AK qazın qiyməti üzrə 275 avro hədd tətbiq etməyi təklif edir
Avropa Komissiyası (AK) TTF mərkəzinin indeksinə əsasən qazın qiyməti üzrə hər MVt/saat üçün 275 avro səviyyəsində fövqəladə hədd təklif edən reqlament dərc edib.

Bu barədə “Bloomberg” xəbər verir.

1 MVt/saat üçün 275 avro məbləğ 1000 kub metr üçün təxminən 2 900 ABŞ dolları deməkdir. Bu gün qazın spot qiyməti 1 120 ABŞ dolları olub. Bu rəqəm hazırkı 120 avro səviyyəsindən xeyli yuxarıdır, lakin Avropa ölkələrinin bu yay əziyyət çəkdiyi pik məbləğlərdən aşağıdır.

"Bu qiymətdən yuxarı sövdələşmələr aparılmayacaq. İki şərt yerinə yetirildiyi təqdirdə bazar korreksiyası mexanizmi işə düşəcək. Birincisi qazın qiyməti iki həftə ərzində müəyyən edilmiş həddi, yəni 275 avronu keçərsə. İkincisi isə TTF qiyməti ilə qlobal LNG qiyməti arasındakı fərq 10 ticarət günü ərzində 58 avro və ya daha çox olarsa”, - energetika üzrə Avropa komissarı Kadri Simson mətbuat konfransında bildirib.

AK-nın təklifi enerji xərclərini azaltmaq istəyən bir sıra Avropa İtiifaqı ölkələri tərəfindən dəstəklənib, lakin hələ də milli hökumətlərin təsdiqinə ehtiyac var. Son həftələrdə qazın qiyməti aşağı düşüb, lakin noyabrın 22-də “Qazprom”un Avropaya qaz tədarükünü daha da azaltmaqla bağlı hədələri növbəti dəfə qiymət artımı ehtimalını artırıb.

AK-nın təklifi Avaropa İtiifaqı ölkələrinin energetika nazirləri tərəfindən noyabrın 24-də Brüsseldə keçiriləcək fövqəladə iclasda müzakirə olunacaq. Milli hökumətlərin sənədə düzəlişlər təklif etmək hüququ var.

Bölmənin digər xəbərləri

23 May 2024 Gəlir vergisinin olmadığı ölkələr – SİYAHI
23 May 2024 Deputat: “Məsafəyə uyğun gedişhaqqı alınsa, az məsafə gedən sərnişin daha az ödəniş edər”
23 May 2024 Azərbaycanda dollar ucuzlaşacaq? - VACİB AÇIQLAMA
22 May 2024  Naftalanda da dövlət büdcəsinə BELƏ ŞƏRİK ÇIXIRLAR... - BU DA FAKT!!!
22 May 2024 Deputatdan ANONS: "Büdcəyə dəyişikliklər ola bilər"- Yeni QANUNLAR gəlir
22 May 2024 İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyənləşdi
21 May 2024 Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: - Otellərində qiymətlər niyə bahadır?
21 May 2024 Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır
20 May 2024 Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyib? Xərcin artım tempi düşür
19 May 2024 Azərbaycanda sığorta şikətlərinin investisiyaları 18 % artıb
19 May 2024 Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var - Taleh Kazımov
18 May 2024 TAKSİ QİYMƏTLƏRİ İKİ DƏFƏYƏ YAXIN BAHALAŞACAQ – İki həftə sonra Bakıda taksi xidmətində nələr dəyişəcək?
18 May 2024 "Birbank" debet kartları dövriyyədən çıxarılır? - AÇIQLAMA
17 May 2024 Azərbaycanda “dollar sevdası” bitdi?
17 May 2024 Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb
15 May 2024 Rusiyalılar Türkiyəyə axışır: Tur satışları ikiqat artıb
15 May 2024 Ukraynalı iş adamının ötən il Bakıda yaratdığı 150 min dollarlıq şirkət BAĞLANDI
14 May 2024 Maaş artırılır: Hökumət hansı rəqəm üstündə dayanacaq? - GƏLİŞMƏ
14 May 2024 KTN sistemində ABSURD subsidiya siyasəti - NAZİRİN NƏZƏRİNƏ...
14 May 2024 Olmayan inflyasiya: Onu 1 faizdən də aşağı kim azaldıb? - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti