Ardını oxu...
Pandemiya səbəbi ilə 2020-2021-ci illərdə toylar qadağan edildi. Bu ərəfədə nikahların azalması başadüşləndir. Ancaq maraqlısı odur ki, 2023-cü il də son 20 il ərzində ən az nikah bağlanan il olub. Ötən il Azərbaycanda nikah sayı əvvəlki ildən 12% azalıb, boşanmaların sayı isə 36% artıb.

Mövzuya münasibət bildirən sosioloq Rəşad Əsgərov hesab edir ki, sosial müavinət almaq üçün əslində bir yerdə yaşayıb, sonradan rəsmi olaraq boşanma da bu statistikaya təsir edən amillərdəndir.

Sosioloqun sözlərinə görə, əslində, əhalinin sayında artım olması nikaha girənlərin sayında da artımla müşayiət olunmalı idi. Ancaq nikaha girənlərin azalması sosial problemlərlə bağlı olan məsələdir.

Rəşad Əsgərov düşünür ki, evlənənlər arasında tədqiqatlar aparmaq, boşanma dinamikasına təsir edən nüansları araşdırmaq, sosial iş institutunun praktiki fəaliyyətini genişləndirməklə bu sahədə nailiyyətlər əldə etmək olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 
Ardını oxu...
1992-ci ildə Sədərəkdə şəhid olan Bahadur Abbasovun qızı İnci xanım işə düzəlmək üçün Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsinin (bundan sonra “canişin”) qəbuluna gedir. “Canişin” təbii ki, pulsuz ziyarətçi olduğunu anladığından onu qəbul etmir. Ali Məclisdən şəhid qızını yönləndirirlər Əliheydər adlı birinin üstünə. 2 saatdır axtarıraram, bu Əliheydərin Ali Məclisdə nə işlə məşğul olduğunu tapa bilmirəm.

Nə isə, sözüm onda yox, Əliheydər adlı adam İnci xanımı qəbul edir və Səhiyyə Nazirliyinə göndərir. Yanında da nazirliyin kadr məsələləri üzrə səlahiyyətlisi Günəş Qədimova ilə danışır və guya şəhid qızını ona tapşırır.

İnci xanım da etmir tənbəllik, gedir Günəş xanımın hüzuruna. Günəş xanım da qoymur heç şəhid qızı ağzını aça. Deyir ki, sənin atan çoxdan şəhid olub. Biz təzə şəhidlərin ailəsinə kömək edirik.

Qeyd edək ki, İnci xanım ailəlidir. İki uşağı var. Nə yoldaşı, nə də özü işləyir. Şəhid Bahadur Abbasovun 32 il əvvəl bizə miras qoyub getdiyi övladı indi Allah ümidinə yaşayır.

Naxçıvan canişinliyində “köhnəlmiş” şəhid hesab edilən Bahadur Abbasov kimdir?
Ardını oxu...
Bahadur Abbasov: 1960-cı il 31 iyulda Naxçıvan şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatılıb. Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. 1992-ci il 24 may tarixində erməni tərəfi ilə əldə edilmiş razılıq əsasında meyidləri dəyişməyə gedərkən şəhid olub. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

***

İncinin incik xatirələri

Şəhid Bahadur Abbasovun qızı bu gün iş və ya sosial təminat almaq üçün Naxçıvan MR Əmək və Sosial Müdafiə Nazirliyinin qapısını döyüb. Bu nazirlikdən də ona “gedin evinizə, iş tapsaq, özümüz sizə zəng edərik” deyib yola salıblar.

İnci Abbasova atasını itirəndə 5 yaşında olub. O da kiçik bacısı Afaqla bərabər uşaq bağçasına gedirmiş. Mərhum Bahadur bəy dünyasını dəyişəndə Naxçıvan camaatı onun yadigarlarına pis baxmayıb. Hətta şəhidin qızlarının getdiyi uşaq bağçasına İncinin adını veriblər. Amma bu əzizləmə uzun sürməyib. Vasif Talıbov hakimiyyətə gələndən sonra İncinin adı uşaq bağçasından silinıb. O dövrü çətinliklə xatırlayan İnci xanımın yaddaşında bəzi silik xatirələr qalıb.

Bununla belə, dediyinə görə, Vasif Talıbovun zamanında onlara “canişin” əfəndinin vaxtından daha çox diqqət göstərilirmiş: “Vasif Talıbovun vaxtında Naxçıvan Dövlət Texniki kollecinin direktoru Asəf Rusenov məni qəbul etdi. Məni həmin kollecdə işə düzəltdi. Daha sonra Naxçıvan TV-də studiya rejissoru oldum. Göydə Allah var, Vasif Talıbovun dövründə bizə daha çox hörmət qoyulurdu. İndiki hakimiyyət isə bizi get-gələ salmaqdan başqa heç bir işimizə yaramır”, - İnci belə deyir.

Qeyd edək ki, İnci xanım Naxçıvan Dövlət Texniki kollecinin mühasibat uçotu və bank işi fakültəsini qırmızı diplomla bitirib.

1992-ci ildə İnci və Afaqın getdiyi uşaq bağçasının müdirəsi olmuş Rəna Hüseynova da işlədiyi müəssisəyə İncinin adının verilməsini təsdiqləyir.
Ardını oxu...
“Şəhidimiz Bahadur Abbasovun iki övladı, Afaq ve İnci mənim rəhbərlik etdiyim uşaq bağçasının fidanları olublar. İnci ailənin böyük övladıdır. Anaları ziyalı ve dəyərli Sürəyya xanımdır. Bahadur Abbasov şəhidlik zirvəsinə ucaldıqdan sonra mən müdirəsi olduğum bağcaya İnci adını verdim. Hər zaman diqqətim, qayğım onların üzərində olub. Bu gün İncinin qarşılaşdığı problem məni dərindən sarsıtdı. Ümid edirəm ki, tezliklə həllini tapacaq ve İnci balamız islə təmin olunacaq”, - İncinin hərbi şəhərcikdə getdiyi uşaq bağçasının sabiq müdirəsi Rəna Hüseynova redaksiyamıza ünvanladığı məktubunda yazır.
ovqat.com
Ardını oxu...
2024-cü il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5250,2 min nəfər olmuş, onlardan 4963,5 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1741,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,1 min nəfər, qeyri-dövlət sektorunda isə 842,7 min nəfər təşkil edib. İqtisadiyyatın neftqaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1710,4 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,5 faizi tikintidə, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3492,0 manat, qeyri neft-qaz sektorunda 885,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 904,0 manat, özəl müəssisələrdə isə 966,0 manat olub.

2023-cü ildə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)
Ardını oxu...
 
Ardını oxu...
Dövr, maraqlar, cəmiyyət dəyişsə də, dəyişməyən, zamanla qəlib formasına düşən cümlələr var. Bunlardan "iş tapa bilmirəm”, "yüksək maaşlı iş tapa bilmirəm” kəlmələrini daha tez-tez eşidirik.

Bəs görəsən, həqiqətənmi Azərbaycanda yüksək maaşlı iş tapmaq çətindir?

Oxu.Az-ın apardığı araşdırma göstərib ki, ölkədə eyni sahə üzrə müxtəlif maaşlı işlər təklif olunur.

Elan saytlarında ən yüksək maaş maliyyə sahəsində təklif olunur:

Maliyyə direktoru - 6 000 manat;

Baş mühasib - 4 500 manat;

Vergi direktoru - 4 500 - 6 000 manat.

Ən çox maraq olan satış sahəsində isə vəziyyət belədir:

Mağazanın bölgə müdiri - 2 500 - 3 000 manat;

Satış meneceri - 4 000 manat.

Əksəriyyətin gəlirlərin yüksək olduğunu düşündüyü təmir-tikinti sahəsində isə vəziyyət belədir:

Bu sahə üzrə santexnika ustalarına 800 manat, elektriklərə isə 500 - 1 500 manat arası əməkhaqqı təklif edilir.

Səhiyyə sahəsində isə vəziyyət tam fərqlidir. Eyni vəzifə üzrə müxtəlif qurumlar tərəfindən fərqli maaşlar təklif olunur. Belə ki, bir müəssisə həkimə 2 400 manat, digəri isə 600 manat maaş təklif edir. Digər ixtisaslardan:

Optika üzrə tibbi nümayəndəyə - 1 500 - 2 000 manat;

Əczaçıya - 700 - 800 manat;

Tibb bacısına - 500 manat əməkhaqqı təklif edilir.
 
 
 
Ardını oxu...
Güzəştli ipoteka kreditlərinin verilməsində şərtlər daha da yumşaldılmalıdır.

Bunu millət vəkili Naqif Həmzəyev deyib.

O hesab edir ki, xüsusilə universitetdə çalışan, elmi dərəcə ala bilməyən müəllimlərlə bağlı ipoteka şərtlərinə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, universitetlərdə çalışan və elmi dərəcə ala bilməyən müəllimlərə güzəştli ipoteka düşmür.

Millət vəkili bildirib ki, gənc ailələrə güzəştli ipoteka kreditləri üçün şərait yaradılıb, lakin 40 yaşına qədər olan ailələrin də güzəştli kredit şərtlərindən istifadə etməsi üçün bir sıra güzəştlər olmalıdır.

"İpoteka şərtlərinə dəyişiklik edilməsi vacibdir”, - deyə deputat vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 
Ardını oxu...
Elza Məmmədova 1 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Balaxanının qazı olmayan, şəraitsiz məhəlləsində yaşayan Elza dəmir yığaraq 4 uşağı ilə dolanmağa çalışır. Elə xəstəliyinə də imkansızlığın səbəb olduğunu deyir:

“Ağır kisələr qaldırmaq, dəmir-dümür daşımaq, kürəyimdə odun daşımaq… Hamısı ağır yüklərdən oldu, hamısını onlar etdi. İmkansızlıq. Nə qədər qadın xeylağı ağır kisələri daşıyar, kürəyində odun-ocaq daşıyar? Yenə əvvəl dəmir-dümür çox olanda yığırdıq. İndi olmur. Zülmlə gəzirsən, gərək nə qədər yer gəzəsən ki, bir kisə yığasan. Bir kisə də heç 10 manat edir-eləmir. Axşam düyü var idi, gətirdim düyünü süzdüm. Çörəyimiz yox idi, nə də pul var idi almağa. Düyünü süzdüm, yedilər, yatdılar”.

Elza xəstəliyini müalicə etdirməyə gücünün çatmadığını deyir. Milli Onkologiya Mərkəzində müalicənin bahalığı və sığortanın keçməməsi vəziyyətini daha da çətinləşdirir.

“Oraya mən sığorta kağızı da apardım. Keçmədi, dedi “burada sığorta kağızı keçmir”. İki-üç gün olar sümük analizindən keçmişəm. 185 manat sümük analizinə istədilər. Getdim, yalvardım, düşmürdülər. Dedim, onda keçə bilmirəm də. Həqiqətən də yox idi, tapa bilmirdim pulu. İnanırsan, mənim onlara verdiyim pul hamısı 1 manat, xırda pul idi, elə yığmışdıq. Dedim, onda çıxım baş həkimin yanına. Qoymadılar, dedilər, onda 100 manat ödə, sonra keç. Axır 100 manat ödədim, sümük analizindən keçdim. İndi də şüa almalıyam, pul yoxdur. Orada neçə adamdan soruşdum, 2600 manat dedilər. Həkim hələ özü demədi 2600 gətir. Orada şüadan çıxanlar var idi, soruşurdum, dedilər, burada şüa 2600-dür. Şüa eyni şüadır, fərqi yoxdur”.

Elza xəstəliyi üçün pensiya da almır. Deyir ki, pensiya alsaydı, heç olmasa iynə-dərmanını almağa pul tapılardı.

“Mənim pensiyamı iki dəfə yazdıq, imtina gəldi. Dünən getdim, dedim, mən pensiya üçün yazmışam, niyə imtina gəlib? Komissiya çağırdılar, getdim. Dedi gərək əməliyyat olunduğun gündən 6 ay keçsin ki, sonra sənə pensiya düşsün. Əslində dərmanlarım poliklinikada, kimyadan gəlirəm, ağrıkəsicini poliklinika pulsuz verməlidir. Verilmir heç biri. Pensiyam düzəlsə, onlar hamısı mənə oradan pulsuz verilər. Baxma, pensiya düzələr, iynəmə, dərmanıma, az pul deyil də, uşağımın yeməyinə çatdıraram”.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli yerli mediaya açıqlamasında onkoloji xəstələrə bütün xidmətlərin pulsuz olduğunu bildirib. 2006-cı ildə qəbul edilən “Onkoloji yardım haqqında” Qanunun 4-cü maddəsinin 4.3 bəndində də hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımının dövlət büdcəsi hesabına həyata keçirildiyi qeyd edilib.

dia-az.info
 
Ardını oxu...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkünlərə müavinətin ödənilməsi məsələsinə aydınlıq gətirib.

TEREF "Trend"ə istinadən xəbər verir ki, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi’’ Qaydası ilə tənzimlənir.

Belə ki, vahid aylıq müavinətin ödənilməsi bir qayda olaraq, hər ayın sonunadək icra edilir. Fevral ayı üçün ödənişin bu gün bütün rayonlar üzrə bu gün tam başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, məcburi köçkünlərə verilən müavinətlərin gecikdirilməsi iddia olunur.
 
Ardını oxu...
Son günlər ölkəmizdə yetkinlik yaşına çatmayan qızların ərə verilməsinə cəhd halları müşahidə olunur. Aidiyyəti qurumlar hər belə haldan xəbər tutan kimi dərhal toy mərasiminin keçirilməsinin qarşısını alır və məsələyə qanunvericiliyə uyğun şəkildə tədbir görülür. Yetkinlik yaşına çatmamış qız övladlarını ərə verən valideynlər məsuliyyətə cəlb olunurlar. Amma buna baxmayaraq, toy mərasimlərini gizli şəkildə həyata keçirənlərə rast gəlinir. Erkən nikahların yolverilməzliyi barədə illərdir maarifləndirmə tədbirləri həyata keçirilsə də, bu, müsbət nəticə verməyib. Rəsmi məlumata görə, 2022-ci ildə 15-17 yaşlı qızların dünyaya gətirdiyi körpələrin sayında artım müşahidə edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsinin təklif olunduğunu açıqlayıb. Belə olan halda toy mərasiminin keçirildiyi şadlıq saraylarına qarşı hansı tədbirlər həyata keçirilməlidir?

Milli Məclisin deputatı Fazil Mustafa 32gun.az-a açıqlamasında deyir ki, erkən nikaha yol verilməsi təkcə valideynlərin deyil, həmin tədbirlərin təşkilində iştirak edən, ona yardım edən insanların da məsuliyyətidir.

Bu, inzibati məsuliyyət kateqoriyasına daxildir

Onun sözlərinə görə, hər hansı restoran, şadlıq evi və başqaları bu cür qanunsuz nikahların keçirilməsi ilə bağlı hansısa bir addım atırsa, qanunvericiliklə bu, inzibati məsuliyyət kateqoriyasına daxil olur: "Ona görə də heç kim buna yol verməməlidir. Bu, təkcə valideynin xəstəliyi məsələsi deyil, bütövlükdə cəmiyyətin problemidir. Erkən nikah cəhalətin başqa bir formasıdır və ona qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Erkən nikaha yol verilməsi hadisəsi haqqında bilgisi olan, onun qarşısını almayan insanlar müəyyən mənəvi məsuliyyət daşıyırlar".

"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu məsələdə sahibkarların üzərinə gedilməsi əyləncələrin nəzarətə götürülməsi deməkdir.

Onun sözlərinə görə, bu, pozitiv nəzarət olmalıdır və sahibkarı daha çox sıxmamalı, yaxud onun fəaliyyətini məhdudlaşdırmağa gətirib çıxarmamalıdır: "Ayrı-ayrı toy sahiblərini cərimələməkdənsə, hər yerli ərazi üzrə məsul şəxslərin cərimələnməsi daha çox effektiv olar. Çünki toya qədər bu hadisələr baş verir. Məqsədyönlü fəaliyyəti elə qurmaq lazımdır ki, insanlar etibar edib xəbər versinlər. Əksər hallarda insanların məxfiliyi pozulur deyə, onlar məsələyə qarışmaqdan çəkinirlər. Rayonlarımızda kifayət qədər erkən nikahın ciddi fəsadlara səbəb olacağını anlayan insanlar var. Onlar müəyyən mənada erkən nikaha qarşı çıxmaq istəsələr də, bəzi hallarda məxfiliyin pozulması ucbatından onlar passiv mövqedə dayanırlar".

Qızın və yaxud da oğlanın yaş həddini göstərən sənəd dəyişdirilir

M.Zeynalova qeyd edib ki, toy zamanı bəzi hallarda insan haqları pozulur, yəni sui-istifadələrə yol verilərək qızın və yaxud da oğlanın yaş həddini göstərən sənəd dəyişdirilir. Bunlar isə sonradan əlavə neqativ hallara gətirib çıxara bilər:

"Əvvəl belə hallara yol verilməməsi üçün monitorinqlər aparılırdı. Hesab edirəm, indi də bu proseslər həyata keçirilməlidir. Çünki əhali özü nə qədər məlumatlı olsa, toy sahiblərinin erkən nikaha yol vermə halları da azalacaq. Məsul şəxslər yetkinlik yaşına çatmayan uşaqlar arasında iş aparmalıdır. Xüsusən də 14-15 yaşından sonra uşaqlar arasında bu işlər gücləndirilməlidir. Erkən nikaha, onun sonradan törətdiyi fəsadlara qarşı daha çox televiziyalarda, sosial şəbəkələrdə təbliğatlar aparılmalıdır. Həmçinin məktəblərdə bu istiqamətdə daha çox maarifləndirmə işləri görülməli, uşaqların təhsilə stimulu artırılmalıdır. Texnoloji imkanlardan bəhrələnərək uşaqlara təhsilin onların gələcəyi olduğunu, erkən nikahın isə uçuruma apardığını aşılamaq lazımdır".
 
Ardını oxu...
“Novruz bayramında Əfv fərmanının verilməsini gözləyirik”.

Bunu “Sherg.az”a açıqlamasında hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, Əfv komissiyası müraciətlərə baxır:

“Komissiya həmişə işləyir, ərazilərə, müraciətlərə baxılır. Müraciətlər çoxdur. Əlbəttə, yaxşı olardı ki Novruz bayramı ərəfəsində Əfv fərmanı imzalansın. Bilirsiz ki Əfv fərmanının imzalanması Prezidentin müstəsna səlahiyyətidir. Biz ümid edirik ki, bayram ərəfəsində əfv olacaq. Neçə-neçə ailənin gözü yoldadır. Bu il Əfv fərmanının imzalanması həm də tarixi əhəmiyyət daşıyacaq. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra imzalanan ilk Əfv fərmanı ola bilər. İstərdik bu Əfv fərmanı həm də ən böyük əfv fərmanı olsun”.
 
Ardını oxu...
"Dövlət tərəfindən verilmiş mənzillər birbaşa sərəncamla verilir. Sərəncamla verilən mənzillərin satılması arzulolunan deyil, çünki bu məzillər həmin şəxslərin ev probleminin aradan qaldırılması üçün verilir”.

Bu sözləri Valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev dövlət tərəfindən verilən mənzillər haqqında danışarkən deyib.

Elnur Fərzəliyev əlavə edib ki, Azərbaycan müstəqillik qazandığı vaxtdan bu günə qədər dövlət tərəfindən 10 minlərlə mənzil müxtəlif şəxslərə verilib:

"Bu şəxslərin sırasında mühəribə veteranları, şəhid ailələri, elm adamları, sənət adamları və digər kateqoriyadan olan müxtəlif şəxslər var. Həmin insanların ev problemləri növbəli şəkildə mütəmadi olaraq aiddiyatı qurumlar tərəfindən həll edilir. Bəzi müəsisələr var ki, onların özünə də dövlət tərəfindən torpaq sahəsi ayrılıb, orda çalışan şəxslərə evlə təmin edilib.

Hətta bəzi universitetdə çalışan evsiz müəllimlərin də ev problemi bu yolla həll edilib. Kirayədə qalan elə az təminatlı ailələr var ki, bununla bağlı rəsmi məlumat verib, kirayə müqaviləsini təqdim edirsə, dövlət tərəfindən dəstək verilir. Bundan başqa evi olmayıb, ev növbəsində olan hərbçi və güc strukturlarında işləyən şəxslər yaşadığı yerdən kənar ərazidə xidmət edirsə, və dövlət tərəfindən evlə təmin edilməyiblər, kirayə yaşayırlarsa, onların kirayə ödənişləri də dövlət tərəfindən qarşılanır”.

Sərəncamla verilən mənzillərin çıxarışları, satılması və ya bağışlanması haqqında da danışan həmsöhbətimiz deyib ki, mənzillər verilən binalar tam qəbuldan keçdikdən, bina özəlləşdikdən sonra mənzil sahibi öz əmlakına çıxarış ala bilər: "Bundan sonra o, həmin mənzili ya bağışlaya, ya da digər şəxslərə sata bilər. Dövlət tərəfindən verilən əmlaklara digər şəxslər şəxsin özününün razılığı olmadan payçı ola bilməz”.

Elnur Fərzəliyev son olaraq bildirib ki, dövlət tərəfindən ev verilən şəxs ailəlidirsə və gələcəkdə boşanarsa, həmin ev məhkəmədə əmlak bölgüsünə cəlb olunmur:

"Çünki o birgə nikah dövründə qazanılmış puldan alınmayıb. Dövlət tərəfindən həmin şəxsə verilib”.
 

Dünyapress TV

Xəbər lenti