Ardını oxu...
Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il keçəndən sonra dayandırılacaq.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

Dövlət Komitəsindən verilən məlumata görə, məcburi köçkünlər arasında artıq ilkin sorğu keçirilib. Əgər sonradan kimsə köçməkdən imtina edərsə bu şəxslərin də müavinəti 3 ildən sonra dayandrılacaq. Yəni köçənlərlə, köçmək istəməyənlərə eyni yanaşma nümayiş etdiriləcək. Bu şəxslərin hər biri ilə əvvəlcədən yeni müqavilə də imzalacaq.

 
Ardını oxu...
Son bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan müxtəlif qurumlar “Toyota Absheron Merkezı” MMC-dən (VÖEN – 3103678821) 2,6 milyon manatlıq onlarla avtomobil alıb.

"DogruXeber.az" Yeniavaz.com-a istinadla xəbər verir ki, sonuncu tender müsabiqəsinin nəticəsinə görə Dövlət Sosial Müdafiə Fondu “Toyota Absheron Merkezı” MMC-dən 523 min 600 manat dəyərində 8 ədəd minik avtomobili alacaq.
Son bir ayda “Toyota Absheron Merkezı” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan – aşağıdakı qurumların keçirdiyi tender müsabiqələrində qalib olub:

Ardını oxu...

– Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) – 200 min manata 2 ədəd minik avtomobili
– Sosial Xidmətlər Agentliyi – 100 min manata 1 ədəd minik avtomobili
– Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi – 100 min manata 1 ədəd minik avtomobili
– DOST Agentliyi – 850 min 850 manata 13 ədəd minik avtomobili
– Dövlət Məşğulluq Agentliyi – 321 min 440 manata 3 ədəd minik avtomobili
– Dövlət Məşğulluq Agentliyi – 589 min 50 manata 9 ədəd minik avtomobili
– Dövlət Sosial Müdafiə Fondu – 421 min 440 manata 4 ədəd minik avtomobili
– Dövlət Sosial Müdafiə Fondu – 523 min 600 manata 8 ədəd minik avtomobili
Məlumat üçün bildirək ki, “Toyota Absheron Merkezı” MMC 12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakə-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oöğludur.
Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Absheron Merkezı” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir. 2014 – 2016-cı illərdə “Toyota”nın Bakıdakı satış mərkəzinə hazırda Dövlət Məşğulluq Agentliyinin sədri olan Mustafa Abbasbəyli rəhbərlik edib.

 

        
Ardını oxu...
Fevral ayının 1-dən avtomobillərin texniki baxışı zamanı sürücülər istehsal tarixi 10 ili keçmiş avtomobillər üçün dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyəcəklər.

Ekspert Aslan Əsədov bildirib ki, utilizasiya haqqı texniki baxışın rüsumlarına aid deyil.

Bəs utilizasiya haqqı nə qədər olacaq?
Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Bu barədə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı: mütamadi olaraq maarifləndirmə aparsada yenə də işçilərdən bu barədə sual və müraciətlır daxil olur. Bunula əlaqədar bir daha bildiririk ki, pensiya yaşına çatan işçi ilə bağlanmış Əmək müqaviləsinin ləğvi, yalnız aşağıdakı qaydada keçirilə bilər:
1. Dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələr istisna olmaqla, əmək pensiyası yaşına çatmaış işçilərlə, əmək müqaviləsinin ləğvi yalnız işçilərin könüllü iradəsi əsasında həyata keçirilə bilər.
2. Bu Qaydaların pozulması və ya məcburi qaydada işçilərə ərizə yazdırmaqla, onlarla bağlanmış əmək müqaviləsinin ləğvi, həm işəgötürənlər,həm də onların vəzifəli şəxsləri üçün maddi, mənəvi, inzibati və ya cinayət məsuliyyəti yaradır.
3. Əmək pensiyasına çatmaqla əlaqədar əmək müqaviləsinin ləğvi, yalnız - dövlət büdcəsindən maliyyələşən müəssisələrə aid olunur.Bu müəssisələrdə çalışmanın son yaş həddi 65-dir. Bu müəssisəlırdə 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
4. Əmək Məcəlləsində olan bir faktı yaddan çıxarmaq olmaz: İşçilərlə Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək müqaviləsinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi və həcmi heç bir formada azaldıla bilməz.
5. AR Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
6. Praktikada: İşəgötürən tərəfindən bir çox hallarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsi əsas tutulmaqla, məcburi olaraq və ya "könüllü iradə ifadəsi" adı ilə işçi ilə belə bir razılığa gəlirlər ki, işçi əmək pensiyasına çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv ediləcək. Bu da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bu və digər tələblərinin pozulmasıdır. Belə ki:
7. Çox maraqlı haldır, əgər işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsində nəzərdə tutulan qaydada: işçi yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxdıqda, ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilərsə, nədən belə bir razılaşma imzalasın.
8. Əgər işçi yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxdıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilərsə, Əmək müqaviləsində və ona edilən əlavədə əmək pensiyasına 20, 30, 40 il qalmış işçi nədən belə bir razılaşma imzalasın.
Yəni, əgər işçi əmək pensiyasına çıxmaqla əlaqədar istədiyi gün əmək müqaviləsini ləğv edə bilirsə və ya işinə davam edə bilirsə, nədən belə bir razılaşma imzalasın? Məlum faktdlr ki, işçinin heç belə bir marağı da yoxdur.
9. AR Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən: tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
10. Lakin, məsələ ondadır ki, işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi artıq Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənib və ən aşağı yaş həddi də qeyd olunub. Eyni zamanda da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsində də dövlət büdcəsindən maliyyələşən müəssisələr istisna olmaqla əmək pensiyasına çıxmaqla əlaqədar əmək müqaviləsinin ləğvi tənzimlənirsə, işçi ilə işəgötürən arasında əlavə razılaşmaya nə ehtiyac var.
Əgər işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi barədə razılaşma mümkün olsa idi, o halda da tərəflərin bu barədə qarşılıqlı razılığı Əmək Məcəlləsində nəzərdə tutulardı
Göründüyü kimi, bu müəssisələrdə bu hüquq tərəflərə aid deyil, yalnız işçilərə aiddir. Yəni, əmək pensiyası yaşına çatdıqda əmək müqaviləsinin ləğvi hüququ.
11. Göstərilən əsaslardan,Əmək Məcəlləsinin: 10, 69 və 75-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən və işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əlavə razılaşmalar Əmək Məcəlləsi, bu Məcəllənin 43. 3-cü maddəsi ilə nəzərdə tutulan və qadağan olunan: Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsinin azaldılmasıdır.
12. Hesab edirəm ki, bu qaydada əmək müqaviləsinin ləğvi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin pozulmasıdır: İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Bu halda işçi, bu qaydada ləğv edilmiş əmək müqaviləsinin ləğvi barədə əmrlərdən məhkəməyə - İddia ərizəsi ilə müraciət edib, öz əmək hüquqlarını bərpa etməyə və dəyən maddi və mənəvi ziyanın almağa çalışmalıdır.
Azer Quliyev
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
2023-cü ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə 14% artaraq 11 milyard 411,6 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 8 milyard 652,1 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,8%-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 2 milyard 559,6 milyon manatı dövlət, 8 milyard 852 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 1 124 manatlıq və yaxud bir il əvvələ nisbətən 205 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
 
Ardını oxu...
Ucar rayonunun Qazyan kənd sakini olan Daun sindromlu Ayla Bayramovaya pensiya təyin edilməyib.

“Qafqazinfo” 
xəbər verir ki, 14 yaşlı Ayla haqqında məlumatı sosial şəbəkə hesabında jurnalist Fuad Hüseynov paylaşıb.

Onun iddiasına görə, Aylaya əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edilib. Jurnalist bildirib ki, imtinada əsas kimi “müalicəsi davam etdirilsin” qeyd edilib: “Danışa bilmir, yemək yeməyini, paltar geyinməyini, yuyunmağını - hər bir hərəkətini valideynləri icra edir. Hər kəsə məlumdur ki, nə qədər müalicə olunsa da, daun sağalmır. Hərçənd ki, balaca Ayla heç nə başa düşmür”.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, sosial şəbəkələrdə videosu yayılan Ucar rayon sakini Bayramova Ayla Bayram qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 4 il ərzində heç bir müraciəti olmayıb: “Həmçinin tibb müəssisəsi tərəfindən də bu müddət ərzində forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.

Vətəndaşla bağlı video izlədikdən dərhal sonra Bayramova Aylanın valideyni ilə əlaqə saxlanılıb, ona əlilliyin qiymətləndirilməsi prosesi izah edilib. Bildirilib ki, əlilliyin qiymətləndirilməsi məqsədilə ilk növbədə qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilir.

Bütün bunlara baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məsələnin tez həll olunması üçün artıq aidiyyatı qurumlarla danışılıb və qısa müddətərzində vətəndaşa müvafiq dəstək göstəriləcək”.

Məlumat üçün bildirək ki, Daun sindromu genetik pozğunluqdan irəli gəlir. Tipik üz görünüşü ilə xarakterizə edilən belə insanlarda ürək çatışmazlığı riski yüksəkdir. İnkişafdan geriqalma bəzi hallarda həmin şəxslərdə davranış problemlərinə - tez əsəbiləşmə, diqqət pozğunluğu və obsesiv-kompulsiv davranışa səbəb olur.

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 2022-ci il iyulun 1-dən etibarən qüvvəyə minib. Həmin meyarlara əsasən, xromosom anomaliyalı xəstəliklər sırasında əlilliyə əsas verən diaqnozlardan biri də məhz, Daun sindromudur. Yəni, qanunla müəyyən edilmiş qaydada əlilliyin qiymətləndirilməsi üçün müraciət olunduğu halda, Daun sindromlu şəxslərə müvafiq orqanizm funskiyalarının itirilməsi faizləri müəyyən edilərək əlillik təyin edilir. Öz növbəsində, əlillik təyin edilmiş daun sindromlu şəxslər müvafiq olaraq sosial ödənişlərlə təmin edilirlər.

Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il 413 nömərli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında qərarının 3.1.25-ci bəndində də Daun sindromu əlilliyə əsas verən diaqnozlar sırasında yer almışdı.
 
Ardını oxu...
Hökumətin təqdim etdiyi inflyasiya göstəriciləri həmişə şübhə doğurur. Çünki rəqəmlər gerçək mənzərəni əks etdirmir. Hökumətin deməyindən belə çıxır ki, illik inflyasiya səviyyəsi heç vaxt iki rəqəmlə ifadə oluna bilməz. Amma qiymətlərin azı 20 faiz artdığı göz qabağındadır. Bir növ həqiqət etiraf olunmur, gizlədilir. Sosial-iqtisadi portret heç xoş görünmür.
Bizimyol.info xəbər verir ki, 2023-cü ildə Azərbaycanda toplam pərakəndə ticarət dövriyyəsi 59 milyard manat olub. Əvvəlki illə müqayisədə 13 faiz artım diqqət çəkir. Yəni əhali daha çox pul xərcləmək məcburiyyətində qalıb. Ümumiyyətlə, son iki ildə Azərbaycanda insanlar ərzağa görə 50 faiz artıq ödəməli olub.
Əhalinin ərzağa daha çox pul xərcləməyə ehtiyac duyduğu xüsusi nəzərə çarpır. Bunu da səbəbi bəllidir. Adətən, yoxsulluğun səviyyəsinin yüksək olduğu cəmiyyətlərdə belə mənzərə yaranır. Əhali çarəsizlikdən dərman xərclərini azaldıb. Çünki real gəlirlər azaldığından, yalnız ərzaq barədə düşünmək lazım gəlir.
Elə Dövlət Statistika Komitəsinin özünün araşdırması göstərir ki, gəlir səviyyəsi daha aşağı olan ailələrin ərzağa xərclədiyi vəsait və həmin əhali qrupunun hiss etdiyi inflyasiya səviyyəsi ölkə ortalamasından aşkar yüksəkdir. Ümumiyyətlə, komitənin hesabatları ildən-ilə pisləşməni ortaya qoyur. 2023-cü ildə pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 484 manat xərcləyib. Aylıq adambaşına düşən ərzaq məhsulları alışı isə 271 manat olub.
Ərzaq xərclərinin payının ümumi xərc balansında əhəmiyyətli yer tutması əhalinin yoxsulluğunu göstərir. Bunu heç mübahisələndirməyə də dəyməz. Normal ölkələrdə insanlar aylıq gəlirinin heç 10 faizini ərzağa xərcləmir. Bizdə göstərici 50 faizi keçir. Vəziyyət çox acınacaqlıdır. Hökumət pafoslu çıxışları daha çox xoşlayır. Amma əhalinin durumu hər il bir az da ağırlaşır. 2024-cü illə bağlı gəlir artımı nəzərdə tutulmayıb. Deməli, gələn ilin statistikasında daha eybəcər mənzərə görəcəyik.
 
 
 
Ardını oxu...
Bu ilin əvvəlinə olan məlumata görə, ölkədə pensiyaçıların sayı ölkə əhalisinin 10,8 faizini təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Həmin dövrə 443,8 min nəfər aylıq sosial müavinət, 395,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 169,6 min nəfərdir.

Göstərilən faizə görə, ortada 2 variant qalır.

Ya yaş həddi çoxdur ki, faiz bu qədər aşağıdır, ya da ki ölkədə o yaşa qədər artıq insanlar yaşamır. Ölkəmizdə orta ömür uzunluğu 70-dən yuxarıdır. Qadınlarda bu 78, kişilərdə isə 73 yaşdır.

Ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, pensiya öhdəliyi yerinə yetirilmir:

“BMT-nin məlumatına görə, Azərbaycanda orta ömür uzunluğu 72 yaşdır. Azərbaycanda isə vətəndaşlar 65 yaşında təqaüdə çıxır. Qadınlar 63 yaşında təqaüdə çıxır, amma 2027-ci ilə qədər bu 65 yaşa qaldırılacaq. Göründüyü kimi, hökumət pensiya öhdəliyini yerinə yetirmir. Azərbaycan hökuməti qanunvericiliyə uyğun olaraq, hər bir Azərbaycan vətəndaşına 12 il pensiya verməyi özünə öhdəlik götürüb. Bu gün 65 yaş pensiya yaşıdırsa, üstünə 12 gələndə 77 yaş edir. Azərbaycan hökuməti vətəndaşlarına ortalama 77 yaşına qədər pensiya verməyi öz üstünə götürüb. Amma özü bəyan elədiyi rəqəmlərə görə, orta ömür uzunluğu 75,5 yaşdır. Bu gün Azərbaycan hökuməti öz bəyan elədiyi rəqəmlərə uyğun olaraq, öz üzərinə götürdüyü 12 illik öhdəliyi yerinə yetirmir. Yəni bir 75,5 yaş yarımdan sonra il yarım da pensiya verməlidir, amma vermir”.

O qeyd edib ki, pensiya yaşının artması ədalətsiz qərar idi:

“Digər bir tərəfdən, Azərbaycanda ölüm də gəncləşib. İnsanlar bir çox xəstəliklərdən dünyasını erkən dəyişirlər. Bunu Statistika Komitəsinin rəqəmlərinə baxmaqdansa, qəbiristanlığa baxmaqla müəyyən etmək çox asandır. Dünyasını dəyişənlərin böyük əksəriyyəti 60 yaşa qədərdir. Amma bu gün pensiya yaşı 65-ə qaldırılıb. Bunu Avropa ölkələri ilə müqayisə edirlər. Amma Avropa ölkələrində insanların orta ömür uzunluğu 81-83 yaş arasında dəyişir. Yəni arada 5,5 il fərq var. 75 yaşla 83 yaş arasında 8 il fərq var. Orta ömür uzunluğu səndən 8 il öndə olan ölkələrlə niyə özünü eyni sayırsan? Orada insanlar 83 il, səndə 73,5 il yaşayır. Bizdə 75 yaşdan o tərəfə çox az adam keçir. Buna görə də pensiya yaşının artması ədalətsiz qərar idi. Bu da pensiya alan əhalinin sayının azalmasına gətirib çıxardı”.
 
Ardını oxu...
Ali məktəblərə daxil olmaq istəyən abituriyentlərin əksəriyyəti müstəqil şəkildə ixtisas seçimi edə bilmirlər. Onlar ya valideynlərinin, ya da ətraflarının təsiri altında qərar qəbul edir ki, bu da öz ixtisasları üzrə iş tapmaqlarına mane olur.

TEREF xəbər verir ki, ixtisas və peşə seçiminin əmək bazarının öyrənilmədən edilməsinin yaratdığı problemlərlə bağlı konkret.az-a açıqlama verən təhsil ekperti Kamran Əsədov durumu aşağıdakı kimi dəyərləndirib:

"Statistik göstəricilərə görə, ölkəmizdəki 4432 orta ümümtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. İl ərzində 85 min şagird orta təhsil müəssissələridən məzun olur. Onların təxminən 60 mini ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verir. Eyni zamanda, 51 universitetdə 187 min tələbə təhsil alır və 55 minə yaxını təhsilini bakalavr pilləsində davam etdirir. Cox təəssüf ki, dörd illik təhsildən sonra yalnız gənclərdən 42 faizi ixtisasa uygun işlə təmin olunur".

Ekspert hazırda tələbatın yüksək olduğu ixtisaslardan da danışıb:

"Fövqalədə Hallar Nazirliyi, Polis Akademiyası və digər hərbi təhsil müəssisələrinin məzunları birmənalı olaraq işlə təmin olunurlar. Bundan əlavə, əmək bazarında tibb işçilərinə də ehtyac böyükdür. Mühasib və müəllim peşələrinə gəldikdə isə, düzdür, onlara da ehtiyac var, amma onlar işə müasibiqələr yolu ilə qəbul olunurlar".
 
Ardını oxu...
Ürək dağlayan mənzərədir, amma yazmalıyıq ki, bəlkə insafa gələrlər. Vətən müharibəsindən sonra səhhətində ciddi problemlər olan hərbi qulluqçu ehtiyata buraxılır. Təcili əməliyyata ehtiyac yaranır, maddi imkansılıqdan ailə bankdan 5000 (beş min) manat məbləğində kredit götürür. Hərbçi əməliyyat olunur, bir müddət krediti ödəyir və ikinci əməliyyatdan sonra dünyasını dəyişir.
Qanunvericiliyə görə bu cür hallarda əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur.Yəni, bank istəsəydi borclu - hərbi qulluqçu vəfat etdiyinə görə krediti silə, öhdəliyə xitam verə bilərdi. Lakin, başqa yol seçiblər, problemli kredit kimi sənədləri ötürüblər Məhkəmə Deparatmentinə, onlar da Ədliyyə Nazirliyinin saytına daxil olub baxıblar ki, mərhumun ailə üzvlərinin adına vərəsəlik işi açılıb. Qanunla vəfat etmiş şəxsdən miras əmlak vərəsələrə keçirsə öhdəlik miras əmlaka yönildilə bilər.
Lakin, indiki halda vəfat etmiş hərbçidən ailəsinə hər hansı daşınar, daşınmaz əmlak, yaxud da bankda pul depoziti qalmamışdır. Yeganə olaraq xidmət yoldaşları ailəyə kömək məqsədilə Müdafiə Nazirliyindən 1587 manat məbləğində istifadə olunmamış əşya əmlakı əvəzi pul kompensasiyasını, yəni “paltar pulunu” almaqda kömək ediblər. Bu halda da notarius vərəsəlik işi açıb və ailə də mərhum hərbçinin azyaşlı qızına jest etmək üçün vərəsələyi onun adına rəsmiləşdirib. Bank da şəhadətnaməni görüb dərhal məhkəmədə iiddia qaldırıb ki, ödənilməmiş krediti və cərimə faizlərini, cəmi 5150 manat məbləğində pulun ailədən tutulmasına dair qətnamə çıxarılsın.
Dəhşətlisi odur ki, bank əməkdaşları şəhadətnamənin 10 yaşlı qızın adına açıldığını və həmin “paltar pulun”un mərhum hərbçidən ailəyə qalan yeganə miras olmağına fikir verməyiblər və iddia qaldırılıb. Şübhəsiz ki, 10 yaşlı qız məhkəmədə cavabdeh ola bilməz və iddia anaya qarşı qaldırılıb.
Dəhşətdir: gəncliyini, sağlamlığını bu ölkəyə, dövlətə həsr et, pensiyaya çıxandan sonra əməliyyata ehtiyac yaransın, əməliyyat üçün pul tapa bilməyəsən, bankdan kredit götür və əməliyyatdan sonra vəfat et, bank da vicdancızcasına sənin 10 yaşlı qızından pul tələb etsin. Allah heç kimə göstərməsin.
PS: Ailəyə kömək məqsədilə iddia ərizəsinə Etiraz yazıb verdik, eyni zamanda kreditin silinməsində kömək məqsədilə Bankın İdarə Heyətinin sədrinə və Prezident Aparatına müraciət hazırlayıb verdik. Baxaq görək necə olur. Nəticə olmasa məsələni ictimailəşdirəcəyik ki, qoy cəmiyyət bu vəziyyəti bilsin, bankı da tanısın. Adam söz tapıb deyə bilmir.
İlqar Allahverdiyev
TEREF: Xocanın Blogu
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti