Ardını oxu...
Türkiyəli müğənni Tuğba Ekinci əslən azərbaycanlıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə sənətçi "Elgizlə izlə” verilişində telefon bağlantısı zamanı bldirib:

"Mənim gəncəli olduğumu bilirsiniz? Mənim ata-babalarım Gəncədəndir. Mən Bakıya tez-tez gəlirəm. Dostlarımı görməyə gəlirəm, heç kimin xəbəri olmur. Röya Ayxanı çox sevirəm. Onunla tez-tez mesajlaşıram".

Müğənni Elgizin "Azərbaycanlı biznesmenlə eşq yaşayırsınız xəbəri doğrudur" sualına belə cavab verib:

"Kaş ki, olsa... Bir Azərbaycan oğlu ola bilər. Çünki mən də azərbaycanlıyam. Yaxşı yola gedərdik".
Ardını oxu...
Müğənni Roza Zərgərli sosial şəbəkə hesabında canlı yayım açaraq ombasını müzakirə edənlərə səslənib.

TEREF lent.az-a istinadən bildirir ki, o bir də ombası barədə yazacaq adamlar barəsində təhqiramiz ifadə işlədib.

"Bizim incəsənətimiz o gündədir ki, müğənninin səsi, yaradıcılığı qalıb kənarda, ombası müzakirə olunur. Evinizdəki xanımların ombası mənimkindən böyükdür. Kim bir də mənim ombamdan yazacaqsa, o özü ombadır", - müğənni bildirib.
 

Ardını oxu...
Ramazan bayramında şou-biznesimizin küsülü məşhurları barışıb, bir araya gəlmək niyyətindədirlər?

Lent.az sosial şəbəkələrdə məşhurlarla bağlı apardığı kiçik araşdırmanın nəticəsinə əsasən bu suala cavab verir.

Flora Kərimova Afət Fərmanqızını bağışlamayacaq. O heç mərhum müğənni həmkarı İlhaməni də bağışlamamışdı.

Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Zamiq Hüseynovla əsla barışmayacağını bildirib. Nazim Pişyari ilə isə söhbət sual altındadır.

Müğənni Vəfa Şərifova küsülü olduğu həmkarı Zeynəb Həsənli ilə barışa biləcəyini desə də, digər həmkarı Şəbnəm Tovuzlu ilə barışmaq niyyətində deyil.

Müğənni Rəqsanənin qızı Aysun əsla bioloji atası ilə barışmayacağını bildirib.

Müğənni Təranə Qumral əsla həmkarı Nazənin və həyat yoldaşı Musa Musayevin ailəsi ilə barışmayacağını bildirib.

Müğnni Səidə Dadaşova anasından və xalalarından küsülüdür və ona belə daha rahat olduğunu söyləyib.

Müğənni Roza Zərgərli küsülü olduğu həmkarları Sevil-Sevinc bacılarını bağışlaya biləcəyini deyib.

Bəstəkar-müğənni Elza Seyidcahan Xalq artisti Nazpəri Dostəliyeva arasında da uzun illərdir küsülülük var. Elza Seyidcahan Allah xatirinə çox insanları bağışlaya biləcəyini deyib.

Meyxanaçı Vüqar Əbdülov küsülü olduğu Elza Seyidcahanla barışmayacağını açıqlayıb.

Şairə Nazilə Səfərli ilə rəqqasə Göyçək Fatimə arasında da küsülülük var. Amma onların arasındakı buzlar da əriyəcək kimi görünür.

Müğənni Samirə Yusifqızı keçmiş əri ilə əsla üz-üzə gəlmək istəmədiyini bildirib.

Müğənni Niyam Salami ilə həmkarı Aynur Dadaşova arasında da sülh gələn bayramlara qalacaq.

Amma bu il barışanlar və barışmış kimi olanlar da var.

Brilliant Dadaşova ilə Lalə Məmmədova barışıblar.

Şou biznesin küsənləri barışdıran missiyasını daşıyan Manaf Ağayev Aşıq Mübarizlə müğənni Pünhan Piriyevi barışdırıb.

Xalq artisti Röya özü Flora Kərimovaya zeytun budağı uzadaraq soyuq savaşa son qoyub.

Aygün Kazımova Moskvada konsert salonunda baş vermiş terror zamanı konserti təşkil olunmuş Röya üçün narahatlığını bildirib və Röya da ona efir vasitəsilə təşəkkür edib.
 
Ardını oxu...
Əməkdar artist Elnarə Abdullayevanın 2022-ci ildə ARB-də yayımlanan “Tam vaxtıdır” verilişində səsləndirdiyi məşhur fransız sənətçi Edit Piafın “La Vie En Rose” mahnısı sosial şəbəkələrdə yenidən gündəmə gətirilib. Tənqid atəşinə tuş gələn müğənniyə xalq mahnıları və muğam ifa etməyə davam etməsi tövsiyə olunub. Məsələni Fransa-Azərbaycan münasibətlərinə qədər aparanlar da olub...

E.Abdullayeva Pravda.az-a açıqlamasında haqqında səsləndirilənləri yumorla qarşılayıb: “Mən daha nə deyim, bəyənən bəyənib, bəyənməyən bəyənməyib. Musiqi siyasətə qoşulmamalıdır. Nahaq qoşurlar... Özü də mən o mahnını ara qarışandan bəri heç oxumamışam, təzə ifa deyil, çoxdan oxumuşam. Fransa Prezidentinin adını da unutdum, hə, onda “Makaron” oturub Bakıda çörək yeyirdi. Mən nə bilim?”

Əməkdar artist repertuarında yeni xarici mahnıların olub-olmayacağı barədə suala isə gülərək belə cavab verib: “Vallah, ola bilər. Özü də çox ola bilər. Mahnıdır də, oxu getsin...”

 
Ardını oxu...
Müğənnilər efirdə toy qiymətlərini açıqlayıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə ATV kanalında yayımlanan "El Canlı" verilişində məlumat verilib.

Aşıq Mübariz toya neçəyə getdiyini açıqlayıb.

 
Ardını oxu...
“Mən şou-biznes adamı deyiləm. Heç yerə çıxmıram, müsahibə də vermirəm. İlk dəfə “O üz” verilişi İlhamə xanımla bağlı məndən müsahibə almışdı. İlhamə xanım gözəl insan idi, mələk idi. Ondan danışanda göz yaşlarım sel olur. O mənim dostum idi. Mənə ana, bacı, rəfiqə olub. O mənə “bacı” deyirdi, mən ona “ana” deyirdim. Hələ o vaxt balaca qız idim. Televizorun qarşısında əyləşib onun mahnılarına qulaq asırdım. Səsi gələndə anama deyirdim ki, televizoru söndürmə. Onu uşaqlıqdan çox istəmişdim. Hissiyatım məni İlhamə xanımın yanına gətirdi. Tale elə gətirdi ki, biz doğmalaşdıq. 10 il olardı ki, onu tanıyırdım. Amma yanında 4 ay olmuşam. Zaqulbada tanış olmuşduq. Eks spiker Oqtay Əsədovun qaynanası Rəfiqə xanım xəstə idi. Mən ona baxırdım. İlhamə xanım da Zaqulbada qalırdı. Görürdü ki, mən Rəfiqə xanıma necə cani könüldən baxıram, qulluq edirəm. Bütün günü görüşüb söhbətləşirdik, dərdləşirdik. Bir pişiyi də var idi. Xəstə olanda dedi ki, “Fatyanı çağırın mənə baxsın. Mənə ondan yaxşı heç kim baxmaz”

Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti İlhamə Quliyevanın yaxını, köməkçisi Fatma Əliyeva deyib. O daha sonra əlavə edib.
“İlhamə xanım heç kimə inanmırdı, güvənmirdi. O mənə o qədər sözlər danışıb ki. Onun haqqında yalan danışan insanların istəyirəm gedib gözlərini çıxarıb qoyum yerə. Öz doğmalarına demədiklərini mənə danışırdı. Hələ bir dəfə üstümə hirslənməyib, qışqırmayıb. Sonuncu dəfə Tolikin ad günündə olduq. 2-3 dənə mahnı da oxudu. Onu oxşayırdım, əzizləyirdim. Nə geyinirdisə deyirdim ki, görün nə gözəl yaraşır sizə. Mən ona təmənnasız baxmışam, evinə dost kimi getmişəm. Mənə çox hörmət edib. Ömür boyu itirmərəm onun etdiyi yaxşılıqları” deyə Fatma xanım bildirib.
Fatimə Əliyeva onu da əlavə edib ki, İlhamə xanım var-dövlətindən ona da miras qoyacağını bildirib.
“Deyirdi ki, Fatya, mən dünyadan gedəcəm, o ev-eşiyi keçirəcəm sənin adına. O 2-cü gün rəhmətə getdi. Bank işçisi ilə də danışdı, dedi ki, Fatyanın sənədləşməsini edin, o mənə yiyə durub. Mən də deyirdim ki, var-dövlətini oğluna ver, Əli Mirəliyevə ver, onun qızı Samirəyə, dayın oğluna ver. Deyirdi ki, yox! 5-ci gün getməli idik notariusa. 2-ci gün dünyasını dəyişdi. Mən neynirəm var-dövləti?! Ona görə ağlamıram ki... Ondan mənə Allahın bir yaylığı da qalmadı. O evdən ağlaya-ağlaya çıxdım. Səhərə qədər cənazənin yanında dil töküb ağlamışam. Buna bütün televiziyalar, sənəd yoldaşları da şahiddir” deyə o bildirib.

Fatma Əliyeva İlhamə Quliyevanın son saatlarını belə xatırlayıb.
“Televizoru izləyirdi, bir də gördü ki, Röya Ayxanı göstərirlər. Röya xanım müsahibə verib deyirdi ki, “İlhamə xanım son günlər yaman qalmaqallıdır”. İlhamə xanım hirsləndi. Dedi ki, “buna ad verdirmişəm, kömək etmişəm, danışığına bax”. Həmin gecə evə bir jurnalist zəng etdi. Vallah bilmədim kimdir?! Anonim zənglər gəlirdi. Telefonun dəstəyini əlindən aldım, həmin xanıma dedim ki, bəsdirin də, bunu öldürmək istəyirsiz?”. Gördüm ki, İlhamə xanımın əlləri, ayaqları əsir. Yalan-yalan sözlərlə şantaj edirdilər. Deyirdilər ki, İhamə xanım döşəyin altına diktofon qoyublar, sənin səsin yazılacaq. Qadın stress yaşadı. Gecəni birtəhər keçirdik. Səhər saat 10-a qalırdı. Gördüm ki, məni çağırır. Ondan qabaq gəlib dərmanlarını vermişdim. Aşağıda aptekə düşüb bir dərman aldım. Vəziyyəti yaxşı deyildi. Neftçilər xəstəxanasının baş həkimi Leyla Seyidbəyovaya zəng edib dedim ki, İlhamə xanım yaxşı deyil. Təcili Tibbi Yardım maşını göndərdilər. Əli Mirəliyevin qızı Samirəyə yığdım ki, tez gəlin. Onlar da gəldilər. Təcili yardım gələnə qədər İlhamə xanım mənim qollarımda dünyasını dəyişdi (ağlayır). 14-cü mərtəbədə elə qışqırdım ki... Son sözü bu oldu ki, “Fatya ölürəm, mənim üçün elə bir adam çağır ki, gəlib məni sağaltsın” deyə o bildirib.

Fatma Əliyeva deyir ki, bu gün onu yuxularında görür.
“İlhamə xanım yuxularıma mələk görkəmində gəlir. Deyir ki, burada ev almışam. Onun yeri cənnətdir. Evinə adam gəlirdi, yemək yeməmiş onu yola salmazdı. Yanına gələnlərə bahalı hədiyyələr də verirdi. Qardaşımın, anamın məzarına ziyarətə gedəndə mütləq İlhamə xanımın da məzarına baş çəkirəm. Bacısı Gülbahar xanım da tez-tez məzar üstünə gəlir. İlhamə xanımın qoxusunu o xanımdan alıram. Bunu özü də bilir. Onunla danışanda elə bilirəm ki, İlhamə xanım sağdır. Kaş insanlar İlhamə xanımı efirdən yox, həyatdan tanıyardılar” deyə qadın bildirib.
Fatimə xanım İlhamə Quliyevanın müğənnilər haqqında ona dediklərini də bizimlə bölüşüb.
“O əvvəldən hamını sevib. Vaxtilə xalq artisti Flora xanım Kərimova ilə də münasibətləri yaxşı olub. Aralarında söz-söhbət olub səngimişdi. Elza Seyidcahanı da çox istəyirdi. Amma elə şeylər baş vermişdi ki, onun qəlbinə dəyib, yaralayırdılar. Ürəyi kövrək idi. Hələ bir dəfə də deməyib ki, filankəs pisdir. Elə hey deyirdi ki, Elza da mənə yaxşı qız olub. “Ağ çiçəyim” mahnısını necə həvəslə oxuduğunu danışırdı. Elə bil ki, hiss edirdi.. Deyirdi ki, dünyadan köçüb gedəcəyik, özümüzlə nə aparacağıq?! Bir dəfə dedi ki, “Fatya, Orxanı götürüb uşaqlıqdan saxlamışam, ona yazığım gəlir. Ona bir maşın alıb verəcəyəm. Uşaqdır, gözü orda-burda qalır”. Heç o vaxtdan Orxanla əlaqəm yoxdur. O vaxt da Orxanla İlhamə xanımın xatirinə danışırdım” deyə Fatimə Əliyeva bildirib.
 
Ardını oxu...
Məşhur müğənni Sezen Aksunun səhnəyə çıxmamasının səbəbi açıqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə onun yaxın rəfiqəsi Emel Müftüoğlu açıqlama yayıb.

O bildirib ki, Sezen səhnəyə hər çıxışında həyəcanlanıb stress keçirirmiş:

"Hər dəfə səhnəyə çıxanda çox həyəcanlanırdı və stress keçirirdi. Səhnəni buraxmasaydı, onun səhhətinə pis təsir edəcəkdi. Sezen empatiya duyğusu yüksək olan xanımdır. Bu o dərəcədədir ki, bir dəfə film izləyəndə ağladı və halı pisləşdi. Onu təcili yardımla xəstəxanaya apardıq".
 
Ardını oxu...
Bakının Səbail rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, KIA markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.

Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Fərid qızı Əliyeva və Ləman Nəcəf qızı Ələkbərova ağır bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova “TikTok” sosial şəbəkəsində məşhurlaşıblar.
 
Ardını oxu...
Rusiyalı aktrisa Lyubov Tolkalina tamamilə çılpaq şəkildə poz verib.
32gun.az bildirir ki, məşhur aktrisa güzgü qarşısında, yerdə oturaraq poz verib və sosial şəbəkədə foto paylaşıb.

"Səhər" deyə sənətçi yazıb.

Məşhurun ​​dediyinə görə, qadınlar tez-tez onu açıq-saçıq kadrlarına görə tənqid edərək , təhqirlərə keçiblər. Aktrisa vaxtaşırı onlarla mübahisəyə girərək, səhifəsində heç kimi saxlamadığını və heç kimi meyitə baxmağa məcbur etmədiyini qeyd edib.

Tolkalina sosial şəbəkələrdə onun yaxşı fiziki formada qalmasının vacib olduğunu, buna görə də yoqa ilə məşğul olduğunu və çox üzdüyünü bildirib. Aktrisa qaçmağı və sevimli musiqisi sədaları altında rəqs etməyi də çox sevir. Məşhurun ​​sözlərinə görə, özünü enerjili hiss etməsi üçün 15 dəqiqə istənilən fiziki fəaliyyət kifayətdir. Tolkalina qeyd edib ki, o, konkret pəhrizə əməl etmir, ancaq aclıq hiss etdikdə yemək yeyir və çox yeməməyə çalışır. Bu cür qaydalar ona əlavə funtlar haqqında düşünməməyə kömək edir.
Ardını oxu...
 
Ardını oxu...
Xalq artisti Brilliant Dadaşova maraqlı rəqsi ilə gündəm olub.

Milli.Az xəbər verir ki, sənətçinin məclislərin birində məşhur mahnıya verdiyi reaksiya diqqət çəkib. Rəqs performansını nümayiş etdirən müğənni ortalığı "toz-duman" edib.

Sözügedən görüntülər sosial şəbəkələrdə də gündəm olub.

 

Dünyapress TV

Xəbər lenti