Ardını oxu...
Xalq artisti Faiq Ağayev 2010-cu ildə onu bıçaqlayan şəxsi atasının istəyi ilə bağışlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə sənətçi “Qapqara” verilişində danışıb:

“Atam mənə dedi ki, səni bıçaqlayanı şəxsi bağışla. Bu məsələdən yarım il sonra atam dünyasını dəyişdi. Onun sözündən çıxmadım, həm də daxilən buna hazır idim. Mənim xahişimlə menecerim və digər dostum da onu bağışladı”.

Qeyd edək ki, 10 il əvvəl Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Cinayətdə təqsirli bilinən Rüfət Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ardını oxu...
Xalq şairi B.Vahabzadə Oğuzun (keçmiş Vartaşenin) təbiətinə və insanları ilə görüşə xüsusi maraq göstərirdi. Oğuzlular da böyük şairin bədii yaradıcılığına və içtimai-siyasi fəaliyyətinə yüksək qiymət verirdilər.
Oğuzun Kərimli kəndində anadan olmuş, Şəki rayon partiya komitəsində II katib vəzifəsində işləmiş və Şəki Rayon Sovetinin deputatı olmuş, B.Vahabzadə ilə şəxsən dostluq edən 20 yanvar şəhidi İzzət Həmidov bu sətrlərin müəllifinə söyləyirdi ki, şair bir neçə dəfə Oğuzda onun qonağı olub. Məclisdə iştirak edənlər onun söhbətlərinə qulaq asmaqdan yorulmazmışlar. Şairin özü də insanlarla ünsiyyətdən zövq duyarmış. Söhbət uzanar və saatlarla çəkərmiş.
Yadımdadır, 1995-ci ilin oktyabr ayı idi (Təəssüf ki, dəqiq gün yadımda qalmayıb). Rayona xəbər yayılmışdı ki, Oğuz şəhərində 80 saylı Oğuz-Şəki-Mingəçevir-Yevlax seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüş şair B.Vahabzadə ilə seçicilərin görüşü keçiriləcəkdir.
Şairlə görüş yerinin müəyyənləşdirilməsi isə problemə çevirlmişdi. Digər deputatlığa namizədlərlə görüşlər 80-100 nəfərlik zalda keçirilərdi. Amma B.Vahabzadə ilə ilə görüşdə iştirak etmək istəyənlərin, iştirak etməkdə təkid edənlərin sayı o qədər çox idi ki, görüşün qapalı məkanda keçirilməsi qeyri-mümkün olmuşdu.
Çox götür-qoydan sonra deputatlığa namizədlə görüşün açıq havada – Oğuz şəhərindəki “Azərbaycan” kinoteatrının qarçısındakı meydanda keçirilməsinə qərar verilmişdi.
Görüşün başlanmasına bir saatdan çox vaxt qalmasına baxmayaraq artıq meydan insanlarla dolmuşdu. Gələnlərin isə ardı-arası kəsilmirdi. Şairin gəlməyini gözləyən adamlar dəstə-dəstə toplaşıb, onun içtimai-siyasi fəaliyyətindən, əsərlərindən söhbət acır, mübahisə edir, öz fikirlərini bildirir, əsərlərindən nümunələr söyləyirdilər. (Ədalət naminə deyək ki, toplananların içində şairdən maddi köməklik umanlar da vardı.)
Nəhayət, görüş başladı. Çıxış edənlər B.Vahabzadənin - deputatlığa namizədin həyat və fəaliyyəti haqqında danışır, onun içtimai-siyasi fəaliyyətini yüksək qiymətləndirir və hamını şairə səs verməyə çağırırdılar. Əslində görüş siyasi məcrasını dəyişərək qüdrətli bir sənətkarla görüşə, el bayramına çevrilmişdi. Çıxış edənlərin çoxu öz çıxışını hörmətli şairimizin şeirlərindən bir parça söyləməklə başa çatdırırdılar.
Tədbirin sonunda Xalq şairi çıxış etdi. Həmin görüşün canlı şahidlərindən biri AYB-nin və Jurnalistlər İttifaqının üzvü, rayonda çıxan “Oğuz yurdu” qəzetinin redaktoru N.Hüseynli özünün “Yurdum, torpağım, əzəl ünvanım – Oğuz” əsərində şairin çıxışını bu cür qeydə almışdı: “- Əziz və hörmətli oğuzlular! Adətən deputat seçiciləri ilə görüşdə öz platformasından danışır. Neçənci dəfədir ki, deputat seçilmək üçün mənim namizədliyim irəi sürülür. Mən heç vaxt platformam haqqında danışmamışam. Mənim plarformam mənim şeirlərimdir. Kim mənim platformamla tanış olmaq istərsə, kitablarımı vərəqləsin. Mən millətim üçün necə çalışmışamsa, bundan sonra da elə çalışacam… Məni deputat seçsəniz də sağ olun, seçməsəniz də. Mən xalqıma yenə də əvvəlki kimi xidmət edəcəyəm”.
Xalq şairinin sözləri sürəkli alqışlarla qarşılandı. Sonra seçicilərin yanına gələn şairlə onların arasında bir saata yaxın çəkən səmimi söhbətlər başlandı.
Görüşdən ayrılanların hamısının üzündən görkəmli şairin deputat seçilməsinə razılıq ifadəsi duyulurdu.
B.Vahabzadə böyük səs çoxluğu ilə deputat seçildi. Beş il bizim rayonun deputatı oldu. Biz bundan qürur duyduq, bununla fəxr etdik və deputatımızdan çox razı qaldıq.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
TEREF
 

Ardını oxu...
“Ömrümün hər dəqiqəsində nənəm yadıma düşür. Elə bir gün yoxdur ki, onu yada salmayım. Hər gün yoxluğu hiss olunur. Heç kim onun yerini vermir, onu mənə əvəz etmir. O mənə nənəlik yox, analıq edib. Anaların övladına etdiyin də də artığını nənəm mənim üçün edib”
 
Ardını oxu...
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə deyib. O daha sonra əlavə edib.
“Uzun illər sonra onun anam yox, nənəm olduğunu bildim. Uşaq idim, onu bizi birlikdə görən insanlar soruşurdular ki, nəvəndir? Deyirdi ki, xeyr, oğlumdur. Sonra qonşu qadınlar öz aralarında danışanda bildim ki, mən onun nəvəsiyəm. Amma bununla belə o doğmalıq, o hisslər mənim ona anaya olan münasibətimi dəyişmədi. Bəzən mənə deyirlər ki, “ailə həyatı quracaqsan, övladın olacaq, onu valideynindən də çox istəyəcəksən”. İnanmıram belə bir şey mümkün olsun” deyə nəvəsi Faiq deyib. 
Faiq İbadzadə nənəsinin sevdiyi filmlərindən də danışıb.
“Nənəmin ən çox sevdiyim ekran işi “Yerlə göy arasında” filmidir. O filmdə həqiqətən də ağlayıb. Çox çətin günlər yaşayırdı. Sanki o film onun başını qarışdırdı, onu xilas etdi. Filmdə öz dərdinə, acısına ağlayırdı. “Həm ziyarət, həm ticarət” filmindəki rolunu da çox sevirəm. Orada həddindən artıq səmimidir” deyə sənətkarın nəvəsi bildirib.
 
Ardını oxu...
 
O daha sonra əlavə edib.
“Bu günlərdə nişanlanmışam. Nənəmin o vaxt görüb bəyəndiyi xanımla ailə həyatı quracam. Çox istəyirdi onu. Deyirdi ki, “bu qızı sənə alacam”. Hələ o vaxt həyatı dərk etmirdim. Həmişə deyirdi ki, “səni evləndirsəydim, ev alsaydım dərdim olmazdı”. Qismət. Nuriyyə Əhmədova abırlı, ismətli xanım kimi yaşayıb, elə də bu dünyadan köçdü. Onunla bu gün də fəxr edirəm. Bu sənətdə hər cür adam olur. Onun adı mənim üçün hər zaman baş ucalığıdır. Nuriyyə Əhmədova haqqında bu gün hər kəs xoş danışır, onu ürək ağrısı ilə xatırlayırlar. Hər bazar günü məzarını ziyarət edirəm. Elə həftə olur ki, 2 dəfə gedirəm” deyə sənətkarın nəvəsi bildirib.
 
Ardını oxu...
PAYLAŞ:
 
Ardını oxu...
"İnsana sağlığında qiymət verilməlidir. Öləndən sonra yox. Çox əziyyət çəkmişəm: həm sənət, həm həyatda".

Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 Tamam" proqramında deyib. Qarmon ifaçısı fəxri ad almaq arzusundan danışıb:

"Yuxusuz gecələrimə heyfslənirəm. Özümə heyfim gəlir. İnsan hər zaman gülüb-danışmır ki... Birdən tək oturub deyirsən ki, cavanlıq, gözəllik gedir. 2006-cı ildə Əməkdar artist olmuşam. Mən indi Xalq artisti olmalıyam. İstəyərdim Prezident təqaüdü alım. İstəyirəm ki, vaxt gedəndə uşaqlara möhtac olmayım".//Axşam
 
Ardını oxu...
"Esme Kallen" obrazını canlandıran "Alatoran" filminin ulduzu Elizabet Rizer gizli şəkildə evlənib.

Qayanrinfo xəbər verir ki, bu barədə "Vogue" məlumat yayıb.

Aktrisa prodüser və ssenarist Brüs Gilbertlə evlənib. Toy mərasimi ötən il İtaliyada baş tutub. Mərasimdə yalnız ailə və yaxın dostlar iştirak edib. Cütlük tam məxfiliyi qorumaq istəyib və fotolarını sosial şəbəkələrdə yerləşdirməməyi xahiş ediblər.

"Bir neçə dostumuzu şahid tutaraq, gizli şəkildə evlənmək qərarına gəldik", deyə aktrisa bildirib.

Aktrisa Elizabet Rizer və prodüser Brüs Gilbertlə 2017-ci ildə itlərini gəzdirərkən tanış olublar və o vaxtdan bəri birlikdədirlər.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xalq artisti Flora Kərimova gözündə uğursuz əməliyyat edildiyini deyib.

Oxu.Az xəbər verir ki, Real TV-yə danışan müğənni eynək taxmaqdan şikayətlənib.

O bildirib ki, uğursuz plastik əməliyyatın qurbanı olub:

“Bu, mənim üçün türmədir. Hamı bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib”.

F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.

Ətraflı videoda:

 
Ardını oxu...
Sayat Novaya dair Sovet dövrü də daxil olmaqla öncəki tədqiqatlar şairi aşıq ənənəsindən qopararaq erməni milli ədəbiyyatının tərkib hissəsi kimi nəzərdən keçirməyə meylli olub. Erkən aşıqlar yerli məktəblərə aid olduğundan bu milliləşdirmə meyli müxtəlif regionlardan olan aşıqların etnik mənsubiyyətinə əsasən eyni milli kimlik ətrafında cəmləşdirilməsi ilə müşayiət olunurdu. Tiflisin erməni intellektuallarının Sayat Novanı milliləşdirmə səyləri də eyni mexanizmə əsaslanırdı. Sovet ədəbiyyatçıları isə kökləri inqilabdan əvvələ gedib çıxan aşığı romantikləşdirmə ənənəsini Sovet üsulu ilə davam etdirmişdilər. Sayat Novanın sovetləşdirilməsi özündə aşıq şeirinin romantik millətçilik və marksist-leninist prinsiplərə əsasən yenidən qurulmasını ehtiva edirdi. Şair haqda ingilis dilində ən müfəssəl elmi işin müəllifi Çarlz Dozet Sovet ədəbiyyatşünaslığını tənqid etsə belə, o da Sayat Novanın şeirlərinə aşığın daxili aləminin güzgüsü kimi yanaşmaqdan imtina etməmişdi. Sovet tənqidçiləri isə sözügedən daxili aləmin sosial-iqtisadi əsaslarını aşkarlamaqla bir addım da irəli getmişdilər.

Bu məqalə Sayat Nova poeziyasını aşıq şeirinin sərhədləri çərçivəsində nəzərdən keçirərək onun sovetləşdirilməsinə formalist perspektivdən yanaşacaq. Burada məqsəd şair haqda müzakirələrdə hökm sürən psixologizmdən uzaqlaşmaqdır. Sovet tənqidçi və ədəbiyyatşünaslarının Sayat Novanın şeirlərinə yanaşmasının tekstual təhlili aşıq şeiri ilə sosialist realizm arasındakı funksional əlaqəni işıqlandıracaq. Məqalə aşıq ənənəsinin spesifik cəhətlərinin yumşalma dövrü ədəbi tənqidində ideoloji yüklü şərhlərə necə yol açdığını göstərəcək.

Metodologiya

Sayat Novanın aşıq ənənəsindəki rolu onun erməni və Sovet ədəbi sistemlərinin tərkib hissəsinə çevrilməsi nəticəsində dəyişikliyə uğramışdı. Aşığın şeirlərini Sovet ədəbiyyatçılarının şərhlərində daha yaxşı anlamaq üçün həmin şeirlərin yenidən kəşf olunduğu ədəbi sistemlərə nəzər salmaq vacibdir. Bu baxımdan formalist ədəbiyyatşünas Yuri Tınyanovun irəli sürdüyü funksiya və istiqamət (ustanovka) anlayışları köməyimizə gələ bilər. Tınyanov istiqamət terminini ədəbiyyatın məqsədyönlülüyünə iddia edən yaradıcı niyyət problemini həll etmək və ədəbi təkamülü özünün qeyri-ədəbi (tarixi) konteksti ilə əlaqələndirmək məqsədilə təklif etmişdi:

Bir ədəbi sistemin kontekstindən qoparaq digərinə keçən bədii əsər yeni çalara bürünür, fərqli xüsusiyyətlər qazanır, başqa janra daxil olur, öz janrını itirir, başqa sözlə desək, onun funksiyası miqrasiya edir. Bu isə öz növbəsində əsərin daxilindəki funksiyaların miqrasiyasına gətirib çıxarır; əvvəl tabe olan faktorlar yeni mühitdə dominantlıq əldə edir.

18-ci əsr aşıq şeiri ifaçılıq və nəğməkarlığa meylli idi. Burada məna semantik vəhdətdən daha çox ənənəvi formaların ustalıqla istifadəsindən doğurdu. Sözügedən dominant funksiya sonralar Sayat Novanın milliləşdirilməsi və sovetləşdirilməsi zəminində daha az əhəmiyyət kəsb etməyə başladı. Nəticədə onun şeirlərinin birinci şəxsin təkində yazılmasından doğan lirik effekt (emotiv və ya ekspressiv funksiya) dominantlıq qazandı. Sayat Novanın öz dövründə o qədər də önəmli olmayan emotiv funksiya aşığın ədəbi personasının onun öz şəxsiyyəti ilə eyniləşdirilməsinə yol açaraq şairin milliləşdirilməsinin əsas istiqamətinə çevrilmişdi. Həmçinin, Sayat Novanın şeirində poetik funksiya daşıyan elementlər referensial keyfiyyət qazanaraq şairin bioqrafiyası haqda mülahizələrin əsas mənbəyinə çevrilmişdi.

Yumşalma dövrü ədəbi tənqidi

Xruşşovun 1956-cı ildəki gizli nitqindən sonra Partiya və Sovet yazıçıları arasındakı münasibətlər qəlizləşmişdi. O vaxtdan ta 1960-cı illərin ortalarına kimi Sovet ədəbi sferası Partiyanın yaradıcı azadlığa tolerant münasibəti ilə ədəbi kadrlara hücum arasında var-gəl edirdi. Xruşşovun dəyişən mövqeyi özü ilə stalinist repressiyalar arasında məsafə qoymaq istəyi və genişmiqyaslı destalinizasiyanın uzunmüddətli təsirindən qorxu ilə izah oluna bilər. Bu konfliktin baş qəhrəmanları genişmiqyaslı destalinizasiya tələb edən liberal intellektuallar və bu cür radikal tələbin nəticələrindən şəxsən narahat olan yaşlı mühafizəkar kadrlar idi. Ədəbi müzakirələr üçün nisbətən azad ictimai mühitin yaranmasına və yazıçılara təzyiqin birbaşa repressiyadan dolayı formalara keçid etməsinə baxmayaraq, Partiyanın ədəbi məsələlərdə son sözə sahib olması faktı dəyişməmişdi.

Sözügedən dövrdə yeni janrların ortaya çıxması ilə sosialist realizmin avtoriteti də sual altına alınmağa başlanmışdı. Buna baxmayaraq, ədəbi tənqid “yazıçı ilə oxucunun tərbiyəçisi və senzura sisteminin bir hissəsi olan” sosialist realizmin prinsiplərindən uzaqlaşmamışdı. Bu didaktik funksiya xəlqilik prinsipi ilə bağlı olub ədəbiyyatın sadə xalq üçün anlaşıqlılığını tələb edirdi. Xəlqilik 30-cu illərin ortalarından başlayaraq formalizmə qarşı ardıcıl hücumların əsasında duran prinsip idi. Burada hədəfə alınan konkret olaraq 20-ci illərin formalist məktəbi deyildi. Hücuma məruz qalan formalizm daha mücərrəd məfhum olub özündə ideoloji cəhətdən təhlükəli hesab olunan hər cürə novatorluğu ehtiva edirdi.

Partiya rəhbərlərinin Sovet rəssam və yazıçıları ilə 1962 və 1963-cü ildə baş tutmuş görüşlərində Xruşşovun incəsənət və ideoloji işlər üzrə nümayəndəsi L.F. İliçevin çıxışı incəsənətdə heç bir dinc birgəyaşayışdan söhbət gedə bilməyəcəyini və sosialist realizmə alternativin olmayacağını göstərmişdi. O, formalizm və abstraksionizmi Sovet həyatının həqiqətini əks etdirməyən yad təmayüllər kimi məzəmmət etmişdi. Konservativ kadrlar sənəti ideologiyadan kənar təsəvvür edə bilmirdilər. Onlar üçün formalizm gerçəkliyin təhrif olunmuş təsviri idi və Sovet reallığından doğa bilməzdi; sözügedən reallığı olduğu kimi əks etdirməyən istənilən əsər isə süni alınmağa məhkum idi. Liberallar ədəbi müxtəlifliyə can atsalar belə, mühafizəkarla eyni prinsiplərdən çıxış edirdilər, çünki “Sovet təlim və tərbiyəsi onları ictimai təşkilatlanmanı və siyasi institutları insan həyatında yaxşı və pis hər şeyin mənbəyi kimi görməyə şərtləndirmişdi.” Liberallara görə də, bədii əsərin estetik dəyəri onun ideoloji əhəmiyyətindən doğan ikincidərəcəli məsələ idi.

Formalizmləri ayırd edərkən

Aşıq şeirinin ənənələrinə söykənən Sayat Nova yaradıcılığında forma məzmunu diktə edir. Ozanın şeirlərində müşahidə olunan formallıq və vahid mövzu yoxluğu bəzən tərcüməni müşkül məsələyə çevirirdi. Sovet tənqidçiləri bu kimi məqamları görməzdən gələrək, Sayat Nova şeirlərini sırf estetik nöqteyi-nəzərdən şərh etməyin yolunu bağlayırdılar. Onlar xüsusilə vurğulayırdılar ki, şairin aşıq şeirinin formalarında yazması onun şeirlərinin məzmununa xələl gətirmir və bu tendensiyanın arxasında eksperiment niyyəti dayanmır.

Sayat Novanın 1961-ci ildə rus dilində nəşr olunmuş şeirlər toplusuna yazdığı girişdə Moskvada fəaliyyət göstərmiş erməni tənqidçi Suren Qaysaryan aşığın şeirlərində “şərq” formalarının üstünlüyünü və şairin Avropa və Rusiya dekadent şairləri ilə müqayisəsini müzakirə edirdi. Bu qəbildən analogiyalar aşığı Qərb ədəbiyyatı ilə əlaqələndirərək onun yüksək mədəni statusunu təsdiqləmiş olurdu. Erməni milli qürurunu oxşayan belə bənzətmələr eyni zamanda ideoloji baxımdan ikibaşlı idi. Buna görə Qaysaryan burjua poetik cərəyanları ilə aşıq şeiri arasında ikincinin praqmatik dəyərinə əsaslanan fərq qoyur:

Bu cür poetik vasitələrin qərb dekadent məktəblərində və qədim şərq və ya xalq şeirindəki tətbiqi arasında mühüm fərq var. Məsələ vasitədə deyil, onun istifadə məqsədindədir. Qeyd etmək lazımdır ki, eyni poetik təsvir və ifadə formaları insan hisslərinin təşkilatlanması, konkret reallığa və zəruri sintezə yaxınlaşmaq üçün istifadə edilə bilər. Onlar həm də hisslərin bölünməsinə və parçalanmasına, reallıqdan təcrid olunmağa, sintezdən uzaqlaşmağa xidmət edə, qeyri-müəyyənlik və xaos yarada bilərlər. İkinci halda bu vasitələr öz içindən korlanaraq özlərinin əksinə çevrilirlər. [12]

Bu fərqləndirmə onu nəzərdə tuturdu ki, müəyyən poetik üsulun münasibliyi onun avtonom estetik funksiyasına deyil, xidmət etdiyi ideoloji mərama əsasən müəyyən olunurdu. Formalizm öz-özlüyündə şər deyildi, bu termini neqativ məna ilə yükləyən onun ədəbiyyatxarici təzahürü idi. Bədii əsərin özünün gerçəkliyini yaratması fikrinə qarşı çıxan Sovet tənqidi üçün Sayat Nova şeirlərinin poetikliyi o qədər də önəmli deyildi. Nəticədə poetik dilin öz-özünü əks etdirmək qabiliyyəti gözardı edilərək onun mimetik funksiyası, yəni ədəbiyyatdan kənar dünyanı təqlid etmək xüsusiyyəti dominantlıq qazanmışdı. Bu yanaşma nəzəri götür-qoydan daha çox onu sərgiləyənlərin içinə düşdüyü tarixi şəraitin tələblərindən doğurdu.

Referensiallıq və emotivliyə doğru

Şairin erkən həyatının və aşıqlığa qədəm qoymasının xronologiyasına dair mülahizələr əsasən onun azərbaycanca olan vücudnaməsinə istinad edirdi. Kvazi-bioqrafik xarakter daşıyan vücudnamə ozanın ana bətninə düşməsindən hardasa 100 yaşına qədər olan dövrü əhatə edir. Sayat Novanın vücudnaməsi şairin həyatının mühüm məqamlarını dəqiqliklə göstərmir. O, aşığın ana bətnindən qəbirə qədər vücudlanmasını təsvir edir. Bundan əlavə, şeirin ritmi və qafiyələnmə şəkli hər sətirdə istifadə oluna biləcək morfemlər kombinasiyasını əvvəlcədən müəyyənləşdirir. Bu cür məhdudiyyətlər onu göstərir ki, aşıq şeirində ifadə seçimini müəyyənləşdirən əsas meyar semantika deyildi. Burada ritm və ya səslənmə daha vacib məsələ idi, çünki aşıq şeiri ifa etmək üçün və ya ifa əsnasında yaranırdı.

Vücudnamə Sayat Novanın həqiqi bioqrafiyasına bərabər olmasa da, onda mətnxarici gerçəkliyə müəyyən bənzərlik var. Sözügedən bənzərlik ondan irəli gəlir ki, şeir mətndən kənarda baş verməsi mümkün olan hadisələri sadalayır. Bu həyatilik şeirin referensiallığının xüsusi vurğulanaraq onun digər poetik xüsusiyyətlərinə üstün gəlməsini mümkün etmişdi. Vücudnaməyə əsaslanaraq, Qaysaryan və digər Sovet ədəbiyyatçıları Sayat Novanın aşıq olmazdan əvvəl toxucu işlədiyinə iddia edirdilər. Bu mülahizə şairin işçi sinfinə mənsubluğunu bir daha göstərərək onun xalq şairi obrazını qüvvətləndirirdi. Sayat Novanın sənətinin boyaqçı olması haqda digər iddia isə onun şeirlərində rəng adlarının tez-tez işlənməsinə əsaslanırdı. Mümkündür ki, aşıq toxucu və ya boyaqçı kimi fəaliyyət göstərib. Buna baxmayaraq, həm parça, həm də rəng adları aşıq şeirində geniş yayılmış motivlərdir.

Sayat Novanın məşuqun gözəlliyini tərifləyən (gözəlləmə) və məşuqun aşiqə verdiyi əziyyətdən şikayət edən (şikayətnamə) sevgi mahnıları onun poeziyasında əsas yer tutur. Ancaq iddia etmək olar ki, şairin moralist şeirləri (öyüdləmə) və ya onun şeirlərindəki nəsihət elementi Sovet ədəbiyyatçılarının Sayat Novanın siyasi görüşləri ilə bağlı fərziyyələrinin əsas mənbəyinə çevrilmişdi. Öyüdləmə müxtəlif həyati vəziyyətlərdən bəhs edərək onlardan əxlaqi dərslər çıxarır. Bu xüsusiyyət isə sosialist realizmin didaktizminə xitab edirdi. Sayat Novanın işçi sinfinə verdiyi dəyəri sübut etmək üçün ən çox sitat gətirilən aşağıdakı bənd onun Azərbaycan dilindəki öyüdləməsindən götürülüb:

Rəhmət pir ustada, körpü tikənə

Ötən təməlinə bir daş düzeyir.

El üçün can çəkdim, ömrüm tükəndi

Məzarım qayasını qardaş düzeyir.

Mahnının əsas mövzusunu müəyyənləşdirmək çətindir. O, yaxşı əməllərin faydasından və igidlərin mərdliyindən tutmuş dostların satqınlığına və həyatın gəldi-gedərliyinə kimi müxtəlif məsələlərə toxunur. Şeir həm də rus dilinə tərcümədəki təhriflərin Sayat Novanın ədəbi dəyərləndirilməsinə necə təsir göstərdiyinin nümunəsidir. Şair Arseni Tarkovskinin tərcüməsində birinci sətir “Blaqosloven stroitel, vozvedşiy most” (“Rəhmət körpü ucaldan inşaatçıya”) kimi tərcümə olunmuşdu. Şeir rus dilində yeni məna qazanaraq, Sayat Novanın işçilərə olan dərin hörmətinin ifadəsi kimi şərh olunurdu. Öyüdləmənin ikinci bəndində şeirin subyekti mövladan nicat və onu namərdlərdən qorumasını diləyir. Tarkovski həmin bəndi isə Allaha xeyiri şərdən ayırması və insanları qəddar despotdan qoruması üçün müraciət kimi tərcümə etmişdi. Bu tərcümə tərcüməçinin yaşadığı mühitə məxsus Manixey ritorikası ilə öz-özlüyündə yeni şeir kimi qəbul oluna bilər. Tarkovski orijinaldakı xahiş elementini qoruyub saxlasa da, onun məzmununu Sayat Nova yaradıcılığı üçün xarakterik olmayan daha mücərrəd çağırışla əvəz etmişdi.

“Formaca milli, məzmunca sosialist”

Sosialist realist kanon həm də monumentalizmə meylli idi. Bu isə poeziyada epik poema janrının üstün mövqeyi demək idi. Sayat Novanın birinci şəxsin perspektivindən yazılmış sevgi şeirləri daha intim xarakter daşıması baxımından aşığın sovetləşdirilməsinə əngəl törədə bilərdi. Bu potensial təhlükə tarixi determinizm vasitəsi ilə zərərsizləşdirilmişdi. Bir tərəfdən marksist-leninist dünyagörüşünə əsasən sosial-iqtisadi təşəkkülün mərhələləri incəsənətin dominant formalarını müəyyənləşdirir. Bu baxımdan lirikanın dominantlığı daxili və xarici zülm altında yaşamış 18-ci əsr Qafqaz xalqlarının tarixi gerçəkliyinin nəticəsi idi. Belə bir şəraitdə onlar öz daxili aləmlərinə çəkilərək böyük sənət əsərləri yaratmağa qadir olmamışdılar. Oxşar məntiqlə tənqidçi Lev Arutyunov Sayat Nova şeirinin lirik təmayülünü rəsmi diskursa calaq edirdi: “Varlığın dərki sevgidən keçir. Məhz buna görə də sevgi dramı ictimai drama çevrilir. Əgər reallıq sevginin əksidirsə, deməli, reallıq qəddardır. Lirika isə özündə fərdlə cəmiyyət arasındakı dramatik toqquşmanı, dünyaya münasibətdə narazılıq və ixtilafı ehtiva edərək faciəvi hal alır.” Bu tərz təfsir aşığın sevgi şeirlərini belə mövcud diskursa tabe etməyi bacarmışdı, çünki onların arxasında yatan sosial-iqtisadi səbəblər sətiraltı məna kimi şərh edilə bilərdi.

Digər tərəfdən Sayat Novanın feodal sistemin təcəssümü kimi təsviri onun unikallığının vurğulanmasını tələb edən milliləşdirmə layihəsi ilə uyğunsuzluq təşkil edirdi. Şairin müasiri olduğu sistemdən narazılığını göstərmək üçün tənqidçilər aşıq şeirindəki şikayət elementindən istifadə edirdilər. İstənilən halda Sayat Novanın narazılığı şüurlu narazılıq ola bilməzdi. Bu cür yanaşmanı Mirəli Seyidovun arqumentində görmək olur: “Sayat Nova xalqların faciəsinin həqiqi tarixi səbəblərini anlamırdı və nəticədə bu faciənin qarşısını almağın necə mümkün olduğunu da bilmirdi. O, vəziyyətdən çıxış yolunu tapa bilmədiyi üçün bəzən ruh düşkünlüyünə qapılırdı.” Seyidova görə şair özünün şeirlərində ifadəsini tapmış tarixi qüvvələrdən xəbərdar ola bilməzdi. Aşığın fərz edilən ruh düşkünlüyü feodal sinfi bölgünün doğurduğu ədalətsizliyə qeyri-adekvat reaksiya idi, çünki onun öz dövrünün sosial dinamikasını doğru şərh edə bilməsi üçün lazım olan tarixi şərtlər hələ yetişməmişdi. Beləliklə, marksist-leninist determinizm şairin romantik üsyankar portreti ilə bu cür barışdırılmışdı: Sayat Novanın həyatı və şeirləri onun yaşadığı dövrün sosial-iqtisadi faktorlarından asılı idi, eyni zamanda aşığın sistemin zülmü altında əzilməsi ‒ gürcü sarayından qovulması və hələ tam olaraq ad qoya bilmədiyi vəziyyətə münasibətdə hiddəti onun fərqliliyini təsdiq etmiş olurdu.

Bəzi hallarda isə Sayat Novanın milli obrazı sosialist realizmin normaları ilə ziddiyyət təşkil edirdi. Aşağıdakı üç misra onun erməni dilində “Dun en glkhen imastun is” (“Sən arifsən”) misrası ilə başlayan şeirindən götürülüb. Şeirdə aşıq deyişmələrinə xas öyünmək xüsusiyyəti var. Ancaq deyişmələrdən fərqli olaraq, o, rəqibə deyil, yüksək məqama sahib şəxsə müraciət təəssüratı bağışlayır. Bu səbəbdən sözügedən şeir adətən Sayat Novanın gürcü hökmdarı II İrakliyə müraciəti kimi qəbul olunur. Sovet tənqidçiləri Sayat Novanın istedadını vurğulamaq üçün tez-tez bu misraları sitat gətirirdilər:

Hər yetən kəs içə bilməz: mənim suyum özgə sudur!

Hər yetən kəs oxuya bilməz: yazım haqqın yazısıdır!

Özülümü qum bilmə sən! Daş-qayatək durasıdır!

Bu misralar şairin romantik dahi obrazını gücləndirməklə yanaşı, həm də elitist yozuma zəmin yarada bilərdilər. Sayat Novanın ələçatımlılığını məhdudlaşdırmağa meylli sözügedən çıxarış sosialist realizmin xəlqilik prinsipi ilə uyuşmurdu. Buna görə də İosif Qrişaşvili eyni misralara istinad edərək qeyd edirdi ki, “onlar onun [Sayat Novanın] seçilmişlərin şairi olduğu anlamına gəlmir.” Aşığın sadə xalq arasında populyarlığını vurğulamaq eyni dərəcədə vacib idi. Uyğun olaraq, onun yaradıcılığını hər kəsin anlaya bilməyəcəyi iddiası yalnız hakim sinfin həqiqi sənətə dəyər verə bilməməsinin göstəricisi kimi şərh oluna bilərdi.

Sayat Novanın hamisi olduğu güman edilən II İraklinin Sovet tənqidində yeri xüsusi diqqətə layiqdir. Marksist-leninist ideologiya 18-ci əsr Zaqafqaziyasını qaranlıq dövr kimi rəsm etsə də, paralel gedən gürcü milliləşdirmə layihəsi II İraklinin öz millətinin birləşdiricisi kimi, onun hakimiyyətdə olduğu dövrün isə Gürcüstanın qismən rifah gördüyü dövr kimi təsvirini tələb edirdi. Qrişaşviliyə görə, Sayat Nova həyatının ən çiçəklənən dövrünü incəsənətə yüksək dəyər vermiş II İraklinin sarayında keçirmişdi. Qaysaryan da hökmdarı ətrafındakı zadəganları sivilləşdirmək cəhdləri puça çıxan maarifçi lider kimi qələmə verirdi. İraklinin nəcibliyinə baxmayaraq, onunla Sayat Nova arasında sonradan şairin acı aqibətində rol oynayacaq sinfi fərq var idi. Qaysaryan iddia edirdi ki, aşığın bu sadə həqiqəti dərk etdiyi anlar öz əksini onun şeirlərində ‒ hökmdara münasibətdə müşahidə olunan dəyişkən hisslərində tapıb. Yuxarıda bəhsi keçən yalvarış şeirinin subyekti taleyinin özündən daha hökmlü şəxsin əlində olduğunu qəbul edərək ondan bağışlanma diləyir. Eyni zamanda, danışanın tonunda müəyyən qürur və üstünlük ab-havası var. Sayat Novanın hakimiyyət önündə əyilməzliyini sübut etmək üçün tənqidçi onun gürcü dilindəki digər şeirindən iki misranı sitat gətirir. Həmin şeirin rusca versiyasında isə İsa Məsihin adı çar sözü ilə əvəz olunub. Burada aşiq məşuqa nə ondan əl çəkəcəyini, nə də öz qürurunu sındıracağını bildirir. Sevdiyini İsaya belə səcdə etmədiyi üçün dostyana danlayan aşiq bununla onun amansızlığına işarə edir. Rəhmsiz məşuqun tilsiminə düşmüş aşiq motivi ilə şairin II İrakliyə yazdığı güman olunan müraciət arasında funksional paralellik var. Onların hər ikisində təslimiyyət duyğusu ilə bərabər məğrurluq nümayişi mövcuddur. Beləliklə, gürcü dilindəki şeirin ruscaya tərcüməsində dini leksikonun senzurası (və ya tərcüməçinin özünüsenzurası) Sayat Novanın şəxsiyyəti haqda romantik yozumları mümkün etmişdi.

Nəticə

Bu məqalə formalist yanaşma sərgiləyərək yumşalma dövrünün dominant diskursiv meyllərinin Sayat Novanın yaradıcılığını necə “rənglədiyini” və aşıq şeirinin bu prosesə verdiyi töhfəni göstərdi. O, şairin sovetləşdirilməsini dövrün simptomuna reduksiya etmək əvəzinə poetik olanla tarixi olan arasında qarşılıqlı əlaqəyə nəzər saldı. Sayat Novanın yeni obrazı tamamən Sovet icadı deyildi. Aşıq ənənələrinə tabe olan Sayat Nova yaradıcılığının səciyyəvi elementlərinin Sovet ədəbiyyatçılarının həmin yaradıcılığa verdiyi şərhlərdə müəyyən payı vardı. Ancaq bu elementlər yeni ədəbi sistemə daxil olduqdan sonra öz funksiyalarını dəyişmişdilər. Sözügedən miqrasiya Sayat Novanın paralel milliləşdirilməsi və sovetləşdirilməsi zəminində baş tutmuşdu. Şairin romantik obrazını onun politkorrekt yozumu ilə vəhdətə gətirmək heç də asan məsələ deyildi. Yumşalma dövrü ədəbi tənqidindən göründüyü kimi, bu qoşa tendensiya aşığın şeirlərinin emotiv və referensial (mimetik) funksiyalarını ön plana çıxarmışdı. İfadə azadlığı üçün qismən şərait yaranmasına baxmayaraq, nə mühafizəkar, nə də liberal ədəbi tənqid sosialist realizmin əsas müddəalarından imtina etməmişdi.



İstinadlar və qeydlər:

[1] Bu tendensiyaya istisna kimi Sayat Novanın şeirlərini aşıq şeirinin müştərək motivləri və formalarına əsasən təhlil edən Şi Yanqın dissertasiyasını misal göstərmək olar. Xi Yang, “Sayat`-Nova: Within the Near Eastern Bardic Tradition and Posthumous” (PhD diss., University of California, 2016), https://www.proquest.com/dissertations-theses/sayat-nova-within-near-eastern-bardic-tradition/docview/1757267786/se-2?accountid=15607.

[2] Юрий Тынянов,”О литературной эволюции (1927),” Архаисты и новаторы (Ленинград: Прибой, 1929), 30-47; Юрий Тынянов,”Ода как ораторский жанр (1922),” 48-86.

[3] Юрий Тынянов,”Ода как ораторский жанр (1922),” 49.

[4] “Müraciət edən subyektə köklənən emotiv və ya ‘ekspressiv’ funksiya danışanın danışılana olan münasibətini birbaşa ifadə etmək məqsədi daşıyır.” Roman Jakobson, “Linguistics and Poetics,” in Language in Literature eds. Krystyna Pomorska and Stephen Rudy (Cambridge: The Belknap Press of Harvard University Press, 1987), 66.

[5] Poetiklik və ya poetik funksiya “söz adı çəkilən obyektin təmsili və ya hər hansı emosiyanın büruzəsi kimi deyil, söz kimi hiss edildiyi zaman, sözlərin, onların kompozisiyası, mənası, xarici və daxili formasının qeyd-şərtsiz gerçəkliyə xitab etmək əvəzinə öz-özlüyündə çəki və dəyər qazandığı zaman ortaya çıxır.” Roman Jakobson, “What is Poetry?” in Language in Literature, 378.

[6] Priscilla Johnson, “The Politics of Soviet Culture, 1962-1964,” in Khrushchev and the Arts: The Politics of Soviet Culture, 1962-1964 eds. Priscilla Johnson and Leopold Labedz (Cambridge: The M.I.T. Press, 1965), 1-89.

[7] Evgeny Dobrenko and Ilya Kalinin, “Literary Criticism during the Thaw,” in A History of Russian Literary Theory and Criticism: The Soviet Age and Beyond eds. Evgeny Dobrenko and Galin Tihanov (Pittsburgh: University of Pittsburgh Press, 2011), 198.

[8] Hans Günther, “Soviet Literary Criticism and the Formulation of the Aesthetics of Socialist Realism,” 91.

[9] Priscilla Johnson, Khrushchev and the Arts, 105-120, 137-147.

[10] Dina R. Spechler, Permitted dissent in the USSR: Novy mir and the Soviet regime (New York: Praeger Publishers, 1982), xix.

[11] Evgeny Dobrenko and Ilya Kalinin, “Literary Criticism during the Thaw,” 193.

[12] Сурен Гайсарьян, “Саят-Нова. Вступительная статья,” Саят-Нова: Стихотворения (Ленинград: Советский Писатель, 1961), 54-55.

[13] Bu mülahizəni ilk dəfə Gevorq Axverdyan irəli sürmüşdü. Charles Dowsett, Sayat-Nova: An 18th-century troubadour: A Biographical and Literary Study (Louvain: Corpus Scriptorum Christianorum Orientalium, 1997), 10.

[14] Evgeny Dobrenko, “Socialist Realism,” in The Cambridge Companion to Twentieth-Century Russian Literature eds. Evgeny Dobrenko and Marina Balina (Cambridge: Cambridge University Press, 2011), 102.

[15] Лев Арутюнов, “Саят-Нова. К 250-летию со дня рождения,” Новый Мир 10 (1963), 233.

[16] Мирали Сейидов, Певец народов Закавказья (Баку: Издательство Академии наук Азербайджанской ССР, 1963), 82.

[17] Aşıqlar deyişmə zamanı rəqiblərini məğlub etmək üçün tez-tez onları məsxərəyə qoyur, özlərini isə tərifləyirlər. Bu taktikalar aşıq ritualının bir hissəsi olub mütləq şəkildə aşıqlar arasında şəxsi münaqişəyə dəlalət etmir. Buna baxmayaraq, Sayat Novanın şeirlərindəki sinfi mübarizə diskursunun binar təbiətinə xitab edən rişxənd elementi onun 18-ci əsr merkantil burjuaziyaya və zadəganlara olan satirik münasibətindən tutmuş şairin estetik görüşlərinə qədər müxtəlif növ interpretasiyalara yol açmışdı.

[18] Bu konsensusa baxmayaraq, şeirdəki müraciətin hökmdara yoxsa məşuqa edilməsi birmənalı şəkildə məlum deyil.

[19] Şair İlyas Tapdığın Azərbaycan dilinə etdiyi tərcümədə şeirin bu hissəsi altılıq, Valeri Bryusovun ruscaya tərcüməsində isə orijinalda olduğu kimi üçlük şəklindədir. Bryusovun tərcüməsi inqilabdan öncəki dövrə aid olub sonradan Sovet nəşrlərində təkrarən müraciət edilən mətnə çevrilmişdi.

[20] Иосиф Гришашвили, “Саят-Нова,” Литературная Грузия 10 (1963), 62.

[21] II İrakli Kartli və Kaxetiya çarlıqlarını birləşdirməsi ilə tanınır. Hökmdarın milli əhəmiyyəti ilə yanaşı, onun hakimiyyəti mərkəzləşdirmək cəhdləri və Rusiya və Avropa ilə yaxınlaşmaq meyli Sovet etatizminə və dövrün modernizasiya şövqünə xitab edirdi.

[22] Иосиф Гришашвили, “Саят-Нова,” Лирика: Переводы с армянского, грузинского, азербайджанского (Москва: ГИХЛ, 1963), 9.

[23] Сурен Гайсарьян, “Саят-Нова,” 31-35.

[24] Aşığın “Bilməyirsən” rədifli şeirindən götürülmüş sözügedən misralar Gürcüstan doğumlu azərbaycanlı tərcüməçi Əflatun Saraçlının versiyasında: (Tərcümə 1988-ci ildə Azərbaycanda nəşr olunmuş Sayat Novanın Qulaq as sözümə şeirlər toplusundan götürülüb.)

Sayat Nova nə alçalar, nə də səndən üzü dönər,

Heç müqəddəs İsaya da yalvarmağı bilməyirsən.

Konstantin Lipskerovun ruscaya tərcüməsi:

Yox, Sayat Nova, sən ürkək baxışlı qul deyilsən,

Hətta hər kəsin boyun əydiyi çarı belə tanımırsan!
Elnurə Hüseynova
Şair və ədəbiyyat tarixçisi.
bakuresearchinstitute.org
 
Ardını oxu...
Bir dostumuz ötən günlərin birində Vaqif Səmədoğlu heyranlarını təhqir etdi. Düzü, məəttəl qaldım, heç gözləməzdim. Özü sevmir deyə sevənlərə ağır sözlər söyləmək yaraşan iş deyildi.
Başqa biri Nərimanovun siyasi fəaliyyətini qınayanları abırdan salır, az qala "axı siz kimsiniz ki Nərimanovu bəyənmirsiniz?" deyə hikkə göstərir.
Olmaz belə!
Başqasının heyranlarına və ya sevdiyinizi sevməyənlərə hücum etmək nə demək? Ünvanlarına artıq-əskik yazmaq, hörmətsizlik etmən ayıb deyilmi?
Heç kimin sizin kimi düşünmək mükəlləfiyyəti yoxdur. Gücünüz çatırsa içinizdəki diktatora qarşı vuruşun. Birdən fürsətiniz olar, Allah eləməsin, sizin kimi düşünməyənləri zindana atarsınız.
Pis örnək olmayın. Onsuz da pis örnək bolluğu var. Zatən, elçisi günüm olmuş bir aqibətimiz var.
Son 100 ildə Azərbaycan şairi, yazıçısı topluma o qədər pis nümunə göstərib, saya gəlməz... bir araya gətirsən kitab olar.
Lütfən... hədləri gözləyək. Necə olsa adımız qələm əhlidir. Xalqın gözü bizdədir.
Fərqli düşüncəyə dözmək, müzakirə və ya mübahisə etmək master-klasının siz göstərməyəcəksiniz... kim göstərəcək?!
Mehriban Vezir
TEREF
 
Ardını oxu...
İlk "Türk Askeri Devletini" "KURAN" Kağan Mete Han'dır. “KURULTAY" Alp, Kağan, Yabgu ve Tudun’lardan oluşan askeri ve mülki millet meclisi demektir. Ziya Gökalp’e göre ilk Türk KURULTAY'ının KURUCU'su da Metehan'dır. KUR kelimesi Türk Askeri Teşkilatında çok önemli bir kelimedir ve günümüzde hala çeşitli şekillerde kullanılmaktadır.
KUR, Hun ve Göktürk Alp-Savaşçıların kullandığı "Askeri Kemerdir". KUR KURŞANMAK, "Kemer Kuşanmak" anlamına gelir. Yüksek rütbeli Alp'lar "Çift KUR KURŞANIR". Türk Kağan ve Alp'lara özgü oturuş biçimi BAĞDAŞ KURMAKTIR. Bağdaş KURMAK, eski Hun ve Göktürk, "Askeri İkonografisinde" kullanılan, sembolik oturuş biçimidir. DEVLET KURMAK da yine kökeni KUR olan kökenle bağlantılıdır. Devlet KURMAK ve Bağdaş KURMAK, Askeri Devlet geleneğinin bir yansımasıdır. DEVLET KURMAK, BAĞDAŞ KURMAK ve KURULMAK, kutsal ve özel bir mekana yerleşmek, çevrelemek ve sahiplenmek demektir. KURUL ve KURULTAY ise, bu "Türk Askeri Devletini" yöneten, "Yüksek Rütbedeki" Kağanlar, Alp'lar, Yabgular ve Er'lerin oluşturduğu teşkilatın adıdır.
Ardını oxu...
Hunlar, Göktürkler, Türk Şahi Tiginler, Selçuklular, Osmanlılar, Memluklular ve diğer bir çok Türk Devleti, "Ordu Devlet" sistemi ile yönetilmiştir. Kağanlar ise bu ordunun KURMAY'ı ve Baş Komutanı olmuştur. KURMAY terimi de "Türk Askeri Jargon'una" ait bir kelimedir. KUR, Rütbe demektir ve yüksek rütbeli Alp'lara, KURMAY adı verilir. Günümüzde de özel eğitim almış Subaylara KURMAY rütbesi verilir. GENEL KURMAY tanımının da kökeni budur. KURMAY kelimesi de yüksek rütbeli kişi anlamına gelir. KURŞATMAK, yine Askeri bir tabirdir ve bir bölgeyi ya da orduyu çevrelemek anlamında kullanılır.
KURGAN, çevrelenmiş ve sıralanmış taşlar ile çevrilmiş, mezar demektir ve bu tür mezarlar çoğunlukla Asker yani Kağan, Alp ve Er mezarlarıdır.
Ardını oxu...
Bunların dışında HAYAL KURMAK, KURGU, KURGULAMAK gibi kelimeler de, hayal etmek, düşünmek, planlamak, sistematik hale getirmek, düzenlemek vb. anlamlara gelir ki, yine bir bakıma Askeri Jargona uygun kelimelerdir. Aynı şekilde KURAL, KURALLAR VE KURALCI kelimeleri de, "Türk Askeri" ve "Türk Devlet" disiplini ile bağlantılı olabilecek sözcüklerdir.
KURTARMAK kelimesi de Türkçe KURTGAR kelimesinden evrilmiştir. Elbette KURTARICI tabiri de büyük kahraman savaşçılar için söylenmiştir. KURALAY kelimesi de askeri bir tabirdir ve "KUR KURŞANMIŞ ALAY KOMUTANI" anlamına gelir. MİRALAY ise Farsça Mir-Bey ve Türkçe Alay sözcüğünden oluşur.
Ardını oxu...
KUR yani Kemer, Alplara değer katan ve onlara rütbe kazandırıp değerlerini artıran özel bir kemerdir. Bu yüzden KUR kelimesini “Değer”, “Kıymet”, “Rütbe” gibi de kullanırız. KURUM tanımı da KUR kökünden türemiştir ve ASKERLİK KURUMU şeklinde söylenmiştir. KURUM İngilizce Enstitü karşılığında olan ve yine yüksek rütbeli ve eğitimli insanların çalıştığı yer anlamına gelir. KURULUŞ da aynı anlamdadır.
İlk Türk devletini KURAN Metehan'dan sonra, yeni Türk devletini KURAN ve TÜRKLERİN KURTARICISI, Mustafa Kemal ATATÜRK'tür. O, KUR KURŞANMIŞ, ve Devlet KURMUŞ en büyük KURMAY'dır
Nuray Bilgili.
TEREF
 
Ardını oxu...
Bu gün Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri bəstəkar, musiqi xadimi, xanəndə, Azərbaycanın xalq artisti Cabbar Qaryağdıoğlunun doğum günüdür.

Oxu.Az xatırladır ki, Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Onu “Şərq musiqisinin peyğəmbəri” adlandırırdılar.

Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb.

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada “Seyidli” məhəlləsində anadan olub. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Uşaqlıqdan məhəllə uşaqları ilə “Qayabaşında”, “Qırxpilləkəndə”, “Ağzıyastı kahada” quzu otaran Cabbar saatlarla “Dəlikdaşın” üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.

Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan “Segah”ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Onun köhnə qrammafon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdururdu.

Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub.

Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirrləri gənc xanəndələrə öyrədilir. Onun “Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.

Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.

Cabbar Qaryağdıoğlunun şairliyi də vardı. Bəstəkar kimi mahnılar da qoşurdu.

O, 1944-cü il aprelin 20-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 
 
 

Dünyapress TV

Xəbər lenti