Ardını oxu...
ABŞ maliyyə naziri Canet Yellen OPEC+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı qərarının qlobal iqtisadiyyat, xüsusilə də böyüyən bazarlar üçün “faydasız və qeyri-müdrik” olduğunu bildirib. Bu barədə oktyabrıb 9-u Financial Times xəbər verib.

“Biz inkişaf etməkdə olan ölkələr və onların üzləşdiyi problemlərlə bağlı narahatıq” – deyə Yellen qəzetə müsahibəsində bildirib.

Nazir həmçinin müttəfiqləri Ukraynana maliyyə yardımı göstərməkdə ləng olduqları üçün tənqid edib.

“Ukraynaya vəsaitlərin köçürülməsi tempi olduqca yavaşdır” – Yellen bildirib və əlavə edib ki, bəzi ölkələr Ukrayana yardım öhdəliyi götürsələr də, hələ də bunu reallaşdırmayıblar.
amerikaninsesi
 
Ardını oxu...
Rusiyalıların müharibəyə səfərbərliyi ölkədəki məşğul insanların axınana səbəb olub. Rusiya iqtisadiyyatı vacib malların idxalının bayanması və böyük müəssisələrin bağlanması səbəbilə ölməyə başlayıb.

UNİAN-ın məlumatına görə, bu barədə «Ecprecco» telekanalının efirindən Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Uss danışıb.

“Hazırda Rusiya iqtisadiyyatının reallığı belədir ki, gerçəkdən onların valytasına xüsusi maraq yoxdur. Formal olaraq möhkəmlənib. Amma rubl ona görə möhkəmlənməyib ki, Rusiya iqtisadiyyatı yaxşı işləməyə başlayıb. Sadəcə ona görə ki, iqtisadiyyat üçün vacib olan malların idxalı dayanıb.

Bu da bir tərəfdən, rublu gücləndirib. O biri tərəfdən isə nə zaman ki, sənini üçün vacib olan idxal yoxdursa, sənin istahsalın dayanmağa başlayır. Məhz ona görə də may ayında Rusiyada avtomobil istehsalı 97 faiz azalıb, başqa sözlə, faktiki dayanmışdı. Bu, mütləq baş verməli məntiqi nəticə idi. Sadəcə iqtisadiyyat ölməyə başlayır” – deyə, Uss izah edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi səfərbərlik də Rusiya Federasiyasının iqtisadiyyatına neqativ təsir göstərir. Bu, onunla bağlıdır ki, ölkənin bilavasitə ümumi daxili məhsul (ÜDM) yaradan insanları xarici ölkələrə qaçırlar.

“Əmək qabiliyyətli vətəndaşlar, xüsusən, kişilər ölkəni tərk edirlər. Bu, o deməkdir ki, təxminən yarım milyon rusiyalı ölkədən gedib. Bu, Rusiya iqtisadiyyatı üçün daha çətin problemlər yaradacaq” – deyə, ekspert izah edib.
Ardını oxu...
Ukrayna limanlarından taxıl daşınmaları təhlükəsiz şəkildə davam edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iki gün ərzində ümumilikdə daha 17 taxıl yüklü gəmi Ukrayna limanlarından yola düşüb.
 
Ardını oxu...
Bu il binaların istilik təchizatı ilə bağlı tariflərdə dəyişiklik edilməyəcək. “Azəristiliktəchizat” qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Cari ildə də bir kvadratmetr yaşayış sahəsi üçün istilik xidmətinin qiyməti əhali qrupuna 15 qəpik, qeyri-əhali qrupu üçün isə 25 qəpik olacaq.

Bu barədə “Azəristiliktəchizat” ASC sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov keçirdiyi mətbuat konfransında deyib.

Qurum rəsmisi ölkə üzrə istiliyin verilməsi tarixinin dəyişdirilib-dəyişdirilməyəcəyi məsələsinə də münasibət bildirib.

Hər il istiliyin verildiyi mövsümdə çıxan problemlərin vaxtında aradan qaldırılması ilə bağlı məsələyə toxunulub.

Qeyri-əhali qrupunun məhdud sayda sayğaclaşdırılması həyata keçirilsə də, əhali qrupunun sayğaclaşdırılması hələ ki gündəmdə deyil. Bu il üçün yenilik isə ondan ibarətdir ki, paytaxtın Xətai rayonunda modernləşdirilən 16 qazanxana sayəsində rayon ərazisində 200-dən çox yaşayış binası normal istiliklə təmin olunacaq.

Ramil Məhərrəmov onu da əlavə edib ki, təmsil olunduğu qurumun “Azəriqaz”a olan borcu da bu ilin sonunadək ödənəcək. Artıq bu il üçün borcun 90%-i qaytarılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
Ardını oxu...
Azərbaycanda məşhur şirkətin dövlətə milyonlarla borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, “Evfemiya” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 777 min 345 manat 41 qəpik vergi borcu var.
Ardını oxu...
Bu şirkətin təsisçisi adı son illər müxtəlif qalmaqallarda hallanan İsmayılov Gəncəli İsmayıl oğludur. Əldə etdiyimiz məlumata görə, artıq onun ölkədən getmək hüququ da məhdudlaşdırılıb.
Ardını oxu...
Naxçıvanda üzərlik qabı istehsalı ilə biznesmenə çevirilən Gəncəli İsmayılov uzun illər Azərbaycanda məşhur “Soliton” (Neptun) şirkətinin əsas nümayəndələrindən biri olub.
“Soliton LTD” nin rəhbəri Bağırov Müseyib Abbas oğludur. Gəncəli İsmayılov isə şirkət rəhbərinin qaynıdır.
Ardını oxu...
Hazırda Gəncəli İsmayılovun təsisçisi olduğu “Evfemiya” MMC məşhur brend qab-qacaqlarının satışını həyata keçirən “Karaca” mağazalar şəbəkəsi idarə edir. “Evfemiya” adının özü də Çexiyanın məşhur qab-qacaq şirkətinin adından götürülüb. Bu məhsullar da “Karaca”da satılır.
Qeyd edək ki, KİV-lərdə dərc edilən məlumata görə, “Karaca” brendi Rasim və Mənsur Sadıqov qardaşları tərəfindən ölkəmizə gətirilib. Əvvəl “Karaca”nın məhsullarının satışı “Soliton” şirkəti tərəfindən həyata keçirib.
KİV-də Gəncəli İsmayılovun “Karaca”nın məhsullarının satışı zamanı biznesmen qardaşlara 100 minlərlə pul “atması” ilə bağlı məlumatlar dərc edilib. Bu barədə Rasim Sadıqovun da müraciəti yayımlanıb.
Məsələ ilə bağlı “Evfemiya” MMC ilə əlaqə saxlamaq istəsək də, şirkətin (012) (077) 324 25 01 əlaqə nömrələri işləmədiyi məlum oldu. (012) 538 30 00 əlaqə nömrəsində isə telefona cavab verən olmadı.
Ardını oxu...
 
 
 
Ardını oxu...
DogruXeber.az: - "İnflyasiya və devalvasiyanın gözləntisi inflyasiya və devalvasiyanın özü qədər təhlükəlidir. Gözləntilər gec, ya da tez inflyasiya və devalvasiyanı reallaşdırır. Əhalidə bu gözləntinin olmaması üçün administrativ məsələlərdə müəyyən güzəştlərə getmək olar".

Bunu Musavat.com-a iqtisadçı Elman Sadıqov deyib.

Ekspert bildirib ki, hazırkı dövrdə devalvasiya aktual deyil:

"Devalvasiya üçün hər hansı fundamental əsas yoxdur. İlk növbədə devalvasiya üçün addım atdıqda onu şərtləndirən amillər və şərait yetişməlidir. Yəni ölkənin tədiyə balansında mənfi saldo varmı? Xeyr, yoxdur. Əksinə, 6 ayın nəticələrinə görə, müsbət saldo 10 milyardı keçib. Neft qiymətlərindəki növbəti 3 aydakı təlatümləri nəzərə alsaq, qiymətlərin də 100 dollardan aşağı olması ssenarisini götürsək, tədiyə balansımızın ilin sonuna təxminən 17-18 milyard dollar profisitlə bağlanacağı ehtimal olunur. Bu proqnoz onu deməyə əsas verir ki, ölkədə dollarla bağlı sıxıntı olmayacaq. İkinci məsələ ondan ibarətdir ki, hazırda qlobal iqtisadiyyatda çox ciddi proseslər gedir, ciddi təlatümlər gözlənilir. Xüsusilə növbəti 6 ayda qlobal iqtisadiyyatda nələrin baş verəcəyi çətinliklə proqnozlaşdırılır. Belə bir məqamda devalvasiyaya getmək ikiqat risk deməkdir. Üçüncü məsələ ondan ibarətdir ki, hazırda dünyada inflyasiya dalğası var. Bu inflyasiya müəyyən əmtəə məhsullarında, müəyyən sahələrdə zəifləyib. Xüsusilə taxıl məhsullarında qiymətlər öz pik səviyyəsindən aşağı düşüb. Bura metallar da aiddir. Amma hər bir halda hazırkı dövrdə devalvasiya inflyasiyanı çox ciddi şəkildə tətikləyə bilər. Nəticə etibarilə biz daha ciddi problemlərlə üz-üzə qala bilərik. Bu onu deməyə əsas verir ki, devalvasiya daha ciddi problemlər yaradacağı üçün aktual deyil.

Digər əsas məsələ - hazırda neft və qazın qiyməti yüksəkdir, növbəti 6-7 ay ərzində xüsusilə qaz qiymətlərinin kəskin enişindən söhbət gedə bilməz. Növbəti 6 ay ərzində yanacağa olan tələb isə aşağı düşəcək. Çünki turizm dövrü bitib, nəqliyyat, aviauçuşlar yay aylarına nisbətən daha aşağı olur. Amma OPEK+ ölkələri hasilatı aşağı salmaqla qiymətləri tənzimləyirlər. Və nəticə etibarilə qiymətlər ən pis halda 70-80 dollar ətrafında ola bilər. Amma düşünürəm ki, neft qiymətlərinin kəskin çökməsi ehtimalı çox aşağıdır. Neft qiymətlərinin kəskin düşməsinə səbəb ola biləcək yeganə amil qlobal iqtisadiyyatdakı çöküş ola bilər. Böhranların hazırda kəskin olmamasının səbəblərindən biri ondan ibarətdir ki, problemlər maliyyə sektorunda tam əks olunmur. Ayrı-ayrı banklarda və maliyyə təşkilatlarında müəyyən problemlər ola bilər, amma hökumətlər bunun qarşısını almaq üçün tədbirlər görəcək".

Ardını oxu...
Duru yağların qiymətində kəskin bahalaşma var. Qiymət artımı əvvəllər daha az hiss olunurdu və qiymət fərqi 6 aydan bir yaranırdı. Son iki ayda isə qiymətlərdə 2, hətta 3 dəfə artım müşahidə olunur. Bu da alıcı sayına təsir edir. Bahalaşma həm ölkədə istehsal olunan, həmçinin də xaricdən idxal edilən duru yağların qiymətində müşahidə olunur.
Satıcılar deyirlər ki, həftədə bir dəfə mağazaya duru yağ məhsulu qəbul olunur və hər dəfə də qiymət 1 manata yaxın qalxır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda duru yağların qiymətinin kəskin artması Rusiya və Ukrayna arasında baş verən münaqişə ilə bağlıdır. Ölkəmizin duru yağ tələbatının idxaldan asılı olduğunu vurğulayan ekspert deyib ki, Azərbaycan duru yağı çox az istehsal edir. Hətta Azərbaycan məhsulu adı altında bazara çıxan duru yağların xammalı xaricdən gətirilir:

“Dünya bazarına daha çox duru yağı Rusiya və Ukrayna çıxardır. Bu iki ölkə dünyada tələbatın təxminən 50 faizini qarşılayırlar. Ukraynadakı vəziyyət duru yağ istehsalına təsirsiz ötüşməyib. Azərbaycanda daha çox qarğıdalı və günəbaxan yağlarından istifadə edilir. Digər ölkələr palma və soya yağlarından istifadə etsə də, Azərbaycanda əsas tələbat günəbaxan və qarğıdalı yağlarınadır. Bu faktorlar qiymətlərin bahalaşmasına təsir göstərir".

Türkiyədə də duru yağların qiymətinin kəskin bahalaşmasını xatırladan V.Məhərrəmov qardaş ölkəyə də xammalın Ukraynadan idxal edildiyini deyib:

“Hər iki ölkədə qiymətlərin bahalaşmasında əsas rol oynayan amil xammaldan asılılıqdır. Azərbaycan qarğıdalı və günəbaxan yağı istehsal etmək üçün 95 faiz xammaldan asılıdır. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi bu asılılığı aradan qaldırmağa çalışmalıdır. Ölkəmizdə qarğıdalı və günəbaxan əkini artırılmalıdır.

İndi qarğıdalının məhsuldarlığını artırmaq çətin deyil. Yeni hibrid sortlar var ki, hektara 15-16 ton məhsul götürmək mümkündür. Biz günəbaxan istehsalını da artırmalıyıq. Bunun üçün sistemləşdirmə işi aparılmalıdır, növbəli əkin sistemi yaradılmalıdır ki, məhsuldarlıq iki dəfə artsın, torpaqlarımız da münbit olsun. Bu zaman bizim idxaldan asılılığımız azalacaq.

Bunu sistemləşdirmək lazımdır. Yüksək məhsuldarlıq üçün bölgənin düzgün seçilməsi və sair işlər görülməlidir ki, xammala olan tələbatın bir hissəsi yerli istehsal hesabına ödənilsin".
Ardını oxu...
Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsi çərşənbə günü Rusiya Federasiyasına qarşı yeni sanksiyalar, xüsusən də ölkə neftinin qiymətinə yuxarı həddin qoyulmasını nəzərdə tutan məhdudiyyətlər barədə razılığa gəlib.

Yeni paketə Rusiya Federasiyasına yüksək texnologiyalı məhsulların tədarükünün, habelə Rusiya strukturlarına mühəndislik, ədliyyə və İT xidmətlərinin göstərilməsinin qadağan edilməsi kimi müddəalar daxildir.

Aİ-nin Çexiya sədrliyindən bildirilib ki, Rusiya nefti üçün yuxarı qiymət həddi dəniz yolu ilə daşınan neft məhsullarına şamil olunacaq.

Bundan əlavə, razılaşdırılmış sanksiyalar paketinə Rusiyadan polad məmulatları, ağac materialları, kağız, avadanlıq və məişət texnikası, kimyəvi maddələr, plastik, siqaret idxalına qadağa da daxildir.

Bundan əlavə, sanksiyalar siyahılarına daxil ediləcək yeni şəxslərin adları və mövcud sanksiyalardan yayınma meyarları da razılaşdırılıb.

Sanksiyalar rejimi Rusiya Federasiyasının tərkibinə daxil olan Xerson və Zaporojye vilayətlərinə də şamil ediləcək.

Çexiya sədrliyi yazılı prosedurun həyata keçiriləcəyini və qərarın Aİ-nin Rəsmi Jurnalında dərcindən sonra sanksiyaların qüvvəyə minəcəyini xatırladıb. (Mənbə: İnterfaks)
 
Ardını oxu...
"Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı sanksiyaları, eləcə də qaz kontraktını ləğv etməyi, yaxud dondurmağı nəzərdən keçirmir".

Bunu Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel Avropa Parlamentinin dünənki iclasında deyib.

Borrel bütün xristian siyasətçilər kimi ermənilərin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurmada Bakını günahlandırsa da, deputatlar onun tənqidindən razı qalmayıblar. Bəziləri Azərbaycanla imzalanmış qaz sazişini ləğv etməyə, heç olmasa, dondurmağa çağırıblar. Borrel isə cavabında bunun baş verməyəcəyini deyib. İclasda Borreldən soruşublar ki, Azərbaycana sanksiya tətbiqinə hazırdırlarmı.

“Bildiyim qədərilə, üzv ölkələrdən heç biri masaya belə bir təklif çıxarmayıb. Sanksiya tətbiqi üzv ölkələrin işidir”, – Borrel deyib.

O, Avropa Komissiyası sədrinin Bakıyla qaz sazişi imzalayarkən prinsipləri pozmadığını, güzəştlərə getmədiyini söyləyib.

“Azərbaycan bizə milyardlarla kubmetr qaz satır və bu il imzalanmış saziş sayəsində həcmdə ciddi artım olacaq – 8-12 milyard kubmetr. Sizi əmin edə bilərəm ki, bunun qarşılığında heç bir siyasi güzəştə gedilməyib...” – deyə, o, vurğulayıb.

Diplomat Aİ-nin gərginliyi azaltmaq, regionda sülhü bərqərar etmək üçün bütün imkanlara sadiqliyini, ancaq reallıqda belə alətlərin az olduğunu vurğulayıb. O, Azərbaycan-Ermənistan sərhədinə müşahidə missiyası göndərməyə hazır olduqlarını, amma Bakının buna razılıq vermədiyini qeyd edib.

“Sərhədə Aİ-nin vasitəçi missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan yox. Başqa nə etməyimizi istəyirsiz? Hər iki tərəfin razılığı olmadan Aİ qoşunlarını göndərə bilmərik”, – diplomat söyləyib.

Borrelin sözlərinə görə, hazırda Avropa tərəfi ona çalışır ki, iki ölkənin sərhəd delimitasiyası komissiyası bu ayın sonunadək Brüsseldə görüşsün. Belə bir görüşün keçirilməsi haqda təklif iki ölkənin xarici işlər nazirlərinin oktyabrın 2-də Cenevrə görüşündə də səslənmişdi.

 
 
 
Ardını oxu...
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barrel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Bu barədə “APA-Economics”ə Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılıb.

Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.

“OPEC plus”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.
 

Dünyapress TV

Xəbər lenti