Deputat: “Məsafəyə uyğun gedişhaqqı alınsa, az məsafə gedən sərnişin daha az ödəniş edər”
Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatlarda gedişhaqqı stabil olaraq 0,40 AZN hesablanır.

Lakin bəzi marşrut avtobuslarının getdiyi məsafə uzaq olduğu üçün həmin marşrut avtobuslarında gedişhaqqı məsafəyə uyğun olaraq 0,45, 0,50, 0,60 AZN təşkil edir.

Bəs sərnişinlər marşurut ilə qısa məsafə qət etdikdə niyə gedişhaqqı məsafəyə görə hesablanmır?

Məsələn, gedişhaqqı qiyməti 0,60 AZN təyin edilmiş marşrutlarda 1 dayanacaq belə getsəniz yenə də, 0,60 AZN ödəməli olacaqsınız.

İndex.az məsələ ilə bağlı deputat Vüqar Bayramov ilə əlaqə saxladı.

İndex.az-a danışan Vüqar Bayramov bildirdi ki, nəqliyyat sektorunda ödəniş sisteminə yenidən baxılmasına və təkmilləşdirilməsinə ehtiyac var:

“Dünya praktikasına nəzər salsaq görərik ki, bir sıra ölkələrdə gedişhaqqı üçün günlük, həftəlik və aylıq kartlardan istifadə olunur. Bu kartlar vasitəsi ilə sərnişinlər nisbətən daha az ödəniş edirlər. Bununla yanaşı məsəfayə uyğun olaraq ödənişin müəyyənləşdirilməsi də, məqsədəuyğundur. Belə olduqda, daha az məsafə qət edən sərnişinlər daha az ödəniş edə bilərlər”.

Deputat bildirdi ki, ödəniş sisteminin təkmilləşdirilməsi nəqliyyat sektorunda ödənişlərin sistemləşdirilməsinə şərait yaradacaq:

“Ödəniş sisteminin təkmilləşdirilməsi nəqliyyat sektorunda ödənişlərin sistemli şəkildə cəlb edilməsini asanlaşdıracaq. Bununla yanaşı, mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə edən insanların daha ucuz qiymətlərlə səyahət etməsinə imkan verəcək”.
 
 
 

Bölmənin digər xəbərləri

24 İyun 2024 Maaş artımı: statistika sevindirir, reallıq duruxur - Cari il əmək haqları harada və nə qədər artıb?
22 İyun 2024 Çin Mərkəzi Bankından yuana dəstək
22 İyun 2024 Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu milyonluq vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
21 İyun 2024 Azərbaycanda od qiymətinə sular - Şirkətlər qiyməti niyə qaldırıb?
20 İyun 2024 `Yelo bank` İFLAS YOLUNDA... - məhkəmə çəkişmələri, zərər və...
19 İyun 2024  Gürcüstan və Ermənistanda orta aylıq əmək haqqı Azərbaycandakından yüksəkdir?.. - “Newsgeorgia”
19 İyun 2024 Bəzi yerlərdə mal əti UCUZLAŞDI: Kiloqramı 9 manata satılır
19 İyun 2024 Ən ucuz maşınlar - SİYAHI
19 İyun 2024 Bakı bazarında: “Bu il meyvələr iki dəfə bahalaşıb”
17 İyun 2024 Trüdo: Kanada Ukraynaya 15 milyon dollar vəsait ayıracaq
16 İyun 2024 Bayramqabağı mal bazarında vəziyyət: Dana 2 000, quzu 500, dəvə 6 000 manatdır
16 İyun 2024 Fransa şirkəti Nigerdəki uran mədənində hasilat hüququnu itirə bilər
15 İyun 2024 Azərbaycana Belarusdan kiloqramı 5,4 manata pomidor gətirilib – Marketlərdə satılmır
15 İyun 2024 Bir ildə 43 milyonluq tender udan iş adamı nədən narazıdır?
15 İyun 2024 Kommunal xidmətlərə niyə pul yatırılmır? - İLGİNC...
14 İyun 2024 “Akkuyu” AES-in tikintisinin dəyəri 24-25 milyard dollardır
14 İyun 2024 Kiçik-orta sahibkarların boğulması prosesinə bir məsələ də əlavə olundu
12 İyun 2024 Bayramqabağı bazarda son vəziyyət: 250 manatdan 450 manatadək satılan qurbanlıqlar VİDEO
12 İyun 2024 Rusiyanın aktivlərindən əldə edilən ilk 1,5 milyard Ukraynaya nə vaxt veriləcək?
12 İyun 2024 Azərbaycanla bağlı variant masada: Rusiyanı əvəz edəcək - GƏLİŞMƏ

Dünyapress TV

Xəbər lenti