Ardını oxu...
Hər bir işçinin əmək haqqının ödənilməsi barədə bu hüquqlarını bilməsi vacibdir:
Aylıq əmək haqqınız 3 hissədən ibarət ola bilər:
1. Əsas taarif maaşı.
2. Əsas taarif maaşına edilən əlavələr (dəniz əmsalı, axşam - gecə saatlarına görə, zərərli işə görə ödəniş, susuzluğa, normadan artıq işə görə və sair).
3. Mükafatlar. İşçinin maddi maraq-həvəsini artırmaq məqsədi ilə ödənilən pul vəsaiti.
Birinci 2 ödəmə, yəni, əsas taarif maaşı və əlavələr, bunları almaq hüququ olan işçilərə bu ödəmələrin verilməsi imperativ (məcburi) xarakter daşıyan hüquq normasıdır.
3-cü ödəmə olan mükafat(bonus) isə könüllü ödəmədir, əmək müqaviləsində və kollektiv müqavilədə razılaşdırılan, İşəgötürənin bu mükafatı vermə barədə könüllü iradəsindən, işəgötürən - işçi arasında olan razılaşmadan asılıdır. Mükafatların(bonusların) verilməsi isə işçilərin əlavə ödənişləri almaq hüququnu məhdudlaşdırmır, bu ödənişlır işçinin ümumi əmək haqqına daxil edilir, lakin heç bir halda işçinin əsas taarif maaşına daxil edilə bilməz
İşçinin tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi əməyin gərginliyi, işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
İşçinin əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək vəya həvəsləndirmək məqsədiilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
İşçiyə ödənilən mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Son olaraq qeyd etmək istəyirəm ki, hər bir işçinin Əmək müqaviləsində ona ödənilən: əmək haqqı, əmək haqqına əlavələr və mükafatlar dəqiq göstərilməlidir
Azər Quliyev.
TEREF
 
 
 
Ardını oxu...
2023-cü ildə dünyanın ən xoşbəxt ölkəsi seçilən Finlandiyadakı insanların xoşbəxtlik sirləri açıqlanıb.
Finlandiyada yaşayan psixoloq və filosof Frank Martela ölkəsinin 5 dəfə dalbadal dünyanın ən xoşbəxti seçilməsinin səbəblərindən danışıb.
Tribunainfo.az xəbər verir ki, Martela xoşbəxt olmaq üçün hər gün edilməli olan 3 qaydanı sadalayıb.
Psixoloqun fikrincə, onların dünyanın ən xoşbəxt ölkəsi olmasının arxasında dayanan 3 qayda belədir:
Güclü bağlılıq hissi
Başqalarına yaxşılıq etmək
Məqsədlərə sahib olmaq
Martela qeyd edir ki, bu üç qaydaya əməl olunarsa xoşbəxtliyə nail olmaq mümkündür:
“Ətrafınızda sizə əhəmiyyət verən və qayğınıza qalan insanların olması sizi xoşbəxt edir. Araşdırmalar göstərir ki, dostlar və ailə ilə vaxt keçirmək həyatı daha da yaxşılaşdırır.
Yaxşılıq etmək də vacibdir. Kiməsə kömək edəndə və başqalarına müsbət təsir etdikdə, öz xoşbəxtliyiniz və məna duyğunuz artır.
Məqsəd tapmaq çox vaxt asan olmasa da, cəmiyyətin xeyrinə olan hədəflərə fokuslanmaq bu baxımdan vacibdir”.
Martelanın sözlərinə görə, məqsədlərə fokuslanmaq həm də pis vəziyyətlərə dözməyi asanlaşdırır.
Ardını oxu...
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin iqtisadiyyatı, ilkin hesablamalara görə, 2023-cü ilin dördüncü rübündə əvvəlki üç aya nisbətən 0,4 faiz artıb.

Musavat.com təşkilatın hesabatına istinadən xəbər verir ki, üçüncü rübdə bu göstərici 0,5 faiz artmışdı.

G7 ölkələrində ÜDM artımı iyul-sentyabr aylarındakı 0,5 faizə qarşı oktyabr-dekabrda 0,4 faizə qədər azalıb.

Böyük Britaniya və Yaponiyanın ÜDM-i müvafiq olaraq 0,3 faiz və 0,1 faiz azalıb, mənfi dinamika ardıcıl ikinci rübdə qeydə alınıb ki, bu da texniki tənəzzül tərifinə uyğundur.

Almaniya iqtisadiyyatı iki rüb 0 artımdan sonra dördüncü rübdə 0,1 faiz daralıb.

ABŞ-da iqtisadi artım 1,2 faizdən 0,8 faizə enib, Fransada isə ardıcıl ikinci rübdür ki, durğunluq müşahidə olunub.

Bu arada, Kanada iqtisadiyyatı əvvəlki rübdə daraldıqdan sonra oktyabr-dekabr aylarında 0.3 faiz genişlənib, İtaliyanın ÜDM artımı isə 0.1 faizdən 0.2 faizə qədər sürətlənib.

Dördüncü rübdə İƏİT ölkələri arasında ÜDM-in ən əhəmiyyətli artımı Kosta Rika və Norveçdə (müvafiq olaraq 1,8 faiz və 1,5 faiz), ən əhəmiyyətli azalma isə İrlandiyada (0,7 faiz) müşahidə olunub.

2023-cü ilin yekununda OECD ölkələrinin iqtisadi artım tempi bir il əvvəlki 2,9 faizdən 1,6 faizə qədər yavaşlayıb, məlumatların mövcud olduğu 27 ölkədən 10-da tənəzzül qeydə alınıb. Ən bariz iqtisadi tənəzzül Estoniyada müşahidə olunub – 3 faiz. İqtisadi artım templərinin sürətlənməsi yalnız üç ölkədə - ABŞ, Yaponiya və Kosta-Rikada qeydə alınıb.
Ardını oxu...
Son illər paytaxt yollarında yaranan və həlli tapılmayan tıxac problemi vətəndaşlar üçün kabusa çevrilib.

Bakı küçələrində yaranan tıxac probleminin həlli ilə bağlı hökumət səviyyəsində də təkliflər səslənsə də, bu sahədə heç bir irəliləyiş müşahidə edilməyib. Məsələ ilə bağlı Milli Məclisdə müzakirələr zamanı problemlə bağlı fikilər səslənsə də, yenə paytaxt küçələrində eyni vəziyyət davam edir.

Millət vəkili Vüqar Bayramov mövcud problemin həlli istiqamətində təkliflə də çıxış edib:

“Bir sıra inkişaf etmiş ölkələrin praktikası göstərir ki, işə başlama və işin başa çatma saatlarının, xüsusən də sektor üzrə fərqləndirilməsi tıxacların azaldılmasında istifadə edilən mühüm və səmərəli alətlərdən biridir”.

V.Bayramov bildirib ki, Azərbaycanda da iş saatlarının sektorlar üzrə fərqləndirilməsi məqsədəuyğundur:

“Biz təklif edirik ki, Azərbaycanda da fərqli iş saatları tətbiq olunsun. Bu dövlət və özəl sektorları üzrə fərqli iş saatları rejminin tətbiq edilməsinə gətirib çıxara bilər. Məsələn, əksər inkişaf etmiş ölkələrdə dövlət sektoru özəl sektordan tez işə başlayır.

Nəzərə alsaq ki, Azərbaycanda dövlət sektoru məşğul əhalinin sayında xüsusi paya malikdir, dövlət sektorunun daha tez işə başlaması istər şəxsi, istərsə də ictimai nəqliyyatdan istifadəni saatlar üzrə bölüşdürülməsinə gətirib çıxara bilər. Eyni zamanda, işə tez başlayan qurumlar işi bir saat tez başa vuracaqlar ki, bu da axşam saatlarında da tıxacın azaldılmasına imkan yaradacaq”.

Qeyd edək ki, bəzi qonşu ölkələrdə də bu sistemin tətbiqi ilə yollarda yaranan tıxacın qarşısını müəyyən qədər alınır.

Bəs ölkəmizdə iş saatının vaxtını dəyişməklə paytaxtda mövcud tıxac probleminin qarşısını almaq mümkündürmü?

Millət vəkili Fazil Mustafa “Cebhe.info”-ya bildirib ki, tıxac probleminin həlli üçün iş saatlarının vaxtının dəyişdirilməsi çıxış yolu deyil:

“Bakıda tıxac məsələsini həll etmək çox sadə və rahat bir məsələdir. Sadəcə olaraq buna niyyət olmalıdır. Hələ ki, bu niyyət görünmür. Yəni hansısa qurumların doğrudan da bu problemi həll etmək niyyəti varsa, kifayət qədər bu problemin həllini bilən mütəxəssislər var. Sadəcə problemi həll etmək niyyəti qabarıq şəkildə görünmür.

Çünki bu istiqamətdə ortada sağlam bir müzakirə yoxdur. Sanki belə bir problem yoxdur, hamı görməzdən gəlir. Ancaq bunun gətirdiyi fəsadlar artıq iqtisadiyyata, insanların psixikasına, əsəblərinə böyük zərbə vurur. Görünən odur ki, bu problem bir sıra məmurları narahat etmir. Ona görə də buna adi bir məsələ kimi baxırlar. Ancaq bu, olduqca ciddi və vacib məsələlərdən biridir”.

Deputat bu istiqamətdə paytaxtın köçürülməsi ilə bağlı məsələnin gündəmə gətirilməsinin səbəbsiz olmadığını deyib:

“Çünki bunun yollarından biri də paytaxtın köçürülməsidir. Ancaq hər halda paytaxt köçürülməsə belə, yenə də tıxac probleminin həlli yolları var. Bu yolları tapmaq elə də çətin məsələ deyil”.
 
Ardını oxu...
Ölkədə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində baş verən hər hansı neqativ hadisə ilə bağlı ilk növbədə qınaq hədəfi olaraq məktəblər göstərilir.

Son vaxtlar da məktəblilər arasında bir neçə zorakılıq hadisələri qeydə alınıb. Belə ki, Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülmüşdü. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edildi.

Daha sonra isə Bakı şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S. Əliyev(ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi hərəkətlərə təhrik edilməsi ilə bağlı məlumat yayıldı.

Bundan başqa, paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava qeydə alınmışdı.

Son hadisələrdən biri də 156 saylı məktəblə bağlı yaşandı.

Sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayıldı. DİN tərəfindən əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı.

Ümumiyyətlə, məktəblərdə və şagirdlər arasında baş verən hadisələr ictimaiyyət tərəfindən narahatlıqla qarşılanır. Bəzi ictimaiyyət nümayəndələri baş verən hadisələrin səbəbi kimi məktəb psixoloqların sayının azlığını göstərir, şagirdlərlə qeyri-effektiv iş aparıldığını deyirlər.

Qeyd edək ki, bu gün bir sıra ali təhsil müəssisələrində psixologiya ixtisası var. Ancaq bu da bir faktdır ki, psixologiya ixtisası üzrə məzunların heç də hamısı məktəblərdə çalışmır. Belə ki, hazırda ölkədə müstəqil fəaliyyət göstərən kifayət qədər psixoloq var ki, onların bir çoxu bunu əsasən maddi gəlirlə əlaqələndirirlər.

Bu gün məktəbdə çalışan psixoloqların sayına gəldikdə, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda psixoloq vəzifəsi və onun funksiyaları nəzərdə tutulub:

“Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilib. Ümumi təhsil müəssisələrində psixoloq ştatlarının sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilir və ştat cədvəlinə görə ümumi və tam orta məktəblərdə psixoloq ştatları var. Qərara əsasən, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilir:

Şagird sayı 1000-dək olduqda, 1 vahid;

Şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid; Şagird sayı 3000-dən çox olduqda, 3 vahid.

Özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur”.

Psixologiya ixtisası üzrə ali məktəblərə qəbul sayına gəldikdə isə Dövlət İmtahan Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 2023-cü ildə ali təhsil müəssisələrində psixologiya ixtisası üzrə müsabiqə üçün ümumilikdə 420 plan yeri təqdim olunub:

“Müsabiqənin yekun nəticələrinə əsasən (qəbul olunanların qeydiyyat prosesi də nəzərə alınmaqla) ali təhsil müəssisələrinə 316 nəfər qəbul olunub. Qəbul olunanlardan 196 nəfər dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Boş qalan yerlər əsasən özəl və ya regionlarda yerləşən təhsil müəssisələrindədir”.

Beləliklə, bu gün orta ümumtəhsil məktəblərində psixoloqların sayının azlığı müşahidə olunur. Məsələn, 1000 şagird sayı olan məktəbdə 1 psixoloqun çalışması onlara şagirdlərlə yetərincə ünsiyyət qurmaq imkanı vermir. Hətta bir çox kənd məktəblərində, ümumiyyətlə, ixtisaslı psixoloq çalışmır.

Bundan başqa ixtisaslı psixoloqlar məktəblərdə çalışmaqdansa, ayrı-ayrı mərkəzlərdə işləməyi uyğun hesab edirlər. Bu zaman isə qiymətlər hər seans üçün əksər hallarda 50 manatdan başlayır.

Şagirdlərin yeniyetmə dövrünün məhz məktəb illərinə təsadüf etdiyini nəzərə alsaq, məktəblərdə psixoloqların sayının daha da artırılmasına ehtiyac var.

Bununla şagirdlər arasında heç də baş verən neqativ hadisələri yalnız məktəblərlə, psixoloq çatışmazlığı ilə əlaqələndirmək istəməzdik.

Çünki vətəndaş tərbiyəsi ilk olaraq ailədən başlayır. Ancaq yeniyetmələrin pis vərdişlərə yiyələnməməsi, neqativ hərəkətlərə yol verməməsi üçün psixoloqlar şagirdlərdə daha müsbət düşüncə tərzi formalaşdırmasına yardımçı ola bilərlər.
 
Ardını oxu...
“Yayılmış görüntülər çox sarsıdıcıdır. Bu onu göstərir ki, problemin kökü dərindir.” – Ulusal.az xəbər verir ki, bu fikirləri Bakü Tv-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, bu problemin kökü araşdırılır.

“Bunun üçün ilkin olaraq valideyn məktəb münasibətiləri aydınlaşdırılmalır. Biz xarici təhsil sistemindən yaxşı şeyləri əxs etməliyik”. – deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
Bu gün saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesinə başlanılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu gündən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.
Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.
 
Ardını oxu...
“Bu gün repetitor köməyi olmadan abituriyentin ali məktəbə qəbul olması qeyri-mümkündür”.

Bu fikirləri məktəblərdə buraxılış imtahanlarının tədris ili tam bitmədən keçirilməsi barədə danışan təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, tədris edilməyən mövzular imtahana salınmır:

“Dövlət İmtahan Mərkəzi 2024 cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixlərini açıqlayıb. İmtahanların buraxılış siniflərində keçirilməli olan bütün mövzuların tam tədris edilmədən keçirilməsi valideynlər, şagirdlər və eləcə də müəllimlər tərəfindən birmənalı qarşılanmır. Lakin bu məsələ qorxu, narahatlıq və çaşqınlıq yaratmamalıdır. Çünki tədris edilməyən mövzular imtahana salınmır. Bu təcrübə xarici ölkələrdə də var.

Xatırladım ki, buraxılış imtahanlarına salınan fənlərdə əsas bilik-bacarıqlar formalaşmış olduğuna görə imtahanın mart-aprel aylarında keçirilməsi problem yaratmır. Nəzərə almaq lazımdır ki, buraxılış imtahanlarında şagirdlərə təqdim edilən açıq tipli qiymətləndirilmə vəsaitlərinin yoxlanılması çox müddət aldığı üçün imtahanların mart ayında keçirilməsi həm də zərurətdən ortaya çıxır.

Biz düşünürük ki, imtahanların tədris ili yekunlaşmadan keçirilməsi şagirdləri dərsdən kənarlaşdırır. Buraxılış imtahanlarının tədris ilinin yekunlaşmadan keçirilməsi şagirdlərin dərsə getməməsi üçün bəhanə olmamalıdır. Tədris ili iyun ayının 14-ü başa çatır və şagird həmin dövrə qədər dərslərinə davam etməlidir ki, onun illik qiymətləndirilməsi aparılmaqla yekun attestat sənədi təqdim olunsun.

Bu gün repetitor köməyi olmadan abituriyentin ali məktəbə qəbul olması qeyri-mümkündür. Hazırda orta məktəb abituriyentin ali məktəbə qəbul olmasında maneə roluna malikdir. Əgər abituriyent 3-cü qrupa hazırlaşırsa, fizika, biologiya kimi fənlər ona maneə olur. Fikrimcə, DİM bu məsələdə abituriyentlərə bir qədər şərait yaratmalıdır”.

Ekspert İlham Əhmədov isə imtahanın ilkin mərhələsi keçirildikdən sonra şagirdlərin digər materialları oxumağa həvəssiz yanaşdığını vurğulayıb:

“Buraxılış imtahanların dərs proqramı bitmədən erkən keçirilməsi təhsilə ziyan vurmaq məqsədi ilə deyil, texniki məqsədlərlə bağlıdır. Fikrimcə, bu hal Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında müzakirə edilməli, abituriyentin ziyan görməyəcəyi müəyyən həll yolu tapılmalıdır. Keçirilən ilkin imtahana o vaxta qədər keçirilən materiallar daxil edilir. Burada əsas problem ondadır ki, abituriyent ilkin mərhələdə imtahanı verdikdən sonra digər oxu materiallarını oxumaqda həvəssiz olur. İkinci mərhələdə isə birinci mərhələdə salınmayan suallar ola bilər”.

İsmayıl Bakuvi
 
Ardını oxu...
İşçilərə əmək haqqı ödənilməsi sahəsində diskriminasiya hallarlna yol verən işəgötürən məsuliyyətə cəlb olunmur və bu məsuliyyət olmadığına görə də hər gün diskriminasiya hallarının həcmi artır. Fikrimcə, bu gün əmək münasibətlərində ilkin mövqe tutulan 3 əsas problem vardır:
1. Müddətli Əmək müqaviəsinin bağlanması.
2. İşçilərə əmək haqqının ödənilməsində diskriminasiya (ayrı-seçkilik).
3. Əməyin mühafizəsi, təhlükəsizlik qaydaları
Əmək Məcəlləsinə əsasən: əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
7. Bu ödənişlərdə: müəssisə üzrə işçilərin ümumi əmək haqqında fərqlər və ya fərqli ödənişlər ola bilər. Məsələn, ümumi aylıq əmək haqqında, əlavə əmək haqqı və mükafatlar sahəsində.
Lakin, 2 halda olan əmək haqqında olan fərq və ya fərqlər Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır.
8. Eyni müəssisədə: müxtəlif vəzifə, peşələr arasında olan əmək haqqı fərqi 2 dəfədən, ən çoxu isə işin mürəkkəbliyindən asılı olaraq müstəsna hallada 3 dəfəfdən artıq ola bilməz. Xüsusən də bu ödəniş fərqi mühəndis texniki işçilər arasında və ya eyni kateqoriyada olan işçilər arasında çox böyük fərqlə ola bilməz. Müəyyən hallarda isə, heç bir ixtisassısız, təcrübəsiz və ya daha az əhəmiyyət daşıyan aşağı vəzifələr istisna olmaqla.
9. Heç bir halda eyni dərəcə, vəzifə və ya peşə üzrə işçilərin - tarif (vəzifə) maaşında fərq ola bilməz. Bu fərq yalnız həmin işçiyə qanunvericiliklə nəzərdə tutulan qaydaada ödənilən əlavə əmək haqqı və ya peşəkarlığa və ya digər mükafatlara görə ola bilər.
10 .Əmək Məcəlləsinin 16-cı maddəsi: Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
12. 25 iyun 1958-ci il tarixli Beynəlxalq Əmək Təşkilatının əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 saylı Konvensiyanın 1-ci maddəsinə əsasən əmək münasibətlərində diskriminasiya halları qadağandır.
13. Əmək Məcəlləsinin 310-cu maddəsi: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
14. İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq Həmkarlar İttifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir.
15. İşəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən bu Məcəllənin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə səlahiyyəti dairəsində-Dövlət Əmək Müfəttişliyi Xidməti tərədindn həyata keçirir.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Müasir dövrün nəticəsi olaraq insanlar; Eqo, stress və maliyyə narahatlığı kimi faktorlara görə daha çox fərdiləşməyə və eqoist olmağa meylli ola bilərlər və bu zaman manipulyasiya anlayışı ilə qarşılaşırıq. Manipulyasiya nədir? Başqalarını öz mənfəətləri üçün istifadə etmək, idarə etmək və ya başqa yolla təsir etmək üçün nəzərdə tutulmuş davranışlara manipulyasiya deyilir. Başqalarının qavrayışlarını, fikir və davranışlarını ona hiss etdirmədən müxtəlif taktika və aldatmalarla dəyişdirməyi hədəfləyən sosial təsirə malikdir.
Bu, insanları aldatmaq, yalan danışmaq və müəyyən mənada istifadə etmək üçün gizli üsul kimi də tanınır. İnsana tətbiq edilən manipulyasiya üsulları manipulyasiya edən şəxsin mənafeyinə uyğun olaraq istismarçı, hiyləgər və aldadıcı təsirə səbəb olur. Eqoizm və fərdilik hissləri ilə ortaya qoyulan manipulyasiya aktı, özünə haqq qazandırmağa çalışan şəxsin mənfi davranışı hər iki tərəfə təsir edir.
Manipulyasiya edən insanlar müxtəlif insanları hədəfə alır və onları öz maraqları üçün manipulyasiya edirlər. Qeyri-etik üsullarla insanı dəyişdirməyi hədəfləyir. Manipulyasiya aktı təsir və inandırma aktından fərqlidir. İnandırma aktında fərdin inanc və davranışlarına təsir etməyə çalışarkən məqsəd kontekstində həyata keçirilir. İnandırma ilə fərdin motivasiyalarında, inanclarında və davranışlarında dəyişiklik yaratmağa çalışılır. Təsir, adətən, təsirə məruz qalanların vəziyyəti qəbul etmək və ya rədd etmək, ona hörmət etmək və zərərsiz kimi qəbul etmək üçün çox məcburedici görünmədiyi bir vəziyyətdir. Manipulyasiya mənfi qəbul hesab olunur, halbuki manipulyasiya, əksinə, inandırma və təsir üçün nə mənfi, nə də müsbət olaraq təyin edilə bilər. Qəbul etdiyimizi düşündüyümüz qərarların çoxu belə xarici faktorlardan qaynaqlanır və biz bunun fərqində deyilik. Çox vaxt öz qərarlarımız əvəzinə bizi yönləndirən insanların qərarlarını tətbiq edib onların həyatını yaşayırıq. İnsanların var olduqları gündən bəri görünən bir-birlərini manipulyasiya etmək səyləri həyatın inandırmağa əsaslanmasından irəli gəlir və bu yolla bir-birlərini nə qədər inandıra bilsələr, bir o qədər təsirli insanlar olduğlarını hiss edəcəklər.
Bu, insanları aldatmaq, yalan danışmaq və müəyyən mənada istifadə etmək üçün gizli üsul kimi də tanınır. İnsana tətbiq edilən manipulyasiya üsulları manipulyasiya edən şəxsin mənafeyinə uyğun olaraq istismarçı, hiyləgər və aldadıcı təsirə səbəb olur. Eqoizm və fərdilik hissləri ilə ortaya qoyulan manipulyasiya aktı, özünə haqq qazandırmağa çalışan şəxsin mənfi davranışı hər iki tərəfə təsir edir.
İkitərəfli münasibətlərdə tez-tez rast gəlinən və birbaşa və ya dolayısı ilə emosiyalardan istifadə edərək öz düşüncələrini və fikirlərini dəyişdirməyi hədəfləyən emosional manipulyasiya insanın öz duyğularına hakim olmağa çalışmaq və onları öz reallığından uzaqlaşdırmaqdır. Duygusal manipulyasiya psixoloji işgəncə və ya insanı emosional istismarın fərqli bir ölçüsü olan aldatmalara məcbur etmək kimi müəyyən edilə bilər. Bəzi hallarda açıq və birbaşa, bəzi hallarda isə dolayısı ilə və dolayısı ilə reallaşan emosional manipulyasiya, zaman zaman şəxsiyyətlərarası münasibətlərdə yaşanan ən çətin problemlərdən biridir.
Psixoloji manipulyasiya isə fərdin zəif tərəflərini emosional təsir altına alaraq, qeyri-adekvat və aldadıcı qavrayışdan istifadə edərək, qarşı tərəfi reallığı şübhə altına alacaq və ona zərər verəcək şəkildə əlaqəni idarə etməsinə şərait yaradır. oyunlar. Emosional manipulyasiyanın bəzi əlamətləri; Manipulyasiya edən şəxs davamlı olaraq öz istəklərindən danışır, tez-tez istədiklərini əldə etmək üçün həqiqəti təhrif edir, hər hansı problemdə özünü doğrultmaq və qurban rolunu oynamaq cəhdləri, emosional ifadələrdən istifadə edərək aqressiv şəkildə istəklərini həyata keçirirlər. şantaj, qışqırmaq və ya qəzəbli bədən dilindən istifadə etmək təsirli emosional manipulyasiya üsulları arasındadır. Özümüzü emosional manipulyasiyadan qorumağın ilk yolu bunu dərk edən kimi özümüzü qorumaqdır.
Uzun müddətdə problemin həllinə xidmət etməyəcək istək və ehtiyacları boğmaq, manipulyatorun özünü yaxşı hiss etdirməsi və qarşı tərəfin bütün məsuliyyətlərini üzərinə götürmək üçün istifadə edilməməlidir. Balans təmin etməklə, qərarlı olmaq və şəxsi məhdudiyyətlər qoymaqla disfunksional rəftarlardan uzaq olmaq mümkündür.
facemark.az
TEREF

Dünyapress TV

Xəbər lenti