Ardını oxu...
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya bölməsinin analitiklərinə Telegram mesajlaşma proqramına daxil olmaq üçün masaüstü kompüterlərindən istifadə etməyə icazə verilmir.

Bu barədə Bloomberg öz mənbələrinə istinadən bildirib.

MKİ hesab edir ki, bu proqram rusiyalı hərbi bloqçuların paylaşımlarına görə Rusiya üzrə ekspertlərin marağına səbəb ola bilər.

Agentliyin mənbələri bildiriblər ki, ABŞ kəşfiyyat təşkilatının analitikləri Telegram-a daxil olmaq istədikdə MKİ-nınbinasını tərk etməlidirlər.

Bloomberg qeyd edir ki, ABŞ hökumətinin müəyyən məlumat toplama vasitələrinə ehtiyatlı yanaşması açıq mənbələrlə işləyən kəşfiyyatın işinə mənfi təsir göstərir.

Agentliyin məlumatına görə, Vaşinqton açıq mənbələrin təhlili ilə bağlı MKİ-nin işini gücləndirmək niyyətindədir. Buna nail olmaq üçün OSINT-in milli strategiyası hazırlanır. O, məlumatların toplanması və kəşfiyyat fəaliyyətinin bu növünə yanaşmanı təkmilləşdirmək üçün koordinasiyanı nəzərdə tutur. MKİ-nın rəsmi nümayəndəsinin sözlərinə görə, planın yaxın aylarda həyata keçiriləcəyi gözlənilir.

Bundan əvvəl Kreml MKİ-nin sosial şəbəkələrdə rusları işə cəlb etmək cəhdlər etdiyini bildirib.
 
Ardını oxu...
İran bazar günü bildirib ki, o, uğurla kosmosa üç peyk buraxıb. Bu, Qərbin Tehranın ballistik raketlərini təkmilləşdirdiyini bildirdiyi proqramla bağlı yeni irəliləyişdir.

Dövlətə məxsus İRNA xəbər agentliyi bildirib ki, buraxılış zamanı həm də keçmişdə bir neçə dəfə uğursuzluğa düçar olmuş İranın Simurq raketindən də uğurla istifadə olunub.

Bu xəbər İsrailin Qəzza zolağında HƏMAS-a qarşı davam etdirdiyi müharibəyə görə Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edir.

İran dövlət televiziyası tərəfindən yayılan görüntülərdə Simurq raketinin gecə buraxılışı əks olunub. Associated Press agentliyinin kadrların təfərrüatlarının təhlili göstərib ki, o, İranın Semnan əyalətindəki İmam Xomeyni kosmodromunda baş verib.

Dövlət televiziyası orbitə buraxılan peykləri Mahda, Kayhan-2 və Hatef-1 adlandırıb. O, Mahda-nı tədqiqat peyki kimi təsvir etdi, Kayhan və Hatef isə müvafiq olaraq qlobal yerləşdirmə və rabitəyə yönəlmiş nano-peyklər idi.

Birləşmiş Ştatlar bundan əvvəl İranın peykinin buraxılmasının BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olduğunu bildirib və Tehranı nüvə silahı daşıya bilən ballistik raketlərlə bağlı heç bir fəaliyyət göstərməyə çağırıb. İranın ballistik raket proqramı ilə bağlı BMT sanksiyalarının müddəti ötən ilin oktyabrında başa çatıb.

ABŞ kəşfiyyat cəmiyyətinin 2023-cü il üçün dünya miqyasında təhdid qiymətləndirməsində deyilir ki, peyk daşıyıcı aparatların inkişafı İranın qitələrarası ballistik raket hazırlamaq üçün "vaxtını qısaldır", çünki o, oxşar texnologiyadan istifadə edir.

ABŞ ordusu və Dövlət Departamenti şərh tələblərinə dərhal cavab verməyib. Bununla belə, ABŞ hərbçiləri İranın yanvarın 20-dən etibarən ölkənin paramiliter İnqilab Keşikçiləri tərəfindən həyata keçirilən uğurlu peyk buraxılışını sakitcə etiraf edib.
 
Ardını oxu...
Marsda “Jezero krateri” adlı hövzədə göl tapılıb.

Bu barədə ABŞ Aeronavtika və Kosmik Agentliyindən (NASA) açıqlama verilib.

Bildirilib ki, Mars orbitində və səthində araşdırma aparan “Perseverance” roveri Marsda bu gölün mövcudluğunu təsdiq edən məlumatlar toplayıb.

NASA-nın internet saytında yer alan xəbərə görə, robot-roverin tapıntıları elm adamlarının Marsın bəzi hissələrinin bir zamanlar su ilə örtüldüyü və mikrobioloji həyatın ola biləcəyinə dair yanaşmalarını təsdiqləyir.

Qırmızı planetdəki 60-dan çox bölgəni diqqətlə araşdıran missiya komandasının və dünyanın dörd yanından alimlərin tövsiyələri əsasında NASA 49 kilometr ölçüsündə olan və çox sayda deltaları olan “Jezero” kraterini “Perseverance”in eniş nöqtəsi kimi təyin edib. “Jezero” beş illik geniş araşdırmadan sonra seçilib.

Alimlər illərdir bölgənin uzaq keçmişdə su ilə dolu olduğunu və orada qədim çayın olduğunu bildirirlər.

“Perseverance”ın məlumatları göstərir ki, 3,5 milyard ildən çox əvvəl çay kanalları krater divarından aşaraq göl əmələ gətirib.

Alimlər bölgənin necə formalaşdığını və inkişaf etdiyini araşdıracaq, keçmiş həyatın izlərini aşkar etmək üçün Marsdan qaya və torpaq nümunələri toplayacaq.

“Jezero” kraterinin eni 45 kilometrdir və Mars ekvatorunun şimalında “İsidis Planitia” adlı yastı düzənliyin qərbində yerləşir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 
Ardını oxu...
Azərbaycanda “WhatsApp” hesablarında kütləvi şəkildə hesabdan çıxma problemi yaşanır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas bildirib.

O, problemin lokal olduğunu söyləyib və bunun səbəbini isə kütləvi hücum ehtimalı ilə əlaqələndirib.

Texnobloger istifadəçilərə “WhatsApp”da dərhal 2 mərhələli təsdiqi aktivləşdirməyi tövsiyyə edib.

Təlimat videosunu təqdim edirik:

 
 
 
Ardını oxu...
Beynəlxalq alimlər qrupu on illik araşdırma zamanı "köhnə siqaret çəkənlər" ləqəbli qırmızı nəhənglərin yeni növünü kəşf ediblər.

"Sky News" kanalına istinadən xəbər veririk.

"Alimlər qalaktikamızın ürəyinin dərinliklərində yeni tip ulduz kəşf etdiklərini bildiriblər. Astrofiziklər bu ulduzların qaz buludlarını havaya uçurduğunu müşahidə etdiklərinə görə onlara "köhnə siqaret çəkənlər" ləqəbi qoyublar", deyə kanal qeyd edib.

Alimlər bir milyarda yaxın ulduzu izləyib və parlaqlığını ən azı 40 dəfə, bəzi hallarda isə 300 dəfədən çox artıran 32 partlayan protoulduz müəyyən ediblər.

Bununla belə, eyni araşdırmanın bir hissəsi olaraq, onlar Süd Yolunun mərkəzində parlaqlıqda qeyri-müəyyən dəyişikliklər nümayiş etdirən bir qrup qırmızı nəhəng aşkar ediblər.

"Bu 21 ulduzun püskürməyə başlayan proto-ulduz olub-olmadığını və ya ulduzun yaxınlığında bir disk və ya toz qabığının yaratdığı parlaqlıq düşüşündən sonra bərpa olunduqlarından əmin deyildik. Üçüncü ehtimal bu idi ki, bunlar köhnə nəhəng ulduzlardır, həyatlarının sonrakı mərhələlərində maddəni qoyurlar və köhnə siqaret çəkənlər kimi qaz çıxarırlar", deyə Hertforshire Universitetində komandanın rəhbəri professor Filipa Lukas bildirib.

Tədqiqatçıların fikrincə, Süd Yolunun mərkəzində yerləşən ulduzlarda ağır elementlərin daha yüksək konsentrasiyası qırmızı nəhənglərin nisbətən soyuq xarici təbəqələrində qazdan olan toz hissəciklərinin kondensasiyasına kömək etməlidir. Bununla belə, bunun komandanın müşahidə etdiyi qalın tüstü leyləklərinə necə səbəb olduğu tədqiqatçılar üçün sirr olaraq qalır.

Astronomların fikrincə, bu kəşf Süd Yolunun mərkəzində və digər qalaktikaların metalla zəngin bölgələrində elementlərin paylanması ilə bağlı fikirləri dəyişə bilər. \\Qaynarinfo
 
Ardını oxu...
Perunun Milli Məhkəmə Tibb və Kriminologiya İnstitutunun alimləri bəzilərinin yadplanetlilərin mumiyaları olduğuna inandıqları Naska səhrasındakı cəsədlərinin qalıqlarını araşdırıblar.

"Mumiyalar"ın tədqiqi zamanı onlarda əslində qeyri-insani elementlər, xüsusən də kiçik heyvanların fraqmentləri olduğu aşkarlanıb.

X-ray tədqiqatı göstərib ki, "yadplanetlilər"dən birinin başı məməlinin kəlləsinə uyğundur və sümüklər quşlardan götürülüb. Başqa bir nümunə hamiləlik təəssüratı yaradıb, amma sonda sadə bir daş olduğu ortaya çıxıb.

İnstitutun əməkdaşı Flavio Estrada Moreno sümüklərin Peru mədəniyyətlərinin arxeoloji qəbiristanlıqlarında tapıla bilən lama və ya alpaka kəllələrinə bənzədiyini söyləyib.

Peru alimləri yadplanetlilərə aid heç bir əlamət tapmayıblar, lakin sümük qalıqlarının muzey eksponatları olduğuna görə qanun pozuntusunun əlamətlərini görüblər. Araşdırmanın nəticələrindən sonra onların qanunsuz ixracı ilə bağlı cinayət işi açılıb.

Noyabr ayında Meksika Parlamentində dinləmələr keçirilib və bu dinləmə zamanı alimlər Perudan olan "yadplanetlilər"in cəsədlərini real adlandırılb. \\Qaynarinfo
 
Ardını oxu...
1969-1972-ci illərdə Aya ayaq basmış 12 amerikalı astronavtdan 4-ü bu gün də həyatdadır. Bu qədər radiasiya, gərginlik, çəkisizlik və bədənlərinə düşən yüklənmələrə baxmayaraq biri xaric (James Irwin) hamısı uzunömürlü olublar. Astronavtların çox hazırlıqlı və xüsusi seçilmiş olmaları, yaşayış tərzləri və psixoloji vəziyyətləri, qidalanma və s. kimi göstəriciləri önəmli rol oynamışlar demək…
• Neil Armstrong (1930 - 2012)
• Buzz Aldrin, 93 yaşında
• Pete Conrad (1930 - 1999)
• Alan Bean (1932 - 2018)
• Alan Shepard (1923 - 1998)
• Edgar Mitchell (1930 - 2016)
• David Scott, 91 yaşında
• James Irwin (1930 - 1991)
• John Young (1930 - 2018)
• Charles Duke, 87 yaşında
• Eugene Cernan (1934 - 2017)
• Harrison Schmitt, 87 yaşında
İbrahim Nebioğlu
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
Gürcüstanda fiber-optik rabitədə yaranan problemlər səbəbindən İrana daxil olan internet kəsilib.

Məlumata görə, İranda internetlə bağlı problemlər Gürcüstandan keçən optik lifin qırılması ilə bağlıdır.

Bildirilir ki, hazırda Gürcüstanda problemin həlli üçün lazımi texniki tədbirlər görülür.
Mənbə: rossaprimavera.ru
 
Ardını oxu...
"İngenuity" helikopterinin operatorları Marsa 72-ci uçuşundan sonra cihazla əlaqəni kəsib.

Axar.az xəbər veri ki, bu barədə NASA-dan məlumat verilib.

Məlumata görə, helikopter nəzərdə tutulan maksimum 40 fut (12 metr) yüksəkliyə uğurla qalxıb. Daha sonra eniş zamanı helikopterlə rover arasında əlaqə kəsilib.

"İngenuity" komandası mövcud məlumatları təhlil edir və helikopterlə əlaqəni bərpa etmək üçün növbəti addımları nəzərdən keçirir”, - nəşrdə vurğulanıb.
 
 
 
Ardını oxu...
"Sırayla değil parayla"
Gazeteci Fatih Altaylı, Türkiye'nin ilk insanlı uzay yolculuğuna ilişkin olarak, "Mercedes taksiye binince, Mercedes sahibi oldum zannetmek..." yorumunu yaptı.

Türkiye'nin ilk astronotu Alper Gezeravcı'nın da içinde bulunduğu SpaceX'e ait uzay aracı, ABD yerel saatiyle 16.49'da (TSİ 00.49) NASA'nın Florida'daki Kennedy Uzay Merkezi'nden başarıyla fırlatıldı.

Fatih Altaylı, Türkiye’nin bu yolculuk ile uzayı fethettiğini zannettiğini savundu.

Altaylı yazısında şu ifadeleri kullandı:

"Türk astronot Alper Gezeravcı’nın uzay yolculuğu başladı.

Daha önce bir Amerikalı emlakçı, bir Kanadalı işinsanı, iki Suudi astronotun oturduğu koltuklardan birinde bu kez Türk pilot Gezeravcı oturuyor.

Benim anlamadığım ise Türkiye’nin bu yolculuk ile uzayı fethettiğini zannetmesi.

Daha önce de söyleyip yazdığım gibi 60 milyon doları basabilsem ve sağlık testlerinden geçmeyi başarabilsem ben de, siz de bu yolculuğu yapabilirdiniz.

Bu yapılanın Türkiye’nin uzaya gitme konusunda bir aşama kaydettiğine dair hiç bin anlamı yok.

Amerikalı emlakçı ya da Kanadalı iş insanı uzayı fethetme konusunda ne kadar aşama kat etti ise biz de ülke olarak o kadar aşama kaydettik.

Açıkçası ben bazılarının göstermeye çalıştığı sevince Mercedes taksiye binince, kendini Mercedes sahibi olmuş gibi göstermeye çalışan görgüsüzün yaptığına benzetiyorum.

Kardeşim, o bindiğin Mercedes’in jant kapağı bile senin değil.

Sen inince başkasını binecek.

Sırayla bile değil parayla."
/t24.com.tr
 

Dünyapress TV

Xəbər lenti