Ardını oxu...
Öncə ondan başlayaq ki, özümüz də digər minlərlə alıcı kimi “Veysəloğlu”nun marketlərinin alıcısıyıq.
Bu şirkətin marketlərində bağlı ərzaq məhsullarını, mineral suların butulkalarını toz basır. Dəfələrlər demişik ki, bu məhsulların barı tozunu alın, axı bu antisanitariyadır. Nə desələr yaxşıdır ? İşçilərimiz çatışmır.
Bəli, “Veysəloğlu” şirkəti norma üzrə 2-3 nəfərin yerinə 1 nəfəri işlədir. Özü də necə işlədir ?
Deməli, işçilərin həftəlik iş saatı 72 saatdır. Bu gündə 10 saatdan çox eləyir.
Ey Veysəlin oğlu, başa düşmürsən ki, dünyada 8 saatdan artıq iş günü 100 il əvvəl ləğv olunub. İndi isə müasir, sivil dünya 5, hətta 4 günlük iş həftəsinə keçməyə, gündəlik 5-6 saat iş normasına hazırlaşır.
Sən fil qulağında yatmısan, ay Veysəloğlu.
Həm də vətəndaşları bu şərtlər altında işlətmək bir başa cinayətdir. Heç orta əsrlərdə qulları belə işlətməyiblər.
Digər tərəfdən işçilərin bir qismi ilə əmək müqaviləsi bağlanmır, bağlananda isə, qara mühasibatlığa üstünlük verilir. Əmək haqları kağız üzərində bir cür, realda isə başqa cür olur. Deməli, “Veysəloğlu”da vergidən yayınma adi hal sayılır. Bəs Vergilər Xidməti hara baxır ?
Demək olar ki, “Veysəloğlu” şirkətinin bütün marketlərində, “Araz”da, “Oba”da, “Favorit”də, “Spar”da eyni mənzərənin şahidi oluruq.
Görəsən, bu qədər nöqsanların, maxinasiyaların olduğu şirkətdə Veysəlin oğluna niyə söz deyən tapılmır. Kimdir, bu Veysəloğlu ?
Məlumat üçün qeyd edək ki, 1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu bu gün ölkədə 100-dən artıq fabrikə, mağazalar şəbəkəsinə, hətta “Ulduz” şokolad fabrikinə və digər obyektlərə sahibdir. Amma təəssüf ki, bu boyda şirkətin xidməti və məhsulları nəinki müasir tələblərə, heç orta səviyyəyə də uyğun deyil.
Şirkətin istehsal etdiyi şokoladların içindən nələr çıxmır?
Şirkətə məxsus Araz, Oba və digər şəbəkələrində malların vitrində, yəni üstündə bir qiymət, kassada başqa qiymət olur. Yəni müştərilər açıq-aşkar aldadılır.
Sizin marketlərdə balıq məhsullarının son istifadə müddəti ilə bağlı məlumat yoxdur. Bu çox təhlükəli məsələdir.
Görəsən, ölkənin ərzaq sektorunda ciddi paya malik olan bu şirkətin sahibi Aydın Talıbov kimdir, nəçidir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Vergi Xidməti orqanları “Veysəloğlu”ya qanunların sərt üzünü göstərə bilmir ?
Bəlkə, “Veysəloğlu”nun marketlərində ABŞ dollarının xırdalanmasından bəhs edək.
Axı, Veysəloğlu şirkəti “obmen valyuta” deyil, bank deyil. Digər tərəfdən ölkənin milli valyutası sizin üçün yetərli deyil ?
Cənab Prezident dəfələrlə monopolist şirkətlərə qarşı, süni qiymət artımına qarşı öz sözünü deyib. Amma Veysəloğlu deyəsən eşitmək istəmir.
Atalar deyib ki, sözünü o kəslərə de ki, səni eşitmək istəmir. Biz də sözümüzü Veysəloğluna deyirik.
Qulağındakı pambığı çıxart, Veysəloğlu. Qapı döyülür…
P.S. Veysəloğlu şirkətinin maliyyə müdiri Nüsrət müəllimin dəyəri 100 milyonlarla ölçülən obyektlərindən və 20 min manat olan aylıq məvacibindən növbəti yazıda geniş bəhs edəcəyik.

anaxeber.info
Ardını oxu...
Zakir Fərəcovun olan-qalan imicinə daha bir ağır zərbə
Bir aydan çoxdur başlayan bu çəkişmə “qəhrəmanları” da, sahibkarlarla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçı Zakir Fərəcov arasında çoxdandır davam edən səs-küylü milyonlarla borc qalmaqalında adları daha çox hallanan, son vaxtlar isə, səksədə olduqları deyilən
icra başçısının sabiq müavini, Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutan Gündüz Əliyev və Memarlıq və Tikinti şöbəsinin müdiri — Baş memar Adil Xudadatovdur. Əsas səbəb də odur ki, barəsindəki müxtəlif iddia və ittihamlarla həbsə göndəriləndən əvvəl Gündüz Əliyev Zakir Fərəcovun baş trolu kimi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, şirkət və firmalardan başçıya çatacaq “aylıq paketləri” toplayıb. Bir sözlə, başçının “qara işlərini” görməkdə adı daha çox keçib. Onun həbsindən sonra isə, hər şey əlindən çıxıb. İndi isə, “sükan Adil Xudadatovun əlindədir”. Aranı qarışdıran kimdir, bilirsiniz?! Başçının digər bir pul gətirəni kimi ad çıxaran, Sumqayıtın “tender kralı” kimi tanınan Hümbət Məmmədxanov.

Barəsində çox yazdığımız Gündüz Əliyev haqqında eyni mövzulu yazını bu yaxınlarda araz.az-da oxuya biləcəksiniz. Bu yazımızda isə, başlanan bu çəkişmənin əsas səbəbkarı olan Adil Xudadatov barəsində yazmağa qərar verdik. Uzun müddətdir adı ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcovun “sağ əli” kimi tanınan, hətta qısa müddət ərzində onun müavini olan və tez də, bu postunu itirən Adil Xudadatov karyera yüksəlişi həvəsində olub həmişə. O, bilmir ki, insanın şanı-şərəfi olan ləyaqət ona ictimaiyyət içində xətir-hörmət qazandırır. Amma adıçəkilən bu məmur heç bir insani keyfiyyətləri nəzərə almır, hətta Sumqayıtın icra başçısı olmağa hazırlaşdığı vaxtlar insanlara qarşı daha amansız olub. Onda bu pul hərisi özünə yaxın yuxarı dairələrin şirin vədlərinə uyaraq, istədiyini etməkdən çəkinməyib. Zakir Fərəcovun yerinə təyin olunması üçün, onun siyasi rəhbərliyə təqdimatı gedərkən, dosyesi təmiz çıxmadığı üçün, arzusu gözündə qalıb. İndi isə, Gündüz Əliyevin bu qara işlərini ələ keçirib. Elə, bu da, onun xətrinə dəyib. Axı, “qara pullar” yığarkən, o, nələr qazanmayıb?! Haram pullar onu qiymətsiz mal-mülk sahibi edib, sərvəti üstünə sərvətlər gətirib. Xeyirli bu işin əlindən çıxması isə, onu olduqca aqressivləşdirib.

Başlanan bu çəkişmə barədə etibarlı mənbələrimiz tərəfindən araz.az-a bu yaxınlarda ötürülən məlumat, jurnalist araşdırmalarımız zamanı da, öz təsdiqini tapdı. Məlum oldu ki, bu qalmaqalın arxasında duran Gündüz Əliyevin çoxdankı şəriki “tender kralıdır” və o, indi üzünü Adil Xudadatova tərəf çevirib. Əlimizdə olan dəlillər və faktlar isə, onu deyir ki, bu çəkişmədə baş verənlər təkcə başçıya “qazılan quyu” deyil, həm də onun olan-qalan imicinə ağır zərbədir.
Ardını oxu...
Adil Xudadatov “sükanı ələ keçirəndən” sonra, “paket pulları” da xeyli qaldırıb. Bu isə, hədsiz narazılıqlar yaranmasına səbəb olub. Nə olsun, o, buna da məhəl qoymur. Xəbərlərə görə, əl-ayağa düşərək, yalnız özü haqda kristal reputasiya yaratmağa çalışır. Bilmir ki, haqq qaldırmaq məsələsinə görə, bir vaxtlar Gündüz Əliyevin başı çox ağrıyıb. Onun bu hərəkətinə, hətta ölkənin bu üçüncü şəhərində “Qüdrətin Xəzəri” kimi ad çıxaran “Xəzər” Səhmdar Cəmiyyətinin rəhbərinin özü də, qəti şəkildə etirazlarını bildirib. Üstəlik, öz narazılıqlarını yuxarılara da çatdırıb. Lakin Gündüz Əliyevi bu dəfə də, “dəmir barmaqlıqlar” arxasından qurtaran Zakir Fərəcov oldu.

Deyilənlərə baxmayaraq, Adil Xudadatov öz bildiyini edir. Onun haqq qaldırması, artıq, şəhərdə əsasən qarışıq malların alqı-satqısını həyata keçirən tanınan iri ticarət mərkəzlərinin — «Karvan» İstehsalat kоmmersiya şirkətinin, «Sumqayıt Ticarət Mərkəzi» ASC-nin, «Qalatasaray», «Piоner», «Elmar», «Оlimp» ticarət mərkəzlərinin, “Araz”, “Rahat”, “Tam”, “Bravo”… kimi yaxşı tanınan iri mağazaların,
«Yeni həyat», «Qubadlı», «Хarı Bülbül», «Büllür», «Dörd qardaş», «Şirvan», «Şəhanə»,
«Ülvü», «Nurlan», «Simurq», «Dədə Qоrqud», «Green Hоuse»… şadlıq saraylarının, «Vilvan», «Kalyоn», «Ramiks»,
«Çənlibel», «Bayatı»… restoranları rəhbərlərinin də, hədsiz narazılıqlarına səbəb olub. Məlumata görə, Adil Xudadatov Sumqayıt infrastrukturuna daxil olan poçt və rabitə xidmətlərindən, banklardan, “Azərsığorta” Dövlət Sığorta Şirkətinin, MBASK, “Kasko”…
sığorta şirkətlərinin Sumqayıt şəhər filiallarından da haqq yığır.

Adlarını çəkdiyimiz və haqq verməyə “oturdulan” əksər qurumların “canları boğazlarına yığılan” rəhbərləri, hər şeydən bəzərək, son ümid yeri kimi, ölkənin Prezident Administrasiyasına üz tutublar. Adil Xudadatovun bu əməllərinə qarşı başçının birinci müavini Teymur Səmədovun, başçının müavini — Şəhər Təsərrüfatı şöbəsinin müdiri Fərid Ələkbərovun da, kəskin etiraz bildirdikləri deyilir.

Onu da qeyd edək ki, ölkə mətbuatında dərc olunan ciddi yazılarda da, Gündüz Əliyev kimi, Adil Xudadatovun da, sərvət və mal-dövlət hərisi olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, onun pula and içməsi belə təəccüb doğurmaz. Yəni korrupsiyaya bulaşmış bütün məmurlar kimi, necə deyərlər, “qibləsi maddiyyatdır”. Yazılanlara görə, Adil Xudadatovun pulunu ver, sənə bütün qapıları açacaq, qarşında “yaşıl işıq yandıracaq”. Məlumatlarda, hətta onun nisyə dəftəri belə olduğu iddia edilir. Belə ki, hər hansı işi aşırmaq istəyəndə pul çatmırsa, Baş memar bunu öz nisyə dəftərinə qeyd edir, problemi yoluna qoyur, sonra möhlət verir ki, ona çatacaq bu pulları gətirib çatdırsınlar. Belə bir xarakterə malik məmur olması, onu nəinki Zakir Fərəcovun, hətta Gündüz Əliyevin gözündə də “ucaldıb”. Ona etimadı yaransa da, bir çox işlərin sövdələşməsində əlaltısı olsa da, indi Gündüz Əliyev Adil Xudadatovu özünün ən qatı düşməni gözündə görür. Sumqayıtda danışılır ki, belə xarakterizə olunduğuna görə, bu məmur böyük obyektlər, mal-mülk, biznes səltənəti sahibidir. Hətta iddialar var ki, o, əvvəl yük maşını sürücüsü olub, ardınca Dağıstan universitetləri adından saxta diplomlar alaraq, özünə dövlət qulluğunda iş tapıb. Sumqayıtda bütün tikinti, abadlıq-quruculuq işləri ilə bağlı məsələlər həmişə onun əlində olub. Onun icazəsi olmadan, daha doğrusu pulunu almadan, şəhərdə daşı-daş üstə qoymaq mümkün olmayıb. O, bəzən Sumqayıt şəhərinin başçısı adından da sərəncamlar verib. Baş memar bu əməllərini daha çox İcra başçısı səhhəti ilə bağlı məzuniyyətdə olduğu vaxtlarda həyata keçirib.

Adil Xudadatovun bizə təqdim olunan mal-mülk siyahısı adamı dəhşətə gətirir. Bu siyahıda nələr yoxdur?! Paytaxt Bakının 28 May küçəsindəki “Neptun” marketin üstündə və AAFF Yaşayış Kompleksində yerləşən mənzillər, Sumqayıt şəhərindəki 21-ci məhəllədə villalar, şəhərin Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında tikilən 4 mərtəbəli bina, yenə eyni ünvandakı “Repaprik Pab”, 10-cu mikrorayondakı bir-neçə mağaza, 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…
Sumqayıtın kabusu kimi də özünü tanıdan bu məmur,
bu mülklərdə özünə şərik olaraq, eynən Gündüz Əliyev kimi, “tender kralı” Hümbət Məmmədxanovu seçib. Onların ölkənin digər şəhər və rayon mərkəzlərində də, milyonluq belə mülkləri var. Gündüz Əliyev kimi, əyri yolda məsləkdaşı olan “tender kralı”nın əliylə, öz yaxınlarının adlarına rəsmiləşdirdiyi şirkət və firmaların tender qalibi olmaları, onun bu qədər mülk sahibi olmasında başlıca rol oynayıb. Onların siyahıları da əlimizdədir və növbəti yazımız elə bu barədə olacaq. Maraqlananlar araz.az-ı izləməyi unutmasınlar.

Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.
 
 
 

Ardını oxu...
Son zamanlar ölkədə məşhurlaşan “Azərlotereya” ASC tərəfindən keçirilən “Poz, qazan” lotereyası ilə bağlı şikayətlər artıb. Şəhərin mərkəzi küçələrində, avtobus dayanacaqlarında, metro çıxışlarında satılan lotereyalara xüsusən kasıb təbəqədən olan vətəndaşların üz tutduğunun şahidi oluruq. Qalib gəlmək arzusu ilə günə 20 manat , hətta daha çox itirən insanlar olur.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, bu mövzuda hər iki tərəf özünün mənafeyi baxımından çıxış edir. Deputatın sözlərinə görə, bu məsələdə “Azərlotereya” ancaq özünün gəlirlərini düşünür:
“Heç kim istəməz ki, uduzsun. Buna görə də, lotereyaların buraxılması, uduşa getməsi müəyyən şəxsləri belə şirnikləşdirir. Ancaq bu riskli bir oyundur. Bütün uduşlar qumar və digər bu kimi oyunlar risk tələb edir. Əlbəttə ki, burada müəyyən çətinliklər, problemlər var. İnsanlar da bir çox hallarda istəyirlər ki, qazansınlar. Ancaq onların hamısı böyük məbləğ qazansaydı, heç “Azərlotereya” bu oyunu təsdiqləməzdi. Məntiqlə düşünsək, “Azərlotereya” özünün gəlirlərini düşünür, insanlar isə istəyir ki, qazansınlar".
Deputat hesab edir ki, insanlar belə oyunlara çox alüdə olmamalıdır.
"Şahidiyəm, elə insanlar var ki, maşınını satır, bəziləri evini satır və belə oyunlara aludəçilik nümayiş etdirirlər. Uzun müddət əllərinə gələn vəsaiti, hətta əmək haqlarını, qohum-əqrabadan borc alıb bu kimi oyunlara yatırırlar. Məsləhətim budur ki, ehtiyatlı olsunlar. Mən "Azərlotoreya"nı qınaya bilmərəm, ya da onun əleyhinə də bir söz demək fikrində deyiləm. Çünki bu uduşdur. İki pəhləvan döşək üzərinə çıxır və təbii ki, onun biri udmalıdır. İki boksçu rinqə girir, onun biri udmalıdır. Futbol oyunu gedir, orada kimsə qalib gəlməlidir. Bu da uduşdur, hər kəs özünün tərəfini ortaya qoyub".
Mehriban Mirzəzadə

 
Ardını oxu...
Neptun Marketə dəhşətli mənzərə -[/center]Gundeminfo.az xəbər verir ki, Qida Təhlükəsizliyi Hərəkatı sosial şəbəkə hesabında video paylaşıb.

Videoda vətəndaş Neptun Marketdən aldığı sosiskalardan işçilərinin zəhərləndiyini iddia edir. Bildirir ki. məhsulların saxlanma şəraiti standartlara uyğun deyil. Vaxtı keçmiş, istifadəyə yararsız məhsullar satılır.

Gundeminfo.az xəbər verir kii, video və fotolarda qeyd edilən sosika "Tombik" adlanır. Dünən aprelin 30-da "Sahil" Traeading filalında satılan sosislərlə bağlı vətəndaş iddia edir ki, içiləri zəhərlənib və bununla bağlı Qida Təhlükəszilyi Agentliyinə də müraciət edib.

Hələlik faktla bağlı AQTA rəsmi açıqlama verməyib.

Gundeminfo.az olaraq bütün tərəfləri dinləməyə hazırıq.

Vətəndaşın şikayəəti əks edilən video və foto görüntüləri təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Havalar isindikcə insanlar təmiz hava ilə qidalanmaq üçün övladlarını da götürüb parklara üz tutur. Lakin parklarda onları təmiz hava deyil, səyyar kababxalanar və onların tüstüsü, zəhəri qarşılayır.

"Azərbaycan Reallığı" xatırladır ki, əslində bu barədə ölkə mediası dəfələrlə məlumat verib, telekanallar müxtəlif sujetlər hazırlyıb, amma nəticə yoxdur.. Onlar hələ də fəaliyyət göstərir və sayları çoxalmaqdadır.
Bu günlərdə ATV kanalında gedən videomaterialda Milli Elmlər Akademiyasının parkında fəaliyyət göstərən səyyar kababxanalarla bağlı məlumat verilmişdi. Parklara təmiz hava qəbul etməyə, dincəlməyə gələn insanlar məlum mənzərədən, ətrafı bürüyən tüstüdən narahat olur. Bu isə onların haqlı narazılığına gətirib çıxarır.

Elə isə ortaya maraqlı suallar çıxır. Parklarda fəaliyyət göstərən bu səyyar kababxanalar kimindir, onların fəaliyyətinə kim və ya hansı qurum icazə verir? İnsanların gur istirahət etdiyi, balacaların oynaması üçün nəzərdə tutulan bu parklarda tüstüdən dayanmaq mümkün deyil.

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, bu səyyar kababxanalar məmur övladlarının və onların yaxınlarının nəzarəti altında fəaliyyət göstərir... Məmurların zabit övlarlarının və ya onların dost aşnalarının...

Adi adamlar, sıradan sahibkarlara zatən bu fəaliyyətlə məşğul olmağa icazə verilməz.
Kimdir parklarda uşaqları, yaşlı insanları tüstüyə boğan, zəhərləyən yüksək çinli məmurlar və ya onların övladları? Kimdir bunlar?

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, bu səyyar kababxanalar konkret məmurun övladlarının və onların yaxınlarının nəzarəti altında fəaliyyət göstərir... Məmurun zabit övlarlarının və onların dost aşnalarının...

 
 
 

Ardını oxu...
Qazax rayonunda baş verən söküntü işi rayon sakinlərində haqlı narazılığa səbəb olub.

32gun.az xəbər verir ki, rayondakı Didvan qülləsini söküb üzərində yeni “obyekt” tikirlər.

Bu barədə rayonun ən aktiv “Qazaxlılar” səhifəsində paylaşım edilib.

“Bu qüllə tarixi bir abidənin üzərində yerləşir. Bu tip iri daşlardan ibarət tikililər siklop tikililər adlanır.
Bu tikilinin ölkə ərazisində ikinci bir nümunəsinin olmadığı deyilir. Tarixinin də üç min olduğu düşünülür.
Fotolardan gördüyünüz kimi bu tikilinin üzərində kimsə obyekt tikib. Deyək ki, obyekti tikənin pulu var, onun tarixi irs qulağına deyil, bəs buna kim icazə verib, necə icazə verib və niyə icazə verib!?…
Göründüyü kimi adamlar heç əziyyət çəkib təməl atmayıblar, elə bu siklop tikilinin üzərindən binanı qaldırıblar.
Abidəni dağıt, obyekt tik, əsas odur pul gəlsin” – deyə səhifənin paylaşımında qeyd edilib.

Əldə etdiyimiz məlunata görə, obyekti tikdirən şəxs Bakıda yaşayan qazaxlı iş adamlarından biridir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"VEYSƏLOĞLU" Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?[b][/b]
"AST" Telmanın Şakiraya, Jeniferə xərclədiyi milyonlardan sonra müflisləşməsinimi bilmirsən?
Onun yaşam tərzini cəlbedici reklamlar hesabına təkrarladığınımı bilmirsən?
Xarici işçilərə daha çox, öz millətinə isə daha az maaş verdiyinimi bilmirsən?
Dövlətin vergisindən yayındığınımı bilmirsən?
İkili mühasibatlıq apardığınımı bilmirsən?
Əlil işçinə artıq iş saatına görə əmək haqqı vermədiyinimi bilmirsən?
Bayram günlərində işlətdiyin işçinin əmək haqqını kəsdiyinimi bilmirsən?
İşçinin məzuniyyət əvəzi kompensasiyasına göz dikdiyinimi bilmirsən?
İşçiyə son haqq-hesabın vaxtında ödənilməməsinimi bilmirsən?
Sağlamlığını itirmiş işçinin müavinətini ödəməkdən yayındığınımı bilmirsən?
İşçi ilə əmək müqaviləsinin işə başladıqdan 1 həftə sonra bağlandığınımı bilmirsən?
Heç bir ştat ixtisarı olmadığı halda, ştat ixtisarı ilə əmək müqaviləsinə xitam verildiyinimi bilmirsən?
Qeyri iş günündə işçinin adına saxta məzuniyyət əmrinin rəsmiləşdirildiyinimi bilmirsən?
Müharibə əlili olan işçini korrupsioner "şlyapa zahidin" sifarişi ilə (qanunsuz olaraq) işdən çıxartdığınımı bilmirsən?
Şəhid qardaşını nəcməddinləşmişlərin sifarişi ilə təqib etdiyinimi bilmirsən?
Zabit ilə hədə-qorxuyla danışmağın əks reaksiya verə biləcəyinimi bilmirsən?
Dövlət qarşısında hansı öhdəliklərinin olmasınımı bilmirsən?
Tabeçiliyindəki rəhbər şəxslərin səni aldatmasını, digər işçilərə şər atmasını və yalan danışmasınımı bilmirsən?
Qanuni qüvvəsini almış məhkəmə qərarını 4 aydan çox müddətdir ki, qərəzli olaraq icra etmədiyinimi bilmirsən?
Dövlətin adından çıxarılmış məhkəmə qərarına hörmətsizlik göstərdiyinimi bilmirsən?
Ali hakimiyyət orqanı olan məhkəmə sisteminə sayqısızlıq göstərilməsinimi bilmirsən?
Ali Baş Komandan İlham Əliyev cənablarının öz çıxışlarında müharibə əlillərinə, şəhid ailələrinə və eləcə də sadə işçilərə qarşı davranış qaydaları barədə tövsiyələrinimi bilmirsən?
Yoxsa ki, hüquqi məsuliyyətin və ilahi ədalətin nə olmasınımı bilmirsən?
Ps.Mütləq və mütləq salamat qalın. Ancaq onu da unutmayın ki, yaradan səni və Natəvanı reklam fotosu olaraq güldürdüyü üçün gülürsüz,
Hünəriniz var, ağladanda gülün görüm... (Neqativ.com)
Ardını oxu...
Mansur Məmmədov
 
Ardını oxu...
Goranboy Rayon Borsunlu Kənd Uşaq Musiqi məktəbinə "10" (on min) manat qarşılığında məktəbin müəlliməsi, Günay Allahverdiyeva direktor əvəzi olaraq müvəqqəti təyin edilib
Yenixeber.org: Redaksiyamıza babanli00@bk.ru elektron poçtdan Sanina Babanlinin imzası ilə Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Sektorunun baş məsləhətçisi İsax Məmmədovun özbaşınalığından bəhs edilən yazı daxil olub. Yazıda yer alan iddialarla bağlı adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...
Aktuallığını nəzərə alıb yazını olduğu kimi, dərc edirik:
Təəssüf ki, uğurlarından daha çox baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən Goranboy rayon Mədəniyyət şöbəsində hər gün yeni məlumatlar yayılır.
Son vaxtlar daha çox təcrübə labarotoriyasını xatırladan Goranboy Mədəniyyət Şöbəsində, baş verənlərə baxdıqda idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur.
Ölkənin tale yüklü strukturuna, dövlətin, xalqın gələcəyini təmin edən bir sahəyə biznes maraqlarından yanaşmaq, qazanc mənbəyinə çevirmək ən azından dövlətə və xalqa xəyanətə bərabərdir.
Bu dəfə Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi sistemində baş verən özbaşınalıq və qanunsuzluqlar haqda ilginc məlumatlar aşkar olunub.
Əldə olunan məlumatlarda goranboy rayon Mədəniyyət şöbəsinin baş məsləhətçisi İsax Məmmədovun və onun yaxın ətrafının açıqdan-açığa dövlətə qarşı olan fəaliyyətindən bəhs olunur.
Gəncə Daşkəsən Mədəniyyət İdarəsinin, Goranboy rayon Mədəniyyət şöbəsinin baş məsləhətçisi İsax Məmmədovun qanunsuz fəaliyyəti barədə açıqlama gətirək.
Odur ki, İsax Məmmədov təqdimatı ilə, Goranboy Rayon Borsunlu Kənd Uşaq Musiqi məktəbinə "10" (on min) manat qarşılığında məktəbin müəlliməsi, Günay Allahverdiyeva məktəbə direktor əvəzi olaraq müvəqqəti təyin edilib.
Təyin edilən aydan etibarən, məktəbdə dövlət büdcəsindən hər ay "20 min " (iyirmi min) manat dolayı- yollarla maliyyə mənimsənilir.
Belə ki, "36" otuz altı dərs saatları olan müəllimlər qeyri rəsmi şərtlər daxilində çalışır. Bu qanunsuzluğun, özbaşınalığın başlanğıcıdır, araşdırılsa daha nələr ortuya çıxar.
Yəni müəlimlərin adına yazılan dərs saatları 12/18 saat müəllimin, qalanı Günay Allahverdiyeva tərəfindən mənimsənilir.
Məktəbdən mənimsənilən maliyyənin bir hissəsi hər ay İsax Məmmədova paket şəklində şapka kimi çatdırılır.
Maraqlısı odur ki, məktəbə hər ay Dövlət büdcəsindən ayrılan 50 % faiz müəllimlərin, qalan maliyyənin bir hissəsi Günay Allahverdiyeva tərəfindən qanunsuz olaraq, silinmə edərək mənimsənilir.
Onu da qeyd edək ki, məktəbə 100 (yüz dən) artıq şagird gəlmir. Müəllim ehtiyat bazasında yerləşən kadrlardan "Yeddi - on min " min manat qarşılığında bir neçəsi Borsunlu Kənd Uşaq Musiqi Məktəbinə müəllim vəzifəsinə təyin ediliblər.
Müəllimlərin işə qəbuluna hazırlaşan kadrlara Günay Allahverdiyeva maraqlarını, xidmətlərinin təklif edir. Belə ki, bu hegemon direktor on beş min manat müqabilində, imtahandan keçirib işə qəbul edərəm deyir.
Görəsən həç bir peşəkar səviyyəsi olmayan, "NOT" anlayışı tanımayan Günay Allahverdiyeva bu səlahiyyəti hardan, kimnən alır? Maraqlıdır. Bəlkə İsax Məmmədovdan ?
İsax Məmmədov, Günay Allahverdiyevaya bildirib ki, neçə ki mən Goranboy rayon, Mədəniyyət Şöbəsində şefəm, sən də Borsunlu Kənd Uşaq Musiqi Məktəbində şef əvəzisən, yəni ki, direktor əvəzi qalacaqsan.
Belə ki, təki sən pul gətir heç kim sənin iş fəaliyyətinə müdaxilə etməyəcək. Görünür ki, maddi maraqlar çox böyükdür məktəblə bağlı. İsax Məmmədovun göstərişi ilə, Goranboy rayonda yerləşən bütün Kitabxanalardan, Mədəniyyət evlərindən, Klublardan, Muzeylərdən, Rəsm qalareyasından, Heydər Əliyev Mərkəzinin işçilərindən hər ay maaşdan müəyyən miqdarda pul yığılır, hətta xadiməçidən belə pul alınaraq İsax Məmmədova çatdırılır.
Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin İsax Məmmədova göstərdiyi ehtimadı doğrutmayan, vəzifəsində sui-istifadə, vəzifə səlahiyyətlərini aşaraq, özünü Goranboy Mədəniyyət Şöbəsində birinci bilməsi qanun pozuntusu deyilsə bəs nədir?.
Sanina Babanli
TEREF olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
 
Ardını oxu...
"Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır" şüarlı reklamlarla tez-tez qarşılaşırıq.

Bəli, bu şüara aldanıb hamı özünü qəza və hadisələrdən sığortalayır.

Lakin hadisə baş verdikdə qəzaya hazırlıq vəd edən bəzi sığorta şirkətlərinin sığorta pulunu ödəməkdən boyun qaçırmaq üçün bəhanələri saya gəlmir.

Vətəndaş Qocayev Sərxan “Bakı Sığorta” şirkətindən redaksiyamıza şikayət məktubu ünvanlayıb. Vətəndaşın iddiasına görə O, “Bakı Sığorta” şirkətinin yalan vədlərinin qurbanına çevrilib.Məktubda vətəndaş “Bakı” Sığorta şirkəti tərəfindən aldadıldığını, hüquqlarının pozulduğunu iddia edir. Öz şəxsi avtombilini sığorta etdirən Qocayev Sərxan bu ilin mart ayının 30 -da Bakı-Qazax yolunda qəzaya düşüb. Hadisə nəticəsində Qocayev Sərxanın avtomobilinə 21 min manat civarında ziyan dəysə də, “Bakı Sığorta” burada da öz xeyrinə işləməyi bacarır. Dəyən ziyan 12 min manat hesablanır. Maşına dəymiş zərəri öz servislərində aradan qaldırmaq adı ilə külli miqdarda vəsaiti mənimsəyirlər.

Sonradan həmin pul sığorta şirkətində kimlərin cibinə qayıdır, bax bu müəmmalı suala cavab axtarışındayıq.

“Bakı Sığorta” şirkətinin müdiri Natiq Quliyev görəsən rəhbərlik etdiyi şirkətin özbaşınalıqlarından xəbərdardırmı???

Hər halda, şirkətdə cərəyan edən hadisələr müdir subyektindən kənar baş vermir.

Maraqlıdır, “Bak Sığorta” şirkətinin rəhbərliyi kimə və nəyə güvənərək Azərbaycan Respublikasının qanunların kobud sürətdə pozur? vətəndaşlara hər hansı ziyan dəyəndə onların zərərini qarşılamaq istəmirlər. Halbuki həmin pullar vətəndaşlardan yığılır.
Sərxan Qocayevə məxsus avtomobilə dəyən ziyanın 21 min manat civarında olduğunu “Atəşgah” Sığorta təsdiqləyir. “Atəşgah” sığortanın dəyən ziyanın məbləğini təsdiqləməsinə baxmayaraq, “Bakı Sığorta” dəyən ziyanı inkar edir. Tərkibində olan avtoservislə əlbir olaraq qiymətləndirməni 12 min manat hesablayır.

Avtomobilinə ziyan dəyən şəxsin öz müraciət etdiyi servis və “Atəşkah” sığortanın hər ikisinin dəyən zərərə verdiyi qiymət 20150 manat olduğu halda, “Bakı Sığorta” məbləği öz xeyrinə dəyişir.
Ardını oxu...
Qeyd edək ki, avtomobilin həm icbari, həm kasko sığortası var.

Sərxan Qocayevə məxsus “Range Rover “ markalı avtomobil öz servisində diaqnostika olunub, təmir olunmalıdır. Avtomobilə düzgün diaqnoz qoyulması üçün müvafiq təlim keçmiş ixtisaslı ustaların və orijinal ehtiyat hissələrinin olduğu rəsmi servisə yönləndirilməli idi. Lakin hər fürsətdə öz çıxarını güdən, mənfəət arxasınca sürünən sığorta şirkəti vətəndaşı aldatmaq üçün min cür yalana əl atır.

Bu artıq insanlıqdan, işin peşəkarlığından kənar bir hərəkətdir.

“Bakı Sığorta” sayəsində qəza baş verdikdə sığortalı həyatın heç də qəzaya hazırlıqlı həyat olmadığınının şahidi olduq. Bu neqativ halla, sığorta şirkətinin öhdəliklərini yerinə yetirmədiyi faktına vətəndaş Qocayev Sərxanın başına gələn hadisədə əyani şahid olduq.

Müxtəlif üsullarla pul qazanmaq istəyi əksər sahələrə təzahür etdiyi kimi, sığorta şirkətlərindən də yan keçmir. “Bakı” Sığorta şirkəti də vətəndaşları aldatmaq, maxinasiyalar etmək üsulu ilə asan pul qazanır.

Onu da vurğulayaq ki, “Bakı Sığorta” şirkəti ən çox şikayət olunan sığorta şirkətləri siyahısında ön sıralardadır.
Ardını oxu...
Mənbə: Azerinews.az
 
Ardını oxu...
Yaşlı nəsilə məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, “Bakı”, “Dostluq”, “Moskva”,”Nizami”, “Qələbə”, “Savalan”, “Sülh”, “Şəfəq” və s. kimi adlar adı altında kinoteatrlar fəaliyyət göstərirdilər. Həmin illərdə insanlar müxtəlif məzmunlu filmlərə baxmaq üçün kinoteatrlara üz tutardılar.

Elə ki, SSRİ dövləti süquta uğradı və gündəlik qayğılar çoxaldı, o zaman insanların kinoteatralara getməyə imkanları məhdudlaşdırıldı. Bu səbəbdən tamaşaçı üzünə həsrət qalan kinoteatrlar boş qaldılar, fəaliyyətlərini dayandırmağa məcbur oldular. Çox keçmədi ki, yaranmış fürsətdən sui-istifadə edən bəzi işbazlar həmin kinoteatrları bu və ya digər yollarla ələ keçirib özəlləşdirdilər. Hətta, bəzi kinoteatrlara məxsus binaları yerlə-yeksan edib, onların yerində hündür mərtəbəli yaşayış binaları da inşa etdilər.

Ardını oxu...
Bəzi kinotetrları isə kafeyə, mağazaya, internet-kluba və s. çevirdilər. Bir sözlə, ayrı-ayrı işbazlar öz düşüncə və yanaşmalarına uyğun olaraq kinoteatrlara qənim kəsildilər. Diqqət yetirək ki, bu sırada Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı da, məhz “işbazların təcavüzü”nə məruz qalan kinoteatrlardan biri olur. Qeyd edək ki, bu mədəniyyət abidəsi əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olsa da, hansısa qüvvələrin verdiyi dəstək sayəsində 2017-ci ildə özəlləşdirilib. Bu ilin əvvəllərində “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı addımların atılmasına hazırlıq işləri görülür, o halda işbazlar elə bir ictimai təpki ilə üz-üzə gəlirlər ki, sonda məqsədlərindən daşınmalı oldular.

Ardını oxu...
Söz yox ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəsmlərinin verdiyi qərar bu məsələdə mühüm rola malik olur. Yəni, ictimai rəyi nəzərə alanlar kinoteatr binasının sökülməsinə icazə vermirlər. Heç də məsələ bununla bitmir və bəzi işbazlar bu yöndə fəaliyyətlərini davam etdirməkdə qərarlı olurlar. Məsələn, bir qədər vaxt keçdikdən sonra oxşar aqibət yaşayan kinoteatrlardan biri də, Nəsimi rayonu, Hüseynbala Əliyev və Alı Mustafayev küçələrinin kəsişməsində yerləşən «Moskva» kinoteatrı oldu. Amma, bu dəfə fərqli formada. Qeyd edək ki, bu mədəniyyət abidəsi 2006-cı ildən fəaliyyətini tamamilə dayandırıb və binanın giriş qapıları qıfıllanıb. Yəni, “Moskva” kinoteatrının binası uzun illər ərzində fəaliyyət göstərmədiyindən yararsız hala düşüb və kinoteatrın ətrafında insanların asudə vaxt keçirmələri üçün salınan parkdan da əsər-əlamət qalmayıb.

Ardını oxu...
Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev nazir təyin olunduğu il, yəni 2006-cı ildə “Moskva” kinoteatrı nazirliyin balansından çıxarılır və həmin bina Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsinin) balansına verilir. Bir neçə həftə bundan əvvəl isə mediada «Moskva» kinoteatrına məxsus binada söküntü işlərinin dayandırılması haqda məlumat yayılıb. Aidiyyəti dövlət qurumları söküntü ilə əlaqədar icazə alınmadığına görə, kinoteatrının söküntüsünün dayandırıldığı açıqlandı. Təəssüf doğuran hal odur ki, hal-hazırda bu mədəniyyət obyekti sökülüb və verilən məlumatlarda isə qeyd olunur ki,“söküntü” dayandırılıb. Görəsən, bu yöndə məlumatlar hansı “başbilənlər”in maraqları əsasında dövriyyəyə ötürülür? (Qeyd: Təqdim etdiyimiz videodan da görünür ki, «Moskva» kinoteatrı tamamilə tarmar edilib)

Ardını oxu...
Hal-hazırda müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, «Moskva» kinoteatrı Xətai rayonunun Babək prospektində fəaliyyət göstərən “Maşın bazarı”nın sahibi Rasim adlı şəxslə, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin işbirliyi nəticəsində tarmar olunub. Yəni, hər iki şəxsin yaxın vaxtlarda bu kinoteatra məxsus binanın yerində hündürmərtəbəli yeni yaşayış binası tikməyi planlaşdırdıqları deyilir. Bütün bunlar onu deməyə əsas verir ki, sabiq aparat rəhbəri Ramiz Mehdiyev uzaqgörənlik edir və o, belə bir strateji əhəmiyyətli mədəniyyət obyektinin ələ keçirilməsinə, binanın məhv edilməsinı dəstəyini əsirgəmir.

Ardını oxu...
Sual oluna bilər ki, nəyə görə «Moskva» kinoteatrının söküntü işlərində başqa şəxs(lər)in deyil, məhz Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin və bu şəxslə işbirliyi olan “Maşın bazarı”nın sahibi Rasimin adı hallanır? Atalar demişkən “od olmayan yerdən tüstü çıxmaz”. Deməli, bu tarixi mədəniyyət abidəsinin tarmar olunmasında hər iki şəxsin adının hallanmasının səbəbi var.

Ardını oxu...
Bəli, yuxarıda qeyd etdiyimiz kimi «Moskva» kinoteatrının “qara günləri”nin bünövrəsi 2006-cı ildə qoyulub. Həmin ildə Mədəniyyət Nazirliyi bu dövlət əmlakını daha səmərəli istifadə etmək məqsədilə keçmiş Dövlət Əmlak Komitəsinin sərəncamına verir. Daha sonra bu Komitə tərəfindən adıçəkilən müəssisə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən, 27.05.2011-ci il tarixdə icarəçi tərəfindən özəlləşdirilir. Maraqlı haldır ki, həmin vaxt bu dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dərc olunmalı məlumatlar sırasında alıcının adı qeyd olunmur. Yəni, həmin şəxsin (sahibkarın) kimliyi, hansı işlə məşğul olması barədə heç bir xəbər verilmir.

Bir sözlə, “Moskva” kinoteatrının gələcək taleyi onu özəlləşdirən şəxsin ixtiyarına verilir. Bugünkü mənzərə də, məhz bu kinotetrın “qara gəlmiş taleyi”nin əyani sübutudur.

Ardını oxu...
Əslində, bu cür oyun qaydalarının qurulması birbaşa xalqımızın tarixinə, onun mədəniyyətinə, mədəni irsinə edilən qəsdir. Yəni, buna başqa bir ad vermək olmaz. Hal-hazırda bu mədəniyyət abidəsi tamamilə tarmar edilib və atılan addımlara da kimlərsə göz yumub. Bir sözlə, olan olub, keçən keçib. Yaxşı olmazmı ki, “Moskva” kinoteatrının əhatə etdiyi ərazidə yaşıllıqlar salınsın, insanların asudə vaxtlarında istirahət etmələri üçün park yaradılsın. Eyni zamanda, bu işlərə cavabdehlik daşıyan və göz yuman hər kəs hüquqi müstəvidə məsuliyyətə də cəlb olunsunlar. Yəqin ki, o halda haqq-ədalət öz yerini tapacaq.
Ardını oxu...
Mövzuya qayıdacağıq.
P. S. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə hazırıq.
GundemXeber.Az
 

Dünyapress TV

Xəbər lenti