evlənsə də, məlumatı 3 gün öncə öz sosial şəbəkə hesabında paylaşıb.

Natiq Atakişiyev uzun müddət Azərbaycanda televiziyada çalışıb. Bir müddət öncə ABŞ-yə müxbir kimi ezam olunub. Hazırda xarici media qurumunda Amerika müxbiri kimi fəaliyyət göstərir.

musavat.com
 
 
 
Ardını oxu...
Türkiyənin tanınmış müğənnisi Tuğba Ekinçi görüntüləri ilə gündəmi zəbt edib.
TEREF shownews.az-a istinadən xəbər verir ki, səhnə aldığı gecə klubunda o striptiz şou göstərib.
Müğənnini sosial şəbəkədə top atəşinə tutublar. Əksəriyyət onun efirə çıxıb insanlara əxlaq dərsi verdiyini xatırladıb.
Müğənni ötən həftə "Elgizlə izlə" verilişinə zəng edərək, gəncəli olduğunu açıqlayıb. O, atasının, babasının gəncədən olduğunu bildirib.

 
 

 


Dünyapress TV

Xəbər lenti